Çiçi...
Oxunub: 1642
23 May 2016 | 22:50
Çiçi...
(hekayə)

Anasının kəskin tənbehi onu əməlli-başlı mütəəssir etmişdi. İndi yatağına uzansa da yorğanı başına çəkib göz yaşlarını saxlaya bilmirdi. Bircə atası gəlib çıxaydı, ona çiçi alıb gətirəydi, deyə düşünürdü, tək arzusu bu idi. İsti aprel günlərində balaca dostlarına çiçi donunu nümayiş etdirmək istəyirdi. O da başqa məhəllə uşaqları kimi qəşəng, bəlkə də hamınınkından fərqli bir çiçidə görünmək istəyirdi. Amma geri döndüyündə bunu alacağını söyləmiş, 2016-cı il aprelin lap əvvəlində Qarabağda erməni işğalçılarına qarşı döyüşməyə getmiş atası qayıtmırdı ki, qayıtmırdı. O, hətta atasının erməni zirehli texnikasını qumbaraatanla vurduğunu dünənki “Xəbərlər” proqramında izlədikdə ürəyi dağa dönmüş, Azərbaycan ordusunun tezliklə uğur qazanacağına və bununla da atasının qayıdacağına, ona çiçi alacağına ümidi birə-beş artmışdı. Lakin bu, hələlik baş verməmişdi. Birdən ona elə gəldi ki, min iki yüz əlli il əvvəl də doqquz yaşında olub və eyni arzulardan əziyyət çəkib. Onda da Allah onu indiki kimi bu “dünya” adlı zindana göndərmişdi. ”“ Bəs, nəyə görə? ”“ deyə düşündü. Haqqın yanında nə yanlışlıq etmişdi? 40-lar məclisinə kəskin etirazımı olmuşdu? Dünyada sularla qurunun yerini dəyişikmi görmək istəmişdi, yoxsa qıtlığa, aclığa, müharibələrə, kütləvi qırğınlara, haqsızlıqlara qarşımı çıxmışdı? Belədirsə, demək, Allahın işinə qarışıbmış, ona görə də cəzasını alıbmış. Sonra da o, bəs indi niyə təkrar dünya zindanına atıldığının səbəbini düşündü. Heç onu da dəqiqləşdirməyə cürəti çatmadı. Amma ona elə gəldi ki, əvvəlki dəfə Allahdan tənəzzül etdiyində də eynilə çiçi arzusuyla yaşamışdı və uzun müddət buna nail ola bilməmişdi. Lakin günlərin bir günü Çiçək xatun onun göz yaşlarını görmüş və yanına çağırtdırmışdı. Bu görüş onun ömür boyu geyinəcəyi müxtəlif cür çiçiləri əldə etməsinə səbəb olmuşdu.

Həmin vaxt Şərqi Roma İmperatorluğunun mərkəzi olan Konstantinopolda yaşayırdılar. O Konstontinopol ki, 330-cu ilə qədər yunan şəhəri Bizantion olmuş, 700 il sonra isə türk şəhəri İstanbula çevriləcəkdi. Bizans imperatoru V Konstantin Kapronim özünə, eləcə də dövlətinə əminlik, dayaq qazanmaq, Sasani farslara qarşı duruş gətirmək üçün Xəzər xaqanının qızı Çiçək xatunla evlənmək barədə düşündü və çox keçmədən buna nail oldu da. O zamanın ən qüdrətli imperiyalarından olan Xəzərin irəligələnlərinin qızı ilə evlənmək həm şərəf sayılırdı, həm də bu, ölkənin siyasi cəhətdən təhlükəsizliyi, ərazi baxımından güvənli olması üçün ən uğurlu vasitə hesab olunurdu. Necə ki, VI əsrin sonlarına yaxın Sasani şahı Ənuşirəvan Xəzər xaqanının qızı ilə, VII əsrin sonlarında Bizans imperatoru II Yustinyan Xəzər xaqanının bacısı, gəlin gəlib xristianlığı qəbul etdikdən sonra “Teodora” adını almış gənc xatunla evlənmişdi. Bu cür evlənmələrə ərəb xəlifələrinin də nail olmasına baxmayaraq, bu, onlarda hər dəfə uğursuzluqla nəticələnmişdi. Bundan başqa fars hücumlarının qarşısını almaq məqsədilə Bizans imperatoru Heraklius kimi qızını Xəzər xaqanına ərə vermək şərəfinə nail olanlar da vardı.

