"Polad" müəmma: Heydər Əliyevin “ekonomik əsgərləri” necə sıradan çıxarıldılar?
Oxunub: 1958
18 Feb 2019 | 15:00

 Ötən yazılarımızda qeyd etdiyimi kimi, Azərbaycanda qara metallurgiya sənayesinin inkişafı mərhum ölkə başçısı Heydər Əliyev tərəfindən dövlət müstəqilliyimizin təminatı kimi qiymətləndirilmiş və bu istiqamətdə konkret addımlar atılmışdır. İstər Zülfüqar qardaşlarının, istərsə də Nazim Bəydəmirlinin mətbuata verdiyi açıqlamalarına görə, onlar şəxsən Heydər Əliyev tərəfindən ölkəmizə dəvət olunmuş və qara metallurgiya sahəsinə investisiya qoymağa təşviq edilmişdilər. Hazırda Rasim Məmmədovun idarəçiliyi altında fəaliyyət göstərən “Baku Steel Company” şirkətinin keçmiş sahibi və qurucusu Pərviz Paolo da eyni qaydada Azərbaycana təşrif buyurmuşdu. Sözügedən şirkətin açılışında çıxış edən Pərviz Paolo özünü “Heydər Əliyevin ekonomik əsgəri” adlandırarkən, görünür, buna işarə edirdi.

İndiki prezident İlham Əliyev də müxtəlif çıxışlarında Azərbaycan iqtisadiyyatının bel sütununun qeyri-neft sektoru olduğunu vurğulamış, neft strategiyasının bu ali məqsədə xidmət etdiyini bildirmişdir. Ölkə başçısının 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf konsepsiyasında da bu niyyət açıq şəkildə ortaya qoyularaq qeyd olunmuşdur:

 

“Neft gəlirlərinin qeyri-neft sektoruna yönəldilməsi ilə bu sahənin inkişafında da ciddi nailiyyətlər qazanılmış, son on ildə qeyri-neft sektorunun orta illik artım tempi 11 faiz olmuşdur. Qeyri-neft sektorunda yeni istehsal sahələrinin açılması və yeni iş yerlərinin yaradılması, istehsal, nəqliyyat və kommunal infrastrukturun misli görünməmiş miqyasda inkişaf etdirilməsi, müasir sosial infrastruktur müəssisələrinin yaradılması, o cümlədən yeni təhsil, səhiyyə, idman müəssisələrinin inşası sözügedən dövrdə bütövlükdə ölkəmizin dinamik və dayanıqlı yüksəlişinin əsasını təşkil etmişdir”.

 

Sözsüz ki, metallurgiya sənayesi qeyri-neft sektorunun əsas istiqamətlərindən biridir və bu, Prezident tərəfindən dəfələrlə etiraf edilib. Amma maraqlıdır ki, hər iki liderin strateji hədəflərinə baxmayaraq, mərhum Heydər Əliyevin vəfatından bir neçə il sonra onun “ekonomik əsgərləri”nin başları üzərindən qara buludlar əskik olmayıb. Metal monopoliyasının ilk basqısına məruz qalan isə metal sənayesinə ən böyük kapitalı qoyanlardan biri olan Zülfüqarlı qardaşlarıdır. Nurəddin Zülfüqarlının 2011-ci ildə mətbuata verdiyi müsahibədən o da anlaşılır ki, qardaşlar hələ Heydər Əliyev sağkən, bəzi iri məmurların təzyiqlərinə məruz qalıblar. Əsl problemləri isə 2005-ci ildən sonra ortaya çıxıb:

Zülfüqarlı qardaşlarını həbsə aparan cəsarətləri

 

«Hələ 2002-ci ildə Heydər Əliyevin iş adamları ilə görüşündə tənqidi çıxış etmişdim və bu tənqid rəhbər işçilərin birbaşa ünvanına idi. O zaman çıxışıma Heydər Əliyev də, iş adamları da dəstək verdi. Həmin il biznesmenlərin fəaliyyətinə qarşı yaradılan xeyli problemlər çözülməyə başladı. Ancaq tənqid etdiyim qurumların rəhbərlərində mənə qarşı düşmən münasibəti yarandı. Sadəcə, Heydər Əliyevdən qorxduqlarından açıq şəkildə bu niyyətlərini büruzə vermirdilər. 2004-cü ildə isə İlham Əliyev iş adamları ilə Biznes Mərkəzində görüşdü. Mən həmin vaxt prezident yanında Sahibkarlar Şurasının üzvü və Sahibkarların Hüququnun Müdafiə Komitəsinin sədri idim”.

Nurəddin Zülfüqarlının bildirdiyinə görə, başqaları sussa da, o, bu dəfə də çıxışımda mövcud problemləri sadalamalı olub və iş adamlarının fəaliyyətinə kənar müdaxilələr barədə tənqidlərini diqqətə çatdırıb. Yenə bu məsələlərə dərhal reaksiya verilib və qısa müddətdə bəzi problemləri öz həllini tapıb. Ancaq bu cəsarəti perspektiv planda onun əleyhinə nəticələnib: “Həmin görüşdən sonra prezidentin iş adamları ilə görüşünə bizi daha dəvət etmədilər».

Kərəm Həsənovun mülkiyyət hüququ anlayışı: 20%-80% bölgüsü

 

Müsahibədə vurğulandığına görə, 2005-ci ilin oktyabr ayının əvvəlində vəzifəsinə yeni təyin olunmuş Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov tərəfindən idarəyə dəvət olunan Nurəddin Zülfüqarlı gözləmədiyi təkliflə üzləşir; Kərəm Həsənov ona müəssisələrə iddialı adamların peyda olunduğunu deyir. Əvvəl bu söhbətə əhəmiyyət verməsə də, bir neçə aydan sonra Nurəddin Zülfüqarlının qarşısına eyni təklif daha konkret şəkildə qoyulur:

“...Dedilər ki, hər iki zavodu geri qaytarmaq lazımdır. Anlamadım və söylədim ki, necə yəni qaytarmaq lazımdır və kimə? Dedilər ki, gizlətmirik, sənin zavodunda yüksək vəzifəli məmurların gözü var, könüllü şəkildə bu müəssisələrin 80 faizini onlara vermək lazımdır. Etiraz etdim ki, bu batmış zavodları tender vasitəsilə almışam, dövlət rüsumlarını, investisiya proqramlarını yerinə yetirmişəm, 10 milyonlarla dollar sərmayə qoymuşam, belə olduqda müəssisələri əvəzsiz olaraq məmurlara vecə verə bilərəm?! Hər ikisi dedi ki, onlardan asılı deyil, əgər könüllü razılaşmasan, sənin də, ailənin də başı ağrıyacaq, bu məsələ yalnız səninlə bağlı deyil, başqa adamları da çağırıb söhbət ediblər. Mən kəskin şəkildə etirazımı bildirdim, bunun qeyri-qanuni, quldurluq olduğunu, bu barədə prezidentə müraciət edəcəyimi söylədim. Söhbətimiz onların “özün bilərsən, bizdən xəbərdarlıq etməkdir” sözləri ilə yekunlaşdı”.

Zülfüqarlı qardaşlarını müflisləşdirən “ağrıkəsici”

 

Bu görüşün ardından həqiqətən də başı xeyli ağrıyan Zülfüqarlı qardaşları “ağrıkəsici”ni qəbul etmək məcburiyyətində qalırlar. Nəzarətə götürülən Nurəddin və Loğman Zülfüqarlılar, nəhayət, təslim aktı imzalayıb sahib olduqları müəssisənin səhmlərinin 80%-ni başqasının adına keçirməklə azadlıqlarını satın alırlar:

 

“Artıq mənim də, qardaşım Loğmanın da qarşısında şərt kəsmişdilər ki, sizin azad olunmanız üçün əmlakı verməyiniz lazımdır. Əks təqdirdə həbsdə qalacaqsınız. Başqa tərəfdən isə azadlıqdakı qardaşlarımı tez-tez çağırıb razılaşma ilə bağlı təzyiq edirdilər. Yəni əmlakdan imtina etməsəniz, qardaşlarınız həbsdə çürüyəcək, başınız bəladan qurtulmayacaq. Nəhayət, məni qardaşım Baxış Zülfüqarlı ilə görüşdürdülər. Baxış dedi ki, vəziyyət gərgindir, ailələrimiz təhdid altındadır, deyiblər ki, get, qardaşınla sonuncu dəfə söhbət et, əgər əmlakların verilməsinə razılaşmasanız, sizlər də həbs olunacaqsınız. Baxışla rəisin kabinetində görüşdük, dedi ki, ya səndən imza almalıyam, ya da çıxanda məni də həbs edəcəklər”.

Analoqu olmayan “xeyirxahlıq"

 

Bir neçə dəqiqədən sonra içəri biri daxil oldu. O, qardaşıma etibarnamənin verilməsinin vacib olduğunu deyərək əlavə etdi ki, bu gün bütün məsələlər tam həll olunmalıdır, əks təqdirdə, o biri qardaşların da həbs ediləcək. Artıq qardaşıma vəkalət verməyə məcbur oldum, amma inanmırdım ki, əvəzsiz olaraq kiminsə adına keçirə bilərlər. Çünki prosedura görə, bu irilikdə müəssisəni kiməsə vermək üçün alqı-satqı olmalıdır”.

Ən maraqlı hadisə də bundan sonra baş verir. Nurəddin Zülfüqarlıdan vəkalətin alındığı gün - 30 mart 2006-cı ildə Milli Depozit Mərkəzindən səhmlərin 80 Lerik rayon sakini Gəray Məmmədovun adına keçirilir. Araşdırmalar nəticəsində məlum oldu ki, rayonun Ordahal kəndində kasıb vəziyyətdə yaşayan G.Məmmədovun heç özünün də bu məsələlərdən xəbəri olmayıb. Sadəcə, ona ayda 150-200 manat veriblər, həm də müəssisənin adına keçirilməsi üçün mənzillə təmin edəcəklərini bildiriblər. Amma bu vədi də yerinə yetirməyiblər.

Səhmlərinin 80%-dən Lerikdəki bir kasıbın xeyrinə “könüllü” imtina edən Zülfüqarlı qardaşlarının bu “xeyriyyəçiliyi” də işə yaramayıb. Təzyiqlərin yenə davamı nəticəsində qardaşlar əllərində qalan kiçik sahibkarlıq haqlarından da imtina etməli olublar:

“20 milyonluq avadanlığı bizə kəsdirib əritdilər”

 

“Baxmayaraq ki, Kərəm Həsənov fəaliyyətimizə heç bir problemin olmayacağını desə də, müdaxilələr olurdu. Azərbaycan reallığını bilirsiniz, Sosial Müdafiə Fondundan və başqa qurumlardan gəlib pul istəyirdilər. Birtəhər bu cür yoxlamaları yola verirdik. 2010-cu ilin yayında yenidən problemlər başladı, gömrükdə mallarımızı saxladılar, bir sözlə, yerdə qalan 17 faizi də almaq istəkləri bəlli olurdu. Əvvəlcə qarşımıza şərt qoydular ki, zavoda gələn magistral elektrik xəttini dəyişdirmək lazımdır. Anlayırdıq ki, elektrik xəttini dəyişdirdikdən sonra zavodu əlimizdən alacaqlar, amma çarəmiz yox idi. Bir məqamı vurğulayım ki, mən həbs olunanda Poladtökmə Zavodunda armatur istehsal edən avtomatik xətt qurmuşduq, sadəcə betonlaşma işi qalmışdı. Həbsdən çıxanda Kərəm Həsənov dedi ki, gedin nə qədər avadanlıq var, hamısını kəsib əridin. Biz dedik ki, axı, zavoda nə qədər sərmayə qoyulub, iş görülüb, əlimiz gəlmir, bunu necə etmək olar? Amma o, qurğunun kəsilməsini tələb edərək armaturun yalnız “Baku-Steel-Company”»nin istehsal edəcəyini bildirdi. Artıq o zaman armaturun başqa çeşidlərinə keçmişdik". Beləcə, Zülfüqarlı qardaşlarına 20 milyonluq avadanlığı kəsdirib əritdirirlər.

İlham Əliyevin ümidləri

 

Bəli, bütün bunlar o zaman verirdi ki, ölkə başçısı İlham Əliyev ölkəmizdə qeyri-neft sektorunun inkişafını vacib məsələlərdən biri sayır və öz düşüncəsini açıq şəkildə dilə gətirirdi. Prezident “DET AL” Alüminium MMC-nin Gəncə alüminium zavodu kompleksinin açılış nitqində deyirdi:

 

“Metallurgiya sənayesinin yaradılması istiqamətində çox ciddi işlər gedir. Əminəm ki, yaxın zamanlarda Azərbaycanda yeni bir istehsal sahəsi – metallurgiya sahəsi öz fəaliyyətinə başlayacaqdır. Bir tərəfdən biz ölkəmizin daxili tələbatını ödəyəcəyik və güclü ixrac potensialı da yaradılacaqdır”.

 

Mərhum Heydər Əliyev tərəfindən əsası qoyulan və onun siyasi xələfi tərəfindən həyata keçirilməyə çalışılan qara metallurgiya sektorunda isə başqa yellər əsirdi. Ölkə rəhbərinin iradəsinə zidd olaraq, “Baku Steel”-in yeni rəhbəri Rasim Məmmədov ölkədə qurulan metaləritmə müəssisələrinin üzərinə qoçu dəstələri göndərir, onları işlərini buraxmağa vadar edirdi. Son illərədək davam edən qoçu hücumlarının video-çəkilişləri təqdim edirik:

Rasim Məmmədovun qoçuları

 

19 İyul 2012-ci ilə aid çəkiliş


12 iyul 2013-cü il çəkilişi

2015-ci ilə aid çəkiliş

28 yanvar 2016-cı il

11 may 2018-ci il

 

Videolardan da göründüyü kimi, 2012-ci ildən indiyədək intensiv şəkildə davam edən qoçu hücumları nəticəsində təkcə Zülfüqarlı qardaşlarına məxsus müəssisələr və “Ataxan Dəmir Sənaye” MMC deyil, 20-yə qədər poladəritmə müəssisəsi bağlanıb. Hər halda sabiq deputat və “Ataxan Dəmir Sənaye” MMC-nin rəhbəri Nazim Bəydəmirli belə deyir. Onun sözlərinə görə, hələ 2012-ci ildə reyder hücumları zamanı 20-dən artıq müəssisəyə qoçu dəstələri göndərmişdi: “Bilirsiniz ki, o zaman səhmdarı olduğum “Ataxan Dəmir Sənaye” MMC-yə də basqın olmuşdu.

İdmançı formasında olan uşaqlar sorğu-sual olmadan, əsassız yerə gələrək bizə deyirdilər ki, metal istehsalı ilə məşğul ola bilməzsiniz”. (Qaynaq: Keçmiş deputat: “Rasim Məmmədov biznes mühitini sabotaj edir”

 

“Ekonomik əsgər” qeybə çəkildi

Ən maraqlı hadisə isə hazırda Rasim Məmmədovun rəhbərlik etdiyi “Baku Steel Company”nin başına gələnlərdir. Təbii ki, Rasim Məmmədovdan qabaq. Araşdırmalarımız nəticəsində aydın olur ki, “Baku Steel Company”nin qurucusu Pərviz Paolo gözüçıxmış “digər qardaşları”ndan fərqli olaraq, üzərinə qoçu dəstələri gəlmədən, səssiz-səmirsiz Azərbaycanı tərk etməyi daha məqsədəuyğun hesab edib. İddialara görə, onun bu cür “qeybə çəkilməsi” səbəbiz olmayıb. Azərbaycanda işləməyin mümkün olmayacağını anlayan iş adamı öz fabrikini zamanında satıb aradan çıxmağı bacarıb.

Yeni Müsavat”ın 06.01.2011 tarixli ““BAKU STEEL COMPANY”nin YENİ SAHİBİ ÜZƏ ÇIXDI” adlı məqaləsində iddia olunduğuna görə, İran əsilli Böyük Britaniya vətəndaşı Pərviz Paolounun işi “Baku Steel Company” şirkətini qurduğu ilk dövrlərdə xeyli yaxşı gedirmiş, bir müddətdən sonra isə hər şey tərsinə dönür. Məqalə müəllifi bu çöküş müəmmasını bu cür izah edir:

“... son illər şirkətin işləri bir neçə səbəbdən pis getməyə başlamışdı. Əvvəlcə Azərbaycanın bəzi dövlət müəssisələri şirkətə metal tullantıları satmaqdan imtina etməyə başladı və “Baku Steel Company” xammal qıtlığı çəkməyə başlayaraq istehsalı dayandırmalı oldu. Daha sonra zavod işə başlasa da irimiqyaslı vergi yoxlamaları ilə üzləşdi. Mətbuatda Paolo Pərvizin hakimiyyətlə arasının dəydiyi və onu şirkətini satmağa məcbur etmək cəhdləri haqda məlumatlar yayılmağa başladı. Bir neçə dəfə istehsalı dayandırmalı olan şirkət tədricən bazardakı mövqelərini də itirdi. Son bir ildə isə qlobal iqtisadi böhranla bağlı metal məhsullarının kəskin ucuzlaşması şirkətin fəaliyyətini iflic etmişdi. Belə görünür ki, Paolo Pərviz Azərbaycanda işləməyin mümkün olmadığını görərək şirkətini satmalı olub.”

Nə yazıq ki, Pərviz Paolonun “Baku Steel”i hansı şərtlərlə və niyə satdığı barədə müəfəssəl məlumatları nə rəsmi, nə qeyri-rəsmi qaynaqlarda tapa bilmədik. Özünü Heydər Əliyevin “ekonomik əsgəri” adlandıran dəyərli iş adamının da, metal monopoliyasının digər qurbanlarının da, hətta obyektivlik və tərəfsizlik naminə Rasim Məmmədovun da fikirlərini dərc etməyə hazır olduğumuzu bildirirək, bizi narahat edən əsas məsələlərdən birinə keçirik.

Yəhudi, yoxsa rus barmağı?

 

Silsilə yazılarımızda dəfələrlə vurğuladığımız kimi, Azərbaycanda qara metallurgiya sənayesinin inkişafında maraqlı olmayan xarici qüvvələrin mövcudluğu ehtimalı daha çox nigaranlıq doğuran nüanslardandır. Maraqlıdır ki, “Yeni Müsavat” qəzetinin 2011-ci ildə dərc olunan sözügedən məqalədə də bu ehtimalı gücləndirən iddialar var. Məqalədə bildirildiyinə görə, “Baku Steel”-ə “Benny Steinmetz Group” adlı almaz sənayesində layihələrlə, habelə energetika, təbii ehtiyatların emalı və daşınmaz əmlak biznesi ilə məşğul olan İsrail şirkəti göz tikibmiş:

 

Xəbərdə deyilir ki, bu holdinqin əsas bölmələrindən biri olan “BSG Resources” Azərbaycanda ən iri polad şirkəti olan “Baku Steel Company”nin yeni sahibidir. Baxmayaraq ki, “Baku Steel Company”nin rəsmiləri şirkətin sahiblərinin kimliyi haqda heç vaxt açıq danışmayıblar, lakin İsrail və Rusiya mənbələri zavodun sahibinin məhz “BSG Resources” olduğunu bildirir. Məlumata görə, bu barədə İsrail nəşrlərindən “The Marker” də yazıb”.

 

Eyni məqalədə “İzRus”-a istinadən o da vurğulanır ki, yəhudi maqnat Beni Şteynmets Gəncə alüminium zavodunu da almağa maraq göstərir: “Rusiyada isə keçmiş baş nazir lobbiçiliyini etdiyi holdinqin “Qazprom”la ortaq layihələri ilə bağlı müzakirələr apardığı ehtimal olunur”.

 

Bu məlumatların nə dərəcədə doğru olub-olmadığını və “Beni Şteynmets”in öz arzusuna çatıb-çatmadığını müəyyənləşdirmək imkanımız xaricindədir. Hələlik isə görünən budur ki, Azərbaycanın metallurgiya sahəsinə maraq göstərən təkcə İsrail şirkəti də olmayıb. Rusiya şirkətləri və dövlət adamları da bu işdə xeyli maraqlı görünüblər, hətta lobbiçilik ediblər.

100 ildən bir təkrarlanan“dəmir” qeyb

 

Üstəlik, Azərbaycanın metallurgiya sənayesinin dünyanın bir çox dövlətlərinin diqqət mərkəzində olması tarixdə yaşanmış ilk hadisə də deyil. “Hürriyyət” qəzetinin araşdırmaları nəticəsində məlum olur ki, hələ 19-cu əsrin ikinci yarısında alman metallurqları da Daşkəsəndə böyük işgüzarlıq fəaliyyətinə girişiblər.

 

Azərbaycanda metallurgiya sənayesinin başlanğıcı kimi tarixə düşən bu hadisə 1865-ci ilə təsadüf edir. Həmin il Daşkəsəndə mis istehsalı ilə işə başlayan Siemens qardaşları 2 ildən sonra daha dəyərli bir filiz yatağı kəşf edirlər. Kobalt adlanan bu maddə o qədər dəyərli olur ki, 1867-ci ildə mis işini buraxan Siemens qardaşları kobalt filizinə yönəlirlər. 1915-ci ilədək alman qardaşlarının həmin yataqlardan 615 ton kobalt çıxardığı tarixi qaynaqlarda yer alır. Maraqlıdır ki, 1915-ci ildə Siemens qardaşları da eynilə Pərviz Paolo kimi səssiz-səmirsiz Azərbaycanı tərk edirlər. Görünür, bu “qeydə çəkiliş”də o vaxt yaxınlaşan I Dünya müharibəsinin barıt və qan qoxusu da önəmli rol oynayıb. Amma o da mümkündür ki, dəmirdən dəfələrlə qiymətli olan kobaltın iştah qabardan cazibəsi də hər yüz ildən bir təkərrür edən “qeybə çəkiliş”lərin başlıca səbəblərindəndir. Daha konkret desək, kobalt filizinin dəyərini anlayan Çar Rusiyası da öz “halal” tikəsini almanlarla bölüşmək istəmədiyindən Siemensləri buna vadar edə biərdi.

Kim bilir, bəlkə də Azərbaycanın qara metallurgiyasının indi belə, bəxtinin gətirməməsində bu zamanadək dəyəri çox qabardılmayan kobalt amili də önəmli rol oynayıb. Nə dediyimizi daha rahat anlatmaq üçün kobaltın iqtisadi dəyəri barədə arayışa ehtiyac var.

 

Əlbəttə ki, bunun üçün növbəti yazılarımızı izləməli olacaqsınız.

 

(ardı var)

Heydər Oğuz

“Hürriyyət”

Oxşar xəbərlər
14:15, Bu gün
Anar Heybətova ağır itki - FOTO
14:14, Bu gün
"Belarus post-sovet ölkələri arasında Azərbaycanın dördüncü ən böyük xarici ticarət partnyorudur"
14:11, Bu gün
Vətəndaş kibercinayətkarların tələsinə belə düşdü - 25 min manat itirdi- ŞOK FAKTLAR
14:11, Bu gün
"Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgəyə fayda verəcək"
14:09, Bu gün
Prezident: "İki hidroqovşağın açılışı və istismara verilməsi tarixi hadisədir"
14:08, Bu gün
Prezident: "İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir"
14:07, Bu gün
Tanınmış xanəndə məşhur aktyorun bacısı imiş - FOTO
14:07, Bu gün
Azərbaycan Prezidenti: "Bizim energetika sahəsində çox böyük planlarımız var"
13:44, Bu gün
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində azı 4 nəfər ölüb
13:42, Bu gün
Diş yetişdirmək üçün dünyada ilk dərman yaradıldı
13:27, Bu gün
Aralıq dənizində zəlzələ
13:23, Bu gün
İran səfiri: Missiyamın son günündə ən böyük sərhəd layihəsinin istifadəyə verilməsi ilə fəxr edirəm
13:21, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
13:20, Bu gün
Sumqayıtda mənzildən kişi meyiti tapıldı
13:19, Bu gün
Kim qalib gələcək: Tramp, yoxsa Bayden?
12:55, Bu gün
Sabah Azərbaycanın bu rayonlarında leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək
12:54, Bu gün
Rusiyada yük qatarı relsdən çıxdı - VİDEO
12:53, Bu gün
İran raketləri İsrailin 12 müdafiə xəttini yardı - General
12:53, Bu gün
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
12:48, Bu gün
Baqratın baş nazir olmaq şansı varmı?
12:38, Bu gün
"Barselona" transfersiz qala bilər
12:30, Bu gün
Rusiyanın “dərin dövləti” haqda sensasion iddia - ADLAR
12:21, Bu gün
Latviya parlamentinin sədri Füzulidə səfərdədir
12:20, Bu gün
“Qərbi Azərbaycana qayıdış” Türk Dünyası Sammiti Daşkənddə baş tutdu - Fotolar
12:16, Bu gün
Bu gün derbi var - “Qalatasaray” çempion ola bilər
12:11, Bu gün
“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - FOTOLAR
12:11, Bu gün
İstanbul boğazlarında gəmilərin hərəkəti dayandırıldı
12:00, Bu gün
İlham Əliyev sərhəddə İran prezidenti ilə görüşdü - YENİLƏNİB
11:47, Bu gün
"Rusiya-Azərbaycan" dəyirmi masası və ikitərəfli görüşlər keçirilib
11:45, Bu gün
Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır
11:43, Bu gün
Ajda Pekkandan Sezen Aksu ETİRAFI: “Necə inandıracağımı bilmirəm”
11:40, Bu gün
Kahramanmaraşda 3,6 bal gücündə zəlzələ baş verib
11:26, Bu gün
İndoneziyada vulkan püskürməsi: 7 şəhər boşaldılıb
11:25, Bu gün
Rusiyanın Belqorod vilayətində raket təhlükəsi elan edilib
11:23, Bu gün
Tovuzda 3 nəfər dəm qazından zəhərlənib, biri ölüb
11:21, Bu gün
DİN valideynlərə müraciət ETDİ
11:13, Bu gün
Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək... - VİDEO
