Əlimizdən Türkiyə üçün dua etməkdən başqa heç nə gəlmir...
Oxunub: 4392
25 Jul 2016 | 16:09
Əlimizdən Türkiyə üçün dua etməkdən başqa heç nə gəlmir...

Tanınmış politoloq Cümşüd Nuriyev dövlət çevrilişinə cəhddən sonra Türkiyədə cərəyan edən hadisələrlə bağlı Moderator.az-ın suallarını cavablandırıb.

 

- Dünən Türkiyə telekanallarına müsahibə verən baş nazir Binəli Yıldırım iyulun 28-də Türkiyə Cümhuriyyətinin Təhlükəsizlik Şurasının fövqəladə toplantısının ilk dəfə Çankaya köşkündə keçiriləcəyini dedi. Sizcə, bu toplantıda hansı qərarlar qəbul ediləcək?


- Açığı, Türkiyə bu dəqiqə o qədər proqnozlaşdırılmayan bir ölkəyə çevrilib ki, hansı toplantıda, hansı qərarın veriləcəyi bir qədər qeyri adi ola bilər. Amma bütün hallarda Çankayada keçiriləcək toplantıda Türkiyənin yeni dönəmi üçün xeyirli qərarlar çıxarılacağına inanmaq istərdik.

Türkiyədə indi türk cumhuriyyətinə yaraşmayan elə qərarlar çıxarılır ki, düzü bunların haqqında fikirləşmək və bu fikirləri dilə gətirmək istəmirəm. Ola bilər ki, bəziləri həddindən artıq hirsdən, bəziləri uzaqgörməməzlikdən, bəziləri eyiforiyadan bu fikirləri söyləyir. Amma hər halda Türkiyənin geriyə addımlamaq istəməsi faktı ortadadır. Arzu edək ki, Çankayadakı toplantıda geriyə yox, irəliyə, daha doğrusu birliyə, yeniliyə doğru qərarlar qəbul olunsun.

Amma Türkiyənin hazırkı mövqeyi, yəni nisbətən liberallaşması, xüsusilə Rusiyayla münasibətlərinin yaxşılaşması təbii ki, Azərbaycan üçün çox önəmlidir və çox lazımlıdır. Həm Qarabağ məsələsində, həm bizim qardaş dövlət olaraq Türkiyəyə daha çox sevgimizdən doğan məsələdir.

Açığını deyim ki, bu topantıda nələrin qəbul olunacağını proqnazlaşdırmaq mənimçün bir qədər çətindir.


- Sizcə həmin toplantıda Ərdoğan Əhməd Davudoğlunun kadrı olan Hakan Fidanı kiminləsə əvəz edəcəkmi? Yoxsa ona toxunmayacaq?


- Ərdoğan çox ağıllı bir ifadə işlətdi, dedi ki, “Keçid vaxtı döngədə atı dəyişmirlər”. İndi ona görə düşünürəm ki, hələlik Hakan Fidana toxunmaz. Əslində baş verənlər bir lətifəyə bənzəyir, çünki əvvəlcədən xəbər veriblər, hərbi qüvvələrin baş komandanlığına xəbərdarlıq göndəriblər. Ancaq onlar bunu bir zarafat kimi dəyərləndiriblər. Bu qədər məsuliyyətsizlik ondan xəbər verir ki, Türkiyənin MİT-i də kifayət qədər qeyri ciddi bir qurumdur və onun dedikləri də qeyri ciddi qəbul edildiyindən Türkiyə bu vəziyyətə düşüb. Əgər MİT yaxşı işləsəydi, bu proseslər baş verməzdi və yaxud da vaxtında qabağı alınardı. İndi Türkiyə bu qədər də çox çətinə düşməzdi. Birdən-birə 13 min nəfərin vəzifədən kənarlaşdırılması, bunun 8 mini hərbçidir, bu qədər alimlərin, məktəblərin zərər çəkməsi, Gülənçilərin bu qədər əl-ayaq açması, bütün bunlar onu göstərir ki, həqiqətən də Türkiyənin xüsusi xidmət orqanlarının çox ciddi problemləri var.

İnanmıram ki, Ərdoğan Hakan Fidanı bu dəqiqə dəyişə, amma yaxın bir ay ərzində dəyişəcək. Cünki əgər Ərdoğan prezident qvardiyasını buraxırsa, deməli Hakan Fidanı da dəyişəcək. Həm də ki, Hakan Fidan artıq özünü doğrultmadı, bundan əvvəl də PKK ilə bağlı özünü doğrultmamışdı. Hər halda indi Türkiyə yeni bir düzənə girməlidir. Çünki Gülən 150 ölkədə özünə qol-qanad açıb, o cümlədən, Azərbaycanda da onun tərəfdarlarının olma ehtimalı çox yüksəkdir. Amma MİT ortaya konkret faktlar qoymur. Bilirsiz ki, Azərbaycan ötən dəfə də FETO-yla bağlı özü qərarlar qəbul etdi, bu dəfə də Azərbaycan özü qərarlar qəbul edib. İndi vəzifələrdə kimlərin olduğunu deyə bilmərəm, amma bütün hallarda Azərbaycanda uzun müddət bunların 15 orta məktəbləri, bir universitetləri olub və bunların da hamısı gülənçilərdir. Nurçular demək olar ki, çox azdır, əsasən Gülənin tərəfdarları burada təhsil alıblar, yetişiblər, ABŞ-a gedib- gəliblər. Yəni izlər çox qarışıb. Ona görə də bunları daha çox MİT etməlidir, MİT-in isə, Ərdoğanı bir kənara qoyaq, heç Türkiyə üçün uğurlu bir fəaliyyəti yoxdur. Fəaliyyətsizliyin də özü bir cinayətdir.


- Sizcə, baş qərargah rəisi Hulusi Akarın aqibəti necə olacaq?


- Onların generallarının hesabtlarını oxudum. Əslində Hulusi Akar hadisəni yatırtmağa gedibmiş, onu nəyə görə terrorun başçısı kimi həbs edirlər, bu anlaşılan deyil. Çünki bunların özlərinin etibar etdiyi generallar açıq şəkildə bildirir ki, bu insan bunları bu məqsədlə deyib və ona görə də gəlib. Ona qarşı hörmətsizlik etmək Türkiyəyə başucalığı gətirmir. Türkiyədə çox təəssüf ki, cahil bir təbəqə yetişib, xüsusilə əsgərləri linç edirlər. Axı əsgərin verilən əmri yerinə yetirməməsi problemdir. Yerinə yetirdiyinə görə də indi bunlar problem yaradır. Türk əsgəri tarixən də öz millətini və dövlətini sevən əsgər olub və onlarda komandanlığa xüsusi hörmət, rəğbət olub. Onlar da verilən əmri icra ediblər. Bu baş verənlər isə savadsızlıqdan doğan məsələdir.

Eyni zamanda türk ordusunu gözdən salmaq üçün uzun müddət Qərb ölkələrinin, o cümlədən Səudiyyə Ərəbistanı başda olmaqla, bəzi Şərq ölkələrinin edə bilmədiklərini indi dinçilərin əliylə edirlər. Ona görə də bu, açığı məni çox narahat edir. Amma bütün hallarda Türkiyə ordusunun içərisində hələ də Ərdoğanı istəməyən qüvvələr var. Çünki bunların deməsinə görə, 14 hərbi gəmi bu günə qədər hələ də ortada yoxdur, heç bir əlaqəyə girə bilmirlər. Bundan başqa hərbi təyyarələrindən də itkin düşənlər var. Bunların harada yerləşməsi, hansı ölkənin onları saxlaması da maraqlıdır. Türkiyə NATO-nun üzvü olduğuna görə o təyyarələr Yunanıstanda da, Bolqarıstanda da, Səudiyyə Ərəbistanında da, elə İsrailin ərazisində də ola bilər. Yəni hər yerdə gizlənə bilərlər.

Mən arzulamazdım ki, bu proses davam etsin, proses davam etdiyi müddətcə çevriliş cəhdi qalmaqdadır. Əgər Türkiyəyə  yenidən bu bəlaya düçar olsa, Azərbaycanın 1992-93-cü illərdəki vəziyyətinə, çox ağır günə düşəcək. Mən heç vaxt bunu arzulamıram. Ona görə də Türkiyə üçün ancaq dua etməkdən başqa əlimizdən başqa bir şey gəlmir. Çünki orada artıq siyasət yerimir.

Bu məsələlər vaxtilə çox deyildi, qarşılığında da bizləri təhqir etdilər, söydülər. Ancaq dediklərimizin hamısını Ərdoğan həyata keçirdi. Sağ olsun etdi, ancaq çox gec oldu, bunları vaxtında etmək lazım idi. İndi də Ərdoğan üçün nəsə deməyə adam ehtiyat edir. Çünki bilirik ki, nəticəsi olmayacaq. Amma bütün hallarda yenə də onu demək olar ki, Ərdoğan hökumətinin ağıllı bir konsepsiya qəbul etməsi yaxşı olar. Həm də ordunu hörmətdən salmaq məsələsi gündəmdən çıxsın, bu qədər prokuroru, hakimi, alimi işdən qovmaq yenidən daxili parçalanmaya gətirib çıxara bilər. Türkiyə vətəndaş müharibəsinin qarşısını almaq, birlik konsepsiyasını hazırlamalıdır və bunu da həyata keçirməlidir. Amma düşünürəm ki, Davudoğlu kimi baş naziri olmayan Türkiyə hökumətinin indiki durumu bir qədər acınacaqlıdır. Türkiyənin baş naziri kifayət qədər ölçülü-biçili danışmır. Türkiyə Cumhuriyyətinin baş naziri cumhuriyyət səviyyəsində olan baş nazir deyil. Həm prezidentin, həm də baş nazirin dinçi olmasının, kifayət qədər modernlik olmamasının Türkiyə üçün problemlər yaratma ehtimalı çox yüksəkdədir. Məni də narahat edən budur.


- “Hürriyet” qəzeti Türkiyənin Ermənistanla sərhədləri açmağa hazırlaşdığını, bu istiqamətdə danışıqlara başlayacağını bildirib. Ərdoğan avqust ayında Putinlə görüşəndən sonra  Türkiyənin Ermənistanla sərhəddi açıla bilərmi?


- Buna inanmıram. Bir şeyi dəqiq proqnozlaşdırmaq mümkün olar ki, Ərdoğanla İlham Əliyevin o qədər sıx münasibətləri var ki, hətta bütün Türkiyə, ətrafındakılar belə istəsə Ərdoğan buna getməz. İkincisi, bunu Rusiya istəməz. Çünki Ermənistanın özündə vəziyyət  çox gərgindir. Əgər Ermənistan bir dəstə silahlının əlində əsir-yesir qalıbsa, onun öhdəsindən gələ bilmirsə, deməli dövlət yoxdur. Dövlətçilik də çox aşağı səviyyədədir. Bundan da başqa çox ciddi məsələ var, tarixən onsuz da Ermənistan bütün Qafqaz dövlətlərinin əlində kötək olub. İndi də Ermənistan həm kötəkdir, həm də köpək. Ermənistan o statusadan çıxa bilməyəcək. Nə qədər ki, Rusiya Ermənistanı qısqırtmayıb, Ermənistan ancaq hürəcək, tutmayacaq. Sarkisyanın əlindən bundan başqa bir iş gəlmir. Bunu erməni siyasətçiləri də görür.

Eyni zamanda Qafqaz bir siyasi poliqona çevrilir və bu poliqonda açar dövlət də Azərbaycandır. Rusiya Azərbaycanı bir növ hər hansı bir səviyyədə incitsə, həm aprel ayındakı hadisələr təkarar oluna bilər, çünki Azərbaycana başqa şans qoymurlar. Həm də Azərbaycan mərkəzdənqaçma qüvvəsi ilə siyasi cəhətdən Rusiyaya qarşı demarş edə bilər. Çünki Azərbaycan prezidenti belə bir demarşı vaxtilə ABŞ-a, Avropa Birliyinə qarşı edib. Bakı-Qars dəmir yol xəttinin çəkilməsi ilə Rusiyaya qarşı da etdi. Yəni Azərbaycanın demarşları var, Azərbaycan prezidenti kifayət qədər peşəkar siyasi addımlar atmaq qabiliyyətində olan dövlət başçısıdır. Ona görə mən inanmıram ki, Türkiyənin Ermənistanla sərhəddi açıla, burada nə Türkiyə bir şey əldə edəcək, nə Rusiya. Azərbaycanın hər ikisindən kənarlaşması Azərbaycanın təklənməsi olmayacaq, əksinə güclənməsi olacaq. Çünki Azərbaycan hal-hazırda bir dövlət kimi xüsusi söz sahibi olan dövlətlərdəndir. İlham Əliyev də xüsusi söz sahibi olan dövlət başçıları siyahısındadır. Yəni liderdir, belə liderlər dünyada çox azdır, xarizmatik liderlərə çox ehtiyac var. Ərdoğan özü də xarizmatik liderdir, ona görə də Ədroğanın belə bir addım atacağına inanmıram. Bu daha çox Türkiyəni parçalamaq istəyən PKK-nın və erməni tərəfdarlarının gündəmə gətirdiyi məsələdir. Türkiyə buna getməz.


- Son olaraq, bu gün Türkiyə telekanallarında yayımlanan bir reklam çarxında "Nə mutlu erməniyəm deyənə" sloqanının yer almasına münasibət bildirməyinizi istərdik.


- “Nə mutlu erməniyəm” deyən video çarxın Türkiyə kanallarında yayımlanması məni narahat etdi. Bunların yadından çıxıb ki, Türkiyədə elə 4 milyon azəri türkü yaşayır. Nədən onların haqqında, Xocalı haqqında, Qarabağ haqqında da demirlər ki, hamımız azəri türküyük. Bu bizi çox narahat edir, ona görə ki, bizim hər birimiz Türkiyə üçün həddindən çox yanırıq.

 


