Azərbaycanın korrupsiya indeksi: 180 ölkə arasında 122-ci sıra...
Oxunub: 1284
23 Feb 2018 | 09:21
Azərbaycanın korrupsiya indeksi:  180 ölkə arasında 122-ci sıra...
Ekspert: “Ölkədə inhisarçılığa, məmur biznesinə qarşı həyata keçirilən tədbirlər gözlənildiyi nəticəni vermir”

“Beynəlxalq şəffaflıq” təşkilatı 2017-ci il üçün Korrupsiya Qavrama İndeksini açıqlayıb. Təşkilatın milli bölməsi olan “Şəffaflıq Azərbaycan” təşkilatından “Yeni Müsavat”a verilən məlumata görə, Azərbaycan hesabatda 31 balla  180 ölkə arasında 122-ci sırada yer alıb.

Qeyd edək ki, reytinq 0-100 ballıq qiymətləndirmə şkalası əsasında hazırlanıb, 100 bal olduqca təmiz, 0 bal isə olduqca yüksək korrupsiyalaşma səviyyəsini göstərir.

“Şəffaflıq Azərbaycan” Təşkilatında hesab edirlər ki, illər üzrə müqayisə apara bilmək üçün ölkələrin yeri deyil, xalı daha vacib əhəmiyyət kəsb edir. Belə ki,  2016-cı ildə Azərbaycan 30 balla 176  ölkə sırasında 123-ci yeri tutmuşdu. Azərbaycanın 2017-ci ildə indeksdə mövqeyi əvvəlki illə müqayisədə bir bal yüksəlib.

Təşkilat bildirir ki, Azərbaycanın indeksdə mövqeyinin ötən illə müqayisədə bir pillə irəliləməsi o qənaətə gəlməyə imkan verir ki, ölkədə korrupsiya ilə əlaqədar ümumi mənzərə sabit qalır: “Hökumət 2017-ci ildə sahibkarlıq fəaliyyətinə əngəl törədən, o cümlədən korrupsiya halları üçün zəmin yaradan bir sıra problemlərin aradan qaldırılması üçün tədbirlər həyata keçirsə də, bu sahədə islahatların miqyasının genişləndirilməsinə ehtiyac var. İqtisadiyyat və dövlət xidmətləri sahələrində aparılmış islahatlar Azərbaycanın indeksdəki yerinə müsbət təsir etsə də, ölkəmizin mövqeyinin daha da irəliləməsi üçün yaxşı idarəetmənin əsas meyarları - demokratikləşmə və qanunun aliliyi sahələrində islahatların genişləndirilməsi vacibdir. Dövlət vəsaitlərindən səmərəli istifadə edilməsi, şəffaf və hesabatlı fiskal siyasətin formalaşması və ictimai əhəmiyyətli qərarların verilməsi prosesində vətəndaşların iştirak imkanlarının genişləndirilməsi hökumətin korrupsiyaya qarşı mübarizə sahəsində siyasətinin səmərəliliyinin artırılmasına töhfə verə bilər”.

 “Beynəlxalq Şəffaflıq” Təşkilatı isə bildirir ki, artıq 25-ci ildir tərtib edilən korrupsiyanı qavrama indeksi dünyada narahatlıq doğuran meylin mövcudluğuna işarə edir. Belə ki, bütün dünyada korrupsiya ilə mübarizə sahəsində göstərilən səylərə baxmayaraq, əksər ölkələrin bu istiqamətdə fəaliyyəti ləng gedir: “Korrupsiyanı qavrama indeksinin son altı il üzrə nəticələri göstərir ki, bir çox dövlətlərin korrupsiyanı cilovlamaq cəhdləri ciddi bəhrə verməmişdir.  İndeksin nəticələrinin təhlili deməyə əsas verir ki, vətəndaş cəmiyyəti institutlarının müdafiə mexanizmlərinin zəif olduğu ölkələrdə korrupsiya səviyyəsi yüksək olaraq qalır. Qeyd edilənləri nəzərə alaraq İndeksdə mövqeyi zəif olan ölkələrdə vətəndaş cəmiyyətinin fəaliyyəti üçün imkanlar yaxşılaşdırılmalıdır”.

Onu da qeyd edək ki, builki indeksə görə, dünya ölkələrinin üçdə ikisinin göstəricisi orta hesabla 43 olmaqla 50-nin altındadır.

Son 6 ildə bir neçə ölkə korrupsiyanın qavranması (CPI) indeksini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Bunların sırasında Fil Sümüyü Sahili, Seneqal və Birləşmiş Krallıq da var. Suriya, Yəmən və Avstraliya da daxil bir sıra ölkələrdə isə bu göstərici əhəmiyyətli şəkildə pisləşib.

Hesabatda ən yüksək korrupsiyasızlıq göstəriciləri Yeni Zelandiya (89) və Danimarkaya (88) aiddir. Ən pis göstəricilərə Suriya (14), Cənubi Sudan (12) və Somali (9) malikdir.

Ermənistan reytinqdə 107-ci yerdə, 2 pillə geriləyən Gürcüstan 46-cı, Belarus 68-ci yerdədir. Qazaxıstan 31 balla Azərbaycanla birlikdə 122-ci yeri bölüşür. Qalan keçmiş sovet respublikalarının hamısı Azərbaycandan daha aşağı pillələri tutub: Ukrayna (130), Qırğızıstan (135) Rusiya (135), Özbəkistan 157, Tacikistan (161) və Türkmənistan (167).

İndeksin nəticələrini şərh edən iqtisadçı ekspert Rəşad Həsənovun sözlərinə görə, Azərbaycanın indeksdəki mövqeyinin bir pillə yaxşılaşmasına bir sıra amillər təsir göstərib: “2016-cı ildə 1 pillə, ötən il üzrə daha 1 pillə irəliləyiş qeydə alınıb. Buna təsir edən fundamental faktorlar var. Bunlardan birincisi budur ki, neft gəlirlərinin azalması nəticəsində büdcə xərcləmələri, xüsusilə də əsaslı dövlət investisiya qoyuluşu xərcləri azaldıldı. Bu, korrupsiya predmetinin daralması fonunda müəyyən qədər irəliləyişin əldə olunmasına təsir edən faktor kimi çıxış etdi. Bundan başqa, yaranmış yeni çağırışlar ictimai vəsaitlərdən daha səmərəli istifadə olunması zərurətini yaratdı. 2014-cü ildə dövlət büdcəsinin həcmi 25 milyard dollara yaxın idi, 2017-ci ildə 10 milyard dollara qədər aşağı düşdü. Manat ifadəsində isə 20 milyard manatdan 17,5 milyard manata düşdü. Bu azalma vəsaitlərdən daha səmərəli istifadə imkanı yaratdı. Bundan əlavə, korrupsiyaya təsir edən, sadəcə, ictimai vəsaitlərin xərclənməsi deyil, həm də himayədarlır və vəzifə səlahiyyətlərindən sui-istifadə kimi hallardır. Hansı ki, bunun özündə də meydanın daraldığını deyə bilərik. Ölkədə qeyri-neft sektorunun inkişafı üçün tarixi zəmin yaranmışdı. Bu fonda gömrük sistemində islahatların aparılması müsbətə doğru dəyişikliyin əldə olunmasında rol oynadı. Bunlarla yanaşı, ASAN xidmətə verilən səlahiyyətlərin genişləndirilməsi, Hesablama Palatasının səlahiyyətlərinin genişləndirilməsi, sahibkarlıq subyektlərinin yoxlanmasının daha 4 illiyə dayandırılması kimi amillər də var”.

