“Dilimizdə bu qədər durğu işarəsinə ehtiyac yoxdur” -Nizami Cəfərov
Oxunub: 1455
10 May 2018 | 15:32
“Dilimizdə bu qədər durğu işarəsinə ehtiyac yoxdur” -Nizami Cəfərov
Azərbaycan Atatürk Mərkəzinin sədri, akademik Nizami Cəfərovun APA TV-nin “Sözü kodu” verilişinə müsahibə verib.

Moderator.az həmin müsahibəni təqdim edirik:

- Nizami müəllim, verilişimiz “Libraff” kitab satışı mağazasında çəkilir. Ona görə istərdim, söhbətimizə kitab mövzusu ilə başlayaq. Azərbaycan cəmiyyətinin kitaba münasibətini necə qiymətləndirirsiniz?

- Uzun müddət şikayətlənmişik ki, cəmiyyətin kitaba münasibəti yaxşı deyil.

- Amma haqlı şikayətlənmişik.

- Doğrudur. Sovetlər birliyinin son illərinə qədər Azərbaycan ən çox kitab oxunan, ən çox kitab nəşr olunan ölkə idi. O müqayisədən məlum oldu ki, 90-cı illərdə kitaba maraq azaldı. Bunun da əlbəttə, çoxlu səbəbləri var idi. Ümumi ictimai-siyasi şərait, kitab nəşrinin demək olar dayanması, kitab mağazalarının bağlanması və s. Orta məktəbdə kitab oxumayanlar sonrakı dövrlərdə oxumazlar.

- Yəqin razılaşarsınız ki, həmin dövrdə ən çox ziyan çəkən ədəbiyyat və mədəniyyət oldu.

- Şübhəsiz. Hətta müsbət mənada inqilablar olanda da, arada kitaba, düşüncə sahibinə, mütəfəkkirə münasibət dəyişir. Çünki hər kəs özünü mütəfəkkir hesab edir. Belə insana kitab oxutdura bilməzsən. Böyük bir imperiya dağıldı. Müəyyən dövrdə oxunan kitablara münasibət dəyişdi, yeni kitablar çap olunmadı. Bunun ardınca da bazar iqtisadiyyatı gəldi. Bazar iqtisadiyyatı mürəkkəb iqtisadi sistemdir. Onun həmişə ilk mərhələləri çox dağıdıcı olur. Adətən bu dağıdıcılıq yönəlir mənəviyyata. Amma sonradan ölkədə stabillik yaranandan, cəmiyyət inkişaf yolunu dərk edəndən sonra istər-istəməz hər şey öz yerini aldı. Azərbaycanda əlifba dəyişikliyi ilə bağlı problemlər dərhal həll olundu. 2004-cü ildən latın əlifbasında kütləvi nəşrlərin çapı başladı. Bizim bir sıra nəşriyyatlarımız da bu prosesə qoşuldular. Latın əlifbasında həm klassik Azərbaycan ədəbiyyatı, həm dünya ədəbiyyatı nəşr olunmağa başladı. Yeni yazanlar da latın əlifbasında yazdılar, nəşriyyat sistemi genişləndi, dərsliklərə münasibətdə yeni prinsiplər ortaya çıxdı. Bütün bunlar Azərbaycanda kitab işini tədricən qaydaya saldı. Eyni zamanda Azərbaycanda rusca oxuyanlar var idi, ingiliscə oxuyanlar meydana çıxdı. Bu da balansı, strukturu müəyyənləşdirdi. 70-80-ci illəri müqayisə etsək, o vaxt çap olunan kitabların keyfiyyəti ilə indi nəşr olunan kitabların keyfiyyəti arasında müsbət mənada müqayisə olunmayacaq qədər fərq var.

- Yəni indi daha keyfiyyətlidir?

- Əlbəttə. O vaxt uşaqlar üçün keyfiyyətli, rəngli kitablar buraxılmırdı. Doğrudur, mübahisə edirik ki, o dövrdə kitablar məzmunca daha yaxşı idi, indi hər kəs yazır.

- Bu təbii prosesdir. Hər kəsin yazmağının qarşısını almaq onsuz da mümkün deyil.

- Bəli, mümkün deyil. Özü də ədəbiyyatda da, elmdə də belədir. Yazmaq kütləviləşib. Buna da darıxmaq lazım deyil. Ona görə ki, seçim nə qədər çox olursa, o qədər yaxşıdır. Çünki burada həm də ideologiya məsələləri var. Əgər cəmiyyətin müxtəlif fikirləri qəbul etmək imkanı varsa, bu, çox yaxşı göstəricidir. Yadımdadır, o vaxt kitabları xaricdən gizli gətirirdilər. Həmin ədəbiyyatı onsuz da biz tapıb oxuyurduq. Amma indi həmin ədəbiyyat o qədər çox çap olunur, amma güclü maraq da yoxdur. Əsas odur, bizim ədəbiyyatımız “Dədə Qorqud”dan başlamış, ən müasir yazıçılara qədər çap olunub və hər yerdə var.

- Əsas odur, yaxşı mətn olsun. Amma problem ondadır ki, yaxşı mətnə yaxşı qonorar verilmir.

- Yeddi-səkkiz il əvvəl bu məsələ geniş müzakirə olundu. O zaman mən parlamentin mədəniyyət komitəsinin sədri idim. Çox təkidlə tələb edirdim, dövlət sifarişləri ilə işləyən nəşriyyatlar olsun ki, tanınmış yazıçıların, məsələn, Anarın, Nəriman Həsənzadənin, Elçinin, Fikrət Qocanın əsərləri stabil çap olunsun və lazımı qonorarı alsınlar. İndi bu müəlliflər də qonorar ala bilmirlər. Bəzən gəlir yeri olmayan yaşlı yazıçıya müəyyən kömək edib ona qonorar verə bilirlər, amma bu proses də gözlənilən səviyyədə deyil. Dövlət müəyyən dövr üçün bunu öz üzərinə götürməlidir. Doğrudur, indi “Azərbaycan” və “Ulduz” jurnalları, “Ədəbiyyat qəzeti" qonorar verir, amma bu, həddindən artıq azdır. Yəni o dərəcədə az vəsait ayrılır ki, yazıçı romanı redaktə-korrektə etdirirsə, bu vəsait də ora sərf olunur.

- “Azərbaycan” və “Ulduz” jurnallarının, “Ədəbiyyat qəzeti”nin verdiyi qonorarlardan xəbəriniz var?

- O qədər də yox. Bilirəm ki, nə qədər xəbərim olmasa, o qədər yaxşıdır. Yəni çox azdır. Yazıçılar Birliyi də, jurnalların baş redaktorları da bunu deyirlər. Milli Məclisdə bu məsələlər müzakirə olunanda əks mövqelər də müzakirə oldu. Deyirdilər, dövlət yaradıcı qurumları maliyyələşdirir və belə şey dünyada yoxdur. Yəni yaradıcı qurumlar müstəqildirlər və özlərini saxlamalıdır. Dövlət bu işə qarışsa, onda sənətkarın müstəqilliyini əlindən alır. Milli Məclisdə təklif etdilər ki, bu işi sərbəst buraxaq. Oxucu yaxşı yazıçının kitabını oxuyub, bir də alacaq. Yəni bu şəkildə yazıçıya dövlət qonorar verməsin.

- Yəqin ki, siz bu mövqe ilə razılaşmadınız. Çünki mədəniyyətə dövlət dəstəyi vacibdir.

- Mən ona görə razılaşmadım ki, elə dövrlər var, kömək lazımdır. Müxtəlif dövrlərdə bu köməklik ortalığa çıxır. Doğrudur, Azərbaycan prezidenti bizim yazıçılarımıza fəxri adlar verir, onlar müəyyən vəzifələr daşıyır, universitetlərdə çalışırlar, maaş alırlar. Yaxud yazıçılar dövlət mükafatları alırlar. Amma bu da tək-təkdir. Gənclərə birdəfəlik prezident təqaüdləri verilir. Amma bunlar bir növ yazıçını maliyyələşdirir. Ədəbiyyatı maliyyələşdirmir. Yaxşı əsər yaxşı pul gətirməlidir. Paradoks nədən ibarətdir? Yaxşı əsəri cəmiyyətə təqdim etmək məsələsi var. Bu, dünyada çox böyük biznes sistemidir. Bunun üçün elə mürəkkəb mexanizmlər var ki, sən nə qədər böyük yazıçı olsan da, o mexanizmə düşməsən, maliyyə vəsaitini ala bilməyəcəksən. Çünki bazarın rəqabət sistemi var. Bax, belə bir mürəkkəb vəziyyətdəyik. Amma bu da maraqlıdır ki, parlamentə məsələlər müzakirə edirik, bir-birimizlə mübahisə aparırıq, qanunlar qəbul edirik, amma həyat bizdən qabağa gedir. Parlamentdə qəbul etdiyimiz qanunların müzakirəsi gedə-gedə həyat daha qabağa gedir. Kitab mağazaları, nəşriyyatlar meydana çıxır, amma hələ də yazıçı az qazanır. Biz bu məsələləri müxtəlif vaxtlarda müzakirə edirik və edəcəyik. Məsələ yalnız ondan deyil ki, Milli Məclis qanun qəbul edir, ya yox. Məsələ həm də odur ki, Milli Məclisdə müzakirə olunan məsələlər cəmiyyətə təsir edir. Milli Məclis cəmiyyətlə dialoqdadır. Mən həmişə demişəm ki, bizim qanunlarımız bir az geciksin, amma cəmiyyətimiz, ədəbiyyat irəli getsin. Qanun qəbul etdirməklə ədəbiyyatı inkişaf etdirə bilmərik. Yaradıcılıq, mədəniyyət, elm bir inersiyadır. Xüsusən ədəbiyyatda istedad lazımdır. Bunu öyrətmirlər, öyrətmək mümkün deyil. Amma təbii ki, hər şeyi də inersiyanın üzərinə buraxmaq olmaz. Sonra deyəcəyik ki, hanı kitablar, kitabxanalar, yazıçılar... Bu həddə də çatdırmaq olmaz.

- Elmira Axundova və Rafael Hüseynov Milli Məclisdəki müzakirələr zamanı mədəniyyətə ayrılan vəsaitin azlığından şikayət etmişdilər. Bu haqda nə düşünürsünüz? Təbii ki, siz də bu vəsaitin artırılmağını arzu edirsiniz...

- Arzu həmişə var. Azərbaycanın bütün dövlət büdcəsini mədəniyyət sahəsində ayırsan, arzu yenə olacaq. Mədəniyyət çox pul aparan sahədir. Amma bununla yanaşı bizdə ciddi və elmi büdcə siyasəti yürüdülür. Bizim ədəbiyyatımızın da, ictimai fikrimizin də əsas mövzusu Qarabağdır. Təbii ki, orduya daha çox pul yatırılmalıdır. Çünki ordu bizi müdafiə edir, müstəqilliyimizin dayağıdır. Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə deyib: “Yazıçı, ədəbiyyat, mədəniyyət bizim milli maraqlarımızın müdafiəsində ordudan az xidmət etmir”. Amma onun xidməti konkret deyil. Tarixidir, ənənəvidir və çox qədimdən gəlir, gələcəyə gedir. Ona görə də mədəniyyətə ayrılan vəsait elə bilirəm, həmişə dəqiq ölçülüb-biçilir. Ondan yaxşı istifadə etsək, artırılma imkanlarını nəzərə alaraq, indiki şəraitdə, özünü doğruldur. Bizdə teatr və kinonun inkişafı ilə bağlı proqram var. Yaxşı olar ki, ədəbiyyatla bağlı da bu cür proqramlar olsun.

- Tərcümə Mərkəzinin “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü” müxtəlif mübahisə və müzakirələrə yol açdı. Siz bununla bağlı fikrinizi mətbuatda ifadə etdiniz. Başqa mövqe ondan ibarətdir ki, bu cür sözlükləri yalnız Dilçilik İnstitutu nəşr etməlidir. Bu haqda nə deyə bilərsiniz?

- Uzun illər bizdə yarı rəsmi vəziyyət olub və “Orfoqrafiya lüğəti” Dilçilik İnstitutunda hazırlanıb. Hətta bir vaxtlar Dilçilik İnstitutundan kənar Lüğətlər İnstitutu da olub. Maraqlıdır ki, bu lüğətlərin daha çox tədqiqat obyekti tərcümə lüğətləri olub. Buna da bizim ehtiyacımız var idi. Çünki terminologiya dəqiqləşdirilməli idi. Orfoqrafiya sahəsində bizim çox ciddi işlərimiz olub. 20-ci illərin sonlarında Vəli Xuluflunun nəşr olunan “İmla lüğəti” bizim ilk lüğətimizdir. Bu lüğətin hazırlanmasında o vaxt dilçilik professoru olan Bəkir Çobanzadənin böyük rolu olub. Eyni zamanda onun rəhbərliyi ilə çoxlu müşavirələr keçirilib, yazı dilimiz qaydaya salınıb. Sonra həmin lüğətin əsasında orfoqrafiya lüğətləri hazırlanıb. Kifayət qədər böyük təcrübəmiz var. Lüğətlərin təkmilləşməsi 70-ci illərə qədər davam edib. Bugünkü lüğətə də qüsurlu lüğət kimi baxmaq olmaz. Çünki onlar düz yazılıb. Orfoqrafiya qaydaları dilin yeganə qaydalar sistemidir ki, onu hökumət təsdiq edir. Lüğətin təsdiqinə isə ehtiyac yoxdur. Çünki qayda varsa, lüğəti hər kəs tərtib edə bilər. Bu lüğətin yeganə əlaməti odur ki, qaydalara uyğun olsun. Müəyyən dövrdə apostrof götürüldü. Onda da qaydalarda çox ciddi dəyişikliyə ehtiyac olmadı. Yalnız bir iki sözün yazılışı dəyişdi. Deyək ki, “şer” sözü şeir, “fel” feil kimi yazıldı.

- Cəmiyyət bunu qəbul etdi. Apostrofun götürülməyi böyük boşluq yaratmadı...

- Doğrudur. Bir vaxtlar biz fəhlə sözünü də apostrofla yazırmışıq. Sabirin dövründə “fələ” yazılıb. Apostrofun tərəfdarları etiraz etdilər, amma bu, əsas deyil. Azərbaycan cəmiyyəti öz dilinə, mədəniyyətinə, tarixinə özü ilə bağlı nə varsa çox obyektiv münsiflik edir. Cəmiyyətə onun əleyhinə olan prinsipi inzibati qəbul etdirə bilməzsən. Mümkün deyil. Heç bir qanun da yoxdur ki, lüğətlər ancaq Dilçilik İnstitutunun tərtibindən çıxmalıdır. Əlbəttə, Dilçilik İnstitutu nümunə göstərməlidir. Bu, institutun bilavasitə vəzifəsidir. Universitetlər də sözlük buraxa bilərlər. Bu, Təhsil Nazirliyinin səlahiyyətinə aid məsələdir. Orta məktəblər üçün sözlüklər buraxılmalıdır. Deyim ki, bunu Milli Elmlər Akademiyası edə bilməz. O prosesdə pedaqoqlar, dərslik müəllifləri iştirak etməlidirlər. Çox təəssüf ki, bizdə elə lüğətlər azdır. Bir dəfə çox böyük dilçi alimimiz Əziz Əfəndizadənin “Məktəblinin orfoqrafiya lüğəti” çıxmışdı. Sözlüklərin təyinatı var. Elə prinsip yoxdur ki, bu işlərin hamısına Dilçilik İnstitutu nəzarət etməlidir. Ona görə də Tərcümə Mərkəzi öz sözlüyünü təklif elədi. Bu sözlük öz xüsusi prinsipləri ilə ortaya çıxdı. Bu sözlük Azərbaycan dilinin orfoqrafiya lüğətini inkar eləmir. Sadəcə, sözlüyün ortaya çıxmasında istər-istəməz müqayisə aparıldı. Ona görə də ilkin mərhələdə olduğu üçün işlək sözlük adlandırıldı. Bizim bəzi dilçilərimiz elə başa düşür ki, bu ümumişlək sözlərin lüğətidir. Elə deyil. Təbii ki, bu lüğətin adında elə bir iddia var. Lüğətə o sözlər daxil olub ki, onlar cəmiyyətin tez-tez müraciət etdiyi sözlərdir. İndi məsələn, “Orfoqrafiya lüğəti"nin son nəşrinə baxsaq, ona görkəmli alim, akademik Ağamusa Axundov rəhbərlik edib. Amma burada fonetika məsələlərindən daha çox, hansı sözlər olmalıdır məsələsində problem yaranıb.

- Qoşa samitlərlə bağlı məsələ nə yerdədir? Siz riyaziyyat, nəqliyyat, ədəbiyyat, səhiyyə, maliyyə və s. sözlərdə samitin birinin ixtisar olunmasını təklif etmişdiniz. Bunun həyata keçməsi realdırmı?

- Bu sözləri bir “y” ilə deyirik. Və nəzəri olaraq, “y” hərfinin biri atıla bilər. Amma məsələnin başqa tərəfi də var. Bu gün həmin iki “y”dan biri atılsa... Təsəvvür edin, bizim neçə nazirliyimizin adında iki “y” var. Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi, Mədəniyyət Nazirliyi... Görün, nə qədər sənəd dəyişməlidir.

- Demək, bu məsələ real deyil, qoşa samitlərdən biri atılmayacaq... 

- Təbii ki! İndiki şəraitdə bu mümkün deyil.

- On il sonra bu məsələ təklif olunsa, onda nə dəyişəcək?

- Heç nə dəyişməyəcək. Mən bilən, belə qalacaq. Başqa məsələ də var. Məsələn, Ağstafa rayonu İcra Hakimiyyəti. Yaxud başqa qoşa samitli idarələr... Görün, indiki şəraitdə nə qədər vəsait tələb edir. Eyni zamanda şəxsiyyət vəsiqələrində olan qoşa “y” hərfləri... Ona görə də bu söhbəti hələlik saxlamaq lazımdır.

- Dil normalarının pozulmağını çox müşahidə edirsiniz?

- Azərbaycan dili yazı qaydaları etibarı ilə çox mükəmməl dillərdən biridir. Bizim yazı qaydalarımızda problemimiz yoxdur. Ziyalılarımız, əli qələm tutanlarımız demək olar, normal yazırlar. Bir az durğu işarələrində problemlərimiz var. Çünki yazı dilimizdə durğu işarələrimizi həddindən çox artırıblar. Bu qədər durğu işarəsinə ehtiyac yoxdur.

- Məsələn, hansılara?

- Məsələn, “ki” bağlayıcı deyilsə, orda ehtiyac yoxdur. Bizdə isə harada “ki” görürlərsə, orada vergül qoyurlar. Bunun üçün orta məktəbi yaxşı oxumaq lazımdır. Məsələn, “Mən ki bu məsələdə öz razılığımı bildirməmişəm” cümləsində “ki”dən sonra vergül qoymaq lazım deyil. Yaxud feli bağlama tərkiblərindən sonra hər yerdə vergül qoyurlar. Tutalım, “filankəs filan işi görüb...” -  sonra vergül qoyurlar. Ehtiyac yoxdur. Bu nəyi dəyişir? Şifahi nitqimizdə isə problemlər var. Bu da yalnız Azərbaycan dilinə aid deyil. Dünyada elə bir dil tapmazsan ki, o dildə danışan insan qaydalara tam əməl eləsin. Mümkün deyil. Yetər ki, bu qabarıq olmasın.

- Dövlət dili haqqında qanunda dil qaydalarını pozanların cərimələnməsi göstərilir. Praktikada isə buna rast gəlmirik ki, kimsə pozuntuya görə cərimələnsin. 

- Qanun tərtib olunanda biz onu eksperimental şəkildə yox, prinsip olaraq daxil etdik ki, Azərbaycan dilinin qayda-qanunlarına qarşı şüurlu şəkildə dağıdıcı hərəkət olarsa, o cəzalandırılmalıdır. Ola bilər, qəzet-jurnallar, televiziya-radiolar hansısa təsir altında dilimizi gülünc vəziyyətə sala, ironiya edə. Çünki dilimizə qarşı tarixdə çox ironiyalar, dağıdıcı təsirlər olub. Azərbaycan prezidenti Milli Elmlər Akademiyasında çıxış edəndə dedi ki, Azərbaycan dilinə kənardan gətirilən sözlərin, intonasiyaların qarşısı alınmalıdır. O həddə gətirilə bilər ki, Azərbaycan dili təbii quruluşunu itirə bilər. İngilislərlə hindlilərin zarafatyana söhbəti var. Bir məclisdə ingilis iddia ilə deyir ki, biz Hindistanı zəbt elədik və sizi öz qaydalarımızla yaşamağa məcbur elədik, ingilis dilini sizə qəbul etdirdik. Hindli bilmir nə cavab versin. Deyir ki, biz də ingilis dilinin başına elə oyun açdıq ki, onu qaydaya salmaq mümkün deyil. Yəni dillə bağlı belə hadisələr olur. Dövlət dili haqqında qanunda da bu məsələ nəzərdə tutulub. Amma inanmıram, fərdi olaraq kimsə danışığını, yazısını o günə qoysun ki, yəni dilin axırına çıxacam. Ferdinand de Sössür deyir ki, dilin qayda-qanunları, normaları bir adamın iddiası ilə pozula bilməz. Çünki o, xalqın sayı qədər ansambldır. Onlar o dildə oxuyurlar, ifa edirlər. Dörd-beş adam ayrı hava çalsa da, hiss olunmayacaq. Amma yenə də dili qorumaq lazımdır.qədər ansambldır. Onlar o dildə oxuyurlar, ifa edirlər. Dörd-beş adam ayrı hava çalsa da, hiss olunmayacaq. Amma yenə də dili qorumaq lazımdır.

 
Oxşar xəbərlər
10:52, Bu gün
Nə edək? - "Evrovision"a Bayram Nurlunu, Baboşu göndərək? - VİDEO
10:37, Bu gün
Türkiyədə güclü partlayış: Yaralananlar var
10:35, Bu gün
Azərbaycanın bəzi rayonlarında şimşək çaxıb, qar yağıb - FAKTİKİ HAVA
10:22, Bu gün
Bu bürclərin qızları ilə ailə qurmaq sizə baha başa gələ bilər
10:16, Bu gün
VI sinif şagirdləri üçün monitorinq keçirilir
10:15, Bu gün
"Keşiş hökumətlə qarşıdurmaya getsə, Paşinyan bu addımı atacaq"
10:13, Bu gün
Çin kəşfiyyatı kosmosla bağlı casusluq faktı AŞKARLADI
10:07, Bu gün
Baqratdan ŞOK HƏDƏ: “Baha başa gələcək...”
10:05, Bu gün
“Bütün enerjisini işə həsr edənlərdə infarkt riski daha yüksəkdir”
10:02, Bu gün
Tağı Əhmədovun son halı - FOTO
09:50, Bu gün
10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA + VİDEO
09:48, Bu gün
Azərbaycan Basketbol Liqası: Final seriyasının ikinci oyunu keçiriləcək
09:43, Bu gün
Azərbaycan cüdoçuları dünya çempionatında mübarizəyə başlayır
09:37, Bu gün
Ziyafətdən sonra necə TEZ AYILMAQ OLAR? - Sadə və təsirli üsullar
09:34, Bu gün
Qəzzada ölən İsrail hərbçilərinin sayı 630-a çatıb
09:32, Bu gün
Qaradağda ağır qəza: İki nəfər yaralanıb
09:05, Bu gün
Gəncəçayda batan yeniyetmənin meyiti tapılıb
09:04, Bu gün
Səhər saatlarında şirin sıyıq yeməyin zərərləri
08:47, Bu gün
Almaniya Müdafiə Nazirliyi Ukraynaya dəstək üçün hökumətdən əlavə 3,8 milyard avro tələb edib
08:46, Bu gün
İngiltərədə 11 yaşdan kiçik futbolçulara topa başla vurmaq qadağan ediləcək
08:44, Bu gün
Silahlı qruplaşma Sudanda 8 mülki şəxsi öldürüb
08:35, Bu gün
Alimlər Günəş fırtınalarının insanlar üçün təhlükəli nəticələrini açıqlayıblar
08:29, Bu gün
Xalq şairi Rəsul Rzanın doğum günüdür
08:26, Bu gün
Rafael Ağayev Ginnesin Rekordlar Kitabına düşdü
08:24, Bu gün
Əfqanıstanda sel həyatı iflic etdi: Kütləvi ölüm, viran qalan şəhər - VİDEO
08:22, Bu gün
Rusiyada 40-dan çox bağ evi və yardımçı tikililər yanıb
08:22, Bu gün
Ukraynalı döyüşçü britaniyalını udub mütləq çempion oldu...-Rusiyalı isə isveçlidən ağır nokaund aldı...-FOTOLAR+VİDEO
07:57, Bu gün
Son zəng yaxınlaşır: Paltar tikdirmək neçəyə başa gəlir? - VİDEO
07:44, Bu gün
Bağırsaq bakteriyaları insan qərarlarına təsir edirmiş
07:30, Bu gün
“Həftə sonları”-nın yaratdığı TƏHLÜKƏ
07:15, Bu gün
“iPhone 16” istehsala hazırlaşır
06:51, Bu gün
Misirdəki piramidaların sirri açıla bilər
06:49, Bu gün
İsrail Rəfahda 50-yə yaxın terrorçunu məhv edib
18 May 2024 | 23:57
Elmdə sıçrayış: dondurulmuş insan beyni həyata qaytarılıb
18 May 2024 | 23:53
Azərbaycan millisi Almaniya və İsrail yığmaları ilə qarşılaşacaq
18 May 2024 | 23:50
"Ukrayna Rusiyanın neft emalı gücünün 14 faizini sıradan çıxarıb" - "Bloomberg"
18 May 2024 | 23:47
Gecə yatmazdan öncə ananas yeyin, görün nə olacaq - Bu problemi aradan qaldırır
18 May 2024 | 23:35
Meyiti tapılan qadın görün kimdir
18 May 2024 | 23:33
Putin Şimali Koreyaya səfər edəcək
18 May 2024 | 23:31
Gürcüstan parlamenti Prezidentin mübahisəli qanunla bağlı vetosunu dəf edə biləcək
18 May 2024 | 23:29
Evinə sevgilisi ilə gedən əri ARVADI DÖYDÜRDÜ - FOTO
18 May 2024 | 23:16
Bakıda mənzildə meyit aşkarlanıb
18 May 2024 | 23:15
Bu teatrdan 1500 nəfər TƏXLİYƏ EDİLDİ - ŞOK SƏBƏB- VİDEO
18 May 2024 | 22:52
Yatmazdan əvvəl bunları edin
18 May 2024 | 22:48
