İlhamə Quliyeva: "Qurana and içirəm, elə yolun adamı deyiləm..."
Oxunub: 5551
05 Feb 2016 | 19:36
İlhamə Quliyeva:
Xalq artisti İlhamə Quliyevanın apa-ya müsahibə verib. 

Moderator.az həmin müsahibəni təqdim edir: 
 
- İlhamə xanım, əhvalınız necədir? Son günlər mətbuatda haqqınızda çox yazılır... 

- Əhvalım superdir. Gündəmdəyəmsə, deməli, yaşayıram. Mən öz sənətimin padşahıyam, padşahın dalınca danışarlar. Bütün bunlar hamısı əvvəldən planlaşdırılıb, ssenariləşdirilib. Bu yazını yayan “Yeni Müsavat” qəzetinin mənimlə böyük ədavəti var. Mən başqa yolun yolçusuyam, onlar ayrı. Biz müxtəlif həyat tərzi yaşayırıq. Allah canlarını sağ eləsin, çox gözəl, süni kampaniya yaradıblar. Musiqimizə xidmətlərimə görə Ulu Öndərimiz məni “Şöhrət” ordeninə, prezident İlham Əliyev “Şərəf” ordeninə layiq görüb. İki dövlətin xalq artistiyəm. Üçüncü də başqa dövlətdən gəlir, onu gözləyirəm. Bilirsiniz necədi? Mən neçə gündür susuram. Gözlədim ki, qoy bu kal əzgillər haqqımda nə düşünürlərsə, desinlər. Bu da onların fikridir. Heç kimin fikrinə qarışmaq olmaz. Amma azadlıq, demokratiya o demək deyil ki, xaos yaratsınlar. Buna mənim dövlətim heç vaxt icazə verməyib, verməz də. Bu kampaniya ilə mənə yox, həm də mənim dövlətimə toxunurlar. 

- Köməkçiniz Mehriban Hüseynovanın məktubu yayımlanıb. Bunu gözləyirdiniz? 

- Keçmiş qulluqçum çox həyasız adamdır. Ondan hər şey gözləyirəm. O, şəhid bacısı deyil, amma yalandan deyir ki, şəhid bacısıyam. Onu müdafiə edənlər gedib arxivləri qaldırsınlar ki, doğrudan da qardaşı şəhid olub, ya yox. Təsəvvür edin, bu evdə ilyarım yaşayıb, mənə nə qədər dərmanlar veribsə, böyrəyim sıradan çıxmışdı. Həkimim Rəşad Şolanın təəccübdən gözləri bərəlmişdi ki, bu necə ola bilər? Çox ağır vəziyyətdə idim. Sağ olsun, həkimim məni həyata qaytardı. Onun murdar məktubundan sonra mənə kimlər zəng etməyib? Hər birinə özüm cavab vermişəm. Məsələn, jurnalistlər zəng edir ki, filan millət vəkili sizdən belə deyib. Mən heç o adamın adını da bilmirəm... 

- Çingiz Qənizadəni deyirsiz?
 
- Hə. Onun adını dilimə gətirmək istəmirəm. Onun heç bir fikri mənim üçün əhəmiyyət kəsb etmir. Onun elə keçmişi var ki... Mən danışmıram. Vaxtilə efirdə onun barəsində deyiblər. O bilirsiniz bu işə niyə qarışıb? Guya parlamentdə oturub, nəsə iş görür. Sən oğrunu, canini müdafiə edirsən. Niyə? Sənin dəstəni mən yaxşı tanıyıram. Mən nəyə desəniz and içirəm ki, o məktubda yazılanların hamısı şər-böhtandır. Mənim dövlətim, prezidentim, xalqım var. Bu xalq məni sevir, iki-üç nəfər kriteriya deyil.
 
- İlhamə xanım, niyə sizin adınız hər zaman qalmaqallarda hallanır? 