Ekspert bildirir ki, müsbət tendensiyalarla yanaşı, hazırda Azərbaycanda korrupsiya indeksinin daha sürətlə yaxşılaşmasına imkan verməyən təhdidlər də var: “Bunlar himayədarlıq, məmur biznesi, oliqarxlaşmanın güclənməsi, kənar müdaxilə kimi məsələlərdir. Ölkədə inhisarçılığa, məmur biznesinə qarşı həyata keçirilən tədbirlər gözlənildiyi qədər ciddi nəticələrə gətirib çıxarmır. Buna görə də bu tədbirlərin konkretliyi artırılmalıdır. Ümumiyyətlə, yanaşma dəyişməlidir. Dövlət strukturunun yenidən təşkili həyata keçirilməlidir. Şəffaflığı artıran yeni mexanizmlər işlənib hazırlanmalı, qurumların fəaliyyəti onlar əsasında qiymətləndirilməlidir.  İqtisadi mühitin liberallaşdırılması, hüququn aliliyinin təmin olunması, məhkəmə sisteminin restrukturizasiyası kimi addımlar atılmalıdır. Burada mühüm məsələlərdən biri də məmurların gəlirləri barədə məlumatların təqdim olunması mexanizminin yaradılmasıdır. Bütün bunları həyata keçirməklə Azərbaycanın indeksdəki mövqeyində kəskin dönüşə nail ola bilərik”.
Oxşar xəbərlər
18 May 2024 | 23:57
Elmdə sıçrayış: dondurulmuş insan beyni həyata qaytarılıb
18 May 2024 | 23:53
Azərbaycan millisi Almaniya və İsrail yığmaları ilə qarşılaşacaq
18 May 2024 | 23:50
"Ukrayna Rusiyanın neft emalı gücünün 14 faizini sıradan çıxarıb" - "Bloomberg"
18 May 2024 | 23:47
Gecə yatmazdan öncə ananas yeyin, görün nə olacaq - Bu problemi aradan qaldırır
18 May 2024 | 23:35
Meyiti tapılan qadın görün kimdir
18 May 2024 | 23:33
Putin Şimali Koreyaya səfər edəcək
18 May 2024 | 23:31
Gürcüstan parlamenti Prezidentin mübahisəli qanunla bağlı vetosunu dəf edə biləcək
18 May 2024 | 23:29
Evinə sevgilisi ilə gedən əri ARVADI DÖYDÜRDÜ - FOTO
18 May 2024 | 23:16
Bakıda mənzildə meyit aşkarlanıb
18 May 2024 | 23:15
Bu teatrdan 1500 nəfər TƏXLİYƏ EDİLDİ - ŞOK SƏBƏB- VİDEO
18 May 2024 | 22:52
Yatmazdan əvvəl bunları edin
18 May 2024 | 22:48
“Akkuyu” AES-də ilk enerji blokunun işə başlayacağı tarix açıqlanıb
18 May 2024 | 22:48
Afrikadan gələn maraqlı görüntü müzakirə mövzusuna çevrildi: Heyvanlar hərəkətsiz qaldı
18 May 2024 | 22:41
Eduard Məmmədov 11-ci dəfə Dünya Kubokunu qazandı
18 May 2024 | 22:33
Zelenski Makronun "Olimpiya atəşkəsi"ni rədd edib: "Bu, düşmənin əlinə oynamaqdır"
18 May 2024 | 22:25
Qətlə yetirilən tələbənin cinayət işində müəmma daha da böyüyür - Ailəsi DANIŞDI / VİDEO
18 May 2024 | 22:16
Sərhəddəki ermənilərə vaxt verildi: iyunun 24-dək tərk edin!
18 May 2024 | 22:09
DƏHŞƏTLİ QƏTL: arvadını öldürdü, cəsədi ilə selfi çəkdi, özü isə...
18 May 2024 | 22:07
Sankt-Peterburq hərbi akademiyasında "qeyri-iradi" patlayış baş verib, yeddi nəfər xəstəxanalıq olub
18 May 2024 | 21:57
Bu bürclərdən ehtiyatlanın: Sirr saxlaya bilmirlər!
18 May 2024 | 21:56
“Fransa qalib gələcək, amma...”
18 May 2024 | 21:49
Aygün Kazımovanı bir də belə görün - FOTOLAR
