Cümhuriyyətin 100 tələbəni xaricə yola salması, milyonçu Tağıyevə verilən söz - Romandan parça
Oxunub: 3722
31 Jan 2018 | 00:19
Cümhuriyyətin 100 tələbəni xaricə yola salması, milyonçu Tağıyevə verilən söz - Romandan parça
2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti” ili elan edilib. Qeyd edək ki, bu ilin mayında həmin şanlı tarixin-Azərbaycan Cümhuriyyətinin əsasının qoyulmasının-100 illik yubileyi tamam olur. Yüzillik yubileylə də bağlı ötən il sərəncam verilmişdi.

Moderator.az artıq neçə aydır ki, bu mövzu ilə bağlı silsilə yazılarını davam etdirir. Həmçinin, ADR mövzusunın ədəbiyyatda, kinoda bir o qədər də çox işlənmədiyini bir iki-dəfə qabartmışdıq. 
Əksəriyyət Cümhuriyyət barəsində son zamanlar yazılan heç bir böyük romanın olmadığını düşünür. Nəinki son zamanlar, ümumiyyətlə, bu məzmunda heç bir romanın olmadığı vurğulanır. 
Lakin yazıçı-tərcüməçi  Nəriman Ədürrəhmanlı Moderator.az-a açıqlamasında bunun əksini söyləyir və iki il bundan əvvəl yazdığı “Qurban” romanında Cümhuriyyətə aid xeyli maraqlı məsələlərin işıqlandırdığını bildirib:

“Cümhuriyyətin Ukraynadakı, Krımdakı, İstanbuldakı səfiri Yusif Vəzir Çəmənzəminlinin həyatı, Cümhuriyyət hökumətinin xaricə təhsil almaq üçün göndərdiyi 100 nəfər tələbənin taleyi, sovet quruluşuna qarşı aparılan gizli mübarizə, Cümhuriyyət tərəfdarlarının repressiyalara məruz qalması romanın başlıca mövzusudur. Romanda Cümhuriyyətin qurulması və süqutu da kifayət qədər təsvir olunub. Hamısı da tarixi faktlara, hadisələrə söykənir”.

Qeyd edək ki, Moderator.az müəllifin əsərindən Cümhuriyyətlə əlaqəli, yuxarıda adı çəkilən hissələri mətn formasında bir-bir təqdim edəcək...

IV Fəsil

Yanvarın 30-da Nazirlər Şurası Cümhuriyyətin milli himninin hazırlanması haqqında qərar qəbul eləmiş, bu məqsədlə də Xalq Maarif Nazirliyi tərəfindən müsabiqə elan olunmuşdu...

Sevinmək üçün səbəb axtaranda qalan başqa şeylər barədə ötəri düşünürsən. Sevinməyə dəyərdi, çox vacib saydığı bu məsələdə onun da xidməti vardı.
 
Cəmi bir neçə gün sonra Qızılbuynuzda limana yan alan gəmini qarşılamağa çıxmışdılar: Batumdan gələn “Kleopatra” İstanbula, Romaya, Parisə, Berlinə... oxumağa gedəcək cavanları gətirirdi. Yanvarın ortalarıydı, dünəndən yağan qar şəhərə, elə bil, başqa mənzərə vermişdi. Cahangir bəyin xəyalpərvər, Zeynal bəyin nikbin, Mirzə Qədirin müəmmalı-laqeyd görkəminə baxdıqca aradan keçən aylar ərzində bu adamların ondan ötrü nə qədər doğmalaşdıqları barədə düşünürdü. Qamət Əfəndini limana göndərib gəminin yan alacağı vaxtı öyrənsələr də, xeyli tez gəlmişdilər, yəqin görüşün vacibliyi, doğmalarıyla ünsiyyət onları  rahat oturmağa qıymamışdı.
        Gəminin ağır-ağır limana girib sahilə yan alması, lövbər atması, pilləkanın açılması bir saata yaxın çəkdi. Artıq göyərtəyə yığışmış sərnişinlərin arasında tanış simaları axtarmağa başladı. Əvvəlcə Aslanı gördü, sonra gözünə daha bir neçə tanış sima dəydi, nəhayət ki, Mir Abdullanın arğaz vücudunu seçə bildi. Müsafir qarşılayanların qışqırtıları, hambalların səs-küyü, faytonlara, arabalara qoşulmuş heyvanların fınxırtısı, qağayıların fəryadı arasından Aslanın əl eləyə-eləyə dediyi sözləri qavraya bilmədi.
        Əvvəlcə elə Aslanla da görüşdü, sonra solğun, amma sevinclə dolu Mirabdullanı sinəsinə sıxanda kövrəldiyini hiss elədi:
        “Çox sevindim ki, arzunuza çatdınız, - dedi, - oxuyub dövlətimiz üçün fayda verəcəksiniz.”
        “Hələ bir gör kimlər var!..” – Mir Abdulla bir-bir yaxınlaşanları göstərdi.
        Heç ağlına gəlməzdi ki, uzaq İstanbulda Şuşadan tanıdığı bu qədər adam görəcək. Artıq cavanlıq həddinə dolmuş tanışlarını – Hacı Məhəmməd bəy Münşizadənin oğlu Hilalı, Fərman bəy Nərimanbəyovun oğlu Yaqubu, Məmmədcavad Muradovun oğlu Zalı, Zəkəriyyə bəyin oğlu Teymuru gördü... hamısını bir-bir bağrına basdı. Sonra Aslan o biri cavanları təqdim elədi:
         “Lətif Şirin oğlu Qasımov, Abbas Həmid oğlu Muradov, Hüseyn Musa oğlu Nağıyev...” – Mirabdulla onların atalarının adını qəsdən deyirdi ki, hansı məhəllədən, kimin oğlu olduqlarını ayırd eləyə bilsin.
         Cavanları Abdulla bəy Əfəndizadə gətirmişdi. Nurani görkəmli, pensneli, arğaz adam idi Yusif  Vəzirlə üz-üzə gələndə məmnuniyyətini gizlədə bilmədi:
         “İmzanıza çoxdan bələdəm, möhtərəm Yusif bəy, ilk dəfə bu qədər uzaqda rastlaşacağımı ağlıma gətirməzdim. Tanışlığımıza çox şad oldum”, - gülümsəyə-gülümsəyə əlini uzatdı.
         “Cavanlarımızın gələcəyi sizin kimi insanların əlində olduğuna görə çox məmnunam, Abdulla bəy, - onun əlini ürəkdən sıxdı. – Ümidvaram, zəhmətiniz hədər getməyəcək. - Abdulla bəyin təbəssümü altında qayğı gizləndiyini sezib qoluna girdi. – Heç narahat olmayın, biz burda hər şeyə əncam çəkmişik, cavanları yola salanacan hər cür ehtiyaclarını qarşılayacağıq”.
          Dünəndən müsafirxanalara adam göndərib cavanların gecələməsi üçün yer tapmışdı. Mir Abdullayla Aslanı Zeynal bəy qonaq eləyəcəkdi, Abdulla bəy üçün ev sahibəsilə köməkləşib tədarük görmüşdülər: o cavanları ola salandan sonra Bakıya qayıdacaq, gedənləri Parisdə Əlimərdan bəy qarşılayacaqdı.
         Əli çamadanlı, bağlamalı, Avropa geyimli, gimnaziya formalı, furajkalı, şlyapalı cavanların əlini bir-bir sıxıb faytonlarla yola salanacan həyəcanlı duyğu vücudunu tərk eləmədi...
        Kuryer Məmmədağa və Qamət Əfəndi də daxil olmaqla səfarətin bütün heyəti onların yerbəyer olması, yemək yeyib dincəlməsi qayğılarını öz üzərinə götürmüşdü. Limandan axırıncı çıxan da elə özləri oldular.
         “Cavanlardan nigarançılığımız olmasın, əməkdaşlarımız nə lazımdırsa, eləyəcəklər, İstanbulda qalanları da diqqətdə saxlayacağıq, - Yusif Vəzir Abdulla bəyə yol göstərdi, - indi gedək sizin rahatlığınız barədə düşünək”.
        ...Az sonra Xeyriyyə xanımın açdığı süfrə arxasında əyləşmişdilər.
         “Çox ağır iş oldu, - Abdulla bəy xoşbəxt yorğunluqla danışırdı. – Bu qədər cavanı imtahandan keçirmək, biliyini yoxlamaq, ən yaxşılarını seçmək  asan deyildi. Amma öhdəsindən gələ bildik...”