“Akkuyu” AES-də ilk enerji blokunun işə başlayacağı tarix açıqlanıb
18 May 2024 | 22:48
Afrikadan gələn maraqlı görüntü müzakirə mövzusuna çevrildi: Heyvanlar hərəkətsiz qaldı
18 May 2024 | 22:41
Eduard Məmmədov 11-ci dəfə Dünya Kubokunu qazandı
18 May 2024 | 22:33
Zelenski Makronun "Olimpiya atəşkəsi"ni rədd edib: "Bu, düşmənin əlinə oynamaqdır"
18 May 2024 | 22:25
Qətlə yetirilən tələbənin cinayət işində müəmma daha da böyüyür - Ailəsi DANIŞDI / VİDEO
18 May 2024 | 22:16
Sərhəddəki ermənilərə vaxt verildi: iyunun 24-dək tərk edin!
18 May 2024 | 22:09
DƏHŞƏTLİ QƏTL: arvadını öldürdü, cəsədi ilə selfi çəkdi, özü isə...
18 May 2024 | 22:07
Sankt-Peterburq hərbi akademiyasında "qeyri-iradi" patlayış baş verib, yeddi nəfər xəstəxanalıq olub
18 May 2024 | 21:57
Bu bürclərdən ehtiyatlanın: Sirr saxlaya bilmirlər!
18 May 2024 | 21:56
“Fransa qalib gələcək, amma...”
18 May 2024 | 21:49
Aygün Kazımovanı bir də belə görün - FOTOLAR
18 May 2024 | 21:44
Yaxşı yatmaq üçün YOLLAR: Minnətdar olacağınız məsləhətlər
18 May 2024 | 21:37
Hər şey yaxşılığa doğru dəyişəcək: Yazın sonuna qədər 
18 May 2024 | 21:25
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib - FOTO
18 May 2024 | 21:21
Qərbin Qafqaz "agentura"sı çökdürülür: ABŞ "casus savaşı"nı uduzur, regiondan çıxarılır 
18 May 2024 | 21:15
Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - FOTO
18 May 2024 | 21:09
NATO-nun ən güclü 10 ordusu - Türkiyə neçəncidir?  
18 May 2024 | 21:07
Faiq Ələkbərlinin milli fəlsəfi fikir tarixinə aid yeni əsəri nəşr olunub
18 May 2024 | 20:56
Qəbizliyi aradan qaldıran qidalar
18 May 2024 | 20:50
32 ildən sonra Laçında ikinci toy - FOTO
18 May 2024 | 20:41
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
18 May 2024 | 20:40
Şəkidə yol qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
18 May 2024 | 20:33
5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla... 
18 May 2024 | 20:27
İsrail "Hizbullah" döyüşçülərini daşıyan avtomobilə zərbə endirib - VİDEO
18 May 2024 | 20:23
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
18 May 2024 | 20:10
Siyasi partiyalarla konstruktiv dialoq milli maraqların qorunmasına hesablanıb
18 May 2024 | 19:56
Putinlə Tokayev arasında kritik zəng
18 May 2024 | 19:50
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
18 May 2024 | 19:49
Lerikdə uçqun zamanı bağlı qalan yol qismən açılıb
18 May 2024 | 19:30
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
18 May 2024 | 19:29
Azərbaycan çempionatında möhtəşəm qol vuruldu
18 May 2024 | 19:16
Cəlilabadda canavarlar altı qoyunu parçalayıb, dördü xəsarət alıb
18 May 2024 | 19:12
Zurabişvili xarici agentlər haqqında qanuna veto qoyub
18 May 2024 | 19:08
"Rusiya ilə Qərb arasında hərbi qarşıdurmanın kəskin mərhələsi davam edir"
18 May 2024 | 19:07
Zəngilan məscidinin əsaslı təmirdən sonrakı görüntüləri - VİDEO
18 May 2024 | 18:30
Müdafiə Nazirliyinin idarə rəisi İŞDƏN ÇIXARILDI
18 May 2024 | 18:02
Qarabağ Universiteti ilə bağlı sualların cavablandırılması üçün bu nömrəyə ZƏNG EDİN
18 May 2024 | 17:57
Xalq artisti Roza Cəlilova yubileyi münasibətilə evində ziyarət olundu - FOTO
18 May 2024 | 17:53
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım etdi - FOTO
18 May 2024 | 17:49
Ağasəlim Mircavadov "Sumqayıt"ın Premyer Liqada ikincilik şansını daha yüksək qiymətləndirib