18 May 2024 | 21:44
Yaxşı yatmaq üçün YOLLAR: Minnətdar olacağınız məsləhətlər
18 May 2024 | 21:37
Hər şey yaxşılığa doğru dəyişəcək: Yazın sonuna qədər 
18 May 2024 | 21:25
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib - FOTO
18 May 2024 | 21:21
Qərbin Qafqaz "agentura"sı çökdürülür: ABŞ "casus savaşı"nı uduzur, regiondan çıxarılır 
18 May 2024 | 21:15
Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - FOTO
18 May 2024 | 21:09
NATO-nun ən güclü 10 ordusu - Türkiyə neçəncidir?  
18 May 2024 | 21:07
Faiq Ələkbərlinin milli fəlsəfi fikir tarixinə aid yeni əsəri nəşr olunub
18 May 2024 | 20:56
Qəbizliyi aradan qaldıran qidalar
18 May 2024 | 20:50
32 ildən sonra Laçında ikinci toy - FOTO
18 May 2024 | 20:41
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
18 May 2024 | 20:40
Şəkidə yol qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
18 May 2024 | 20:33
5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla... 
18 May 2024 | 20:27
İsrail "Hizbullah" döyüşçülərini daşıyan avtomobilə zərbə endirib - VİDEO
18 May 2024 | 20:23
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
18 May 2024 | 20:10
Siyasi partiyalarla konstruktiv dialoq milli maraqların qorunmasına hesablanıb
18 May 2024 | 19:56
Putinlə Tokayev arasında kritik zəng
18 May 2024 | 19:50
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
18 May 2024 | 19:49
Lerikdə uçqun zamanı bağlı qalan yol qismən açılıb
18 May 2024 | 19:30
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
18 May 2024 | 19:29
Azərbaycan çempionatında möhtəşəm qol vuruldu
18 May 2024 | 19:16
Cəlilabadda canavarlar altı qoyunu parçalayıb, dördü xəsarət alıb
18 May 2024 | 19:12
Zurabişvili xarici agentlər haqqında qanuna veto qoyub
18 May 2024 | 19:08
"Rusiya ilə Qərb arasında hərbi qarşıdurmanın kəskin mərhələsi davam edir"
18 May 2024 | 19:07
Zəngilan məscidinin əsaslı təmirdən sonrakı görüntüləri - VİDEO
18 May 2024 | 18:30
Müdafiə Nazirliyinin idarə rəisi İŞDƏN ÇIXARILDI
18 May 2024 | 18:02
Qarabağ Universiteti ilə bağlı sualların cavablandırılması üçün bu nömrəyə ZƏNG EDİN
18 May 2024 | 17:57
Xalq artisti Roza Cəlilova yubileyi münasibətilə evində ziyarət olundu - FOTO
18 May 2024 | 17:53
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım etdi - FOTO
18 May 2024 | 17:49
Ağasəlim Mircavadov "Sumqayıt"ın Premyer Liqada ikincilik şansını daha yüksək qiymətləndirib
18 May 2024 | 17:43
"Ağ Evin keçirdiyi unikal əməliyyat nəticəsində amerikalı həkimlər Qəzzanı tərk edib" - CNN + FOTO
18 May 2024 | 17:37
Binədə qeyri-adi hadisə: Yola tökdükləri başlarına bəla oldu - VİDEO
18 May 2024 | 17:31
Alim Qasımovu dünyaya təqdim edən tarzən: O, ölümündən əvvəl tarına nə deyib? - FOTO
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 17:19
Fidan Qasımova və Nahidə Orucova nənə oldu-FOTO
18 May 2024 | 17:17
