Hitleri “infarkt edən” 3 Azərbaycan alimi -ARAŞDIRMA
Oxunub: 11378
09 May 2016 | 16:22
Hitleri “infarkt edən” 3 Azərbaycan alimi -ARAŞDIRMA
9 may sovet vaxtının ən nüfuzlu bayramı hesab edilirdi. Bu o gün idi ki, amansız “41-45”-in həm arxa, həm də ön cəbhə iştirakçıları medallarının tozunu alar, köhnə-təzə pencəklərinin sinəsinə taxaraq bir araya gələrdilər. O zaman 9 may Böyük Vətən Müharibəsinin qələbə günü kimi qeyd edilərdi. İndi isə həmin “Böyük vətən” tarixin lap böyük səhifələrinin arasında qərq olub. İndi 9 May sadəcə II Dünya Müharibəsinin bitdiyi bir tarix kimi xatırlansa da biz yenə də ona Qələbə günü kimi nəzər salırıq. Ən azından biz də döyüşmüşük, minlərlə insan itirmişik, minlərlə insan mənəvi və fiziki cəhətdən şikəst qalıb. Amma Azərbaycan bu itkilərə baxmayaq 1941-45-ci illərdə həqiqətən də böyük rəşadət göstərdi. Həm oğulları ilə, həm də nefti ilə.
Azərbaycan alimlərinin də bu işdə xidmətləri az olmadı. Düşünən beyin bir orduya bərabər iş gördü. Məhz həmin beyinlər  Hitleri “infarkt səviyyəsi”nə çatdırdı. Axırda o, bu beyinlərin məhsulları hesabına silahlanan ordunun əlindən Reyxstaqda zəhər içərək özünü öldürdü. 
AMEA-nın hazırkı prezidenti akademik Akif Əlizadənin və Georgi Zapletinin yazdığı “ Vətənə və elmə xidmət etdilər ” adlı kitabında müharibə vaxtı xüsusi fəaliyyət göstərən Azərbaycan alimlərinin adları çəkilir. Həmin alimlər arasında Azərbaycanın görkəmli şəxsiyyətləri ”“ Səməd Vurğun, Üzeyir Hacıbəyli,  Ziya Bünyadov, Həsən Əliyev, Yusif  Məmmədəliyev, Mustafa Topçubaşov və digərləri barədə məlumatlar yer alıb. 
Kitabda qeyd edilir ki, Azərbaycanın 100-dən çox alimi SSRİ-nin orden və medalları ilə təltif edilib. 7 Azərbaycan alimi dövlət mükafatına, 50 elmi işçi “Azərbaycanın əməkdar elm və texnika xadimi” fəxri adına layiq görülüb. 
Moderator.az  müharibənin taleyinə təsir göstərən, Hitleri “infarkt edən” alimlərimizdən yalnız üçünün adını çəkəcək. Bəri başdan onu deyək ki, Yusif Məmmədləiyevin bu istiqamətdəki işlərindən danışmağa o qədər də  ehtiyac yoxdu. Çünki uşaqdan böyüyə hamı Yusif Məmmədəliyevin sovet ordusu, neft-kimya sənayesi  üçün nə dərəcədə vacib kadr olduğunu bilir. Nobelin bir addımlığında olan böyük alim təəssüf ki, müəyyən səbəblərdən onu ala bilmədi. Amma Məmmədəliyev fenomeni bütövlükdə müharibənin taleyinə təsir etdi.

Biz bu mövzuda nisbətən kənarda qalan üç alimimizi xatırlayaq:

 
Şıxbala Əliyev  - Azərbaycanda kimya üzrə ilk elmlər namizədi və ilk kimya elmləri doktoru olub. 24 yaşında Azərbaycanda kimya elmləri üzrə ilk alim  olan Əliyev karyerasının ən ağır illərinin müharibəyə düşəcəyini heç xəyal etməzdi. Müharibə başlayan zaman cəmi 32 yaşı var idi. Elə bu yaşında  elmləri doktoru adını qazanır.  

Alimin  kəşfləri, elmi axtarışları, elmi tədqiqatları müharibə illərində neft sənayesində inqilabi irəliləyişlərə səbəb olub. 1941-ci ildə Şıxbala Əliyev Kimya İnstitutuna direktor təyin edilir. Ona bir sıra müdafiə əhəmiyyətli elmi işlərin yerinə yetirilməsi və institutun tematik planının hərbi məqsədlərə uyğunlaşdırılması kimi mühüm və məsuliyyətli vəzifə tapşırılır.
Müharibə dövründə Şıxbala Əliyev neft kimyası sahəsində böyük müdafiə məqsədli vacib işlər görür. Onun gördüyü ən vacib məsələlərə aşağıdakıları aid etmək olar: 1941-43-cü illərdə Kimya İnstitutunda kömür məmulatlarının və yerli materialların, elektroizolyasiya olunan lakların istehsalı, yanğından qorunma rənglərin istehsalı, kobaltın turşlaşması, sulfat turşusunun qalıqlarından istehsal olunan vanadiy katalizatorunun alınması, yeraltı sulardan yeyici natriy, yod, bromun alınması, lyuminoforların, stirolun və polistirolun alınması, sabun emalı ücün suiti piyinin təmizlənməsi və müharibə dövrünün bir çox vacib layihələri.
Elə həmin illərdə alim neft və neft məhsullarından üzvi maddələrin alınmasının perspektiv metodlarını işləyib hazırlayır, bunun nəticəsində Azərbaycan mədənlərində buruqların neft və axın xətlərinin deparafinizasiya metodu istifadə olunur ki, bunun da nəticəsində məhsuldarlıq xeyli artır.
Professor Ş. Əliyev tərəfindən həmçinin Azərbaycanın yanan suxurları da tədqiq edilib. Onun hazırladığı monoqrafiyada Azərbaycanın yanan suxurlarının fiziki və kimyəvi təbiətini və onlardan yanma mühərrikləri üçün yüksək keyfiyyətli yanacağın və digər müxtəlif assortimentli kimyəvi maddələrin alınması üçün emal üsülları da ətraflı araşdırılıb. 
Gənc alimin toluolun sintezi ilə bağlı elmi tədqiqatlarının əhəmiyyəti müharibə illərində xüsusi olaraq artır. Bu illərdə həmin kimyəvi birləşmələrə tələbat çox yüksək idi. Ş. Əliyevin ixtirasının tədbiqi ölkə üzrə toluolun istehsalının artmasına şərait yaradır. SSRİ Ali Attestasiya Komissiyasının qərarı ilə 1944-cü ildə Ş. Əliyev "Ümumi kimya" ixtisası üzrə Azərbaycanın ilk professoru yüksək adına layiq görülür.

 

Musa Əliyev- Akademiyanın sabiq prezidenti Musa Əliyev böyük geoloq olsa da, müharibə illərində əsasən yüksək vəzifələrdə fəaliyyət göstərərək qanlı “41-45”in taleyinə alimdən daha çox bir məmur kimi təsir edir. O, 1942-44-cü illərdə Azərbaycan Geologiya İdarəsinin rəisi, ondan sonra isə Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi kimi fəaliyyət göstərir. Onun müharibə zamanı əsas xidməti faydalı yataqların tapılması oldu. Bu əslində müharibəyə dayanmadan göndərilən  Bakı neftinin üstündəki qara buludları aradan qaldırırdı. Mərkəz Musa Əliyev, Mirəli Qaşqay, Şamil Əzizbəyov kimi düşünən beyinlərə, sehrbaz geoloqlara güvənib cəbhənin yaşam mənbəyi olan neftdən istifadə edirdi. Ordu, döyüşən əsgərlər qələbənin görünən tərəfi idi. Görünməyən tərəfi isə yüksək oktanlı benzinləri, müxtəlif yanacaqları hazırlayan alimlər idi.
İkinci Dünya müharibəsi ərəfəsində, gənc yaşlarında Azərbaycan Geologiya İdarəsinin baş mühəndisi kimi çalışan Musa Əliyev sonradan indiki Azərbaycan Dövlət Neft Akademiyasında dekan və 1939-41-ci illərdə Azərbaycan Sənaye İnstitutunun rektoru vəzifəsini tutub. 
1908-ci ildə Şamaxıda anadan olan Musa Əliyev yüksək rəhbər vəzifə üçün gənc sayılacaq 39 yaşında Azərbaycan Kommunist Parstiyasının Mərkəzi Komitəsinin üzvü və katibi seçilib, 40 yaşında - 1948-1949-cu illərdə Nazirlər Sovetinin sədr müavini təyin olunub. Bir müddət Dövlət Plan Komitəsinin sədri işləyən Musa Əliyev 3 dəfə SSRİ Ali Sovetinin deputatı seçilib. 1950-ci ildə o zaman üçün çox nüfuzlu vəzifə hesab edilən Azərbaycan SSR Elmlər Akademiyasının prezidenti vəzifəsinə gətirilib. 8 il bu vəzifədə çalışan geoloq alim akademiyanın geologiya sahəsində, eləcə də bir çox istiqamətlərdə irəli getməsinə şərait yaradıb.
Azərbaycanın ilk paleontoloq alimi olan Musa Əliyevin inzibati işlərini o səbəbdən sadaladıq ki, o, II Dünya Müharibəsində elmi ilə yanaşı, həm də inzibati idarəetmə qabiliyyəti ilə xidmət edib. Təsadüfi deyildi ki, məşhur Neft daşlarının salınması ideyasını Musa Əliyev məhz müharibə illərində verib. 
Azərbaycan Dövlət Plan Komitəsinin sədri Musa Əliyevin SSRİ Dövlət Plan Komitəsinin sədri Baybakovla olan yaxın əməkdaşlığı Neft Daşlarının ”“ möcüzəli dəniz şəhərinin nəhəng layihəsinin həyata keçirilməsində az rol oynamamışdır. Bu, 1948-49-cu illərin yaddaşına yazılan hadisə idi.


Mirəsədulla Mirqasımov ”“   II Dünya Müharibəsi vaxtı xeyli insanı ölümdən xilas edən və xüsusi üsullarla tibbi kəşflərə imza atan, bununla da müharibənin taleyinə təsir edənlərdən biri də akademiyanın ilk prezidenti və Azərbaycanın ilk cərrahı Mirəsədulla Mirqasımovdur. O, müharibə illərində arxa cəbhə hospitallar şəbəkəsini yaradır və ona rəhbərlik edir. Bu şəbəkənin səyi nəticəsində bir çox insan xilas edilir və yenidən cəbhəyə yollanılır. Akademik həkim bu xidmətlərinə görə “Qırmızı ulduz” nişanına layiq görülür.  
Mirəsədulla Mirqasımov  1913-cü ildə Odessaya yollanır və orada 1916-cı ilə qədər tibb təhsili alır. Həmin il yenidən doğma Bakıya qayıdır və bir çox xəstəxanalarda aparıcı həkim-cərrah kimi fəaliyyət göstərir. Bununla yanaşı, o, tibb elmi sahəsində nəzəri araşdırmalara da qətiyyən ara vermir. Artıq Böyük Vətən Müharibəsi başlanan zaman xəstəxanalarda yaralıların vəziyyətinə rəhbərlik etmə səviyyəsinə qədər inam qazanır. O, buna qədər Bakı Dövlət Universitetinin tibb fakültəsinin topoqrafik anatomiya kafedrasında əməkdaş, bu fakültənin əsasında yaradılan Azərbaycan Tibb İnstitutunda Cərrahi xəstəliklər kafedrasının müdiri, eyni zamanda Müalicə-proflaftika fakültəsinin dekanı kimi fəaliyyət göstərib.

Elmin Nuri
Oxşar xəbərlər
19:30, Bu gün
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
19:29, Bu gün
Azərbaycan çempionatında möhtəşəm qol vuruldu
19:16, Bu gün
Cəlilabadda canavarlar altı qoyunu parçalayıb, dördü xəsarət alıb
19:12, Bu gün
Zurabişvili xarici agentlər haqqında qanuna veto qoyub
19:08, Bu gün
"Rusiya ilə Qərb arasında hərbi qarşıdurmanın kəskin mərhələsi davam edir"
19:07, Bu gün
Zəngilan məscidinin əsaslı təmirdən sonrakı görüntüləri - VİDEO
18:30, Bu gün
Müdafiə Nazirliyinin idarə rəisi İŞDƏN ÇIXARILDI
18:02, Bu gün
Qarabağ Universiteti ilə bağlı sualların cavablandırılması üçün bu nömrəyə ZƏNG EDİN
17:57, Bu gün
Xalq artisti Roza Cəlilova yubileyi münasibətilə evində ziyarət olundu - FOTO
17:53, Bu gün
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım etdi - FOTO
17:49, Bu gün
Ağasəlim Mircavadov "Sumqayıt"ın Premyer Liqada ikincilik şansını daha yüksək qiymətləndirib
17:43, Bu gün
"Ağ Evin keçirdiyi unikal əməliyyat nəticəsində amerikalı həkimlər Qəzzanı tərk edib" - CNN + FOTO
17:37, Bu gün
Binədə qeyri-adi hadisə: Yola tökdükləri başlarına bəla oldu - VİDEO
17:31, Bu gün
Alim Qasımovu dünyaya təqdim edən tarzən: O, ölümündən əvvəl tarına nə deyib? - FOTO
17:25, Bu gün
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
17:19, Bu gün
Fidan Qasımova və Nahidə Orucova nənə oldu-FOTO
17:17, Bu gün
Qadın sürücüləri tənqid etdi: "Harda gəldi saxlayıb gedirlər"
17:15, Bu gün
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
17:09, Bu gün
Boksçularımız beynəlxalq turniri 5 medalla başa vurublar - FOTO
17:04, Bu gün
Moskvada Azərbaycan məhsullarının dequstasiyası keçirilib - FOTO
17:01, Bu gün
“Ermənilərin məşhur bəstəkarı özü etiraf etmişdi ki, musiqi yazmağı Üzeyir Hacıbəylidən öyrənib”-FOTO+ÖZƏL
16:59, Bu gün
Maşanlı kəndində 590 fərdi ev inşa ediləcək
16:58, Bu gün
"Kiyevin müttəfiqləri Ukraynanı sülh danışıqlarına meyilləndirir" - "Europe 1" radiostansiyası
16:56, Bu gün
Qarabağ Universitetinin bukleti hazırlanıb
16:54, Bu gün
2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev inşa ediləcək
16:52, Bu gün
"Azəriqaz"-ın baş direktoru bir qrup Birlik əməkdaşını mükafatlandırdı - FOTO
16:50, Bu gün
Yüz manatlıqlarla bağlı əhaliyə XƏBƏRDARLIQ: "DİQQƏTLİ OLUN!"
16:48, Bu gün
Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək
16:45, Bu gün
Prezident və xanımı Zəngilan məscidinin açılışında - YENİLƏNİB
16:42, Bu gün
2040-cı ilədək Mincivanda 630 fərdi ev və yaşayış binaları tikiləcək
16:39, Bu gün
Peter Siyarto: Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı fəaliyyəti bərpa olunmalıdır
16:35, Bu gün
“Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi - YENİLƏNİB
16:32, Bu gün
Azərbaycanın yunan-Roma güləşi millisi U-15 Avropa çempionatında birinci olub
16:29, Bu gün
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
16:25, Bu gün
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
16:22, Bu gün
Hacıqabulda 14 yaşlı oğlan bıçaqlanıb
16:19, Bu gün
Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoydu - FOTO
16:16, Bu gün
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
16:12, Bu gün
İlham Əliyev Cəbrayılın Böyük Mərcanlı kəndinin təməlini qoydu - FOTO
16:11, Bu gün
Azərbaycanlı şair vəfat edib
16:08, Bu gün
Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoydu
16:03, Bu gün
"Zəmanətli sanitar zonaya Polşa da düşəcək" - Medvedev
15:58, Bu gün
Bəzi yerlərə leysan, dağlıq ərazilərdə qar yağıb, Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
15:51, Bu gün
"IV siniflərin 98 faizi monitorinq imtahanında iştirak edib"
15:49, Bu gün
“Söz azadlığından, demokratiyadan  danışıb sosial şəbəkələrin fəaliyyətini dayandırmaq əxlaqsızlıqdır”
15:45, Bu gün
Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
15:44, Bu gün
UNEC-in sədrliyi ilə Türk Universitetləri Birliyinin 7-ci Baş Assambleyası keçiriləcək
15:43, Bu gün
“Real Madrid”in 60 milyon avroya transfer etdiyi futbolçu mövsüm sonunda klubsuz qala bilər
15:36, Bu gün
Daşkənddə keçirilən Türk Dünyası Sammiti başa çatdı - FOTO
15:33, Bu gün
Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu
15:30, Bu gün
“NKVD” – komsomol qarşıdurması: Beriya bu mübarizədən də qalib çıxıb  
15:25, Bu gün
ABŞ-nin nüfuzlu universitetlərinə qəbul qazanan məktəblinin daha bir uğuru
15:20, Bu gün
Nohur gölündə suyun səviyyəsi aşağı endirilir - VİDEO
15:18, Bu gün
Türkiyəli nazir Zəngəzur dəhlizinin açılacağı tarixi açıqladı
15:16, Bu gün
Azərbaycanın üçqat dünya çempionu: Özümdən bu nəticəni gözləyirdim
15:15, Bu gün
Qafqazda qurulan oyun
15:10, Bu gün
Fransa-Azərbaycan gərginliyinin əsl səbəbi: Məsələ Ermənistan deyilmiş
15:03, Bu gün
Bakıda 50 minə yaxın lV sinif şagirdi imtahan verdi
14:58, Bu gün
Bakıda “kokain” və “ekstazi” satan şəxs tutuldu - VİDEO
14:52, Bu gün
Hərbi Hava Qüvvələrinə yeni təyin olunan komandan KİMDİR? - DOSYE
14:47, Bu gün
BDU-da respublika elmi konfransı keçirilib - FOTO
14:39, Bu gün
Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib - FOTO
14:33, Bu gün
Dilarə Zamanova intihara cəhdin səbəbini açıqladı: "Məni daha çox üzən şeylər var..."
14:32, Bu gün
"Ah, bu yazıçılar!" Sanki əmindirlər ki, biz hər şeyi baş-ayaq görürük, dəyərlərimiz də yalançı dəyərlərdir
14:29, Bu gün
Azərbaycanda zəhərli hörümçəklər satışa çıxarıldı
14:27, Bu gün
Azərbaycan - Cənubi Qafqazın lideri və sülhün qarantı
14:25, Bu gün
Bu gün Zəngilanda yeni inşa olunan məscidin açılışı olacaq
14:20, Bu gün
Gənc boksçularımız Macarıstandan iki medalla dönürlər
14:17, Bu gün
Bakının ortasında “ermənikənd” necə qondarıldı?.. -Səbəb yenə Rusiya və neft...
14:15, Bu gün
Filippində zəlzələ oldu
14:14, Bu gün
Mikayıl Cabbarov: "Yeni istehsal müəssisəsinin yaradılması bölgənin inkişafına töhfə verəcək"
14:13, Bu gün
Qaxa dolu yağıb, yağış suları həyətlərə dolub
14:12, Bu gün
Qara dənizdə gəmi batıb
14:09, Bu gün
Sabah Azərbaycan və İran “Qız Qalası” hidroqovşağını işə salacaq
14:02, Bu gün
Türkiyəli jurnalist: "Fransanın Azərbaycanla bağlı verdiyi açıqlamalar olduqca uyğunsuzdur"
13:56, Bu gün
Azərbaycanda 8 vəkil cəzalandırıldı
13:49, Bu gün
Lamiyə Vəliyeva 3-cü dəfə dünya çempionu oldu - FOTO
13:43, Bu gün
"Qərb Rusiyanı strateji cəhətdən məğlub etmək mövqeyində dayanıb" - Putin
13:37, Bu gün
Əfv Məsələləri Komissiyasının iclasları yekunlaşır, sənədlər təqdim olunacaq
13:32, Bu gün
Azərbaycan özü üçün yeni olan idman növündə Dünya Kubokuna ev sahibliyi edəcək
13:27, Bu gün
Könülün qətlindən sonra nənəsi də öldü
13:26, Bu gün
Prezident Cəbrayılın Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoydu - FOTO
13:24, Bu gün
DİN-dən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ
13:19, Bu gün
BDU-da Cəfər Cabbarlının 125 illik yubileyi münasibətilə sərgi-konfrans keçirilib
13:13, Bu gün
Siyasi münasibətlər yeni müstəvidə
13:10, Bu gün
Azay Quliyev Lissabonda beynəlxalq tədbirdə iştirak edəcək
13:07, Bu gün
Bakıda işlədiyi evlərdən oğurluq edən usta saxlanıldı - FOTO/VİDEO
13:04, Bu gün
Audiovizual Şura, MEDİA və AZƏRTAC-ın rəhbərləri Mərakeşdə işgüzar səfərdədir - FOTO
13:01, Bu gün
Mühəndis Qoşunları ötən ay 254 hektardan çox ərazini minalardan təmizləyib - VİDEO
12:56, Bu gün
Bazar gününün HAVASI AÇIQLANDI
12:51, Bu gün
Bakının bitib-tükənməyən avtobus problemi nə vaxt həll ediləcək? - VİDEO
12:45, Bu gün
Rəşad Dağlının qızı əməliyyat olundu
12:38, Bu gün
Fantastik kəşf: “Yadplenetlilərin nəhəng tikililəri” – İnsanlar bunu bacara bilmirlər
12:32, Bu gün
“Torpaqlarımızı erməniyə vermək istəyən məmuru yerli camaat döyüb toyuq damına salmışdı”
12:27, Bu gün
Xüsusi təyinatlılarımız Türkiyədəki təlimdə atəş fəaliyyətləri icra ediblər - FOTO
12:22, Bu gün
Bisavad insan siyasətə sürüklənəndə belə olur
12:17, Bu gün
Daxili siyasətdə mühüm gediş - iqtidar-müxalifət dialoqu...
12:12, Bu gün
Azərbaycan və Türkiyəsiz “xoşbəxtlik” xülyası - İrəvana ayrılan pullar nə vəd edir?
12:07, Bu gün
Milli Kitabxanada “18 May - Beynəlxalq Muzeylər Günü” adlı sərgi açılıb
12:02, Bu gün
Trampdan ABŞ müdafiəsi üçün təklif: “İsraildəki sistemə ehtiyacımız var”
GÜNLÜK
17 May 2024 | 21:23
İmtahandan əvvəl bunları YEYİN
10:14, Bu gün
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
17 May 2024 | 20:09
Kartof əvəzinə bu tərəvəzdən istifadə edin - 70 dəfə daha faydalıdır
17 May 2024 | 19:56
Efirdə DAVA DÜŞDÜ: "Sənin tikilmiş ağzın bağlansın" - VİDEO 
17 May 2024 | 22:37
"Putin gözəl bilir ki, nüvə silahını tətbiq edərsə, cavab sarsıdıcı olacaq və NATO savaşa girəcək"
17 May 2024 | 19:47
Prezidentlər Füzuli şəhərinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
17 May 2024 | 20:37
Əfqan Baxışov yüksək vəzifəyə TƏYİN OLUNDU
17 May 2024 | 19:50
Türk və erməni nazirlər tarixi körpünün bərpasını müzakirə etdi
17 May 2024 | 20:42
20 illik araşdırmaların nəticəsi açıqlandı: bu cür qidalanmaq ömrü uzadır
17 May 2024 | 21:43
"Putinlə Si sülh barəsində üzdə boşboğazlıq edərək müharibəyə hazırlaşır" - "The Telegraph"
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
11 May 2024 | 20:25
Prezident İlham Əliyevin illər öncə etdiyini ABŞ indi edir: “Bu, vacib imiş!”
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
11 May 2024 | 20:25
Bakıda yeni salınmış məhlədə ağaclar məhv olur? - FOTO
12 May 2024 | 19:07
2 azyaşlı uşağı vuraraq hadisə yerindən qaçan ifaçı SÖYÜŞ SÖYDÜ
15 May 2024 | 22:56
Fitsoya sui-qəsdlə bağlı maraqlı FAKT - 2003-cü ildən sonra ilk dəfə... - VİDEO
AYLIQ
17 May 2024 | 21:23
İmtahandan əvvəl bunları YEYİN
10:14, Bu gün
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
17 May 2024 | 20:09
Kartof əvəzinə bu tərəvəzdən istifadə edin - 70 dəfə daha faydalıdır
17 May 2024 | 19:56
Efirdə DAVA DÜŞDÜ: "Sənin tikilmiş ağzın bağlansın" - VİDEO 
17 May 2024 | 22:37
"Putin gözəl bilir ki, nüvə silahını tətbiq edərsə, cavab sarsıdıcı olacaq və NATO savaşa girəcək"
17 May 2024 | 19:47
Prezidentlər Füzuli şəhərinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
17 May 2024 | 20:37
Əfqan Baxışov yüksək vəzifəyə TƏYİN OLUNDU
17 May 2024 | 19:50
Türk və erməni nazirlər tarixi körpünün bərpasını müzakirə etdi
17 May 2024 | 20:42
20 illik araşdırmaların nəticəsi açıqlandı: bu cür qidalanmaq ömrü uzadır
17 May 2024 | 21:43
"Putinlə Si sülh barəsində üzdə boşboğazlıq edərək müharibəyə hazırlaşır" - "The Telegraph"