Ermənişünas professor ermənilərin demoqrafik inqlabından yazdı...
Oxunub: 6721
17 Jan 2017 | 12:53
Ermənişünas professor ermənilərin demoqrafik inqlabından yazdı...

Ermənistanın işğalçılıq siyasətinin davamı Azərbaycan ərazilərinə qanunsuz əhali yerləşdirməsidir. XIX əsrin əvvəllərində ermənilərin Qarabağa köçürülməsindən başlayaraq günümüzə qədər bu çoğrafiyada baş verən hadisələr çox mürəkkəb olub. Ermənilərin Dağlıq Qarabağa olan iddialarının əsassızlığı tarixi sənəd və dəlillərlə dünya ictimaiyyətinin diqqətinə çatdırılsa da  Dağlıq Qarabağda erməni separatçılığı davam etməkdədir. Torpaqlarımız işğal altında qalmaqdadır. Ermənilər atəşkəsin əldə olunması və hərbi əməliyyatların dayandırılmasından sonra işğal etdiyi Azərbaycan ərazilərində-Dağlıq Qarabağda və ona bitişik ətraf rayonlarda demoqrafik strukturu süni şəkildə dəyişdirmək siyasətini həyata keçirməyə başlayıb. Bu məqsədlə işğal altındakı ərazilərdə ermənilərin qanunsuz məskunlaşdırılması həyata keçirilib və proses indi də davam etməkdədir. Müxtəlif mənbələrdən, o cümlədən Ermənistan mənbələrindən və ATƏT missiyasının hesabatlarından təsdiqlənən məlumatlara görə, ötən əsrin 90-cı illərinin ortalarından başlayaraq  2012-ci ilə qədər Dağlıq Qarabağa və işğal altındakı digər ərazilərə 25-27 min erməni köçürülüb. Bu köçürülmə siyasəti Ermənistan hökuməti, xaricdəki erməni diasporu tərəfindən dəstəklənib və maliyyələşdirilib. Nəzərə alsaq ki, sonrakı illərdə Suriyadan və digər yerlərdən məcburi köçkün olanlar da buraya yerləşdirilib, bu say 5-10 min arasında artıb. Azərbaycanın işğal olunmuş 7 rayonun ərazilərində bu gün qanunsuz yaşayan 35 min əhali var. İşğal altındakı ərazilərdə məskunlaşdırmanın həyata keçirilməsi Ermənistanın da 1993-cü ildə qoşulduğu 12 avqust 1949-cu il tarixli Mülki Əhalinin Müharibə Zamanı Müdafiəsinə aid Dördüncü Cenevrə Konvensiyası və ona Əlavə Protokollara ziddir. Ermənicə yayınlanan TV və radiolarda, mətbuat orqanlarında bu məskunlaşmanın planlı şəkildə aparılmasının şahidi oluruq.

Belə qanunsuz məskunlaşdırma prosesi ötən əsrin 90-cı illərinin ortalarında xüsusilə geniş vüsət alıb. Ermənistan hökuməti vaxtilə Bakıdan və Azərbaycanın digər yerlərindən köçüb gedən ermənilərin bir hissəsini işğal altındakı ərazilərə köçürüb, habelə Yaxın Şərq ölkələrindən və digər xarici ölkələrindən ermənilərin bu ərazilərə köçürülməsinə dair xüsusi proqram həyata keçirilib. Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın müşaviri Levon Zurabyanın bildirdiyinə görə, 1998-ci ilə qədər təkcə Laçın rayonu ərazisində məskunlaşdırılan ermənilərin sayı 15 mindən çox olub. Ermənistan hökuməti Dağlıq Qarabağda və işğal altında olan digər Azərbaycan ərazilərində məskunlaşan erməni ailələrinə birdəfəlik maddi yardım göstərib, onları mal-qara ilə təmin edib. Ermənistan büdcəsindən işğal altındakı ərazilərdə aparılan məskunlaşmanı dəstəkləmək üçün hər il xüsusi maliyyə ayrılıb. Xankəndindəki ermənilərin  adına “Dağlıq Qarabağ Respublikası” dedikləri separatçı qurum işğal olunmuş hər bir Azərbaycan rayonunda erməni əhalinin məskunlaşması ilə bağlı xüsusi plan tutub və bununla bağlı qərar, sərəncam verib. Ermənilər bu ərazilərdə qanunsuz məskunlaşma planları həyata keçirməkdədir. Ayrı-ayrı vaxtlarda ermənilər bu ərazilərdə qanunsuz məskunlaşma ilə əlaqədar qərarlar verib. Nümunə kimi “Artsaxın azad olunmuş  ərazilərinə əhali yerləşdirmə” ilə bağlı  “Artsax Respublikası hökumətinin” qərarı   və yaxud  “DQR ərazisində yenidən yerləşmiş  ailələrə ayrılmış güzəştlər haqqında” “DQR Hökumətinin” 2003-cü il 15 aprel tarixli qərarlarını göstərmək olar.  Bundan əvvəl də belə qanunsuz qərarlar qəbul edilib.

ATƏT-in yaratdığı Faktaraşdırıcı Missiyasının hesabatında bu qanunsuz məskunlaşma  yer alıb. Baxın, qanunsuzluq beynəlxalq səviyyədə qeyd olunur, amma bu qanunsuzluğun qarşısının alınması “mümkün olmur”. Missiyanın həmin hesabatında Ermənistanın işğal altındakı ərazilərdə qanunsuz məskunlaşdırma həyata keçirdiyi barədə Azərbaycanın neçə vaxtdır ifadə etdiyi narahatlıqlarını təsdiqləyib. Missiya işğal altındakı ərazilərdə məskunlaşdırılan ermənilərin sayını vizual qiymətləndirmə yolu ilə müəyyən edib və ortaya çıxan rəqəmlər Azərbaycanın daha əvvəl açıqladığı rəqəmlərə xeyli yaxın olub. Missiya müəyyən edib ki, işğal altındakı ərazilərdə məskunlaşdırılan ermənilərin sayı 17 mindən çoxdur. Həmin missiyanın araşdırmasından əvvəl Azərbaycan bu rəqəmin 20-23 min arasında olduğunu bəyan etmişdi. ATƏT-in Faktaraşdırıcı Missiyası həmin hesabatında təkcə Laçın rayonu ərazisində 8-11 min erməninin yerləşdirildiyini müəyyən edib. Azərbaycanın məlumatlarına görə isə bu rəqəm 13 mindən artıqdır. Missiyanın araşdırmasının hansı səviyyədə aparılması müəyyən şübhələr doğurur. Bu iş əslində qurumun Qarabağda (Şuşada)  iqamət edən  Anjey Kasprşikə tapşırılıbsa, bu işin tərəfsizliyinə və rəqəmlərin səhihliyinə inanmaq olmaz. Misissiyanın hesabatında  işğal rayonlarının hamısı nəzərə alınmayıb, o cümlədən də Ağdam. Məgər bu missiyanın üzvləri görmürlər ki, ermənilər burada ekspedisiya yaradıb, “Tiqranakert” adlı  “qədim erməni məskəni” “aşkar edirlər”? Nədən Ermənilərin Kovşaqan adlandırdıqları  Zəngilanda xeyli erməni məskunlaşdırılır? Cəbrayılın, Füzulinin kəndlərini inzibati dəyişikliklə Dağlıq Qarabağın ərazisinə birləşdirirlər. Və bununla da əmindirlər ki, buranı da Ermənistana ilhaq edəcəklər. Hətta Zəngilanda ermənilərdən ibarət  şəhər salmaq barədə erməni mətbuatında yazılar da gedir. Biz bu çalışmada işğal altındakı ərazilərdə məskunlaşdırmanın həyata keçirilməsinin qanunsuzluğuna, gələcəkdə daha ağır nəticələr verəcəyinə diqqəti yönəldəcəyik. Beynəlxalq təşkilatlar narahat olmalıdırlar. Ermənistanın da 1993-cü ildə qoşulduğu 12 avqust 1949-cu il tarixli Mülki Əhalinin Müharibə Zamanı Müdafiəsinə aid Dördüncü Cenevrə Konvensiyası və ona əlavə Protokollara zidd olan bu fəaliyyətə görə  o, beynəlxalq təşkilatlar tərəfindən mühakimə olunmalı və sanksiyalar tətbiq olunmalıdır. 

“Məskunlaşma” nə deməkdir? Bu termin çox mürəkkəb anlayış olub, əhalinin tarixən məskunlaşması və yerdəyişməsi, onun hansısa yeni əraziləri tutması prosesini və bu proses nəticəsində məskunlaşmış yerlər məcmusunu, hətta cəmiyyətin məkanca təşkili formasını da bildirə bilər. Ermənilərin Qarabağ və digər işğal olunmuş digər Azərbaycan ərazilərində məskunlaşması bu terminin məna yükünü  ehtiva etmir. Çünki bu “məskunlaşma” süni xarakter daşıyır və bu ərazilərin sahibi var və onlar başqa bir ərazidə müvəqqəti məskunlaşıblar. Bu ərazilərin nə vaxtsa boşaldılmasını gözləyirlər. Demək ermənilərin adıkeçən ərazilərdə məskunlaşması siyasi xarakter daşıyır.  Məskunlaşdırılan erməni əhali isə qurbandır, siyasi qurban. Tarix boyunca öz məkrli məqsədləri üçün belə qurbanlar verən ermənilər  Böyük Güclərin yardımı ilə özlərinə başqa bir xalqın halal- hümmət torpağında dövlət qurublar. Bu dövlətin də əbədi yaşayacağı hələ sual altındadır.

Məskunlaşma əhalinin ölkə, yaxud region ərazisində tarixən yayılma prosesidir. Bu da olmayıb. Ermənilər məskunlaşmanı süni, özü də adda- budda həyata keçirirlər. Əsasən Kəlbəcər, Laçın, Cəbrayıl və Zəngilan ərazilərində. Bu ərazilər həm də strateji əhəmiyyət daşıyır. Demək ermənilərin məskunlaşdırma fəaliyyəti stratejidir, gələcəyə yönəlikdir. Məskunlaşma sistemi bütövlükdə məskunlaşma formalarını və məskən tiplərini müəyyənləşdirən coğrafi mövqeyi, təsərrüfatı, ərazinin əhalisini yaradır. Məskunlaşma sosial-iqtisadi, coğrafi və demoqrafik amillərlə (istehsal münasibətlərinin xarakteri, məhsuldar qüvvələrin səviyyəsi və yerləşdirilməsi, iqlim, relyef, yer təkinin ehtiyatları, əhalinin təkrar istehsal rejimi və s.) şərtlənir. Ermənilər bu məsələdə uğur qazana  bilməzlər. Çünki hər şey ekonomik gəlişmələrin doğuracağı müsbət iqtisadi əlaqələrin yaranması ilə nəticələnməlidir. Belə nəticəni isə heç vaxt əldə etmək mümkün deyil. Həm də bu təsərrüfat əlaqələrini qurmaq üçün bazar yoxdur. Bu bazar əvvəllər mövcud idi. Aran Qarabağı ilə Dağlıq Qarabağ bir vahid təşkil edirdilər. Hətta biz onu vaxtilə bir kitabımızda “siam əkizləri” adlandırmışdıq. Dediyimiz həmin sistem erməni separatçılığı nəticəsində dağıldı. İndi belə əlaqələr qurulması üçün Aran Qarabağla Dağlıq Qarabağ birləşməlidir. Bu olmayacaqsa (olmayacağını onlar yaxşı bilirlər), ermənilərin bu ərazilərdə əhali yerləşdirmə ideyaları fiaskoya uğrayacaq. Belə plan qurmaq isə “Böyük Ermənistan” qurmaq kimi xülyanın bir tərkib hissəsi kimi həmin xalqın özünə bir təhdid oluşduracaq. Və bu ərazilər heç zaman ayrı olmayıb. XIX əsrin əvvəllərindən başlayaraq ermənilərin Qarabağa köçürülməsindən başlayaraq günümüzə qədər bu çoğrafiyada baş verən hadisələr çox mürəkkəb olub. Ermənilərin Dağlıq Qarabağa olan iddialarının əsassızlığı tarixi sənəd və dəlillərlə dünya ictimaiyyətinin diqqətinə çatdırılsa da  Dağlıq Qarabağda erməni separatçılığı  bu əlaqələrə çox zərər vurub. Azərbaycanın tərkibində olduğu bütün dövrlərdə DQMV -də həyat tərzi, sosial-iqtisadi inkişaf Azərbaycanın digər regionlarından üstün olub. Nəyin hesabına? Əlbəttə, Qarabağın və Azərbaycanın digər regionlarının hesabına. Dağlıq Qarabağın işğalaqədərki və işğaldan sonrakı dövrlərdə sosial ”“iqtisadi və mədəni inkişafına fikir versək görərik ki, özünütəcrid və iqtisadi gerilik səbəbi separatçılıq fəaliyyətidir. Ermənistanın özünün də bu gün düşdüyü ağır durumun səbəblərini burada axtarmaq lazımdır. Ermənilərin  DQMV-ın 1923-1991-ci illərdə geri qalması barədə fitnəkar fəaliyyətlərini ifşa etmək üçün kifayət qədər fakt və dəlillərimiz vardır. 

Bu gün Dağlıq Qarabağın  acınacaqlı durumu göz qabağındadır, separatçı rejimin bu torpaqların yeraltı və yerüstü sərvətlərini talan etməsi bu torpaqlarda onların müvəqqəti olduqlarının sübutudur. 
Bir zamanlar İrəvan , Zəngəzur, Göyçə, Vedibasar, Zəngibasar, Dərələyəz, Ağbaba”¦kimi minlərcə Türk yurdu əbədi itirilib. Ermənilər indi Qarabağa da, işğal altında saxladıqları digər Azərbaycan bölgələrinə də eyni taleyi yaşatmaq istəyirlər. Bunun üçün məkrli planlar qurur, işğal etdikləri ərazilərə buraya yad olan insanları yerləşdirir, bu yerin adlarına da soyqırımı edir, onları dəyişdirərək erməniləşdirməyə cəhd edirlər. İşğal altında olan rayonların adlarının dəyişdirilməsi isə göstərir ki, Ermənistan işğal etdiyi əraziləri geri qaytarmaq fikrində deyil.  Budur, Azərbaycan rayon mərkəzlərinin dəyişdirilmiş adları:

Ağdam- Aqna (şəhər) Uxtasar(rayon)
Füzuli- Maranda
Laçın- Berdzor(şəhər), Kaşatağ(rayon)
Kəlbəcər- Karvacar(şəhər) Şaumyan (rayon)
Zəngilan-Kovşaqan
Qubadlı- Sanasar
Cebrayıl-Craqan
Xocalı- İvanyan
Şuşa- Şuşi
Xankəndi- Stepanakert
 Xocavənd- Martuni
Ağdərə- Mardakert

Yalnız rayon adları deyil, işğal altındakı  qəsəbə və kəndlərimizin də adları  dəyişdirilərək “erməniləşdirilir”.  Məsələn, Ağdamın məşhur Abdal Gülablı kəndinin adı dəyişdirilərək  Vazgenaşen (Vazgen Sarkisyanın şərəfinə) qoyulub. Bölgənin ermənilərə aidliyini “sübut” etmək üçün arxeoloji qazıntılar aparılır, ermənilərin burada yaşaması ilə bağlı tapınaqlar axtarırlar. “Qarabağ Tiqranakerti” ilə bağlı saxta arxe-bilgilərin dövrəyə buraxılması da bu qəbildəndir. Bu bölgələri əldə saxlamaq üçün bu ərazilərə əhali yerləşdirilməsi həm Ermənistanın, həm  Qarabağdakı qondarma qurumun əsas hədəfidir. Bu, o deməkdir ki, ermənilər işğal etdikləri əraziləri əllərində saxlamaq üçün hər metoda əl atırlar. Qarabağda yeni erməni kəndləri salmaq da bu siaysətin tərkib hissəsidir.


Qafar Çaxmaqlı, 
Azərbaycan-Erməni Araşdırmaları Mərkəzinin rəhbəri, Türkiyənin Ərciyəs Universiteti Ermənişünaslıq bölümünün başqanı

Oxşar xəbərlər
18:33, Bu gün
Qəzzada 35,5 min insanın həyatını itirdiyini bildirib
18:30, Bu gün
2023-cü ildə 30 500 şəkərli diabet xəstəsi qeydə alınıb
18:05, Bu gün
Rəisinin helikopterinin qəzadan öncəki görüntüləri - VİDEO
18:05, Bu gün
Britaniyanın müdafiə naziri Rusiya ilə mümkün müharibədən danışdı
17:43, Bu gün
Nazirlik: VI siniflərdə keçirilən monitorinq uğurla başa çatdırılıb
17:40, Bu gün
İran Prezidenti helikopterin sərt enişi nəticəsində xəsarət almayıb - KİV
17:39, Bu gün
Yağıntılı hava ilə bağlı magistral yollarda görmə məsafəsi məhdudlaşacaq
17:38, Bu gün
Slovakiyanın güllələnmiş baş nazirinin vəziyyəti necədir?
17:32, Bu gün
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – Təfərrüat
17:25, Bu gün
Latviya Parlamentinin sədri: Qarabağdakı quruculuq işlərinə şahidlik etmək çox sevindiricidir
17:23, Bu gün
Türkiyəli nazir: İlin sonunadək neft hasilatı daxili bazarın tələbatının 10 faizini ödəyəcək
17:20, Bu gün
Qocalar evində ölümləri "proqnozlaşdıran" ekstrasens pişik
17:18, Bu gün
Köçəryan və Sərkisyandan Paşinyana qarşı həmlə: Petrosyan tərəfini açıqladı
17:08, Bu gün
İran Prezidentini daşıyan helikopter sərt eniş edib, Rəisinin vəziyyəti məlum deyil
17:07, Bu gün
Göyçayda 24 yaşlı oğlanı cərəyan vurub öldürüb
17:05, Bu gün
Bakıda iki sərnişin avtobusu toqquşdu: 6 nəfər xəsarət aldı
16:58, Bu gün
İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb
16:55, Bu gün
Latviya parlamentinin sədri Şuşadadır
16:52, Bu gün
Rusiyalılar mülki ukraynalıları qətlə yetirir, Xersonda insanların üzərinə drondan partlayıcı maddə atılıb
16:44, Bu gün
Nuran Abdullayev: "Prezident İlham Əliyev nə zaman hansı gedişi edəcəyi bilinməyən ən güclü siyasi şahmat ustasıdır"
16:40, Bu gün
"Hücumun birinci fazası: Volçanskın zəbt edilməsi rusiyalılara nə üçün lazımdır?" - ISW
16:39, Bu gün
Ukrayna Rusiyanın daha bir gəmisini VURDU
16:37, Bu gün
Çərçivə sazişi imzalanır, dəhliz bu statusla açılır - Tarix verildi
16:36, Bu gün
Türkandan gözlənilməz hərəkət: Efirə telefonla buraxmadılar deyə GÖRÜN NƏ ETDİ - VİDEO
16:34, Bu gün
Rusiya Xarkovdakı istirahət mərkəzini “İskander”lə vurub, ölənlərin sayı 5-ə çatıb - YENİLƏNİB
16:20, Bu gün
Amerikalı qız başqa ölkəyə köçdü, adını dəyişdi: Maraqlı SƏBƏB
16:18, Bu gün
Cəlilabadda 17 yaşlı yeniyetmə bıçaqlanıb
16:14, Bu gün
Ağsu dolaylarında asfalt çöküb
16:06, Bu gün
Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Günü qeyd edilir
15:45, Bu gün
Bitlisdə avtobus dərəyə düşüb, yaralananlar var
15:31, Bu gün
Maqnit qasırğaları zamanı edilən səhvlər SADALANDI
15:28, Bu gün
Xətaidə yanğın: Avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
15:27, Bu gün
Dunay çayında gəmilər toqquşub, ölənlər var
15:04, Bu gün
Seyid İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
15:03, Bu gün
Yeni Kaledoniyada gərgin vəziyyətlə əlaqədar məktəblərdə dərslər dayandırılıb
15:02, Bu gün
Erməni barbarlığına tuş gələn Qubadlı məscidi
15:01, Bu gün
Ukrayna Rusiyanın daha bir gəmisini məhv etdi
14:45, Bu gün
“Ola bilsin ki, bəziləri bizim bu görüşlərimizi bəyənməsinlər”
14:45, Bu gün
Çinin kənd təsərrüfatı naziri haqqında təhqiqat başlanıb
14:43, Bu gün
Tabut açıldı: Qızı içəridəki kişini görüb DƏHŞƏTƏ gəldi
14:42, Bu gün
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
14:40, Bu gün
Müdafiə Nazirliyi şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimi keçirib
14:25, Bu gün
Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon
14:23, Bu gün
Prezident: "Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir"
14:22, Bu gün
"Ukrayna Rusiyadakı obyektlərə zərbələr endirmək üçün ABŞ-dan icazə istəyir" - "The Wall Street Journal"
14:15, Bu gün
Anar Heybətova ağır itki - FOTO
14:14, Bu gün
"Belarus post-sovet ölkələri arasında Azərbaycanın dördüncü ən böyük xarici ticarət partnyorudur"
14:11, Bu gün
Vətəndaş kibercinayətkarların tələsinə belə düşdü - 25 min manat itirdi- ŞOK FAKTLAR
14:11, Bu gün
"Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgəyə fayda verəcək"
14:09, Bu gün
Prezident: "İki hidroqovşağın açılışı və istismara verilməsi tarixi hadisədir"
14:08, Bu gün
Prezident: "İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir"
14:07, Bu gün
Tanınmış xanəndə məşhur aktyorun bacısı imiş - FOTO
14:07, Bu gün
Azərbaycan Prezidenti: "Bizim energetika sahəsində çox böyük planlarımız var"
13:44, Bu gün
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində azı 4 nəfər ölüb
13:42, Bu gün
Diş yetişdirmək üçün dünyada ilk dərman yaradıldı
13:27, Bu gün
Aralıq dənizində zəlzələ
13:23, Bu gün
İran səfiri: Missiyamın son günündə ən böyük sərhəd layihəsinin istifadəyə verilməsi ilə fəxr edirəm
13:21, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
13:20, Bu gün
Sumqayıtda mənzildən kişi meyiti tapıldı
13:19, Bu gün
Kim qalib gələcək: Tramp, yoxsa Bayden?
12:55, Bu gün
Sabah Azərbaycanın bu rayonlarında leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək
12:54, Bu gün
Rusiyada yük qatarı relsdən çıxdı - VİDEO
12:53, Bu gün
İran raketləri İsrailin 12 müdafiə xəttini yardı - General
12:53, Bu gün
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
12:48, Bu gün
Baqratın baş nazir olmaq şansı varmı?
12:38, Bu gün
"Barselona" transfersiz qala bilər
12:30, Bu gün
Rusiyanın “dərin dövləti” haqda sensasion iddia - ADLAR
12:21, Bu gün
Latviya parlamentinin sədri Füzulidə səfərdədir
12:20, Bu gün
“Qərbi Azərbaycana qayıdış” Türk Dünyası Sammiti Daşkənddə baş tutdu - Fotolar
12:16, Bu gün
Bu gün derbi var - “Qalatasaray” çempion ola bilər
12:11, Bu gün
“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - FOTOLAR
12:11, Bu gün
İstanbul boğazlarında gəmilərin hərəkəti dayandırıldı
12:00, Bu gün
İlham Əliyev sərhəddə İran prezidenti ilə görüşdü - YENİLƏNİB
11:47, Bu gün
"Rusiya-Azərbaycan" dəyirmi masası və ikitərəfli görüşlər keçirilib
11:45, Bu gün
Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır
11:43, Bu gün
Ajda Pekkandan Sezen Aksu ETİRAFI: “Necə inandıracağımı bilmirəm”
11:40, Bu gün
Kahramanmaraşda 3,6 bal gücündə zəlzələ baş verib
11:26, Bu gün
İndoneziyada vulkan püskürməsi: 7 şəhər boşaldılıb
11:25, Bu gün
Rusiyanın Belqorod vilayətində raket təhlükəsi elan edilib
11:23, Bu gün
Tovuzda 3 nəfər dəm qazından zəhərlənib, biri ölüb
11:21, Bu gün
DİN valideynlərə müraciət ETDİ
11:13, Bu gün
Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək... - VİDEO
11:10, Bu gün
Hondurasın Rusiyadakı səfiri qəflətən vəfat edib
11:09, Bu gün
Sumqayıtda F-1 əl qumbarası aşkarlanıb
10:52, Bu gün
Nə edək? - "Evrovision"a Bayram Nurlunu, Baboşu göndərək? - VİDEO
10:37, Bu gün
Türkiyədə güclü partlayış: Yaralananlar var
10:35, Bu gün
Azərbaycanın bəzi rayonlarında şimşək çaxıb, qar yağıb - FAKTİKİ HAVA
10:22, Bu gün
Bu bürclərin qızları ilə ailə qurmaq sizə baha başa gələ bilər
10:17, Bu gün
Qədir Aslanov: Azərbaycan ziyalısı, jurnalist, vəfalı ailə başçısı!
10:16, Bu gün
VI sinif şagirdləri üçün monitorinq keçirilir
10:15, Bu gün
"Keşiş hökumətlə qarşıdurmaya getsə, Paşinyan bu addımı atacaq"
10:13, Bu gün
Çin kəşfiyyatı kosmosla bağlı casusluq faktı AŞKARLADI
10:07, Bu gün
Baqratdan ŞOK HƏDƏ: “Baha başa gələcək...”
10:05, Bu gün
“Bütün enerjisini işə həsr edənlərdə infarkt riski daha yüksəkdir”
10:02, Bu gün
Tağı Əhmədovun son halı - FOTO
09:50, Bu gün
10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA + VİDEO
09:48, Bu gün
Azərbaycan Basketbol Liqası: Final seriyasının ikinci oyunu keçiriləcək
09:43, Bu gün
Azərbaycan cüdoçuları dünya çempionatında mübarizəyə başlayır
09:37, Bu gün
Ziyafətdən sonra necə TEZ AYILMAQ OLAR? - Sadə və təsirli üsullar
09:34, Bu gün
Qəzzada ölən İsrail hərbçilərinin sayı 630-a çatıb
GÜNLÜK
18 May 2024 | 20:10
Siyasi partiyalarla konstruktiv dialoq milli maraqların qorunmasına hesablanıb
18 May 2024 | 19:07
Zəngilan məscidinin əsaslı təmirdən sonrakı görüntüləri - VİDEO
18 May 2024 | 19:56
Putinlə Tokayev arasında kritik zəng
18 May 2024 | 20:33
5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla... 
18 May 2024 | 19:29
Azərbaycan çempionatında möhtəşəm qol vuruldu
18 May 2024 | 19:30
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
18 May 2024 | 19:49
Lerikdə uçqun zamanı bağlı qalan yol qismən açılıb
18 May 2024 | 19:16
Cəlilabadda canavarlar altı qoyunu parçalayıb, dördü xəsarət alıb
18 May 2024 | 19:50
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
18 May 2024 | 19:08
"Rusiya ilə Qərb arasında hərbi qarşıdurmanın kəskin mərhələsi davam edir"
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
18 May 2024 | 16:29
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
AYLIQ
18 May 2024 | 20:10
Siyasi partiyalarla konstruktiv dialoq milli maraqların qorunmasına hesablanıb
18 May 2024 | 19:07
Zəngilan məscidinin əsaslı təmirdən sonrakı görüntüləri - VİDEO
18 May 2024 | 19:56
Putinlə Tokayev arasında kritik zəng
18 May 2024 | 20:33
5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla... 
18 May 2024 | 19:29
Azərbaycan çempionatında möhtəşəm qol vuruldu
18 May 2024 | 19:30
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
18 May 2024 | 19:49
Lerikdə uçqun zamanı bağlı qalan yol qismən açılıb
18 May 2024 | 19:16
Cəlilabadda canavarlar altı qoyunu parçalayıb, dördü xəsarət alıb
18 May 2024 | 19:50
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
18 May 2024 | 19:08
"Rusiya ilə Qərb arasında hərbi qarşıdurmanın kəskin mərhələsi davam edir"