Qadın sürücüləri tənqid etdi: "Harda gəldi saxlayıb gedirlər"
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
18 May 2024 | 17:09
Boksçularımız beynəlxalq turniri 5 medalla başa vurublar - FOTO
18 May 2024 | 17:04
Moskvada Azərbaycan məhsullarının dequstasiyası keçirilib - FOTO
18 May 2024 | 17:01
“Ermənilərin məşhur bəstəkarı özü etiraf etmişdi ki, musiqi yazmağı Üzeyir Hacıbəylidən öyrənib”-FOTO+ÖZƏL
18 May 2024 | 16:59
Maşanlı kəndində 590 fərdi ev inşa ediləcək
18 May 2024 | 16:58
"Kiyevin müttəfiqləri Ukraynanı sülh danışıqlarına meyilləndirir" - "Europe 1" radiostansiyası
18 May 2024 | 16:56
Qarabağ Universitetinin bukleti hazırlanıb
18 May 2024 | 16:54
2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev inşa ediləcək
18 May 2024 | 16:52
"Azəriqaz"-ın baş direktoru bir qrup Birlik əməkdaşını mükafatlandırdı - FOTO
18 May 2024 | 16:50
Yüz manatlıqlarla bağlı əhaliyə XƏBƏRDARLIQ: "DİQQƏTLİ OLUN!"
18 May 2024 | 16:48
Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək
18 May 2024 | 16:45
Prezident və xanımı Zəngilan məscidinin açılışında - YENİLƏNİB
18 May 2024 | 16:42
2040-cı ilədək Mincivanda 630 fərdi ev və yaşayış binaları tikiləcək
18 May 2024 | 16:39
Peter Siyarto: Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı fəaliyyəti bərpa olunmalıdır
18 May 2024 | 16:35
“Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi - YENİLƏNİB
18 May 2024 | 16:32
Azərbaycanın yunan-Roma güləşi millisi U-15 Avropa çempionatında birinci olub
18 May 2024 | 16:29
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 16:22
Hacıqabulda 14 yaşlı oğlan bıçaqlanıb
18 May 2024 | 16:19
Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoydu - FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:12
İlham Əliyev Cəbrayılın Böyük Mərcanlı kəndinin təməlini qoydu - FOTO
18 May 2024 | 16:11
Azərbaycanlı şair vəfat edib
18 May 2024 | 16:08
Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoydu
18 May 2024 | 16:03
"Zəmanətli sanitar zonaya Polşa da düşəcək" - Medvedev
18 May 2024 | 15:58
Bəzi yerlərə leysan, dağlıq ərazilərdə qar yağıb, Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
18 May 2024 | 15:51
"IV siniflərin 98 faizi monitorinq imtahanında iştirak edib"
18 May 2024 | 15:49
“Söz azadlığından, demokratiyadan  danışıb sosial şəbəkələrin fəaliyyətini dayandırmaq əxlaqsızlıqdır”
18 May 2024 | 15:45
Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
18 May 2024 | 15:44
UNEC-in sədrliyi ilə Türk Universitetləri Birliyinin 7-ci Baş Assambleyası keçiriləcək
18 May 2024 | 15:43
“Real Madrid”in 60 milyon avroya transfer etdiyi futbolçu mövsüm sonunda klubsuz qala bilər
18 May 2024 | 15:36
Daşkənddə keçirilən Türk Dünyası Sammiti başa çatdı - FOTO
18 May 2024 | 15:33
Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu
18 May 2024 | 15:30
