"Kəlbəcər istiqamətində gedən döyüşlər ona görə uğursuz alındı ki..."
Oxunub: 17742
06 Jan 2017 | 17:15

Şair Ramaldanov... Uğurlu "Horadiz Əməliyyatı " zamanı Horadiz qəsəbəsini ermənilərdən alan 702-ci briqadanın komandiri. (Rəsmi məlumatlara görə, Horadiz əməliyyatı 1993-ci ilin dekabrından başlayaraq 6 yanvar tarixinə kimi davam edib). "Azərbaycan Bayrağı" ordenini 2 dəfə alan yeganə hərbçi, ordumuzdakı Moskvada "Frunze" adına akademiyanı bitirmiş 6 zabitdən biri, Əli ağa Şıxlinskidən sonra yazdığı kitabları dünya hərbi akademiyalarında tədris olunan yeganə hərbçi. 4 aprel 1995-ci ildə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının təlim-tədris hissəsinin sabiq rəisi və akademiyanın sabiq rəis müavini olub, ASQ-nin ehtiyatda olan polkovnikidir. 

Şair Ramaldanov Moderator.az-ın Horadiz əməliyyatı ilə bağlı suallarını cavablandırıb. 

- Cənab polkovnik, o dövrdə Azərbaycan ordusu üç istiqamətdə hücum əməliyyatına başlamışdı. Ancaq məhz sizin döyüşdüyünüz istiqamətdə uğur qazanıldı. Bu barədə nə deyirdiniz?

- Heydər Əliyev cəbhədəki vəziyyətlə bağlı noyabrın 2-də xalqa müraciət etdi. O müraciətin nəticəsində səfərbər olan heyət tamamlama işlərinə başladı. Tam səfərbər olan hərbi hissələrdən biri də bizim hərbi hissəmiz oldu. Seyfəli poliqonunda hazırlıq keçəndən sonra biz yenidən formalaşaraq Füzuli istiqamətinə döyüş tapşırığı üçün yollandıq. O vaxt “Qış kampaniyası” deyilən bir kampaniya olmuşdu. Üş istiqamətdə hücum əməliyyatı aparılmışdı. Bir istiqamət Kəlbəcər-Murov, ikinci istiqamət Tərtər-Ağdərə, üçüncü istiqamət Beyləqan-Füzuli istiqaməti idi. “Qış kampaniyası”nda belə bir hücum əməliyyatı planlaşdırılıb, həyata keçirilmişdi.  Kələbəcər istiqamətində gedən döyüşlər ona görə uğursuz alındı ki, Surət Hüseynova tabe olan şəxsi heyət gözlənilmədən öz yerlərini tərk etdilər və orda olan hərbi hissəni pis vəziyyətə qoydular. Ancaq bizim hərbi birləşmələr Yanşaq kəndinə kimi irəliləyə bildi. Surət Hüseynova tabe olan şəxsi heyət fərarilik etdiyi üçün ordakı hərbi hissə mühasirəyə düşdü. Ağdərə istiqamətində gedən döyüşlərin nəticəsi olaraq Ağdərə azad olundu, ancaq sonra erməni silahlı qüvvələri bütün güclərini sərf edərək bu rayonu yenidən işğal etməyə nail oldular. 
Füzuli istiqamətində gedən döyüş Horadiz döyüşü sayılan əməliyyatdır. Bu döyüş əməliyyatı nəticəsində 22 yaşayış məntəqəsi işğaldan azad edildi. O yaşayış məntəqələri indi bizim əlimizdədir. Hazırda orda əhali yaşayır və şəhər tipli Horadiz qəsəbəsi yenidən qurulub. 

- Horadiz əməliyyatını Azərbaycan hərb tarixində ən uğurlu əməliyyatlarından biri saymaq olarmı? 

- Bu hücum əməliyyatı nəinki bizim hərb tarixində, hətta dünya hərb tarixində də unikal əməliyyatlardan biri olub. Biz əməliyyatı necə planlaşdırmışdıqsa, bütün detalları ilə elə o cür də həyata keçirdik. Horadiz əməliyyatı əslində yanvarın 5-də başlayıb. İki gün ərzində 22 yaşayış məntəqəsi, o cümlədən Horadiz qəsəbəsi işğaldan azad olunub. Biz bu əməliyyatda 17 şəhid vermişik, 43 nəfər yaralanıb. Bizim üçün hər bir itki ağırdır, amma itkisiz heç nə olmur. Bu baxımdan cəmi 17 nəfər itki verməklə bu boyda ərazini işğaldan azad etmək böyük uğurdu. Bu əməliyyatı həyata keçirən şəxsi heyətin mənəvi-psixoloji vəziyyətini xüsusi qeyd etmək lazımdır. 

- Bildiyimizə görə, Horadiz işğaldan ediləndən sonra da o istiqamətdə ağır döyüşlər olub...   

- Ermənilər Kəlbəcər, Ağdərə istiqamətində müəyyən uğur əldə edəndən sonra bütün güclərini Füzuli istiqamətinə yönəltmişdilər. Onlar var gücü ilə Horadizi yenidən işğal etmək istəyirdilər. Onların niyyəti Beyləqanı da işğal edib, İmişliyə qədər gəlib çıxmaq idi. Amma biz əsgərlərin, döyüşçülərin qəhrəmanlığı nəticəsində işğaldan azad olunmuş torpaqlarımızı qoruyub-saxlaya bildik. Bundan sonra bir neçə dəfə atəşkəs elan olunmuşdu. Amma həmişə erməni tərəfi atəşkəsdən istifadə edərək işğalı davam etdirmək istəyiblər. 

- Sonuncu dəfə atəşkəs məcburiyyəti nədən yarandı? 

- Düşmən Füzuli istiqamətinə nə qədər qüvvə gətirib tökmüşdü, amma buna baxmayaraq ciddi itkilər də verirdilər. Yuxarı Seyidəhmədli, Yuxarı Əbdülrəhmanlıda yerləşmişdilər. Mən o vaxtı müdafiə naziri Məmmədrəfi Məmmədova məruzə elədim ki, bizi hücumdan dəstəkləsinlər, düşmənin toplaşma rayonlarına hücumdan zərbə endirsinlər. Müdafiə naziri mənə dedi ki, bizim o qədər resursumuz yoxdur. Onda mənə ona dedim ki, belədirsə, mən Ali Baş Komandana müraciət etməli olacağam. Ali Baş Komandana müraciət etdim və Heydər Əliyev məni qısaca dinləyəndən sonra dedi ki, sizə zəng olunacaq. Beş-on dəqiqə keçməmiş müdafiə naziri mənə zəng elədi ki, sənin yanına nümayəndə göndərirəm. Son nəticədə biz hava hücumunu təşkil edə bildik. Ermənistan tərəfinin rəsmi şəkildə etiraf etdiyinə görə, cəmi bir gün ərzində 500 nəfər itki vermişdilər. Heydər Əliyev burada çox böyük peşəkarlıq göstərərək məruzəni eşidəndən sonra dərhal tədbir görmüşdü. Hava hücumundan zərbə olmasaydı bizim itkilərimiz həddindən artıq çox ola bilərdi. Amma indi ermənilərin itkisi həddindən artıq çox idi və ermənilər ciddi təlaş keçirirdi. Füzuli istiqamətində döyüşən əsgərlərin valideynləri cəbhə bölgəsinə gəlib çıxmışdılar. Hətta zabitlərlə valideynlərin qarşıdurması olmuşdu. Valideynlər övladlarını tələb edir, deyirdilər ki, siz bizə yalan danışırsız. Ermənilər məcbur qaldılar ki, o istiqamətdə döyüşlərin intensivliyini artırsınlar. May ayında isə atəşkəsə getsinlər. Yanvar ayının ortalarından aprelin ortalarına qədər erməni silahlı qüvvələri torpaqlarımızı işğal etmək üçün əlindən gələn hər şeyi etdilər. Ancaq bizim döyüşçülərimizin qəhrəmanlığı nəticəsində ermənilər böyük itkilər verdilər. Biz də itki verirdik, ancaq onların itkiləri qat-qat çox idi. Bu da Ermənistan hökumətini əhalinin təzyiqi altında atəşkəsə getməyə məcbur elədi. Əldə olunan bu atəşkəs də uzunmüddətli oldu. Ona görə uzunmüddətli oldu ki, artıq heç nə edə bilmədiklərini gördülər. Horadiz əməliyyatı ən uğurlu, ən şanlı əməliyyatımız kimi yaddaşlarda qalacaq. Əməliyyatı aparan komandir kimi mən də böyük qürur hissi duyuram. 





- Atəşkəsdən söz düşmüşkən... Necə düşünürsünüz, uzun müddət atəşkəs razılaşdırılması Azərbaycanın ziyanına işləmədi ki?

- Bayaq dedim, o vaxt üç istiqamətli hücum əməliyyatından ikisi demək olar ki, alınmadı. Digər tərəfdən o vaxt silahlı qüvvələrdə siyasətə bağlı olan heyət vardı. Məhz bunun bağlı bayaq dediyim kimi Kəlbəcər istiqamətində ağır vəziyyət yarandı. Heydər Əliyev hakimiyyətə gələndə orduda vəziyyət ürəkaçan deyildi. Silahlı qüvvələr texniki təminat, silah-sursat cəhətdən problemləri vardı. İnsanlar silahlı qüvvələrdən incik idi, xidmətdə olanlar da, digələri də istədiklərini almamışdılar və görməmişdilər. Silahlı qüvvələrdən, bu insanlardan istifadə edən qüvvələr milyardlar qazanırdı. Bütün bunları nəzərə alanda demək olmazdı ki, biz Ermənistan silahı qüvvələrindən üstün idik. Horadizdə olan üstünlüyə gəlincə, bir məqama diqqət yetirmək lazımdır ki, hər bir ordunun, silahlı birləşmənin müəyyən resursları var. Biz torpaqlarımızı işğaldan azad etmişdik. Bundan sonra ora başqa hərbi hissələr də yerləşdirilmişdi. Ermənistan da bütün qüvvələrini o istiqamətdə yerləşdirmişdi. Torpaqları işğaldan azad etsək də bizim hərbi hissələr irəli gedə bilmirdi. Buna görə də demək olmazdı ki, bizim xüsusi üstünlüyümüz var. Bundan başqa ölkənin içində problem vardı və buna görə Heydər Əliyev gələndən sonra möhkəmlənmə getməli idi. Ölkə daxilində müyyən qüvvələrin, hətta xaricdə müəyyən qüvvələrin aktivliyi problemlər yaradırdı. Buna görə də uzunmüddətli atəşkəsin elan edilməsi Heydər Əliyev tərəfindən çox böyük siyasi gediş idi. Çox düzgün addım idi ki, atəşkəs elan olundu. Atəşkəs dövründə silahlı qüvvələrin formalaşması, cəmiyyətin formalaşması prosesi getdi.  Müharibəni cəmiyyət, xalq aparır. İçəridə, xalqda olan ab-hava müharibədə olan ab-havanı doğurur. Daxili problemlərdən, xarici təzyiqlərdən xilas olmasaq, başımıza nə gələrdi, bunun özü də xeyli mübahisəli məsələdir. Mən ona görə hesab edirəm ki, uzunmüddətli atəşkəsin əldə edilməsi çox doğru qərar olub. Qafqaz dövlətləri içərisində ən müasir silahlar bizdədir, milli kadr potensialımız var, mənəvi-psixoloji durumu çox yüksək olan bir orduya çevrilmişik. Sadəcə Ali Baş Komandan İlham Əliyev itkilərin olmasını istəmir. İstəyir ki, sülh yolundan istifadə edilsin. Ancaq Ali Baş Komandan da elan edib ki, problemin sülh yolu ilə həlli potensialı tükənməkdədir. Azərbaycan xalqı öz sözünü deyəcək və öz torpaqlarını işğaldan azad edəcək. 

- Uğur baxımından aprel döyüşlərini, Lələtəpənin azad edilməsini Horadiz əməliyyatı ilə müqayisə edənlər var. Bu barədə nə düşünürsünüz? 

- Əvvəla onu demək lazımdır ki, aprel döyüşlərinin məqsədi başqa idi. Əgər Horadiz əməliyyatına məqsəd Azərbaycan torpaqlarının işğaldan azad olunması idisə, aprel döyüşlərinin məqsədi dinc yaşayış məntəqələrinin daima atəşə tutulmasının qarşısını almaq olub. Məqsəd erməni postlarını yaşayış məntəqələrindən bir az aralamaq idi. Ən böyük təhlükə də Lələtəpədə olan postlardan idi. Bir də Talış kəndi ətrafındakı yüksəkliklər ciddi təhlükə yaradırdı. İnsanlar qorxu altında idi. İnsanlar müraciət edirdi ki, təhlükəsizlik təmin edilsin. Monitorinqi aparan qüvvələrə bu fikri çatdırmağımıza baxmayaraq Ermənistan tərəfi heç nəyə məhəl qoymurdu. Onların növbəti bu cür təxribatının nəticəsi olaraq rəhbərlik qərar qəbul etdi ki, o yaşayış məntəqələrinin təhlükəsizliyi möhkəmləndirilsin. Təhlükəsizliyin təminatı üçün orda olan yüksəkliklər ələ keçirilməli, erməni postları ləğv olunmalı idi. Azərbaycan hərbi hissələri bu tapşırığı yerinə yetirdilər və biz orda möhkəmləndik. 

Ermənistan bizim 20 faiz ərazini işğal edərək xarabalığa döndərib. Orda yaşayan azdır, yaşayanlar da qorxu altındadır. Orda olan əhalini səngərlərə dartırlar. Mülki əhali səngərlərdə növbətçilik aparır. Son təxribatlar göstərir ki, ermənilər bizim torpaqlardan öz xoşlarına gedən deyillər. Mənə elə gəlir ki, biz 1994-cü ildə olduğu kimi onları silah gücünə qovacağıq. Azərbaycan bayrağı bütün yaşayış məntəqələrimizdə dalğalanmalıdır və dalğalanacaq. Əminəm ki, vaxt gəlib çatıb, gec-tez bir öz torpaqlarımızı azad edəcəyik. 


Rəşad

Oxşar xəbərlər
17:23, Bu gün
Türkiyəli nazir: İlin sonunadək neft hasilatı daxili bazarın tələbatının 10 faizini ödəyəcək
17:20, Bu gün
Qocalar evində ölümləri "proqnozlaşdıran" ekstrasens pişik
17:18, Bu gün
Köçəryan və Sərkisyandan Paşinyana qarşı həmlə: Petrosyan tərəfini açıqladı
17:08, Bu gün
İran Prezidentini daşıyan helikopter sərt eniş edib, Rəisinin vəziyyəti məlum deyil - YENİLƏNİB
17:07, Bu gün
Göyçayda 24 yaşlı oğlanı cərəyan vurub öldürüb
17:05, Bu gün
Bakıda iki sərnişin avtobusu toqquşdu: 6 nəfər xəsarət aldı
16:58, Bu gün
İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb
16:55, Bu gün
Latviya parlamentinin sədri Şuşadadır
16:52, Bu gün
Rusiyalılar mülki ukraynalıları qətlə yetirir, Xersonda insanların üzərinə drondan partlayıcı maddə atılıb
16:44, Bu gün
Nuran Abdullayev: "Prezident İlham Əliyev nə zaman hansı gedişi edəcəyi bilinməyən ən güclü siyasi şahmat ustasıdır"
16:40, Bu gün
"Hücumun birinci fazası: Volçanskın zəbt edilməsi rusiyalılara nə üçün lazımdır?" - ISW
16:39, Bu gün
Ukrayna Rusiyanın daha bir gəmisini VURDU
16:37, Bu gün
Çərçivə sazişi imzalanır, dəhliz bu statusla açılır - Tarix verildi
16:36, Bu gün
Türkandan gözlənilməz hərəkət: Efirə telefonla buraxmadılar deyə GÖRÜN NƏ ETDİ - VİDEO
16:34, Bu gün
Rusiya Xarkovdakı istirahət mərkəzini “İskander”lə vurub, ölənlərin sayı 5-ə çatıb - YENİLƏNİB
16:20, Bu gün
Amerikalı qız başqa ölkəyə köçdü, adını dəyişdi: Maraqlı SƏBƏB
16:18, Bu gün
Cəlilabadda 17 yaşlı yeniyetmə bıçaqlanıb
16:14, Bu gün
Ağsu dolaylarında asfalt çöküb
16:06, Bu gün
Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Günü qeyd edilir
15:45, Bu gün
Bitlisdə avtobus dərəyə düşüb, yaralananlar var
15:31, Bu gün
Maqnit qasırğaları zamanı edilən səhvlər SADALANDI
15:28, Bu gün
Xətaidə yanğın: Avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
15:27, Bu gün
Dunay çayında gəmilər toqquşub, ölənlər var
15:04, Bu gün
Seyid İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
15:03, Bu gün
Yeni Kaledoniyada gərgin vəziyyətlə əlaqədar məktəblərdə dərslər dayandırılıb
15:02, Bu gün
Erməni barbarlığına tuş gələn Qubadlı məscidi
15:01, Bu gün
Ukrayna Rusiyanın daha bir gəmisini məhv etdi
14:45, Bu gün
“Ola bilsin ki, bəziləri bizim bu görüşlərimizi bəyənməsinlər”
14:45, Bu gün
Çinin kənd təsərrüfatı naziri haqqında təhqiqat başlanıb
14:43, Bu gün
Tabut açıldı: Qızı içəridəki kişini görüb DƏHŞƏTƏ gəldi
14:42, Bu gün
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
14:40, Bu gün
Müdafiə Nazirliyi şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimi keçirib
14:25, Bu gün
Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon
14:23, Bu gün
Prezident: "Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir"
14:22, Bu gün
"Ukrayna Rusiyadakı obyektlərə zərbələr endirmək üçün ABŞ-dan icazə istəyir" - "The Wall Street Journal"
14:15, Bu gün
Anar Heybətova ağır itki - FOTO
14:14, Bu gün
"Belarus post-sovet ölkələri arasında Azərbaycanın dördüncü ən böyük xarici ticarət partnyorudur"
14:11, Bu gün
Vətəndaş kibercinayətkarların tələsinə belə düşdü - 25 min manat itirdi- ŞOK FAKTLAR
14:11, Bu gün
"Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgəyə fayda verəcək"
14:09, Bu gün
Prezident: "İki hidroqovşağın açılışı və istismara verilməsi tarixi hadisədir"
14:08, Bu gün
Prezident: "İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir"
14:07, Bu gün
Tanınmış xanəndə məşhur aktyorun bacısı imiş - FOTO
14:07, Bu gün
Azərbaycan Prezidenti: "Bizim energetika sahəsində çox böyük planlarımız var"
13:44, Bu gün
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində azı 4 nəfər ölüb
13:42, Bu gün
Diş yetişdirmək üçün dünyada ilk dərman yaradıldı
13:27, Bu gün
Aralıq dənizində zəlzələ
13:23, Bu gün
İran səfiri: Missiyamın son günündə ən böyük sərhəd layihəsinin istifadəyə verilməsi ilə fəxr edirəm
13:21, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
13:20, Bu gün
Sumqayıtda mənzildən kişi meyiti tapıldı
13:19, Bu gün
Kim qalib gələcək: Tramp, yoxsa Bayden?
12:55, Bu gün
Sabah Azərbaycanın bu rayonlarında leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək
12:54, Bu gün
Rusiyada yük qatarı relsdən çıxdı - VİDEO
12:53, Bu gün
İran raketləri İsrailin 12 müdafiə xəttini yardı - General
12:53, Bu gün
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
12:48, Bu gün
Baqratın baş nazir olmaq şansı varmı?
12:38, Bu gün
"Barselona" transfersiz qala bilər
12:30, Bu gün
Rusiyanın “dərin dövləti” haqda sensasion iddia - ADLAR
12:21, Bu gün
Latviya parlamentinin sədri Füzulidə səfərdədir
12:20, Bu gün
“Qərbi Azərbaycana qayıdış” Türk Dünyası Sammiti Daşkənddə baş tutdu - Fotolar
12:16, Bu gün
Bu gün derbi var - “Qalatasaray” çempion ola bilər
12:11, Bu gün
“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - FOTOLAR
12:11, Bu gün
İstanbul boğazlarında gəmilərin hərəkəti dayandırıldı
12:00, Bu gün
İlham Əliyev sərhəddə İran prezidenti ilə görüşdü - YENİLƏNİB
11:47, Bu gün
"Rusiya-Azərbaycan" dəyirmi masası və ikitərəfli görüşlər keçirilib
11:45, Bu gün
Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır
11:43, Bu gün
Ajda Pekkandan Sezen Aksu ETİRAFI: “Necə inandıracağımı bilmirəm”
11:40, Bu gün
Kahramanmaraşda 3,6 bal gücündə zəlzələ baş verib
11:26, Bu gün
İndoneziyada vulkan püskürməsi: 7 şəhər boşaldılıb
11:25, Bu gün
Rusiyanın Belqorod vilayətində raket təhlükəsi elan edilib
11:23, Bu gün
Tovuzda 3 nəfər dəm qazından zəhərlənib, biri ölüb
11:21, Bu gün
DİN valideynlərə müraciət ETDİ
11:13, Bu gün
Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək... - VİDEO
11:10, Bu gün
Hondurasın Rusiyadakı səfiri qəflətən vəfat edib
11:09, Bu gün
Sumqayıtda F-1 əl qumbarası aşkarlanıb
10:52, Bu gün
Nə edək? - "Evrovision"a Bayram Nurlunu, Baboşu göndərək? - VİDEO
10:37, Bu gün
Türkiyədə güclü partlayış: Yaralananlar var
10:35, Bu gün
Azərbaycanın bəzi rayonlarında şimşək çaxıb, qar yağıb - FAKTİKİ HAVA
10:22, Bu gün
Bu bürclərin qızları ilə ailə qurmaq sizə baha başa gələ bilər
10:17, Bu gün
Qədir Aslanov: Azərbaycan ziyalısı, jurnalist, vəfalı ailə başçısı!
10:16, Bu gün
VI sinif şagirdləri üçün monitorinq keçirilir
10:15, Bu gün
"Keşiş hökumətlə qarşıdurmaya getsə, Paşinyan bu addımı atacaq"
10:13, Bu gün
Çin kəşfiyyatı kosmosla bağlı casusluq faktı AŞKARLADI
10:07, Bu gün
Baqratdan ŞOK HƏDƏ: “Baha başa gələcək...”
10:05, Bu gün
“Bütün enerjisini işə həsr edənlərdə infarkt riski daha yüksəkdir”
10:02, Bu gün
Tağı Əhmədovun son halı - FOTO
09:50, Bu gün
10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA + VİDEO
09:48, Bu gün
Azərbaycan Basketbol Liqası: Final seriyasının ikinci oyunu keçiriləcək
09:43, Bu gün
Azərbaycan cüdoçuları dünya çempionatında mübarizəyə başlayır
09:37, Bu gün
Ziyafətdən sonra necə TEZ AYILMAQ OLAR? - Sadə və təsirli üsullar
09:34, Bu gün
Qəzzada ölən İsrail hərbçilərinin sayı 630-a çatıb
09:32, Bu gün
Qaradağda ağır qəza: İki nəfər yaralanıb
09:05, Bu gün
Gəncəçayda batan yeniyetmənin meyiti tapılıb
09:04, Bu gün
Səhər saatlarında şirin sıyıq yeməyin zərərləri
08:47, Bu gün
Almaniya Müdafiə Nazirliyi Ukraynaya dəstək üçün hökumətdən əlavə 3,8 milyard avro tələb edib
08:46, Bu gün
İngiltərədə 11 yaşdan kiçik futbolçulara topa başla vurmaq qadağan ediləcək
08:44, Bu gün
Silahlı qruplaşma Sudanda 8 mülki şəxsi öldürüb
08:35, Bu gün
Alimlər Günəş fırtınalarının insanlar üçün təhlükəli nəticələrini açıqlayıblar
08:29, Bu gün
Xalq şairi Rəsul Rzanın doğum günüdür
08:26, Bu gün
Rafael Ağayev Ginnesin Rekordlar Kitabına düşdü
08:24, Bu gün
Əfqanıstanda sel həyatı iflic etdi: Kütləvi ölüm, viran qalan şəhər - VİDEO
GÜNLÜK
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 17:31
Alim Qasımovu dünyaya təqdim edən tarzən: O, ölümündən əvvəl tarına nə deyib? - FOTO
18 May 2024 | 17:37
Binədə qeyri-adi hadisə: Yola tökdükləri başlarına bəla oldu - VİDEO
18 May 2024 | 17:43
"Ağ Evin keçirdiyi unikal əməliyyat nəticəsində amerikalı həkimlər Qəzzanı tərk edib" - CNN + FOTO
18 May 2024 | 17:53
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım etdi - FOTO
18 May 2024 | 18:02
Qarabağ Universiteti ilə bağlı sualların cavablandırılması üçün bu nömrəyə ZƏNG EDİN
18 May 2024 | 20:10
Siyasi partiyalarla konstruktiv dialoq milli maraqların qorunmasına hesablanıb
18 May 2024 | 17:49
Ağasəlim Mircavadov "Sumqayıt"ın Premyer Liqada ikincilik şansını daha yüksək qiymətləndirib
18 May 2024 | 18:30
Müdafiə Nazirliyinin idarə rəisi İŞDƏN ÇIXARILDI
18 May 2024 | 19:07
Zəngilan məscidinin əsaslı təmirdən sonrakı görüntüləri - VİDEO
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
18 May 2024 | 16:29
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
AYLIQ
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 17:31
Alim Qasımovu dünyaya təqdim edən tarzən: O, ölümündən əvvəl tarına nə deyib? - FOTO
18 May 2024 | 17:37
Binədə qeyri-adi hadisə: Yola tökdükləri başlarına bəla oldu - VİDEO
18 May 2024 | 17:43
"Ağ Evin keçirdiyi unikal əməliyyat nəticəsində amerikalı həkimlər Qəzzanı tərk edib" - CNN + FOTO
18 May 2024 | 17:53
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım etdi - FOTO
18 May 2024 | 18:02
Qarabağ Universiteti ilə bağlı sualların cavablandırılması üçün bu nömrəyə ZƏNG EDİN
18 May 2024 | 20:10
Siyasi partiyalarla konstruktiv dialoq milli maraqların qorunmasına hesablanıb
18 May 2024 | 17:49
Ağasəlim Mircavadov "Sumqayıt"ın Premyer Liqada ikincilik şansını daha yüksək qiymətləndirib
18 May 2024 | 18:30
Müdafiə Nazirliyinin idarə rəisi İŞDƏN ÇIXARILDI
18 May 2024 | 19:07
Zəngilan məscidinin əsaslı təmirdən sonrakı görüntüləri - VİDEO