Cavanşir Quliyev: “Yazdığım himni “KQB agenti” sözünə görə geri aldım”
Müsahibə
Oxunub: 2234
28 Jan 2017 | 00:18
Cavanşir Quliyev: “Yazdığım himni “KQB agenti” sözünə görə geri aldım”

Moderator.az bəstəkar Cavanşir Quliyevlə müsahibəni təqdim edir.
 
”“ Cavanşir müəllim, Azərbaycandan kənarda yaşayan soydaşlarımız çoxdur: biznesmenlər, iri və xırda ticarətçilər, adi insanlar... Amma bir sənətkarın vətəndən uzaqda yaşaması və onun qürbətdə keçirdiyi hisslər daha maraqlıdır.
 
”“ Xaricdə yaşayan azərbaycanlılardan kimsə sizə desə ki, mən orda xoşbəxtəm, Azərbaycana da gəlmək istəmirəm, inanmayın. O adam xəstə deyilsə, psixi problemləri yoxdursa, sağlamdırsa, deməli, yalan deyir və sadəcə, özünü sındırmaq istəmir.
 
Oradakı işlərimin hamısı yolundadır, heç bir problemim yoxdur. Yaradıcılıqla məşğul olmaq üçün hətta burdakından daha çox vaxtım olur. Niyə? Çünki Azərbaycanda o qədər tədbirlər olur, televiziya və radio verilişləri, müsahibələr, toplantılar, iclaslar vaxtımı çox alır. Amma Kiprdə elə deyil. Vaxtım boldur, sakitəm, yazı-pozumla rahat məşğul ola bilirəm.
 
Kipr, əslində, yad yer deyil. Onlar da bizim xalqdır, bizim millətdir. Eyni dildə danışırıq, bizi də çox istəyirlər. Hətta bizi Türkiyə türklərindən daha çox sevirlər. Amma buna baxmayaraq, məndə qəribçilik var, darıxıram.
 
”“ Vətəndən ötrü darıxanda özünüzü nə ilə ovudursunuz?
 
”“ Ovunmaq mümkün deyil. Şəkillər, fotolar görmək istədiyin yerin əvəzini vermir. Düzdür, internet imkanları var ki, ürəyin istəyən insanla danışasan. Amma bəs eləmir. Bəzən ürəyin istəyən adama təkcə danışmaqla yox, əlinlə də toxunmaq istəyirsən.
 
”“ Böyük bir ömür yaşamısınız, xeyli insan görmüsünüz, gözünüzün qarşısında nə qədər hadisələr baş verib, saysız-hesabsız musiqilər yazmısınız... Bəs yaşın bu mərhələsində həyat sizin üçün nəyi ilə əhəmiyyətlidir?
 
”“ Hər yaş kəsimində həyatın mənası insan üçün dəyişir. Gənclikdə başqa cür olur, orta yaşda başqa cür, qocalıqda başqa cür. Mən hiss edirəm ki, ömrün üçüncü hissəsinin ortalarındayam. Gəncliyimdə və orta yaş təbəqəsində mənim üçün maraqlı olan şeylər artıq əhəmiyyətini, önəmini itirib. İndi elə yaşdayam ki, bu ərəfədə insan öz həyatının mənasını axtarır. Mən bu dünyaya nəyə gəldim? Missiyam nədir? Nə etdim? Nə etmədim? Bu sualları düşünərkən insan önəmsiz şeylərə vaxt sərf etmək istəmir, əsas işi ilə məşğul olur.
 
Bu günə kimi 1000-ə yaxın mahnı yazmışam. Yazırdım, oxuyurdular, hər şey gözəl idi. İndi isə bütün qüvvəmi önəmli hesab etdiyim əsərlərə sərf edirəm. Tamamilə başqa tip musiqilərə vaxt ayırıram. Bu əsərlər isə sifariş deyil ki, 5-10 dəqiqəyə yazasan. Bunlar çox vaxt tələb edir. Bu gün mənim üçün ən önəmli şey o əsərləri bitirməkdir.
 
”“ Başqa tip musiqilər deyərkən, nəyi nəzərdə tutursunuz?
 
”“ Mən 11 ildir Kiprdəyəm. Bu illər ərzində üç balet yazdım.
 
”“ Balet başqa tip musiqidirmi?
 
”“ Təbii, hamı bilir, balet yeni tip deyil. Amma mənim Azərbaycanda eləmədiyim şeydir. “Necib Fazil” oratoriyası yazdım. Bir saatlıq əsərdir.
 
”“ Nə üçün, məsələn, Müşfiq yox, Necib Fazil oratoriyası yazdınız?
 
”“ Doğrudur, adama deyərlər, şair şairdirsə niyə o boyda Müşfiqdən yazmırsan? Bunu mən də düşündüm və qərara gəldim ki, Müşfiq oratoriyası da yazım. İndi librettosu ilə məşğulam. Özü də faciəvi bir tale yaşamış şairdən söhbət gedir. Heç bir günahı olmayan, gənc insanın boynuna daş bağlayıb sevdiyi, şeirlər yazdığı dənizə göməsən. Müşfiqin ölümünü dünyada ən ədalətsiz ölüm hesab edirəm.
 
”“ Siz bir dəfə rep musiqisi haqqında danışarkən demişdiniz ki, Azərbaycan sənətçilərinin 95 faizi şəxsiyyətsizdir. Rep isə etiraz musiqisidir. Buna görə də bizimkilər rep yaza bilməzlər.
 
”“ Bəli, demişəm. Sözümü yenə də təsdiqləyirəm: Azərbaycan sənətçilərinin 95 faizi şəxsiyyətsizdir. Rep Amerikada yaranıb. O zamankı gənclərin Amerika həyat tərzinə etiraz formalarından biri olub. Yəni o replərin sözləri əsasən, etiraz üzərində qurulmuşdu. Orda sevgi, məhəbbət yox idi. Ona görə də tez bir zamanda yayıldı, populyar oldu.
 
Bizdə də repə cəhd edənlər oldu, amma yayılmadı. Bizimkilər sevgidən, məhəbbətdən yazdılar. Məhəbbətdən, sevgidən rep yazmaq gülməlidir. Rep başqa şeylər üçün yaranmışdı, bizimkilər isə onu eləmədilər. Bəlkə eləyə bilmədilər, qorxdular. Azərbaycanda ilk olaraq repi mən elədim. Amma təcrübə kimi elədim. Şəxsi yaradıcılığım kimi heç yerdə göstərmirəm. Sabirin “Bəhri təbil”ini və Axundovun “Lənkəran xanın vəziri” pyesində bir şeir var, onu rep elədim. Sonra davam eləmədim, çünki rep mənim yaradıcılıq sahəm deyil.
 
”“ Azərbaycanda da reperlər var. Elşad Xose, Anar Nağılbaz, rəhmətlik Hüseyn Dərya... Onların yazdıqları rep deyildi?
 
”“ Hamısı məişət reperləridir, çünki tənqidləri məişət səviyyəsində idi. Sosial etiraz yox idi. Bizim reperlərin etirazları bilirsiniz hansı səviyyədə idi? Tramvay vaxtında gəlmədi, avtobus gecikdi, maşın yolu kəsdi, sular partladı və s. Belə rep olmur. Köklü şəkildə sosial etiraz olmadı, ona görə bizdə rep alınmadı.
 
Amma Anar Nağılbaz ağıllı oğlandır, savadlıdır. Onun etirazı ümumiləşdirmək bacarığı vardı. Nəsə eləyə bilərdi. Daha niyə eləmədi, deyə bilmərəm.
 
”“ Sənətçi üçün şəxsiyyət deyəndə nəyi nəzərdə tutursunuz? Sosial problemlərə etiraz insanda şəxsiyyət yaradır?
 
”“ Biz bilirik ki, sənətkar ziyalı zümrəsinə aiddir. Düzdür, ziyalı zümrəsi təkcə sənətkarlardan ibarət deyil. Orda həkim də var, müəllim də var və s. Amma belə qəbul olunub ki, sənətkar ziyalı olmalıdır. Ziyalı da o adama deyirlər ki, özünü yox, xalqını, millətini, vətənini, cəmiyyətini düşünür. Bizim sənətçilərin içərisində nə qədər belə adam var? Bax, o adamları mən şəxsiyyət hesab edirəm. Şəxsiyyət odur ki, mövqeyi var və mövqeyini də heç nəyə dəyişmir. Bizim sənətçilərin cibində pasportu var, amma mənəvi kimliyi yoxdur. Bəzilərində isə bir neçə kimlik var.
 
”“ Şərqdə ədəbiyyat saraylarda yaranıb, formalaşıb. Nizami Gəncəvi hökmdarların sifarişi ilə poemalar yazıb, onları tərif edib. Yaxud, Selincer böyük əsərlər yazıb, amma ömür boyu ağzını açıb sosial problemlər haqda bir kəlmə də söz deməyib. Kafka da eyni cür. İndi sizin düşüncənizə görə, bu insanlar şəxsiyyətsiz olublar?
 
”“ Mən hesab eləyirəm ki, şəxsiyyət sözünü deməlidir. Amma Kafka deməyibsə, təbii ki, o, gözümdən düşmür. Onun sənətinə hörmət edirəm. Demirəm hamı nəsə deməlidir. Mən sadəcə, mövqeyi olanlara şəxsiyyət deyirəm.
 
İkincisi, mən Nizamidən, Füzulidən yox ”“ onlar bizlə Allahın arasındadır, mən isə bizim aramızda olanlardan danışıram. Söhbət yerdə gəzənlərdən gedir. Min il bundan qabaq yaşamış Nizamiyə indiki həyatın tələbləri, qanunları ilə yanaşmaq, müqayisə etmək olmaz. O vaxtın qaydaları belə idi ki, şair əsərə başlayanda öncə Allahı tərif eləməli idi, sonra hökmdarı. Bundan sonra əsərə keçməli idi. O demək deyil ki, Nizami padşahı tərif eləyirdisə, onu həqiqətən sevirdi. Sadəcə, qayda belə idi, ona görə eləyirdi. Bilmirəm, bəlkə doğrudan da sevirdi. Mən Nizaminin, Füzulinin və başqalarının şəxsiyyətini əsərlərində görürəm, yazdıqlarında görürəm, insanlara göstərdiyi doğru yolda görürəm...
 
”“ Bəzən muğamı tənqid edirlər. Yazırlar ki, muğam bizim milli musiqimiz deyil, gəlmədir. Ona görə başa düşülmür, anlaşılmır...
 
”“ Hər şey hardansa harasa gəlir. Və hər şey davamlı olaraq dünyanı gəzir. Muğam da təfəkkür olaraq, ola bilsin, nə zamansa Azərbaycana hardansa gəlib. Ola bilsin, muğamı bura Ərəbistandakı, yaxud İrandakı azərbaycanlı gətirib. Nə vaxt? Bunun dəqiq tarixi bilinmir. Amma bu gün mövcud olan muğam artıq Azərbaycan muğamıdır.
 
İkincisi, lap tutaq ki, muğam milli musiqimiz deyil, gəlmədir. Hə, nə olsun? Evində işlətdiyin bilgisayar da gəlmədir. Bəs niyə gəlmələri ayırırsan? Bilgisayar gəlmə ola bilər, muğam ola bilməz?
 
”“ Analogiya nə dərəcədə doğrudur? Bilgisayar hara, muğam hara?
 
”“ Tamam, o zaman kinofilm, teatr, opera, simfonik orkestr, caz, estrada sənəti bizdə yaranıb? Yox. Muğam mürəkkəb sənətdir. Və mürəkkəb olduğuna görə, hamının onu dinləmək məcburiyyəti yoxdur. Zər qədrini zərgər bilər. Muğam zərdir. Onu zərgərlər dinləməlidir. Muğam gənclik musiqisi deyil. Daha çox yaşlaşanda, müdrikləşəndə muğam dinləmək istəyirsən. Muğam ağır musiqidir, ağır sənətdir, aramlıdır, ləngərlidir, sakitdir. Muğamı nə yaxşılaşdırmaq, zənginləşdirmək, nə də korlamaq mümkündür. Çünki ələ gəlmir.
 
”“ Axı cazla muğamı sintez eləyirlər. Bəs necə mümkün olur? Bir neçə dəfə Alim də oxuyub.
 
”“ Onlar sintez deyil. Sadəcə, bərabər, yan-yana ifadır. Sintez odur ki, iki şeyi qarışdırırsan, ortaya üçüncü şey çıxır. Ümumiyyətlə, cazla muğamın sintezi mümkün deyil. Çünki fəlsəfələri, estetik platformaları, meyarları fərqlidir. Sintez zamanı əsas konflikt estetikada çıxır, musiqinin özündə yox.
 
 
”“ Cavanşir müəllim, istedadlı erməni bəstəkarlarından kimləri tanıyırsınız?
 
”“ Terteryan. Rəhmətə gedib, amma çox istedadlı bəstəkar idi.
 
”“ Ümumiyyətlə, erməni musiqisi varmı?
 
”“ Erməni musiqisi kilsədə var. Yalnız erməni kilsəsinin içində oxunan musiqi ermənilərindir. Amma toylarda, restoranlarda oxunan musiqilər ətraf xalqlarındır. Çünki ermənilər o coğrafiyada tək xristian xalqdır, ətrafları yüz illərlə müsəlman olub. Müsəlman xalqların yeməyi də, içməyi də, məişəti də, musiqisi də yavaş-yavaş ermənilərə də keçib. Çünki onlarla bir yerdə yaşayıblar. Başqa cür mümkün də deyil. Əgər ətrafın müsəlman xalqlardırsa və bu da yüz illərlə davam eləyirsə sən təsirsiz qala bilməzsən, mütləq qarışacaqsan. Amma harda qarışmır? Kilsədə. Çünki kilsə qapalı yerdir, müsəlman ora girmir. Ona görə deyirəm ki, əsl erməni musiqisi kilsədə oxunur.
 
”“ Deməli, kilsədən kənarda oxunan musiqilər oğurluqdur?
 
”“ Oğurluq niyə olur? Musiqi əşya deyil ki, oğurlasınlar. Ətraf xalqların musiqisidir, xoşları gəlir, oxuyurlar.
 
”“ Bəs tez-tez xəbər yayılır ki, erməni “Sarı gəlin”i yenə oğurladı.
 
”“ Sovet vaxtı erməni bəstəkarları ilə dəfələrlə görüşümüz olub. Konstantin Petresyan adlı bir erməni bəstəkarı vardı. Ona dedim sən musiqiçisən, gəl görüm bir “Sarı gəlini” çala bilirsən? Bacarmadı. Dedim bəs çala bilmədiyin şey haqqında niyə fikir yürüdürsən? Sonra mən özüm çalıb göstərdim. Hər mahnının hansı xalqa mənsub olduğu o mahnının içində var. Sadəcə, analiz eləmək lazımdır. Hansı xalqa mənsubluğu mahnının quruluşunda, skeletindədir. Ermənilər çox yaxşı bilirlər “Sarı gəlin” kimindir. Ona görə də heç nə danışmırlar. Sadəcə, xoşlarına gəlir, ifa edirlər. Qoy eləsinlər, burda pis bir şey görmürəm.
 
”“ Hərdən himnimizi də tənqid edirlər. Sözlərini də, musiqisini də.
 
”“ Fakt gətirmək lazımdır. Sözlərdə zəiflik nədədir? Və əsaslandırılsın. Sonra da alternativ himn göstərilsin. Ən vacibi isə harda yazılıb ki, himnin sözləri güclü olmalıdır? Belə bir qanunmu var? Himn siyasi atributdur. Dövlətin rəmzlərindən biridir. Azərbaycanın indiki himninə də iki dövlət parlamenti qərar verib. Biri o vaxtı, biri indi. Qardaşım, nə istəyirsiniz?
 
Çox maraqlıdır, Fazil Mustafa ilə Araz Əlizadə başqa-başqa adamlardır, amma himnə nifrətdə birləşdilər. Heç yerdə yazılmayıb ki, dövlətin himni qəşəng, bərli-bəzəkli sözlərdən ibarət olmalıdır.
 
”“ Bəs himnin əsas göstəricisi nədir? Himn necə olmalıdır?
 
”“ Himni millət rahat oxumağı bacarmalıdır. Birinci sinif uşağı da himnimizi əzbər bilir. İkincisi, siyasi qərarla himn kimi qəbul olunmalıdır. O da olunub. Araz Əlizadə deyir ki, himnə qulaq asanda adam dəsmal götürüb ağlamaq istəyir. Deyirəm, mən də qulaq asanda rəqs eləmək istəyirəm. İkimiz də Azərbaycan vətəndaşıyıq, ikimizin də danışmaq haqqı var.
 
İnternetdə dünyanın bütün dövlətlərinin himninə qulaq asmaq mümkündür. Cəmi bir-ikisi, ola bilər, bizimkindən qulağa daha xoş yatır. Mən tənbəllik eləməyib, yüz yetmiş neçə himn dinləmişəm. Azərbaycanın himni siyahıda başlarda durur.
 
”“ Bəs sizcə, Fazil Mustafa, Araz Əlizadə himni niyə tənqid edir, məqsədləri nədir?
 
”“ Mənə elə gəlir ki, onlar sifariş yerinə yetirirlər. Bəzi qüvvələr yaman qısqanır Rəsulzadənin əsəri olan Azərbaycan Xalq Cümhuriyyətini və onun atributlarını. Bəlkə də özləri himnin müəllifi olmaq istəyirlər, tarixə düşmək istəyirlər. Fazil Mustafa müxalifətçi deyil. Fazil Mustafa hansı keyfiyyətlərinə görə millət vəkilidir? Bir düşünün. Bu təfəkkürdəki adamdan müxalifətçi olar?
 
”“ Söz düşmüşkən, bəs dostunuz Ramiz Rövşəni hansı keyfiyyətlərinə görə müxalifətçi sayırlar?
 
”“ Ramiz müxalifətçi deyil, vətəndaşdır. Mən də müxalifətçi deyiləm. Heç vaxt da heç bir partiyanın da üzvü olmamışam. Heç vaxt deməmişəm mən filan ideologiyaya qulluq edirəm. Ramiz də deməyib. Nə də mənim haqqım yoxdur ki, kimisə partiya üzvü olduğuna görə tənqid eləyim. Mən yalnız kiminsə hərəkətlərini tənqid eləyə bilərəm. Ramiz Rövşən isə yenə deyirəm, vətəndaşdır. Nəyi əyri görür, deyir ki, əyridir, nəyi düz görür, deyir ki, düzdür.
 
”“ Maraqlıdır, Ramizin son 14 ildə bir dənə əyri şey gördüyünü deyə bilərsinizmi?
 
”“ Fazil Mustafa millət vəkili yerini, yəni dövlətin kürsüsünü tutur, amma Ramiz heç bir yer tutmur. Fazilin iddiası, partiyası var, partiya başqanıdır, amma Ramizin heç bir partiyası yoxdur. Fazil siyasətçidir. Ramiz isə şairdir, bu gün belə deyə bilər, sabah başqa cür danışa bilər. Niyə Fazillə Ramizi müqayisə edirsiniz? Ümumiyyətlə, susmaq da Ramizin haqqıdır. Çünki nə partiyası var, nə dövlət vəzifəsi, nə də ictimai vəzifəsi.
 
”“ Axı Ramiz Rövşən də siyasi tribunalarda olub, Milli Məclisə namizədliyini verib. Müsavat Partiyası, Ziyalılar Formu və s. Bunlar iddia deyil?
 
”“ Tribunada Fatmanisə xala da çıxış eləyib, hər tribunaya çıxan siyasətçi olur? İkincisi, Ramiz heç vaxt Müsavat Partiyasının üzvü olmayıb. Ziyalılar Forumu isə siyasi təşkilat deyil.
 
”“ Müsavat Partiyasının himninin sözlərini Ramiz Rövşən yazıb, musiqisini isə siz. Amma deyirsiniz ki, heç birimiz oranın üzvü deyilik. Üzv olub-olmamaq formal bir şeydir.
 
”“ Bəli, Müsavat Partiyasının, bir də ADP-nin himinin musiqisini mən yazmışam. Amma ADP-yə yazdığım musiqini geri aldım.
 
”“ Nə üçün?
 
”“ Bir dəfə ADP-də yarızarafat demişdim ki, sizin partiyanın hər hansı bir hərəkəti xoşuma gəlməsə, himni geri çağıracam. Güldülər, elə bildilər zarafat eləyirəm. Üstündən bir müddət keçəndən sonra gördüm partiya funksionerlərindən biri dedi, İsa Qəmbər KQB-nin agentidir. Mən də dedim, İsa Qəmbərin KQB agenti olduğunu isbat eləyin. Dedilər, zamanı gələndə isbat edəcəyik. Dedim, onda mən də zamanı gələndə himni sizə geri verərəm, mənim musiqimdən istifadə etməyinizi istəmirəm.
 
”“ Görəsən, Müsavat Partiyasının yanlış hesab etdiyiniz bir hərəkəti olsa, onun da himnini əllərindən alacaqsınız?
 
”“ Hər bir partiyanın amalı xalqa, millətə qulluq eləmək və sonucda hakimiyyətə gəlməkdir. Özü də doğru yollarla, siyasi mübarizə nəticəsində, daha pərdəarxası oyunlarla yox. Əgər bu yolda Müsavat Partiyasının yanlış hesab etdiyim addımları olsa, təbii ki, himni onlardan da geri alacam.
 
”“ Yeri gəlmişkən, Müsavat Partiyasında baş verən son hadisələr, bölünmələr, üzvlərin bir qisminin istefası sizə necə təsir elədi?
 
”“ Yaxşı təsir eləmədi. Özəlliklə, müxalifət partiyasının bölünməsi birbaşa zəifləməsi deməkdir. Səbəbini bilmirəm və heç bir tərəfdə də deyiləm. Ancaq bilirəm ki, partiya ilə bağlı mətbuata çıxan söhbətlər buz dağının üstüdür, əsas şeylər suyun altındadır. Suyun altını bilmək üçün gərək partiyanın kulislərinə gedəm, ordan öyrənəm. Ona da vaxtım və niyyətim yoxdur. Qəti fikir deyə bilmərəm, amma bir şeyi deyim ki, bölünməni təəssüf hissi ilə qarşıladım. Bölünənlərin hər biri sanballı adamlardır, hər biri partiyaya ağırlıq gətirirdi.
 
”“ Maraqlıdır, Cəmil Həsənli prezidentliyə namizədliyini verəndə çoxları ona irad tuturdu ki, ləhcədə danışır. Siz də ləhcədə danışırsınız.
 
”“ Azərbaycan ləhcələrdən ibarətdir. Azərbaycanın ədəbi dili də ləhcədir. Bilirsiniz haranın? Şamaxının, Ağsunun. Ədəbi dil haqqında rəsmi fərman yoxdur. Məsələn, Amerikanın yeni seçilən prezidenti Tramp da ləhcədə danışır. Çox pis ingiliscəm ola-ola, hətta mən də hiss eləyirəm ki, Tramp ləhcədə danışır. Amma heç kim onu ittiham eləmir. Çünki bütün ölkələrdə belədir.(ölkə.az)
Oxşar xəbərlər
21:57, Bu gün
Aİ İran üçün "Copernicus" peyk görüntü xidmətini aktivləşdirib
21:56, Bu gün
Ayətullah Xamenei İbrahim Rəisinin helikopterinin qəzaya uğramasından sonra açıqlama verib
21:47, Bu gün
Qəzaya düşən helikopterdə Rəisi ilə birgə kimlər olub?
21:34, Bu gün
İranda baş verən helikopter qəzası ilə bağlı baş verənləri üzüntü ilə izləyirik - Türkiyə XİN
21:21, Bu gün
"Mançester Siti" çempion oldu, "Arsenal"ın 20 illik həsrətinə son qoyulmadı
21:13, Bu gün
Muradın çayda boğulmasının TƏFƏRRÜATI: Batdığını görənlər qorxularından ailəsinə xəbər etməyibmiş - VİDEO
20:54, Bu gün
Niger: ABŞ hərbçilərinin ölkədən çıxarılması proseduru razılaşdırılıb
20:50, Bu gün
Rəisi bu gün İrəvana gedəcəkmiş, son anda…
20:48, Bu gün
Göyçayda qəza: Xəsarət alanlar var
20:39, Bu gün
HƏMAS-ın daha bir komandiri öldürüldü
20:24, Bu gün
"Nüvə savaşında 72 saata 5 milyard insan həlak olacaq, yalnız iki ölkə salamat çıxacaq" - "Daily Star"
20:12, Bu gün
İran vitse-prezidenti hadisə yerinə yollandı
20:08, Bu gün
Azərbaycan İrana dost və qardaş xalq kimi bütün lazımi dəstəyi verməyə hazırdır - XİN
20:01, Bu gün
Avropa İttifaqı Rəisinin qəzaya düşməsi ilə bağlı MƏLUMAT YAYDI
19:58, Bu gün
İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib
19:56, Bu gün
İbrahim Rəisinin helikopterinin qəzaya düşməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
19:26, Bu gün
Rəisi və Abdullahian təhlükədədir - İranlı rəsmi
19:20, Bu gün
Ayətullah Xamenei İran Təhlükəsizlik Şurasının təcili iclasını keçirir
19:19, Bu gün
Sabahın havası meteohəssas insanlara necə təsir edəcək?
19:10, Bu gün
Yevlaxda ər arvadını öldürüb, sonra özünü bıçaqlayıb
19:08, Bu gün
Qəzaya uğrayan helikopterin axtarışları davam edir - VİDEO
19:04, Bu gün
"Ukraynadan qalan yalnız Lvov olacaq" - Xodorkovski
18:56, Bu gün
"Hər hansı bir ölkəni çökdürmək üçün çip alımını dayandırmaq yetərlidir"
18:55, Bu gün
İbrahim Rəisi sağdırmı? – İrandan şok qərarlar...
18:42, Bu gün
"Mehr" agentliyi İran Prezidentinin xəsarət almadığı ilə bağlı məlumatı silib - YENİLƏNİB
18:33, Bu gün
Qəzzada 35,5 min insanın həyatını itirdiyini bildirib
18:30, Bu gün
2023-cü ildə 30 500 şəkərli diabet xəstəsi qeydə alınıb
18:05, Bu gün
Rəisinin helikopterinin qəzadan öncəki görüntüləri - VİDEO
18:05, Bu gün
Britaniyanın müdafiə naziri Rusiya ilə mümkün müharibədən danışdı
17:43, Bu gün
Nazirlik: VI siniflərdə keçirilən monitorinq uğurla başa çatdırılıb
17:40, Bu gün
İran Prezidenti helikopterin sərt enişi nəticəsində xəsarət almayıb - KİV
17:39, Bu gün
Yağıntılı hava ilə bağlı magistral yollarda görmə məsafəsi məhdudlaşacaq
17:38, Bu gün
Slovakiyanın güllələnmiş baş nazirinin vəziyyəti necədir?
17:32, Bu gün
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – Təfərrüat
17:25, Bu gün
Latviya Parlamentinin sədri: Qarabağdakı quruculuq işlərinə şahidlik etmək çox sevindiricidir
17:23, Bu gün
Türkiyəli nazir: İlin sonunadək neft hasilatı daxili bazarın tələbatının 10 faizini ödəyəcək
17:20, Bu gün
Qocalar evində ölümləri "proqnozlaşdıran" ekstrasens pişik
17:18, Bu gün
Köçəryan və Sərkisyandan Paşinyana qarşı həmlə: Petrosyan tərəfini açıqladı
17:08, Bu gün
İran Prezidentini daşıyan helikopter sərt eniş edib, Rəisinin vəziyyəti məlum deyil
17:07, Bu gün
Göyçayda 24 yaşlı oğlanı cərəyan vurub öldürüb
17:05, Bu gün
Bakıda iki sərnişin avtobusu toqquşdu: 6 nəfər xəsarət aldı
16:58, Bu gün
İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb
16:55, Bu gün
Latviya parlamentinin sədri Şuşadadır
16:52, Bu gün
Rusiyalılar mülki ukraynalıları qətlə yetirir, Xersonda insanların üzərinə drondan partlayıcı maddə atılıb
16:44, Bu gün
Nuran Abdullayev: "Prezident İlham Əliyev nə zaman hansı gedişi edəcəyi bilinməyən ən güclü siyasi şahmat ustasıdır"
16:40, Bu gün
"Hücumun birinci fazası: Volçanskın zəbt edilməsi rusiyalılara nə üçün lazımdır?" - ISW
16:39, Bu gün
Ukrayna Rusiyanın daha bir gəmisini VURDU
16:37, Bu gün
Çərçivə sazişi imzalanır, dəhliz bu statusla açılır - Tarix verildi
16:36, Bu gün
Türkandan gözlənilməz hərəkət: Efirə telefonla buraxmadılar deyə GÖRÜN NƏ ETDİ - VİDEO
16:34, Bu gün
Rusiya Xarkovdakı istirahət mərkəzini “İskander”lə vurub, ölənlərin sayı 5-ə çatıb - YENİLƏNİB
16:20, Bu gün
Amerikalı qız başqa ölkəyə köçdü, adını dəyişdi: Maraqlı SƏBƏB
16:18, Bu gün
Cəlilabadda 17 yaşlı yeniyetmə bıçaqlanıb
16:14, Bu gün
Ağsu dolaylarında asfalt çöküb
16:06, Bu gün
Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Günü qeyd edilir
15:45, Bu gün
Bitlisdə avtobus dərəyə düşüb, yaralananlar var
15:31, Bu gün
Maqnit qasırğaları zamanı edilən səhvlər SADALANDI
15:28, Bu gün
Xətaidə yanğın: Avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
15:27, Bu gün
Dunay çayında gəmilər toqquşub, ölənlər var
15:04, Bu gün
Seyid İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
15:03, Bu gün
Yeni Kaledoniyada gərgin vəziyyətlə əlaqədar məktəblərdə dərslər dayandırılıb
15:02, Bu gün
Erməni barbarlığına tuş gələn Qubadlı məscidi
15:01, Bu gün
Ukrayna Rusiyanın daha bir gəmisini məhv etdi
14:45, Bu gün
“Ola bilsin ki, bəziləri bizim bu görüşlərimizi bəyənməsinlər”
14:45, Bu gün
Çinin kənd təsərrüfatı naziri haqqında təhqiqat başlanıb
14:43, Bu gün
Tabut açıldı: Qızı içəridəki kişini görüb DƏHŞƏTƏ gəldi
14:42, Bu gün
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
14:40, Bu gün
Müdafiə Nazirliyi şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimi keçirib
14:25, Bu gün
Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon
14:23, Bu gün
Prezident: "Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir"
14:22, Bu gün
"Ukrayna Rusiyadakı obyektlərə zərbələr endirmək üçün ABŞ-dan icazə istəyir" - "The Wall Street Journal"
14:15, Bu gün
Anar Heybətova ağır itki - FOTO
14:14, Bu gün
"Belarus post-sovet ölkələri arasında Azərbaycanın dördüncü ən böyük xarici ticarət partnyorudur"
14:11, Bu gün
Vətəndaş kibercinayətkarların tələsinə belə düşdü - 25 min manat itirdi- ŞOK FAKTLAR
14:11, Bu gün
"Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgəyə fayda verəcək"
14:09, Bu gün
Prezident: "İki hidroqovşağın açılışı və istismara verilməsi tarixi hadisədir"
14:08, Bu gün
Prezident: "İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir"
14:07, Bu gün
Tanınmış xanəndə məşhur aktyorun bacısı imiş - FOTO
14:07, Bu gün
Azərbaycan Prezidenti: "Bizim energetika sahəsində çox böyük planlarımız var"
