"Ölü yuyana "mürdəşir" deyirik, olmazmı ki, maşın yuyanlara da "avtoşir" deyək?"
Oxunub: 4940
09 Dec 2015 | 13:06
Moderator.az-ın suallarını yazıçı Qəni Camalzadə cavablandırır.


-  Əvvəlcə Həcc ziyarətindən danışaq...

- Bismilləhir rəhmanir rəhim. Hər bir müsəlmanın arzusudur bu ziyarətdə olmaq. Oruc tuturuq, namaz qılırıq, amma yenə də istəyirik Allahu-təalanın məsləhət gördüyü yolu gedək. Həcc ziyarətində ətrafımda olan adamlar gənc və maraqlı adamlarıydı. Gənc adamlar bu il daha çox idi. Əvvəlcə Mədinədə olduq. Peyğəmbərimizin məzarını ziyarət etdim, peyğəmbər məscidində namaz qıldım. Mədinədə otel də gözəl idi. Məkkədə ehrama girdik. Ümrəyi-təməddül ziyarətini həyata keçirdik. Yüz minlərlə insanın fırlandığı yerdə tər iyi gəlmir. Bu çox qəribə iş idi. Ziyarətdən çıxanda geyindiyimiz  ehramdan tər qoxusu gəlmirdi. Bir neçə gün qaldıqdan sonra isə Ərafata getdik. Bir sutka orada qaldıqdan sonra Minaya yola düşdük. Ərəfat dağlar arasında bir cənnət guşəsidir. Orda balaca bir hissədə ağaclar bitir. Müzdəlifədə daş yığıb, Minada şeytana daş atdıq.

Yol həqiqətən ağır yoldur. 55 dərəcə istidə adamın beyni qaynayır. Süni kölgə yaratmaq olmaz. Yəni başı bağlamaq, əlinlə günün qarşısını kəsməyə icazə yoxdur.

Ziyarətin ikinci gün isə həmin dəhşətli faciə baş verdi. Hadisə baş verəndə biz artıq ziyarətdən qayıtmışdıq. Sabahısı gün biz yenə  şeytana daş atdıq, qurbanımızı kəsdik, özümüzlə götürdüyümüz qazanda ehsan bişirdik.

O qurban ətindən özümüz də daddıq. Qara daşa, həcərül-əsvədə mən əlimi vurmuşam. O dəhşətli sıxlıqda, mən Allahu-əkbər deyə-deyə daşa toxundum. Hətta öpə də bilərdim, sıxlığa görə ehtiyat etdim. Son ziyarəti də edib, mehmanxanaya qayıtdıq. Yerimiz çox yaxşı idi. Doğrudur yemək çoxlarının, həmçinin mənim xoşuma gəlmirdi. Amma gedib kənarda yemək imkanımız vardı. Gəlişimiz bir az ağır oldu. Mehmanxanadan Ciddə hava limanına gəldik, orda 15-16 saat qalmalı olduq. Təyyarəyə görə yubandıq.

- Və ziyarətdən sonra xəstələndiniz.

- Xəstələnməmək mümkün deyildi. Mən mehmanxanadan çıxanda lazımsız paltarları, ayaqqabıları orda qoydum. Həmin gecə avtobusda kondisioner işləyirdi, içəri bum-buz idi. Bildim ki, xəstələnəcəm. Geri qayıdıb özümlə qalın sviter götürdüm. O məni xilas elədi. Sonra aeroportda 15-16 saat gözlədim. Sonra yenə kondisionerlə soyudulan yerə daxil olduq, təkrar üşüdüm. Çox da bərk xəstələnmədim.

- Bir az da yazı-pozu məsələlərindən danışaq. Yazmaq sizin üçün tələbatdır, yoxsa məhşurlaşmaq üçün vasitə?

- Mənim birinci yazım 1968-ci ildə “Pioner” jurnalında çap olunub. Mənim Fəridə adlı müəlliməm yazılarımı düzəldib, jurnala göndərdi. Belə bir fikir yarandı ki, mən yaza bilirəm. Poltexnik İnstitutunun ikinci kursunda, ədəbiyyat dərnəklərinə getməyə başladım. Mən həm də bu dərnəklərdən bəhrələnirdim. Dördüncü kursda oxuyanda “Ədəbiyyat və incəsənət” qəzetində ilk hekayəm çıxdı. Ali təhsil aldıqdan sonra mühəndislik etməyə başladım. Çörəyimi ədəbiyyatdan qazanmadım. Ədəbiyyatı bir gəlin kimi düşünməmişəm. O gəlindən tələb eləmək olmaz ki, bozbaş bişirsin. Onu sadəcə qarşımda oturdub tamaşa eləmişəm.

1984-85-ci illərdə əvvəlcə almanaxda çap olundum, sonra isə ayrıca kitabım çıxdı. Bir-iki il sonra yenə kitabım çıxmalı idi. Amma ölkə qarışdı. “Yazıçı” nəşriyyatında planda olsam da, kitabım çıxmadı.

- İstərdim o qarışıq illərdən danışasınız. Məsələn o qarışıq illərdə parlaq gələcək vəd edən bir neçə adam parlaya bilmədi.

- O dövr çətin dövr idi. O dövrdə monumental əsər yazmaq, roman çap etdirmək mümkün deyildi. “Molodaya Qvardiya” nəşriyyatında hekayələrim çapını gözləyirdi. Vermədilər. Onda ermənilər o nəşriyyatda at oynadırdı.

Ümumiyyətlə o illərdə hadisələrin içində idik. Yazmaq barədə demək olar ki, düşünmürdük. Mən özüm 1992-1994-cü illərdə orduda zabit kimi xidmət etmişəm. Orduda kontuziya aldığım üçün məni bir müddət saxlayıb təxris etdilər. Təxrisdən sonra bir müddət canımla məşğul oldum. 2-3 ili müalicəyə sərf elədim. “Yazçı” nəşriyyatında 1989-cu ildə çıxmalı olan kitabı, 1998-ci ildə öz hesabıma çıxardım. Bu kitabın çıxmasında görkəmli yazıçımız Məmməd Orucun da böyük rolu oldu. Daha sonra bir hekayələr kitabım da çıxdı. Sonra romanı hazırladım.

- Məmməd Orucla dostluğunuz barədə danışsaydınız, maraqlı olardı...

- Məmməd Orucu “Azərbaycan gəncləri”ndə çap olunan oçerikləri ilə tanıdım. Sonra "Azərbaycan" jurnalında tanış olduq.

Məmməd müəllim o vaxt "Azərbaycan" jurnalında mənim hekayələrimi vermək istəyirdi, amma İsa İsmayılzadə bəzi hekayələrimin çapına icazə vermədi. Yəqin narahat olurdu, qorxurdu. Vəzifədə olmaq belədir.

Romanlarımın hamısını Məmməd Oruca təqdim etmişəm, o da “Azərbaycan” jurnalında “Ön söz” yazıb çap  etdirib. Bir dəfə yazmışdı ki, “Yaşıdların ədəbiyyatdan getdiyi vaxtda, sən roman yazırsan”. Məmməd müəllim həm yaşda, həm də başda bizdən böyükdür. Ədəbiyyatın içində olan adamdır. Biz isə ədəbiyyatdan kənardayıq.

- Yəqin kifayət qədər tanınmamağınızın səbəbi də, ədəbiyyatdan kənarda olmağınızdır.

- Əlbəttə, bunun da təsiri var. 10 il xəstəliklərlə vuruşdum, il yarım müharibədə oldum.

- Məmməd Oruc və Əsəd Cahangir sizin adınızı öz yazılarında qeyd ediblər. Və bu bəzən şübhəylə qarşılanıb.

- Vaqif Yusifli də mənim haqqımda yazıb. Əsəd Cahangir də çox savadlı, maraqlı tənqidçidir. Ola bilsin, onun yazdıqlarını düz başa düşməyiblər. Bəziləri sadəcə adımı çəkib. Tehran Əlişanoğlu da mənim haqqımda bir neçə abzasda fikirlərini yazıb.

Bilirsiniz, bu gün vəziyyət başqa cürdür. Bu gün heç kəs heç kəsin kitabını oxumur. Amma bilirəm ki, hər şey Allahın məsləhəti ilə olur. Başıma gələn bütün işlərdə, Allahın köməyini hiss etmişəm.

- Satirik hekayələr yazan adam kimi, hazırda satirik mətnlərin səviyyəsi sizi qane edirmi?

- Mənim “Fosforlu əkizlər” adlı romanımda ironiya böyükdür. Bir kişinin eşşəyi əkiz doğur, biri qızıl, biri gümüş. Buna inananlar da, tərəddüd edənlər var. Məndə bu məslələr satiradır. İndi bizdə satira yoxdur. Yazılan satiralar portret səviyyəsindədir. Satitira yoğrulmalı, böyük qrupu əhatə etməlidir. Mənim yüzlərlə yumoristik hekayələrim var. Konkret yumoristəm. Bu üslübu romana gətirmək üçün çalışıram. “Karxana” romanımda isə yumor yoxdur. Bu romanda kriminal aləmin “krallar”ından biri, bir din xadimi üz-üzə gəlir.

Mən indi qəbahətin bağışlanması, əfv olunması ilə bağlı düşünürəm. Hər bir müsəlman bağışlanmaq barədə düşünməlidir. Yaşa dolduqca gəldiyim qənaətləri yazıram. Yazıçının günahı nə ola bilər? Hərdən yazırlar ki, hansısa yazıçı hansısa yazıçıdan danos yazıb, tutdurub, sürgün etdirib, güllələtdirib. Görün yazı nəyə qadirdir. Əlində silah olan daha çox şeylərə qadirdir. Hərdən atdığım toplar yuxuma girir. Axı onlar adam da öldürüb. Eyni şeyi bizə qarşı da ediblər.

- Atdığı toplara görə, narahat olan yazıçı bəs işğal olunmuş torpaqlarımızın qaytarılması barədə nə düşünür?

- O torpaqlar ancaq müharibə ilə, qırmaqla geri qayıda bilər. Bu günahları vətən üçün, övladların üçün, yarımçıq arzular üçün qəbul edib, bilərək gedirsən. Bu başqa söhbətin mövzusudur. Allah bağışlayacaq, yoxsa bağışlamayacaq, bu onun işidir. Amma vətən üçün döyüşmək haqq işi sayılır.

- Bakıda kəndlərinə yaxından bələd olan və dindar adam kimi Nardaranda baş verən hadisələri necə qiymətləndirirsiz?

- Mən bu suala dəqiq cavab verə bilmirəm, çünki hadisələrin içində deyiləm. Məndən soruşsalar ki, motorun içində nə problem var, bunu bilərəm. Amma bilmədiyim hadisələr haqqında danışa bilmərəm. Mən dindar deyiləm, molla deyiləm, teokrat deyiləm. Mən allahın yoluna gələn azmış bəndələrdən biriyəm.

Bütün bunlarla yanaşı qeyd etməliyəm ki, cəmiyyətin özündə də ədalətsizlik var.

Saytlarda oxyuruq tutulanları. Deməli, artıq həmin o nazirlik səviyyəsində ədalətsizlik baş verib. Orda varsa, aşağı qurumlarda da ola bilər. Bu narazılıqlar vaxtında həll olunmalı idi. Həll olunmadıqca dindar da, dinsiz də ayağa qalxa bilər. Bir yanaşma tərzi olmalıdır. Mənim mülkümü sökəndə mən prezidentə müraciət etdim. Yəqin ki, onun qərarı ilə mənim sökülmüş mülkümü bərpa etdilər. Bu ədalətin nümunəsidir. Mən mülküm söküləndə saytlara, “Amerikanın səsinə” zəng etmirəm. Mən səbr edib elə adama zəng edirəm ki, o  bu məsələni həll edir. Mən çox alicənablıq görmüşəm.

- "Karxana" kitabınız çapdan çıxıb. Təbrik edirəm. Maraqlıdır, oxucu bu kitabı niyə oxumalıdır?

- Ona görə oxumalıdır ki, bu kitabı Qəni Camalzadə kimi peşəkar yazıçı yazıb. Bu gün saytlarımızda nə qədər qeyri-peşəkar yazılar çap olunur. Oxuyanda görürsən ki, bu yazıların nə başı var, nə də ayağı. Bütün bu yazılar qusuntu olsa da, çap edilir. Mənim daxilimdə bir senzor, bir redaktor oturub. Mən yazdığım sözə görə məsuliyyət daşıyıram. Peşəkar yazıçıları çıxmaq şərti ilə, çoxlarının içində bu redaktor-senzor yoxdur. İkincisi, bu əsərdə Xeyir və Şərin mübarizəsində Xeyirin qələbəsi göstərilir. Və buna görə də "Karxana"nı oxumağa dəyər.

Bakını tanımaq üçün oxumalıdırlar. Bu kitabda mənəvi etnoqrafiya var.

Bir az kriminal da var. Ümumiyyətlə oxunmalı kitabdır.


Kitabdakı bəzi hekayələrdə zəmanəni qabaqladığımı deyə bilərəm. Öz xalqından ayrılan yazıçıların gələcəyi alleqorik şəkildə təsvir edilir. Mən peşəkarcasına yazmışam, redaktorum da peşəkar şəkildə redaktə edib. Korrektorum da  peşəkar işləyib.

Mən inanıram ki, bu kitabda çox mətləblər var. Anlaşıqlı dilllə, geydirmə sözlərdən qaçaraq yazmışam. Bu gün ədəbiyyatda elə sözlərə rast gəlirik ki, yazıçı bunu özü yaradıb. Mən də belə axtarışlar edirəm. Məsələn biz ölüyuyana mürdəşir deyirik. Maşınyuyanlara isə yuyucu deyirlər. Olmazmı ki, maşınyuyanlara avtoşir deyək? “Şir” “şirələmək”,  “yumaq” mənasında işlənir. Buna gərək başqaları da dəstək versin.
Oxşar xəbərlər
23:37, Bu gün
Moskva Tehrana çağırış etdi
23:35, Bu gün
"Sənət bazar deyil, özünə qiymət qoyasan"
23:31, Bu gün
SEPAH komandanı: "Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib"
23:28, Bu gün
İran Prezidenti İbrahim Rəisinin qəzaya uğradığı helikopterdən gələn zənglər araşdırılır
23:24, Bu gün
"Bir milyona yaxın dinc əhali Rafahı tərk edib" - BMT-nin fələstinli qaçqınlar üzrə Agentliyi
23:13, Bu gün
Rəisinin qəzaya uğradığı helikopter hansı modeldir? - FOTO
23:09, Bu gün
Türkiyə 32 alpinisti axtarış və xilasetmə əməliyyatı üçün İrana göndərib
22:50, Bu gün
Azərbaycanda istirahətə gedən ailə dəm qazından zəhərləndi: Ölən var - VİDEO
22:43, Bu gün
İstanbul derbisinin qalibi "Fənərbağça" oldu
22:32, Bu gün
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
22:27, Bu gün
İbrahim Rəisi və nümayəndə heyətinin helikopter qəzası xəbəri bizi kədərləndirdi - Ərdoğan
21:57, Bu gün
Aİ İran üçün "Copernicus" peyk görüntü xidmətini aktivləşdirib
21:56, Bu gün
Ayətullah Xamenei İbrahim Rəisinin helikopterinin qəzaya uğramasından sonra açıqlama verib
21:47, Bu gün
Qəzaya düşən helikopterdə Rəisi ilə birgə kimlər olub?
21:34, Bu gün
İranda baş verən helikopter qəzası ilə bağlı baş verənləri üzüntü ilə izləyirik - Türkiyə XİN
21:21, Bu gün
"Mançester Siti" çempion oldu, "Arsenal"ın 20 illik həsrətinə son qoyulmadı
21:13, Bu gün
Muradın çayda boğulmasının TƏFƏRRÜATI: Batdığını görənlər qorxularından ailəsinə xəbər etməyibmiş - VİDEO
20:54, Bu gün
Niger: ABŞ hərbçilərinin ölkədən çıxarılması proseduru razılaşdırılıb
20:50, Bu gün
Rəisi bu gün İrəvana gedəcəkmiş, son anda…
20:48, Bu gün
Göyçayda qəza: Xəsarət alanlar var
20:39, Bu gün
HƏMAS-ın daha bir komandiri öldürüldü
20:24, Bu gün
"Nüvə savaşında 72 saata 5 milyard insan həlak olacaq, yalnız iki ölkə salamat çıxacaq" - "Daily Star"
20:12, Bu gün
İran vitse-prezidenti hadisə yerinə yollandı
20:08, Bu gün
Azərbaycan İrana dost və qardaş xalq kimi bütün lazımi dəstəyi verməyə hazırdır - XİN
20:01, Bu gün
Avropa İttifaqı Rəisinin qəzaya düşməsi ilə bağlı MƏLUMAT YAYDI
19:58, Bu gün
İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib
19:56, Bu gün
İbrahim Rəisinin helikopterinin qəzaya düşməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
19:26, Bu gün
Rəisi və Abdullahian təhlükədədir - İranlı rəsmi
19:20, Bu gün
Ayətullah Xamenei İran Təhlükəsizlik Şurasının təcili iclasını keçirir
19:19, Bu gün
Sabahın havası meteohəssas insanlara necə təsir edəcək?
19:10, Bu gün
Yevlaxda ər arvadını öldürüb, sonra özünü bıçaqlayıb
19:08, Bu gün
Qəzaya uğrayan helikopterin axtarışları davam edir - VİDEO
19:04, Bu gün
"Ukraynadan qalan yalnız Lvov olacaq" - Xodorkovski
18:56, Bu gün
"Hər hansı bir ölkəni çökdürmək üçün çip alımını dayandırmaq yetərlidir"
18:55, Bu gün
İbrahim Rəisi sağdırmı? – İrandan şok qərarlar...
18:42, Bu gün
"Mehr" agentliyi İran Prezidentinin xəsarət almadığı ilə bağlı məlumatı silib - YENİLƏNİB
18:33, Bu gün
Qəzzada 35,5 min insanın həyatını itirdiyini bildirib
18:30, Bu gün
2023-cü ildə 30 500 şəkərli diabet xəstəsi qeydə alınıb
18:05, Bu gün
Rəisinin helikopterinin qəzadan öncəki görüntüləri - VİDEO
18:05, Bu gün
Britaniyanın müdafiə naziri Rusiya ilə mümkün müharibədən danışdı
17:43, Bu gün
Nazirlik: VI siniflərdə keçirilən monitorinq uğurla başa çatdırılıb
17:40, Bu gün
İran Prezidenti helikopterin sərt enişi nəticəsində xəsarət almayıb - KİV
17:39, Bu gün
Yağıntılı hava ilə bağlı magistral yollarda görmə məsafəsi məhdudlaşacaq
17:38, Bu gün
Slovakiyanın güllələnmiş baş nazirinin vəziyyəti necədir?
17:32, Bu gün
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – Təfərrüat
17:25, Bu gün
Latviya Parlamentinin sədri: Qarabağdakı quruculuq işlərinə şahidlik etmək çox sevindiricidir
17:23, Bu gün
Türkiyəli nazir: İlin sonunadək neft hasilatı daxili bazarın tələbatının 10 faizini ödəyəcək
17:20, Bu gün
Qocalar evində ölümləri "proqnozlaşdıran" ekstrasens pişik
17:18, Bu gün
Köçəryan və Sərkisyandan Paşinyana qarşı həmlə: Petrosyan tərəfini açıqladı
17:08, Bu gün
İran Prezidentini daşıyan helikopter sərt eniş edib, Rəisinin vəziyyəti məlum deyil
17:07, Bu gün
Göyçayda 24 yaşlı oğlanı cərəyan vurub öldürüb
17:05, Bu gün
Bakıda iki sərnişin avtobusu toqquşdu: 6 nəfər xəsarət aldı
16:58, Bu gün
İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb
16:55, Bu gün
Latviya parlamentinin sədri Şuşadadır
16:52, Bu gün
Rusiyalılar mülki ukraynalıları qətlə yetirir, Xersonda insanların üzərinə drondan partlayıcı maddə atılıb
16:44, Bu gün
Nuran Abdullayev: "Prezident İlham Əliyev nə zaman hansı gedişi edəcəyi bilinməyən ən güclü siyasi şahmat ustasıdır"
16:40, Bu gün
"Hücumun birinci fazası: Volçanskın zəbt edilməsi rusiyalılara nə üçün lazımdır?" - ISW
16:39, Bu gün
Ukrayna Rusiyanın daha bir gəmisini VURDU
16:37, Bu gün
Çərçivə sazişi imzalanır, dəhliz bu statusla açılır - Tarix verildi
16:36, Bu gün
Türkandan gözlənilməz hərəkət: Efirə telefonla buraxmadılar deyə GÖRÜN NƏ ETDİ - VİDEO
16:34, Bu gün
Rusiya Xarkovdakı istirahət mərkəzini “İskander”lə vurub, ölənlərin sayı 5-ə çatıb - YENİLƏNİB
16:20, Bu gün
Amerikalı qız başqa ölkəyə köçdü, adını dəyişdi: Maraqlı SƏBƏB
16:18, Bu gün
Cəlilabadda 17 yaşlı yeniyetmə bıçaqlanıb
16:14, Bu gün
Ağsu dolaylarında asfalt çöküb
16:06, Bu gün
Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Günü qeyd edilir
15:45, Bu gün
Bitlisdə avtobus dərəyə düşüb, yaralananlar var
15:31, Bu gün
Maqnit qasırğaları zamanı edilən səhvlər SADALANDI
15:28, Bu gün
Xətaidə yanğın: Avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
15:27, Bu gün
Dunay çayında gəmilər toqquşub, ölənlər var
15:04, Bu gün
Seyid İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
15:03, Bu gün
Yeni Kaledoniyada gərgin vəziyyətlə əlaqədar məktəblərdə dərslər dayandırılıb
15:02, Bu gün
Erməni barbarlığına tuş gələn Qubadlı məscidi
15:01, Bu gün
Ukrayna Rusiyanın daha bir gəmisini məhv etdi
14:45, Bu gün
“Ola bilsin ki, bəziləri bizim bu görüşlərimizi bəyənməsinlər”
14:45, Bu gün
Çinin kənd təsərrüfatı naziri haqqında təhqiqat başlanıb
14:43, Bu gün
Tabut açıldı: Qızı içəridəki kişini görüb DƏHŞƏTƏ gəldi
14:42, Bu gün
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
14:40, Bu gün
Müdafiə Nazirliyi şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimi keçirib
14:25, Bu gün
Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon
14:23, Bu gün
Prezident: "Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir"
14:22, Bu gün
"Ukrayna Rusiyadakı obyektlərə zərbələr endirmək üçün ABŞ-dan icazə istəyir" - "The Wall Street Journal"
14:15, Bu gün
Anar Heybətova ağır itki - FOTO
14:14, Bu gün
"Belarus post-sovet ölkələri arasında Azərbaycanın dördüncü ən böyük xarici ticarət partnyorudur"
14:11, Bu gün
Vətəndaş kibercinayətkarların tələsinə belə düşdü - 25 min manat itirdi- ŞOK FAKTLAR
14:11, Bu gün
"Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgəyə fayda verəcək"
14:09, Bu gün
Prezident: "İki hidroqovşağın açılışı və istismara verilməsi tarixi hadisədir"
14:08, Bu gün
Prezident: "İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir"
14:07, Bu gün
Tanınmış xanəndə məşhur aktyorun bacısı imiş - FOTO
14:07, Bu gün
Azərbaycan Prezidenti: "Bizim energetika sahəsində çox böyük planlarımız var"
13:44, Bu gün
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində azı 4 nəfər ölüb
13:42, Bu gün
Diş yetişdirmək üçün dünyada ilk dərman yaradıldı
13:27, Bu gün
Aralıq dənizində zəlzələ
13:23, Bu gün
İran səfiri: Missiyamın son günündə ən böyük sərhəd layihəsinin istifadəyə verilməsi ilə fəxr edirəm
13:21, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
13:20, Bu gün
Sumqayıtda mənzildən kişi meyiti tapıldı
13:19, Bu gün
Kim qalib gələcək: Tramp, yoxsa Bayden?
12:55, Bu gün
Sabah Azərbaycanın bu rayonlarında leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək
12:54, Bu gün
Rusiyada yük qatarı relsdən çıxdı - VİDEO
12:53, Bu gün
İran raketləri İsrailin 12 müdafiə xəttini yardı - General
12:53, Bu gün
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
GÜNLÜK
18 May 2024 | 23:47
Gecə yatmazdan öncə ananas yeyin, görün nə olacaq - Bu problemi aradan qaldırır
18 May 2024 | 23:57
Elmdə sıçrayış: dondurulmuş insan beyni həyata qaytarılıb
18 May 2024 | 23:50
"Ukrayna Rusiyanın neft emalı gücünün 14 faizini sıradan çıxarıb" - "Bloomberg"
18 May 2024 | 23:53
Azərbaycan millisi Almaniya və İsrail yığmaları ilə qarşılaşacaq
08:22, Bu gün
Ukraynalı döyüşçü britaniyalını udub mütləq çempion oldu...-Rusiyalı isə isveçlidən ağır nokaund aldı...-FOTOLAR+VİDEO
06:51, Bu gün
Misirdəki piramidaların sirri açıla bilər
06:49, Bu gün
İsrail Rəfahda 50-yə yaxın terrorçunu məhv edib
07:30, Bu gün
“Həftə sonları”-nın yaratdığı TƏHLÜKƏ
07:44, Bu gün
Bağırsaq bakteriyaları insan qərarlarına təsir edirmiş
07:57, Bu gün
Son zəng yaxınlaşır: Paltar tikdirmək neçəyə başa gəlir? - VİDEO
HƏFTƏLİK
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
18 May 2024 | 23:15
Bu teatrdan 1500 nəfər TƏXLİYƏ EDİLDİ - ŞOK SƏBƏB- VİDEO
18 May 2024 | 23:35
Meyiti tapılan qadın görün kimdir
18 May 2024 | 16:29
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
AYLIQ
18 May 2024 | 23:47
Gecə yatmazdan öncə ananas yeyin, görün nə olacaq - Bu problemi aradan qaldırır
18 May 2024 | 23:57
Elmdə sıçrayış: dondurulmuş insan beyni həyata qaytarılıb
18 May 2024 | 23:50
"Ukrayna Rusiyanın neft emalı gücünün 14 faizini sıradan çıxarıb" - "Bloomberg"
18 May 2024 | 23:53
Azərbaycan millisi Almaniya və İsrail yığmaları ilə qarşılaşacaq
08:22, Bu gün
Ukraynalı döyüşçü britaniyalını udub mütləq çempion oldu...-Rusiyalı isə isveçlidən ağır nokaund aldı...-FOTOLAR+VİDEO
06:51, Bu gün
Misirdəki piramidaların sirri açıla bilər
06:49, Bu gün
İsrail Rəfahda 50-yə yaxın terrorçunu məhv edib
07:30, Bu gün
“Həftə sonları”-nın yaratdığı TƏHLÜKƏ
07:44, Bu gün
Bağırsaq bakteriyaları insan qərarlarına təsir edirmiş
07:57, Bu gün
Son zəng yaxınlaşır: Paltar tikdirmək neçəyə başa gəlir? - VİDEO