- Çünki İlhamə Quliyevə birinci deyil, ondan yuxarıdadır. Ondan sonra gəlir bir, beş və s. Hər kəs məni ziyarətə gəlir. O gün millət vəkilləri gəlmişdi.
 
- Kimlər? 

- Məsələn, Elmira Axundova. Özü də haqqımda kitab yazır. Çoxları var, hamısını demirəm. Mənim haqqımda sənətçilərdən soruşun, bir-ikisindən başqa hamısı deyəcək ki, gözəl insandır. Amma bəziləri deyir, İlhamə Quliyeva hegamonluq edir. Mən evimdə hegamonam. Dediyim qanundur. Valideynlərimin vaxtında isə onlara tabe idim.
 
- Aygün Kazımova sizin ananız haqqında yazmışdı... 

- Bir dəqiqə. Deyim bu söhbət haradan qaynaqlanır. Neçə illərdir mənim Flora Kərimova ilə münasibətim yoxdur. Baxmayaraq ki, sənətinə hörmətim var, bu, ömrümün axırına qədər də belə olacaq. O gün deyib, İlhamənin yeri xəstəxanadır. Get, bir özünə, xarici görünüşünə bax da, ay Flora. Məndən nə istəyirsən? Sən mənim nənəm yaşındasan. Bir neçə il qabaq fikirləşdi ki, məni nə ilə gözdən salmaq olar? Başladı danışmağa ki, guya mən anamı döyürmüşəm. Əstəğfürullah, bu nə sözdür. Bundan pis söz, acınacaqlı dərd yoxdur. Mən də onu məhkəməyə verdim. Neçə illərdir danışır, söyür, deyinir, fikir vermirəm. Düşünürəm ki, mənə çata bilmir, içi yanır. Amma anama toxunanda dedim, yox, bunu bağışlamaq olmaz. Məhkəməni uddum. Anama gözümün yağını yedirtmişəm. Ona deyirdim, mən ölüm, sən qal. Həbib müəllimin oğlu olmadığı üçün onun tabutunun altına mən girmişəm. Anamı da çiynimdə aparmışam, dəfn eləmişəm. (Ağlayır). Anam o qədər gözəl insan idi... Nə isə. Məhkəmədə Floranı uddum, amma təzminatı almadım. İndi gəlirəm Aygünün məsələsinə. Aygünün mənimlə gözəl münasibəti var. Qulluqçumu evdən aparanda Aygün zəng vurdu ki, karaleva, gecə səhərəcən yatmamışam, bu nə məsələdir, ürəyim ağrıyır, nə yaxşı vaxtında xəbər tutmusunuz? Xəstəxanada yatanda zənbil göndərmişdi. Yaxşı bəs o dediyin nə idi? Çox qəzəbləndim. Məlum oldu ki, bir sayt mənim adımdan müsahibə verib ki, guya senzuradan kənar sözlər demişəm. Heç vaxt cəmiyyətə, dördüncü hakimiyyətə o sözləri demərəm. Ən ağır sözüm axmaqdır. Demə, həmin sayt mənim dilimdən Aygün haqqında belə sözlər yazıb. Aygün ona görə belə qəzəblənib. Yaxşı edib, amma... ana məsələsinə toxunmaq olmaz. İndi Elzadan danışım. Zəng vurdular ki, bizim “böyük şairimiz” Elza Seyidcahan sizin haqqınızda şeir yazıb. (Gülür) Oxumaqdan bir şey çıxmır, indi də şeir yazır. Yazsın, Elza gözəl musiqiçidir, amma demişəm, sən oxuma, yaz, qoy oxusunlar. Şeiri oxuyandan sonra dedim ki, çox gözəldir, yəqin özünə, qızına, anasına ithaf edib. Onu da məhkəməyə vermək istəyirdim, amma etmədim. Allahın məhkəməsinə verirəm. Mən Allah adamıyam, Allahla gecə-gündüz söhbət edirəm. (Ağlayır). Mənim Allahım böyük Allahdır, görün mənə sataşanlar nə çəkəcəklər. Anaya toxumaq olmaz. Bu sözü Flora kimi o adamlar yayıb ki, onlar ana nəvazişi, ana tərbiyəsi görməyiblər. 

- Baş prokurora olan müraciətdən sonra sizinlə əlaqə saxlayan olub? 

- Elə bir adamı ömründə azadlığa buraxmazlar. Onun on il işi var idisə, beş il də üstünə gəldi. O bilirsiniz neçə adamın evini yıxıb? İki nəfər məşhur adamın evində qulluqçu çalışıb, pullarını da oğurlayıb, özlərini də MTN-ə təhvil verib. 50 manata, kontur puluna belə işlərlə məşğul olurdu. İki tanınmış şəxsi belə tutdurub. Bir alfons əri var, pul verirdim ki, özünə siqaret alsın, dolansın. Moskvadan dostlarım kolbasa, sosiska, yağ göndərirlər, deyir, İlhamə reketdir, ona pay gəlir. 

- İstəyirəm bu reketlik məsələsi haqqında geniş danışaq... 

- Nə danışırsan? Məndən belə şey gözləyirsən? Qurana and içirəm ki, belə yolun adamı deyiləm. Sadəcə, dostlarım mənə pay, hədiyyə göndərir. Mənim hər şeyim var. Cənab prezident mənə ev, bağ verib. Heç nəyə ehtiyacım yoxdur. Valideynlərim hər şey qoyub gedib. Prezident təqaüdü alıram, maaşım var. Ay başına dönüm, nə reketlik? Pulu su kimi xərcləyirəm. Elə gün olub, pulum olmayıb. Reketin də pulu olmaz? 

- Aylıq xərciniz nə qədərdir? 

- Əlimə aylıq 5000 pul gəlir. Prezident təqaüdü, maaş alıram, bankda bir az pulum var, faizini alıram.
 
- Nə əcəb biznesiniz yoxdur? 

- Ömrümdə fikrimdən keçməyib. İnanın, balaca bir dükanım da yoxdur. Qayıdaq Elzaya. Mehriban Elza ilə də işləyib. Elza zəngin qadınla dostluq edirmiş, Mehriban da o evə gedib-gəlirmiş. Həmin evdən böyük miqdarda zinyət əşyaları itib. Mehriban deyirdi, Elza oğurlayıb, Elza deyirdi, Mehriban. Sonra da aralarında başqa söhbətlər olub.
 
- Oğlunuzun dostunun tutulmağından bağlı xəbəriniz var?
 
- Xəbərim var, amma bilmirəm, nə məsələdir. Allah köməyi olsun. O elə uşaq deyil. Anası ilə danışıram, ağlayır. 

-Sizin Hacı Məmmədova şəkliniz dərc olunub... 

- Hacı Məmmədov zamanında bütün sənət adamları ilə dost idi. Anam Qarabulağa getməyi çox sevirdi, tez-tez gedirdik. Hacı Məmmədovun iki yoldaşı var idi, hər ikisi ilə dost idim. Şəkillərim çoxdur. Bir dəfə müxalifət qəzetlərindən birində şəklimiz çıxdı, zəng vurdum ki, o nə şəkildir, mənim evdə daha yaxşı şəkillərim var, göndərim, onları ver. (Gülür). Mən nə bilim ki, o nə işlərlə məşğul olub. O tutulanda tanıdığı bütün sənət adamlarını istintaqa çağırdılar, məndən başqa. Sən demə, orda hər şey çəkilirmiş. İlhamədən heç nə tapa bilmədilər.
 
- Məhkəmədə Mehriban Hüseynovanı bağışlamanız ola bilərmi? 

- Bağışlamaq söhbəti yoxdur. O, məni öldürmək istəyib.
Oxşar xəbərlər
13:03, Bu gün
"Bayden Qəzzada müharibəni yalnız uzadır və HƏMAS-ı ümidləndirir" - Donald Tramp
12:58, Bu gün
Şimşək çaxacaq, dolu düşəcək, qar yağacaq - SABAHIN HAVASI
12:54, Bu gün
Taksilərdə minimal gediş haqqı 4.50 olacaq? - İyunun 1-dən...
12:51, Bu gün
Razi Əliyeva işində son şahidlər dindirildi
12:47, Bu gün
Bəzi bölgələrinə qar yağıb - FAKTİKİ HAVA 
12:43, Bu gün
Bakıda 15 yaşlı qızdan dəhşətli əməl - VİDEO
12:39, Bu gün
Azərbaycan XİN: “Fransa tərəfi üzr istəməlidir”
12:35, Bu gün
Şuşa-Laçın yolunda gözoxşayan təbiət mənzərələri - FOTO
12:30, Bu gün
Azərbaycandan olan 19 kursant Türkiyədə səkkiz aylıq kursu tamamlayıb - FOTO
12:25, Bu gün
İran zindanlarında məhbuslara böcəklərlə işgəncə verilir - FOTO
12:20, Bu gün
Qala qəsəbəsində gənc oğlan həmyerlisini bıçaqladı
12:16, Bu gün
Bakının mərkəzində qəribə yol qəzası - VİDEO
12:12, Bu gün
FHN Tovuzda maye qazdoldurma məntəqələrinin istismarını dayandırdı - FOTO/VİDEO
12:08, Bu gün
Azərbaycanda şirkət BÖYÜK MƏBLƏĞDƏ cərimələndi
12:04, Bu gün
“Real Madrid”in qələbəsi “Qarabağ”ın xeyrinə ola bilər
12:02, Bu gün
Azərbaycanda polis qəzada vəfat etdi - FOTO
11:58, Bu gün
ABŞ-nin 14 güləş mütəxəssisi Azərbaycanda səfərdədir - FOTO
11:54, Bu gün
Əli Əsədov Efiopiya baş nazirinin müavini ilə görüşdü
11:51, Bu gün
Şəkər xəstələrinin dərman təminatı niyə GECİKDİRİLİR? - Rəsmi AÇIQLAMA
11:48, Bu gün
“Prius”lar üçün son bir ay
11:44, Bu gün
Azərbaycan və Belarus prezidentləri Füzulinin Baş planı ilə tanış oldular
11:42, Bu gün
Azərbaycanda OLAY: pornoqrafik materialları yayan 5 nəfər...
11:40, Bu gün
Lerik polisi çətin relyef şəraitində əməliyyat keçirdi: Narkokuryerlər saxlandılar
11:38, Bu gün
“Yazırlar ki, əməliyyatdan sonra Maykl Ceksona oxşayırsan” – VİDEO
11:35, Bu gün
Ukrayna tərəfdə döyüşən rus taborları nələrsə planlaşdırırmı?- Azərbaycanlı hərbi ekspert
11:33, Bu gün
Sabah “Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanı keçiriləcək
11:29, Bu gün
Qarabağ Universitetinə əcnəbi tələbə qəbul ediləcək? - RƏSMİ AÇIQLAMA
11:25, Bu gün
Aleksandr Lukaşenko Füzuliyə getdi
11:22, Bu gün
Bakıda sakinlər kafelərdən narazıdırlar: “Söyür, qapılarımızdan tualet kimi istifadə edirlər” - VİDEO
11:19, Bu gün
Hibrid avtomobillərə ödənişli yolda hərəkət etməyə qadağa qoyulub? - RƏSMİ AÇIQLAMA/VİDEO
11:15, Bu gün
Siyasi partiyalarla dövlət orqanlarının əməkdaşlığının inkişaf etdirilməsi məsələləri müzakirə olunub
11:13, Bu gün
“Evi süpürməyə süpürgəm olmasa...” – VİDEO
11:11, Bu gün
Sənədsiz evlərlə bağlı ŞAD XƏBƏR - Bu tarixədək... - VİDEO
11:05, Bu gün