“NKVD” – komsomol qarşıdurması: Beriya bu mübarizədən də qalib çıxıb  
18 May 2024 | 15:25
ABŞ-nin nüfuzlu universitetlərinə qəbul qazanan məktəblinin daha bir uğuru
18 May 2024 | 15:20
Nohur gölündə suyun səviyyəsi aşağı endirilir - VİDEO
18 May 2024 | 15:18
Türkiyəli nazir Zəngəzur dəhlizinin açılacağı tarixi açıqladı
18 May 2024 | 15:16
Azərbaycanın üçqat dünya çempionu: Özümdən bu nəticəni gözləyirdim
18 May 2024 | 15:15
Qafqazda qurulan oyun
18 May 2024 | 15:10
Fransa-Azərbaycan gərginliyinin əsl səbəbi: Məsələ Ermənistan deyilmiş
18 May 2024 | 15:03
Bakıda 50 minə yaxın lV sinif şagirdi imtahan verdi
18 May 2024 | 14:58
Bakıda “kokain” və “ekstazi” satan şəxs tutuldu - VİDEO
18 May 2024 | 14:52
Hərbi Hava Qüvvələrinə yeni təyin olunan komandan KİMDİR? - DOSYE
GÜNLÜK
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
18 May 2024 | 07:40
Kommunistlər də keşiş Baqratın hərəkatını dəstəklədi...-SSRİ-nin bərpasını xəyal edirlər...
18 May 2024 | 09:00
Yasin Qarayev: “Ramiz Məlik deyirdi ki, milli teatr bir dənə olur, sizin teatra bu status verilə bilməz"
18 May 2024 | 07:20
Yaşıl kartofu yemək çox təhlükəlidir – Həkim
18 May 2024 | 08:00
Kardioloqdan XƏBƏRDARLIQ: Telefonda 30 dəqiqədən çox danışmaq...
18 May 2024 | 07:08
Tarixin ən məşhur qadın mafiyaları - Onlar hansı cinayətləri törədiblər?
18 May 2024 | 08:39
Hakimiyyətdə kimlərin övladları nə işlə məşğuldur?
18 May 2024 | 09:19
XƏBƏRDARLIQ - Mayın 22-dən 25-dək...
18 May 2024 | 06:42
"Ukrayna dronlarının zərbələri Rusiyanı yanacaqsız qoya bilər..."-Hərbi ekspert
18 May 2024 | 10:53
Roza Zərgərli: “Aftandil İsrafilov mənəvi atam idi, bir çox qadınların adına..."
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
12 May 2024 | 19:07
2 azyaşlı uşağı vuraraq hadisə yerindən qaçan ifaçı SÖYÜŞ SÖYDÜ
15 May 2024 | 22:56
Fitsoya sui-qəsdlə bağlı maraqlı FAKT - 2003-cü ildən sonra ilk dəfə... - VİDEO
17 May 2024 | 10:44
Bu rayonlarda insan alveri qurbanlarının sayı daha çoxdur -Gəncə, Sumqayıt... 
AYLIQ
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
18 May 2024 | 07:40
Kommunistlər də keşiş Baqratın hərəkatını dəstəklədi...-SSRİ-nin bərpasını xəyal edirlər...
18 May 2024 | 09:00
Yasin Qarayev: “Ramiz Məlik deyirdi ki, milli teatr bir dənə olur, sizin teatra bu status verilə bilməz"
18 May 2024 | 07:20
Yaşıl kartofu yemək çox təhlükəlidir – Həkim
18 May 2024 | 08:00
Kardioloqdan XƏBƏRDARLIQ: Telefonda 30 dəqiqədən çox danışmaq...
18 May 2024 | 07:08
Tarixin ən məşhur qadın mafiyaları - Onlar hansı cinayətləri törədiblər?
18 May 2024 | 08:39
Hakimiyyətdə kimlərin övladları nə işlə məşğuldur?
18 May 2024 | 09:19
XƏBƏRDARLIQ - Mayın 22-dən 25-dək...
18 May 2024 | 06:42
"Ukrayna dronlarının zərbələri Rusiyanı yanacaqsız qoya bilər..."-Hərbi ekspert
18 May 2024 | 10:53
Roza Zərgərli: “Aftandil İsrafilov mənəvi atam idi, bir çox qadınların adına..."