        “Bu cümhuriyyətimizin gələcəyinə sərmayə qoymaqdı, Abdulla bəy, - Yusif Vəzirin gözləri parıldayırdı. – Dörd-beş ildən sonra o cavanların hər biri öz sahəsində əvəzolunmaz şəxsə çevriləcək”.
       “Hökumətimizin çətinlikləri olsa da, buna yeddi milyon manat ayırdı, - Abdulla bəy həvəsə gəlmişdi. – Hər birinə min frank yol xərci verilib, bu da tətil vaxtlarında gəliş-gedişlərilə beş min frank eləyir, ayda dörd yüz frank da  təqaüd alacaqlar. Beş il ərzinsə hər tələbəyə otuz altı min manat xərclənəcək.. Ərzaqla da, hər cür ləvazimatlarla da təmin olunublar. Ticarət və Sənaye Nazirliyimiz hərəsinə qırx arşın parça, iki cüt döşəkağı, iki ədəd  əl-üz dəsmalı, altı ədəd cib dəsmalı ayırıb”.
       “Miri yazmışdı ki, Hacı Zeynalabdin də öz səxavətini göstərib...”
       “Düzdü, Hacı bu münasıibətlə böyük ziyafət verdi, amma cavanların hər birindən iltizam aldı ki, hər ay verəcəyi əlli manat təqaüdün, ildə bir dəfə tətil xərclərinin müqabilində mütləq vətənlərinə qayıdacaqlar, işləyəndə borclarını burdəfəlik, ya da hissə-hissə qaytaracaqlar, bir də qeyri-türk və qeyri-müsəlmanla evlənməyəcəklər. Əlbəttə, axırıncı şərtini müqavilədən çıxarmaq üçün Hacını razı sala bildik...”
          Abdulla bəy əhvalatın necə olduğunu da danışdı: cavanlar səfərqabağı  Hacını ziyarət gedirlər. Hacı onların hal-əhvalını xəbər alır, sonra şikayətləri olub-olmadığını soruşur. Hamısı vəziyyətlərindən razılıqlarını bildirirlər, yalnız bir nəfəri dillənir: «Hacı əfəndi, Siz bizdən qeyri-türklə evlənməyəcəyimizə dair imza aldınız. Amma ölkəmizdəki məktəblərdə təhsil alan türk qızı yoxdu. Onda ziyalı və təhsilli kimsənin cahil qızla evlənməsi bilmirəm nə dərəcədə düzgündü?»  Tələbənin sualı Hacının ağlına batır, deyir: «Övladım, çox doğru söyləyirsən, əmin olun ki, bu nöqsanımızı da aradan qaldıracağam». Ertəsi gün Qafqazda nəşr olunan bütün qəzetlərdə Hacının aşağıdakı məzmunda elanı çıxır: «Qafqaz türklərinin yeddi-səkkiz yaşları arasındakı qız uşaqlarını aşağıdakı şərtlərlə internat məktəbinə qəbul edirəm. Bu qız uşaqları on il təhsil alandan sonra öz qızlarım kimi onları evləndirib, gələcək həyatlarını təmin edəcəyəm. İmza: Hacı Zeynalabdin.»
        “Əlbəttə, düz eləyib, insanın əqidə azadlığına müdaxilə eləmək olmaz. Sağ olsun, Hacı çox ağıllı çıxış yolu tapıb, təki arzusu çin olsun...” – Bu məqamda, elə bil, Bakıda, Aşqabadda, Kiyevdə vurulduğu qeyri-türk və qeyri-müsəlman qızlardan Abdulla bəyin xəbər tutacağını beynindən keçirib özünü yığışdırdı.
       “İşimiz asan olmadı, Yusif bəy. Amma hökumət hər şeyi mütəşəkkil şəkildə yoluna qoymaq üçün əlindən gələni elədi. Elə cavanların özlərinin nümayəndələrindən ibarət təşkilat bürosu yaratdıq. Büronun sədri Teymur bəy Aslanov bizim nümayəndəmizlə birgə lazımi yol vəsiqələri almaq üçün Tiflisdə Batumda oldu. Cavanların necə təntənəylə yola salındıqlarını bir görəydiniz, - Abdulla bəyin gözləri parıldayırdı. - Hökumət üzvləri, ziyalılar, xeyriyyəçilər, din adamları bu cavanları yola salmağa gəlmişdilər. Səmədağa Ağamalıoğlu, İbrahim Əbilov, Əhməd Pepinov xeyir-dua, məsləhət verdilər. Çox təssüf ki, seçilən cavanlardan biri, Balaxanı məktəbinin müəllimi Miryusif  Mirabdullazadə qəflətən vəfat elədi. Məkanı cənnət olsun. Müəllim yoldaşı Seyidbağır Axundzadə çıxış elkəyib onun barəsində danışdı. Cabbar Qayağdıoğlu Qurban Pirimov və Saşa Ohanezaşviliylə elə vağzalın böyük zalındaca məclis qurdu, Əlabbas Müznib süfrə açıb hamını çay, şirniyyat, meyvəyə qonaq elədi. Əlbəttə, Ağamalıoğlu fürsətdən istifadə eləyib öz siyasi məramlarını cavanların beyninə yeritməyə çalışdı, amma ümidvaram ki, ağıllı adamlar öz inandıqları yolla gedəcək, onlara bəslənən ümidləri doğruldacaqlar...”
       “İnşallah, - Yusif Vəzir ərklə qonağının sözünü kəsdi, - Abdulla bəy, yol gəlmisiniz, yemək buyurun, söhbətə vaxtımız olacaq...”
       ...Yenicə qəhvə masasının arxasına keçmişdilər ki, Cahangir bəy, ardınca Zeynal və Mirzə Qədir içəri girdilər. Sabahkı işləri götür-qoy eləməliydilər. Belə qərara gəldilər ki, əvvəlcə müttəfiq qoşunları komandanlığından icazənamə alsınlar, da bilet tədarükündə olsunlar, sonra vaxta görə cavanları İstanbulla tanış eləsinlər, üstəlik, qəbul, ziyafət, söhbət qarışıq görüş də keçirsinlər.
        “Şimaldan gözlənən təhlükə get-gedə artır, - bu məsələlərlə bağlı müzakirələr bitəndən sonra Abdulla bəy qayğılı görkəmlə dilləndi. - Bolşeviklər yönlərini cənuba çevirsələr, çətin olacaq, ermənilər qüvvələrimizi daim Qarabağda, qərb sərhədiniz boyunda saxlama məcburiyyətində qoyublar”.
        “Açıq təcavüzə keçəcəklərinə inanmıram, - Cahangir bəy nikbin görünürdü. – Paris konfransında de-fakto tanınandan sonra özlərini müttəfiq qüvvələrə qarşı qoymazlar”.
        “Osmanlının indiki vəziyyətindən, bizim Osmanlıya meylimizdən istifadə eləyə bilərlər, - Zeynal bəy o qədər də nikbin deyildi. – Denikinin yönünü bu səmtə salmaq istədilər, baş tutmadı, amma erməni-yəhudi-bolşeviklər Bakıda qızğın fəaliyyətə keçiblər, hökumətsə susur...”
        “Zeynal bəylə razıyam, - Yusif Vəzir rahat otura bilməyib yerindən qalxdı. – Hökumətimiz bununla bağlı təxirəsalınmaz tədbirlər görməlidi. Bolşevizmin ölkəmizə gəlməsinə heç vaxt yol vermək olmaz. Bu milli fəlakətə səbəb olar...”
        Mirzə Qədir adəti üzrə danıb-danışmadı, görkəmindən deyilənlərə şərik olub-olmadığı bilinmirdi...

Hazırladı: Elmin Nuri
Oxşar xəbərlər
18 May 2024 | 23:57
Elmdə sıçrayış: dondurulmuş insan beyni həyata qaytarılıb
18 May 2024 | 23:53
Azərbaycan millisi Almaniya və İsrail yığmaları ilə qarşılaşacaq
18 May 2024 | 23:50
"Ukrayna Rusiyanın neft emalı gücünün 14 faizini sıradan çıxarıb" - "Bloomberg"
18 May 2024 | 23:47
Gecə yatmazdan öncə ananas yeyin, görün nə olacaq - Bu problemi aradan qaldırır
18 May 2024 | 23:35
Meyiti tapılan qadın görün kimdir
18 May 2024 | 23:33
Putin Şimali Koreyaya səfər edəcək
18 May 2024 | 23:31
Gürcüstan parlamenti Prezidentin mübahisəli qanunla bağlı vetosunu dəf edə biləcək
18 May 2024 | 23:29
Evinə sevgilisi ilə gedən əri ARVADI DÖYDÜRDÜ - FOTO
18 May 2024 | 23:16
Bakıda mənzildə meyit aşkarlanıb
18 May 2024 | 23:15
Bu teatrdan 1500 nəfər TƏXLİYƏ EDİLDİ - ŞOK SƏBƏB- VİDEO
18 May 2024 | 22:52
Yatmazdan əvvəl bunları edin
18 May 2024 | 22:48
“Akkuyu” AES-də ilk enerji blokunun işə başlayacağı tarix açıqlanıb
18 May 2024 | 22:48
Afrikadan gələn maraqlı görüntü müzakirə mövzusuna çevrildi: Heyvanlar hərəkətsiz qaldı
18 May 2024 | 22:41
Eduard Məmmədov 11-ci dəfə Dünya Kubokunu qazandı
18 May 2024 | 22:33
Zelenski Makronun "Olimpiya atəşkəsi"ni rədd edib: "Bu, düşmənin əlinə oynamaqdır"
18 May 2024 | 22:25
Qətlə yetirilən tələbənin cinayət işində müəmma daha da böyüyür - Ailəsi DANIŞDI / VİDEO
18 May 2024 | 22:16
Sərhəddəki ermənilərə vaxt verildi: iyunun 24-dək tərk edin!
18 May 2024 | 22:09
DƏHŞƏTLİ QƏTL: arvadını öldürdü, cəsədi ilə selfi çəkdi, özü isə...
18 May 2024 | 22:07
Sankt-Peterburq hərbi akademiyasında "qeyri-iradi" patlayış baş verib, yeddi nəfər xəstəxanalıq olub
18 May 2024 | 21:57
Bu bürclərdən ehtiyatlanın: Sirr saxlaya bilmirlər!
18 May 2024 | 21:56
“Fransa qalib gələcək, amma...”
18 May 2024 | 21:49
Aygün Kazımovanı bir də belə görün - FOTOLAR
18 May 2024 | 21:44
Yaxşı yatmaq üçün YOLLAR: Minnətdar olacağınız məsləhətlər
18 May 2024 | 21:37
Hər şey yaxşılığa doğru dəyişəcək: Yazın sonuna qədər 
18 May 2024 | 21:25
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib - FOTO
18 May 2024 | 21:21
Qərbin Qafqaz "agentura"sı çökdürülür: ABŞ "casus savaşı"nı uduzur, regiondan çıxarılır 
18 May 2024 | 21:15
Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - FOTO
18 May 2024 | 21:09
NATO-nun ən güclü 10 ordusu - Türkiyə neçəncidir?  
18 May 2024 | 21:07
Faiq Ələkbərlinin milli fəlsəfi fikir tarixinə aid yeni əsəri nəşr olunub
18 May 2024 | 20:56
Qəbizliyi aradan qaldıran qidalar
18 May 2024 | 20:50
32 ildən sonra Laçında ikinci toy - FOTO
18 May 2024 | 20:41
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
18 May 2024 | 20:40
Şəkidə yol qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
18 May 2024 | 20:33
5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla... 
18 May 2024 | 20:27
İsrail "Hizbullah" döyüşçülərini daşıyan avtomobilə zərbə endirib - VİDEO
18 May 2024 | 20:23
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
18 May 2024 | 20:10
Siyasi partiyalarla konstruktiv dialoq milli maraqların qorunmasına hesablanıb
18 May 2024 | 19:56
Putinlə Tokayev arasında kritik zəng
18 May 2024 | 19:50
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
18 May 2024 | 19:49
Lerikdə uçqun zamanı bağlı qalan yol qismən açılıb
18 May 2024 | 19:30
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
18 May 2024 | 19:29
Azərbaycan çempionatında möhtəşəm qol vuruldu
18 May 2024 | 19:16
Cəlilabadda canavarlar altı qoyunu parçalayıb, dördü xəsarət alıb
18 May 2024 | 19:12
Zurabişvili xarici agentlər haqqında qanuna veto qoyub
18 May 2024 | 19:08
"Rusiya ilə Qərb arasında hərbi qarşıdurmanın kəskin mərhələsi davam edir"
18 May 2024 | 19:07
Zəngilan məscidinin əsaslı təmirdən sonrakı görüntüləri - VİDEO
18 May 2024 | 18:30
Müdafiə Nazirliyinin idarə rəisi İŞDƏN ÇIXARILDI
18 May 2024 | 18:02
Qarabağ Universiteti ilə bağlı sualların cavablandırılması üçün bu nömrəyə ZƏNG EDİN
18 May 2024 | 17:57
Xalq artisti Roza Cəlilova yubileyi münasibətilə evində ziyarət olundu - FOTO
18 May 2024 | 17:53
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım etdi - FOTO
18 May 2024 | 17:49
Ağasəlim Mircavadov "Sumqayıt"ın Premyer Liqada ikincilik şansını daha yüksək qiymətləndirib
18 May 2024 | 17:43
"Ağ Evin keçirdiyi unikal əməliyyat nəticəsində amerikalı həkimlər Qəzzanı tərk edib" - CNN + FOTO
18 May 2024 | 17:37
Binədə qeyri-adi hadisə: Yola tökdükləri başlarına bəla oldu - VİDEO