Əbdül Xalidə xanım fanatı tərəfindən “Porsche” bağışlandı - VİDEO
10:59, Bu gün
Bu şəxslərə birdəfəlik müavinət verilib
10:51, Bu gün
Xərçəngdən qoruyur, həzmi rahatladır, arıqladır... – ALÇANIN BİLMƏDİYİNİZ FAYDALARI
10:44, Bu gün
Bu rayonlarda insan alveri qurbanlarının sayı daha çoxdur -Gəncə, Sumqayıt... 
10:39, Bu gün
Tavuşun bu hissəsində nə qədər ərazi Azərbaycana verilir? - Ermənilər açıqladı
10:37, Bu gün
Qərbi Azərbaycana qayıdış Daşkənddə müzakirə olunacaq – Türk Dünyası Sammiti başlayır
10:33, Bu gün
Tofiq Yaqublunun cinayət işi üzrə istintaq yekunlaşdı
10:28, Bu gün
Uşaqlarını diləndirən 345 valideyn cəzalandırıldı
10:23, Bu gün
Azərbaycan vətəndaşlarının istismara məruz qaldığı ölkələr açıqlandı - SİYAHI
10:18, Bu gün
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikib?- ŞOK SƏBƏB
10:13, Bu gün
İrandakı səfirliyimizdə DƏYİŞİKLİK
10:10, Bu gün
Kəlbəcərin gözoxşayan təbiəti – Yeni video
10:04, Bu gün
Dünya üçün BÖYÜK TƏHLÜKƏ yaxınlaşır - XƏBƏRDARLIQ EDİLDİ
10:00, Bu gün
Qərb Universitetində “M.Ə.Rəsulzadə-140” tədbiri - Nəsiman Yaqublu ilə görüş - FOTO
09:59, Bu gün
Avro və lirə ucuzlaşdı - Məzənnə
09:51, Bu gün
Rusiyadan Ukraynaya şok İTTİHAM- Xarkovda korrupsiya qalmaqalı
09:46, Bu gün
Abşeronda avtobus QƏZASI- xəsarət alan var 
09:41, Bu gün
İranı sel vurub-Yollar iflic, parklar bağlı
09:35, Bu gün
Azərbaycanlı aktrisanın fotoları “Times Square” meydanında: "Bu da Məlahət Türkiyəyə gedib nə iş gördü deyənlərə gəlsin..." 
09:29, Bu gün
Stomatoloq idi: Hazırda 10 dəqiqəyə 1000 dollar qazanır - FOTO
09:22, Bu gün
Şoyqunu Putinlə Cinpinin görüşünə buraxmadılar - Qapıda gözləməli oldu
09:10, Bu gün
Bakıda bu binalar söküləcək, yerində isə... - FOTO
09:03, Bu gün
Mətanət İsgəndərli: “Qardaşımın ayağı bu gün amputasiya olunmalı idi, ürəyi partladı keçindi”-ÖZƏL
08:56, Bu gün
Albaniya Azərbaycanda səfirlik açacaq - Belinda Balluku
08:44, Bu gün
12 il gizlədilən HƏQİQƏT: yadplanetlilər siyasətçiyə nə ediblər? - ETİRAF ETDİ
08:36, Bu gün
Zelenski Tehranı düşmən hesab edir -Mudabber
08:29, Bu gün
SON DƏQİQƏ -  Ermənistan Təhlükəsizlik Şurasının katibi: "4 obyekt Azərbaycana keçir"
08:17, Bu gün
Si Cinpin Putinə deyib ki, Çin “Ukrayna böhranı” ilə bağlı sülh konfransını dəstəkləyir...
08:13, Bu gün
Hikmət Hacıyev ABŞ-də dövlət rəsmiləri ilə COP29-u və regional məsələləri müzakirə edib - YENİLƏNİB
08:00, Bu gün
Səhərlər mütləq bunları yeyin- İNANILMAZ FAYDALARI
07:44, Bu gün
Zaqatalada 6 otaqlı ev yanıb KÜL OLDU
07:35, Bu gün
Qriqoryan bu kəndin 25 hektar torpağının Ermənistan ərazisində qaldığını təsdiqlədi...
07:35, Bu gün
Dünyanın ən çox maaş alan idmançıları – SİYAHI
