Xalqa və dövlətə layiqli xidmət missiyası: Güvənli və qüdrətli Azərbaycan naminə...
Oxunub: 4713
29 Mar 2018 | 12:43
Xalqa və dövlətə layiqli xidmət missiyası:  Güvənli və qüdrətli Azərbaycan naminə...
Müstəqil Azərbaycanın milli inkişaf modelinin banisi, ulu öndər Heydər Əliyev təkamülə əsaslanan demokratik tərəqqi yolunun alternativsizliyini real əməli nəticələrlə sübuta yetirməklə bərabər, müəllifi olduğu dövlətçilik irsinin davamlılığını təmin edəcək qüdrətli siyasi varisi də yetişdirmişdir. Respublikamız yeni minilliyin başlancığında Heydər Əliyev ideyalarının ən layiqli davamçısı - cənab İlham Əliyevin rəhbərliyi altında uğurlu gələcəyinə doğru inamla irəliləyir, bu yolda qarşılaşdığı müxtəlif maneələrə, çətinliklərə mətinliklə sinə gərir. 
Hələ 2003-cü ildə dövlət başçısı kimi səlahiyyətlərinin icrasına başlayarkən "Mən hər bir azərbaycanlının Prezidenti olacağam" deyən cənab İlham Əliyev ötən 15 ildə cəmiyyətdə mütləq çoxluğun böyük rəğbət və etimad göstərdiyi liderə çevrilmişdir. Ötən 15 ilin reallıqları Heydər Əliyev siyasi kursunun diktə etdiyi sülh, sabitlik və tərəqqi yolunun alternativsizliyini sübuta yetirmiş, inam və etimad üzərində qərarlaşan, dərin elmi əsaslara söykənən sosial-iqtisadi inkişaf strategiyasının həlledici uğurlarını təmin etmişdir. Bu seçkilərdə xalqın mütləq əksəriyyətinin etimadını qazanaraq Azərbaycan Prezidenti seçilmiş cənab İlham Əliyev ötən müddətdə ümummilli liderin əsasını qoyduğu çoxşaxəli islahatları uğurla davam etdirərək yeni siyasi situasiyanın tələblərinə uyğun zənginləşdirmiş, hər bir vətəndaşın mənafeyinə xidmət edən iqtisadi siyasət həyata keçirmişdir. 
Bu mənada, Yeni Azərbaycan Partiyasının (YAP) 2018-ci ilin fevral ayında keçirilmiş VI qurultayında partiyanın lideri, dövlətimizin başçısı cənab İlham Əliyevin 2018-ci il aprelin 11-də keçiriləcək növbəti prezident seçkilərinə namizədliyinin irəli sürülməsi obyektiv sosial sifariş amilinə söykənməklə, Aəzərbaycanın hərtərəfli inkişaf və tərəqqisi, eləcə də həyata keçirilən islahatların davamlılığının təmin edilməsi baxımından prinsipial əhəmiyyət kəsb edir.
YAP-ın son qurultayında qəbul olunmuş taleyüklü qərarın cəmiyyətin ən müxtəlif zümrələri tərəfindən dəstəklənməsi, ilk növbədə, Heydər Əliyev siyasi kursuna olan yüksək etimaddan, bu kursu əzmlə həyata keçirən Azərbaycan Prezidenti cənab İlham Əliyevin siyasi idarəçilik və liderlik keyfiyyətlərinə olan dərin inamdan qaynaqlanır. Xatırlatmaq lazımdır ki, hələ 15 il əvvəl cənab İlham Əliyevin prezident seçkilərində iştirakı bir tərəfdən ölkəmizdə gedən ictimai-siyasi proseslərin məntiqi, digər tərəfdən Heydər Əliyev siyasi kursunun varisliyi axtarışında olan Azərbaycan cəmiyyətinin sosial sifarişi, istəyi kimi zərurətə çevrilmişdi. Cənab İlham Əliyev bütün sahələrdə Heydər Əliyev ideyalarının layiqli davamçısı olduğunu hələ prezident seçilməmişdən əvvəl ümummilli liderin müəllifi olduğu neft strategiyasının həyata keçirilməsinə, Milli Məclisin deputatı və Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri kimi beynəlxalq təşkilatlarla münasibətlərimizin inkişafına, idmanımızın yüksəlişinə verdiyi töhfələrlə sübuta yetirmişdi. 
2003-cü ilin 15 oktyabr seçkilərində cənab İlham Əliyev vətəndaşlarımız qarşısına Heydər Əliyevin idarəçilik sistemində formalaşan, ona rəhbərlik missiyasını məharətlə davam etdirməyə qadir olan alternativsiz lider, eyni zamanda, dövlətin tərəqqisinə böyük töhfələr vermiş nüfuzlu siyasi xadim kimi çıxmışdı. Ötən illərdə ölkəmizin əldə etdiyi böyük nailiyyətlər həmin seçkilərdə cənab İlham Əliyevin şəxsində ulu öndər Heydər Əliyevin layiqli varisinə, ümummilli liderin siyasi kursuna, sülhə, sabitliyə, tərəqqiyə səs verən Azərbaycan xalqının seçimində qətiyyən yanılmadığını göstərir. Azərbaycan Prezidenti dövlətə rəhbərlik etdiyi müddətdə ulu öndərin banisi olduğu milli dövlətçilik ənənələrinə nəinki sadiq qalmış, böyük əzmlə davam etdirdiyi bu kursun Azərbaycanın dövlət müstəqilliyi qədər əbədiliyini, daimiliyini, dönməzliyini təmin etmişdir. 