18 May 2024 | 17:31
Alim Qasımovu dünyaya təqdim edən tarzən: O, ölümündən əvvəl tarına nə deyib? - FOTO
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 17:19
Fidan Qasımova və Nahidə Orucova nənə oldu-FOTO
18 May 2024 | 17:17
Qadın sürücüləri tənqid etdi: "Harda gəldi saxlayıb gedirlər"
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
18 May 2024 | 17:09
Boksçularımız beynəlxalq turniri 5 medalla başa vurublar - FOTO
18 May 2024 | 17:04
Moskvada Azərbaycan məhsullarının dequstasiyası keçirilib - FOTO
18 May 2024 | 17:01
“Ermənilərin məşhur bəstəkarı özü etiraf etmişdi ki, musiqi yazmağı Üzeyir Hacıbəylidən öyrənib”-FOTO+ÖZƏL
18 May 2024 | 16:59
Maşanlı kəndində 590 fərdi ev inşa ediləcək
18 May 2024 | 16:58
"Kiyevin müttəfiqləri Ukraynanı sülh danışıqlarına meyilləndirir" - "Europe 1" radiostansiyası
18 May 2024 | 16:56
Qarabağ Universitetinin bukleti hazırlanıb
18 May 2024 | 16:54
2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev inşa ediləcək
18 May 2024 | 16:52
"Azəriqaz"-ın baş direktoru bir qrup Birlik əməkdaşını mükafatlandırdı - FOTO
18 May 2024 | 16:50
Yüz manatlıqlarla bağlı əhaliyə XƏBƏRDARLIQ: "DİQQƏTLİ OLUN!"
18 May 2024 | 16:48
Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək
18 May 2024 | 16:45
Prezident və xanımı Zəngilan məscidinin açılışında - YENİLƏNİB
18 May 2024 | 16:42
2040-cı ilədək Mincivanda 630 fərdi ev və yaşayış binaları tikiləcək
18 May 2024 | 16:39
Peter Siyarto: Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı fəaliyyəti bərpa olunmalıdır
18 May 2024 | 16:35
“Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi - YENİLƏNİB
18 May 2024 | 16:32
Azərbaycanın yunan-Roma güləşi millisi U-15 Avropa çempionatında birinci olub
18 May 2024 | 16:29
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 16:22
Hacıqabulda 14 yaşlı oğlan bıçaqlanıb
18 May 2024 | 16:19
Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoydu - FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:12
İlham Əliyev Cəbrayılın Böyük Mərcanlı kəndinin təməlini qoydu - FOTO
18 May 2024 | 16:11
Azərbaycanlı şair vəfat edib
18 May 2024 | 16:08
Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoydu
18 May 2024 | 16:03
"Zəmanətli sanitar zonaya Polşa da düşəcək" - Medvedev
18 May 2024 | 15:58
Bəzi yerlərə leysan, dağlıq ərazilərdə qar yağıb, Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
18 May 2024 | 15:51
"IV siniflərin 98 faizi monitorinq imtahanında iştirak edib"
18 May 2024 | 15:49
“Söz azadlığından, demokratiyadan  danışıb sosial şəbəkələrin fəaliyyətini dayandırmaq əxlaqsızlıqdır”
18 May 2024 | 15:45
Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
18 May 2024 | 15:44
UNEC-in sədrliyi ilə Türk Universitetləri Birliyinin 7-ci Baş Assambleyası keçiriləcək
18 May 2024 | 15:43
“Real Madrid”in 60 milyon avroya transfer etdiyi futbolçu mövsüm sonunda klubsuz qala bilər
18 May 2024 | 15:36
Daşkənddə keçirilən Türk Dünyası Sammiti başa çatdı - FOTO
