Yeriyən milyonlar və ya neft bumundan turizm bumuna doğru...
Oxunub: 1979
17 Jun 2016 | 09:59
Yeriyən milyonlar və ya neft bumundan turizm bumuna doğru...

Azərbaycanda turizmin inkişafı ilə bağlı həyata keçirilən ən mühüm addımlardan biri bu sahədə özəl sektorun payının genişləndirilməsi, sahibkarların turizm sektoruna daha çox vəsait qoymasını təmin edən zəminin formalaşdırılmasıdır. Məhz bu addımlar sayəsində qısa müddətdə ölkənin müxtəlif bölgələrində müasir starndartlara cavab verən çoxlu sayda otel və mehmanxana inşa edilmiş, yay və qış istirahət mərəzləri açılmış, dağ turizminin inkişafı istiqamətində əsaslı addımlar atılmışdır. Bu gün ölkəmizdə 32 min yataq yeri olan 516 otelin mövcudluğu, rayonlara təşkil edilən səyahət turlarının ötən illərlə müqayisədə ciddi şəkildə artması, müasir dünya təcrübəsinin öyrənilməsi və onun bəzi elementlərinin tətbiqi bu tərəqqinin isbatıdır. Cari il üçün dövlət büdcəsində bədən tərbiyəsi, gənclər siyasəti və turizm sektorunun inkişaf etdirilməsi üçün 444.9 milyon manat vəsaitin ayrılması da hökumətin turizm iqtisadiyyatının inkişafında maraqlı olduğunu göstərir.

 

Azərbaycan Turizm Universiteti və ya turizm iqtisadiyyatına elmi baxış...

Azərbaycanda turizmin inkişaf etdirilməsi, ona elmi, fundamental baxışın formalaşdırılması istiqamətində həyatata keçirilən tədbirlərdən biri, heç şübhəsiz Azərbaycan Turizm Universitetinin yaradılması oldu. Prezident İlham Əliyevin 25 avqust 2005-ci ildə, 972 saylı sərəncama əsasında Nazirlər Kabinetinin 13 fevral 200-cı il tarixli 45 saylı qərarı ilə təsis olundu ki, bu da turzim iqtisadiyyaına elmi baxışın formalaşmasına, bu sahədə ixtisaslı, ali təhsilli kadrların hazırlanmasına təkan verdi. Başqa sözlə desək, Azərbaycan Turizm Universitetinin yaradılması turizmə dünya elmi və iqtisadiyyatının gözü ilə baxmağa, onun problemlərini araşdırmağa, bu problemlərin həlli yollarını tapmağa, turizmin inkişafındakı beynəlxalq təcrübənin öyrənilməsinə imkan yaratdı. Bu təşəbbüs imkan verdi ki, turizm ölkə iqtisadiyyatının əsas sahələrindən biri kimi sistemli şəkildə inkişaf etdirilsin və tərəqqi baxımından daha geniş perspektivlər açılsın.

 

İqtisadiyyatdan kənar iqtisadiyyat

 

Məlum olduğu kimi, turizm dünyanın bir çox ölkələrində iqtisadiyyatın əsas sahələrindən biri kimi müstəsna rola və çəkiyə malikdir. Məsələn, İspaniya və İtaliyaya hər il 50 milyondan çox turist gəlir ki, bu da həmin ölkələrə milyardlarla manat vəsait qazandırır. Lakin bəzi ölkələr də var ki, bu dövlətlər turist axınınından kifayət qədər vəsait əldə etsələr də, həmin dövlətlərdə turizm sektoru iqtisadiyyatın əsas deyil, köməkçi sahəsi kimi qəbul edilir. Buna səbəb turizm sektorunun turist gəlişindən asılı olması, dünyada baş verən iqtisadi böhran, təhlükəsizliklə bağlı yaranan problemlər və s. amillər səbəbi ilə ölkəyə gələn turist sayının stabil qalmaması, sürətlə dəyişməsidir. Bu səbəbdən də turizm iqtisadiyyatından kifayət qədər vəsait qazanan Türkiyə kimi dövlətlərdə büdcə hesablamaları zamanı turizm sektorundan əldə ediləcək vəsaitlər köməkçi vəsaitlər kimi nəzərə alınır və büdcəyə daxil olacaq əsas vəsaitlər sırasına daxil daxil edilmir. Bu isə büdcə risklərini azaldır, onu turzm iqtisadiyyatına xas kataklizmlərdən qoruyur. Turzimi bu baxımdan iqtisadiyyatdan kənar iqtisadiyyat da adlandırmaq mümkündür. 

Bu baxımdan Azərbaycanda turizm iqtisadiyyatına ölkə iqtisdiyyatının köməkçi sahəsi kimi baxılmasına, iqtisadi təhlil və proqnozların bu rakursdan dəyərləndirilməsinə ehtiyac var.

Məlumat üçün qeyd edək ki, hər il Azərbaycana təxminən 2,4-2,5 milyon turist gəlir. Bütövlükdə isə turizm sektoru ölkə iqtisadiyyatındakı payı təxminən 5%-dir ki, turizmin inkişaf etdirilməsi ilə bu rəqəmin dəfərlərlə artırılması, ölkəmizin “yeriyən milyonlar”a öz qapısını daha geniş açması mümkündür.

 

Neft bumundan turzim bumuna doğru...

 

Azərbaycanda turizm iqtisadiyyatının inkişafını zəruri edən başlıca amillərdən biri də dünya bazarında neftin qiymətinin kəskin surətdə aşağı düşməsidir. Hansı ki, bu tendensiya dövlət büdcəsinə daxil olan vəsaitin ciddi şəkildə azalmasına, iqtisadi durumun gərginləşməsinə səbəb olub. Belə bir vəziyyətdə turizmin qeyri-neft sektorunun bir elementi olaraq inkişafı bir zərurət olaraq meydana çıxıb. Bu sahənin inkişafı neft bumunun bəlli müddətdən sonra turizm bumu ilə əvəzlənməsini təmin edən bir addım olar bilər. Şahdağ Qış-Yay Turizm Kompleksi, Park Qusar və s. kimi müasir turizm məkanlarının açılışı yaxşı bir nümunə kimi təqdirəlayiqdir.

Millət vəkili Elman Məmmədov da bu sektorun inkişafının böyük əhəmiyyət kəsb etdiyi qənaətindədir: “Təbii ki, iqtisadiyyatın bütün sahələrinin, eləcə də turzim sektorunun inkişafı ölkə başçısının iqtisdi inkişaf kursunun əsas istiqamətlərindən biridir və bu yöndə ciddi işlər görülüb. Bu sahədə görülən işlərin davam etdirilməsi ilə büdcə gəlirlərini əhəmiyyətli şəkildə artırmaq mümkündür ki, bu da azalan neft pullarını əsaslı şəkildə kompensasiya edə bilər. Azərbaycanın həm təbii şəraiti, həm tarixi abidələri, həm insanlarının qonaqpərvərliyi turizm iqtisadiyyatının genişləndirilməsi üçün müstəsna perspektivlər açır. Bu pesrpektivlərin lazımınca qiymətləndirilməsi iqtisadiyyatımızın daha da güclənməsini, əhalinin sosial rufahının yüksəlməsini təmin edə bilər. Odur ki, turizmin inkişafı ölkəmiz üçün olduqca vacib və  əhəmiyyətlidir”.

 

Turizmin inkişafı yolundakı başlıca əngəl ”“ yüksək qiymətlər və itirilən milyardlar”¦

 

Azərbaycanda turizmin inkişafında ən başlca problemlərdən biri bu sahədə müştərilərə təklif edilən xidmətlərin qiymətinin hədsiz baha olmasıdır. Ölkəmiz üçün hər zaman aktual olan bu problem yeni turizm mərkəzlərinin yaradılmasına, rəqabətlilik mühitinin xeyli artırılmasına baxmayaraq, hələ də başlıca problemlərdən biri olaraq qalmaqdadır. Hansı ki, bu problem sadəcə vətəndaşlarımızın istirahət imkanlarını məhdudlaşırmır, həm də milyonlarla manat vəsaitin xaricə istirahətə gedəna zərbaycanlılarla birlikdə ölkədən çıxmasına səbəb olur. Bu rəqəmin hansı həddə olduğunu təsəvvür etmək üçün Azərbaycandan xaricə gedən insanlarımızın sayına nəzər yetirmək kifayətdir.

Belə ki, 2014-cü ildə xaricə istirahətə gedən Azərbaycan vətəndaşlarının sayı 4 milyon 282 nəfər olub. 2015-ci ildə isə 3 milyon 700 min insan istirahət üçün xaricə üz tutub. Bu səfərlər nəticəsində ölkəmiz hər il 1-1,5 milyard dollar qədər vəsait itirib. Halbuki, yerli turizmin lazımi inkişafı fonunda bu pulların böyük əksəriyyətinin ölkədən çıxmasını əngəlləmək olardı.

 

Ölkə turizminin daha bir problemi ”“ aşağı xidmət səviyyəsi və “intellekt qıtlığı”

 

Ölkə turizminin digər bir “yaralı yeri” isə heç şübhəsiz ki, xidmətlərin aşağı səviyyədə olması, istirahətə gələn yerli və əcnəbi vətəndaşlara professional xidmətin göstərilməməsi, xidmət səviyyəsinin aşağı olmasıdır. Hansı ki, qiymət artımı fonunda xidmətin arzuedilən səviyyədə olmaması insanları daha çox narazı salır. Xidmət səviyyəsinin aşağı olması bir çox ekspertlər tərəfindən rəqabət mühitinin aşağı səviyyədə olması ilə izah edilsə də, əslində bu, problemin sadəcə bir tərəfidir.

Ölkəmizin turizm məkanlarında yerli və əcnəbi qonaqlara göstərilən xidmətin aşağı olamsının ilk və başlıca səbəbi bu sahədə yetərincə yüksək intellektə, davranış və ünsiyyət mədəniyyətinə malik olan şəxslərin az olmasıdır. Bu isə gələn turistin hansı oteldə qalacağından, ona hansı xidmətlərin təklif ediləcəyindən heç də az əhəmiyyət kəsb edən bir məsələ deyil. Lakin təəssüflər olsun ki, Azərbaycandakı bir çox turizm mərkəzlərində işçi personalının seçimində bu mühüm və başlıca cəhətlərə heç bir əhəmiyyət verilmir. Turizm mərkəzlərinin rəhbərləri daha çox ucuz işçi qüvvəsinə nail olmağa çalışdıqları üçün bir çox hallarda kimi gəldi işə qəbul edir, onun xidmət sektoru üçün önəmli olan keyfiyyətlərinə diqqət yetirmir. Nəticədə, bəzən beş ulduzlu oteldə xidmət səviyyəsi hansısa çayxana səviyyəsindən uzağa getmir.

 

Tarixi abidələr qızılı dəvətnamə rolunda...

 

İstənilən ölkəyə turist axınını şərtləndirən amillərdən biri bu ölkədəki antik abidələr, qədim maddi-mədəniyyət nümunələridir. Hansı ki, Azərbaycan ərazisində bu cür tarixi abidələrin, maddi-mədəniyyət nümunələrinin sayı kifayət qədərdir. Sadəcə olaraq, bu tarixi abidələrin qorunması, onların bərpası, həmin abidələrin dünya miqyasında təbliği, bu abidələrə turist axınının təmini, onun tarixi əhəmiyyətinin anladılması ilə bağlı müəyyən problemlər mövcuddur ki, bu problemlərin həlli tarixi abidələrin turistlər üçün qızılı dəvətnamə rolunda çıxış etməsinə səbəb ola bilər. Qarabağ istisna olunmaqla Azərbaycan ərazisində turistləri cəlb edən nəhəng meşə massivlərinin olmadığını nəzərə alsaq, tarixi abidələrin turist axını üçün ikiqat əhəmiyyət kəsb etdiyi bəlli olar.

Bu baxımdan Azərbaycanın bir çox bölgələrində, eləcə də Bakıda bəzi tarixi abidələrin sökülməsi ciddi narahatlıq yaradır. AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi, tarixçi-pedaqoq Dilavər Əzimli tarixi abidələrin xalqın milli kimliyi rolunda çıxış etdiyini vurğulayaraq bu abidələrin qorunmasının əhəmiyyətini qeyd edir: “Tarixi abidələr xalqın pasportudur. Onu məhv etmək xalqı məhv etmək deməkdir. Bir xalqı məhv etmək üçün onun yaddaşını məhv etmək lazımdır. Yaddaşı da tarixi abidələr yaradır”.

 

Qarabağ ”“ itirilmiş cənnət

 

Azərbaycanda turizmin inkişaf etdirilməsi üçün kifayət qədər əlverişli bölgələr var ki, hazırda erməni işğalı altında olan Qarabağın bu baxımdan müstəsna əhəmiyyət kəsb etdiyi birmənalıdır. Qarabağı dünya turizmi baxımından əhəmiyyətli edən başlıca cəhət burada tarix və təbiət harmoniyasının mövcudluğu, təbiət gözəlliklərinin tarixi əsrarəngizliyi tamamlamasıdır. Şuşa və Kəlbəcərin çay və şəlalələrlə zəngin nəhəng meşə massivləri, qədim mağara və tarixi abidələrin mövcud olduğu dağ massivləri turistlərin bu regiona axınını şərtləndirən mühüm amillərdəndir. Isti bulaq və qeyzerlərin, təbii-müalicəvi suların bolluğu da turistlərin bu bölgəyə gəlişini sitimullaşdıran faktorlardan hesab olunmalıdır.

Azərbaycan və Ermənistan arasında müharibə şəraitinin davam etməsinə, təhlükəsizliklə bağlı ciddi problemlərin olmasına baxmayaraq, qondarma Dağlıq Qarabağ Respublikasının təşəbbüsü ilə Qarabağa dünyanın bir çox dövlətindən turistlərin gəlməsi hətta savaş şəraitində belə tarix və təbiətin sintezinin turislət üçün vazkeçilməsi mümkünsüz olan bir cazibə olduğunu göstərir. Bütün bu amillər nəzərə alaraq əlaqədar qurumlar indidən Qarabağda turizmin inkişaf etdirilməsi ilə bağlı plan və proqram tərtib etməli, sözügedən proqram Qarabağın işğaldan azad edilməsindən mümkün qədər qısa müddət sonra icra edilməlidir. Qarabağda müalicəvi bulaq və termal sulardan effektiv istifadə baxımından bölgədə müalicə xarakterli istirahət mərkəzi və sanatoriyaların təşkili də həyata keçirilməsi gərəkən zəruri adımlardan biridir.

 

Seymur Əliyev


Məqalə “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Mətbuat Şurasının “Azərbaycan turizmi: mövcud vəziyyət və perspektiv imkanların dəyərləndirilməsi zərurəti” mövzusunda  keçirdiyi müsabiqəyə təqdim olunur.

 

Oxşar xəbərlər
21:57, Bu gün
Aİ İran üçün "Copernicus" peyk görüntü xidmətini aktivləşdirib
21:56, Bu gün
Ayətullah Xamenei İbrahim Rəisinin helikopterinin qəzaya uğramasından sonra açıqlama verib
21:47, Bu gün
Qəzaya düşən helikopterdə Rəisi ilə birgə kimlər olub?
21:34, Bu gün
İranda baş verən helikopter qəzası ilə bağlı baş verənləri üzüntü ilə izləyirik - Türkiyə XİN
21:21, Bu gün
"Mançester Siti" çempion oldu, "Arsenal"ın 20 illik həsrətinə son qoyulmadı
21:13, Bu gün
Muradın çayda boğulmasının TƏFƏRRÜATI: Batdığını görənlər qorxularından ailəsinə xəbər etməyibmiş - VİDEO
20:54, Bu gün
Niger: ABŞ hərbçilərinin ölkədən çıxarılması proseduru razılaşdırılıb
20:50, Bu gün
Rəisi bu gün İrəvana gedəcəkmiş, son anda…
20:48, Bu gün
Göyçayda qəza: Xəsarət alanlar var
20:39, Bu gün
HƏMAS-ın daha bir komandiri öldürüldü
20:24, Bu gün
"Nüvə savaşında 72 saata 5 milyard insan həlak olacaq, yalnız iki ölkə salamat çıxacaq" - "Daily Star"
20:12, Bu gün
İran vitse-prezidenti hadisə yerinə yollandı
20:08, Bu gün
Azərbaycan İrana dost və qardaş xalq kimi bütün lazımi dəstəyi verməyə hazırdır - XİN
20:01, Bu gün
Avropa İttifaqı Rəisinin qəzaya düşməsi ilə bağlı MƏLUMAT YAYDI
19:58, Bu gün
İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib
19:56, Bu gün
İbrahim Rəisinin helikopterinin qəzaya düşməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
19:26, Bu gün
Rəisi və Abdullahian təhlükədədir - İranlı rəsmi
19:20, Bu gün
Ayətullah Xamenei İran Təhlükəsizlik Şurasının təcili iclasını keçirir
19:19, Bu gün
Sabahın havası meteohəssas insanlara necə təsir edəcək?
19:10, Bu gün
Yevlaxda ər arvadını öldürüb, sonra özünü bıçaqlayıb
19:08, Bu gün
Qəzaya uğrayan helikopterin axtarışları davam edir - VİDEO
19:04, Bu gün
"Ukraynadan qalan yalnız Lvov olacaq" - Xodorkovski
18:56, Bu gün
"Hər hansı bir ölkəni çökdürmək üçün çip alımını dayandırmaq yetərlidir"
18:55, Bu gün
İbrahim Rəisi sağdırmı? – İrandan şok qərarlar...
18:42, Bu gün
"Mehr" agentliyi İran Prezidentinin xəsarət almadığı ilə bağlı məlumatı silib - YENİLƏNİB
18:33, Bu gün
Qəzzada 35,5 min insanın həyatını itirdiyini bildirib
18:30, Bu gün
2023-cü ildə 30 500 şəkərli diabet xəstəsi qeydə alınıb
18:05, Bu gün
Rəisinin helikopterinin qəzadan öncəki görüntüləri - VİDEO
18:05, Bu gün
Britaniyanın müdafiə naziri Rusiya ilə mümkün müharibədən danışdı
17:43, Bu gün
Nazirlik: VI siniflərdə keçirilən monitorinq uğurla başa çatdırılıb
17:40, Bu gün
İran Prezidenti helikopterin sərt enişi nəticəsində xəsarət almayıb - KİV
17:39, Bu gün
Yağıntılı hava ilə bağlı magistral yollarda görmə məsafəsi məhdudlaşacaq
17:38, Bu gün
Slovakiyanın güllələnmiş baş nazirinin vəziyyəti necədir?
17:32, Bu gün
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – Təfərrüat
17:25, Bu gün
Latviya Parlamentinin sədri: Qarabağdakı quruculuq işlərinə şahidlik etmək çox sevindiricidir
17:23, Bu gün
Türkiyəli nazir: İlin sonunadək neft hasilatı daxili bazarın tələbatının 10 faizini ödəyəcək
17:20, Bu gün
Qocalar evində ölümləri "proqnozlaşdıran" ekstrasens pişik
17:18, Bu gün
Köçəryan və Sərkisyandan Paşinyana qarşı həmlə: Petrosyan tərəfini açıqladı
17:08, Bu gün
İran Prezidentini daşıyan helikopter sərt eniş edib, Rəisinin vəziyyəti məlum deyil
17:07, Bu gün
Göyçayda 24 yaşlı oğlanı cərəyan vurub öldürüb
17:05, Bu gün
Bakıda iki sərnişin avtobusu toqquşdu: 6 nəfər xəsarət aldı
16:58, Bu gün
İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb
16:55, Bu gün
Latviya parlamentinin sədri Şuşadadır
16:52, Bu gün
Rusiyalılar mülki ukraynalıları qətlə yetirir, Xersonda insanların üzərinə drondan partlayıcı maddə atılıb
16:44, Bu gün
Nuran Abdullayev: "Prezident İlham Əliyev nə zaman hansı gedişi edəcəyi bilinməyən ən güclü siyasi şahmat ustasıdır"
16:40, Bu gün
"Hücumun birinci fazası: Volçanskın zəbt edilməsi rusiyalılara nə üçün lazımdır?" - ISW
16:39, Bu gün
Ukrayna Rusiyanın daha bir gəmisini VURDU
16:37, Bu gün
Çərçivə sazişi imzalanır, dəhliz bu statusla açılır - Tarix verildi
16:36, Bu gün
Türkandan gözlənilməz hərəkət: Efirə telefonla buraxmadılar deyə GÖRÜN NƏ ETDİ - VİDEO
16:34, Bu gün
Rusiya Xarkovdakı istirahət mərkəzini “İskander”lə vurub, ölənlərin sayı 5-ə çatıb - YENİLƏNİB
16:20, Bu gün
Amerikalı qız başqa ölkəyə köçdü, adını dəyişdi: Maraqlı SƏBƏB
16:18, Bu gün
Cəlilabadda 17 yaşlı yeniyetmə bıçaqlanıb
16:14, Bu gün
Ağsu dolaylarında asfalt çöküb
16:06, Bu gün
Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Günü qeyd edilir
15:45, Bu gün
Bitlisdə avtobus dərəyə düşüb, yaralananlar var
15:31, Bu gün
Maqnit qasırğaları zamanı edilən səhvlər SADALANDI
15:28, Bu gün
Xətaidə yanğın: Avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
15:27, Bu gün
Dunay çayında gəmilər toqquşub, ölənlər var
15:04, Bu gün
Seyid İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
15:03, Bu gün
Yeni Kaledoniyada gərgin vəziyyətlə əlaqədar məktəblərdə dərslər dayandırılıb
15:02, Bu gün
Erməni barbarlığına tuş gələn Qubadlı məscidi
15:01, Bu gün
Ukrayna Rusiyanın daha bir gəmisini məhv etdi
14:45, Bu gün
“Ola bilsin ki, bəziləri bizim bu görüşlərimizi bəyənməsinlər”
14:45, Bu gün
Çinin kənd təsərrüfatı naziri haqqında təhqiqat başlanıb
14:43, Bu gün
Tabut açıldı: Qızı içəridəki kişini görüb DƏHŞƏTƏ gəldi
14:42, Bu gün
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
14:40, Bu gün
Müdafiə Nazirliyi şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimi keçirib
14:25, Bu gün
Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon
14:23, Bu gün
Prezident: "Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir"
14:22, Bu gün
"Ukrayna Rusiyadakı obyektlərə zərbələr endirmək üçün ABŞ-dan icazə istəyir" - "The Wall Street Journal"
14:15, Bu gün
Anar Heybətova ağır itki - FOTO
14:14, Bu gün
"Belarus post-sovet ölkələri arasında Azərbaycanın dördüncü ən böyük xarici ticarət partnyorudur"
14:11, Bu gün
Vətəndaş kibercinayətkarların tələsinə belə düşdü - 25 min manat itirdi- ŞOK FAKTLAR
14:11, Bu gün
"Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgəyə fayda verəcək"
14:09, Bu gün
Prezident: "İki hidroqovşağın açılışı və istismara verilməsi tarixi hadisədir"
14:08, Bu gün
Prezident: "İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir"
14:07, Bu gün
Tanınmış xanəndə məşhur aktyorun bacısı imiş - FOTO
14:07, Bu gün
Azərbaycan Prezidenti: "Bizim energetika sahəsində çox böyük planlarımız var"
13:44, Bu gün
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində azı 4 nəfər ölüb
13:42, Bu gün
Diş yetişdirmək üçün dünyada ilk dərman yaradıldı
13:27, Bu gün
Aralıq dənizində zəlzələ
13:23, Bu gün
İran səfiri: Missiyamın son günündə ən böyük sərhəd layihəsinin istifadəyə verilməsi ilə fəxr edirəm
13:21, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
13:20, Bu gün
Sumqayıtda mənzildən kişi meyiti tapıldı
13:19, Bu gün
Kim qalib gələcək: Tramp, yoxsa Bayden?
12:55, Bu gün
Sabah Azərbaycanın bu rayonlarında leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək
12:54, Bu gün
Rusiyada yük qatarı relsdən çıxdı - VİDEO
12:53, Bu gün
İran raketləri İsrailin 12 müdafiə xəttini yardı - General
12:53, Bu gün
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
12:48, Bu gün
Baqratın baş nazir olmaq şansı varmı?
12:38, Bu gün
"Barselona" transfersiz qala bilər
12:30, Bu gün
Rusiyanın “dərin dövləti” haqda sensasion iddia - ADLAR
12:21, Bu gün
Latviya parlamentinin sədri Füzulidə səfərdədir
12:20, Bu gün
“Qərbi Azərbaycana qayıdış” Türk Dünyası Sammiti Daşkənddə baş tutdu - Fotolar
12:16, Bu gün
Bu gün derbi var - “Qalatasaray” çempion ola bilər
12:11, Bu gün
“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - FOTOLAR
12:11, Bu gün
İstanbul boğazlarında gəmilərin hərəkəti dayandırıldı
12:00, Bu gün
İlham Əliyev sərhəddə İran prezidenti ilə görüşdü - YENİLƏNİB
11:47, Bu gün
"Rusiya-Azərbaycan" dəyirmi masası və ikitərəfli görüşlər keçirilib
11:45, Bu gün
Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır
GÜNLÜK
18 May 2024 | 22:07
Sankt-Peterburq hərbi akademiyasında "qeyri-iradi" patlayış baş verib, yeddi nəfər xəstəxanalıq olub
18 May 2024 | 22:16
Sərhəddəki ermənilərə vaxt verildi: iyunun 24-dək tərk edin!
18 May 2024 | 22:09
DƏHŞƏTLİ QƏTL: arvadını öldürdü, cəsədi ilə selfi çəkdi, özü isə...
18 May 2024 | 22:33
Zelenski Makronun "Olimpiya atəşkəsi"ni rədd edib: "Bu, düşmənin əlinə oynamaqdır"
18 May 2024 | 22:25
Qətlə yetirilən tələbənin cinayət işində müəmma daha da böyüyür - Ailəsi DANIŞDI / VİDEO
18 May 2024 | 22:48
“Akkuyu” AES-də ilk enerji blokunun işə başlayacağı tarix açıqlanıb
18 May 2024 | 22:41
Eduard Məmmədov 11-ci dəfə Dünya Kubokunu qazandı
18 May 2024 | 23:15
Bu teatrdan 1500 nəfər TƏXLİYƏ EDİLDİ - ŞOK SƏBƏB- VİDEO
18 May 2024 | 22:48
Afrikadan gələn maraqlı görüntü müzakirə mövzusuna çevrildi: Heyvanlar hərəkətsiz qaldı
18 May 2024 | 23:35
Meyiti tapılan qadın görün kimdir
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
18 May 2024 | 16:29
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
AYLIQ
18 May 2024 | 22:07
Sankt-Peterburq hərbi akademiyasında "qeyri-iradi" patlayış baş verib, yeddi nəfər xəstəxanalıq olub
18 May 2024 | 22:16
Sərhəddəki ermənilərə vaxt verildi: iyunun 24-dək tərk edin!
18 May 2024 | 22:09
DƏHŞƏTLİ QƏTL: arvadını öldürdü, cəsədi ilə selfi çəkdi, özü isə...
18 May 2024 | 22:33
Zelenski Makronun "Olimpiya atəşkəsi"ni rədd edib: "Bu, düşmənin əlinə oynamaqdır"
18 May 2024 | 22:25
Qətlə yetirilən tələbənin cinayət işində müəmma daha da böyüyür - Ailəsi DANIŞDI / VİDEO
18 May 2024 | 22:48
“Akkuyu” AES-də ilk enerji blokunun işə başlayacağı tarix açıqlanıb
18 May 2024 | 22:41
Eduard Məmmədov 11-ci dəfə Dünya Kubokunu qazandı
18 May 2024 | 23:15
Bu teatrdan 1500 nəfər TƏXLİYƏ EDİLDİ - ŞOK SƏBƏB- VİDEO
18 May 2024 | 22:48
Afrikadan gələn maraqlı görüntü müzakirə mövzusuna çevrildi: Heyvanlar hərəkətsiz qaldı
18 May 2024 | 23:35
Meyiti tapılan qadın görün kimdir