Azərbaycanın dinamik sosial-iqtisadi yüksəlişini təmin etmiş Heydər Əliyev siyasi kursunun davam etdirilməsi çaxımından 2018-ci ilin 11 aprel seçkiləri də cəmiyyətin həlledici çoxluğunun istəyi kimi ortaya çıxmışdır. Ölkə ictimaiyyəti uzun illərin sərt sınaqlarından çıxaraq etimad qazanmış bu siyasi kursun davamlılığının təmin olunması, hər bir fərdin mənafeyinə hesablanmış siyasi, hüquqi, sosial-iqtisadi, humanitar islahatların ardıcıl şəkildə davam etdirilməsi üçün növbəti dəfə prinsipial siyasi iradə nümayiş etdirmişdir. 
Xalqın dəyişməz seçimini labüd edən başlıca amillərdən biri də cənab İlham Əliyevin hələ 2003-cü ildə xalq qarşısında götürdüyü öhdəliklərə vətənpərvər və qurucu lider əzmi ilə əməl etməsi, hər bir vədini əməli işi ilə doğrultması, bir sözlə, milli mənafelərə maksimum cavab verən siyasət yeritməsidir. «Bizim iş üslubumuz belədir: problemi müəyyən etmək, onun həlli üçün lazım olan yolları müəyyən etmək, axtarmaq və tədbirlər planı hazırlamaq. Bunu etmək üçün artıq bizim maliyyə imkanlarımız da var» - deyən cənab İlham Əliyev davamlı və tarazlı inkişafın təmin edilməsi baxımından bir sıra sahələrdə uzun illər boyu həllini gözləyən problemlərin dəqiqliklə müəyyənləşdirilməsi, habelə mövcud resursların həmin problemlərin həllinə yönəldilməsi üçün kompleks proqramların hazırlanaraq həyata keçirilməsini, icra prosesinin diqqətdə saxlanılmasını vacib saymışdır. 
Prezident İlham Əliyevin dövlət başçısı olaraq bu və digər uğurlarının səbəbi heç də təkcə onun öz fəaliyyətini bünövrəsi ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş möhkəm zəmin üzərində qurması ilə məhdudlaşmır. Burada ikinci mühüm amil cənab İlham Əliyevin siyasi lider kimi yeni iqtisadi münasibətlər sisteminə dərindən bələd olmasıdır. Xüsusi vurğulamaq lazımdır ki, cənab İlham Əliyevin prezidentliyi dövründə Azərbaycanın milli inkişaf modelinin formalaşması prosesi sürətlənmişdir. Bu modelin uğurları isə qısa zamanda əldə olunmuş sosial-iqtisadi nailiyyətlərlə şərtlənir. Ötən 15 ildə milli iqtisadiyyat 3,7 dəfə, büdcə xərcləri 13,5 dəfə, strateji valyuta ehtiyatları 26 dəfə artmışdır. Bu dövrdə Azərbaycanda maaş və pensiyalar orta hesabla 7,2 dəfə artmış, yoxsulluq 5 dəfədən çox azalaraq 44 faizdən 5,4 faizə enmiş, 1,5 milyondan çox yeni iş yeri açılmışdır. 
2003-2017-ci illərdə Azərbaycanın iqtisadi inkişafının əsas hədəfi, milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsi və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyası yolu ilə uzunmüddətli perspektivdə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdən ibarət olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı fərmanlarda, təsdiq etdiyi dövlət proqramlarında bu hədəflərin reallaşdırılması üçün yerinə yetirilməsi zəruri vəzifələr müəyyənləşdirilmişdir. Bunlara ölkənin malik olduğu iqtisadi potensialın gücləndirilməsi və bu potensialın kompleks şəkildə səmərəli reallaşdırılması; qeyri-neft sektorunun inkişaf etdirilməsi (neftdən asılı olmayan güclü Azərbaycan iqtisadiyyatının formalaşdırılması); hər bir regionun malik olduğu potensialdan tam və səmərəli istifadə olunması, onların inkişafının tarazlaşdırılması; çoxlu sayda yeni iş yerlərinin açılmasına şərait yaradılması; sahibkarlığın inkişaf etdirilməsi; sosial xidmətlərin həcminin, keyfiyyətinin və ünvanlılığının əhəmiyyətli dərəcədə artırılması; yoxsulluğun azaldılması və s. mühüm vəzifələri aid etmək olar.
2003-cü ilədək respublikada müşahidə olunan dinamik iqtisadi inkişaf Bakıda və bir sıra iri şəhərlərdə qabarıq görünsə də, bölgələrdə bu prosesin nisbətən ləng getməsi nəticəsində regional tarazlığın pozulması cənab İlham Əliyevi ilk gündən qayğılandıran başlıca məsələlərdən olmuşdur. «Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramı»nın təsdiq edilməsi barədə» fərmanın imza¬lanması, ilk növbədə, regionların qeyri-proporsional inkişafının qarşısını almağa xidmət etmişdir. Regionların 2004-2008, 2009-2013 və 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafını nəzərdə tutan dövlət proqramları çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində paxtaxtla bölgələrin inkişafı arasında fərq azalmış, rayonların siması dəyişmiş, insanların sosial rifah halı yüksəlmiş, mədəni-intellektual və mənəvi intibahın əsası qoyulmuşdur. 
Xüsusi vurğulamaq lazımdır ki, ötən 15 ildə Prezident İlham Əliyevin iqtisadi siyasətində sosial məsələlərin həlli xüsusi yer tutmuşdur. Bu siyasət bütövlükdə cəmiyyətin və ayrılıqda hər bir vətəndaşın rifahının yüksəldilməsinə, onların sosial müdafiəsi və layiqli həyat səviyyəsinin təmin olunmasına, habelə şəxsiyyətin azad inkişafı üçün bərabər imkanların yaradılmasına yönəldilmişdir. Ölkənin iqtisadi tərəqqisindən, neft strategiyasının və sahibkarlığın inkişafının uğurlu nəticələrindən əldə edilən dividendlər bilavasitə insanların sosial problemlərinin həllinə, vətəndaşların həyat səviyyəsinin yaxşılaşmasına yönəldilmişdir.
Bir faktı da xüsusi vurğulamaq lazımdır ki, 2003-cü ildən ölkədə məqsədyönlü surətdə həyata keçirilən sosial infrastruktur layihələrinin əsasında da məhz insan amili, vətəndaşa layiqli xidmət məramı dayanmışdır. 3000 min mert hündürlükdə yerləşən Xınalıq kəndinə yolun, sovet dövründən mavi yanacaq üzü görməyən Lerik və Yardımlaya qaz kəmərinin çəkilməsi, eləcə də Naxçıvanın davamlı olaraq elektrik enerjisi və qazla təmin olunması, Bakıya Oğuz-Qəbələ zonasından su kəmərinin çəkilməsi, paytaxtda yeni körpülərin, yol ötürücülərinin, piyada keçidlərinin istifadəyə verilməsi, respublika əhəmiyyətli yollarda əsaslı yenidənqurma işlərinin aparılması, rayonlarda yeni təhsil, səhiyyə, mədəniyyət, olimpiya-idman, turizm komplekslərinin tikintisi, qaçqın düşərgələrinin ləğvi və digər tədbirlər dövlət başçısı İlham Əliyevin iqtisadi siyasətinin dinamizmini, səmərəliliyini bir daha sübuta yetirir. 
Azərbaycan Prezidenti İlham Əliyev ilk gündən iqtisadiyyatın birqütblü inkişafının yolverilməz sayaraq respublikanın neft gəlirlərindən asılılığının aradan qaldırılmasına, qeyri-neft sektorunun, istehsal sahibkarlığının inkişafına xüsusi diqqətlə yanaşmışdır. Bu siyasət neftdən asılılığı azaltmaqla ölkədəki dinamik iqtisadi inkişaf tempini sabit saxlamağa imkan verən fundamental əsasların yaradılmasını nəzərdə tutur. Dövlət başçısının son illərdə imzaladığı "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası və "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri" kimi konseptual əhəmiyyətli sənədlər deməyə əsas verir ki, cənab İlham Əliyev Azərbaycanın uzunmuddətli inkişaf strategiyasının dərin elmi proqnozlar əsasında işlənib hazırlanmasına çalışır. Son üç ildə Azərbaycan Respublikası Prezidentinin İqtisadi İslahatlar üzrə Köməkçisi Xidmətinin, eləcə də Maliyyə Bazarlarına Nəzarət Palatasının, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, Maliyyə Sabitliyi və Turizm şuralarının yaradılması iqtisadi islahatların dərin elmi əsaslarla aparılması niyyətinin əyani təzahürüdür. 
Ötən dövrün ən ciddi nailiyyətlərindən biri qeyri-neft sektorunda artımın neft sektoru ilə müqayisədə əhəmiyyətli dərəcə yüksək olmasıdır. Bu fakt göstərir ki, «Neft bizim üçün məqsəd deyil, iqtisadiyyatı inkişaf etdirmək üçün vasitədir» deyən dövlət başçısı İlham Əliyevin milli iqtisadiyyatın şaxələndirilməsi, neft amilindən asılılığın azaldılması istiqamətində həyata keçirdiyi siyasət artıq real nəticələrini verməyə başlayır. İqtisadiyyatın bütün sahələrinin inkişafı həm də makroiqtisadi sabitliyin qorunub saxlanılması və maliyyə təhlükəsizliyinin təmini baxımından vacib əhəmiyyət kəsb edir. Dövlətimizin başçısı cənab İlham Əliyevin YAP-ın son qurultayında neft amilindən asılılığın tamamilə azaldılmasını ölkəmiz üçün prioritet məsələlərdən biri olduğunu xüsusi vurğulamışdır: "Növbəti illərdə islahatlar mütləq davam etdiriləcəkdir. İndi bəzi suallar səslənir və hətta beynəlxalq ekspertlər maraqlanırlar ki, indi neftin qiyməti bir qədər qalxıbdır, bəs bu, apardığımız islahatlara təsir edəcək, ya etməyəcək? Bəlkə siz indi islahatları o qədər fəallıqla aparmayacaqsınız. Qətiyyən belə deyil. Mən bir daha demək istəyirəm ki, neftin qiymətinin artması, sadəcə olaraq, bizim valyuta ehtiyatlarımızı artıracaq. Ancaq bütün hökumət qurumları elə işləməlidirlər ki, sanki bizdə neft amili yoxdur. Ona görə biz gələcək iqtisadi inkişafımızı qeyri-neft sektorunun inkişafında görürük. Neft sektoru, sadəcə olaraq, bizə əlavə maliyyə resursu yaradacaq ki, bu da öz növbəsində, bizim siyasi resurslarımızı da gücləndirir". 
Həyata keçirilən islahatların nəticəsi olaraq Azərbaycan dünyanın ən nüfuzlu təşkilatlarından olan Dünya İqtisadi Forumunun açıqladığı "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda iki pillə yüksələrək 137 ölkə arasında 35-ci yerdə qərarlaşmışdır. Ümumilikdə, ölkəmiz "Qlobal rəqabət qabiliyyəti" hesabatları üzrə 2005-ci ildən 2017-cı ilədək 69-cu yerdən 34 pillə irəliləyərək 35-ci yerə yüksəlmiş, 2009-cu ildən indiyədək MDB-də liderliyini qoruyub saxlamışdır. 
