Elçibəyin borc pul tapıb, konsertinə bilet aldığı türk müğənnisi -KİMDİR?
Oxunub: 3281
23 May 2017 | 21:07
Elçibəyin borc pul tapıb, konsertinə bilet aldığı türk müğənnisi
 -KİMDİR?

Azərbaycan özünün qonaqpərvərliyi ilə məşhurdur. Ölkəmizə gələn əcnəbilər xalqımızın qonaqpərvərliyindən ürəkdolusu danışır, süfrəmizin zənginliyindən söz açır, Azərbaycan təbiətinin gəzməli-görməli yerlərinə valeh olduqlarını gizlətmirlər. 

Ötən illər ərzində çox məşhurlar Bakıda qonaq olublar. Həmin məşhurların belə qısa və ya uzunmüddətlik səfərləri Bakının və insanlarımızın keçmişində silinməz izlər qoyub. 

Modern.az saytı məşhurların Bakı səfərləri haqqında silsilə məqalələrini davam etdirir.


“Bakının məşhur qonaqları” layihəsində müxtəlif illərdə paytaxtımızda olmuş dünya şöhrətli simaların səfərindən, onların təəssüratlarından söz açılır, o səfərlərin şahidilərinin xatirələri təqdim edilir. Bakıya kimlər gəlməyib?!

Bu dəfə haqqında danışacağımız şəxs  Türkiyənin bir zamanlar çox sevilən xanım sənətçisi, bir çox türkü və kino musiqilərinin təkrarsız ifaçısı Nəsrin Sipahidir

Əslən Krım türkü olan Nəsrin Sipahi 1934-cü ildə İstanbulda doğulub. Musiqi təhsili aldıqdan sonra uzun müddət İstanbul və Ankara radiolarında çalışıb. Həsən Sipahi ilə evlənib və bu izdivacdan iki övladı dünyaya gəlib. Ayrılandan sonra da Sipahi soyadını saxlayıb və publikaya Nəsrin Sipahi kimi tanınıb. Xeyli filmlərdə Türkan Şoray, Hülya Qoçigid, Müjdə Ar kimi aktrisaların canlandırdığı rolların musiqilərini səsləndirib. Məşhur “Arım, balım, pətəyim” filmindəki eyniadlı musiqini də Nəsrin xanım bütün Türkiyəyə sevdirib. 

N.Sipahi 1998-ci ildə Türkiyə Mədəniyyət Nazirliyinin “Dövlət sənətçisi” fəxri adına layiq görülüb. Bir neçə ay bundan əvvəl isə 83 yaşında həmin nazirliyin ən yüksək mükafatına layiq görülüb və həmin mükafatı ona şəxsən prezident Rəcəb Tayyip Ərdoğanın özü təqdim edib.  

Nəsrin xanımın bir özəlliyi də Azərbaycan mahnılarını bilməsi və sevə-sevə oxumasıdır. Bu istiqamətdə Türkiyədə ilk işi görənlərdən biri də odur. Onun oxuduğu “Ayrılıq”, “Dağlarda duman gözəldir”, “Sürəyya” kimi Azərbaycan mahnıları Türkiyədə çox sevilir.

Nəsrin Sipahi Bakıda yalnız bir dəfə olub - 1970-ci ilin mayında. Bununla da Bakıda konsert verən ilk türkiyəli sənətçi olub. Bu konsertin baş tutmasının isə çox maraqlı tarixçəsi var.

 

Məşhur cərrah, professor İbrahim Topçubaşov 1969-cu ildə öd kisəsi məməciyinin xərçənginin yeni cərrahi müalicə üsulunu nümayiş etdirmək və açıq, silsilə cərrahi əməliyyatlar keçirmək üçün İtaliya, Yaponiya, Türkiyəyə səfər edir. Sonuncu ölkədə - qardaş Türkiyədə maraqlı hadisə ilə qarşılaşır.

Doktor İbrahim həm də gözəl bəstəkar idi: mahnıları ona həkimlikdən az şöhrət gətirməmişdi. Deyirlər, Ankarada konsertdə Nəsrin Sipahi onun bəstələdiyi “Dağlarda duman gözəldir” mahnısını ifa edirmiş. İbrahim müəllim fasilədə ona yaxınlaşıb və xanımdan bu şərqinin bəstəkarının kim olduğunu soruşub. Lakin müğənni Nəsrin Sipahi bəstəkarın adını bilməyib. Bilməsə də, bu gözəl türkünü gözəl oxuyub.

Məhz bundan sonra onların dostluq münasibəti başlayır və Nəsrin Sipahinin Bakıya gəlişini Topçubaşov özü təşkil edir. 

Mərhum professorun həyat yoldaşı, hamının sevimlisi olan Xalq artisti Flora Kərimova Modern.az saytına həm yuxarıdakı  hadisə, həm də Nəsrin xanımın Bakı səfəri haqqında maraqlı faktları danışdı:

 


“Həyat yoldaşım - rəhmətlik professor İbrahim Topçubaşov Türkiyənin məşhur kazinolarının birində olanda öz bəstələdiyi mahnını eşidib. Bilirsiniz, rəhmətlik İbrahim Mustafayeviç həm də bəstəkar idi. O zaman, elə indi də Türkiyənin məşhur  müğənniləri, sənətçiləri tez-tez kazinolarda çıxış edirdilər. Onun da yanında adlı-sanlı professorlar olub. Mahnının bura necə gəlib-çıxdığını, müəllifinin kim olduğunu soruşanda cavab veriblər ki, bu bir professorun mahnısıdır. Onda İbrahim Topçubaşov deyib ki, “bu müğənninin oxuduğu elə mənim mahnımdı”. O saat bu faktı səhnədən elan edirlər. İbrahim Mustafayeviç də səhnəyə çıxır və onu çox gözəl qarşılayırlar. Bu hadisə o zaman Türkiyə mediasında da ajiotaj yaratmışdı. Daha sonra Topçubaşovla Nəsrin Sipahi dəfələrlə görüşdülər və bu görüşlərin birində Bakıda konsert barəsində danışdılar. 
Nəsrin xanımın həyat yoldaşı var idi, Türkeş, o da demişdi ki, Türiyədən hələ heç kəs Bakıda konsert verməyib. Həqiqətən də o zaman Azərbaycanla Türkiyə arasında münasibətlər, gediş-gəliş yox idi. Mədəni münasibətlər isə ümumiyyətlə yaranmamışdı.

Amma İbrahim Topçubaşov söz vermişdi ki, o, Nəsrin xanımın Bakıda konsert verməsi üçün əlindən gələni edəcək. O cür də oldu. İbrahim müəllim əvvəlcə Nazirlər Soveti və “KQB” kimi yüksək qurumlara müraciət etdi. Artıq onların icazəsindən sonra Moskva heç nə deyə bilməzdi. Xatırlayıram, İbrahim Topçubaşov özü şəxsən Nəsrin xanımın Bakıda konsert verməsi üçün Moskvaya getdi. Bundan sonra Əlixanoxla Vəli Axundov da  işə qarışdılar. Nəticədə Nəsrin xanım Bakıya gəldi. Amma o, gələndə artıq iki-üç ay idi ki, İbrahim Topçubaşov rəhmətə getmişdi. Nəsrin xanım mayın əvvəllərində Bakıya gəldi,  İbrahim Mustafayeviç isə fevralın sonlarında dünyasını dəyişmişdi. Onu mən qarşıladım. Nəsrin xanımla İbrahim müəllimin qəbrinin üstünə getdik. Yasin oxutdurduq.Yadıma gəlir, qəbir üstünə gedəndə Nəsrin xanım çox kədərli idi, başını da örtmüşdü. Daha sonra “Yaşıl teatr”da konserti oldu. Onda mən İbrahim Topçubaşovun adından 2 metrdən də uzun bir çələng hazırlatdım. Çələng sırf qızılgüllərdən ibarət idi. Üzərindəki xırda lampalar çələngin üzərində “professor İbrahim Topçubaşovdan” sözlərini yazırdı. Konsert zamanı  mən səhnəyə çıxdım. Səhnənin bütün  işıqlarını söndürdülər, çələngin üzərindəki xırda lampalar yandı və orada “professor İbrahim Topşubaşovdan” sözləri hər tərəfi işıqlandırdı. İbrahim Topçubaşov ölümündən sonra da Nəsrin xanımı salamladı.

Türkiyəyə qayıdana qədər Nəsrin Sipahi ilə birlikdə olduq. Banketlərə-filan dəvət olunurduq. Hər yerə onunla birlikdə gedirdik. Nəsrin xanım Azərbaycana konsert vermək üçün gələn ilk türkiyəli müğənnidir. Ondan sonra buradan Rəşid Behdudov, Zeynəb Xanlarova, mən və başqaları Türkiyəyə getdik, oradan da yerli müğənnilər buraya gəldi. Amma bu faktdır ki, Bakıda ilk konsert verən türk müğənni Nəsrin Sipahi oldu və bu işdə mərhum İbrahim Topçubaşovun da əməyi böyükdü”. 

Söhbətin bu yerində Flora xanım fikrə getdi və soruşdu:

- Oğlum, nə yaxşı Nəsrin Sipahini xatırlamısız,  ideyanı kim verdi?

-Layihəmiz var, “Bakının məşhur qonaqları”. Ayrı-ayrı vaxtlarda Bakıya gələn məşhur şəxslər və onların Bakı xatirələrindən danışırıq.


-Nə gözəl, bilirsiz Nəsrin xanım Bakını nə qədər sevdi.... Siz onun adını düz dediniz, Nəzrin yox, Nəsrin. Amma konsert verməyə gələndə hamı ona Nəzrin deyirdi.  Bakını indi də sevirlər, amma 1970-ci illərin Bakısının da öz gözəlliyi var idi. Buradan çox xoş təəssüratrlarla ayrıldılar. Nəsrin xanım Azərbaycanı, Bakını Türkiyədə çox təbliğ etdi. Bu, o zaman Bakı üçün çox vacib idi. 


Nəsrin Sipahinin Bakı konserti Azərbaycanla-Türkiyə arasındakı mədəni əlaqləri inkişaf etdirdi. Bu barədə Flora xanım bunları deyir:

“Nəsrin Sipahi Bakıya gəlib-gedəndən sonra cavab konserti oldu. O zaman Bakıdan Türkiyəyə konsert vermək üçün nümayəndə heyəti göndərdilər. “Qaya” qrupu və  başqa bir neçə müğənni arasında mən də var idim. Ancaq sonradan adımı pozdular. Getməyə qoymadılar. Dedilər ki, gedib Türkiyədə qala bilərsən. Həmin “Qaya” qrupu SSRİ-dən Türkiyəyə gedən ilk qrup oldu. Özü də Nəsrin Sipahinin konsertindən həmən sonra”.

 

Yazıçı Miryəhya Yusiflinin Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyə həsr etdiyi “Elçibəy” sənədli romanında Nəsrin Sipahinin Bakıya səfəri barəsində maraqlı faktlar qeyd olunub:

“1970-ci ilin iyun ayı təzəcə girmişdi. Şəhərin küçələrində divarlara yapışdırılan bir afişa hamının diqqətini özünə cəlb edirdi. Bu afişada göstərildi ki, bu günlərdə Türkiyənin məşhur müğənnisi Nəsrin Sipahinin konserti gözlənilir. Əbülfəz müəllimin və Türk Aydının sevincinin həddi-hüdudu yox idi. Onlar səbirsizliklə konsertin haçan olacağı haqqında və neçə bilet alacaqlarını düşünürdülər. Həm də onlar düşünürdülər ki, bundan kifayət qədər yararlanmaq olar. Xalqın sənətçiyə, yəni türk sənətçisinə münasibəti, millətin öz dəyərlərinə münasibəti, total antitürk şəraitində necə əsk-səda doğuracağı, xalqın necə reaksiya verməsi və hansı halları doğuracağını öyrənmək olduqca önəmli idi. Eyni zamanda qardaş ölkədən gələn sənətçini dəstəkləmək üçün çoxlu bilet alıb istədikləri adamlara paylamaq lazım idi ki, öz bəhrəsini versin. 

Bir neçə gündən sonra afişalar yenidən təzələndi. Nəsrin Sipahinin qastrol səfəri 22 iyundan 1 iyula qədər “Yaşıl kinoteatr”da açıq səma altında olacaqdı. Əbülfəz müəllim Mir Sabir kişinin maddi köməyi ilə 30-a qədər bilet almışdı. Bu da kifayət idi ki, konsert salonunda lazım olan ab-hava yaransın. Onlar bir neçə günün içərisində biletləri lazımi adamlara paylamışdılar. Demək olar ki, şəhərin çayxanalarında tez-tez türk müğənniləri haqqında söhbət eşitmək olurdu. 

22 iyun axşamçağı idi. Artıq yay fəslinin girməsi hiss olunurdu. Hava nisbətən isti idi, hərdən əsən yüngül külək havaya sərinlik gətirirdi. Konsertə getmək istəyən şəxslər “Yaşıl teatr”a doğru axışırdı. Hələ konsertin başlamasına yarım saatdan artıq vaxt qalırdı. Amma konsert zalı ağzınacan dolmuşdu. Əbülfəz müəllimlə Türk Aydın zalın ağzınacan dolmasından sevinirdilər, deməli, xalqın milli şüuru hələ ölməyib. Onlar qabaqda, 2-ci sırada oturmuşdular. Nəhayət, işıqlar yandı və keçdi. Səhnə projektorlarla işıqlandırıldı. Səhnəyə çıxan konsertin aparıcısı və tərcüməçisi Natalya xanım rusca tamaşaçıları salamlayıb bir neçə kəlmə türk ansamblının üzvləri və müğənni Nəsrin Sipahi haqqında qısaca təqdimat verdi. Sonra Nəsrin Sipahinin oxuyacağı ilk mahnı haqqında qısaca bilgi verdi. Təbii ki, bunların hamısını rusca deyirdi. Nəzrin Sipahi səhnədə göründü. Musiqi dilləndi, həzin türk musiqisi və müğənninin ürəkdən oxuduğu gözəl şarkı zalı bürüdü. Tamaşaçılar onun incə, gözəl səsinə və özünü səhnədə çox sərbəst aparmasına heyran qalmışdılar. Bir azdan mahnı sona çatdı. Alqış səsləri salonu bürüdü. Bir azdan Natalya xanım yenə səhnədə göründü. O, ikinci mahnı haqqında məlumat vermək istəyəndə, Nəzrin Sipahi dilləndi: 

- Natalya xanım, sən get, biz çok güzel anlaşırız,sənə ehtiyac yok! 


Elə bil ki, zaldakı adamlar buna həsrət imiş, zaldan səslər eşidildi: - Bizim tərcüməyə ehtiyacımız yoxdur. 

Xüsusən də, Əbülfəz müəllimin bilet verdiyi adamlar bu işdə daha fəal idi. Əlacsız qalan Natalya xanım səhnəni tərk etməyə məcbur oldu. Alqış səsləri bir daha yüksəldi. Nəzrin Sipahinin incə, məlahətli səsini eşidən tamaşaçılar dərhal alqışları dayandırdılar.


Nəsrin Sipahinin bu jestindən sonra Əbülfəz müəllim və Türk Aydın yerlərindən uca səslə - “Çırpınırdı Kara dəniz” - deyə qışqırırdılar. Nəsrin Sipahi onlara yaxın olduğundan səslərini lap aydınca eşidirdi və gülümsəyərək gözlənilmədən elan etdi: 

- Dəyərli tamaşaçılar, şimdi sizin üçün “Çırpınırdı Kara deniz” şarkısını oxuyacam. Sözləri Azərbaycanın ünlü şairi Əhməd Cavadın, musiqisi dahi bəstəkar Üzeyir Hacıbəyovundur. 

Sözsüz ki, bu mahnı o zaman yasaq olduğundan zalda olanların 90 faizdən çoxusu bilmirdi. Çoxusu bilmirdi ki, Əhməd Cavadın belə bir şeiri var və ona Üzeyir Hacıbəyov musiqi bəstələyib. Bunu eşidən Əbülfəz müəllim və Türk Aydın qulaqlarına inanmadılar, qarşılarında oturan şəxsdən hansı mahnını oxuyacağını soruşdular. Onun cavabından sonra arxayın oldular ki, düz eşidiblər. Sevinclərindən bilmədilər nə etsinlər və öz təşəkkürlərini dönə-dönə müğənniyə bildirdilər. Üzeyirin yazdığı bu əzəmətli, adamı yerindən oynadan musiqinin sədaları ucaldı. 

Doğrudan da zal şok vəziyyətində idi. İndiyə kimi eşitmədikləri gözəl bir musiqini eşidirdilər. Nəsrin Sipahinin bu mahnıya daha uyğun səsi onu daha da gözəlləşdirirdi. İlk dəfə Azərbaycanda “Çırpınırdı Qara dəniz” mahnısı səsləndi. Bir azdan tamaşaçıları əfsunlayan bu gözəl mahnı sona çatdı. Alqış səsləri salonu silkələdi. Alqış sədaları altında Flora Kərimova böyük bir gül dəstəsi ilə səhnəyə qalxdı, gül dəstəsini Nəsrinə təqdim etdi və onu qucaqladı. (Bu barədə yuxarıda ətraflı danışdıq-E.N.).  
O da Floranı bir daha bağrına basaraq kədərli bir səslə zala müraciətlə dedi: “Ben Flora xanımın kədərini paylaşıram, o bu günlərdə kocasını kayb etmiş, böyük bir acıyı yaşayır. Ben ona səbr və dözüm diləyirəm!”.

Onun gözləri yaz buludu kimi dolmuşdu, sanki bir işarəyə bənd idi. Flora xanım özünü hıcqırıb ağlamaqdan güclə saxlayırdı, istəmirdi ki, belə gözəl konsertə qəm-kədər notlarını qatsın. Özünü toplayıb bir təhər ələ aldı və Nəsrin xanıma öz təşəkkürünü bildirdi. Demək olar ki, zaldakıların hamısı yaxşı bilirdi ki, bu yaxınlarda Flora Kərimovanın həyat yoldaşı İbrahim Tobçubaşov rəhmətə gedib. Nəsrin Sipahinin belə diqqətli olması, onu tamaşaçıların gözündə daha da yüksəltdi. 

Bu konsert uzun müddət tamaşaçıların yaddaşında qaldı. Hər yerdə - kinoteatrda, institutlarda, çayxanalarda bu haqda qızğın söhbətlər gedirdi. Xüsusən də, “Çırpınırdı Qara dəniz” mahnısı haqqında. Bu konsert Əbülfəz müəllimin düşündüyündən də böyük effekt və əks-səda verdi”.(modern.az)


Oxşar xəbərlər
19:26, Bu gün
Rəisi və Abdullahian təhlükədədir - İranlı rəsmi
19:20, Bu gün
Ayətullah Xamenei İran Təhlükəsizlik Şurasının təcili iclasını keçirir
19:19, Bu gün
Sabahın havası meteohəssas insanlara necə təsir edəcək?
19:10, Bu gün
Yevlaxda ər arvadını öldürüb, sonra özünü bıçaqlayıb
19:08, Bu gün
Qəzaya uğrayan helikopterin axtarışları davam edir - VİDEO
19:04, Bu gün
"Ukraynadan qalan yalnız Lvov olacaq" - Xodorkovski
18:56, Bu gün
"Hər hansı bir ölkəni çökdürmək üçün çip alımını dayandırmaq yetərlidir"
18:55, Bu gün
İbrahim Rəisi sağdırmı? – İrandan şok qərarlar...
18:42, Bu gün
"Mehr" agentliyi İran Prezidentinin xəsarət almadığı ilə bağlı məlumatı silib - YENİLƏNİB
18:33, Bu gün
Qəzzada 35,5 min insanın həyatını itirdiyini bildirib
18:30, Bu gün
2023-cü ildə 30 500 şəkərli diabet xəstəsi qeydə alınıb
18:05, Bu gün
Rəisinin helikopterinin qəzadan öncəki görüntüləri - VİDEO
18:05, Bu gün
Britaniyanın müdafiə naziri Rusiya ilə mümkün müharibədən danışdı
17:43, Bu gün
Nazirlik: VI siniflərdə keçirilən monitorinq uğurla başa çatdırılıb
17:40, Bu gün
İran Prezidenti helikopterin sərt enişi nəticəsində xəsarət almayıb - KİV
17:39, Bu gün
Yağıntılı hava ilə bağlı magistral yollarda görmə məsafəsi məhdudlaşacaq
17:38, Bu gün
Slovakiyanın güllələnmiş baş nazirinin vəziyyəti necədir?
17:32, Bu gün
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – Təfərrüat
17:25, Bu gün
Latviya Parlamentinin sədri: Qarabağdakı quruculuq işlərinə şahidlik etmək çox sevindiricidir
17:23, Bu gün
Türkiyəli nazir: İlin sonunadək neft hasilatı daxili bazarın tələbatının 10 faizini ödəyəcək
17:20, Bu gün
Qocalar evində ölümləri "proqnozlaşdıran" ekstrasens pişik
17:18, Bu gün
Köçəryan və Sərkisyandan Paşinyana qarşı həmlə: Petrosyan tərəfini açıqladı
17:08, Bu gün
İran Prezidentini daşıyan helikopter sərt eniş edib, Rəisinin vəziyyəti məlum deyil
17:07, Bu gün
Göyçayda 24 yaşlı oğlanı cərəyan vurub öldürüb
17:05, Bu gün
Bakıda iki sərnişin avtobusu toqquşdu: 6 nəfər xəsarət aldı
16:58, Bu gün
İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb
16:55, Bu gün
Latviya parlamentinin sədri Şuşadadır
16:52, Bu gün
Rusiyalılar mülki ukraynalıları qətlə yetirir, Xersonda insanların üzərinə drondan partlayıcı maddə atılıb
16:44, Bu gün
Nuran Abdullayev: "Prezident İlham Əliyev nə zaman hansı gedişi edəcəyi bilinməyən ən güclü siyasi şahmat ustasıdır"
16:40, Bu gün
"Hücumun birinci fazası: Volçanskın zəbt edilməsi rusiyalılara nə üçün lazımdır?" - ISW
16:39, Bu gün
Ukrayna Rusiyanın daha bir gəmisini VURDU
16:37, Bu gün
Çərçivə sazişi imzalanır, dəhliz bu statusla açılır - Tarix verildi
16:36, Bu gün
Türkandan gözlənilməz hərəkət: Efirə telefonla buraxmadılar deyə GÖRÜN NƏ ETDİ - VİDEO
16:34, Bu gün
Rusiya Xarkovdakı istirahət mərkəzini “İskander”lə vurub, ölənlərin sayı 5-ə çatıb - YENİLƏNİB
16:20, Bu gün
Amerikalı qız başqa ölkəyə köçdü, adını dəyişdi: Maraqlı SƏBƏB
16:18, Bu gün
Cəlilabadda 17 yaşlı yeniyetmə bıçaqlanıb
16:14, Bu gün
Ağsu dolaylarında asfalt çöküb
16:06, Bu gün
Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Günü qeyd edilir
15:45, Bu gün
Bitlisdə avtobus dərəyə düşüb, yaralananlar var
15:31, Bu gün
Maqnit qasırğaları zamanı edilən səhvlər SADALANDI
15:28, Bu gün
Xətaidə yanğın: Avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
15:27, Bu gün
Dunay çayında gəmilər toqquşub, ölənlər var
15:04, Bu gün
Seyid İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
15:03, Bu gün
Yeni Kaledoniyada gərgin vəziyyətlə əlaqədar məktəblərdə dərslər dayandırılıb
15:02, Bu gün
Erməni barbarlığına tuş gələn Qubadlı məscidi
15:01, Bu gün
Ukrayna Rusiyanın daha bir gəmisini məhv etdi
14:45, Bu gün
“Ola bilsin ki, bəziləri bizim bu görüşlərimizi bəyənməsinlər”
14:45, Bu gün
Çinin kənd təsərrüfatı naziri haqqında təhqiqat başlanıb
14:43, Bu gün
Tabut açıldı: Qızı içəridəki kişini görüb DƏHŞƏTƏ gəldi
14:42, Bu gün
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
14:40, Bu gün
Müdafiə Nazirliyi şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimi keçirib
14:25, Bu gün
Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon
14:23, Bu gün
Prezident: "Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir"
14:22, Bu gün
"Ukrayna Rusiyadakı obyektlərə zərbələr endirmək üçün ABŞ-dan icazə istəyir" - "The Wall Street Journal"
14:15, Bu gün
Anar Heybətova ağır itki - FOTO
14:14, Bu gün
"Belarus post-sovet ölkələri arasında Azərbaycanın dördüncü ən böyük xarici ticarət partnyorudur"
14:11, Bu gün
Vətəndaş kibercinayətkarların tələsinə belə düşdü - 25 min manat itirdi- ŞOK FAKTLAR
14:11, Bu gün
"Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgəyə fayda verəcək"
14:09, Bu gün
Prezident: "İki hidroqovşağın açılışı və istismara verilməsi tarixi hadisədir"
14:08, Bu gün
Prezident: "İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir"
14:07, Bu gün
Tanınmış xanəndə məşhur aktyorun bacısı imiş - FOTO
14:07, Bu gün
Azərbaycan Prezidenti: "Bizim energetika sahəsində çox böyük planlarımız var"
13:44, Bu gün
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində azı 4 nəfər ölüb
13:42, Bu gün
Diş yetişdirmək üçün dünyada ilk dərman yaradıldı
13:27, Bu gün
Aralıq dənizində zəlzələ
13:23, Bu gün
İran səfiri: Missiyamın son günündə ən böyük sərhəd layihəsinin istifadəyə verilməsi ilə fəxr edirəm
13:21, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
13:20, Bu gün
Sumqayıtda mənzildən kişi meyiti tapıldı
13:19, Bu gün
Kim qalib gələcək: Tramp, yoxsa Bayden?
12:55, Bu gün
Sabah Azərbaycanın bu rayonlarında leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək
12:54, Bu gün
Rusiyada yük qatarı relsdən çıxdı - VİDEO
12:53, Bu gün
İran raketləri İsrailin 12 müdafiə xəttini yardı - General
12:53, Bu gün
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
12:48, Bu gün
Baqratın baş nazir olmaq şansı varmı?
12:38, Bu gün
"Barselona" transfersiz qala bilər
12:30, Bu gün
Rusiyanın “dərin dövləti” haqda sensasion iddia - ADLAR
12:21, Bu gün
Latviya parlamentinin sədri Füzulidə səfərdədir
12:20, Bu gün
“Qərbi Azərbaycana qayıdış” Türk Dünyası Sammiti Daşkənddə baş tutdu - Fotolar
12:16, Bu gün
Bu gün derbi var - “Qalatasaray” çempion ola bilər
12:11, Bu gün
“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - FOTOLAR
12:11, Bu gün
İstanbul boğazlarında gəmilərin hərəkəti dayandırıldı
12:00, Bu gün
İlham Əliyev sərhəddə İran prezidenti ilə görüşdü - YENİLƏNİB
11:47, Bu gün
"Rusiya-Azərbaycan" dəyirmi masası və ikitərəfli görüşlər keçirilib
11:45, Bu gün
Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır
11:43, Bu gün
Ajda Pekkandan Sezen Aksu ETİRAFI: “Necə inandıracağımı bilmirəm”
11:40, Bu gün
Kahramanmaraşda 3,6 bal gücündə zəlzələ baş verib
11:26, Bu gün
İndoneziyada vulkan püskürməsi: 7 şəhər boşaldılıb
11:25, Bu gün
Rusiyanın Belqorod vilayətində raket təhlükəsi elan edilib
11:23, Bu gün
Tovuzda 3 nəfər dəm qazından zəhərlənib, biri ölüb
11:21, Bu gün
DİN valideynlərə müraciət ETDİ
11:13, Bu gün
Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək... - VİDEO
11:10, Bu gün
Hondurasın Rusiyadakı səfiri qəflətən vəfat edib
11:09, Bu gün
Sumqayıtda F-1 əl qumbarası aşkarlanıb
10:52, Bu gün
Nə edək? - "Evrovision"a Bayram Nurlunu, Baboşu göndərək? - VİDEO
10:37, Bu gün
Türkiyədə güclü partlayış: Yaralananlar var
10:35, Bu gün
Azərbaycanın bəzi rayonlarında şimşək çaxıb, qar yağıb - FAKTİKİ HAVA
10:22, Bu gün
Bu bürclərin qızları ilə ailə qurmaq sizə baha başa gələ bilər
10:17, Bu gün
Qədir Aslanov: Azərbaycan ziyalısı, jurnalist, vəfalı ailə başçısı!
10:16, Bu gün
VI sinif şagirdləri üçün monitorinq keçirilir
10:15, Bu gün
"Keşiş hökumətlə qarşıdurmaya getsə, Paşinyan bu addımı atacaq"
GÜNLÜK
18 May 2024 | 20:10
Siyasi partiyalarla konstruktiv dialoq milli maraqların qorunmasına hesablanıb
18 May 2024 | 19:56
Putinlə Tokayev arasında kritik zəng
18 May 2024 | 20:33
5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla... 
18 May 2024 | 19:29
Azərbaycan çempionatında möhtəşəm qol vuruldu
18 May 2024 | 19:30
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
18 May 2024 | 19:49
Lerikdə uçqun zamanı bağlı qalan yol qismən açılıb
18 May 2024 | 19:50
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
18 May 2024 | 20:27
İsrail "Hizbullah" döyüşçülərini daşıyan avtomobilə zərbə endirib - VİDEO
18 May 2024 | 20:56
Qəbizliyi aradan qaldıran qidalar
18 May 2024 | 20:23
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
18 May 2024 | 16:29
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
AYLIQ
18 May 2024 | 20:10
Siyasi partiyalarla konstruktiv dialoq milli maraqların qorunmasına hesablanıb
18 May 2024 | 19:56
Putinlə Tokayev arasında kritik zəng
18 May 2024 | 20:33
5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla... 
18 May 2024 | 19:29
Azərbaycan çempionatında möhtəşəm qol vuruldu
18 May 2024 | 19:30
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
18 May 2024 | 19:49
Lerikdə uçqun zamanı bağlı qalan yol qismən açılıb
18 May 2024 | 19:50
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
18 May 2024 | 20:27
İsrail "Hizbullah" döyüşçülərini daşıyan avtomobilə zərbə endirib - VİDEO
18 May 2024 | 20:56
Qəbizliyi aradan qaldıran qidalar
18 May 2024 | 20:23
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib