"O deyildimi 30 milyardı Dağıstan prezidentinə verib deyən ki, bunu Putinə ver..?"
Oxunub: 24811
20 Mar 2018 | 20:57
Prezidentliyə namizəd Hafiz Hacıyev kampaniya başlayar-başlamaz, yenidən gündəmə gəlib. İlk debatdan günlər əvvəl o, Avropa və ABŞ-da yaşayan, özlərini “siyasi mühacir” adlandıran azərbaycanlıları eks-nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun maliyyələşdirməsi barədə açıqlama verdi.

Sitat: “Bu insanları ölkə rəhbərliyi və onun ailəsinə qarşı nalayiq ifadələr səsləndirməsinə məcbur edənlər vaxtı ilə hakimiyyətdə təmsil olunan oliqarxlardır. Onları maliyyələşdirən şəxslərdən ən birincisi elə Ziya Məmmədovun oğlu Anar Məmmədovdur. O, Avropada şəkil yapışdıranlara külli miqdarda pul paylayır”.

Ona cavab gecikmədi və...

Prezidentliyə namizəd H.Hacıyevlə müsavat.com müxbirinin söhbəti bu və ya digər məsələlər ətrafında oldu:

- Hafiz bəy, A.Məmmədovun xaricdəki “söyüş müxalifəti”nə pul verdiyini deyirsiniz. Bunları nəyə əsasən söyləyirsiniz?

- Əlimdə olan faktlar heç təhlükəsizlik orqanlarında yoxdur. Avropadan üzərimizə qalxan dəstənin başında bunlar durur. Orada tək Anar Məmmədovu deyil, İsmət Abbasovun oğlunu da demişəm. Onun Yunus adlı oğlu Londonda küçələrə yapışdırılan şəkillərin maliyyəsini verir. Ziya Məmmədovun qardaşı Elton avara-avara danışır. O deyildimi ki, 30 milyardı Dağıstan prezidentinə verib deyən ki, bunu Putinə ver, qardaşım daha yaxşı prezident olar. İndi yalandan başlayıblar ki, biz prezidenti sevirik. Məndə olan faktların hamısı dəqiqdir. Anar Məmmədov Amerikada işlər görürdü, bunun üçün maliyyə ayrılmışdı, o da bu pullarla Azərbaycanı təbliğ etmək əvəzinə, Konqres, Senatda atasını təbliğ edirdi, Ziyanın prezident olmasına çalışırdı. Uzun illər Konqresi, Senatı aldatdı, həmin şəxslər hətta Azərbaycana gəlmişdilər. Bu gün də həmin proses davam edir. Burada Elton Məmmədovun maskalanması ilə heç nə dəyişmir. Ay Elton, Dağıstan prezidenti ilə görüşüb Putinə pul göndərən sən idin, yoxsa mən? Yaxud ermənilərlə Rusiyada iş aparıb, qardaşın Ziyanın prezident olmasına çalışan kim idi? Bunlar hər zaman hökumətə xəyanət ediblər. Təəssüflər olsun ki, hökumət nümayəndələrinin bəziləri pul aldıqları üçün bunlara dırnaqarası baxırlar. Həm də Avropada olanlar hökuməti söymürlər, yalnız bir nəfərin üzərinə gəlirlər. Məni də onlara qatırlar. Mən onların nəyini yemişəm? Məndə olan məlumatların heç biri əsassız deyil. İndiyə qədər nə demişəm, zaman-zaman gəlib öz təsdiqini tapıb. İsmət Abbasovdan soruşan varmı ki, sənin oğlun nə üçün Londonda şəkil yapışdıranlara yardım edir, onlarla bir yerdə oturub-durur? Gəlin birləşək, vətənimizi əldən getməyə qoymayaq. Ölkə dağılıb gedir. Baxın görün, bir məmur övladı Azərbaycan dövlətçiliyinin qorunmasına kömək edir ya yox? Heç zaman da etməyəcəklər. Mən deyən kimi, məni söydürməyə başlayırlar. Elton Məmmədovun fırıldaqlarını Hafiz Hacıyev açdı.

Niyə deputat seçilmədi, yaxud qardaşını prezident edə bilmədi? Çünki dediyim faktlar öz təsdiqini tapdı. Dediklərim millət üçün olsa da, çox təəssüf ki, millətim də unutqandır. Məni sosial şəbəkələrdə təhqir edirlər. Sizin var-dövlətinizi talayanların üstünə gedən, onları ifşa edən, siyasi, ideoloji baxımdan məhv edən Hafiz Hacıyevi niyə söyürsünüz, söydürürsüz? Eltonun vicdanı yoxdur. O, mədəniyyətsizin biridir. İndi Ziya Məmmədova vəkillik edir. Bu gün Ziya Məmmədovdur Milli Şuranı maliyyələşdirən. Bunu da açım deyim? Rəsul Quliyevin partiyasını da o maliyyələşdirirdi. Bu millətin, dövlətin keşiyində dayanan bir insanam. Təəssüf ki, hökumətin bəzi üzvləri məni qəbul etmirlər. Əksinə Avropaya pul göndərib məni söydürürlər. Dövləti, milləti çox istəyən adamların hamısını bunlar söydürürlər. Hanı Azərbaycanın sərvətini talayıb, Fransa, Almaniya və digər ölkələrdə yaşayan məmur övladları? Elton məni tula adlandırır, onun özü tuladır. Vaxtı ilə dəmir yolunda süpürgəçilik edirdilər, yaltaqlanmaq və digər işlərlə kişi oldular. Abrınız, ismətiniz olsun. Bakı-Quba yolunda Ziya neçə milyard pul yeyib. İndi görün o yol nə gündədir. İndi mən prezident seçilsəm, o yolu yoxlatdıracam. O zaman görərik ki, çöldə kim qalacaq. Ziya Məmmədov, İsmət Abbasovun oğlu Yunus Azərbaycana daim xəyanət ediblər. “Qaçqınkom” Əli Həsənovun qohumu Avropadan ağzını açıb İlham Əliyevin ünvanına təhqirlər səsləndirir. Niyə gedib onun qarşısını almırlar? Gəlin ədalətli olaraq, bu milləti vətəndaş müharibəsinə sürükləyənlərin qarşısını alaq. Hökumətin bəzi üzvləri düşünürlər ki, artıq gedirlər. Sağlıq olsun, aprelin 11-də Azərbaycan xalqı məni prezident seçsə, milyardlarımızı talan edib, xaricdə Azərbaycan əleyhinə fəaliyyətə sərf edən hər kəslə haqq-hesab sorulacaq. Prezidentliyə namizəd kimi dediklərimin hər birinin məsuliyyətini bilirəm. Unutmasınlar ki, Avropada o şəkilləri yapışdıranlar arasından bizə məlumatlar çatdıranlar var. Mən faktların üstünü açdıqca onlar çökürlər. Ziya, Elton kimiləri hazırda hökumətə ona görə yaltaqlanırlar ki, əllərində qalan sərvətləri saxlasınlar. Gedin Milli Şuraya pul verin ki, meydanlara çox çıxsınlar. İndi təhlil edin, Milli Şura ilə Ziya Məmmədov arasında körpü rolunu oynayan kimdir? İstəmirəm ki, həmin şəxsin adını indi açıqlayım.

- Bu dediklərinizi prezidentliyə namizədlərin canı yaynla olan debatında dilə gətirəcəksiniz? Ən əsası, Milli Şura ilə Ziya Məmmədov arasında körpü rolunu oynayan şəxsin kimliyini açıqlayacaqsınız?

- Təbii ki, bunların hamısı olacaq. Geniş proqramım var. Mən bu seçkilərdə müxalifətin yeganə təmsilçisiyəm. Xaricdən qrant alan müxalifət yox, Azərbaycan xalqının hüquqlarını müdafiə edən, onun qayğısına qalan, arzularını tərənnüm edən insanam. 15-20 ildir Azərbaycanda korrupsiyaya bulaşmış məmurların üzərinə gedən mənəm. Müxalifət necə olur, qaşı-gözü olmur ki?

- Yeganə müxalifət yalnız özünüzü sayırsınız?

- Bəli.

- Sərdar Cəlaloğlu və Razi Nurullayev necə?

- İstəmirəm bu məsələyə toxunum. Onların çıxışlarını xalq görəcək. Mövqeləri orada öz əksini tapacaq. Xalq görəcək ki, Hafiz Hacıyev iqtidarın, yoxsa müxalifətin adamıdır. Vay-şüvən salırlar ki, müxalifət bu seçkiləri boykot edib, bunu qəbul edə bilmirəm. Xarici kanallar da məndən müsahibə götürdü, dedim ki, təxribat etməyin. Qartımış müxalifətlə hökuməti biz yola salırıq.

- 2013-cü ilin Cəmil Həsənlisi bu seçkilərdə kim olacaq? Hafiz Hacıyev indi kimin üzərinə gedəcək?

- (Gülür). Düşünmürəm ki, bu namizədlər içərisində etikadan kənar danışan kimsə olsun. Kiminsə qırmızı xətti keçəcəyini düşünmürəm. Kim bu xətti keçəcəksə, payını alacaq.

- Sizin tərəfdən alacaq?

- Təbii.

- Sizin qohumunuz Bəxtiyar Hacıyevin şəxsinizlə bağlı paylaşımını ələ salır, lağa qoyurlar. Siz də o paylaşıma görə təşəkkür etmisiniz...

- Hər bir seçicinin fikirlərinə hörmətlə yanaşıram. Kimlər mənə söyürsə, hansı formada tərənnüm edirsə, hamısına minnətdaram. Söyən də, təhqir edən də sağ olsun. İstənilən halda bir daha Bəxtiyar bəyə təşəkkür edirəm. Mən bu seçkilərdə qalib gəlmək istəyirəm. Kim məni söyüb, 20 manat alırsa, buna sevinirəm. Ən azından bu bayram günündə ailələrini xoşbəxt edib, nəsə alsınlar. Bu seçkilərə qatılmışam ki, prezident olam. Dağlıq Qarabağ məsələsini üç aya həll etməyi öz boynuma götürürəm, paytaxtımızı Xankəndinə köçürməyi düşünürük. Xırda məsələlərlə Hafiz Hacıyevi kimsə yolundan döndərə bilməz.

- Bəxtiyar bəy sizi seçkilərdə ikinci etmək istəyir. Buna inanırsınızmı?

- Mən ikinci deyil, birincilik uğrunda mübarizə aparıram. Prezident olmaq istəyirəm. Səslərimi toplayacam. Mən ölümdən qorxmayan kişiyəm. Mənə birinci yer lazımdır, ikinci deyil. Xalqımı məni birinci etməyə çağırıram.

