Cahangir Hacıyev Beynəlxalq Bankı defolt edənlərin yolunu gözləyir - Siyahı uzundur...
Cəmiyyət
Oxunub: 12390
27 May 2017 | 00:57
Cahangir Hacıyev Beynəlxalq Bankı defolt edənlərin yolunu gözləyir  - Siyahı uzundur...
İqtisadçı millət vəkili Vahid Əhmədovun hakim partiyanın rəsmi mətbu orqanı olan “Yeni Azərbaycan” qəzetində tənqid atəşinə tutulması ötən həftəyə öz damğasını vurdu və çoxları qeyri-iradi bu suala cavab axtarmaq zorunda qaldı: Əcəba, prezident İlham Əliyevin cəmisi 1 ay öncə “Şöhrət” ordeni ilə təltif etdiyi, Milli Məclisin sədri Oqtay Əsədovun geniş təbrik məktubu ilə şəninə xoş sözlər dediyi Vahid Əhmədova daşı atan kim, atdıran kim...?
Təbii ki, hər hansı bir olaya qiymət verilərkən istər təhqiqatçılar, istərsə də media araşdırıcıları ilk öncə onun yaranma səbəbinə və nəticənin kimlərə sərf edə biləcəyinə diqqət yönəldirlər. Məhz bu amili nəzərə alsaq, siyasi mənsubiyyətindən asılı olmayaraq hər kəsin hörmətlə yanaşdığı istiqlalçı deputatı belə bir əlamətdar təqvim günündə - 70 illik yubileyinin səs-sorağı səngiməmiş peşman etmək niyyətinin arxasında nəyin dayandığını saf-çürük edərkən ilk növbədə onun son vaxtlar ölkənin bank sektorunda yaşananları davamlı olaraq tənqid etməsi, hər fürsətdə əhalinin bankların girovuna çevrildiyini qabardaraq təxirəsalınmaz tədbirlər görülməsinin vacibliyini vurğulaması yada düşür. 

Əlbəttə, ölkənin bank sektorundakı rəzaləti qabartmaqla deputat özündən Amerika kəşf etməyib və təkcə bircə faktı xatırlatmaq yerinə düşər ki, bu barədə prezident İlham Əliyev də dəfələrlə fikir bildirib. Dövlət başçısının bank sektorunun ölkə iqtisadiyyatına çox ciddi zərbə vurduğunu etiraf etməklə yanaşı yaranmış durumdan çıxmaq üçün bir sıra önləyici tədbirlərin görülməsi üçün də lazımi göstərişlər verdiyini də vurğulamaq lazımdır. Amma iş burasındadır ki, dövlət başçısının siyasi iradəsindən və yaranmış durumun stabilləşdirilməsi təşəbbüslərindən fərqli olaraq son iki ildə bank sektoru xərçəng mərəzinə yoluxmuş xəstə kimi can verməkdə davam etməsinə baxmayaraq hökumətin müvafiq strukturlarının, konkret olaraq Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyəti  tənəzzülü tormozlamaq deyil, ən yaxşı halda çökmə prosesinin mümkün qədər vaxtının uzadılması cəhdindan uzağa getməyib. 


Elə sorağı Nyu-York məhkəməsinədək gedib çıxan və Azərbaycanın bank sisteminin beynəlxalq miqyasda rüsvay edən Beynəlxalq Bank ətrafında baş verənləri götürək. Artıq “Fitch” beynəlxalq reytinq agentliyi Azərbaycan Beynəlxalq Bankının xarici valyutada emitentin uzunmüddətli defolt reytinqini “CCC” səviyyəsindən “RD” (məhdud defolt) səviyyəsinədək endirib. Bu isə sadə dillə ifadə edilsə, bu bank vasitəsilə dövlətə vurulan milyardlarla zərərin (bəzi iddialara görə bu zərər 14 milyard dolları ötür) etirafıdır. 

Buna görə kimlərin cəzalanmalı olduğu başqa söhbətin mövzusudur. Sadəcə baş verən eybəcər olayların dünənin və ya srağagünün cinayətkar məsuliyyətsizliyindən qaynaqlandığını düşünmək sadəlöhvlük olardı. Məsələ burasındadır ki, bu gün həbsdə olan və hələ ki, ara-sıra şifrəli atmacaları nəzərə alınmasa ağzına su alıb proseslərin nə ilə nəticələnəcəyini gözləyən Cahangir Hacıyevdən başqa Azərbaycanın dövlət büdcəsindən artıq vəsaitlərin amansızlıqla talanmasına görə irikalibrli məmurlardan kimsə rəsmi olaraq məhşər ayağına çəkilməyib. Baxmayaraq ki, C. Hacıyevin özü məhkəmədəki ifadələrində Beynəlxalq Bankın düşdüyü acınacaqlı vəziyyətə görə maliyyə naziri Samir Şərifovun də cavab verməli olduğunu bildirib. Yeri gəlmişkən, həyat yoldaşı xaricə qaçmağa macal tapan (?) C. Hacıyevin əsas sözçüsü kimi çıxış edən bacısı Əminə Hacıyeva da mətbuata silsilə açıqlamalar verərək Samir Şərifov haqqında ağır ittihamlar səsləndirib:

“Qardaşım öz şəxsi nüfuzundan istifadə edərək, ölkə iqtisadiyyatının inkişafı üçün cəlb etdiyi xarici kapitallar məhz Maliyyə nazirinin razılığı, bəzən isə direktivləri nəticəsində öz ünvanlarına  çatdırılıb. İndisə məsuliyyəti təkcə Cahangir Hacıyev daşıyır. Bu da azmış kimi, Beynəlxalq Bank qəsdən defolta sürükləndirilərək Cahangir Hacıyevin “zərərli əməlləri” daha da böyüdülür. Məqsəd öz bacarıqsızlıqlarını başqasına yükləmək, peşəkarlığı şübhə doğurmayan savadlı və nüfuzlu kadrı zindanlarda çürütməkdir. Samir Şərifov Cahangir Hacıyevin istər beynəlxalq arenada, istərsə də ölkə rəhbərliyi nəzdində qazandığı nüfuzu qəbul edə bilmirdi. Görünür, öz qabiliyyətsizliyinə yaxşı bələd olduğundan, bir başqasında gördüyü parlaq zəkanı şəxsi karyerası üçün təhlükə kimi qəbul edir və əlinə fürsət düşən kimi təhlükəni sıradan çıxarmağa çalışırdı. 2010-ci ildən etibarən şiddətlənən bu düşmənçilik 2014-cü ildə beynəlxalq iqtisadi böhranın Azərbaycana təsiri ilə münbit zəmin əldə etdi və yanlış devalvasiya siyasətilə son zərbəsini endirdi”.

Bacısı qardaşının az qala günahsızlığına and içməyə çalışsa də barəsindəki ittihamlar və Beynəlxalq Bankın mövcud acınacaqlı durumu Cahangir Hacıyevin günahkar olduğunu ortaya qoyur. Hətta o iddia edildiyi kimi “maliyyə nazirinin razılığı, bəzən də direktivləri əsasında” həmin milyardları təyinatı yoxlanılmadan çıxarılmasına göz yummuş olsa belə anlamalıydı ki, nə zamansa qanun qarşısında cavab verəndə yanında nə Samir Şərifovu, nə də digər göstəriş verənləri görə bilməyəcək. Göstəriş verənlərə gəldikdə isə heç kimə sirr deyil ki, onun əsas himayədarı və göstərişverəni qudası Eldar Mahmudov olub və 2015-ci ilin 17 oktyabrında işdən qovulanadək MTN şefi təkcə Beynəlxalq Bankın deyil, bütövlükdə ölkənin bank sektorunun iflas etməsinin əsas baiskarlarından biri və bəlkə də birincisi olub. 

Eldar Mahmudovun son anadək intəhasız səlahiyyət sahibi olması qudasının manevr imkanlarını sərhədsiz genişləndirdiyindən Cahangir Hacıyev nəinki bank sektorunda meydan sulayır, hətta baş nazir kreslosuna əyləşmək üçün çeşidli planlar qururdu. Artıq azğınlığı əndazəni aşan C. Hacıyev gələcək planları barədə çəkinmədən yaxın ətrafına danışır, "kölgə kabineti"nin üzvlərini müəyyənləşdirirdi. Amma onun xam xəyalı birinci mərhələdə işdən qovulması, ardındansa Eldar Mahmudovun ifşa olunması ilə tarixin arxivinə gömüldü. Əgər proseslər cinayətkar qudaların planlaşdırdığı ssenari ilə gedəsi olsaydı, C. Hacıyev baş nazir ola bilməsə də həm Samir Şərifovun, həm də düşmənçilik münasibətlərində olduğu baş bankir Elman Rüstəmovun “torbasını tikərək” onları həbsxanaya, ən uzağı istefaya göndərəcəkdi. 

Yeri gəlmişkən, ölkənin bank sisteminin “qara qutusu” hesab olunan Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov öz işinin bilicisi olan kifayət qədər peşəkar bir kadr kimi tanınsa da hələ ki, susmağa üstünlük verir. Bu da təbiidir. Çünki Cahangir Hacıyevin qudasından aldığı güc son bir neçə ildə Elman Rüstəmovu küncə elə sıxışdırıb ki, hətta bank sistemindəki əl dəyişməsi, yəni keçmiş işçisi - Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlının sükana sahiblənməsi ilə baş bankir nəinki itirilmiş mövqelərini bərpa edə bildi, əksinə, daha da oyundankənar vəziyyətə salındı. Rüfət Aslanlı ilə Elman Rüstəmov arasındakı münasibətlərin eynilə Cahangir Hacıyevdə olduğu kimi düşmənçilik həddində olduğunu iddia etmək üçün hələ tez olsa da onlar arasında da aşkar soyuq küləklərin əsdiyini iddia etmək üçün bank sistemindən azacıq anlayışın olması yetərli hesab oluna bilər. 

Rüfət Aslanlıya gəldikdə isə onun son vaxtlar atdığı bir sıra hikkəli addımları nəinki bank-maliyyə sektorunu, cəmiyyətin bütün kəsimlərini heyrətləndirməkdə davam edir. Bir vaxtlar Elman Rüstəmovun əlinin altında işləyən Rüfət Aslanlı yeni səlahiyyətlər əldə etdikdən sonra sanki heç kimi tanımaq istəmədi və əksinə, hamının onunla hesablaşmalı olduğu qənaəti formalaşdırmağa çalışdı. Amma onun hətta məhkəmə hakimiyyətinin səlahiyyətlərini mənimsəmək istəyi Milli Məclisdə deputatlar tərəfindən süngüylə qarşılandı, spiker Oqtay Əsədovdan tutmuş bir sıra millət vəkilləri Palatanın vəziyyəti mürəkkəbləşdirdiyini faktlarla ortaya qoydular. Vəziyyətin bu cür qəlizləşə biləcəyini hesablamayn Rüfət Aslanlı geri çəkilməyə başlasa da bank sektorundakı rəqiblərini ilk fürsətdəcə sıradan çıxarmaq niyyətindən imtina etməyəcəyini göstərməkdədir. Diqqətçəkən bir məqam ondan ibarətdir ki, bütün nəzərlərin Beynəlxalq banka yönəldiyi bir vaxtda digər banklarda da izaholunmaz proseslər getməsi barədə məlumatlar artmağa başlayıb. Yəni sıradan çıxarılan və çıxarılması proqnozlaşdırılan bankların yeni"sehrli əllər"lə idarə olunması istiqamətində təşəbbüslər diqqəti cəlb edir. 
Elə götürək "Muğanbank"ı. Bir vaxtlar Eldar Mahmudovun sağ əli və köməkçisi olan əmisi oğlu Vüqar Mahmudovun himayədarlığı altında olduğu iddia edilən bu bankın indiki gözəgörünməz çətirinin kimliyini bilmək oxucular üçün maraqlı olardı. Bu cür pərdəarxası idarəetmə mexanizmi adını çəkmədiyimiz daha 3 bankda da (bu bankların adlarını növbəti yazımızda biləcəksiniz) həyata keçirilməyə başlayıb. Amma görünən odur ki, bu cür yenidən şəkilləndirmə də banklara yoluxan mərəzi aradan qaldıra bilməyəcək və əksinə, maliyyə bazarlarındakı intriqa, savaş alovlanaraq açıq müstəviyə keçəcək...

Bu savaşda isə kimin qalib gələcəyini indidən söyləmək mümkün deyil. İllah da ki, bank sistemində suların durulacağına ümidin azaldığı indiki vaxtda hansısa proqnozlar vermək müşküldür. Ehtimal etmək olar ki, bu dəyirman hələ çox su aparacaq və yaxın zamanlarda proses öz kulminasiyasına çatmayacaq. Amma bəri başdan bir şeyi əminliklə söyləmək olar ki, Beynəlxalq Bank ətrafında yaşananlar çox başları yeyəcək və Cahangir Hacıyev “buxarlanan” milyardlara görə həbsxanda hesab verən tək persona olmayacaq. Potensial qurbanlar haqqında isə növbəti yazımızda. Bizi izləyin...
Oxşar xəbərlər
19:26, Bu gün
Rəisi və Abdullahian təhlükədədir - İranlı rəsmi
19:20, Bu gün
Ayətullah Xamenei İran Təhlükəsizlik Şurasının təcili iclasını keçirir
19:19, Bu gün
Sabahın havası meteohəssas insanlara necə təsir edəcək?
19:10, Bu gün
Yevlaxda ər arvadını öldürüb, sonra özünü bıçaqlayıb
19:08, Bu gün
Qəzaya uğrayan helikopterin axtarışları davam edir - VİDEO
19:04, Bu gün
"Ukraynadan qalan yalnız Lvov olacaq" - Xodorkovski
18:56, Bu gün
"Hər hansı bir ölkəni çökdürmək üçün çip alımını dayandırmaq yetərlidir"
18:55, Bu gün
İbrahim Rəisi sağdırmı? – İrandan şok qərarlar...
18:42, Bu gün
"Mehr" agentliyi İran Prezidentinin xəsarət almadığı ilə bağlı məlumatı silib - YENİLƏNİB
18:33, Bu gün
Qəzzada 35,5 min insanın həyatını itirdiyini bildirib
18:30, Bu gün
2023-cü ildə 30 500 şəkərli diabet xəstəsi qeydə alınıb
18:05, Bu gün
Rəisinin helikopterinin qəzadan öncəki görüntüləri - VİDEO
18:05, Bu gün
Britaniyanın müdafiə naziri Rusiya ilə mümkün müharibədən danışdı
17:43, Bu gün
Nazirlik: VI siniflərdə keçirilən monitorinq uğurla başa çatdırılıb
17:40, Bu gün
İran Prezidenti helikopterin sərt enişi nəticəsində xəsarət almayıb - KİV
17:39, Bu gün
Yağıntılı hava ilə bağlı magistral yollarda görmə məsafəsi məhdudlaşacaq
17:38, Bu gün
Slovakiyanın güllələnmiş baş nazirinin vəziyyəti necədir?
17:32, Bu gün
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – Təfərrüat
17:25, Bu gün
Latviya Parlamentinin sədri: Qarabağdakı quruculuq işlərinə şahidlik etmək çox sevindiricidir
17:23, Bu gün
Türkiyəli nazir: İlin sonunadək neft hasilatı daxili bazarın tələbatının 10 faizini ödəyəcək
17:20, Bu gün
Qocalar evində ölümləri "proqnozlaşdıran" ekstrasens pişik
17:18, Bu gün
Köçəryan və Sərkisyandan Paşinyana qarşı həmlə: Petrosyan tərəfini açıqladı
17:08, Bu gün
İran Prezidentini daşıyan helikopter sərt eniş edib, Rəisinin vəziyyəti məlum deyil
17:07, Bu gün
Göyçayda 24 yaşlı oğlanı cərəyan vurub öldürüb
17:05, Bu gün
Bakıda iki sərnişin avtobusu toqquşdu: 6 nəfər xəsarət aldı
16:58, Bu gün
İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb
16:55, Bu gün
Latviya parlamentinin sədri Şuşadadır
16:52, Bu gün
Rusiyalılar mülki ukraynalıları qətlə yetirir, Xersonda insanların üzərinə drondan partlayıcı maddə atılıb
16:44, Bu gün
Nuran Abdullayev: "Prezident İlham Əliyev nə zaman hansı gedişi edəcəyi bilinməyən ən güclü siyasi şahmat ustasıdır"
16:40, Bu gün
"Hücumun birinci fazası: Volçanskın zəbt edilməsi rusiyalılara nə üçün lazımdır?" - ISW
16:39, Bu gün
Ukrayna Rusiyanın daha bir gəmisini VURDU
16:37, Bu gün
Çərçivə sazişi imzalanır, dəhliz bu statusla açılır - Tarix verildi
16:36, Bu gün
Türkandan gözlənilməz hərəkət: Efirə telefonla buraxmadılar deyə GÖRÜN NƏ ETDİ - VİDEO
16:34, Bu gün
Rusiya Xarkovdakı istirahət mərkəzini “İskander”lə vurub, ölənlərin sayı 5-ə çatıb - YENİLƏNİB
16:20, Bu gün
Amerikalı qız başqa ölkəyə köçdü, adını dəyişdi: Maraqlı SƏBƏB
16:18, Bu gün
Cəlilabadda 17 yaşlı yeniyetmə bıçaqlanıb
16:14, Bu gün
Ağsu dolaylarında asfalt çöküb
16:06, Bu gün
Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Günü qeyd edilir
15:45, Bu gün
Bitlisdə avtobus dərəyə düşüb, yaralananlar var
15:31, Bu gün
Maqnit qasırğaları zamanı edilən səhvlər SADALANDI
15:28, Bu gün
Xətaidə yanğın: Avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
15:27, Bu gün
Dunay çayında gəmilər toqquşub, ölənlər var
15:04, Bu gün
Seyid İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
15:03, Bu gün
Yeni Kaledoniyada gərgin vəziyyətlə əlaqədar məktəblərdə dərslər dayandırılıb
15:02, Bu gün
Erməni barbarlığına tuş gələn Qubadlı məscidi
15:01, Bu gün
Ukrayna Rusiyanın daha bir gəmisini məhv etdi
14:45, Bu gün
“Ola bilsin ki, bəziləri bizim bu görüşlərimizi bəyənməsinlər”
14:45, Bu gün
Çinin kənd təsərrüfatı naziri haqqında təhqiqat başlanıb
14:43, Bu gün
Tabut açıldı: Qızı içəridəki kişini görüb DƏHŞƏTƏ gəldi
14:42, Bu gün
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
14:40, Bu gün
Müdafiə Nazirliyi şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimi keçirib
14:25, Bu gün
Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon
14:23, Bu gün
Prezident: "Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir"
14:22, Bu gün
"Ukrayna Rusiyadakı obyektlərə zərbələr endirmək üçün ABŞ-dan icazə istəyir" - "The Wall Street Journal"
14:15, Bu gün
Anar Heybətova ağır itki - FOTO
14:14, Bu gün
"Belarus post-sovet ölkələri arasında Azərbaycanın dördüncü ən böyük xarici ticarət partnyorudur"
14:11, Bu gün
Vətəndaş kibercinayətkarların tələsinə belə düşdü - 25 min manat itirdi- ŞOK FAKTLAR
14:11, Bu gün
"Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgəyə fayda verəcək"
14:09, Bu gün
Prezident: "İki hidroqovşağın açılışı və istismara verilməsi tarixi hadisədir"
14:08, Bu gün
Prezident: "İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir"
14:07, Bu gün
Tanınmış xanəndə məşhur aktyorun bacısı imiş - FOTO
14:07, Bu gün
Azərbaycan Prezidenti: "Bizim energetika sahəsində çox böyük planlarımız var"
13:44, Bu gün
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində azı 4 nəfər ölüb
13:42, Bu gün
Diş yetişdirmək üçün dünyada ilk dərman yaradıldı
13:27, Bu gün
Aralıq dənizində zəlzələ
13:23, Bu gün
İran səfiri: Missiyamın son günündə ən böyük sərhəd layihəsinin istifadəyə verilməsi ilə fəxr edirəm
13:21, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
13:20, Bu gün
Sumqayıtda mənzildən kişi meyiti tapıldı
13:19, Bu gün
Kim qalib gələcək: Tramp, yoxsa Bayden?
12:55, Bu gün
Sabah Azərbaycanın bu rayonlarında leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək
12:54, Bu gün
Rusiyada yük qatarı relsdən çıxdı - VİDEO
12:53, Bu gün
İran raketləri İsrailin 12 müdafiə xəttini yardı - General
12:53, Bu gün
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
12:48, Bu gün
Baqratın baş nazir olmaq şansı varmı?
12:38, Bu gün
"Barselona" transfersiz qala bilər
12:30, Bu gün
Rusiyanın “dərin dövləti” haqda sensasion iddia - ADLAR
12:21, Bu gün
Latviya parlamentinin sədri Füzulidə səfərdədir
12:20, Bu gün
“Qərbi Azərbaycana qayıdış” Türk Dünyası Sammiti Daşkənddə baş tutdu - Fotolar
12:16, Bu gün
Bu gün derbi var - “Qalatasaray” çempion ola bilər
12:11, Bu gün
“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - FOTOLAR
12:11, Bu gün
İstanbul boğazlarında gəmilərin hərəkəti dayandırıldı
12:00, Bu gün
İlham Əliyev sərhəddə İran prezidenti ilə görüşdü - YENİLƏNİB
11:47, Bu gün
"Rusiya-Azərbaycan" dəyirmi masası və ikitərəfli görüşlər keçirilib
11:45, Bu gün
Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır
11:43, Bu gün
Ajda Pekkandan Sezen Aksu ETİRAFI: “Necə inandıracağımı bilmirəm”
11:40, Bu gün
Kahramanmaraşda 3,6 bal gücündə zəlzələ baş verib
11:26, Bu gün
İndoneziyada vulkan püskürməsi: 7 şəhər boşaldılıb
11:25, Bu gün
Rusiyanın Belqorod vilayətində raket təhlükəsi elan edilib
11:23, Bu gün
Tovuzda 3 nəfər dəm qazından zəhərlənib, biri ölüb
11:21, Bu gün
DİN valideynlərə müraciət ETDİ
11:13, Bu gün
Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək... - VİDEO
11:10, Bu gün
Hondurasın Rusiyadakı səfiri qəflətən vəfat edib
11:09, Bu gün
Sumqayıtda F-1 əl qumbarası aşkarlanıb
10:52, Bu gün
Nə edək? - "Evrovision"a Bayram Nurlunu, Baboşu göndərək? - VİDEO
10:37, Bu gün
Türkiyədə güclü partlayış: Yaralananlar var
10:35, Bu gün
Azərbaycanın bəzi rayonlarında şimşək çaxıb, qar yağıb - FAKTİKİ HAVA
10:22, Bu gün
Bu bürclərin qızları ilə ailə qurmaq sizə baha başa gələ bilər
10:17, Bu gün
Qədir Aslanov: Azərbaycan ziyalısı, jurnalist, vəfalı ailə başçısı!
10:16, Bu gün
VI sinif şagirdləri üçün monitorinq keçirilir
10:15, Bu gün
"Keşiş hökumətlə qarşıdurmaya getsə, Paşinyan bu addımı atacaq"
GÜNLÜK
18 May 2024 | 20:10
Siyasi partiyalarla konstruktiv dialoq milli maraqların qorunmasına hesablanıb
18 May 2024 | 19:56
Putinlə Tokayev arasında kritik zəng
18 May 2024 | 20:33
5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla... 
18 May 2024 | 19:50
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
18 May 2024 | 20:27
İsrail "Hizbullah" döyüşçülərini daşıyan avtomobilə zərbə endirib - VİDEO
18 May 2024 | 20:56
Qəbizliyi aradan qaldıran qidalar
18 May 2024 | 20:23
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
18 May 2024 | 21:09
NATO-nun ən güclü 10 ordusu - Türkiyə neçəncidir?  
18 May 2024 | 20:50
32 ildən sonra Laçında ikinci toy - FOTO
18 May 2024 | 21:15
Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - FOTO
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
18 May 2024 | 16:29
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
AYLIQ
18 May 2024 | 20:10
Siyasi partiyalarla konstruktiv dialoq milli maraqların qorunmasına hesablanıb
18 May 2024 | 19:56
Putinlə Tokayev arasında kritik zəng
18 May 2024 | 20:33
5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla... 
18 May 2024 | 19:50
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
18 May 2024 | 20:27
İsrail "Hizbullah" döyüşçülərini daşıyan avtomobilə zərbə endirib - VİDEO
18 May 2024 | 20:56
Qəbizliyi aradan qaldıran qidalar
18 May 2024 | 20:23
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
18 May 2024 | 21:09
NATO-nun ən güclü 10 ordusu - Türkiyə neçəncidir?  
18 May 2024 | 20:50
32 ildən sonra Laçında ikinci toy - FOTO
18 May 2024 | 21:15
Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - FOTO