““Dədə Qorqud”x9dun motivləri əsasında iki seriya çəkdik, sonra isə”¦”x9d- Ramiz Həsənoğlu
Mədəniyyət
6969
29 Dec 2017 | 18:06

““Dədə Qorqud”x9dun motivləri əsasında iki seriya çəkdik, sonra isə”¦”x9d- Ramiz Həsənoğlu


Bir neçə il bundan əvvəl “Dədə Qorqud”x9d dastanları əsasında çoxseriyalı bədii televiziya filminin çəkilməsi yenidən gündəmə gəldi. Buxa0 isə öz-özlüyündə uzun müddət bundan əvvəl yarımçıq qalan bir layihənin yenidən həyata keçməsini aktuallaşdırdı. Həmin ekran layihəsinə əsasən, “Dədə Qorqud”x9d dastanının 12 boyunun hər birinin əsasındaxa0 ayrı-ayrılıqda televiziya filmi çəkiləcəkdi. Lakin ssenarisi Anara, rejissorluğu isə Ramiz Həsənoğluna aid olan çoxseriyalı bədii eran işinin yalnız iki seriyası çəkildi.xa0

Lakin bir neçə ildən sonra ölkə başçısının bu barədə verdiyi mühüm sərəncam “Dədə Qorqud”x9d dastanları əsasında çoxseriyalı bədii televiziya filminin çəkilməsi yenidən aktuallaşdırdı.xa0
Çox vacib mədəni layihə olacaq, çoxseriyalı filmin nə zaman çəkiləcəyi isə tamaşaçılar, kinosevərlər üçün də çox maraqlı olar.

xa0Xalq artisti Ramiz Həsənoğlu Moderator.az-a verdiyi açıqlamasında bu istiqamətdə bir rejissor, məsləhətçi kimi əlindən gələni məmnuniyyətlə icra etmək istədiyini bildirib:


““Dədə Qorqud”x9dun çoxseriyalı televiziya məhsulu kimixa0 çəkilməsi fikri təxminən, 3 il bundan bir daha gündəmə gəldi. Bilirsiniz ki, ondan əvvəl elə Anarın özünün ssenarisi əsasında, rejissor Tofiq Tağızadəxa0 ikihissəli “Dədə Qorqud”x9d filmi çəkilmişdi. Həmçinin, Anar 2000-ci ilin əvvəllərində televiziya üçün serial ssenarisi yazmışdı. İki seriyasını mən çəkmişdim, “Dədə Qorqud oğuznamələri”x9d adlanırdı. Birinci seriyasını - “Dirsə xan oğlu Buğac”x9dı vəxa0 ikinci seriyasını “Qazan xanın evinin yağmalanması boyu”x9dnu çəkdik.xa0 Fikir var idi ki, dastandakı 12 boyun hər biri televiziya üçünxa0 lentə alınsın. Lakin biz ancaq ikisini çəkə bildik. Daha sonra maliyyə səbəbindən bu proyekt yarımçıq qaldı.xa0


Sonradan Dədə Qorqudun heykəlinin açılışında Anar çıxışında yenidən bu mövzuya toxundu. Təklif etdi ki, ortaq proyekt kimi bütün Orta Asiyadakı türk dövlətlərinin birgə səyi nəticəsində bu layihəni yenidən bərpa edək. O zaman prezident demişdi ki, başqa türk dövlətlərini cəlb etməyə ehtiyac yoxdu, gəlin, bunu elə özümüz edək. Bu layihə o zaman yenidən gündəmə gətirildi.xa0
Məhz bundan sonra Anarxa0 müsahibələrinin birində demişdi ki, əgər bu proyekt gerçəkləşsə, istərdim onu Ramiz Həsənoğlu lentə alsın. Mənim də adım o zaman hallandı. Ondan sonra mənə suallar ünvanlandı ki, nə zaman çəkirsiniz. Amma mənə bu barədə heç bir rəsmi təklif olunmayıb. Düşünürəm ki, bu seriala çox böyük ehtiyac var. Mən isə o serialda yaradıcı qrupunun formalaşmasında iştirak etmək istərdim. Çəkilişi isə böyük zəhmət, səy tələb edir. Hesab edirəm ki, bu işə mənə nisbətdə gənc olanxa0 istedadlı şəxsləri cəlb etmək lazımdı. Azərbaycan kinosuna yeni qüvvələr gəlib. Yaşları 40-50 arasında olan xeyli istedadlı rejissor və operatorlar var ki, bu işin öhdəsindən ustalıqla gələ bilərlər. Mən də öz növbəmdə üzərimə düşən işi məmnuniyyətlə yerinə yetirə bilərəm”x9d.

Elmin Nuri

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər