“Lavrov rus soyadı daşısa da ermənidir...”
Müsahibə
Oxunub: 9408
26 Jun 2016 | 10:05
“Lavrov rus soyadı daşısa da ermənidir...”
Mən əslində "5+2" formatında münaqişənin həllinin tərəfdarı deyiləm, hesab edirəm ki, Kəlbəcər və Laçın da daxil olmaqla 7 rayon azad edilməlidir...
 

Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı Moderator.az - a müsahibə verib, onunla əməkdaşımızın söhbətini oxuculara təqdim edirik:

- Neçə gündür ki, Rusiya XİN mətbuat katibi Mariya Zaxarovanın həyasızcasına Azərbaycanı aşağılaması ölkə mediasının əsas mövzularındandır. Amma nədənsə rəsmi Bakı tərəfindən bu ermənipərəst qadının sərsəmləməsinə reaksiya bildirilmədi...

- Sankt-Peterburq görüşünün nəticələri haqqında Rusiya, Azərbaycan və Ermənistan XİN başçılarının dedikləri fikirlər demək olar ki, üst-üstə düşdü. Diqqət etdinizsə onların heç biri digərini hər hansı formada təkzib etmədi. Burdan çıxarılan nəticə ondan ibarətdir ki, deməli, ortalıqda münaqişənin həlli, işğal edilmiş torpaqların azad edilməsiylə bağlı Azərbaycanın konkret mövqeyi olub və bu mövqe də müzakirə nəticəsində ümumi rəy kimi qəbul olunub. Elmar Məmmədyarov Azərbaycan dövlətinin və ölkə prezidentinin fikirlərini ifadə edir. Əgər ortada ümumi razılaşma olmasaydı, onun mətbuata vermiş olduğu bəyanatda bu cür nikbin əhval-ruhiyyə ifadə olunmazdı. Eyni zamanda bu görüşün təşkilatçısı Rusiya idi və bu dövlət öz nüfuzu naminə eyni şəkildə Lavrov səviyyəsində bu cür bəyanatla çıxış etməzdi. Mən qətiyyən şübhə etmirəm ki, Ermənistan tərəfə də Rusiya kifayət qədər təzyiq göstərib ki, artıq işğala son qoymağın vaxtı çatıb. Aprel döyüşləri də birmənalı olaraq Ermənistanın əslində sülhə razılaşmaqdan başqa yolunun qalmadığını çılpaqlığı ilə ortaya qoydu. Bu baxımdan mən hər zaman özünün doğru və düzgün sözü ilə seçilən Novruz Məmmədovun fikirlərinin tamamilə həqiqəti əks etdirdiyi düşüncəsindəyəm. Digər mötəbər mənbələrdən əldə etdiyim məlumatlara görə əslində ortalıqda Novruz Məmmədovun dediyi məsələ tam mənada müzakirə olunub və ilkin prinsipial həllini tapıb. Sadəcə olaraq məncə Ermənistan tərəfi müəyyən zaman istəyib ki, bu şərtləri daxili auditoriya üçün hazırlasın, onu erməni xalqına həzm etdirsin. Sərkisyanın Qarabağa hərbi paltarda deyil, mülki geyimdə və ağ köynəkdə gəlməsi də bir mesaj idi. Ola bilsin bununla öz adamlarına başa salıb ki, Ermənistanın başqa çıxış yolu yoxdur, ona görə də sülhə razılaşmaq lazımdır. Nalbandyanın da Novruz Məmmədovu təkzib etməyi də məncə Ermənistandakı daxili auditoriyaya hesablanmış bir məsələdir. Yəni mümkün qədər Sərkisyan rejiminin laxlamasının qarşısını almağa hesablanmış bir davranışdır. Mariya Zaxarovanın bu bəyanatı isə heç cür başa düşülən deyil. Bu qadın bütün etik normaları pozaraq birbaşa ermənilərin yanında olduğunu ortalığa qoydu. Məncə sizin dediyiniz kimi mətbuat vasitəsi ilə rəsmi Bakının bu bəyanata hər hansı etirazına rast gəlməsək də diplomatik kanallarla Zaxarovanın bu hərəkətinin qəbuledilməzliyi barədə etiraz Moskvaya çatdırılıb. Əslində onun soyadı da ermənilərə yaxınlığını bildirir. Zaxar əsasən erməni adıdır və biz kifayət qədər Zaxaryan soyadlı ermənini qiyabi də olsa tanıyırıq, yəni eşitmişik, oxumuşuq. Ola bilsin ki, Mariya elə soyadını dəyişsə də ya ermənidir, ya da ermənipərəst. Hansıdırsa onun bu cür davranışı qəbuledilməzdir və düşünürəm ki, buna görə Zaxarova Novruz Məmmədovdan üzr istəməlidir. Novruz Məmmədov adətən danışıqlarla bağlı həmişə bədbin açıqlamalarıyla yadda qalıb, erməni tərəfinin hər vəchlə bu müzakirələri pozmağa çalışdığını qınayan mövqe sərgiləyib. Amma ilk dəfədir ki, Novruz Məmmədov Sankt-Peterburqda baş verənləri açıqlayıbsa, buna haqq qazandırıram və əslində bunu gizlətməyə də ehtiyac yoxdur. 

- Fəzail bəy, Novruz Məmmədovu ona görə qınayırlar ki, hətta Sankt-Peterburqda prezidentlər razılığa gəlmiş olsa belə onu bu şəkildə açıqlayaraq əslində kəmfürsətliyi ilə hər zaman bu danışıqları pozan erməni tərəfinə, hansı ki, Rusiya onları zorla, sanki yaxalarından darta-darta gətirdiikləri danışıqlardan imtina etməsi üçün vazkeçilməz bəhanə vermiş olub...

- 25 ildir ki, Azərbaycan sizin dediyiniz o qaydalara, konfidensiallığın maksimum qorunmasına riayət edib. Amma görünən odur ki, erməni həyasızlığı hər dəfə bu danışıqların nəticəsiz başa çatmasına, yaxud əldə edilən razılaşmaların sonradan pozulmasına rəvac verib. Azərbaycan məgər daha 25 ildəmi gözləməlidir? Ermənilərin nazı ilə nə qədər oynayacağıq? Artıq 4 günlük aprel döyüşləri ermənilərə yaxşı qulaqburması oldu və heç olmasa indi anlamalıdılar ki, bu dəfə də əldə edilmiş razılaşmalardan boyun qaçırsalar onları faciəli aqibət gözləyir. Mən düşünürəm ki, Novruz Məmmədov düz edib. Çünki o olanı deyib. Əgər ermənilər Novruz Məmmədovun bu açıqlamasından siz dediyiniz kimi imtina edəcəklərsə məsuliyyət onların üzərinə düşəcək. Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi altında işğal olunmuş torpaqlarımızı son qarışınadək azad edəcək, buna nə mənim zərrə qədər şübhəm var, nə də sizin və cəmiyyətimizin olsun. 

- Belə iddialar da var ki, Putinlə Lavrovun arasında Qarabağ razılaşması məsələsində ciddi fikir ayrılığı var və Lavrov Putinin planının həyata keçirilməsini bacardığı qədər əngəlləmək, heç olmasa müəyyən müddətə tormozlamaq istəyir. Buna görə də Zaxarovanın dilindən deyilən o həyasız ritorikanın əslində Lavrovun diktəsiylə ifadə olunduğu deyilir.

- Mən bunu istisna etmirəm, çünki Lavrov rus soyadı daşısa da ermənidir, onun damarlarından erməni qanı axır. Ona görə də Lavrov sona qədər çalışacaq ki, işğalın daha uzunmüddətli olmasına aparan sonugörünməyən danışıqlar prosesi olsun. Amma mənə elə gəlir ki, əgər həqiqətən də Putinin bu münaqişənin nizamlanması üçün iradəsi ortalıqdadırsa Lavrov bu iradənin qarşısında heç nə edə bilməz. 

- "5+2" formatının nələri özündə ehtiva etdiyini də bilməmiş deyilsiniz. Putin ona görə belə canfəşanlıq edir ki, sonda bölgəyə rus sülhməramlıları adı altında yenidən rus qoşunları gətirilsin. Şəxsən siz bu formatda sülh nizamlanmasını dəstəkləyirsinizmi?

- Mən bu cür nizamlanmanın tamamilə əleyhinəyəm və hesab edirəm ki, Azərbaycan cəmiyyəti də bu cür razılaşmanı həzm etməyəcək. Buna heç cür imkan vermək olmaz. Acı təcrübə ortadadır və Abxaziya, Cənubi Osetiya dərslərini də unutmaq olmaz. Rusiya hətta BMT tərəfindən belə bir sülhyaratma mandatı almışdı, hətta mənim özüm MDB parlament Assambaleyasının xətti ilə Abxaziyaya gedəndə onun şahidi də oldum ki, rus əsgərlərinin-zabitlərinin bu bölgədə sülhməramlı adı altında nələr edirlər. Sonradan da gördünüz ki, Saakaşvili oradakı rus kontingentinin törətdiyi çoxsaylı cinayətlərə son vermək üçün hərəkətə keçəndə rəsmi Moskva hansı aressiyaya yol verdi. Rusiyanın tankları gəlib Tiflisin 5 addımlığınadək çıxdı. Biz bunu heç vaxt unutmamalıyıq və cəmiyyət olaraq, dövlət olaraq bu halın bizdə də yaşanmasına imkan verməli deyilik. Digər tərəfdən ATƏT-in Budapeşt sammiti var və bu məsələ orada müzakirə olunanda ulu öndərimiz Heydər Əliyev buna getmədi və nəticədə çoxmillətli sülhməramlı kontingentin bölgədə yerləşməsi barədə razılaşmaya nail olundu. Yəni heç bir halda münaqişə bölgəsinə yerləşdiriləcək hərbi kontingentin tərkibində hansısa dövlət üstünlük əldə etməməlidir. Ona görə də hətta Rusiya belə bir niyyətdə olmuş olsa belə düşünürəm ki, Azərbaycanın əlində beynəlxalq hüquqi gücə malik sənəd var və rəsmi Bakı bundan çıxış edərək belə bir məkrli planın reallaşmasına imkan verməz.  

- Amma Azərbaycanın da artıq razılğını verdiyi "5+2" formatında məhz bu təhlükə realdır...

- Mən əslində "5+2" formatında münaqişənin həllinin tərəfdarı deyiləm. Mən hesab edirəm ki, Kəlbəcər və Laçın da daxil olmaqla 7 rayon azad edilməlidir, ermənilərə dəhliz verilməsi məsələsi də həllini tapmalıdır. Əslində həmin dəhlizin verilməsinə də faciə kimi baxılmamalıdır və nəzərə alınmalıdır ki, bu zaman həmin dəhlizdən təkcə ermənilər deyil, həm də azərbaycanlılar istifadə etməklə Naxçıvanın blokadasının aradan qaldırılması mümkün olacaq. Yəni həmin dəhliz təkcə ermənilər üçün deyil, həm də azərbaycanlılar üçün olacaq. 

- Onlar icazə verəcəkmi azərbaycanlılar da sərbəst şəkildə həmin dəhlizdən keçib sonradan da Ermənistandan Naxçıvana keçə bilsinlər?

- Ola bilməz ki, o dəhliz yalnız ermənilər üçün olsun. Çalışılmalıdır ki, həmin dəhliz sırf humanitar mahiyyət daşısın və hərbiləşdirmiş niyyətlərə deyil, insanların rifahına xidmət edən bir yol olsun. Dağlıq Qarabağda yaşayan azərbaycanlılar da öz doğma yurdlarına qayıtdıqdan sonra ermənilərlə əvvəllər mövcud olan bütün kommunikasiyalar da açılır, ermənilər də artıq həm Azərbaycan, həm Türkiyə tərəfdən blokadadan çıxırlar, nəticədə ermənilər də adam kimi yaşamağa başlayırlar. Bundan sonra Dağlıq Qarabağda yaşayan erməni əslli Azərbaycan vətəndaşları da Azərbaycanın imkanlarından istifadə edə bilərlər və mən bunun mümkünlüyünə də inanıram. Onsuz da rəhmətlik ulu öndərimiz də demişkən, Azərbaycanda indinin özündə 40 min erməni gəlini yaşayır. Qoy lap 30 min də üstünə gəlsin, nə faciə var ki, bunda? Amma ermənilər Azərbaycan qanunlarına əməl etməlidirlər, yalnız bu halda onlara Azərbaycan torpqlarında yaşamağa icazə verilə bilər. 

- Fəzail bəy, seçicilərinizdən bank borcuna görə həbs olunan yoxdur ki?

Ardı var...
Oxşar xəbərlər
13:03, Bu gün
"Bayden Qəzzada müharibəni yalnız uzadır və HƏMAS-ı ümidləndirir" - Donald Tramp
12:58, Bu gün
Şimşək çaxacaq, dolu düşəcək, qar yağacaq - SABAHIN HAVASI
12:54, Bu gün
Taksilərdə minimal gediş haqqı 4.50 olacaq? - İyunun 1-dən...
12:51, Bu gün
Razi Əliyeva işində son şahidlər dindirildi
12:47, Bu gün
Bəzi bölgələrinə qar yağıb - FAKTİKİ HAVA 
12:43, Bu gün
Bakıda 15 yaşlı qızdan dəhşətli əməl - VİDEO
12:39, Bu gün
Azərbaycan XİN: “Fransa tərəfi üzr istəməlidir”
12:35, Bu gün
Şuşa-Laçın yolunda gözoxşayan təbiət mənzərələri - FOTO
12:30, Bu gün
Azərbaycandan olan 19 kursant Türkiyədə səkkiz aylıq kursu tamamlayıb - FOTO
12:25, Bu gün
İran zindanlarında məhbuslara böcəklərlə işgəncə verilir - FOTO
12:20, Bu gün
Qala qəsəbəsində gənc oğlan həmyerlisini bıçaqladı
12:16, Bu gün
Bakının mərkəzində qəribə yol qəzası - VİDEO
12:12, Bu gün
FHN Tovuzda maye qazdoldurma məntəqələrinin istismarını dayandırdı - FOTO/VİDEO
12:08, Bu gün
Azərbaycanda şirkət BÖYÜK MƏBLƏĞDƏ cərimələndi
12:04, Bu gün
“Real Madrid”in qələbəsi “Qarabağ”ın xeyrinə ola bilər
12:02, Bu gün
Azərbaycanda polis qəzada vəfat etdi - FOTO
11:58, Bu gün
ABŞ-nin 14 güləş mütəxəssisi Azərbaycanda səfərdədir - FOTO
11:54, Bu gün
Əli Əsədov Efiopiya baş nazirinin müavini ilə görüşdü
11:51, Bu gün
Şəkər xəstələrinin dərman təminatı niyə GECİKDİRİLİR? - Rəsmi AÇIQLAMA
11:48, Bu gün
“Prius”lar üçün son bir ay
11:44, Bu gün
Azərbaycan və Belarus prezidentləri Füzulinin Baş planı ilə tanış oldular
11:42, Bu gün
Azərbaycanda OLAY: pornoqrafik materialları yayan 5 nəfər...
11:40, Bu gün
Lerik polisi çətin relyef şəraitində əməliyyat keçirdi: Narkokuryerlər saxlandılar
11:38, Bu gün
“Yazırlar ki, əməliyyatdan sonra Maykl Ceksona oxşayırsan” – VİDEO
11:35, Bu gün
Ukrayna tərəfdə döyüşən rus taborları nələrsə planlaşdırırmı?- Azərbaycanlı hərbi ekspert
11:33, Bu gün
Sabah “Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanı keçiriləcək
11:29, Bu gün
Qarabağ Universitetinə əcnəbi tələbə qəbul ediləcək? - RƏSMİ AÇIQLAMA
11:25, Bu gün
Aleksandr Lukaşenko Füzuliyə getdi
11:22, Bu gün
Bakıda sakinlər kafelərdən narazıdırlar: “Söyür, qapılarımızdan tualet kimi istifadə edirlər” - VİDEO
11:19, Bu gün
Hibrid avtomobillərə ödənişli yolda hərəkət etməyə qadağa qoyulub? - RƏSMİ AÇIQLAMA/VİDEO
11:15, Bu gün
Siyasi partiyalarla dövlət orqanlarının əməkdaşlığının inkişaf etdirilməsi məsələləri müzakirə olunub
11:13, Bu gün
“Evi süpürməyə süpürgəm olmasa...” – VİDEO
11:11, Bu gün
Sənədsiz evlərlə bağlı ŞAD XƏBƏR - Bu tarixədək... - VİDEO
11:05, Bu gün
Əbdül Xalidə xanım fanatı tərəfindən “Porsche” bağışlandı - VİDEO
10:59, Bu gün
Bu şəxslərə birdəfəlik müavinət verilib
10:51, Bu gün
Xərçəngdən qoruyur, həzmi rahatladır, arıqladır... – ALÇANIN BİLMƏDİYİNİZ FAYDALARI
10:44, Bu gün
Bu rayonlarda insan alveri qurbanlarının sayı daha çoxdur -Gəncə, Sumqayıt... 
10:39, Bu gün
Tavuşun bu hissəsində nə qədər ərazi Azərbaycana verilir? - Ermənilər açıqladı
10:37, Bu gün
Qərbi Azərbaycana qayıdış Daşkənddə müzakirə olunacaq – Türk Dünyası Sammiti başlayır
10:33, Bu gün
Tofiq Yaqublunun cinayət işi üzrə istintaq yekunlaşdı
10:28, Bu gün
Uşaqlarını diləndirən 345 valideyn cəzalandırıldı
10:23, Bu gün
Azərbaycan vətəndaşlarının istismara məruz qaldığı ölkələr açıqlandı - SİYAHI
10:18, Bu gün
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikib?- ŞOK SƏBƏB
10:13, Bu gün
İrandakı səfirliyimizdə DƏYİŞİKLİK
10:10, Bu gün
Kəlbəcərin gözoxşayan təbiəti – Yeni video
10:04, Bu gün
Dünya üçün BÖYÜK TƏHLÜKƏ yaxınlaşır - XƏBƏRDARLIQ EDİLDİ
10:00, Bu gün
Qərb Universitetində “M.Ə.Rəsulzadə-140” tədbiri - Nəsiman Yaqublu ilə görüş - FOTO
09:59, Bu gün
Avro və lirə ucuzlaşdı - Məzənnə
09:51, Bu gün
Rusiyadan Ukraynaya şok İTTİHAM- Xarkovda korrupsiya qalmaqalı
09:46, Bu gün
Abşeronda avtobus QƏZASI- xəsarət alan var 
09:41, Bu gün
İranı sel vurub-Yollar iflic, parklar bağlı
09:35, Bu gün
Azərbaycanlı aktrisanın fotoları “Times Square” meydanında: "Bu da Məlahət Türkiyəyə gedib nə iş gördü deyənlərə gəlsin..." 
09:29, Bu gün
Stomatoloq idi: Hazırda 10 dəqiqəyə 1000 dollar qazanır - FOTO
09:22, Bu gün
Şoyqunu Putinlə Cinpinin görüşünə buraxmadılar - Qapıda gözləməli oldu
09:10, Bu gün
Bakıda bu binalar söküləcək, yerində isə... - FOTO
09:03, Bu gün
Mətanət İsgəndərli: “Qardaşımın ayağı bu gün amputasiya olunmalı idi, ürəyi partladı keçindi”-ÖZƏL
08:56, Bu gün
Albaniya Azərbaycanda səfirlik açacaq - Belinda Balluku
08:44, Bu gün
12 il gizlədilən HƏQİQƏT: yadplanetlilər siyasətçiyə nə ediblər? - ETİRAF ETDİ
08:36, Bu gün
Zelenski Tehranı düşmən hesab edir -Mudabber
08:29, Bu gün
SON DƏQİQƏ -  Ermənistan Təhlükəsizlik Şurasının katibi: "4 obyekt Azərbaycana keçir"
08:17, Bu gün
Si Cinpin Putinə deyib ki, Çin “Ukrayna böhranı” ilə bağlı sülh konfransını dəstəkləyir...
08:13, Bu gün
Hikmət Hacıyev ABŞ-də dövlət rəsmiləri ilə COP29-u və regional məsələləri müzakirə edib - YENİLƏNİB
08:00, Bu gün
Səhərlər mütləq bunları yeyin- İNANILMAZ FAYDALARI
07:44, Bu gün
Zaqatalada 6 otaqlı ev yanıb KÜL OLDU
07:35, Bu gün
Qriqoryan bu kəndin 25 hektar torpağının Ermənistan ərazisində qaldığını təsdiqlədi...
07:35, Bu gün
Dünyanın ən çox maaş alan idmançıları – SİYAHI
07:08, Bu gün
Şəkəri nə azaldır? - Qan şəkərini tənzimləyən 15 qida
06:33, Bu gün
Zelenski Xarkova getdi və şəhəri işğaldan qorumağın yolunu açıqladı... -FOTO
00:21, Bu gün
Uşaqlarınızı bu oyuncaqlardan uzaq tutun
00:19, Bu gün
Yeni Kaledoniya xalqının azadlıq mübarizəsi Makronun ambisiyalarına qarşı
16 May 2024 | 23:38
Zelenski: “Rusiyanı ədalətli sülhə məcbur etməliyik”
16 May 2024 | 23:36
Putin ərəblərə Fələstin probleminin ədalətli həllini vəd edib
16 May 2024 | 23:34
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
16 May 2024 | 23:01
Sahibə Qafarova Simonyanla təkbətək söhbətləşdi
16 May 2024 | 22:58
“Qarabağ”dan bazar dəyəri bir milyon avro olan qapıçısına YENİ TƏKLİF
16 May 2024 | 22:38
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
16 May 2024 | 22:33
"Kiyev Lavrovun fikirlərini məsxərəyə qoyub və burada gizlin məna tapıb..."
16 May 2024 | 22:33
Fransa XXI əsrin Yeni Kaledoniyası ilə XIX əsrin Əlcəzairi kimi davranır
16 May 2024 | 22:22
Polşanın sifariş verdiyi “Bayraktar”ların hamısı çatdırılıb
16 May 2024 | 22:21
“Hizbullah” İsrailə rekord sayda raket atdı
16 May 2024 | 22:19
İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB + FOTO
16 May 2024 | 21:48
"Xarici nüfuzun şəffaflığı haqqında" qanun Avropa İttifaqının əsas norma və dəyərlərinə ziddir..."
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
16 May 2024 | 21:16
“Haber Global”: “Yeni Kaledoniyada fövqəladə vəziyyət - Makron aranı qarışdırdı” + VİDEO
16 May 2024 | 21:04
Ərdoğan: “Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir”
16 May 2024 | 20:53
Perunun daxili işlər naziri istefa verib
16 May 2024 | 20:36
Prezident: “Belarus şirkətlərini azad olunmuş ərazilərin bərpası prosesinə fəal qoşulmağa dəvət edirik”
16 May 2024 | 20:35
Urmiya gölünün rəngi dəyişməyə başlayıb
16 May 2024 | 20:34
Ərdoğan İrakli Kobaxidze ilə görüşüb - FOTO
16 May 2024 | 20:32
Aleksandr Lukaşenko: Qafqazda Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur
16 May 2024 | 20:31
Azərbaycan Prezidenti: Belarusun çox yaxşı şəhərsalma təcrübəsi var
16 May 2024 | 20:28
Aleksandr Lukaşenko: Belarusun və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var
16 May 2024 | 20:27
İlham Əliyev və Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB + FOTOLAR
16 May 2024 | 19:49
Slovakiya baş nazirinə sui-qəsd əvvəldən planlaşdırılıb: Atəş açan şəxs radikal qruplaşma üzvü olub?
16 May 2024 | 19:08
“Mançester Yunayted” azarkeşləri braziliyalı futbolçunu ələ salıblar - FOTO
16 May 2024 | 18:25
Bakıda axtarışda olan qadın saxlanıldı
16 May 2024 | 18:18
Prezident Heydər Əliyev Fondunun əməkdaşlarını TƏLTİF ETDİ
16 May 2024 | 18:11
Bəhreyndə Ərəb Ölkələri Liqasının sammiti öz işinə başlayıb
16 May 2024 | 18:05
Artur Ağacanov: “Erməni müxalifəti də sərhəd dirəklərini quraşdırmağa məcbur olacaq” - MÜSAHİBƏ
16 May 2024 | 18:00
Azərbaycan və Küveyt vəkilləri birgə əməkdaşlıq edəcək - FOTO
GÜNLÜK
16 May 2024 | 16:27
Vətəndaşlara XƏBƏRDARLIQ - Bunu etsəniz, kartınızdakı pullar OĞURLANACAQ!
16 May 2024 | 14:31
Aynur Sabitova: “Vəzifəmdən öz arzumla ayrılmışam”
16 May 2024 | 14:07
Gül yığan oğlan sevgilisindən ayrıldı, dostu isə bunu fürsət bilib... – Gəncədə qanlı cinayət
16 May 2024 | 13:15
Mayın 26-da II və III qruplar üzrə qəbul imtahanları keçiriləcək
16 May 2024 | 15:15
Prezidentlərin geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
16 May 2024 | 13:25
Bu gün mərhum Xalq artisti Arif Quliyevin doğum günüdür
16 May 2024 | 15:01
"Putin Ukraynada müharibəni davam edə biləcəyini düşünür, amma kökündən yanılır" - ISW
16 May 2024 | 14:40
İlham Əliyev və Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış etdi - YENİLƏNİB
16 May 2024 | 14:49
"Tramp bu yaxınlarda çox maraqlı bir siyasi gediş etdi, lakin...”
16 May 2024 | 13:45
"Oğlum rəqqasə ilə evlənsə..." - VİDEO
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
11 May 2024 | 11:10
“Müşahidələrimizə görə Azərbaycanda 8 bəbir var”-Kameralara düşən MARAQLI-FOTO+ÖZƏL
10 May 2024 | 19:12
Saleh Məmmədovun rəis təyin etdiyi şəxsə “stop” qoyulur – 5 milyonluq borcu var...
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
11 May 2024 | 16:07
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11 May 2024 | 20:25
Prezident İlham Əliyevin illər öncə etdiyini ABŞ indi edir: “Bu, vacib imiş!”
11 May 2024 | 20:25
Bakıda yeni salınmış məhlədə ağaclar məhv olur? - FOTO
AYLIQ
16 May 2024 | 16:27
Vətəndaşlara XƏBƏRDARLIQ - Bunu etsəniz, kartınızdakı pullar OĞURLANACAQ!
16 May 2024 | 14:31
Aynur Sabitova: “Vəzifəmdən öz arzumla ayrılmışam”
16 May 2024 | 14:07
Gül yığan oğlan sevgilisindən ayrıldı, dostu isə bunu fürsət bilib... – Gəncədə qanlı cinayət
16 May 2024 | 13:15
Mayın 26-da II və III qruplar üzrə qəbul imtahanları keçiriləcək
16 May 2024 | 15:15
Prezidentlərin geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
16 May 2024 | 13:25
Bu gün mərhum Xalq artisti Arif Quliyevin doğum günüdür
16 May 2024 | 15:01
"Putin Ukraynada müharibəni davam edə biləcəyini düşünür, amma kökündən yanılır" - ISW
16 May 2024 | 14:40
İlham Əliyev və Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış etdi - YENİLƏNİB
16 May 2024 | 14:49
"Tramp bu yaxınlarda çox maraqlı bir siyasi gediş etdi, lakin...”
16 May 2024 | 13:45
"Oğlum rəqqasə ilə evlənsə..." - VİDEO