Dünya İqtisadi Forumunun nüfuzlu indeksi sayılan “İnklüziv İnkişaf İndeksi 2018” hesabatında isə Azərbaycan ən yaxşı inkişaf etməkdə olan ölkələr sırasında üçüncü, MDB məkanında isə birinci yerdə qərarlaşmışdır. Respublikamızın hesabatda Litva və Macarıstan istisna olmaqla digər bütün inkişaf etməkdə olan ölkələri geridə qoyması cənab İlham Əliyevin həyata keçirdiyi sürətli, məqsədyönlü və inklüziv iqtisadi islahatlara beynəlxalq qiymətdir.
Qeyri-münbit iqtisadi vəziyyət fonunda hesabat dövründə ölkə iqtisadiyyatının nail olduğu makroiqtisadi göstəricilər də həyata keçirilən uğurlu islahatların məntiqi nəticəsi kimi dəyərləndirilməlidir. YAP-ın son qurultayında 2017-ci ilin Azərbaycan üçün uğurlu il olduğunu deyən Prezident İlham Əliyev demişdir: "Keçən ilin iqtisadi göstəriciləri göstərdi və sübut etdi ki, biz düzgün yoldayıq. İqtisadiyyatın qeyri-neft sektoru 2,7 faiz, sənayedə qeyri-neft sektoru 3,7 faiz, kənd təsərrüfatı 4,1 faiz, valyuta ehtiyatlarımız 4,5 milyard dollar artmışdır. Bu ilin yanvar ayının nəticələri də mənə məruzə edildi. Bu barədə də demək istəyirəm. Bu, göstərir ki, mən əvvəlki aylarda dediyim kimi, 2018-ci il sürətli inkişaf ili olacaqdır". 
İqtisadi inkişafla paralel olaraq son illər respublikamızda demokratik proseslərin dərinləşdirilməsinə, qanunçuluğun gücləndirilməsinə və liberallaşmaya xidmət edən hüquqi-siyasi və demokratik islahatlar da inamla davam etdirilir. Əminliklə demək olar ki, dövlət başçısı İlham Əliyevin yeritdiyi siyasətin ölkə vətəndaşları tərəfindən birmənalı dəstəklənməsini təmin edən mühüm amillərdən biri də son 15 ildə ölkədə siyasi sabitliyin, vətəndaş sülhü və həmrəyliyinin möhkəmləndirilməsi, əks qütblü siyasi qüvvələr arasında gərginliyin aradan qaldırılması olmuşdur. Bu dövrdə həmçinin məhkəmə-hüquq və ədliyyə sisteminin təkmilləşdirilməsi, insan və vətəndaş hüquq-azadlıqlarının təmini mexanizmlərinin müasirləşdirilməsi, vətəndaş cəmiyyəti təsisatlarının sürətli inkişafı uğurla təmin edilmişdir. Son illərdə qeyri-hökumət təşkilatlarının və mətbuatın inkişafına dövlət dəstəyi konsepsiyalarının praktik surətdə gerçəkləşdirilməsi də bu baxımdan diqqəti xüsusi çəkir. 
Müasir politoloji nəzəriyyələr siyasi liderin uğur qazanmasında birləşdirici – inteqrativ funksiyanı xüsusi önə çəkir. Milli mənafelərə əsaslanan siyasət xalqın böyük qismini ətrafında birləşdirir, cəmiyyəti ümumi problemlərin həlli naminə səfərbər edir, bir sözlə, fərdin və dövlətin maraqlarını mümkün qədər uca tutur. Son 15 ildə ulu öndərin siyasi kursuna istinad edən dövlətimizin başçısı cəmiyyətin bütün siyasi qüvvələrinin, sosial qruplarının, dini-etnik konfessiyalarının birliyinin təmin edilməsi istiqamətində ardıcıl siyasət yürütmüşdür. Nəticədə cəmiyyət üçün təhlükəli sayıla biləcək hər cür radikal meyillər, siyasi kataklizmlər aradan qalxmış, eyni zamanda demokratik və azad şəraitdə keçirilən seçkilərin obyektiv nəticələrini əsassız yerə qəbul etmək istəməyən inkarçı qüvvələr sivil dialoqa, konstruktiv əməkdaşlığa dəvət olunmuşlar. 
Demokratik dəyərlərə transformasiyanın fundamental şərti azadlıqdır – insanın tam azadlığı isə təkcə qanunun və hüquq qaydalarının deyil, həm də iqtisadi müstəqilliyin hökm sürdüyü cəmiyyətlərdə mümkün ola bilər. Məhz bu baxımdan iqtisadi inkişaf və demokratikləşmə Azərbaycanın davamlı inkişafının mühüm şərti, vacib amili kimi nəzərdən keçirilir, dövlət idarəçiliyində müasirlik və demokratizm elementləri gücləndirilir. Azərbaycanda kadr siyasəti yeni dövrün tələblərinə uyğun qurulur, məmurlara etimad prinsipi onların xalqa xidmətinə nəzərən müəyyənləşdirilir, vəzifələrinin öhdəsindən gələ bilməyən məmurlar işindən uzaqlaşdırılır. Son illər korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində yaradılmış «ASAN xidmət» mərkəzləri qısa müddətdə ictimaiyyətin böyük inam və etimadını qazanaraq Azərbaycanın milli brendinə çevrilmişdir. Bu, dövlət idarəçiliyinə özəl sektorda geniş yayılmış «müştəri məmnunluğu» ideyasının geniş tətbiqinə, dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə təkan vermişdir.