O zaman daha sivil olması ilə, müasirlik göstəricilərilə diqqət çəkən Xəzərlərin mədəniyyəti, yaşam tərzi, adət-ənənələri digər imperiyalara və xalqlara əvəzsiz nümunə kimi görünürdü. 22 hərfdən ibarət əlifbası olan Xəzərlər məktəblərdə paralel olaraq ərəb və yəhudi əlifbalarından da istifadə edirdilər. Elat mədəniyyətini yaşadan, maldarlıqla, əkinçiliklə, balıqçılıqla məşğul olan Xəzərlər eyni zamanda, şəhərlər salmaqla, bər-bəzək əşyaları hazırlamaqla, dulusçuluqla, gəmiçiliklə, çeşidli silahlar düzəltməklə və digər sənətkarlıq qabiliyyətlərini nümayiş etdirməklə də şöhrət qazanmışdılar.

Xəzər xaqanının qızı Çiçək xatun Konstantinopola gəlin köçürüləndə, o vaxtın qanunlarına görə başında əlli min Xəzər ”“ Türk əsgəri öz ailəsi ilə birlikdə həmin şəhərə köçməli oldu. Təzə gəlin gəlmiş Çiçəyin təqlidedilməz gözəlliyi, gözoxşayan cer-cehizi bir yana, qeyri-adi geyimi də onun qarşılanma mərasiminə axışan konstantinopolluları heyran etmişdi. Bütün qızlar, qadınlar bu paltardan və ya ona bənzər geyim növlərindən əldə etmək istəyirdilər. Dəb halını almış bu cür üst geyimləri “Çiçəyin paltarından”, yaxud “Çiçəksayağı don” anlamına gələn “çiçi” və ya “çiçi don” adlanırdı. Təzə doğulmuş Türk qızlarına “Çiçək” adının qoyulması da həmin vaxtlar ənənəyə çevrilmişdi. Deyəsən o zaman bu balaca qızın da adı elə “Çiçək” imiş. Amma çiçi arzusuyla alışıb-yananda öz adı heç yadına da düşmürdü. Atası Bizans-Sasani müharibəsində ox zərbəsindən həlak olduqda hər şeylə yanaşı balaca Çiçəyin çiçi arzusu da gözündə qalmışdı. Lakin bir gün şəhəri səfərə çıxan Çiçək xatun onun “çiçi” deyə haray saldığını eşitdi və qızcığazın yanına gətirilməsini əmr etdi. Böyük Çiçək balaca Çiçəyə 99 cür çiçi sifariş etdirdi, bundan başqa ona, necə deyərlər, bir ətək daş-qaş bağışladı...

İndi isə kənd məktəbində müəllimə işləyən nənəsinin təfsilatilə danışdığı qədim tarixi əhvalatlardan, elmi bilgilərdən özü üçün xəyallar qurmuş qızcığazın nə göz yaşı quruyurdu, nə də göyün üzü işıqlanmaq istəyirdi. Heç atasından da düzəməlli bir xəbər yoxuydu. Bu zülmət gecə sanki hələ sümükləri tam bərkiməmiş bu fidanın dizlərini titrədən ağır yük kimi çiyinlərinə çökmüşdü...

Nəhayət, hava işıqlanmağa başladı, bir azdan Günəş şərq üfüqlərindən başını qaldıracaqdı. Bakının ən hündür yüksəkliklərindən birində görünən, mərkəzdən baxarkən cənub-qərb tərəfdə alov obrazı yaratmış üç möhtəşəm binanın alov təsvirli işıqları deyil, məhz özü idi. Ondan bir qədər cənubda isə Azərbaycanın ölçü cəhətdən ən böyük üçrəngli, ay-ulduzlu bayrağı Xəzər dənizini, bəlkə də qədim Xəzər tarixini salamlayırdı. Lakin bu füsünkar mənzərə də qızcığazın beyninə müsbət təsir göstərə bilmədi, gecənin yorğunluğu ona div yuxusu gətirdi.

Qızcığaz yuxusunda Çiçək xatunla yenidən görüşdü. Lakin anasına həqarət etdiyinə, atasına inanmadığına, səbirsizlik etdiyinə görə budəfəki görüşdə Çiçək xatun ona çiçi verməkdən imtina etdi, onu bu cür cəzalandırdı. Qəm çanağına dönmüş qızcığaz ağlamsınmış yuxudan oyanıb, yatağında oturdu. Əlləri ilə gözlərinin yaşını silib ətrafı nəzərdən keçirdən vaxt otaqda stulun söykənəcəyindən asılmış hərbi pencəyi gördü və heyrətini gizlədə bilmədi. Durub bayıra qaçmaq istədi, lakin çarpayısının üstünə sərilmiş, yerliyi qaymaqçiçəyi rəngində, ətəyində dövrələmə laləzar təsvir olunmuş çiçi donu görəndə yarıyuxulu vəziyyətdə yatağında atılıb-düşməyə başladı, hətta gecənin sarsıntıları onun yaddaşını birdəfəlik tərk elədi... Lələ təpənin erməni terrorçularından azad olunmasında yaxından iştirak etmiş atası döyüş bölgəsindən qayıtmışdı...

Elbəyi Cəlaloğlu
Bakı, 10 aprel 2016-cı il
Oxşar xəbərlər
00:44, Bu gün
Türkiyə İrana hərbi helikopter və PUA göndərib
00:06, Bu gün
Bir reklamdan 20 milyon qazandı
00:01, Bu gün
Bakıda dava edən qonşuları ayıran qadın boğazından bıçaqlanıb
19 May 2024 | 23:37
Moskva Tehrana çağırış etdi
19 May 2024 | 23:35
"Sənət bazar deyil, özünə qiymət qoyasan"
19 May 2024 | 23:31
SEPAH komandanı: "Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib"
19 May 2024 | 23:28
İran Prezidenti İbrahim Rəisinin qəzaya uğradığı helikopterdən gələn zənglər araşdırılır
19 May 2024 | 23:24
"Bir milyona yaxın dinc əhali Rafahı tərk edib" - BMT-nin fələstinli qaçqınlar üzrə Agentliyi
19 May 2024 | 23:13
Rəisinin qəzaya uğradığı helikopter hansı modeldir? - FOTO
19 May 2024 | 23:09
Türkiyə 32 alpinisti axtarış və xilasetmə əməliyyatı üçün İrana göndərib
19 May 2024 | 22:50
Azərbaycanda istirahətə gedən ailə dəm qazından zəhərləndi: Ölən var - VİDEO
19 May 2024 | 22:43
İstanbul derbisinin qalibi "Fənərbağça" oldu
19 May 2024 | 22:32
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
19 May 2024 | 22:27
İbrahim Rəisi və nümayəndə heyətinin helikopter qəzası xəbəri bizi kədərləndirdi - Ərdoğan
19 May 2024 | 21:57
Aİ İran üçün "Copernicus" peyk görüntü xidmətini aktivləşdirib
19 May 2024 | 21:56
Ayətullah Xamenei İbrahim Rəisinin helikopterinin qəzaya uğramasından sonra açıqlama verib
19 May 2024 | 21:47
Qəzaya düşən helikopterdə Rəisi ilə birgə kimlər olub?
19 May 2024 | 21:34
İranda baş verən helikopter qəzası ilə bağlı baş verənləri üzüntü ilə izləyirik - Türkiyə XİN
19 May 2024 | 21:21
"Mançester Siti" çempion oldu, "Arsenal"ın 20 illik həsrətinə son qoyulmadı
19 May 2024 | 21:13
Muradın çayda boğulmasının TƏFƏRRÜATI: Batdığını görənlər qorxularından ailəsinə xəbər etməyibmiş - VİDEO
19 May 2024 | 20:54
Niger: ABŞ hərbçilərinin ölkədən çıxarılması proseduru razılaşdırılıb
19 May 2024 | 20:50
Rəisi bu gün İrəvana gedəcəkmiş, son anda…
19 May 2024 | 20:48
Göyçayda qəza: Xəsarət alanlar var
19 May 2024 | 20:39
HƏMAS-ın daha bir komandiri öldürüldü
19 May 2024 | 20:24
"Nüvə savaşında 72 saata 5 milyard insan həlak olacaq, yalnız iki ölkə salamat çıxacaq" - "Daily Star"
19 May 2024 | 20:12
İran vitse-prezidenti hadisə yerinə yollandı
19 May 2024 | 20:08
Azərbaycan İrana dost və qardaş xalq kimi bütün lazımi dəstəyi verməyə hazırdır - XİN
19 May 2024 | 20:01
Avropa İttifaqı Rəisinin qəzaya düşməsi ilə bağlı MƏLUMAT YAYDI
19 May 2024 | 19:58
İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib
19 May 2024 | 19:56
İbrahim Rəisinin helikopterinin qəzaya düşməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
19 May 2024 | 19:26
Rəisi və Abdullahian təhlükədədir - İranlı rəsmi
19 May 2024 | 19:20
Ayətullah Xamenei İran Təhlükəsizlik Şurasının təcili iclasını keçirir
19 May 2024 | 19:19
Sabahın havası meteohəssas insanlara necə təsir edəcək?
19 May 2024 | 19:10
Yevlaxda ər arvadını öldürüb, sonra özünü bıçaqlayıb
19 May 2024 | 19:08
Qəzaya uğrayan helikopterin axtarışları davam edir - VİDEO
19 May 2024 | 19:04
"Ukraynadan qalan yalnız Lvov olacaq" - Xodorkovski
19 May 2024 | 18:56
"Hər hansı bir ölkəni çökdürmək üçün çip alımını dayandırmaq yetərlidir"
19 May 2024 | 18:55
İbrahim Rəisi sağdırmı? – İrandan şok qərarlar...
19 May 2024 | 18:42
"Mehr" agentliyi İran Prezidentinin xəsarət almadığı ilə bağlı məlumatı silib - YENİLƏNİB
19 May 2024 | 18:33
Qəzzada 35,5 min insanın həyatını itirdiyini bildirib
19 May 2024 | 18:30
2023-cü ildə 30 500 şəkərli diabet xəstəsi qeydə alınıb
19 May 2024 | 18:05
Rəisinin helikopterinin qəzadan öncəki görüntüləri - VİDEO
19 May 2024 | 18:05
Britaniyanın müdafiə naziri Rusiya ilə mümkün müharibədən danışdı
19 May 2024 | 17:43
Nazirlik: VI siniflərdə keçirilən monitorinq uğurla başa çatdırılıb
19 May 2024 | 17:40
İran Prezidenti helikopterin sərt enişi nəticəsində xəsarət almayıb - KİV
19 May 2024 | 17:39
Yağıntılı hava ilə bağlı magistral yollarda görmə məsafəsi məhdudlaşacaq
19 May 2024 | 17:38
Slovakiyanın güllələnmiş baş nazirinin vəziyyəti necədir?
19 May 2024 | 17:32
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – Təfərrüat
19 May 2024 | 17:25
Latviya Parlamentinin sədri: Qarabağdakı quruculuq işlərinə şahidlik etmək çox sevindiricidir
19 May 2024 | 17:23
Türkiyəli nazir: İlin sonunadək neft hasilatı daxili bazarın tələbatının 10 faizini ödəyəcək
19 May 2024 | 17:20
Qocalar evində ölümləri "proqnozlaşdıran" ekstrasens pişik
19 May 2024 | 17:18
Köçəryan və Sərkisyandan Paşinyana qarşı həmlə: Petrosyan tərəfini açıqladı
19 May 2024 | 17:08
İran Prezidentini daşıyan helikopter sərt eniş edib, Rəisinin vəziyyəti məlum deyil
19 May 2024 | 17:07
Göyçayda 24 yaşlı oğlanı cərəyan vurub öldürüb
19 May 2024 | 17:05
Bakıda iki sərnişin avtobusu toqquşdu: 6 nəfər xəsarət aldı
19 May 2024 | 16:58
İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb
19 May 2024 | 16:55
Latviya parlamentinin sədri Şuşadadır
19 May 2024 | 16:52
Rusiyalılar mülki ukraynalıları qətlə yetirir, Xersonda insanların üzərinə drondan partlayıcı maddə atılıb
19 May 2024 | 16:44
Nuran Abdullayev: "Prezident İlham Əliyev nə zaman hansı gedişi edəcəyi bilinməyən ən güclü siyasi şahmat ustasıdır"
19 May 2024 | 16:40
"Hücumun birinci fazası: Volçanskın zəbt edilməsi rusiyalılara nə üçün lazımdır?" - ISW
19 May 2024 | 16:39
Ukrayna Rusiyanın daha bir gəmisini VURDU
19 May 2024 | 16:37
Çərçivə sazişi imzalanır, dəhliz bu statusla açılır - Tarix verildi
19 May 2024 | 16:36
Türkandan gözlənilməz hərəkət: Efirə telefonla buraxmadılar deyə GÖRÜN NƏ ETDİ - VİDEO
19 May 2024 | 16:34
Rusiya Xarkovdakı istirahət mərkəzini “İskander”lə vurub, ölənlərin sayı 5-ə çatıb - YENİLƏNİB
19 May 2024 | 16:20
Amerikalı qız başqa ölkəyə köçdü, adını dəyişdi: Maraqlı SƏBƏB
19 May 2024 | 16:18
Cəlilabadda 17 yaşlı yeniyetmə bıçaqlanıb
19 May 2024 | 16:14
Ağsu dolaylarında asfalt çöküb
19 May 2024 | 16:06
Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Günü qeyd edilir
19 May 2024 | 15:45
Bitlisdə avtobus dərəyə düşüb, yaralananlar var
19 May 2024 | 15:31
Maqnit qasırğaları zamanı edilən səhvlər SADALANDI
19 May 2024 | 15:28
Xətaidə yanğın: Avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
19 May 2024 | 15:27
Dunay çayında gəmilər toqquşub, ölənlər var
19 May 2024 | 15:04
Seyid İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
19 May 2024 | 15:03
Yeni Kaledoniyada gərgin vəziyyətlə əlaqədar məktəblərdə dərslər dayandırılıb
19 May 2024 | 15:02
Erməni barbarlığına tuş gələn Qubadlı məscidi
19 May 2024 | 15:01
Ukrayna Rusiyanın daha bir gəmisini məhv etdi
19 May 2024 | 14:45
“Ola bilsin ki, bəziləri bizim bu görüşlərimizi bəyənməsinlər”
19 May 2024 | 14:45
Çinin kənd təsərrüfatı naziri haqqında təhqiqat başlanıb
19 May 2024 | 14:43
Tabut açıldı: Qızı içəridəki kişini görüb DƏHŞƏTƏ gəldi
19 May 2024 | 14:42
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
19 May 2024 | 14:40
Müdafiə Nazirliyi şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimi keçirib
19 May 2024 | 14:25
Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon
19 May 2024 | 14:23
Prezident: "Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir"
19 May 2024 | 14:22
"Ukrayna Rusiyadakı obyektlərə zərbələr endirmək üçün ABŞ-dan icazə istəyir" - "The Wall Street Journal"
19 May 2024 | 14:15
Anar Heybətova ağır itki - FOTO
19 May 2024 | 14:14
"Belarus post-sovet ölkələri arasında Azərbaycanın dördüncü ən böyük xarici ticarət partnyorudur"
19 May 2024 | 14:11
Vətəndaş kibercinayətkarların tələsinə belə düşdü - 25 min manat itirdi- ŞOK FAKTLAR
19 May 2024 | 14:11
"Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgəyə fayda verəcək"
19 May 2024 | 14:09
Prezident: "İki hidroqovşağın açılışı və istismara verilməsi tarixi hadisədir"
19 May 2024 | 14:08
Prezident: "İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir"
19 May 2024 | 14:07
Tanınmış xanəndə məşhur aktyorun bacısı imiş - FOTO
19 May 2024 | 14:07
Azərbaycan Prezidenti: "Bizim energetika sahəsində çox böyük planlarımız var"
19 May 2024 | 13:44
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində azı 4 nəfər ölüb
19 May 2024 | 13:42
Diş yetişdirmək üçün dünyada ilk dərman yaradıldı
19 May 2024 | 13:27
Aralıq dənizində zəlzələ
19 May 2024 | 13:23
İran səfiri: Missiyamın son günündə ən böyük sərhəd layihəsinin istifadəyə verilməsi ilə fəxr edirəm
19 May 2024 | 13:21
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
19 May 2024 | 13:20
Sumqayıtda mənzildən kişi meyiti tapıldı
19 May 2024 | 13:19
Kim qalib gələcək: Tramp, yoxsa Bayden?
19 May 2024 | 12:55
Sabah Azərbaycanın bu rayonlarında leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək
GÜNLÜK
19 May 2024 | 19:58
İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib
19 May 2024 | 08:22
Ukraynalı döyüşçü britaniyalını udub mütləq çempion oldu...-Rusiyalı isə isveçlidən ağır nokaund aldı...-FOTOLAR+VİDEO
19 May 2024 | 06:51
Misirdəki piramidaların sirri açıla bilər
19 May 2024 | 07:30
“Həftə sonları”-nın yaratdığı TƏHLÜKƏ
19 May 2024 | 06:49
İsrail Rəfahda 50-yə yaxın terrorçunu məhv edib
19 May 2024 | 07:44
Bağırsaq bakteriyaları insan qərarlarına təsir edirmiş
19 May 2024 | 07:15
“iPhone 16” istehsala hazırlaşır
19 May 2024 | 07:57
Son zəng yaxınlaşır: Paltar tikdirmək neçəyə başa gəlir? - VİDEO
19 May 2024 | 08:47
Almaniya Müdafiə Nazirliyi Ukraynaya dəstək üçün hökumətdən əlavə 3,8 milyard avro tələb edib
19 May 2024 | 08:26
Rafael Ağayev Ginnesin Rekordlar Kitabına düşdü
HƏFTƏLİK
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 23:57
Elmdə sıçrayış: dondurulmuş insan beyni həyata qaytarılıb
19 May 2024 | 19:58
İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
19 May 2024 | 08:22
Ukraynalı döyüşçü britaniyalını udub mütləq çempion oldu...-Rusiyalı isə isveçlidən ağır nokaund aldı...-FOTOLAR+VİDEO
18 May 2024 | 23:50
"Ukrayna Rusiyanın neft emalı gücünün 14 faizini sıradan çıxarıb" - "Bloomberg"
AYLIQ
19 May 2024 | 19:58
İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib
19 May 2024 | 08:22
Ukraynalı döyüşçü britaniyalını udub mütləq çempion oldu...-Rusiyalı isə isveçlidən ağır nokaund aldı...-FOTOLAR+VİDEO
19 May 2024 | 06:51
Misirdəki piramidaların sirri açıla bilər
19 May 2024 | 07:30
“Həftə sonları”-nın yaratdığı TƏHLÜKƏ
19 May 2024 | 06:49
İsrail Rəfahda 50-yə yaxın terrorçunu məhv edib
19 May 2024 | 07:44
Bağırsaq bakteriyaları insan qərarlarına təsir edirmiş
19 May 2024 | 07:15
“iPhone 16” istehsala hazırlaşır
19 May 2024 | 07:57
Son zəng yaxınlaşır: Paltar tikdirmək neçəyə başa gəlir? - VİDEO
19 May 2024 | 08:47
Almaniya Müdafiə Nazirliyi Ukraynaya dəstək üçün hökumətdən əlavə 3,8 milyard avro tələb edib
19 May 2024 | 08:26
Rafael Ağayev Ginnesin Rekordlar Kitabına düşdü