Surət Hüseynovla Elçibəyin görüşünə kimlər imkan verməyib?
Oxunub: 4503
30 May 2016 | 18:29
Surət Hüseynovla Elçibəyin görüşünə kimlər imkan verməyib?
Moderator.az sabiq müdafiə naziri Rəhim Qazıyevlə 4 iyun 1993-cü ildə Gəncədə baş verən qiyam mövzusunda müsahibəni təqdim edir:
 
-    Rəhim bəy, sizin 4 iyunda Gəncədə baş verən qiyamda iştirakınız, dövlətə qarşı çıxmaqda Surət Hüseynovu stimullaşdırmanız haqqında illərdir fikirlər səslənir. Bu fikirlərə aydınlıq gətirə bilərsinizmi?

-    Əbülfəz bəy dünyadan köçüb. Ancaq İsa Qəmbər, Pənah Hüseyn, Arif Hacılı, İsgəndər Həmidov, Surət Hüseynov və mən sağam. Müraciət edin, harada olmasından asılı olmayaraq dəyirmi masa təşkil edilsin. Biz sağ olduğumuz halda monoloq danışmaq yaraşmaz. Çünki bu, ancaq münasibətləri kəskinləşdirir. Üz-üzə oturaq. Niyə bu oldu, 4 iyuna gedən yol haradan başlamışdı, bu, kimin xəyanətinin nəticəsində oldu kimi məsələlər araşdırılsın. Bu hadisənin canlı iştirakçıları bizik. Mən bunu təklif edirəm, ancaq hamı bundan qaçır. Mən adamyeyən deyiləm, od olsam, özümü yandıraram. Bu qədər insanın iştirakçısı, canlı şahidlərin sağ olduğu halda mən yalan uydurub nəsə deyə bilərəm? Ayrı-ayrılıqda fikirlərin səslənməsi heç bir halda bu məsələnin mahiyyətini və səbəblərini açıqlaya bilməz.

-    Sizin 4 iyun hadisələrində rolunuz nədən ibarət olub?

-    Mənim 4 iyun qiyamını guya stimullaşdırmağım haqda danışan kişilərlə debata hazıram, gəlsinlər, üz-üzə bu haqda danışaq. Əks halda o oradan danışacaq, mən də buradan. Bəzi cümlələrdə də konteks, vergül dəyişəcək və yenə baş-ayaq olacaq. Bəli, hər kəsin öz məsuliyyəti var. Ancaq mən həmin dövrdə vəzifə sahibi deyildim. Deputat idim və kifayət qədər nüfuzum var idi. Amma vəziyyət kəskinləşdikdən sonra Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevin Bakıya gəlməsi xahişini və təklifini mən irəli sürməmişdim. Bu məsələ müzakirə edilən zaman həmin iclasda olmamışam. Bu hadisədə detalları, əlbəttə, müzakirə etmək olar. Ancaq daha çox mahiyyətə varmaq vacibdir. 

-    Deyirsiniz ki, həmin dövrdə heç bir vəzifə tutmurdunuz, lakin daima Surət Hüseynovla kontaktda olurdunuz. Sizin bu isti təmaslarınızın əsas səbəbi nə idi?

-    Mən Gəncəyə Surətin atası vəfat edəndə getmişəm. Sonra atasının 40 mərasiminə qatılmışam və Heydər Əliyev Ali Sovetə sədr seçildikdən sonra getmişəm. Bunun xaricində Gəncədə olmamışam. Həmin dövrdə hesab edirdim ki, bir nüfuzlu şəxs kimi qarşıdurmanın qarşısını almalıyam. 

-    Ancaq sizin qarşıdurmanı almaq istəyiniz daha çox Gəncədə dövlətə qarşı üsyan prosesini alovlandırdı...

-    26-27 fevral 1993-cü ildə vəziyyət gərginləşirdi, mən də bir həftə idi ki, istefa vermişdim. O dövrdə mənim yanımda olan Arzu Səmədbəyliyə dedim ki, Fərəc Quliyevi də götür gəl bizə. Onlar bizə gəldilər. Mən Fərəc Quliyevə dedim ki, səngərdə olan adamsan. Surətin də yanında barıt iyi görən uşaqlar var. Qarşıdurmaya getməyin, oturun Surətlə məsələləri birdəfəlik həll edin. Bunu evimdə onlara demişəm. Ancaq onlar heç bir addım atmadılar. Sonra mart ayında vəziyyət gərginləşdi, Pənah Hüseyn artıq özünə sığmırdı. Martın 21-də Gəncəyə gəldi və əlində fərman var idi. Prezidentin elan olunmamış və Gəncədə fövqəladə vəziyyət elan etmək fərmanından danışıram.
 
Dedim, Pənah, ağlını başa yığ, ölkəni qana aparmayın. Get prezident Əbülfəz Elçibəyə de, eləcə də Gəncədə sözü keçən ağsaqqalları toplayaraq problemi yoluna qoyun. Pənah Hüseyn getdi. Sonra İsmayıl Şıxlı, Nəcəf Nəcəfov, Sabir Bağırov gəldi. Bu, yanvarın 25-də oldu. Onlar oturub ikinci korpusun qərargahında söhbət etdilər. Mən də Nəcəf Nəcəfova dedim ki, bunlar Əbülfəz Elçibəyi yıxmaq istəyirlər. Elçibəyi birinci olaraq ətrafı yıxmaq istəyir, bunları prezidentə çatdır, qarşıdurmaya getmək lazım deyil. Ayın 25-də onların Gəncəyə gəlməsi və söhbətlərin aparılmasının nəticəsində barışıq oldu, ikinci korpusda qurbanlar kəsildi.
 
Isgəndər Həmidovla Surət Hüseynov qohum çıxdı. Qucaqlaşdılar və İsgəndər Surət Hüseynovun atası Davud kişini görməyə getdi. Orada qərara gəlindi ki, Surət Hüseynov bu gecədən oranı tərk edir, Müdafiə Nazirliyi hərbi hissələri qəbul edir və iki gündən sonra Surət Hüseynov Əbülfəz Elçibəylə görüşdürülür, bu görüş zamanı Surət Hüseynov 6-8 fevralda verilən bəyanata görə iradını ifadə edir. Bundan sonra Surət Hüseynov Yevlax Yun Zavodundakı işinə qayıdır. Ancaq təsəvvür edin ki, bu anlaşmadan 3-5 gün sonra bu hərbi hissələr Müdafiə Nazirliyi tərəfindən qəbul edilmədi və rəsmi hərbi hissələr statusu almadı.
 
Bundan sonra Surət Hüseynovla prezident Elçibəyin görüşünə şərait yaradılmadı. Əsl xəyanət budur! 4 iyuna gedən yol buradan başladı. Daha sonra Surəti həbs etmək istədilər, vəziyyət dəyişdi, əks qüvvələr Surətin ətrafına toplaşdı və Surət qayıdıb 4 gün boş qalan hərbi hissədə oturdu, tərəfdarlarını başına topladı. Əgər onların kişiliyi varsa, desinlər ki, Rəhim bütün bunları yalan deyir. Niyə istəmirlər ki, bu məsələlər açılsın. 

-    Siz iddia edirsiniz ki, Əbülfəz Elçibəyə yaxın ətrafı xəyanət etdi və onu yıxmaq üçün fəaliyyət göstərdi?

-    Bəli, mən bunu deyirəm.

-    Elçibəyin yaxın ətrafı deyəndə konkret kimləri nəzərdə tutursunuz?

-    Pənah Hüseyn, İsa Qəmbər, Sülhəddin Əkbər, Arif Hacılı. 2000-ci ildə Kəlbəcərin işğalı ilə bağlı çəkilən videoya diqqətlə baxın. Orada bir kəlbəcərli deyir ki, Pənah Hüseynov, sən ayın 1-də Kəlbəcərə gəldin və dedin ki, saqqallını kənarlaşdıraq, hər şey yaxşı olacaq. Bunun qarşılığında Pənah Hüseynov quzu kimi susur və cavab da vermir. Bunlar uydurma deyil, həqiqətdir. 

-    Əbülfəz Elçibəy 1998-ci ildə verdiyi müsahibədə qiyama dəstək verən şəxslərin adını çəkərkən sizin adınız üzərində xüsusi dayanıb. Açıq ifadə edib ki, Gəncə qiyamına dəstək verənlər Rəsul Quliyev, Etibar Məmmədov və Rəhim Qazıyev olub...

-    Əbülfəz Elçibəy haqq dünyasındadır və mən bir söz demək istəmirəm. Amma mənim qiyama dəstək söhbətim olmayıb. Mən daima demişəm ki, qarşıdurmaya getməyin, məsələni danışıqlar vasitəsilə həll edin. İkincisi, Surət Hüseynov cəbhəçi, hərəkatçı idi? Yox! Bəs Əbülfəz Elçibəy hakimiyyətə gələndən 10 gün sonra Surət Hüseynova iki vəzifəni qəfildən kimin təklifi əsasında verib? Kimin təklifi əsasında Surət baş nazirin müavini və prezidentin Qarabağ üzrə səlahiyyətli nümayəndəsi təyin edib? Bunu araşdırın.
 
-    Pənah Hüseynin təklifi əsasında Surət Hüseynov bu vəzifələrə təyin edilib...

-    Yaxşı bu halda mənim nə günahım var? Surət bunlara düşmən kəsildisə, bunda mənim suçum nədir?

-    Siz daima Surət Hüseynovla əlaqədə olmusunuz, onun yanına gedib-gəlmisiniz. Üstəlik də nazir vəzifəsindən çıxarıldıqdan sonra bu səfərləriniz və ya təmaslarınız aktiv olub....

-    Mən Gəncəyə getdiyim vaxtları yuxarıda sizə dedim. Surətin atasının üç, yeddi və qırx mərasimində Gəncəyə getmişdim. Bu da, mayın 24-də olub. Bir də iyunun 14-də Gəncədə olmuşam. Bir daha deyirəm ki, hadisələr zamanı yüksək post tutan şəxsləri bir yerə toplayıb müzakirə aparmaq lazımdır. Əbülfəz Elçibəy haqqında Gəncədə həbs qərarı verən şəxsi hörmətli məclislərdə başda oturdurlar. O da deyir ki, Elçibəyin həbsi haqqında sanksiya verməmişəm. Həmin sanksiyanın orijinalı məndədir. Sadəcə indi hamı özünü mehriban və yaxşı kişi hesab edir.  

-    Sizin hansı statusunuz var idi ki Gəncəyə gedirdiniz?

-    Mən sadəcə deputat idim.
 
-    Həmin vaxt parlamentdə deputat çox idi, niyə məhz hadisələrin episentrində daima siz olurdunuz?

-    Fəaliyyətdə olan Milli Məclisin 50 deputat var idi. Onu da, xüsusilə qeyd edim ki, biz hakimiyyətə gəldik. Mən İsa Qəmbərə dedim ki, hərəkat zamanı bu parlamenti qeyri-legitim elan etmişik. İndi nüfuzumuz yüksəkdir, gəlin Ali Soveti buraxaq, yeni seçkilərə gedək. Ancaq mənim bu sözlərimə gülə-gülə ironik reaksiya verirdilər. 

-    50 deputat olduğu halda niyə məhz siz qiyam ərəfəsində aktiv idiniz?

-    Kənddə elçi gedəndə, təbii ki, sözükeçən adamları aparırlar. Həmin dövrdə mənim də sözüm keçirdi. 

-    Deməli, sizin sözünüz həm Surətin yanında keçirdi, həm də AXC hakimiyyətinin?

-    Bəli. Mənim məqsədim barışıq idi.

-    Ancaq belə iddialar var ki, Surət Hüseynovu Rusiya qızışdırırdı. Rəhim Qazıyevi də bu ölkəyə hansısa tellər bağlayırdı. Bu mənada Qazıyevin Surət Hüseynovun başlatdığı qiyama dəstək verməsi təbii proses idi...

-    Mən də deyərəm ki, İsa Qəmbəri hara hansı tellər bağlayır. Ancaq bu, sadəcə olaraq sözdür. Əvvəla ortaya qoysunlar görək məni hansı ölkəyə hansı tellər bağlayır? 

-    Sizi nazir postundan Rusiya ilə məxfi danışıqlarınız tutulduqdan sonra çıxarmayıblarmı?

-    Məni vəzifədən kimsə götürməyib. Fevralın 17-də Milli Məclisin iclası olub. İndiyə qədər bütün aranı qatan, hər tərəfə işləyən Sülhəddin Əkbər olub. O, hətta ən böyük dövlətlərin xüsusi xidmət orqanlarının məlumatlarını belə səsləndirir. Amma may ayında Gəncəyə kimlərin toplaşdığını, orada 4 iyun qiyamının ssenarisinin yazılmasından xəbəri yoxdur.  Niyə? Yaxşı, mən Moskvanın adamı idimsə, ilk istefa ərizəsini 1992-ci il iyunun 30-da, ikincisini 1993-cü ilin oktyabrın sonunda yazmışam, amma qəbul etməyiblər. Sonuncu istefa ərizəsini isə 1993-cü il fevralın 17-də yazıb Əbülfəz Elçibəyin masasına qoymuşam. Həmin ayın 20-də ərizəm qəbul edilib. Mənim də öz arqumentim var. Məsələn, biz bir uğursuz əməliyyat aparmışıq. Ancaq bu əməliyyat prezidentin yanında Təhlükəsizlik Şurasının toplantısında müzakirə edilmədən iyunun 8-də AXC icra aparatının rəhbəri təyin edilən Fərəc Quliyev tərəfindən səsləndirilib. Qardaşım, məqsəd nə idi? Müdafiə nazirini də, elə Surət Hüseynovu da həbs etmək olar. Ancaq müharibə gedən ölkədə bunu ilk öncə prezidentin yanında müzakirə edərlər. Ancaq bunlar birbaşa ictimaiyyətin müzakirəsinə çıxardılar. Buyurun buna cavab verin!

-    Sizcə, İsa Qəmbər, Pənah Hüseyn, Arif Hacılı və digərləri əgər istəsəydi, Gəncə qiyamının qarşısını almaq mümkün olardımı?

-    İnanın ki, yüz faiz qiyamın qarşısını almaq olardı. Ancaq onların içərisində hətta prezident olmaq iddiasında olanı var idi. Həmin dövrdə bunlar qan-qan deyirdi. Məsələn, 1992-ci ilin 5 noyabrında prezident Elçibəy Türkiyədən bir həftəlik səfərdən qayıtdı. Biz prezidenti şəhərə yola saldıq. Sonra Surət xahiş etdi ki, fikirləri var və onu demək istəyir. İsa Qəmbər, Pənah Hüseyn, Tamerlan Qarayev, İsgəndər Həmidov, Şadman Hüseyn, Etibar Məmmədov, Tahir Əliyev və digərlərinin iştirakı ilə məclis təşkil etdim.
 
Həmin iclas 1992-ci ilin noyabrın 5-də oldu. Surət çıxışında bildirdi ki, gəlin prezident Elçibəyin ətrafında yumruq kimi birləşək, Qarabağ məsələsini həll edək və mən də biznes sahəsinə keçim. Etibar Məmmədovu da baş nazir təyin edin. Bu təklifi Surət Hüseynov irəli sürdü. Bu adam prezidentin iki vəzifəyə təyin etdiyi şəxsdir. Ola bilsin ki, bu təklif kiminsə xoşuna getmədi. Bəs niyə onlar imkan vermədilər ki, Surət Hüseynov prezidentlə görüşüb öz təklif və fikirlərini desin? Əlbəttə, bu təklifləri qəbul etmək və rədd etmək prezidentin işi idi. Ancaq onlar imkan vermirdilər ki, Surət Hüseynov Əbülfəz Elçibəylə görüşsün. Müharibə gedən bölgədə prezidentin səlahiyyətli nümayəndəsinin prezidentlə görüşünə imkan vermirdilər. Niyə imkan vermirdilər? Bu suala cavab verilsin.
 
İkincisi, Əbülfəz Elçibəy Gəncəyə səfər edən ərəfədə Surətin və mənim əleyhimə bəyanat səsləndi. Mən Fərəc Quliyevin bəyanatını nəzərdə tuturam. Təsəvvür edin ki, prezident Gəncəyə səfərə gəlib və Bakıdan Surət Hüseynovla bağlı bəyanat verilir. Əslində məqsəd bəlli idi. Hesablamışdılar ki, Rəhim Qazıyev emosional insandır, Surət Hüseynovun da əlində silahlı qüvvəsi var. Onlar bu bəyanatdan əsəbləşərək Gəncədə səfərdə olan prezidentə qarşı hörmətsizlik etsinlər və ölkə qarışsın. Bunu o zaman Bakıda oturan və yuxarıda adını çəkdiyim şəxslər boş başları ilə hesablamışdı. Ancaq düşünmədilər ki, mən mübahisə edə bilərəm, ancaq Əbülfəz Elçibəyə tabe insan idim. Mübahisə ola bilər, ancaq bu, o demək deyildi ki, mən sənə düşmənəm. 

-    Prezident Gəncəyə ilk səfəri zamanı Surət Hüseynov onunla görüşə bilmədi?

-    Yox. Onda da imkan vermədilər. Allaha and olsun ki, qoymurdular.

-    Yəni Əbülfəz Elçibəyin ətrafında olanlar çəkinirdilər ki, Surət Hüseynov prezidentə təklif edər ki, Etibar Məmmədovu baş nazir gətirsin?

-    Lap Əbülfəz Elçibəy bu təklifi rədd edəcəkdi. Bu, normaldır. Çünki prezident təklifi rədd edəndə kiməsə izahat və ya hesabat vermir. Axı siz niyə imkan vermirsiniz ki, prezidentin səlahiyyətli nümayəndəsi prezidentlə görüşsün? Bunun izahatını versinlər. 

-    Surət Hüseynovla Pənah Hüseyn və digər AXC iqtidarı zamanı yüksək post tutan şəxslərin arası niyə dəymişdi?

-    Pənah Hüseynlə Arif Hacılı Gəncəyə gedərkən yolda biliblər ki, Surət Hüseynov Mingəçevirdədir. Bu hadisə 1992-ci ilin yayında, təxminən Surət vəzifəyə təyin edildikdən 2 ay sonra baş verib. Onlar Mingəçevirə Surət Hüseynovun olduğu yerə gəliblər. Bu zaman Surət Hüseynovun köməkçiləri onlara deyib ki, Surət yatır, odur ki, sizinlə görüşə bilməyəcək. Yəni Surət Hüseynov onları qəbul etməyib. Bundan sonra da hadisələr tədricən qızışıb, adı çəkilən şəxslər Surətə qarşı işə girişiblər. Bu adamlar sağdır, desinlər ki, mən yalan danışıram. Bu adamlar boş başları ilə yüksək ideyalar həyata keçirmək istəyirdilər. Nəticəsi də 4 iyun qiyamıdır. Mənim nəsə uydurmaq və yalan demək marağım yoxdur. Surət Hüseynovla bağlı dediyim bir fikir hələ də onu mənə düşmən edib. Mən demişəm ki, qələm-kağız qoyun masanın üzərinə, Surət Hüseynov öz tərcümeyi-halını yaza bilməz. Ancaq haqq naminə deyim ki, Surət Hüseynovun həmin dövrdə cəbhədə gördüyü işlər, silah-sursat alınması, vuruşan əsgərlərin maddi dəstəklənməsi kimi istiqamətlərdə gördüyü işlər Pənah Hüseynin, İsa Qəmbərin, Arif Hacılının gördüyü işlərdən dəfələrlə çox idi. (Teleqraf.com )
Oxşar xəbərlər
14:02, Bu gün
İlham Əliyev qazaxıstanlı həmkarına ZƏNG ETDİ
13:58, Bu gün
Prezidentlər Şuşada “Heydər Əliyev və Qarabağ” sərgisinə baxıblar
13:54, Bu gün
Samirə Mustafayeva AzTV-dən ayrıldı
13:50, Bu gün
“Pulumuzu Parisdə xərcləyib Moskvaya döndük...”  
13:48, Bu gün
Prezidentlərə Şuşanın Baş planı barədə məlumat verilib
13:45, Bu gün
Prezidentlər Şuşada gülləbaran edilmiş heykəllərə baxıblar
13:41, Bu gün
Aleksandr Lukaşenko Şuşaya traktor bağışlayıb
13:38, Bu gün
İntim videolar çəkən polkovniklə bağlı ŞOK AÇIQLAMA
13:35, Bu gün
"Nədən Ukrayna Silahlı Qüvvələri Xarkov şəhərinin atəşə tutulmasını dayandıra bilmir?" - ISW
13:30, Bu gün
Marketlərdəki bu yağlarla bağlı əhaliyə XƏBƏRDARLIQ
13:27, Bu gün
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərində
13:25, Bu gün
Türkiyənin 77 vilayətində ƏMƏLİYYAT: İki mindən çox şübhəli barəsində istintaq başlayıb - VİDEO
13:23, Bu gün
Bakıda tıxacda qalan sürücüdən qəribə addım - VİDEO
13:20, Bu gün
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
13:15, Bu gün
"Baku EduEXPO-2024" Beynəlxalq Təhsil sərgi-satış yarmarkası keçiriləcək
13:09, Bu gün
ADA Universitetində “İqlim-Su Zirvəsi” adlı beynəlxalq konfrans keçirilib - FOTO
13:06, Bu gün
Faciəvi şəkildə ölən Tofiq tələbə imiş
13:03, Bu gün
"Bayden Qəzzada müharibəni yalnız uzadır və HƏMAS-ı ümidləndirir" - Donald Tramp
12:58, Bu gün
Şimşək çaxacaq, dolu düşəcək, qar yağacaq - SABAHIN HAVASI
12:54, Bu gün
Taksilərdə minimal gediş haqqı 4.50 olacaq? - İyunun 1-dən...
12:51, Bu gün
Razi Əliyeva işində son şahidlər dindirildi
12:47, Bu gün
Bəzi bölgələrinə qar yağıb - FAKTİKİ HAVA 
12:43, Bu gün
Bakıda 15 yaşlı qızdan dəhşətli əməl - VİDEO
12:39, Bu gün
Azərbaycan XİN: “Fransa tərəfi üzr istəməlidir”
12:35, Bu gün
Şuşa-Laçın yolunda gözoxşayan təbiət mənzərələri - FOTO
12:30, Bu gün
Azərbaycandan olan 19 kursant Türkiyədə səkkiz aylıq kursu tamamlayıb - FOTO
12:25, Bu gün
İran zindanlarında məhbuslara böcəklərlə işgəncə verilir - FOTO
12:20, Bu gün
Qala qəsəbəsində gənc oğlan həmyerlisini bıçaqladı
12:16, Bu gün
Bakının mərkəzində qəribə yol qəzası - VİDEO
12:12, Bu gün
FHN Tovuzda maye qazdoldurma məntəqələrinin istismarını dayandırdı - FOTO/VİDEO
12:08, Bu gün
Azərbaycanda şirkət BÖYÜK MƏBLƏĞDƏ cərimələndi
12:04, Bu gün
“Real Madrid”in qələbəsi “Qarabağ”ın xeyrinə ola bilər
12:02, Bu gün
Azərbaycanda polis qəzada vəfat etdi - FOTO
11:58, Bu gün
ABŞ-nin 14 güləş mütəxəssisi Azərbaycanda səfərdədir - FOTO
11:54, Bu gün
Əli Əsədov Efiopiya baş nazirinin müavini ilə görüşdü
11:51, Bu gün
Şəkər xəstələrinin dərman təminatı niyə GECİKDİRİLİR? - Rəsmi AÇIQLAMA
11:48, Bu gün
“Prius”lar üçün son bir ay
11:44, Bu gün
Azərbaycan və Belarus prezidentləri Füzulinin Baş planı ilə tanış oldular
11:42, Bu gün
Azərbaycanda OLAY: pornoqrafik materialları yayan 5 nəfər...
11:40, Bu gün
Lerik polisi çətin relyef şəraitində əməliyyat keçirdi: Narkokuryerlər saxlandılar
11:38, Bu gün
“Yazırlar ki, əməliyyatdan sonra Maykl Ceksona oxşayırsan” – VİDEO
11:35, Bu gün
Ukrayna tərəfdə döyüşən rus taborları nələrsə planlaşdırırmı?- Azərbaycanlı hərbi ekspert
11:33, Bu gün
Sabah “Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanı keçiriləcək
11:29, Bu gün
Qarabağ Universitetinə əcnəbi tələbə qəbul ediləcək? - RƏSMİ AÇIQLAMA
11:25, Bu gün
Aleksandr Lukaşenko Füzuliyə getdi
11:22, Bu gün
Bakıda sakinlər kafelərdən narazıdırlar: “Söyür, qapılarımızdan tualet kimi istifadə edirlər” - VİDEO
11:19, Bu gün
Hibrid avtomobillərə ödənişli yolda hərəkət etməyə qadağa qoyulub? - RƏSMİ AÇIQLAMA/VİDEO
11:15, Bu gün
Siyasi partiyalarla dövlət orqanlarının əməkdaşlığının inkişaf etdirilməsi məsələləri müzakirə olunub
11:13, Bu gün
“Evi süpürməyə süpürgəm olmasa...” – VİDEO
11:11, Bu gün
Sənədsiz evlərlə bağlı ŞAD XƏBƏR - Bu tarixədək... - VİDEO
11:05, Bu gün
Əbdül Xalidə xanım fanatı tərəfindən “Porsche” bağışlandı - VİDEO
10:59, Bu gün
Bu şəxslərə birdəfəlik müavinət verilib
10:51, Bu gün
Xərçəngdən qoruyur, həzmi rahatladır, arıqladır... – ALÇANIN BİLMƏDİYİNİZ FAYDALARI
10:44, Bu gün
Bu rayonlarda insan alveri qurbanlarının sayı daha çoxdur -Gəncə, Sumqayıt... 
10:39, Bu gün
Tavuşun bu hissəsində nə qədər ərazi Azərbaycana verilir? - Ermənilər açıqladı
10:37, Bu gün
Qərbi Azərbaycana qayıdış Daşkənddə müzakirə olunacaq – Türk Dünyası Sammiti başlayır
10:33, Bu gün
Tofiq Yaqublunun cinayət işi üzrə istintaq yekunlaşdı
10:28, Bu gün
Uşaqlarını diləndirən 345 valideyn cəzalandırıldı
10:23, Bu gün
Azərbaycan vətəndaşlarının istismara məruz qaldığı ölkələr açıqlandı - SİYAHI
10:18, Bu gün
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikib?- ŞOK SƏBƏB
10:13, Bu gün
İrandakı səfirliyimizdə DƏYİŞİKLİK
10:10, Bu gün
Kəlbəcərin gözoxşayan təbiəti – Yeni video
10:04, Bu gün
Dünya üçün BÖYÜK TƏHLÜKƏ yaxınlaşır - XƏBƏRDARLIQ EDİLDİ
10:00, Bu gün
Qərb Universitetində “M.Ə.Rəsulzadə-140” tədbiri - Nəsiman Yaqublu ilə görüş - FOTO
09:59, Bu gün
Avro və lirə ucuzlaşdı - Məzənnə
09:51, Bu gün
Rusiyadan Ukraynaya şok İTTİHAM- Xarkovda korrupsiya qalmaqalı
09:46, Bu gün
Abşeronda avtobus QƏZASI- xəsarət alan var 
09:41, Bu gün
İranı sel vurub-Yollar iflic, parklar bağlı
09:35, Bu gün
Azərbaycanlı aktrisanın fotoları “Times Square” meydanında: "Bu da Məlahət Türkiyəyə gedib nə iş gördü deyənlərə gəlsin..." 
09:29, Bu gün
Stomatoloq idi: Hazırda 10 dəqiqəyə 1000 dollar qazanır - FOTO
09:22, Bu gün
Şoyqunu Putinlə Cinpinin görüşünə buraxmadılar - Qapıda gözləməli oldu
09:10, Bu gün
Bakıda bu binalar söküləcək, yerində isə... - FOTO
09:03, Bu gün
Mətanət İsgəndərli: “Qardaşımın ayağı bu gün amputasiya olunmalı idi, ürəyi partladı keçindi”-ÖZƏL
08:56, Bu gün
Albaniya Azərbaycanda səfirlik açacaq - Belinda Balluku
08:44, Bu gün
12 il gizlədilən HƏQİQƏT: yadplanetlilər siyasətçiyə nə ediblər? - ETİRAF ETDİ
08:36, Bu gün
Zelenski Tehranı düşmən hesab edir -Mudabber
08:29, Bu gün
SON DƏQİQƏ -  Ermənistan Təhlükəsizlik Şurasının katibi: "4 obyekt Azərbaycana keçir"
08:17, Bu gün
Si Cinpin Putinə deyib ki, Çin “Ukrayna böhranı” ilə bağlı sülh konfransını dəstəkləyir...
08:13, Bu gün
Hikmət Hacıyev ABŞ-də dövlət rəsmiləri ilə COP29-u və regional məsələləri müzakirə edib - YENİLƏNİB
08:00, Bu gün
Səhərlər mütləq bunları yeyin- İNANILMAZ FAYDALARI
07:44, Bu gün
Zaqatalada 6 otaqlı ev yanıb KÜL OLDU
07:35, Bu gün
Qriqoryan bu kəndin 25 hektar torpağının Ermənistan ərazisində qaldığını təsdiqlədi...
07:35, Bu gün
Dünyanın ən çox maaş alan idmançıları – SİYAHI
07:08, Bu gün
Şəkəri nə azaldır? - Qan şəkərini tənzimləyən 15 qida
06:33, Bu gün
Zelenski Xarkova getdi və şəhəri işğaldan qorumağın yolunu açıqladı... -FOTO
00:21, Bu gün
Uşaqlarınızı bu oyuncaqlardan uzaq tutun
00:19, Bu gün
Yeni Kaledoniya xalqının azadlıq mübarizəsi Makronun ambisiyalarına qarşı
16 May 2024 | 23:38
Zelenski: “Rusiyanı ədalətli sülhə məcbur etməliyik”
16 May 2024 | 23:36
Putin ərəblərə Fələstin probleminin ədalətli həllini vəd edib
16 May 2024 | 23:34
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
16 May 2024 | 23:01
Sahibə Qafarova Simonyanla təkbətək söhbətləşdi
16 May 2024 | 22:58
“Qarabağ”dan bazar dəyəri bir milyon avro olan qapıçısına YENİ TƏKLİF
16 May 2024 | 22:38
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
16 May 2024 | 22:33
"Kiyev Lavrovun fikirlərini məsxərəyə qoyub və burada gizlin məna tapıb..."
16 May 2024 | 22:33
Fransa XXI əsrin Yeni Kaledoniyası ilə XIX əsrin Əlcəzairi kimi davranır
16 May 2024 | 22:22
Polşanın sifariş verdiyi “Bayraktar”ların hamısı çatdırılıb
16 May 2024 | 22:21
“Hizbullah” İsrailə rekord sayda raket atdı
16 May 2024 | 22:19
İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB + FOTO
16 May 2024 | 21:48
"Xarici nüfuzun şəffaflığı haqqında" qanun Avropa İttifaqının əsas norma və dəyərlərinə ziddir..."
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
GÜNLÜK
16 May 2024 | 16:27
Vətəndaşlara XƏBƏRDARLIQ - Bunu etsəniz, kartınızdakı pullar OĞURLANACAQ!
16 May 2024 | 14:31
Aynur Sabitova: “Vəzifəmdən öz arzumla ayrılmışam”
16 May 2024 | 15:15
Prezidentlərin geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
16 May 2024 | 15:01
"Putin Ukraynada müharibəni davam edə biləcəyini düşünür, amma kökündən yanılır" - ISW
16 May 2024 | 14:40
İlham Əliyev və Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış etdi - YENİLƏNİB
16 May 2024 | 14:49
"Tramp bu yaxınlarda çox maraqlı bir siyasi gediş etdi, lakin...”
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
16 May 2024 | 14:46
Azərbaycan-Belarus sənədləri imzalandı - YENİLƏNİB + FOTO
16 May 2024 | 14:37
“Parkda” tamaşasının premyerası olub - FOTOLAR
16 May 2024 | 14:56
Restoran sahibini öldürən qıza hökm oxundu - FOTO
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
11 May 2024 | 11:10
“Müşahidələrimizə görə Azərbaycanda 8 bəbir var”-Kameralara düşən MARAQLI-FOTO+ÖZƏL
10 May 2024 | 19:12
Saleh Məmmədovun rəis təyin etdiyi şəxsə “stop” qoyulur – 5 milyonluq borcu var...
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
11 May 2024 | 16:07
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11 May 2024 | 20:25
Prezident İlham Əliyevin illər öncə etdiyini ABŞ indi edir: “Bu, vacib imiş!”
11 May 2024 | 20:25
Bakıda yeni salınmış məhlədə ağaclar məhv olur? - FOTO
AYLIQ
16 May 2024 | 16:27
Vətəndaşlara XƏBƏRDARLIQ - Bunu etsəniz, kartınızdakı pullar OĞURLANACAQ!
16 May 2024 | 14:31
Aynur Sabitova: “Vəzifəmdən öz arzumla ayrılmışam”
16 May 2024 | 15:15
Prezidentlərin geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
16 May 2024 | 15:01
"Putin Ukraynada müharibəni davam edə biləcəyini düşünür, amma kökündən yanılır" - ISW
16 May 2024 | 14:40
İlham Əliyev və Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış etdi - YENİLƏNİB
16 May 2024 | 14:49
"Tramp bu yaxınlarda çox maraqlı bir siyasi gediş etdi, lakin...”
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
16 May 2024 | 14:46
Azərbaycan-Belarus sənədləri imzalandı - YENİLƏNİB + FOTO
16 May 2024 | 14:37
“Parkda” tamaşasının premyerası olub - FOTOLAR
16 May 2024 | 14:56
Restoran sahibini öldürən qıza hökm oxundu - FOTO