Qloballaşan dünyada bu və digər dövlətin uğurlu xarici siyasət əsasında beynəlxalq münasibətlər sisteminə qatılması, maraq və mənafelərini beynəlxalq hüququn verdiyi imkanlar hesabına təmin etməsi, sivil birgəyaşayış normaları ilə tənzimlənən dünya siyasətində iştirakı, ilk növbədə, onun daxili siyasətindən, demokratik dəyərlərə, insan hüquq və azadlıqlarına necə əməl etməsindən, iqtisadi inkişaf səviyyəsindən asılıdır. Azərbaycan Prezidenti İlham Əliyevin son 15 ildə həyata keçirdiyi effektiv xarici siyasət əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş balanslaşdırılmış siyasi kursun varisliyini təmin etməklə yanaşı, müasir dünyanın geosiyasi gerçəkliklərinə maksimum adekvatlığı ilə cəlbedici olmuşdur.
Ötən illərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında ədalətli həlli, coğrafi baxımdan yaxın-uzaq dövlətlərlə, aparıcı beynəlxalq təşkilatlarla ikitərəfli və çoxtərəfli əməkdaşlıq münasibətlərinin dərinləşdirilməsi, respublikamızda həyata keçirilən mütərəqqi ruhlu islahatlar barədə dünya ictimaiyyətində obyektiv rəyin formalaşdırılması, sivil, ədalətli oyun qaydaları əsasında enerji resurslarının ixracı və diversifikasiyası prosesinin gerçəkləşdirilməsi rəsmi Bakının xarici siyasətində diqqəti xüsusi çəkən prioritetlər olmuşdur. 
Xarici siyasət məsələlərinə geniş yer ayıran, Azərbaycanın «hücum diplomatiyası»nı, qlobal təhdidlərə qarşı adekvat reaksiyasını təmin edən dövlət başçısı İlham Əliyev son 15 ildə respublikamızın diplomatik mövqeyini xeyli dərəcədə gücləndirmişdir. Yalnız bir neçə fakt Azərbaycan diplomatiyasının son 15 ildəki uğurları barədə dolğun mənzərə yaradır: Azərbaycan son illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmiş, AŞ PA Nazirlər komitəsinə rəhbərlik etmiş, Rusiyanın Azərbaycandakı yeganə hərbi bazasının – Qəbələ  Radiolokasiya Stansiyasının fəaliyyəti dayandırılmış, Azərbaycan zabiti Ramil Səfərovun Azərbaycana ekstradisiyası reallaşdırılmış, türk və islam dövlətləri ilə münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Çevik və çoxtərəfli diplomatik fəaliyyətimizin, Azərbaycanın təşəbbüskarlığı və ev sahibliyi ilə Bakıda keçirilən çoxsaylı mötəbər beynəlxalq tədbirlərin nəticəsidir ki, Bakı artıq regionun «diplomatik paytaxtı»na çevrilmişdir.
Azərbaycan son illər bəşəriyyətin gələcək inkişafı naminə mədəniyyətlərarası, konfessiyalararası və sivilizasiyalararası dialoq üçün real imkan və mexanizmlərin müəyyənləşdirilməsinə xidmət göstərən müzakirələrin təşəbbüskarı missiyasını yerinə yetirir. Azərbaycan Prezidenti İlham Əliyevin 17 noyabr 2017-ci il tarixli "Bakı Prosesi"nin 10-cu ildönümünün qeyd edilməsi haqqında" sərəncamı bu prosesin təkcə Azərbaycan deyil, ümumən bəşəriyyət üçün əhəmiyyətindən xəbər verir. Sərəncamın preamblua hissəsində Bakı prosesinin xalqlar və mədəniyyətlər arasında uğurlu əməkdaşlıq pratformu olduğu bir daha xüsusi vurğulanır: "Ötən on il ərzində ölkədə “Bakı Prosesi” çərçivəsində, həmçinin bu təşəbbüsün məqsədləri istiqamətində çoxsaylı beynəlxalq tədbirlər və layihələr gerçəkləşdirilmişdir. UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Ümumdünya Turizm Təşkilatı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası və ISESCO-nun tərəfdaşlığı ilə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları BMT və strukturlarının mədəniyyətlərarası dialoqun qurulması və inkişafı, irqi ayrı-seçkiliyə və dözümsüzlüyə qarşı mübarizə sahəsində qlobal platforma statusu qazanmışdır. 2016-cı ilin aprelində BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakıda keçirilməsi bu uğurlu prosesin və fəaliyyətin nəticəsidir".
Belə bir sərəncamın imzalanması "Bakı prosesi"nin sivilaziyalararası dialoq və əməkdaşlıq ideyalarının praktiki baxımdan gerçəkləşməsinə verdiyi töhfələrlə şərtlənir. İlkin mərhələdə regional təşəbbüs olaraq siyasi həyata vəsiqə alan "Bakı prosesi"nin sonradan ən müxtəlif səviyyələrdə dəstəklənərək qlobal hərəkata çevrilməsi Prezident cənab İlham Əliyevin tarixi xidmətləri ilə bağlıdır: 2010-cu ildə BMT Baş Məclisinin 65-ci sessiyasında çıxış edən dövlətimizin başçısı növbəti il Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsini elan etmişdir. Həmin təşəbbüs əsasında Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu hər iki ildən bir Azərbaycanda keçirilir. Xatırladaq ki, indiyədək 4 dəfə - 2001, 2013, 2015 və 2017-ci illərdə Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil olunmuşdur. UNESKO-nun, BMT-nin Sivilizasiyalar Alyansının, Avropa Şurasının, İSESKO-nun və digər beynəlxalq təşkilatların dəstəklədiyi bu forumlar "Bakı prosesi" çərçivəsində irəli sürülmüş ideyaların daha geniş miqyasda təşviqinə sanballı töhfə olmuşdur. Dünyada mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun inkişaf etdirilməsinə xidmət edən bu kimi nüfuzlu beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi həm də ölkəmizə, onun multikulturalizm sahəsində əldə etdiyi böyük uğurlara beynəlxalq ictimaiyyət tərəfindən verilən yüksək qiymətdir. 