18 May 2024 | 17:43
"Ağ Evin keçirdiyi unikal əməliyyat nəticəsində amerikalı həkimlər Qəzzanı tərk edib" - CNN + FOTO
18 May 2024 | 17:37
Binədə qeyri-adi hadisə: Yola tökdükləri başlarına bəla oldu - VİDEO
18 May 2024 | 17:31
Alim Qasımovu dünyaya təqdim edən tarzən: O, ölümündən əvvəl tarına nə deyib? - FOTO
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 17:19
Fidan Qasımova və Nahidə Orucova nənə oldu-FOTO
18 May 2024 | 17:17
Qadın sürücüləri tənqid etdi: "Harda gəldi saxlayıb gedirlər"
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
18 May 2024 | 17:09
Boksçularımız beynəlxalq turniri 5 medalla başa vurublar - FOTO
18 May 2024 | 17:04
Moskvada Azərbaycan məhsullarının dequstasiyası keçirilib - FOTO
18 May 2024 | 17:01
“Ermənilərin məşhur bəstəkarı özü etiraf etmişdi ki, musiqi yazmağı Üzeyir Hacıbəylidən öyrənib”-FOTO+ÖZƏL
18 May 2024 | 16:59
Maşanlı kəndində 590 fərdi ev inşa ediləcək
18 May 2024 | 16:58
"Kiyevin müttəfiqləri Ukraynanı sülh danışıqlarına meyilləndirir" - "Europe 1" radiostansiyası
18 May 2024 | 16:56
Qarabağ Universitetinin bukleti hazırlanıb
18 May 2024 | 16:54
2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev inşa ediləcək
18 May 2024 | 16:52
"Azəriqaz"-ın baş direktoru bir qrup Birlik əməkdaşını mükafatlandırdı - FOTO
18 May 2024 | 16:50
Yüz manatlıqlarla bağlı əhaliyə XƏBƏRDARLIQ: "DİQQƏTLİ OLUN!"
GÜNLÜK
18 May 2024 | 11:05
Sabah leysan olacaq, qar yağacaq, çaylardan sel keçəcək - PROQNOZ
18 May 2024 | 11:10
Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ
18 May 2024 | 11:10
Avropa ölkələri Azərbaycandan nə qədər qaz alıb? - SOCAR-dan AÇIQLAMA
18 May 2024 | 11:50
Azərbaycanda fantastik qiymətə maşın nömrələri satılır - Video
18 May 2024 | 11:04
Azərbaycanın millisi Xorvatiya komandasını məğlub etdi
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 11:30
"İqtisadiyyat populizmi sevmir, cənab iqtisadçılar"
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 12:38
Fantastik kəşf: “Yadplenetlilərin nəhəng tikililəri” – İnsanlar bunu bacara bilmirlər
18 May 2024 | 14:17
Bakının ortasında “ermənikənd” necə qondarıldı?.. -Səbəb yenə Rusiya və neft...
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
12 May 2024 | 19:07
2 azyaşlı uşağı vuraraq hadisə yerindən qaçan ifaçı SÖYÜŞ SÖYDÜ
15 May 2024 | 22:56
Fitsoya sui-qəsdlə bağlı maraqlı FAKT - 2003-cü ildən sonra ilk dəfə... - VİDEO
18 May 2024 | 11:05
Sabah leysan olacaq, qar yağacaq, çaylardan sel keçəcək - PROQNOZ
AYLIQ
18 May 2024 | 11:05
Sabah leysan olacaq, qar yağacaq, çaylardan sel keçəcək - PROQNOZ
18 May 2024 | 11:10
Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ
18 May 2024 | 11:10
Avropa ölkələri Azərbaycandan nə qədər qaz alıb? - SOCAR-dan AÇIQLAMA
18 May 2024 | 11:50
Azərbaycanda fantastik qiymətə maşın nömrələri satılır - Video
18 May 2024 | 11:04
Azərbaycanın millisi Xorvatiya komandasını məğlub etdi
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 11:30
"İqtisadiyyat populizmi sevmir, cənab iqtisadçılar"
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 12:38
Fantastik kəşf: “Yadplenetlilərin nəhəng tikililəri” – İnsanlar bunu bacara bilmirlər
18 May 2024 | 14:17
Bakının ortasında “ermənikənd” necə qondarıldı?.. -Səbəb yenə Rusiya və neft...