11:10, Bu gün
Hondurasın Rusiyadakı səfiri qəflətən vəfat edib
11:09, Bu gün
Sumqayıtda F-1 əl qumbarası aşkarlanıb
10:52, Bu gün
Nə edək? - "Evrovision"a Bayram Nurlunu, Baboşu göndərək? - VİDEO
10:37, Bu gün
Türkiyədə güclü partlayış: Yaralananlar var
10:35, Bu gün
Azərbaycanın bəzi rayonlarında şimşək çaxıb, qar yağıb - FAKTİKİ HAVA
10:22, Bu gün
Bu bürclərin qızları ilə ailə qurmaq sizə baha başa gələ bilər
10:16, Bu gün
VI sinif şagirdləri üçün monitorinq keçirilir
10:15, Bu gün
"Keşiş hökumətlə qarşıdurmaya getsə, Paşinyan bu addımı atacaq"
10:13, Bu gün
Çin kəşfiyyatı kosmosla bağlı casusluq faktı AŞKARLADI
10:07, Bu gün
Baqratdan ŞOK HƏDƏ: “Baha başa gələcək...”
10:05, Bu gün
“Bütün enerjisini işə həsr edənlərdə infarkt riski daha yüksəkdir”
10:02, Bu gün
Tağı Əhmədovun son halı - FOTO
09:50, Bu gün
10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA + VİDEO
09:48, Bu gün
Azərbaycan Basketbol Liqası: Final seriyasının ikinci oyunu keçiriləcək
09:43, Bu gün
Azərbaycan cüdoçuları dünya çempionatında mübarizəyə başlayır
09:37, Bu gün
Ziyafətdən sonra necə TEZ AYILMAQ OLAR? - Sadə və təsirli üsullar
09:34, Bu gün
Qəzzada ölən İsrail hərbçilərinin sayı 630-a çatıb
09:32, Bu gün
Qaradağda ağır qəza: İki nəfər yaralanıb
09:05, Bu gün
Gəncəçayda batan yeniyetmənin meyiti tapılıb
09:04, Bu gün
Səhər saatlarında şirin sıyıq yeməyin zərərləri
08:47, Bu gün
Almaniya Müdafiə Nazirliyi Ukraynaya dəstək üçün hökumətdən əlavə 3,8 milyard avro tələb edib
08:46, Bu gün
İngiltərədə 11 yaşdan kiçik futbolçulara topa başla vurmaq qadağan ediləcək
08:44, Bu gün
Silahlı qruplaşma Sudanda 8 mülki şəxsi öldürüb
08:35, Bu gün
Alimlər Günəş fırtınalarının insanlar üçün təhlükəli nəticələrini açıqlayıblar
08:29, Bu gün
Xalq şairi Rəsul Rzanın doğum günüdür
08:26, Bu gün
Rafael Ağayev Ginnesin Rekordlar Kitabına düşdü
08:24, Bu gün
Əfqanıstanda sel həyatı iflic etdi: Kütləvi ölüm, viran qalan şəhər - VİDEO
08:22, Bu gün
Rusiyada 40-dan çox bağ evi və yardımçı tikililər yanıb
08:22, Bu gün
Ukraynalı döyüşçü britaniyalını udub mütləq çempion oldu...-Rusiyalı isə isveçlidən ağır nokaund aldı...-FOTOLAR+VİDEO
07:57, Bu gün
Son zəng yaxınlaşır: Paltar tikdirmək neçəyə başa gəlir? - VİDEO
07:44, Bu gün
Bağırsaq bakteriyaları insan qərarlarına təsir edirmiş
07:30, Bu gün
“Həftə sonları”-nın yaratdığı TƏHLÜKƏ
07:15, Bu gün
“iPhone 16” istehsala hazırlaşır
06:51, Bu gün
Misirdəki piramidaların sirri açıla bilər
06:49, Bu gün
İsrail Rəfahda 50-yə yaxın terrorçunu məhv edib
18 May 2024 | 23:57
Elmdə sıçrayış: dondurulmuş insan beyni həyata qaytarılıb
18 May 2024 | 23:53
Azərbaycan millisi Almaniya və İsrail yığmaları ilə qarşılaşacaq
18 May 2024 | 23:50
"Ukrayna Rusiyanın neft emalı gücünün 14 faizini sıradan çıxarıb" - "Bloomberg"
18 May 2024 | 23:47
Gecə yatmazdan öncə ananas yeyin, görün nə olacaq - Bu problemi aradan qaldırır
18 May 2024 | 23:35
Meyiti tapılan qadın görün kimdir
18 May 2024 | 23:33
Putin Şimali Koreyaya səfər edəcək
18 May 2024 | 23:31
Gürcüstan parlamenti Prezidentin mübahisəli qanunla bağlı vetosunu dəf edə biləcək