“Yeni Müsavat”
Oxşar xəbərlər
18 May 2024 | 23:57
Elmdə sıçrayış: dondurulmuş insan beyni həyata qaytarılıb
18 May 2024 | 23:53
Azərbaycan millisi Almaniya və İsrail yığmaları ilə qarşılaşacaq
18 May 2024 | 23:50
"Ukrayna Rusiyanın neft emalı gücünün 14 faizini sıradan çıxarıb" - "Bloomberg"
18 May 2024 | 23:47
Gecə yatmazdan öncə ananas yeyin, görün nə olacaq - Bu problemi aradan qaldırır
18 May 2024 | 23:35
Meyiti tapılan qadın görün kimdir
18 May 2024 | 23:33
Putin Şimali Koreyaya səfər edəcək
18 May 2024 | 23:31
Gürcüstan parlamenti Prezidentin mübahisəli qanunla bağlı vetosunu dəf edə biləcək
18 May 2024 | 23:29
Evinə sevgilisi ilə gedən əri ARVADI DÖYDÜRDÜ - FOTO
18 May 2024 | 23:16
Bakıda mənzildə meyit aşkarlanıb
18 May 2024 | 23:15
Bu teatrdan 1500 nəfər TƏXLİYƏ EDİLDİ - ŞOK SƏBƏB- VİDEO
18 May 2024 | 22:52
Yatmazdan əvvəl bunları edin
18 May 2024 | 22:48
“Akkuyu” AES-də ilk enerji blokunun işə başlayacağı tarix açıqlanıb
18 May 2024 | 22:48
Afrikadan gələn maraqlı görüntü müzakirə mövzusuna çevrildi: Heyvanlar hərəkətsiz qaldı
18 May 2024 | 22:41
Eduard Məmmədov 11-ci dəfə Dünya Kubokunu qazandı
18 May 2024 | 22:33
Zelenski Makronun "Olimpiya atəşkəsi"ni rədd edib: "Bu, düşmənin əlinə oynamaqdır"
18 May 2024 | 22:25
Qətlə yetirilən tələbənin cinayət işində müəmma daha da böyüyür - Ailəsi DANIŞDI / VİDEO
18 May 2024 | 22:16
Sərhəddəki ermənilərə vaxt verildi: iyunun 24-dək tərk edin!
18 May 2024 | 22:09
DƏHŞƏTLİ QƏTL: arvadını öldürdü, cəsədi ilə selfi çəkdi, özü isə...
18 May 2024 | 22:07
Sankt-Peterburq hərbi akademiyasında "qeyri-iradi" patlayış baş verib, yeddi nəfər xəstəxanalıq olub
18 May 2024 | 21:57
Bu bürclərdən ehtiyatlanın: Sirr saxlaya bilmirlər!
18 May 2024 | 21:56
“Fransa qalib gələcək, amma...”
18 May 2024 | 21:49
Aygün Kazımovanı bir də belə görün - FOTOLAR
18 May 2024 | 21:44
Yaxşı yatmaq üçün YOLLAR: Minnətdar olacağınız məsləhətlər
18 May 2024 | 21:37
Hər şey yaxşılığa doğru dəyişəcək: Yazın sonuna qədər 
18 May 2024 | 21:25
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib - FOTO
18 May 2024 | 21:21
Qərbin Qafqaz "agentura"sı çökdürülür: ABŞ "casus savaşı"nı uduzur, regiondan çıxarılır 
18 May 2024 | 21:15
Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - FOTO
18 May 2024 | 21:09
NATO-nun ən güclü 10 ordusu - Türkiyə neçəncidir?  
18 May 2024 | 21:07
Faiq Ələkbərlinin milli fəlsəfi fikir tarixinə aid yeni əsəri nəşr olunub
18 May 2024 | 20:56
Qəbizliyi aradan qaldıran qidalar
18 May 2024 | 20:50
32 ildən sonra Laçında ikinci toy - FOTO
18 May 2024 | 20:41
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
18 May 2024 | 20:40
Şəkidə yol qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
18 May 2024 | 20:33
5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla... 
18 May 2024 | 20:27
İsrail "Hizbullah" döyüşçülərini daşıyan avtomobilə zərbə endirib - VİDEO
18 May 2024 | 20:23
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
18 May 2024 | 20:10
Siyasi partiyalarla konstruktiv dialoq milli maraqların qorunmasına hesablanıb
18 May 2024 | 19:56
Putinlə Tokayev arasında kritik zəng
18 May 2024 | 19:50
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
18 May 2024 | 19:49
Lerikdə uçqun zamanı bağlı qalan yol qismən açılıb
18 May 2024 | 19:30
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
18 May 2024 | 19:29
Azərbaycan çempionatında möhtəşəm qol vuruldu
18 May 2024 | 19:16
Cəlilabadda canavarlar altı qoyunu parçalayıb, dördü xəsarət alıb
18 May 2024 | 19:12
Zurabişvili xarici agentlər haqqında qanuna veto qoyub
18 May 2024 | 19:08
"Rusiya ilə Qərb arasında hərbi qarşıdurmanın kəskin mərhələsi davam edir"
18 May 2024 | 19:07
Zəngilan məscidinin əsaslı təmirdən sonrakı görüntüləri - VİDEO
18 May 2024 | 18:30
Müdafiə Nazirliyinin idarə rəisi İŞDƏN ÇIXARILDI
18 May 2024 | 18:02
Qarabağ Universiteti ilə bağlı sualların cavablandırılması üçün bu nömrəyə ZƏNG EDİN
18 May 2024 | 17:57
Xalq artisti Roza Cəlilova yubileyi münasibətilə evində ziyarət olundu - FOTO
18 May 2024 | 17:53
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım etdi - FOTO
18 May 2024 | 17:49
Ağasəlim Mircavadov "Sumqayıt"ın Premyer Liqada ikincilik şansını daha yüksək qiymətləndirib
18 May 2024 | 17:43
"Ağ Evin keçirdiyi unikal əməliyyat nəticəsində amerikalı həkimlər Qəzzanı tərk edib" - CNN + FOTO
18 May 2024 | 17:37
Binədə qeyri-adi hadisə: Yola tökdükləri başlarına bəla oldu - VİDEO
18 May 2024 | 17:31
Alim Qasımovu dünyaya təqdim edən tarzən: O, ölümündən əvvəl tarına nə deyib? - FOTO
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 17:19
Fidan Qasımova və Nahidə Orucova nənə oldu-FOTO
18 May 2024 | 17:17
Qadın sürücüləri tənqid etdi: "Harda gəldi saxlayıb gedirlər"
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
18 May 2024 | 17:09
Boksçularımız beynəlxalq turniri 5 medalla başa vurublar - FOTO
18 May 2024 | 17:04
Moskvada Azərbaycan məhsullarının dequstasiyası keçirilib - FOTO
18 May 2024 | 17:01
“Ermənilərin məşhur bəstəkarı özü etiraf etmişdi ki, musiqi yazmağı Üzeyir Hacıbəylidən öyrənib”-FOTO+ÖZƏL
18 May 2024 | 16:59
Maşanlı kəndində 590 fərdi ev inşa ediləcək
18 May 2024 | 16:58
"Kiyevin müttəfiqləri Ukraynanı sülh danışıqlarına meyilləndirir" - "Europe 1" radiostansiyası
18 May 2024 | 16:56
Qarabağ Universitetinin bukleti hazırlanıb
18 May 2024 | 16:54
2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev inşa ediləcək
18 May 2024 | 16:52
"Azəriqaz"-ın baş direktoru bir qrup Birlik əməkdaşını mükafatlandırdı - FOTO
18 May 2024 | 16:50
Yüz manatlıqlarla bağlı əhaliyə XƏBƏRDARLIQ: "DİQQƏTLİ OLUN!"
18 May 2024 | 16:48
Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək
18 May 2024 | 16:45
Prezident və xanımı Zəngilan məscidinin açılışında - YENİLƏNİB
18 May 2024 | 16:42
2040-cı ilədək Mincivanda 630 fərdi ev və yaşayış binaları tikiləcək
18 May 2024 | 16:39
Peter Siyarto: Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı fəaliyyəti bərpa olunmalıdır
18 May 2024 | 16:35
“Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi - YENİLƏNİB
18 May 2024 | 16:32
Azərbaycanın yunan-Roma güləşi millisi U-15 Avropa çempionatında birinci olub
18 May 2024 | 16:29
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 16:22
Hacıqabulda 14 yaşlı oğlan bıçaqlanıb
18 May 2024 | 16:19
Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoydu - FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:12
İlham Əliyev Cəbrayılın Böyük Mərcanlı kəndinin təməlini qoydu - FOTO
18 May 2024 | 16:11
Azərbaycanlı şair vəfat edib
18 May 2024 | 16:08
Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoydu
18 May 2024 | 16:03
"Zəmanətli sanitar zonaya Polşa da düşəcək" - Medvedev
18 May 2024 | 15:58
Bəzi yerlərə leysan, dağlıq ərazilərdə qar yağıb, Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
18 May 2024 | 15:51
"IV siniflərin 98 faizi monitorinq imtahanında iştirak edib"
