Üzeyir bəy haqqında 3 müəmma: Nərimanov onu ölümdən necə xilas etdi?
4901
18 Sep 2017 | 13:16

Üzeyir bəy haqqında 3 müəmma: Nərimanov onu ölümdən necə xilas etdi?


Bu gün dahi bəstəkar, çağdaş Azərbaycan musiqisinin xa0banisi hesab edilən, ictimai xadim, publisist Üzeyir bəy Hacıbəylinin anadan olduğu gündür. 1885-ci ilin bu günündə Ağcabədidə anadan olan Üzeyir bəy, uzun illərdi ki, həm Azərbaycan musiqisinə, həm də publisistikasına, xa0maarifçiliyinə sağlığında yazdığı əsərlərlə bu gün də xidmət edir. xa0xa0
Böyük Üzeyir bəyin həyatı nə qədər öyrənilsə də, tədqiq edilsə də, yenə də ömrünün müəyyən mərhələləri haqqında bəzi faktlar dəqiqləşdirilməyib. Siyasi elmlər üzrə fəlsəfə doktoru xa0Zaur Əliyev Üzeyir bəy haqqında bəzən, xa0yanlış xa0səsləndirilən xa0üç faktı qeyd edib.


Moderator.az həmin faktları tədqim edir:

Birincisi, Üzeyir bəyin harada anadan olmasıdır. Razılaşaq ki, bir müddət orta məktəb kitablarında da bu fakt yanlış qeyd edilirdi:

“Üzeyir Hacıbəyov kənd mirzəsi ailəsində doğulub, ailədə üç qardaş, iki bacı olublar.
Bircə Üzeyirdən başqa uşaqların hamısı Şuşada doğulub. xa0Evin dördüncü uşağı olan Üzeyirin Şuşada yox, Ağcabədidə anadan olmasının da öz tarixçəsi var. Üzeyir bəyin atası Əbdülhüseyn Xurşidbanu Natəvanın şəxsi mirzəsi olmaqla yanaşı, həm də xan qızının Ağcabədidə olan təsərrüfatına rəhbərlik edirdi. Ona görə də ilin çox hissəsini orada keçirirdi. Şirin xanım da Üzeyirə hamilə olarkən Ağcabədiyə gedib yoldaşına baş çəkmək, sonra yenidən Şuşaya qayıtmaq qərarına gəlir. Bacılarına baş çəkmək üçün yolunu əvvəlcə Ağdamdan salır. Ancaq bacıları onu tez buraxmaq istəmir. Şirin xanımı 8 bacının hərəsi bir az öz evində qonaq saxlayır. Ağcabədiyə gedəndə isə artıq gec olur, Şuşaya qayıda bilmir. Ona görə də gələcəyin dahisi olacaq bu oğlunu elə Ağcabədidə dünyaya gətirir”x9d.


İkinci yanlış sadalanan (bəzi hallarda) fakt isə onun soyadının “Hacıbəyli”x9d xa0yoxsa, “Hacıbəyov”x9d xa0olmasıdır. Doğrudur, bəziləri bu xa0 məsələnin artıq köhnəldiyini, Üzeyir bəyin birmənalı şəkildə “Hacıbəyli “ soyadı ilə xatırlanmasını desə də, yenə də o biri versiyaya da rastlana bilirik:

“Azərbaycanın musiqi dühası Üzeyir bəyin adını necə təqdim etmək istiqamətində jurnalistlər və tədqiqatçılar səhvlərə yol verirlər. Üzeyir Hacıbəyov yox Üzeyir bəy Hacıbəyli daha doğrudur.

Azərbaycan Cümhuriyyəti dövründə Üzeyir bəyin soyadı bir qayda olaraq "Hacıbəyli" kimi tarixə düşüb. 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyi qazandıqdan sonra bəziləri "Üzeyir bəy Hacıbəyli" formasında yazılır. Bunun fərqində olmayanlar isə "Üzeyir Hacıbəyov"la kifayətlənirlər.

Qeyd edim ki, dahi sənətkarın doğum şəhadətnaməsində uşağın adı "Üzeyir bəy" yazılıb. Bir il sonra 1897-ci ildə Xurşidbanu Natəvan başda olmaqla bir neçə Şuşa əsilzadəsinin imzası ilə Üzeyirin bəy nəslindən olması təsdiqlənmiş, ona "bəylik şəhadətnaməsi" verilmişdi. Sovet dövrünədək sənətkar "Üzeyir bəy" kimi tanınmış, 1920-ci ildən"bəy" titulu da rəsmən ixtisara salınmış, sadəcə Üzeyir Hacıbəyov kimi yazılmağa başlanıb. Sovet təsirindən çıxmayan hələdə alim və jurnalistlər Üzeyir Hacbəyov kimi yazırlar”x9d.


Üçüncü fakt isə, hamımız üçün daha maraqlıdır; Üzeyir bəyin aradan götürülmsəinə cəhd barədədir. Ən yaxşısı budur ki, oxuyaq:

“1920-ci ildə dahi Üzeyir bəyi güllələmək istəyirlər, güllələnmə hökmü çıxarılan 59 nəfərin siyahısında Üzeyir Hacıbəyovun da var imiş. İttiham sənədində qardaşının xaricdə yaşaması, Azərbaycan Cümhuriyyətinin yaradılmasında iştirak, məqalələr yazmaq və sairə yazılmış idi.

Onun adının siyahıda olmasını eşidən Nəriman Nərimanovun sayəsində bəstəkar ölümdən xilas ola bilir. Leninə və Stalinə müraciət edir ki, Şərqdə ilk operanı yazan şəxs yeni quruluşda bizə çox kömək edəcək.xa0
Stalinin sifarişi ilə Üzeyir bəy onun şərəfinə “Koroğlu”x9d operasını yazır. Bunu həddən ziyadə bəyənən Stalin Üzeyir Hacıbəyova “bir yox, iki belə opera yaratmağı”x9d məsləhət görür”¦”x9d

Hazırladı: Elmin Nuri

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər