“Elmi şuranın iclasında təşəbbüs qaldırmışıq ki, ADNA terrorunun qurbanı olmuş elm, təhsil şəhidlərimizin xatirəsini əbədiləşdirmək məqsədilə barelyef qoyulsun. Çox güman ki, yaxın zamanda Azərbaycan Dövlər Neft Akademiyasının ikinci korpusunda xüsusi dizaynla işlənmiş barelyef quraşdırılacaq. Məsələni artıq gündəmə gətirmişik və tezliklə həll edəcəyik”.
Bunu Moderator.az-a
açıqlamasında Azərbaycan Dövlər Neft Akademiyasının rektoru Mustafa Babanlı
deyib.
Qeyd edək ki, bu gün 2009-cu
ildə Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş terror hadisəsinin ildönümüdür.
Həmin il 30 aprel tarixində Dövlət Neft Akademiyasında baş vermiş terror hadisəsi
nəticəsində dördü müəllim, yeddi tələbə, bir nəfər sadə vətəndaş öldürülmüşdü.
Moderator.az kollektivi
ADNA terrorunda həyatını itirmiş şəxslərə bir daha Allahdan rəhmət diləyir.
Rumiyyə