18 May 2024 | 15:49
“Söz azadlığından, demokratiyadan  danışıb sosial şəbəkələrin fəaliyyətini dayandırmaq əxlaqsızlıqdır”
18 May 2024 | 15:45
Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
18 May 2024 | 15:44
UNEC-in sədrliyi ilə Türk Universitetləri Birliyinin 7-ci Baş Assambleyası keçiriləcək
18 May 2024 | 15:43
“Real Madrid”in 60 milyon avroya transfer etdiyi futbolçu mövsüm sonunda klubsuz qala bilər
18 May 2024 | 15:36
Daşkənddə keçirilən Türk Dünyası Sammiti başa çatdı - FOTO
18 May 2024 | 15:33
Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu
18 May 2024 | 15:30
“NKVD” – komsomol qarşıdurması: Beriya bu mübarizədən də qalib çıxıb  
18 May 2024 | 15:25
ABŞ-nin nüfuzlu universitetlərinə qəbul qazanan məktəblinin daha bir uğuru
18 May 2024 | 15:20
Nohur gölündə suyun səviyyəsi aşağı endirilir - VİDEO
18 May 2024 | 15:18
Türkiyəli nazir Zəngəzur dəhlizinin açılacağı tarixi açıqladı
18 May 2024 | 15:16
Azərbaycanın üçqat dünya çempionu: Özümdən bu nəticəni gözləyirdim
18 May 2024 | 15:15
Qafqazda qurulan oyun
18 May 2024 | 15:10
Fransa-Azərbaycan gərginliyinin əsl səbəbi: Məsələ Ermənistan deyilmiş
18 May 2024 | 15:03
Bakıda 50 minə yaxın lV sinif şagirdi imtahan verdi
18 May 2024 | 14:58
Bakıda “kokain” və “ekstazi” satan şəxs tutuldu - VİDEO
18 May 2024 | 14:52
Hərbi Hava Qüvvələrinə yeni təyin olunan komandan KİMDİR? - DOSYE
GÜNLÜK
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
18 May 2024 | 07:40
Kommunistlər də keşiş Baqratın hərəkatını dəstəklədi...-SSRİ-nin bərpasını xəyal edirlər...
18 May 2024 | 09:00
Yasin Qarayev: “Ramiz Məlik deyirdi ki, milli teatr bir dənə olur, sizin teatra bu status verilə bilməz"
18 May 2024 | 07:20
Yaşıl kartofu yemək çox təhlükəlidir – Həkim
18 May 2024 | 08:00
Kardioloqdan XƏBƏRDARLIQ: Telefonda 30 dəqiqədən çox danışmaq...
18 May 2024 | 07:08
Tarixin ən məşhur qadın mafiyaları - Onlar hansı cinayətləri törədiblər?
18 May 2024 | 08:39
Hakimiyyətdə kimlərin övladları nə işlə məşğuldur?
18 May 2024 | 09:19
XƏBƏRDARLIQ - Mayın 22-dən 25-dək...
18 May 2024 | 11:05
Sabah leysan olacaq, qar yağacaq, çaylardan sel keçəcək - PROQNOZ
18 May 2024 | 10:53
Roza Zərgərli: “Aftandil İsrafilov mənəvi atam idi, bir çox qadınların adına..."
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
12 May 2024 | 19:07
2 azyaşlı uşağı vuraraq hadisə yerindən qaçan ifaçı SÖYÜŞ SÖYDÜ
15 May 2024 | 22:56
Fitsoya sui-qəsdlə bağlı maraqlı FAKT - 2003-cü ildən sonra ilk dəfə... - VİDEO
17 May 2024 | 10:44
Bu rayonlarda insan alveri qurbanlarının sayı daha çoxdur -Gəncə, Sumqayıt... 
AYLIQ
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
18 May 2024 | 07:40
Kommunistlər də keşiş Baqratın hərəkatını dəstəklədi...-SSRİ-nin bərpasını xəyal edirlər...
18 May 2024 | 09:00
Yasin Qarayev: “Ramiz Məlik deyirdi ki, milli teatr bir dənə olur, sizin teatra bu status verilə bilməz"
18 May 2024 | 07:20
Yaşıl kartofu yemək çox təhlükəlidir – Həkim
18 May 2024 | 08:00
Kardioloqdan XƏBƏRDARLIQ: Telefonda 30 dəqiqədən çox danışmaq...
18 May 2024 | 07:08
Tarixin ən məşhur qadın mafiyaları - Onlar hansı cinayətləri törədiblər?
18 May 2024 | 08:39
Hakimiyyətdə kimlərin övladları nə işlə məşğuldur?
18 May 2024 | 09:19
XƏBƏRDARLIQ - Mayın 22-dən 25-dək...
18 May 2024 | 11:05
Sabah leysan olacaq, qar yağacaq, çaylardan sel keçəcək - PROQNOZ
18 May 2024 | 10:53
Roza Zərgərli: “Aftandil İsrafilov mənəvi atam idi, bir çox qadınların adına..."