 Rumiyyə MİRASLAN

Oxşar xəbərlər
21:57, Bu gün
Aİ İran üçün "Copernicus" peyk görüntü xidmətini aktivləşdirib
21:56, Bu gün
Ayətullah Xamenei İbrahim Rəisinin helikopterinin qəzaya uğramasından sonra açıqlama verib
21:47, Bu gün
Qəzaya düşən helikopterdə Rəisi ilə birgə kimlər olub?
21:34, Bu gün
İranda baş verən helikopter qəzası ilə bağlı baş verənləri üzüntü ilə izləyirik - Türkiyə XİN
21:21, Bu gün
"Mançester Siti" çempion oldu, "Arsenal"ın 20 illik həsrətinə son qoyulmadı
21:13, Bu gün
Muradın çayda boğulmasının TƏFƏRRÜATI: Batdığını görənlər qorxularından ailəsinə xəbər etməyibmiş - VİDEO
20:54, Bu gün
Niger: ABŞ hərbçilərinin ölkədən çıxarılması proseduru razılaşdırılıb
20:50, Bu gün
Rəisi bu gün İrəvana gedəcəkmiş, son anda…
20:48, Bu gün
Göyçayda qəza: Xəsarət alanlar var
20:39, Bu gün
HƏMAS-ın daha bir komandiri öldürüldü
20:24, Bu gün
"Nüvə savaşında 72 saata 5 milyard insan həlak olacaq, yalnız iki ölkə salamat çıxacaq" - "Daily Star"
20:12, Bu gün
İran vitse-prezidenti hadisə yerinə yollandı
20:08, Bu gün
Azərbaycan İrana dost və qardaş xalq kimi bütün lazımi dəstəyi verməyə hazırdır - XİN
20:01, Bu gün
Avropa İttifaqı Rəisinin qəzaya düşməsi ilə bağlı MƏLUMAT YAYDI
19:58, Bu gün
İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib
19:56, Bu gün
İbrahim Rəisinin helikopterinin qəzaya düşməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
19:26, Bu gün
Rəisi və Abdullahian təhlükədədir - İranlı rəsmi
19:20, Bu gün
Ayətullah Xamenei İran Təhlükəsizlik Şurasının təcili iclasını keçirir
19:19, Bu gün
Sabahın havası meteohəssas insanlara necə təsir edəcək?
19:10, Bu gün
Yevlaxda ər arvadını öldürüb, sonra özünü bıçaqlayıb
19:08, Bu gün
Qəzaya uğrayan helikopterin axtarışları davam edir - VİDEO
19:04, Bu gün
"Ukraynadan qalan yalnız Lvov olacaq" - Xodorkovski
18:56, Bu gün
"Hər hansı bir ölkəni çökdürmək üçün çip alımını dayandırmaq yetərlidir"
18:55, Bu gün
İbrahim Rəisi sağdırmı? – İrandan şok qərarlar...
18:42, Bu gün
"Mehr" agentliyi İran Prezidentinin xəsarət almadığı ilə bağlı məlumatı silib - YENİLƏNİB
18:33, Bu gün
Qəzzada 35,5 min insanın həyatını itirdiyini bildirib
18:30, Bu gün
2023-cü ildə 30 500 şəkərli diabet xəstəsi qeydə alınıb
18:05, Bu gün
Rəisinin helikopterinin qəzadan öncəki görüntüləri - VİDEO
18:05, Bu gün
Britaniyanın müdafiə naziri Rusiya ilə mümkün müharibədən danışdı
17:43, Bu gün
Nazirlik: VI siniflərdə keçirilən monitorinq uğurla başa çatdırılıb
17:40, Bu gün
İran Prezidenti helikopterin sərt enişi nəticəsində xəsarət almayıb - KİV
17:39, Bu gün
Yağıntılı hava ilə bağlı magistral yollarda görmə məsafəsi məhdudlaşacaq
17:38, Bu gün
Slovakiyanın güllələnmiş baş nazirinin vəziyyəti necədir?
17:32, Bu gün
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – Təfərrüat
17:25, Bu gün
Latviya Parlamentinin sədri: Qarabağdakı quruculuq işlərinə şahidlik etmək çox sevindiricidir
17:23, Bu gün
Türkiyəli nazir: İlin sonunadək neft hasilatı daxili bazarın tələbatının 10 faizini ödəyəcək
17:20, Bu gün
Qocalar evində ölümləri "proqnozlaşdıran" ekstrasens pişik
17:18, Bu gün
Köçəryan və Sərkisyandan Paşinyana qarşı həmlə: Petrosyan tərəfini açıqladı
17:08, Bu gün
İran Prezidentini daşıyan helikopter sərt eniş edib, Rəisinin vəziyyəti məlum deyil
17:07, Bu gün
Göyçayda 24 yaşlı oğlanı cərəyan vurub öldürüb