07:08, Bu gün
Şəkəri nə azaldır? - Qan şəkərini tənzimləyən 15 qida
06:33, Bu gün
Zelenski Xarkova getdi və şəhəri işğaldan qorumağın yolunu açıqladı... -FOTO
00:21, Bu gün
Uşaqlarınızı bu oyuncaqlardan uzaq tutun
00:19, Bu gün
Yeni Kaledoniya xalqının azadlıq mübarizəsi Makronun ambisiyalarına qarşı
16 May 2024 | 23:38
Zelenski: “Rusiyanı ədalətli sülhə məcbur etməliyik”
16 May 2024 | 23:36
Putin ərəblərə Fələstin probleminin ədalətli həllini vəd edib
16 May 2024 | 23:34
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
16 May 2024 | 23:01
Sahibə Qafarova Simonyanla təkbətək söhbətləşdi
16 May 2024 | 22:58
“Qarabağ”dan bazar dəyəri bir milyon avro olan qapıçısına YENİ TƏKLİF
16 May 2024 | 22:38
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
16 May 2024 | 22:33
"Kiyev Lavrovun fikirlərini məsxərəyə qoyub və burada gizlin məna tapıb..."
16 May 2024 | 22:33
Fransa XXI əsrin Yeni Kaledoniyası ilə XIX əsrin Əlcəzairi kimi davranır
16 May 2024 | 22:22
Polşanın sifariş verdiyi “Bayraktar”ların hamısı çatdırılıb
16 May 2024 | 22:21
“Hizbullah” İsrailə rekord sayda raket atdı
16 May 2024 | 22:19
İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB + FOTO
16 May 2024 | 21:48
"Xarici nüfuzun şəffaflığı haqqında" qanun Avropa İttifaqının əsas norma və dəyərlərinə ziddir..."
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
16 May 2024 | 21:16
“Haber Global”: “Yeni Kaledoniyada fövqəladə vəziyyət - Makron aranı qarışdırdı” + VİDEO
16 May 2024 | 21:04
Ərdoğan: “Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir”
16 May 2024 | 20:53
Perunun daxili işlər naziri istefa verib
16 May 2024 | 20:36
Prezident: “Belarus şirkətlərini azad olunmuş ərazilərin bərpası prosesinə fəal qoşulmağa dəvət edirik”
16 May 2024 | 20:35
Urmiya gölünün rəngi dəyişməyə başlayıb
16 May 2024 | 20:34
Ərdoğan İrakli Kobaxidze ilə görüşüb - FOTO
16 May 2024 | 20:32
Aleksandr Lukaşenko: Qafqazda Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur
16 May 2024 | 20:31
Azərbaycan Prezidenti: Belarusun çox yaxşı şəhərsalma təcrübəsi var
16 May 2024 | 20:28
Aleksandr Lukaşenko: Belarusun və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var
16 May 2024 | 20:27
İlham Əliyev və Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB + FOTOLAR
16 May 2024 | 19:49
Slovakiya baş nazirinə sui-qəsd əvvəldən planlaşdırılıb: Atəş açan şəxs radikal qruplaşma üzvü olub?
16 May 2024 | 19:08
“Mançester Yunayted” azarkeşləri braziliyalı futbolçunu ələ salıblar - FOTO
16 May 2024 | 18:25
Bakıda axtarışda olan qadın saxlanıldı
16 May 2024 | 18:18
Prezident Heydər Əliyev Fondunun əməkdaşlarını TƏLTİF ETDİ
16 May 2024 | 18:11
Bəhreyndə Ərəb Ölkələri Liqasının sammiti öz işinə başlayıb
16 May 2024 | 18:05
Artur Ağacanov: “Erməni müxalifəti də sərhəd dirəklərini quraşdırmağa məcbur olacaq” - MÜSAHİBƏ
16 May 2024 | 18:00
Azərbaycan və Küveyt vəkilləri birgə əməkdaşlıq edəcək - FOTO
GÜNLÜK
16 May 2024 | 16:27
Vətəndaşlara XƏBƏRDARLIQ - Bunu etsəniz, kartınızdakı pullar OĞURLANACAQ!
16 May 2024 | 14:31
Aynur Sabitova: “Vəzifəmdən öz arzumla ayrılmışam”
16 May 2024 | 14:07
Gül yığan oğlan sevgilisindən ayrıldı, dostu isə bunu fürsət bilib... – Gəncədə qanlı cinayət
16 May 2024 | 13:15
Mayın 26-da II və III qruplar üzrə qəbul imtahanları keçiriləcək
16 May 2024 | 15:15
Prezidentlərin geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
16 May 2024 | 13:25
Bu gün mərhum Xalq artisti Arif Quliyevin doğum günüdür
16 May 2024 | 15:01
"Putin Ukraynada müharibəni davam edə biləcəyini düşünür, amma kökündən yanılır" - ISW
16 May 2024 | 14:40
İlham Əliyev və Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış etdi - YENİLƏNİB
16 May 2024 | 14:49
"Tramp bu yaxınlarda çox maraqlı bir siyasi gediş etdi, lakin...”
16 May 2024 | 13:45
"Oğlum rəqqasə ilə evlənsə..." - VİDEO
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
11 May 2024 | 11:10
“Müşahidələrimizə görə Azərbaycanda 8 bəbir var”-Kameralara düşən MARAQLI-FOTO+ÖZƏL
10 May 2024 | 19:12
Saleh Məmmədovun rəis təyin etdiyi şəxsə “stop” qoyulur – 5 milyonluq borcu var...
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
11 May 2024 | 16:07
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11 May 2024 | 20:25
Prezident İlham Əliyevin illər öncə etdiyini ABŞ indi edir: “Bu, vacib imiş!”
11 May 2024 | 20:25
Bakıda yeni salınmış məhlədə ağaclar məhv olur? - FOTO
AYLIQ
16 May 2024 | 16:27
Vətəndaşlara XƏBƏRDARLIQ - Bunu etsəniz, kartınızdakı pullar OĞURLANACAQ!
16 May 2024 | 14:31
Aynur Sabitova: “Vəzifəmdən öz arzumla ayrılmışam”
16 May 2024 | 14:07
Gül yığan oğlan sevgilisindən ayrıldı, dostu isə bunu fürsət bilib... – Gəncədə qanlı cinayət
16 May 2024 | 13:15
Mayın 26-da II və III qruplar üzrə qəbul imtahanları keçiriləcək
16 May 2024 | 15:15
Prezidentlərin geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
16 May 2024 | 13:25
Bu gün mərhum Xalq artisti Arif Quliyevin doğum günüdür
16 May 2024 | 15:01
"Putin Ukraynada müharibəni davam edə biləcəyini düşünür, amma kökündən yanılır" - ISW
16 May 2024 | 14:40
İlham Əliyev və Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış etdi - YENİLƏNİB
16 May 2024 | 14:49
"Tramp bu yaxınlarda çox maraqlı bir siyasi gediş etdi, lakin...”
16 May 2024 | 13:45
"Oğlum rəqqasə ilə evlənsə..." - VİDEO