18 May 2024 | 15:33
Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu
18 May 2024 | 15:30
“NKVD” – komsomol qarşıdurması: Beriya bu mübarizədən də qalib çıxıb  
18 May 2024 | 15:25
ABŞ-nin nüfuzlu universitetlərinə qəbul qazanan məktəblinin daha bir uğuru
18 May 2024 | 15:20
Nohur gölündə suyun səviyyəsi aşağı endirilir - VİDEO
18 May 2024 | 15:18
Türkiyəli nazir Zəngəzur dəhlizinin açılacağı tarixi açıqladı
18 May 2024 | 15:16
Azərbaycanın üçqat dünya çempionu: Özümdən bu nəticəni gözləyirdim
18 May 2024 | 15:15
Qafqazda qurulan oyun
18 May 2024 | 15:10
Fransa-Azərbaycan gərginliyinin əsl səbəbi: Məsələ Ermənistan deyilmiş
18 May 2024 | 15:03
Bakıda 50 minə yaxın lV sinif şagirdi imtahan verdi
18 May 2024 | 14:58
Bakıda “kokain” və “ekstazi” satan şəxs tutuldu - VİDEO
18 May 2024 | 14:52
Hərbi Hava Qüvvələrinə yeni təyin olunan komandan KİMDİR? - DOSYE
GÜNLÜK
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
18 May 2024 | 07:40
Kommunistlər də keşiş Baqratın hərəkatını dəstəklədi...-SSRİ-nin bərpasını xəyal edirlər...
18 May 2024 | 09:00
Yasin Qarayev: “Ramiz Məlik deyirdi ki, milli teatr bir dənə olur, sizin teatra bu status verilə bilməz"
18 May 2024 | 07:20
Yaşıl kartofu yemək çox təhlükəlidir – Həkim
18 May 2024 | 08:00
Kardioloqdan XƏBƏRDARLIQ: Telefonda 30 dəqiqədən çox danışmaq...
18 May 2024 | 07:08
Tarixin ən məşhur qadın mafiyaları - Onlar hansı cinayətləri törədiblər?
18 May 2024 | 08:39
Hakimiyyətdə kimlərin övladları nə işlə məşğuldur?
18 May 2024 | 09:19
XƏBƏRDARLIQ - Mayın 22-dən 25-dək...
18 May 2024 | 06:42
"Ukrayna dronlarının zərbələri Rusiyanı yanacaqsız qoya bilər..."-Hərbi ekspert
18 May 2024 | 10:53
Roza Zərgərli: “Aftandil İsrafilov mənəvi atam idi, bir çox qadınların adına..."
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
12 May 2024 | 19:07
2 azyaşlı uşağı vuraraq hadisə yerindən qaçan ifaçı SÖYÜŞ SÖYDÜ
15 May 2024 | 22:56
Fitsoya sui-qəsdlə bağlı maraqlı FAKT - 2003-cü ildən sonra ilk dəfə... - VİDEO
17 May 2024 | 10:44
Bu rayonlarda insan alveri qurbanlarının sayı daha çoxdur -Gəncə, Sumqayıt... 
AYLIQ
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
18 May 2024 | 07:40
Kommunistlər də keşiş Baqratın hərəkatını dəstəklədi...-SSRİ-nin bərpasını xəyal edirlər...
18 May 2024 | 09:00
Yasin Qarayev: “Ramiz Məlik deyirdi ki, milli teatr bir dənə olur, sizin teatra bu status verilə bilməz"
18 May 2024 | 07:20
Yaşıl kartofu yemək çox təhlükəlidir – Həkim
18 May 2024 | 08:00
Kardioloqdan XƏBƏRDARLIQ: Telefonda 30 dəqiqədən çox danışmaq...
18 May 2024 | 07:08
Tarixin ən məşhur qadın mafiyaları - Onlar hansı cinayətləri törədiblər?
18 May 2024 | 08:39
Hakimiyyətdə kimlərin övladları nə işlə məşğuldur?
18 May 2024 | 09:19
XƏBƏRDARLIQ - Mayın 22-dən 25-dək...
18 May 2024 | 06:42
"Ukrayna dronlarının zərbələri Rusiyanı yanacaqsız qoya bilər..."-Hərbi ekspert
18 May 2024 | 10:53
Roza Zərgərli: “Aftandil İsrafilov mənəvi atam idi, bir çox qadınların adına..."