Ölməz eşqin izləri var bu yerdə...
Oxunub: 1881
12 Feb 2016 | 22:07
Ölməz eşqin izləri var bu yerdə...
(“Qənirə Paşayeva ilə adddım-addım Pakistan)

(4-cü yazı)

Festival günləri idi. Küçə boyu milli geyimli rəqqaslar hər iki yandan xüsusi çubuqla döyəclənən təbillərin ritmincə halay getməkdədi. Barmaqlar tütək dilləri üstə rəqs etdikcə oyunçular əllərindəki yaylığı boyunları üstündən dolandırmaqdadılar... Bir səmtdə saraylar aləmi çəkir nəzəri. Padşahın sarayı deyilən səmtə göz hərləyirsən və bir göz qırpımında elə bil baxışların yüzillərin o biri başına sancılıb qalır. Hələ bir Eşq bağçası deyilən əfsanəvi seyrangah... Hökmdarların seyrə çıxdığı bağça. Saray önündə, böyük hovuzla üzbəüz kral və imperatorların əyləşdiyi xüsusi “Loja”, necə deyərlər, hücrə hələ də tarixə yoldaşlıq edir. Qarşı tərəfdə - əfsanəvi hovuzun tən ortasında rəqqasələr üçün inşa edilmiş xüsusi meydan əlbəəl diqqəti cəlb edir.

Tarixi karvansaraya nəzər yetirdikcə sufi müqəddəslərinin qutsal durumu, gəzəri dünyaları gözlərim önündən gəlib keçirdi; nur kələfi, Ay ziyası kimi. Babur imperatorluğunun 4-cü sultanı Cahangirin türbəsi hələ də ziyarətçilərə könül açmaqdadı. Böyük göy üzünə salama duran hər iki qübbəsini 12-dən çox tağbənd birləşdirməkdədi.

Gecələri bir ayrı aləmdi Lahorun

Çuqun, mis qazanlarda bu yerlərin məşhur Kəşmir çayı qaynamaqdadı. Müxtəlif çiçək, yarpaq qatışıqlarının qaynadıldığı qazan durmadan qarışdırılır. Adına “qara çay” dedikləri də var. Çölməklə bakallara süzülür. Xüsusi çubuqla iç ki, içəsən. Deyirlər can məlhəmi, can dərmanıdı.
Hələ Vəzirxan camesinə götürən yollar. Hələ küçə boyu dükanlarda satışa çıxan geyim-keçimlərin zər naxışları... Mərcidən, fısdıqdan, bibərdən tutmuş hər cür ədviyyata, çərəzə qədər dopdolu çuvallar bazar boyunca...

Lahora, gözəlim Pəncab bölgəsinə gəlişimin ilk təəssüratlarıdı bunlar...

Lahora ikinci dəfə millət vəkili kimi Asiya Parlament Assambleyasının 7-ci plenar sessiyasında iştirak üçün getmişdim. Bu dəfə də Lahor ilk səfərimdə olduğu kimi qarşıladı bizi; mehriban, doğma və gülərüz. İnsanların səmimiyyəti, mehribanlığı da öz yerində. Hələ bir Azərbaycandan gəldiyimizi, üstəlik də türk olduğumuzu biləndə hansı xoş duyğular keçirdiklərini görəydiniz. Hələ də qulaqlarımdan getmir dillərinin “siz doğma qardaş-bacılarımız, din, iman dostlarımızsınız” söyləməsi.
Asiya Parlament Assambleyasının yüksək səviyyədə keçən 7-ci plenar sessiyasının üç günlük toplantıları çərçivəsində təşkil edilən şəhər gəzintilərimiz imkan verdi ki, bu əfsanəvi şəhərin özəlliklərini bir daha könlümə-gözümə, yaddaşıma köçürüm.

Pakistan əhalisinin yarısının yaşadığı Pəncabda əhalinin çoxu pəncab dilində danışırlar. Pəncablılar ölkədə ən böyük etnik qrupdur və pəncabi Pəncabın əyalət dili olaraq tanınır. Ölkənin konstitusiyasına uyğun olaraq pəncabi dili Pəncabda rəsmi dil hesab edilməkdədi. Lakin orta və ali məktəblərdə dərslər urdu və ingilis dilində tədris olunur. Pakistan İslam Respublikasının rəsmi dili urdu və ingilis dili olmasına baxmayaraq, hər əyalətin özünün də yerli danışıq dili var. Məsələn, Sind əyalətində sind, Bəlucistan əyalətində bəluc, Xeybər Paxtunva əyalətində puştu dili daha çox istifadə olunur, amma, bütün əyalətlərdə rəsmi dövlət dili urdu və ingilis dilidir ki, rəsmi yazışmalar, orta və ali məktəblərdə dərslər bu dillərdə aparılır.