17:05, Bu gün
Bakıda iki sərnişin avtobusu toqquşdu: 6 nəfər xəsarət aldı
16:58, Bu gün
İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb
16:55, Bu gün
Latviya parlamentinin sədri Şuşadadır
16:52, Bu gün
Rusiyalılar mülki ukraynalıları qətlə yetirir, Xersonda insanların üzərinə drondan partlayıcı maddə atılıb
16:44, Bu gün
Nuran Abdullayev: "Prezident İlham Əliyev nə zaman hansı gedişi edəcəyi bilinməyən ən güclü siyasi şahmat ustasıdır"
16:40, Bu gün
"Hücumun birinci fazası: Volçanskın zəbt edilməsi rusiyalılara nə üçün lazımdır?" - ISW
16:39, Bu gün
Ukrayna Rusiyanın daha bir gəmisini VURDU
16:37, Bu gün
Çərçivə sazişi imzalanır, dəhliz bu statusla açılır - Tarix verildi
16:36, Bu gün
Türkandan gözlənilməz hərəkət: Efirə telefonla buraxmadılar deyə GÖRÜN NƏ ETDİ - VİDEO
16:34, Bu gün
Rusiya Xarkovdakı istirahət mərkəzini “İskander”lə vurub, ölənlərin sayı 5-ə çatıb - YENİLƏNİB
16:20, Bu gün
Amerikalı qız başqa ölkəyə köçdü, adını dəyişdi: Maraqlı SƏBƏB
16:18, Bu gün
Cəlilabadda 17 yaşlı yeniyetmə bıçaqlanıb
16:14, Bu gün
Ağsu dolaylarında asfalt çöküb
16:06, Bu gün
Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Günü qeyd edilir
15:45, Bu gün
Bitlisdə avtobus dərəyə düşüb, yaralananlar var
15:31, Bu gün
Maqnit qasırğaları zamanı edilən səhvlər SADALANDI
15:28, Bu gün
Xətaidə yanğın: Avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
15:27, Bu gün
Dunay çayında gəmilər toqquşub, ölənlər var
15:04, Bu gün
Seyid İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
15:03, Bu gün
Yeni Kaledoniyada gərgin vəziyyətlə əlaqədar məktəblərdə dərslər dayandırılıb
15:02, Bu gün
Erməni barbarlığına tuş gələn Qubadlı məscidi
15:01, Bu gün
Ukrayna Rusiyanın daha bir gəmisini məhv etdi
14:45, Bu gün
“Ola bilsin ki, bəziləri bizim bu görüşlərimizi bəyənməsinlər”
14:45, Bu gün
Çinin kənd təsərrüfatı naziri haqqında təhqiqat başlanıb
14:43, Bu gün
Tabut açıldı: Qızı içəridəki kişini görüb DƏHŞƏTƏ gəldi
14:42, Bu gün
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
14:40, Bu gün
Müdafiə Nazirliyi şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimi keçirib
14:25, Bu gün
Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon
14:23, Bu gün
Prezident: "Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir"
14:22, Bu gün
"Ukrayna Rusiyadakı obyektlərə zərbələr endirmək üçün ABŞ-dan icazə istəyir" - "The Wall Street Journal"
14:15, Bu gün
Anar Heybətova ağır itki - FOTO
14:14, Bu gün
"Belarus post-sovet ölkələri arasında Azərbaycanın dördüncü ən böyük xarici ticarət partnyorudur"
14:11, Bu gün
Vətəndaş kibercinayətkarların tələsinə belə düşdü - 25 min manat itirdi- ŞOK FAKTLAR
14:11, Bu gün
"Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgəyə fayda verəcək"
14:09, Bu gün
Prezident: "İki hidroqovşağın açılışı və istismara verilməsi tarixi hadisədir"
14:08, Bu gün
Prezident: "İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir"
14:07, Bu gün
Tanınmış xanəndə məşhur aktyorun bacısı imiş - FOTO
14:07, Bu gün
Azərbaycan Prezidenti: "Bizim energetika sahəsində çox böyük planlarımız var"
13:44, Bu gün
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində azı 4 nəfər ölüb
13:42, Bu gün
Diş yetişdirmək üçün dünyada ilk dərman yaradıldı
13:27, Bu gün
Aralıq dənizində zəlzələ
13:23, Bu gün