18 May 2024 | 23:29
Evinə sevgilisi ilə gedən əri ARVADI DÖYDÜRDÜ - FOTO
18 May 2024 | 23:16
Bakıda mənzildə meyit aşkarlanıb
18 May 2024 | 23:15
Bu teatrdan 1500 nəfər TƏXLİYƏ EDİLDİ - ŞOK SƏBƏB- VİDEO
18 May 2024 | 22:52
Yatmazdan əvvəl bunları edin
18 May 2024 | 22:48
“Akkuyu” AES-də ilk enerji blokunun işə başlayacağı tarix açıqlanıb
18 May 2024 | 22:48
Afrikadan gələn maraqlı görüntü müzakirə mövzusuna çevrildi: Heyvanlar hərəkətsiz qaldı
18 May 2024 | 22:41
Eduard Məmmədov 11-ci dəfə Dünya Kubokunu qazandı
18 May 2024 | 22:33
Zelenski Makronun "Olimpiya atəşkəsi"ni rədd edib: "Bu, düşmənin əlinə oynamaqdır"
18 May 2024 | 22:25
Qətlə yetirilən tələbənin cinayət işində müəmma daha da böyüyür - Ailəsi DANIŞDI / VİDEO
18 May 2024 | 22:16
Sərhəddəki ermənilərə vaxt verildi: iyunun 24-dək tərk edin!
18 May 2024 | 22:09
DƏHŞƏTLİ QƏTL: arvadını öldürdü, cəsədi ilə selfi çəkdi, özü isə...
18 May 2024 | 22:07
Sankt-Peterburq hərbi akademiyasında "qeyri-iradi" patlayış baş verib, yeddi nəfər xəstəxanalıq olub
18 May 2024 | 21:57
Bu bürclərdən ehtiyatlanın: Sirr saxlaya bilmirlər!
18 May 2024 | 21:56
“Fransa qalib gələcək, amma...”
18 May 2024 | 21:49
Aygün Kazımovanı bir də belə görün - FOTOLAR
18 May 2024 | 21:44
Yaxşı yatmaq üçün YOLLAR: Minnətdar olacağınız məsləhətlər
18 May 2024 | 21:37
Hər şey yaxşılığa doğru dəyişəcək: Yazın sonuna qədər 
18 May 2024 | 21:25
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib - FOTO
18 May 2024 | 21:21
Qərbin Qafqaz "agentura"sı çökdürülür: ABŞ "casus savaşı"nı uduzur, regiondan çıxarılır 
18 May 2024 | 21:15
Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - FOTO
18 May 2024 | 21:09
NATO-nun ən güclü 10 ordusu - Türkiyə neçəncidir?  
GÜNLÜK
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 14:25
Bu gün Zəngilanda yeni inşa olunan məscidin açılışı olacaq
18 May 2024 | 14:29
Azərbaycanda zəhərli hörümçəklər satışa çıxarıldı
18 May 2024 | 14:32
"Ah, bu yazıçılar!" Sanki əmindirlər ki, biz hər şeyi baş-ayaq görürük, dəyərlərimiz də yalançı dəyərlərdir
18 May 2024 | 16:29
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 14:47
BDU-da respublika elmi konfransı keçirilib - FOTO
18 May 2024 | 14:33
Dilarə Zamanova intihara cəhdin səbəbini açıqladı: "Məni daha çox üzən şeylər var..."
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 14:17
Bakının ortasında “ermənikənd” necə qondarıldı?.. -Səbəb yenə Rusiya və neft...
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
AYLIQ
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 14:25
Bu gün Zəngilanda yeni inşa olunan məscidin açılışı olacaq
18 May 2024 | 14:29
Azərbaycanda zəhərli hörümçəklər satışa çıxarıldı
18 May 2024 | 14:32
"Ah, bu yazıçılar!" Sanki əmindirlər ki, biz hər şeyi baş-ayaq görürük, dəyərlərimiz də yalançı dəyərlərdir
18 May 2024 | 16:29
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 14:47
BDU-da respublika elmi konfransı keçirilib - FOTO
18 May 2024 | 14:33
Dilarə Zamanova intihara cəhdin səbəbini açıqladı: "Məni daha çox üzən şeylər var..."