“Öylə rüzgarlar var ”“ görünməz...”

Belə yazır, var olan, ancaq gözlə görünməyən rüzgarların havasını bu misralarla çeşidləyirdi Cəlaləddin Rumi dədəmiz...

Ancaq Pəncabın bir çox ərazilər üçün kəskin hava şəraiti elə ilk baxışdan fəhm ediləndi. Bu rüzgarlar üçün çox vaxt yağışla müşayiət olunan dumanlı qış səciyyəviir. Yazı fevralın ortalarında gəlir, yayı aprel ayından, qışı noyabr ayından başlayır.

Pəncab Pakistanın ən böyük iqtisadiyyatına sahiblik edən bir region olub, ölkənin inkişafına ən çox töhfə verən bölgədi. Xüsusilə də xidmət və kənd təsərrüfatı sahəsində. Ən böyük işçi qüvvəsinə sahiblik etməsi buna imkan verir.

Pakistanın peşəkar və yüksək səriştəli (texniki) ən böyük işçi qüvvəsi burda yerləşir. Həmçinin, istehsal sahəsində hakim mövqeyə malik olmasına görə Pəncab Pakistanın ən sənayeləşmiş əyalətidir. Onun istehsal fabrikləri tekstil, idman geyimləri, ağır dəzgahlar, elektrik cihazları, cərrahiyyə alətləri, sement, nəqliyyat vasitələri, avtomobil hissələri, metal, şəkər məmulatları, təyyarələr, sement məhsulları, kənd təsərrüfatı maşınları, velosipedlər və ikitəkərli nəqliyyat vasitələri (rikşa), döşəmə və örtüklər, emal məhsulları istehsal edirlər. 2003-cü ildə bu əyalət Pakistanın 90% kağız  və kağız məmulatları, 71% gübrələr, 69% şəkər və 40% sementinin istehsal etmişdi. Buğda və pambıq becərilən əsas bitkilərdir. Digər bitkiləri düyü, şəkər qamışı, darı, qarğıdalı, tərəvəzlər və meyvələrdir. Mal-qara və toyuq əti istehsalı çox mühüm yer tutur. Pəncab ölkədə illik taxıl məhsullarının 76%-ni istehsal edir. Pambıq və düyü mühüm bitkilərdir. Pəncabda 68 mindən artıq sənaye vahidləri vardır.

Pəncab mineral ehtiyatlarla zəngin əyalətdir. Burada mineral ehtiyatlar ”“ kömür, dəmir, qaz, neft, daş duz (dünyada ikinci ən böyük daş duz ehtiyatlarına malikdir), dolomit, gips və kvars tozu geniş yayılıb.
Pəncab ”“ qədim sivilizasiya beşiyi

... 8 min illik tarixə malik olan Harrapa xarabalıqları;
...Hər naxışında Quran ayələrinin süsləndiyi kalliqrafik yazıların sıralandığı qədim məscid;
...eramızın 1320-ci ilinə şahidlik edən Şah Rux-Ələm mavzoleyi;
...1150-ci ilin olmuşlarına şam yandıran, Cənubi Asiyada minalanmış erkən tikili tarixinə sahiblik edən Şah Yusif Kardezi məzarlığı;
...Şeyx Musa Ahangar məzarlığı;
...İmperator Şah Cahan məzarlığı ”“ bütün bu tarixi abidələr Pəncab əyalətinin qos-qoca tarixi varlığının kəsişmələrinə şahidlik edən abidələrdi.

Qədim, çox qədim, ancaq gerçək bir eşq hekayətinin əbədiyyətə hesablanan örnəyi ”“ məşhur Tac-Mahal abidəsinin sözü-söhbəti bu gözəl məkanda heç unudulmur... Hindistan Moğollar imperiyasının 5-ci imperatoru, behiştlik Şahabuddin Məhəmməd Şah Cahanın sevimli xanımı Mumtaz Mahalın şərəfinə Aqrada ucaltdırdığı abidə kimi parlaq, füsunkardı Pəncab mədəniyyəti...
Sufi mədəniyyətindən qaynaqlanır bu mədəniyyət. 

Zaman-zaman bu bölgədə sufi müqəddəsləri islam dinini atəşin, pak bir düşüncə hücrəsi olaraq yaymış, müsəlman həyat tərzi yaşamışlar. Bu ənənələri xalq bayram mərasimlərinin köynəyinə bələyib yaşatmaqdadı. Bu bayramlar xalqın folklor ənənələrinə, qan yaddaşına və mədəniyyət abidələrinə ayna tutur, onların ömrünə ömür calayır. 

İslam dünyasında əhəmiyyətli günlər olan Qurban, Ramazan bayramları, Aşura, Qədr günləri bizdə olduğu kimi, Pəncabda da əziz tutulur. Hələ bir Cumuhatul-Vida günləri, Mela festivalları...

Sufilərin şərəfləndirdiyi Pəncab

 Bir də urs mərasimləri... Sufi müqəddəslərinin, xüsusilə Dita durbar məzarlıqları ilə məşhur olan Pəncabda o behiştliklərin anım günləri tarixi qədirbilənlik hissi ilə həmişə keçirilməkdədi. Bu mərasimlərin hər məqamında ruhu dincəldən melodiyalar çalınır, rəqslər edilir. Təbii ki, folklordan, sufi düşüncədən süzülüb gələn musiqilər. Sanki pak ruh, pak düşüncə yolçuluğunda həyatlarını ləyaqətlə qeyb etmiş dədələrə mistik mesajlar, xoşməramlı pıçıltılar göndərilir ki, haqq dünyasında arxayın uyuyun, nigaran qalmayın, varıq, olacağıq və sizin pak adınıza layiq ömür sürəcəyik. Ən mühüm urslardan bir neçəsinin adını qeyd etmək istəyirəm ”“ o böyük süfilərin, ulu müqəddəslərin ruhlarına ehtiram olaraq: Lahora Dita Ganc Bukşurs, Jhanqda Həzrət Sultan Bahu urs, Lahorda Həzrət Mian urs, Pakpattanda aba Fərid Ganc Şakar urs, Multanda Həzrət Bahaudin Zakira urs, Dera Ghazi xanda Sakhi Sərvər Sultan urs, Lahorda Şah Hüseyn urs, Kasurda Həzrət Bullerh urs və s.

Bu sətirləri yaza-yaza 11-ci əsr sufisi və alimi, islam dininin Cənubi Asiyada yayılmasının fikir babalarından olmuş Əbül Həsən Əli ibn Usman əl ”“ Jullabi al-Haqiveri əl-Qəznəvinin adını dərin sayğıyla yad edirəm. Lahorda 1077-ci ildə vəfat etdiyi bilinir. Ruhu şad olsun. Məşhur “Kəşf-əl-Məhcub” adlı əsəri hələ də ruhlara qutsal bir sufi düşüncəsi əsdirməkdədir. Lahordakı mavzoleyi önəmli ziyarət məkanlarındandı.

Hələ bir Sultan-ul-Arifin kimi tanınan müsəlman alimi Sultan Bahu (1630-1691)... Sərvəri Qədri Sufi qaydasının əsasını qoymuş şair və müqəddəslərdəndi. Sufizmlə bağlı 40-dan artıq kitabı məlumdur. Şeirləri sufi musiqisinin müxtəlif janrlarında səslənməkdədi.

Bu müqəddəslər sırasında Baba Sani Leir Məhəmməd Sahibin (1550-1635) adı başdan gəlir. Xəlifə Ömər ibn-əl Xəttabın nəslindən idi. Sufiliyin Qədiri qaydasına mənsubluğu ilə tanınırdı. Moğol imperatoru Şah Cahanın böyük oğlunun mənəvi müəllimi kimi tanınan bu böyük müqəddəsin kiçik bacısı Bibi Camal xatun onun davamçısı kimi fəaliyyət göstərmişdi.

Pəncabın sufi şairlərindən Həzrət Khvacia Firiduddin Məsud Janqiakarın adını necə anmayasan? Hələ bir Şah Hüseynin (1538-1599). Şeyx Osmanın oğlu idi. Lahorda yaşayırdı və Pəncab poeziyasında Kavıfornun ilk nümayəndəsi kimi tanınmaqdadı. Məzarı Lahor Şalimar Bağları qonşuluğundakı Bağbanpura ərazisindədi. Hər il anım mərasimi ibadətgahında “İşıqlar  festivalı” dövründə qeyd edilir.
Sufi şairi və filosofları sırasında Bulleh Şahın da əziz yeri var ki, Seyid Abdullah Şah Qədri adıyla da tanınmaqdadı.

Sonra  gəlir  Seyid Varisin ismi-şərifi. Herr və onun sevgilisi Raiqihanın ənənəvi folklor nağılına əsaslanan “Heer Ranciha” əsəri ilə daha çox tanınır. Bu mövzu çox sayda şairlər tərəfindən qələmə alınsa da, daha çox Seyid Varisin yazıqları ilə məşhurdu.

Ən çox yayılmış musiqi alətləri Tabla və Harmoniumdur.

(Ardı var)
Oxşar xəbərlər
14:25, Bu gün
Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon
14:23, Bu gün
Prezident: "Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir"
14:22, Bu gün
"Ukrayna Rusiyadakı obyektlərə zərbələr endirmək üçün ABŞ-dan icazə istəyir" - "The Wall Street Journal"
14:15, Bu gün
Anar Heybətova ağır itki - FOTO
14:14, Bu gün
"Belarus post-sovet ölkələri arasında Azərbaycanın dördüncü ən böyük xarici ticarət partnyorudur"
14:11, Bu gün
Vətəndaş kibercinayətkarların tələsinə belə düşdü - 25 min manat itirdi- ŞOK FAKTLAR
14:11, Bu gün
"Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgəyə fayda verəcək"
14:09, Bu gün
Prezident: "İki hidroqovşağın açılışı və istismara verilməsi tarixi hadisədir"
14:08, Bu gün
Prezident: "İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir"
14:07, Bu gün
Tanınmış xanəndə məşhur aktyorun bacısı imiş - FOTO
14:07, Bu gün
Azərbaycan Prezidenti: "Bizim energetika sahəsində çox böyük planlarımız var"
13:44, Bu gün
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində azı 4 nəfər ölüb
13:42, Bu gün
Diş yetişdirmək üçün dünyada ilk dərman yaradıldı
13:27, Bu gün
Aralıq dənizində zəlzələ
13:23, Bu gün
İran səfiri: Missiyamın son günündə ən böyük sərhəd layihəsinin istifadəyə verilməsi ilə fəxr edirəm
13:21, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
13:20, Bu gün
Sumqayıtda mənzildən kişi meyiti tapıldı
13:19, Bu gün
Kim qalib gələcək: Tramp, yoxsa Bayden?
12:55, Bu gün
Sabah Azərbaycanın bu rayonlarında leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək
12:54, Bu gün
Rusiyada yük qatarı relsdən çıxdı - VİDEO
12:53, Bu gün
İran raketləri İsrailin 12 müdafiə xəttini yardı - General
12:53, Bu gün
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
12:48, Bu gün
Baqratın baş nazir olmaq şansı varmı?
12:38, Bu gün
"Barselona" transfersiz qala bilər
12:30, Bu gün
Rusiyanın “dərin dövləti” haqda sensasion iddia - ADLAR
12:21, Bu gün
Latviya parlamentinin sədri Füzulidə səfərdədir
12:20, Bu gün
“Qərbi Azərbaycana qayıdış” Türk Dünyası Sammiti Daşkənddə baş tutdu - Fotolar
12:16, Bu gün
Bu gün derbi var - “Qalatasaray” çempion ola bilər
12:11, Bu gün
“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - FOTOLAR
12:11, Bu gün
İstanbul boğazlarında gəmilərin hərəkəti dayandırıldı
12:00, Bu gün
İlham Əliyev sərhəddə İran prezidenti ilə görüşdü - YENİLƏNİB
11:47, Bu gün
"Rusiya-Azərbaycan" dəyirmi masası və ikitərəfli görüşlər keçirilib
11:45, Bu gün
Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır
11:43, Bu gün
Ajda Pekkandan Sezen Aksu ETİRAFI: “Necə inandıracağımı bilmirəm”
11:40, Bu gün
Kahramanmaraşda 3,6 bal gücündə zəlzələ baş verib
11:26, Bu gün
İndoneziyada vulkan püskürməsi: 7 şəhər boşaldılıb
11:25, Bu gün
Rusiyanın Belqorod vilayətində raket təhlükəsi elan edilib
11:23, Bu gün
Tovuzda 3 nəfər dəm qazından zəhərlənib, biri ölüb
11:21, Bu gün
DİN valideynlərə müraciət ETDİ
11:13, Bu gün
Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək... - VİDEO
11:10, Bu gün
Hondurasın Rusiyadakı səfiri qəflətən vəfat edib
11:09, Bu gün
Sumqayıtda F-1 əl qumbarası aşkarlanıb
10:52, Bu gün
Nə edək? - "Evrovision"a Bayram Nurlunu, Baboşu göndərək? - VİDEO
10:37, Bu gün
Türkiyədə güclü partlayış: Yaralananlar var
10:35, Bu gün
Azərbaycanın bəzi rayonlarında şimşək çaxıb, qar yağıb - FAKTİKİ HAVA
10:22, Bu gün
Bu bürclərin qızları ilə ailə qurmaq sizə baha başa gələ bilər
10:16, Bu gün
VI sinif şagirdləri üçün monitorinq keçirilir
10:15, Bu gün
"Keşiş hökumətlə qarşıdurmaya getsə, Paşinyan bu addımı atacaq"
10:13, Bu gün
Çin kəşfiyyatı kosmosla bağlı casusluq faktı AŞKARLADI
10:07, Bu gün
Baqratdan ŞOK HƏDƏ: “Baha başa gələcək...”
10:05, Bu gün
“Bütün enerjisini işə həsr edənlərdə infarkt riski daha yüksəkdir”
10:02, Bu gün
Tağı Əhmədovun son halı - FOTO
09:50, Bu gün
10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA + VİDEO
09:48, Bu gün
Azərbaycan Basketbol Liqası: Final seriyasının ikinci oyunu keçiriləcək
09:43, Bu gün
Azərbaycan cüdoçuları dünya çempionatında mübarizəyə başlayır
09:37, Bu gün
Ziyafətdən sonra necə TEZ AYILMAQ OLAR? - Sadə və təsirli üsullar
09:34, Bu gün
Qəzzada ölən İsrail hərbçilərinin sayı 630-a çatıb
09:32, Bu gün
Qaradağda ağır qəza: İki nəfər yaralanıb
09:05, Bu gün
Gəncəçayda batan yeniyetmənin meyiti tapılıb
09:04, Bu gün
Səhər saatlarında şirin sıyıq yeməyin zərərləri
08:47, Bu gün
Almaniya Müdafiə Nazirliyi Ukraynaya dəstək üçün hökumətdən əlavə 3,8 milyard avro tələb edib
08:46, Bu gün
İngiltərədə 11 yaşdan kiçik futbolçulara topa başla vurmaq qadağan ediləcək
08:44, Bu gün
Silahlı qruplaşma Sudanda 8 mülki şəxsi öldürüb
08:35, Bu gün
Alimlər Günəş fırtınalarının insanlar üçün təhlükəli nəticələrini açıqlayıblar
08:29, Bu gün
Xalq şairi Rəsul Rzanın doğum günüdür
08:26, Bu gün
Rafael Ağayev Ginnesin Rekordlar Kitabına düşdü
08:24, Bu gün
Əfqanıstanda sel həyatı iflic etdi: Kütləvi ölüm, viran qalan şəhər - VİDEO
08:22, Bu gün
Rusiyada 40-dan çox bağ evi və yardımçı tikililər yanıb
08:22, Bu gün
Ukraynalı döyüşçü britaniyalını udub mütləq çempion oldu...-Rusiyalı isə isveçlidən ağır nokaund aldı...-FOTOLAR+VİDEO
07:57, Bu gün
Son zəng yaxınlaşır: Paltar tikdirmək neçəyə başa gəlir? - VİDEO
07:44, Bu gün
Bağırsaq bakteriyaları insan qərarlarına təsir edirmiş
07:30, Bu gün
“Həftə sonları”-nın yaratdığı TƏHLÜKƏ
07:15, Bu gün
“iPhone 16” istehsala hazırlaşır
06:51, Bu gün
Misirdəki piramidaların sirri açıla bilər
06:49, Bu gün
İsrail Rəfahda 50-yə yaxın terrorçunu məhv edib
18 May 2024 | 23:57
Elmdə sıçrayış: dondurulmuş insan beyni həyata qaytarılıb
18 May 2024 | 23:53
Azərbaycan millisi Almaniya və İsrail yığmaları ilə qarşılaşacaq
18 May 2024 | 23:50
"Ukrayna Rusiyanın neft emalı gücünün 14 faizini sıradan çıxarıb" - "Bloomberg"
18 May 2024 | 23:47
Gecə yatmazdan öncə ananas yeyin, görün nə olacaq - Bu problemi aradan qaldırır
18 May 2024 | 23:35
Meyiti tapılan qadın görün kimdir
18 May 2024 | 23:33
Putin Şimali Koreyaya səfər edəcək
18 May 2024 | 23:31
Gürcüstan parlamenti Prezidentin mübahisəli qanunla bağlı vetosunu dəf edə biləcək
18 May 2024 | 23:29
Evinə sevgilisi ilə gedən əri ARVADI DÖYDÜRDÜ - FOTO
18 May 2024 | 23:16
Bakıda mənzildə meyit aşkarlanıb
18 May 2024 | 23:15
Bu teatrdan 1500 nəfər TƏXLİYƏ EDİLDİ - ŞOK SƏBƏB- VİDEO
18 May 2024 | 22:52
Yatmazdan əvvəl bunları edin
18 May 2024 | 22:48
“Akkuyu” AES-də ilk enerji blokunun işə başlayacağı tarix açıqlanıb
18 May 2024 | 22:48
Afrikadan gələn maraqlı görüntü müzakirə mövzusuna çevrildi: Heyvanlar hərəkətsiz qaldı
18 May 2024 | 22:41
Eduard Məmmədov 11-ci dəfə Dünya Kubokunu qazandı
18 May 2024 | 22:33
Zelenski Makronun "Olimpiya atəşkəsi"ni rədd edib: "Bu, düşmənin əlinə oynamaqdır"
18 May 2024 | 22:25
Qətlə yetirilən tələbənin cinayət işində müəmma daha da böyüyür - Ailəsi DANIŞDI / VİDEO
18 May 2024 | 22:16
Sərhəddəki ermənilərə vaxt verildi: iyunun 24-dək tərk edin!
18 May 2024 | 22:09
DƏHŞƏTLİ QƏTL: arvadını öldürdü, cəsədi ilə selfi çəkdi, özü isə...
18 May 2024 | 22:07
Sankt-Peterburq hərbi akademiyasında "qeyri-iradi" patlayış baş verib, yeddi nəfər xəstəxanalıq olub
18 May 2024 | 21:57
Bu bürclərdən ehtiyatlanın: Sirr saxlaya bilmirlər!
18 May 2024 | 21:56
“Fransa qalib gələcək, amma...”
18 May 2024 | 21:49
Aygün Kazımovanı bir də belə görün - FOTOLAR
18 May 2024 | 21:44
Yaxşı yatmaq üçün YOLLAR: Minnətdar olacağınız məsləhətlər
18 May 2024 | 21:37
Hər şey yaxşılığa doğru dəyişəcək: Yazın sonuna qədər 
18 May 2024 | 21:25
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib - FOTO
GÜNLÜK
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 14:29
Azərbaycanda zəhərli hörümçəklər satışa çıxarıldı
18 May 2024 | 14:32
"Ah, bu yazıçılar!" Sanki əmindirlər ki, biz hər şeyi baş-ayaq görürük, dəyərlərimiz də yalançı dəyərlərdir
18 May 2024 | 16:29
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 14:47
BDU-da respublika elmi konfransı keçirilib - FOTO
18 May 2024 | 14:33
Dilarə Zamanova intihara cəhdin səbəbini açıqladı: "Məni daha çox üzən şeylər var..."
18 May 2024 | 14:39
Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib - FOTO
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 14:17
Bakının ortasında “ermənikənd” necə qondarıldı?.. -Səbəb yenə Rusiya və neft...
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
AYLIQ
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 14:29
Azərbaycanda zəhərli hörümçəklər satışa çıxarıldı
18 May 2024 | 14:32
"Ah, bu yazıçılar!" Sanki əmindirlər ki, biz hər şeyi baş-ayaq görürük, dəyərlərimiz də yalançı dəyərlərdir
18 May 2024 | 16:29
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 14:47
BDU-da respublika elmi konfransı keçirilib - FOTO
18 May 2024 | 14:33
Dilarə Zamanova intihara cəhdin səbəbini açıqladı: "Məni daha çox üzən şeylər var..."
18 May 2024 | 14:39
Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib - FOTO