Paytaxtımızda keçirilən bu və digər forumlar müxtəlif ölkələrin dövlət siyasətində multikulturalizmin mövqe və imkanlarının bir daha təhlilinə, etnik və mədəni özünüdərk arasında azad seçimin təmin olunmasına, azadlıq, bərabərlik və dözümlülük kimi təməl dəyərlərin cəmiyyətdə bərqərar olmasına yönələn qlobal miqyaslı tədbirlər olaraq, dünyanın ən yeni tarixinə əhəmiyyətli hadisə kimi daxil olmuşdur. Xüsusi vurğulamaq lazımdır ki, 2017-ci ildə İV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmiş Azərbaycan malik olduğu iqtisadi potensialı və zəngin mədəni-mənəvi dəyərləri bir daha bütün dünyaya təqdim etmək imkanı qazanmışdır. 
Dövlət başçısı İlham Əliyevin 15 illik fəaliyyəti, eyni zamanda, ölkənin inkişafı baxımından strateji sahə olan elm və təhsilə qayğı nümunələri ilə zəngindir. Bu müddətdə elmin və təhsilin inkişafına diqqət artırılmış, bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsi, maliyyə təminatı, əsas fundamental və tətbiqi elmlərin inkişafı üzrə görüləcək tədbirlər müəyyənləşdirilmişdir. Büdcədə elm və təhsil üçün nəzərdə tutulmuş xərclərin ildən-ilə artırılması, müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ardıcıl addımların atılması da bu diqqətin əyani təzahürüdür. 
Vətəndaşa sərmayə qoyulması, onun fərdi keyfiyyətlərinin və qabiliyyətlərinin inkişafına nail olunması, nanotexnologiyaları dərindən mənimsəmiş yeni menecerlər sinfinin yaradılması, intellektin milli inkişafda prioritet amili kimi müəyyənləşdirilməsi Azərbaycanda son illər həyata keçirilən dövlət siyasətinin əsasını təşkil edir. Prezident İlham Əliyev hesab edir ki, qlobal rəqabət şəraitində respublikanın elmi potensialının davamlı şəkildə yüksəldilməsi, gənc, kreativ və intellektual səviyyəli insanların istedadından maksimum istifadə edilməsi dövlətin innovasiyalı inkişafını təmin etmək baxımından son dərəcə zəruridir.
Qeyd olunanlar deməyə əsas verir ki, Azərbaycan vətəndaşlarını qarşıdakı seçkilərdə fəal iştirak etməyə və öz mövqeyini qətiyyətlə ortaya qoymağa sövq edən bir balıca amil var – bu da respublikamızın son 15 ildə keçdiyi uğurlu yoldur. Ölkə vətəndaşlarının bu müdrik seçimi həm də obyektiv reallığa, konkret desək, bugünki yaşam tərzinə əsaslanır. Əminik ki, əvvəlki seçkilərdə olduğu kimi, aprelin 11-də də vətəndaşlarımız Azərbaycanı davamlı yüksəlişə aparan, ölkənin qlobal uğurlarına yol açan, insanlarımızın həyat tərzində kardinal dəyişikliklərə səbəb olan alternativsiz siyasi kursun qələbəsinə səs verəcəklər.

Mönsüm ALIŞOV, 
pedaqoji elmlər doktoru, 
professor
Oxşar xəbərlər
21:49, Bu gün
Aygün Kazımovanı bir də belə görün - FOTOLAR
21:44, Bu gün
Yaxşı yatmaq üçün YOLLAR: Minnətdar olacağınız məsləhətlər
21:37, Bu gün
Hər şey yaxşılığa doğru dəyişəcək: Yazın sonuna qədər 
21:25, Bu gün
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib - FOTO
21:21, Bu gün
Qərbin Qafqaz "agentura"sı çökdürülür: ABŞ "casus savaşı"nı uduzur, regiondan çıxarılır 
21:15, Bu gün
Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - FOTO
21:09, Bu gün
NATO-nun ən güclü 10 ordusu - Türkiyə neçəncidir?  
20:56, Bu gün
Qəbizliyi aradan qaldıran qidalar
20:50, Bu gün
32 ildən sonra Laçında ikinci toy - FOTO
20:41, Bu gün
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
20:40, Bu gün
Şəkidə yol qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
20:33, Bu gün
5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla... 
20:27, Bu gün
İsrail "Hizbullah" döyüşçülərini daşıyan avtomobilə zərbə endirib - VİDEO
20:23, Bu gün
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
19:56, Bu gün
Putinlə Tokayev arasında kritik zəng
19:50, Bu gün
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
19:49, Bu gün
Lerikdə uçqun zamanı bağlı qalan yol qismən açılıb
19:30, Bu gün
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
19:29, Bu gün
Azərbaycan çempionatında möhtəşəm qol vuruldu
19:16, Bu gün
Cəlilabadda canavarlar altı qoyunu parçalayıb, dördü xəsarət alıb
19:12, Bu gün
Zurabişvili xarici agentlər haqqında qanuna veto qoyub
19:08, Bu gün
"Rusiya ilə Qərb arasında hərbi qarşıdurmanın kəskin mərhələsi davam edir"
19:07, Bu gün
Zəngilan məscidinin əsaslı təmirdən sonrakı görüntüləri - VİDEO
18:30, Bu gün
Müdafiə Nazirliyinin idarə rəisi İŞDƏN ÇIXARILDI
18:02, Bu gün
Qarabağ Universiteti ilə bağlı sualların cavablandırılması üçün bu nömrəyə ZƏNG EDİN
17:57, Bu gün
Xalq artisti Roza Cəlilova yubileyi münasibətilə evində ziyarət olundu - FOTO
17:53, Bu gün
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım etdi - FOTO
17:49, Bu gün
Ağasəlim Mircavadov "Sumqayıt"ın Premyer Liqada ikincilik şansını daha yüksək qiymətləndirib
17:43, Bu gün
"Ağ Evin keçirdiyi unikal əməliyyat nəticəsində amerikalı həkimlər Qəzzanı tərk edib" - CNN + FOTO
17:37, Bu gün
Binədə qeyri-adi hadisə: Yola tökdükləri başlarına bəla oldu - VİDEO
17:31, Bu gün
Alim Qasımovu dünyaya təqdim edən tarzən: O, ölümündən əvvəl tarına nə deyib? - FOTO
17:25, Bu gün
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
17:19, Bu gün
Fidan Qasımova və Nahidə Orucova nənə oldu-FOTO
17:17, Bu gün
Qadın sürücüləri tənqid etdi: "Harda gəldi saxlayıb gedirlər"
17:15, Bu gün
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
17:09, Bu gün
Boksçularımız beynəlxalq turniri 5 medalla başa vurublar - FOTO
17:04, Bu gün
Moskvada Azərbaycan məhsullarının dequstasiyası keçirilib - FOTO
17:01, Bu gün
“Ermənilərin məşhur bəstəkarı özü etiraf etmişdi ki, musiqi yazmağı Üzeyir Hacıbəylidən öyrənib”-FOTO+ÖZƏL
16:59, Bu gün
Maşanlı kəndində 590 fərdi ev inşa ediləcək
16:58, Bu gün
"Kiyevin müttəfiqləri Ukraynanı sülh danışıqlarına meyilləndirir" - "Europe 1" radiostansiyası
16:56, Bu gün
Qarabağ Universitetinin bukleti hazırlanıb
16:54, Bu gün
2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev inşa ediləcək
16:52, Bu gün
"Azəriqaz"-ın baş direktoru bir qrup Birlik əməkdaşını mükafatlandırdı - FOTO
16:50, Bu gün
Yüz manatlıqlarla bağlı əhaliyə XƏBƏRDARLIQ: "DİQQƏTLİ OLUN!"
16:48, Bu gün
Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək
16:45, Bu gün
Prezident və xanımı Zəngilan məscidinin açılışında - YENİLƏNİB
16:42, Bu gün
2040-cı ilədək Mincivanda 630 fərdi ev və yaşayış binaları tikiləcək
16:39, Bu gün
Peter Siyarto: Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı fəaliyyəti bərpa olunmalıdır
16:35, Bu gün
“Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi - YENİLƏNİB
16:32, Bu gün
Azərbaycanın yunan-Roma güləşi millisi U-15 Avropa çempionatında birinci olub
16:29, Bu gün
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
16:25, Bu gün
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
16:22, Bu gün
Hacıqabulda 14 yaşlı oğlan bıçaqlanıb
16:19, Bu gün
Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoydu - FOTO
16:16, Bu gün
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
16:12, Bu gün
İlham Əliyev Cəbrayılın Böyük Mərcanlı kəndinin təməlini qoydu - FOTO
16:11, Bu gün
Azərbaycanlı şair vəfat edib
16:08, Bu gün
Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoydu
16:03, Bu gün
"Zəmanətli sanitar zonaya Polşa da düşəcək" - Medvedev
15:58, Bu gün
Bəzi yerlərə leysan, dağlıq ərazilərdə qar yağıb, Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
15:51, Bu gün
"IV siniflərin 98 faizi monitorinq imtahanında iştirak edib"
15:49, Bu gün
“Söz azadlığından, demokratiyadan  danışıb sosial şəbəkələrin fəaliyyətini dayandırmaq əxlaqsızlıqdır”
15:45, Bu gün
Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
15:44, Bu gün
UNEC-in sədrliyi ilə Türk Universitetləri Birliyinin 7-ci Baş Assambleyası keçiriləcək
15:43, Bu gün
“Real Madrid”in 60 milyon avroya transfer etdiyi futbolçu mövsüm sonunda klubsuz qala bilər
15:36, Bu gün
Daşkənddə keçirilən Türk Dünyası Sammiti başa çatdı - FOTO
15:33, Bu gün
Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu
15:30, Bu gün
“NKVD” – komsomol qarşıdurması: Beriya bu mübarizədən də qalib çıxıb  
15:25, Bu gün
ABŞ-nin nüfuzlu universitetlərinə qəbul qazanan məktəblinin daha bir uğuru
15:20, Bu gün
Nohur gölündə suyun səviyyəsi aşağı endirilir - VİDEO
15:18, Bu gün
Türkiyəli nazir Zəngəzur dəhlizinin açılacağı tarixi açıqladı
15:16, Bu gün
Azərbaycanın üçqat dünya çempionu: Özümdən bu nəticəni gözləyirdim
15:15, Bu gün
Qafqazda qurulan oyun
15:10, Bu gün
Fransa-Azərbaycan gərginliyinin əsl səbəbi: Məsələ Ermənistan deyilmiş
15:03, Bu gün
Bakıda 50 minə yaxın lV sinif şagirdi imtahan verdi
14:58, Bu gün
Bakıda “kokain” və “ekstazi” satan şəxs tutuldu - VİDEO
14:52, Bu gün
Hərbi Hava Qüvvələrinə yeni təyin olunan komandan KİMDİR? - DOSYE
14:47, Bu gün
BDU-da respublika elmi konfransı keçirilib - FOTO
14:39, Bu gün
Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib - FOTO
14:33, Bu gün
Dilarə Zamanova intihara cəhdin səbəbini açıqladı: "Məni daha çox üzən şeylər var..."
14:32, Bu gün
"Ah, bu yazıçılar!" Sanki əmindirlər ki, biz hər şeyi baş-ayaq görürük, dəyərlərimiz də yalançı dəyərlərdir
14:29, Bu gün
Azərbaycanda zəhərli hörümçəklər satışa çıxarıldı
14:27, Bu gün
Azərbaycan - Cənubi Qafqazın lideri və sülhün qarantı
14:25, Bu gün
Bu gün Zəngilanda yeni inşa olunan məscidin açılışı olacaq
14:20, Bu gün
Gənc boksçularımız Macarıstandan iki medalla dönürlər
14:17, Bu gün
Bakının ortasında “ermənikənd” necə qondarıldı?.. -Səbəb yenə Rusiya və neft...
14:15, Bu gün
Filippində zəlzələ oldu
14:14, Bu gün
Mikayıl Cabbarov: "Yeni istehsal müəssisəsinin yaradılması bölgənin inkişafına töhfə verəcək"
14:13, Bu gün
Qaxa dolu yağıb, yağış suları həyətlərə dolub
14:12, Bu gün
Qara dənizdə gəmi batıb
14:09, Bu gün
Sabah Azərbaycan və İran “Qız Qalası” hidroqovşağını işə salacaq
14:02, Bu gün
Türkiyəli jurnalist: "Fransanın Azərbaycanla bağlı verdiyi açıqlamalar olduqca uyğunsuzdur"
13:56, Bu gün
Azərbaycanda 8 vəkil cəzalandırıldı
13:49, Bu gün
Lamiyə Vəliyeva 3-cü dəfə dünya çempionu oldu - FOTO
13:43, Bu gün
"Qərb Rusiyanı strateji cəhətdən məğlub etmək mövqeyində dayanıb" - Putin
13:37, Bu gün
Əfv Məsələləri Komissiyasının iclasları yekunlaşır, sənədlər təqdim olunacaq
13:32, Bu gün
Azərbaycan özü üçün yeni olan idman növündə Dünya Kubokuna ev sahibliyi edəcək
13:27, Bu gün
Könülün qətlindən sonra nənəsi də öldü
13:26, Bu gün
Prezident Cəbrayılın Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoydu - FOTO
13:24, Bu gün
DİN-dən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ
GÜNLÜK
10:14, Bu gün
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
17 May 2024 | 22:37
"Putin gözəl bilir ki, nüvə silahını tətbiq edərsə, cavab sarsıdıcı olacaq və NATO savaşa girəcək"
17 May 2024 | 23:18
“Ümid edirəm ki, proses yarımçıq qalmayacaq və imitasiya olmayacaq” - Əli Orucov
17 May 2024 | 23:27
HƏMAS lideri Yəhya Sinvar harada gizlənib?..
17 May 2024 | 22:34
BDU tələbəsi magistratura imtahanında ölkə birincisi oldu
17 May 2024 | 22:34
Hikmət Hacıyev ABŞ Prezidentinin müşaviri ilə görüşüb - FOTO
17 May 2024 | 23:07
Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır
09:00, Bu gün
Yasin Qarayev: “Ramiz Məlik deyirdi ki, milli teatr bir dənə olur, sizin teatra bu status verilə bilməz"
07:40, Bu gün
Kommunistlər də keşiş Baqratın hərəkatını dəstəklədi...-SSRİ-nin bərpasını xəyal edirlər...
07:20, Bu gün
Yaşıl kartofu yemək çox təhlükəlidir – Həkim
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
10:14, Bu gün
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
12 May 2024 | 19:07
2 azyaşlı uşağı vuraraq hadisə yerindən qaçan ifaçı SÖYÜŞ SÖYDÜ
15 May 2024 | 22:56
Fitsoya sui-qəsdlə bağlı maraqlı FAKT - 2003-cü ildən sonra ilk dəfə... - VİDEO
17 May 2024 | 10:44
Bu rayonlarda insan alveri qurbanlarının sayı daha çoxdur -Gəncə, Sumqayıt... 
AYLIQ
10:14, Bu gün
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
17 May 2024 | 22:37
"Putin gözəl bilir ki, nüvə silahını tətbiq edərsə, cavab sarsıdıcı olacaq və NATO savaşa girəcək"
17 May 2024 | 23:18
“Ümid edirəm ki, proses yarımçıq qalmayacaq və imitasiya olmayacaq” - Əli Orucov
17 May 2024 | 23:27
HƏMAS lideri Yəhya Sinvar harada gizlənib?..
17 May 2024 | 22:34
BDU tələbəsi magistratura imtahanında ölkə birincisi oldu
17 May 2024 | 22:34
Hikmət Hacıyev ABŞ Prezidentinin müşaviri ilə görüşüb - FOTO
17 May 2024 | 23:07
Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır
09:00, Bu gün
Yasin Qarayev: “Ramiz Məlik deyirdi ki, milli teatr bir dənə olur, sizin teatra bu status verilə bilməz"
07:40, Bu gün
Kommunistlər də keşiş Baqratın hərəkatını dəstəklədi...-SSRİ-nin bərpasını xəyal edirlər...
07:20, Bu gün
Yaşıl kartofu yemək çox təhlükəlidir – Həkim