13:44, Bu gün
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində azı 4 nəfər ölüb
13:42, Bu gün
Diş yetişdirmək üçün dünyada ilk dərman yaradıldı
13:27, Bu gün
Aralıq dənizində zəlzələ
13:23, Bu gün
İran səfiri: Missiyamın son günündə ən böyük sərhəd layihəsinin istifadəyə verilməsi ilə fəxr edirəm
13:21, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
13:20, Bu gün
Sumqayıtda mənzildən kişi meyiti tapıldı
13:19, Bu gün
Kim qalib gələcək: Tramp, yoxsa Bayden?
12:55, Bu gün
Sabah Azərbaycanın bu rayonlarında leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək
12:54, Bu gün
Rusiyada yük qatarı relsdən çıxdı - VİDEO
12:53, Bu gün
İran raketləri İsrailin 12 müdafiə xəttini yardı - General
12:53, Bu gün
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
12:48, Bu gün
Baqratın baş nazir olmaq şansı varmı?
12:38, Bu gün
"Barselona" transfersiz qala bilər
12:30, Bu gün
Rusiyanın “dərin dövləti” haqda sensasion iddia - ADLAR
12:21, Bu gün
Latviya parlamentinin sədri Füzulidə səfərdədir
12:20, Bu gün
“Qərbi Azərbaycana qayıdış” Türk Dünyası Sammiti Daşkənddə baş tutdu - Fotolar
12:16, Bu gün
Bu gün derbi var - “Qalatasaray” çempion ola bilər
12:11, Bu gün
“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - FOTOLAR
12:11, Bu gün
İstanbul boğazlarında gəmilərin hərəkəti dayandırıldı
12:00, Bu gün
İlham Əliyev sərhəddə İran prezidenti ilə görüşdü - YENİLƏNİB
11:47, Bu gün
"Rusiya-Azərbaycan" dəyirmi masası və ikitərəfli görüşlər keçirilib
11:45, Bu gün
Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır
GÜNLÜK
18 May 2024 | 22:33
Zelenski Makronun "Olimpiya atəşkəsi"ni rədd edib: "Bu, düşmənin əlinə oynamaqdır"
18 May 2024 | 22:25
Qətlə yetirilən tələbənin cinayət işində müəmma daha da böyüyür - Ailəsi DANIŞDI / VİDEO
18 May 2024 | 22:48
“Akkuyu” AES-də ilk enerji blokunun işə başlayacağı tarix açıqlanıb
18 May 2024 | 22:41
Eduard Məmmədov 11-ci dəfə Dünya Kubokunu qazandı
18 May 2024 | 23:15
Bu teatrdan 1500 nəfər TƏXLİYƏ EDİLDİ - ŞOK SƏBƏB- VİDEO
18 May 2024 | 22:48
Afrikadan gələn maraqlı görüntü müzakirə mövzusuna çevrildi: Heyvanlar hərəkətsiz qaldı
18 May 2024 | 23:35
Meyiti tapılan qadın görün kimdir
18 May 2024 | 22:52
Yatmazdan əvvəl bunları edin
18 May 2024 | 23:47
Gecə yatmazdan öncə ananas yeyin, görün nə olacaq - Bu problemi aradan qaldırır
18 May 2024 | 23:29
Evinə sevgilisi ilə gedən əri ARVADI DÖYDÜRDÜ - FOTO
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
18 May 2024 | 16:29
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
AYLIQ
18 May 2024 | 22:33
Zelenski Makronun "Olimpiya atəşkəsi"ni rədd edib: "Bu, düşmənin əlinə oynamaqdır"
18 May 2024 | 22:25
Qətlə yetirilən tələbənin cinayət işində müəmma daha da böyüyür - Ailəsi DANIŞDI / VİDEO
18 May 2024 | 22:48
“Akkuyu” AES-də ilk enerji blokunun işə başlayacağı tarix açıqlanıb
18 May 2024 | 22:41
Eduard Məmmədov 11-ci dəfə Dünya Kubokunu qazandı
18 May 2024 | 23:15
Bu teatrdan 1500 nəfər TƏXLİYƏ EDİLDİ - ŞOK SƏBƏB- VİDEO
18 May 2024 | 22:48
Afrikadan gələn maraqlı görüntü müzakirə mövzusuna çevrildi: Heyvanlar hərəkətsiz qaldı
18 May 2024 | 23:35
Meyiti tapılan qadın görün kimdir
18 May 2024 | 22:52
Yatmazdan əvvəl bunları edin
18 May 2024 | 23:47
Gecə yatmazdan öncə ananas yeyin, görün nə olacaq - Bu problemi aradan qaldırır
18 May 2024 | 23:29
Evinə sevgilisi ilə gedən əri ARVADI DÖYDÜRDÜ - FOTO