Prezident İlham Əliyev: "Azərbaycan neftdən asılılığı tamamilə aradan götürəcək"
Oxunub: 1567
14 Feb 2016 | 16:10
Prezident İlham Əliyev:
Fevralın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “İqlim və enerji təhlükəsizliyi. İstiləşmə hələ də davam edirmi?” mövzusunda keçirilən panel-müzakirədə iştirak edib.

Tədbirdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva da iştirak ediblər.

Panel-müzakirənin aparıcısı Melinda Kreyn tədbirin mövzusunun dünyada iqlim və enerji təhlükəsizliyinə həsr olunduğunu dedi. Daha sonra o, bu tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin, bir çox mötəbər qonaqların iştirak etdiyini bildirdi və sözü dövlətimizin başçısına verərək dedi:

-Cənab Prezident, sualıma Sizdən başlamaq istəyirəm. Azərbaycanda səhralaşma, daşqınlar, quraqlıq müşahidə edilir. Uzun müddətdir sərhədyanı münaqişəniz olan Ermənistan ilə əhəmiyyətli su resurslarını paylaşırsınız. Sizcə, iqlim təzyiqi Qafqazda geosiyasi gərginlikləri daha da kəskinləşdirəcəkmi?

Prezident İlham Əliyev: Əlbəttə ki, bu, hamımızın üzləşdiyi bir təhlükədir. Azərbaycana gəlincə, müstəqilliyimizin son 25 ilində atmosferə qaz tullantılarını azalda bilmişik. 1990-cı ildə tullantılar 70 milyon tondan çox təşkil edirdi, indi isə təqribən 50 milyon tondan çoxdur və bu, iqtisadiyyatımızın həmin müddətdə kəskin şəkildə artmasına baxmayaraq, baş verirdi.

Lakin, əlbəttə, çağırışlar və təhlükələr mövcuddur. Bizim üçün əsas təhlükə ondan ibarətdir ki, bizi su ilə təchiz edən əsas çaylarımız mənbəyini qonşu ölkələrdən götürür və xüsusilə Ermənistanda Araz çayının çox ciddi çirklənməsi müşahidə olunur. Bu da bizim hamımız üçün təhlükədir. Çayın çirklənməsinin dayandırılması ilə bağlı etdiyimiz bütün müraciətlərimizə baxmayaraq, əfsuslar olsun ki, Ermənistan bu siyasəti davam etdirir. Sizin də qeyd etdiyiniz kimi, biz iyirmi ildən artıqdır ki, təcavüz və işğaldan əziyyət çəkirik. Ərazilərimizin 20 faizi işğal altındadır. İnsanların əziyyət çəkməsindən savayı, təbiətimiz də əziyyət çəkir. Çünki hər hansı beynəlxalq nəzarət altında olmayan bu ərazilərdə çoxlu qeyri-qanuni fəaliyyətlər, xüsusilə meşələrin qırılması baş verir. Çünki bu ərazilər öz qədim ağac və meşələri ilə çox məşhurdur. İndi isə bu meşələr kommersiya məqsədləri üçün kəsilir.

Biz ağac əkirik. Biz hər il milyonlarla ağac əkirik. Biz qazlaşdırma siyasətini davam etdiririk. Bu gün biz elektrik enerjisinin generasiyası üçün əsasən sudan və qazdan istifadə edirik. Baxmayaraq ki, Azərbaycanın Kioto protokoluna əsasən heç bir öhdəliyi yoxdur, bu, bizim bu işə töhfəmizdir. Biz bu məsələyə çox sadiqiq və müstəqillik illərində fəaliyyətimiz də bu prosesdə etibarlı tərəfdaş olduğumuzu nümayiş etdirir.

Aparıcı: Sualımı qısaca davam etdirmək istəyirəm. Vacib sayılan Kür-Araz hövzəsində su çatışmazlığı perspektivi ilə üzləşmə Azərbaycanı Ermənistan ilə bu resursların müştərək paylaşmasının idarə olunmasında daha da sıx əməkdaşlığa vadar edirmi?

Prezident İlham Əliyev: Əlbəttə, biz işğalı davam etdirən ölkə ilə daha da böyük anlaşmaya malik olmaq istəyirik. Sizə deyə bilərəm ki, bu yaxınlarda - yanvar ayında Avropa Şurasının Parlament Assambleyası qonşu regionlara suyun təchizatında problem törətməsinə görə Ermənistanı pisləyən qətnamə qəbul etmişdir. Parlament Assambleyasında əksəriyyət tərəfindən qəbul edilmiş bu qətnamədə əziyyət çəkən insanlara iztirab verməyə son qoymağa çağırış edilir. Əfsuslar ki, onlar Dağlıq Qarabağ Azərbaycanın hələ de-fakto hissəsi olanda tikilmiş su anbarından mülki əhaliyə problemlər törətmək üçün istifadə edirlər.

Əlbəttə ki, Kür və Araz çaylarından götürülən su bizim üçün çox vacibdir. Buna baxmayaraq, biz dağlarımızdan Bakı şəhərinə su nəql edən boru kəməri tikmişik və regiondan nisbətən az asılıyıq. Lakin yenə də bu, bizim üçün ciddi problemdir. Buna baxmayaraq, bizim Xəzər dənizi kimi böyük su hövzəmiz var. Biz dəniz suyunun irriqasiya məqsədləri və sonradan içməli su kimi istifadə edilməsi üçün onun duzsuzlaşdırılması prosesinə başlamışıq.

Aparıcı: Cənab Prezident, Paris razılaşmasında qeyd edildiyi kimi, Sizin üzərinizə götürdüyünüz iqlim öhdəliklərində enerji sektorunun müasirləşdirilməsi üçün bir neçə amil sadalanmışdı. Əgər ölkəniz Paris razılaşmasının öhdəliklərini həqiqətən də ciddi qəbul edirsə, onda enerji əsaslı iqtisadiyyatı şaxələndirmək üçün hazırda etdiyinizdən daha da çox səylər göstərilməməlidirmi? Zənnimcə, enerji ölkənizin gəlirinin 70 faizini təşkil edir.

Prezident İlham Əliyev: Biz bu məsələnin üzərində işləyirik. Lakin bir məsələni unutmamalıyıq, Azərbaycan müstəqilliyini bərpa edəndə iqtisadiyyat tamamilə məhv edilmişdi, yoxsulluq və durğunluq geniş vüsət almışdı. Odur ki, dünya xəritəsində yerimizi müəyyənləşdirməyin yeganə yolu ölkəmizin inkişafı üçün enerji ehtiyatlarımızdan istifadə etmək idi. Buna görə də müstəqilliyimizi bərpa etdikdən sonra üç ildən daha da az müddətdə - 1994-cü ildə biz dünyanın əsas enerji şirkətlərini Azərbaycana gəlməyə və sərmayə yatırmağa dəvət etdik. O zaman Xəzər dənizi ilk dəfə Amerika və Avropa neft şirkətlərinin birbaşa cəlb edildiyi ərazi olmuşdu. O zaman bizim üçün enerji təhlükəsizliyi və enerji siyasəti müasirləşmək, şaxələnmək və infrastruktura sərmayə yatırmaq yolu idi. Çünki neft satışından əldə etdiyimiz vəsait suveren rifah fondunda saxlanılırdı və eyni zamanda, neftdən asılılığı azaltmaq üçün infrastruktura sərmayə kimi yatırılırdı.

Bu şaxələndirmə siyasətinin nəticəsində indi ümumi daxili məhsulumuzun 70 faizindən çoxu artıq qeyri-neft sektorunun payına düşür. Əlbəttə ki, biz ixrac əməliyyatlarında neft qiymətlərindən asılıyıq. İxracımızın 90 faizini neft və qaz təşkil edir.

İndi isə biz özəlləşdirmə, iqtisadiyyatımızın şaxələndirilməsi və biznes mühitinin yaxşılaşdırılması da daxil olmaqla, neft və qazdan asılılığı azaltmaq üçün irimiqyaslı islahatlar həyata keçiririk. Yeri gəlmişkən, neftin qiymətinin kəskin şəkildə - dörd dəfə ucuzlaşması bizim üçün daha çox texnologiyaya, qeyri-neft iqtisadiyyatına, kənd təsərrüfatına, informasiya-kommunikasiya texnologiyalarına sərmayə yatırmaq baxımından fürsət idi. Növbəti illərdə bütün planlarımızı uğurla həyata keçirə bilsək, qəti əminəm ki, Azərbaycan neftdən asılılığı tamamilə aradan götürəcək.

Qeyd etdiyim kimi, bu yaxınlarda neftin qiymətinin aşağı düşməsi səbəbindən Azərbaycan üçün neftdən sonrakı dövr artıq başlamışdır və biz dünya bazarında təkcə neft və qaz ixrac edən ölkə kimi yox, digər məhsulları ixrac edən ölkə kimi yerimizi tapmalıyıq.

Aparıcı: Maraqlısı odur ki, Sizin iqlim öhdəliklərinizdə tərəfinizdən bəyan olunan məqsədlərə çatmaq üçün əngəl törədəcək əsas potensial məhdudiyyət kimi neftin qiymətinin ucuzlaşması göstərilir.

Prezident İlham Əliyev: Əlbəttə ki, bu, bizim gəlirlərimizə təsir edəcək. Lakin, eyni zamanda, düşünürəm ki, bu, bizi islahatların aparılmasına daha da ciddi sövq edəcək və Azərbaycanın gələcək inkişafı neftin qiymətindən, yaxud da hasilatın həcmindən asılı olmayacaq. Eyni zamanda, biz minlərlə, on minlərlə iş yeri yaradacaq və Avropaya şaxələnmək imkanını verəcək “Cənub” qaz dəhlizi layihəsini həyata keçiririk. Yeri gəlmişkən, Avropa əlavə həcmdə təbii qaz əldə edəcək və həm də istixana effektini yaradan karbon qazının atmosferə tullantısını azaldacaq. Bu enerji təhlükəsizliyi təkcə marşrutların deyil, həm də mənbələrin şaxələndirilməsi layihəsidir və biz istehsalçılara, tranzit və istehlakçı ölkələrə fayda verəcək bir layihədir.

Aparıcı: Uyğunlaşma üzərinə əsas diqqəti cəmləyərək yenə də sualımı Prezident Əliyevə vermək istəyirəm. Ekologiyaya mənfi təsirin aradan qaldırılmasına böyük vəsait yönəldilir. Lakin Azərbaycan kimi ölkələrə kömək etmək üçün uyğunlaşmaya kifayət qədər vəsait ayrılırmı? Fikrimcə, ölkəniz uyğunlaşma üçün tələb olunan xərclərin ən azı 3 milyard avro təşkil etdiyini təxmin edir. Əgər bu rəqəm bundan da artıq deyilsə, Siz sizə lazım olan köməyi əldə edirsiniz?

Prezident İlham Əliyev: Əslində, Azərbaycanın, ümumiyyətlə, siyasəti ondan ibarətdir ki, biz qazandığımızdan daha az xərcləməliyik. Əsas investisiya layihələri, o cümlədən enerji sahəsinə sərmayələr əsasən özümüzün və tərəfdaşlarımızın maliyyə resurslarından qaynaqlanırdı. Buna görə də biz heç bir əsaslı maliyyə dəstəyini gözləmirik.

Son zamanlar Azərbaycanın əsaslı dərəcədə maliyyə resurslarını topladığını nəzərə alaraq hətta neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi bizim iqtisadi inkişafımıza təsir edə bilməmişdi. Ötən il ümumi daxili məhsulumuz 1 faizdən çox artmışdı və qeyri-neft sektorunda 8 faizdən çox artım qeydə alınmışdı. Bu da əsasən şaxələndirmə və qeyri-neft infrastrukturuna investisiyaların yatırılması siyasəti sayəsində mümkün olmuşdur. Ona görə də bu, bizim üçün, əlbəttə ki, regionda ümumi vəziyyət üçün çox vacibdir. Dayanıqlı inkişaf bizim məqsədimiz və hədəfimizdir. İqlim dəyişikliyi məsələsinə gəldikdə isə əvvəldə dediyim kimi, Kioto protokoluna əsasən heç bir öhdəliyimizin olmamasına baxmayaraq, bizim iqtisadi siyasətimiz, bərpa olunan enerji mənbələrinə yatırdığımız investisiyalar, 10-dan çox su elektrik stansiyasının tikilməsi, bütün bunlar bizim verdiyimiz töhfədir.

Yenə də qeyd edirəm ki, əgər tərəfdaşlarımızla birlikdə, məsələn, neft-qaz sahəsinə sərmayə yatırmasaydıq, bu gün bizim elektrik stansiyalarımız Sovet İttifaqı vaxtındakı kimi istismar edilərək maye yanacaqla işləyərdi. Bu gün bütün elektrik stansiyalarımız ya təbii qazla, ya da su ilə işləyir. Beləliklə, bunlar enerji sektoruna yatırılan investisiyalardır və onlar da öz növbəsində atmosferə karbon tullantılarının azalmasına müsbət təsir edir. Bütün bu məsələlər bir-biri ilə bağlıdır və əlbəttə ki, biz bu risklərin idarə edilməsində vacib rol oynamaqda davam edəcəyik.

Avropa Komissiyasının enerji birliyi üzrə sədr müavini Maroş Şefçoviç, ABŞ Senatının ətraf mühit və ictimai işlər komitəsinin üzvü Şeldon Uaythaus, “Allianze SE” şirkətinin baş icraçı direktoru, Münxen Təhlükəsizlik Konfransının Məşvərət Şurasının üzvü Oliver Bate, “Green Peace International” təşkilatının sabiq icraçı direktoru Kumi Naydoo iqlim dəyişikliyi ilə bağlı ictimai rəyin yaradılması istiqamətində işlərin görülməsinin vacibliyini bildirdilər. Qeyd olundu ki, iqlim dəyişikliyi təbii sərvətlərə, insanların həyat tərzinə təsir göstərir, belə olan halda insanlar iqlim mühacirlərinə çevrilirlər. Bundan əlavə, dünyada suyun səviyyəsinin artması baxımından insanların təhlükəli ərazilərdə məskunlaşmasının qarşısının alınması ilə bağlı daha çox işlər görülməlidir.

Çıxış edənlər enerji təhlükəsizliyi ilə bağlı fikirlərini bölüşdülər. Sonra müzakirələr aparıldı.

Ermənistanın Xarici İşlər Nazirliyinin əməkdaşı: Mən Ermənistan Xarici İşlər Nazirliyindənəm və sualım Prezident Əliyevədir. Cənab Prezident, Siz Ermənistanı suyun çirkləndirilməsinə və digər ciddi siyasi məsələlərə görə günahlandırırsınız və bununla bağlı bizim Ermənistanda fərqli mövqeyimiz var. Azərbaycanda baş verən hər bir mənfi hala görə Azərbaycanın Ermənistanı günahlandırmasını necə izah edə bilərsiniz? Məsələn, beynəlxalq ictimaiyyət Azərbaycanı insan hüquqları sahəsində vəziyyətə görə tənqid etdikdə Azərbaycan Ermənistanı günahlandırır. Avropa Şurasının Parlament Assambleyası və Avropa Parlamenti Azərbaycanla bağlı ciddi qətnamələr qəbul etdikdə Azərbaycan yenə də Ermənistanı və erməni lobbisini tənqid edir. Hətta Azərbaycanda neft istehsalı azaldıqda “British Petroleum” şirkəti Ermənistanla əlbir olmasına görə tənqid edilmişdi. Cənab Prezident, bütün bu çətin suallara bir cavabın verilməsi daha asan deyilmi?

Prezident İlham Əliyev: Əvvəla, qeyd etmək istəyirəm ki, sizin sualınızda ifadə olunan fikirlər tamamilə səhvdir. Biz Ermənistanı sizin qeyd etdiyiniz səbəblər üzündən günahlandırmırıq. Əvvəla, təkcə Azərbaycan deyil, Ermənistan da Avropa Şurası, Avropa Parlamenti tərəfindən insan hüquqlarının kobud şəkildə pozulmasına, prezident və parlament seçkilərinin saxtalaşdırılmasına və hökumətinizin törətdiyi bir çox digər işlərə görə tənqid edilir.

Biz Ermənistanı işğala görə günahlandırırıq və bunu təkcə biz etmirik. Bunu ən ali beynəlxalq qurum olan BMT Təhlükəsizlik Şurası da edir. BMT Təhlükəsizlik Şurası erməni qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmişdir. Biz Ermənistan xalqını yox, Ermənistan hökumətini yalnız azərbaycanlı olduqlarına görə günahsız insanların erməni vandalları tərəfindən qətlə yetirildiyi Xocalı soyqırımına görə günahlandırırıq və bu soyqırımı 10-dan artıq ölkə tərəfindən tanınır. Biz Ermənistanı öz doğma torpaqlarında qaçqına çevrilmiş bir milyon qaçqın və məcburi köçkünlərimizin iztirabına görə günahlandırırıq. Onların 40 mini Dağlıq Qarabağdandır, 750 mini Azərbaycanın digər işğal olunmuş rayonlarındandır, 200 mini isə Ermənistandan qovulmuşdur və etnik təmizləməyə məruz qalmışdır.

Bütün bunlar sizin işğalınızın nəticəsidir. Bu, sizin qonşu ölkəyə qarşı yürütdüyünüz siyasətin nəticəsidir və işğala son qoyulmalıdır. Regionda sülhə nail olmaq üçün birinci şərt Azərbaycan torpaqlarının işğaldan azad edilməsidir.

Aparıcı: Prezident Əliyev, icazə verin müzakirəmizin əvvəlində verdiyim sualın digər tərəfini Sizə ünvanlayım. Bəziləri hesab edir ki, su sahəsində konkret əməkdaşlıq üzərində işin aparılması tərəflərin bir-birinə qarşı etimadını artıra bilər və bəzi digər məsələlərdə daha böyük əməkdaşlığın aparılması istiqamətində atılmış bir addım ola bilər. Sizcə, bu, doğrudurmu?

Prezident İlham Əliyev: Əlbəttə ki, bir aydan da az müddət öncə Strasburqda Avropa Şurası Parlament Assambleyası tərəfindən qəbul edilən qətnamədə bu məsələ üzrə çox vacib elementə diqqət yönəldilir və xüsusilə su resurslarının idarə edilməsi ilə bağlı törətdiyi problemlərə görə Ermənistanın üzərinə məsuliyyət qoyulur. Buna görə, Ermənistan və Azərbaycan arasında əməkdaşlığın qurulması üçün torpaqların işğaldan azad edilməsi prosesinə başlanılmalıdır. Etimadın artırılması üçün ən yaxşı yol torpaqların işğaldan azad olunmasına başlamaqdır. Çünki təkcə tarixən əzəli Azərbaycan torpağı olan Dağlıq Qarabağ yox, 7 ətraf rayon da tamamilə məhv edilib. İşğal 20 ildən artıqdır ki, davam edir.

Ermənistan status-kvonun dəyişilməz olaraq qalmasını istəyir. Biz isə status-kvonu dəyişmək istəyirik. Beləliklə, birinci addım torpaqların işğaldan azad edilməsidir, sonra isə biz əməkdaşlığa başlayacağıq.

Aparıcı: Çox sağ olun.


musavat.com
Oxşar xəbərlər
06:51, Bu gün
Misirdəki piramidaların sirri açıla bilər
06:49, Bu gün
İsrail Rəfahda 50-yə yaxın terrorçunu məhv edib
18 May 2024 | 23:57
Elmdə sıçrayış: dondurulmuş insan beyni həyata qaytarılıb
18 May 2024 | 23:53
Azərbaycan millisi Almaniya və İsrail yığmaları ilə qarşılaşacaq
18 May 2024 | 23:50
"Ukrayna Rusiyanın neft emalı gücünün 14 faizini sıradan çıxarıb" - "Bloomberg"
18 May 2024 | 23:47
Gecə yatmazdan öncə ananas yeyin, görün nə olacaq - Bu problemi aradan qaldırır
18 May 2024 | 23:35
Meyiti tapılan qadın görün kimdir
18 May 2024 | 23:33
Putin Şimali Koreyaya səfər edəcək
18 May 2024 | 23:31
Gürcüstan parlamenti Prezidentin mübahisəli qanunla bağlı vetosunu dəf edə biləcək
18 May 2024 | 23:29
Evinə sevgilisi ilə gedən əri ARVADI DÖYDÜRDÜ - FOTO
18 May 2024 | 23:16
Bakıda mənzildə meyit aşkarlanıb
18 May 2024 | 23:15
Bu teatrdan 1500 nəfər TƏXLİYƏ EDİLDİ - ŞOK SƏBƏB- VİDEO
18 May 2024 | 22:52
Yatmazdan əvvəl bunları edin
18 May 2024 | 22:48
“Akkuyu” AES-də ilk enerji blokunun işə başlayacağı tarix açıqlanıb
18 May 2024 | 22:48
Afrikadan gələn maraqlı görüntü müzakirə mövzusuna çevrildi: Heyvanlar hərəkətsiz qaldı
18 May 2024 | 22:41
Eduard Məmmədov 11-ci dəfə Dünya Kubokunu qazandı
18 May 2024 | 22:33
Zelenski Makronun "Olimpiya atəşkəsi"ni rədd edib: "Bu, düşmənin əlinə oynamaqdır"
18 May 2024 | 22:25
Qətlə yetirilən tələbənin cinayət işində müəmma daha da böyüyür - Ailəsi DANIŞDI / VİDEO
18 May 2024 | 22:16
Sərhəddəki ermənilərə vaxt verildi: iyunun 24-dək tərk edin!
18 May 2024 | 22:09
DƏHŞƏTLİ QƏTL: arvadını öldürdü, cəsədi ilə selfi çəkdi, özü isə...
18 May 2024 | 22:07
Sankt-Peterburq hərbi akademiyasında "qeyri-iradi" patlayış baş verib, yeddi nəfər xəstəxanalıq olub
18 May 2024 | 21:57
Bu bürclərdən ehtiyatlanın: Sirr saxlaya bilmirlər!
18 May 2024 | 21:56
“Fransa qalib gələcək, amma...”
18 May 2024 | 21:49
Aygün Kazımovanı bir də belə görün - FOTOLAR
18 May 2024 | 21:44
Yaxşı yatmaq üçün YOLLAR: Minnətdar olacağınız məsləhətlər
18 May 2024 | 21:37
Hər şey yaxşılığa doğru dəyişəcək: Yazın sonuna qədər 
18 May 2024 | 21:25
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib - FOTO
18 May 2024 | 21:21
Qərbin Qafqaz "agentura"sı çökdürülür: ABŞ "casus savaşı"nı uduzur, regiondan çıxarılır 
18 May 2024 | 21:15
Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - FOTO
18 May 2024 | 21:09
NATO-nun ən güclü 10 ordusu - Türkiyə neçəncidir?  
18 May 2024 | 21:07
Faiq Ələkbərlinin milli fəlsəfi fikir tarixinə aid yeni əsəri nəşr olunub
18 May 2024 | 20:56
Qəbizliyi aradan qaldıran qidalar
18 May 2024 | 20:50
32 ildən sonra Laçında ikinci toy - FOTO
18 May 2024 | 20:41
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
18 May 2024 | 20:40
Şəkidə yol qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
18 May 2024 | 20:33
5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla... 
18 May 2024 | 20:27
İsrail "Hizbullah" döyüşçülərini daşıyan avtomobilə zərbə endirib - VİDEO
18 May 2024 | 20:23
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
18 May 2024 | 20:10
Siyasi partiyalarla konstruktiv dialoq milli maraqların qorunmasına hesablanıb
18 May 2024 | 19:56
Putinlə Tokayev arasında kritik zəng
18 May 2024 | 19:50
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
18 May 2024 | 19:49
Lerikdə uçqun zamanı bağlı qalan yol qismən açılıb
18 May 2024 | 19:30
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
18 May 2024 | 19:29
Azərbaycan çempionatında möhtəşəm qol vuruldu
18 May 2024 | 19:16
Cəlilabadda canavarlar altı qoyunu parçalayıb, dördü xəsarət alıb
18 May 2024 | 19:12
Zurabişvili xarici agentlər haqqında qanuna veto qoyub
18 May 2024 | 19:08
"Rusiya ilə Qərb arasında hərbi qarşıdurmanın kəskin mərhələsi davam edir"
18 May 2024 | 19:07
Zəngilan məscidinin əsaslı təmirdən sonrakı görüntüləri - VİDEO
18 May 2024 | 18:30
Müdafiə Nazirliyinin idarə rəisi İŞDƏN ÇIXARILDI
18 May 2024 | 18:02
Qarabağ Universiteti ilə bağlı sualların cavablandırılması üçün bu nömrəyə ZƏNG EDİN
18 May 2024 | 17:57
Xalq artisti Roza Cəlilova yubileyi münasibətilə evində ziyarət olundu - FOTO
18 May 2024 | 17:53
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım etdi - FOTO
18 May 2024 | 17:49
Ağasəlim Mircavadov "Sumqayıt"ın Premyer Liqada ikincilik şansını daha yüksək qiymətləndirib
18 May 2024 | 17:43
"Ağ Evin keçirdiyi unikal əməliyyat nəticəsində amerikalı həkimlər Qəzzanı tərk edib" - CNN + FOTO
18 May 2024 | 17:37
Binədə qeyri-adi hadisə: Yola tökdükləri başlarına bəla oldu - VİDEO
18 May 2024 | 17:31
Alim Qasımovu dünyaya təqdim edən tarzən: O, ölümündən əvvəl tarına nə deyib? - FOTO
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 17:19
Fidan Qasımova və Nahidə Orucova nənə oldu-FOTO
18 May 2024 | 17:17
Qadın sürücüləri tənqid etdi: "Harda gəldi saxlayıb gedirlər"
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
18 May 2024 | 17:09
Boksçularımız beynəlxalq turniri 5 medalla başa vurublar - FOTO
18 May 2024 | 17:04
Moskvada Azərbaycan məhsullarının dequstasiyası keçirilib - FOTO
18 May 2024 | 17:01
“Ermənilərin məşhur bəstəkarı özü etiraf etmişdi ki, musiqi yazmağı Üzeyir Hacıbəylidən öyrənib”-FOTO+ÖZƏL
18 May 2024 | 16:59
Maşanlı kəndində 590 fərdi ev inşa ediləcək
18 May 2024 | 16:58
"Kiyevin müttəfiqləri Ukraynanı sülh danışıqlarına meyilləndirir" - "Europe 1" radiostansiyası
18 May 2024 | 16:56
Qarabağ Universitetinin bukleti hazırlanıb
18 May 2024 | 16:54
2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev inşa ediləcək
18 May 2024 | 16:52
"Azəriqaz"-ın baş direktoru bir qrup Birlik əməkdaşını mükafatlandırdı - FOTO
18 May 2024 | 16:50
Yüz manatlıqlarla bağlı əhaliyə XƏBƏRDARLIQ: "DİQQƏTLİ OLUN!"
18 May 2024 | 16:48
Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək
18 May 2024 | 16:45
Prezident və xanımı Zəngilan məscidinin açılışında - YENİLƏNİB
18 May 2024 | 16:42
2040-cı ilədək Mincivanda 630 fərdi ev və yaşayış binaları tikiləcək
18 May 2024 | 16:39
Peter Siyarto: Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı fəaliyyəti bərpa olunmalıdır
18 May 2024 | 16:35
“Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi - YENİLƏNİB
18 May 2024 | 16:32
Azərbaycanın yunan-Roma güləşi millisi U-15 Avropa çempionatında birinci olub
18 May 2024 | 16:29
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 16:22
Hacıqabulda 14 yaşlı oğlan bıçaqlanıb
18 May 2024 | 16:19
Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoydu - FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:12
İlham Əliyev Cəbrayılın Böyük Mərcanlı kəndinin təməlini qoydu - FOTO
18 May 2024 | 16:11
Azərbaycanlı şair vəfat edib
18 May 2024 | 16:08
Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoydu
18 May 2024 | 16:03
"Zəmanətli sanitar zonaya Polşa da düşəcək" - Medvedev
18 May 2024 | 15:58
Bəzi yerlərə leysan, dağlıq ərazilərdə qar yağıb, Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
18 May 2024 | 15:51
"IV siniflərin 98 faizi monitorinq imtahanında iştirak edib"
18 May 2024 | 15:49
“Söz azadlığından, demokratiyadan  danışıb sosial şəbəkələrin fəaliyyətini dayandırmaq əxlaqsızlıqdır”
18 May 2024 | 15:45
Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
18 May 2024 | 15:44
UNEC-in sədrliyi ilə Türk Universitetləri Birliyinin 7-ci Baş Assambleyası keçiriləcək
18 May 2024 | 15:43
“Real Madrid”in 60 milyon avroya transfer etdiyi futbolçu mövsüm sonunda klubsuz qala bilər
18 May 2024 | 15:36
Daşkənddə keçirilən Türk Dünyası Sammiti başa çatdı - FOTO
18 May 2024 | 15:33
Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu
18 May 2024 | 15:30
“NKVD” – komsomol qarşıdurması: Beriya bu mübarizədən də qalib çıxıb  
18 May 2024 | 15:25
ABŞ-nin nüfuzlu universitetlərinə qəbul qazanan məktəblinin daha bir uğuru
18 May 2024 | 15:20
Nohur gölündə suyun səviyyəsi aşağı endirilir - VİDEO
18 May 2024 | 15:18
Türkiyəli nazir Zəngəzur dəhlizinin açılacağı tarixi açıqladı
18 May 2024 | 15:16
Azərbaycanın üçqat dünya çempionu: Özümdən bu nəticəni gözləyirdim
18 May 2024 | 15:15
Qafqazda qurulan oyun
18 May 2024 | 15:10
Fransa-Azərbaycan gərginliyinin əsl səbəbi: Məsələ Ermənistan deyilmiş
18 May 2024 | 15:03
Bakıda 50 minə yaxın lV sinif şagirdi imtahan verdi
GÜNLÜK
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
18 May 2024 | 07:40
Kommunistlər də keşiş Baqratın hərəkatını dəstəklədi...-SSRİ-nin bərpasını xəyal edirlər...
18 May 2024 | 09:00
Yasin Qarayev: “Ramiz Məlik deyirdi ki, milli teatr bir dənə olur, sizin teatra bu status verilə bilməz"
18 May 2024 | 07:20
Yaşıl kartofu yemək çox təhlükəlidir – Həkim
18 May 2024 | 08:00
Kardioloqdan XƏBƏRDARLIQ: Telefonda 30 dəqiqədən çox danışmaq...
18 May 2024 | 07:08
Tarixin ən məşhur qadın mafiyaları - Onlar hansı cinayətləri törədiblər?
18 May 2024 | 08:39
Hakimiyyətdə kimlərin övladları nə işlə məşğuldur?
18 May 2024 | 09:19
XƏBƏRDARLIQ - Mayın 22-dən 25-dək...
18 May 2024 | 11:05
Sabah leysan olacaq, qar yağacaq, çaylardan sel keçəcək - PROQNOZ
18 May 2024 | 10:53
Roza Zərgərli: “Aftandil İsrafilov mənəvi atam idi, bir çox qadınların adına..."
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
12 May 2024 | 19:07
2 azyaşlı uşağı vuraraq hadisə yerindən qaçan ifaçı SÖYÜŞ SÖYDÜ
15 May 2024 | 22:56
Fitsoya sui-qəsdlə bağlı maraqlı FAKT - 2003-cü ildən sonra ilk dəfə... - VİDEO
17 May 2024 | 10:44
Bu rayonlarda insan alveri qurbanlarının sayı daha çoxdur -Gəncə, Sumqayıt... 
AYLIQ
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
18 May 2024 | 07:40
Kommunistlər də keşiş Baqratın hərəkatını dəstəklədi...-SSRİ-nin bərpasını xəyal edirlər...
18 May 2024 | 09:00
Yasin Qarayev: “Ramiz Məlik deyirdi ki, milli teatr bir dənə olur, sizin teatra bu status verilə bilməz"
18 May 2024 | 07:20
Yaşıl kartofu yemək çox təhlükəlidir – Həkim
18 May 2024 | 08:00
Kardioloqdan XƏBƏRDARLIQ: Telefonda 30 dəqiqədən çox danışmaq...
18 May 2024 | 07:08
Tarixin ən məşhur qadın mafiyaları - Onlar hansı cinayətləri törədiblər?
18 May 2024 | 08:39
Hakimiyyətdə kimlərin övladları nə işlə məşğuldur?
18 May 2024 | 09:19
XƏBƏRDARLIQ - Mayın 22-dən 25-dək...
18 May 2024 | 11:05
Sabah leysan olacaq, qar yağacaq, çaylardan sel keçəcək - PROQNOZ
18 May 2024 | 10:53
Roza Zərgərli: “Aftandil İsrafilov mənəvi atam idi, bir çox qadınların adına..."