İran səfiri: Missiyamın son günündə ən böyük sərhəd layihəsinin istifadəyə verilməsi ilə fəxr edirəm
13:21, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
13:20, Bu gün
Sumqayıtda mənzildən kişi meyiti tapıldı
13:19, Bu gün
Kim qalib gələcək: Tramp, yoxsa Bayden?
12:55, Bu gün
Sabah Azərbaycanın bu rayonlarında leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək
12:54, Bu gün
Rusiyada yük qatarı relsdən çıxdı - VİDEO
12:53, Bu gün
İran raketləri İsrailin 12 müdafiə xəttini yardı - General
12:53, Bu gün
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
12:48, Bu gün
Baqratın baş nazir olmaq şansı varmı?
12:38, Bu gün
"Barselona" transfersiz qala bilər
12:30, Bu gün
Rusiyanın “dərin dövləti” haqda sensasion iddia - ADLAR
12:21, Bu gün
Latviya parlamentinin sədri Füzulidə səfərdədir
12:20, Bu gün
“Qərbi Azərbaycana qayıdış” Türk Dünyası Sammiti Daşkənddə baş tutdu - Fotolar
12:16, Bu gün
Bu gün derbi var - “Qalatasaray” çempion ola bilər
12:11, Bu gün
“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - FOTOLAR
12:11, Bu gün
İstanbul boğazlarında gəmilərin hərəkəti dayandırıldı
12:00, Bu gün
İlham Əliyev sərhəddə İran prezidenti ilə görüşdü - YENİLƏNİB
11:47, Bu gün
"Rusiya-Azərbaycan" dəyirmi masası və ikitərəfli görüşlər keçirilib
11:45, Bu gün
Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır
GÜNLÜK
18 May 2024 | 22:07
Sankt-Peterburq hərbi akademiyasında "qeyri-iradi" patlayış baş verib, yeddi nəfər xəstəxanalıq olub
18 May 2024 | 22:16
Sərhəddəki ermənilərə vaxt verildi: iyunun 24-dək tərk edin!
18 May 2024 | 22:09
DƏHŞƏTLİ QƏTL: arvadını öldürdü, cəsədi ilə selfi çəkdi, özü isə...
18 May 2024 | 22:33
Zelenski Makronun "Olimpiya atəşkəsi"ni rədd edib: "Bu, düşmənin əlinə oynamaqdır"
18 May 2024 | 22:25
Qətlə yetirilən tələbənin cinayət işində müəmma daha da böyüyür - Ailəsi DANIŞDI / VİDEO
18 May 2024 | 22:48
“Akkuyu” AES-də ilk enerji blokunun işə başlayacağı tarix açıqlanıb
18 May 2024 | 22:41
Eduard Məmmədov 11-ci dəfə Dünya Kubokunu qazandı
18 May 2024 | 23:15
Bu teatrdan 1500 nəfər TƏXLİYƏ EDİLDİ - ŞOK SƏBƏB- VİDEO
18 May 2024 | 22:48
Afrikadan gələn maraqlı görüntü müzakirə mövzusuna çevrildi: Heyvanlar hərəkətsiz qaldı
18 May 2024 | 23:35
Meyiti tapılan qadın görün kimdir
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
18 May 2024 | 16:29
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
AYLIQ
18 May 2024 | 22:07
Sankt-Peterburq hərbi akademiyasında "qeyri-iradi" patlayış baş verib, yeddi nəfər xəstəxanalıq olub
18 May 2024 | 22:16
Sərhəddəki ermənilərə vaxt verildi: iyunun 24-dək tərk edin!
18 May 2024 | 22:09
DƏHŞƏTLİ QƏTL: arvadını öldürdü, cəsədi ilə selfi çəkdi, özü isə...
18 May 2024 | 22:33
Zelenski Makronun "Olimpiya atəşkəsi"ni rədd edib: "Bu, düşmənin əlinə oynamaqdır"
18 May 2024 | 22:25
Qətlə yetirilən tələbənin cinayət işində müəmma daha da böyüyür - Ailəsi DANIŞDI / VİDEO
18 May 2024 | 22:48
“Akkuyu” AES-də ilk enerji blokunun işə başlayacağı tarix açıqlanıb
18 May 2024 | 22:41
Eduard Məmmədov 11-ci dəfə Dünya Kubokunu qazandı
18 May 2024 | 23:15
Bu teatrdan 1500 nəfər TƏXLİYƏ EDİLDİ - ŞOK SƏBƏB- VİDEO
18 May 2024 | 22:48
Afrikadan gələn maraqlı görüntü müzakirə mövzusuna çevrildi: Heyvanlar hərəkətsiz qaldı
18 May 2024 | 23:35
Meyiti tapılan qadın görün kimdir