“Çovdarovlar tam arxayındırlar ki, əzdikləri insanlar heç vaxt danışmayacaqlar”
Kriminal
Oxunub: 6681
02 Dec 2015 | 08:54
“Çovdarovlar tam arxayındırlar ki, əzdikləri insanlar heç vaxt danışmayacaqlar”
Tanınmış hüquqşünas Qurban Məmmədov bir neçə gündür ki, MTN olayları ətrafında yaranmış durumla bağlı fikirlərini, xüsusən də bu gün Hacı Məmmədovdan betər "xoxan" kimi cəmiyyətdə ad çıxaran MTN generalı Akif Çovdarovla 2011 - ci ildəki ilginc söhbəti barədə yazaraq Moderator.az - a göndərir. 

Bu dəfə isə vətəndaşlarımızın öz hüquqlarını bilməməsi səbəbindən başlarına gələ bilən və ya biləcək təhlükələr barədə fikirlərini qanunverciliyə istinadla təqdim edib. 



Yazının əvvəlini bu linkdən oxumaq olar---moderator.az/news/109123.html



...Yazmışdım ki, “ancaq bu baş vermir? Niyə?

Bu iki sualın: “Akif Çovdarovun bizə münasibətinin səbəbi nə idi?” və “Niyə bu baş vermir”, yəni  istəsələr, Gürcüstanda olduğu kimi, hörmətli prezident M. Saakaşvili etdiyi kimi, bir həftə içində rüşvətin, korrupsiyanın, monopoliyanın kökünü 70-80 faiz inzibati tədbirlərlə, yuxarıdan göstərişlərlə, qalan 20-30 faizini isə hüquq-mühaifə orqanlarının əlilə kəsərlər.
Ancaq bunu etmirlər. Niyə?

A.Çovdarov və ya istənilən məmur istəməz ki, onun qanunsuz əməllərinin əlavə şahidi olsun. 
Onlar tam arxayındırlar ki, əzdikləri insanlar heç vaxt danışmayacaqlar və onları ifşa etməyə qalxmayacaqlar. Onlar günahkar insan psixologiyasını yaxşı bilirlər. “Zorən cinayətkar” edilən və ya əxlaqsız hərəkətlərdə şantaj edilən adamalrın heç vaxt və heç bir halda etiraz edə bilməyəcəklərinə əmindirlər.


Belələri onu da yaxşı bilirlər ki, hakimiyyətə və onun başçısına artıq yük olan, onun nüfuzuna ziyan vurmağa başlayan və ictimai rəyin mənfi istiqamətə köklənməsinə səbəb olan adamlar, gəmini batıra biləcək artıq yük kimi kənara atılırlar. Sadəcə vurulurlar.
Çovdarov isə bunu hamıdan daha yaxşı bilənlərdən biri idi. O, hakimiyyətə xoş  hər cür qanunsuz hərəkəti etməyə hazır olan və yeri gəldikcə də  “üçü sənə, biri də özümə” prinsipi ilə hərəkət edən, lakin həddini gözləməyi bacaran biri olub. Yoxsa, bu qədər davam etməsi mümkünsüz olardı. 
Məmurlar həmişə çalışarlar ki, hüququnu pozduğu adamların yanında üçüncü şəxslər olmasın, yəni nümayəndələri və ya vəkilləri bu proseslərin şahidi olmasınlar. Etdiklərinin jurnalistlərdən də gizli saxlanmasının qayğısına qalarlar. Çünki ictimai rəyi nəzərə almamaq tez “yanmalarına” səbəb olar.
Bu baxımdan,  mən şəxsən öz təcrübəmdən deyə bilərəm ki, hüquq-mühafizə orqanlarına tək gedən şəxslərlə, nümayəndəsi və ya vəkili ilə birlikdə gedən adamlara münasibət tamamilə fərqli olur. Bu da təbiidir. Qeyd etdiyim kimi, ən qatı çinayətkar-məmur belə artıq şahid istəməz.

Əziz oxucular, indi bir durun və düşünün, öncə özünüzdən, sonra da ətrafınızdakı adamlardan soruşun: onlardan neçəsinin daimi, uzunmüddətli nümayəndəsi və ya vəkili var? 
Onların adlarını, ünvanlarını, telefon nömrələrini bilirlərmi?
Nədən insan həyatı üçün heç bir ciddi önəmi olmayan saçınızı vurdurmaq üçün evinizdən xeyli uzaqda olan dəlləyə gedir, saç ustanızın adını, telefonunu, yerini bilirsiniz, ancaq nümayəndəniz, vəkiliniz yoxdur, olsa da əlaqə nömrəsini əzbər bilmirsiniz ki, başınıza qəfil iş gəlsə onu arayasınız?

Bir çox vətəndaşlarımızın daim müraciət etdikləri dərzisi, maşın ustası, pinəçisi, al-ver etdiyi satıcısı var, ancaq şəxsi və ya ailə həkimi, nümayəndəsi və ya vəkili yoxdur!
 Niyə? Biz mədəni dünyanın çoxdan adi həyat tərzinə çevirdiyi bu adi həqiqətləri  nə vaxt dərk edəcəyik?
“Hər şərdə bir xeyir var” deyib babalarımız. 
Gəlin bu “MTN şəri”ndən birlikdə faydalanmağa çalışaq. Baxaq görək qanunlarımız bu barədə nə deyir?
Tənbəllik etməyin. Tələsmədən oxuyun.
 Bu oxuyacaqlarınız və öyrənəcəkləriniz hər birimizi gələcək çovdarovların şərindən həm qoruyacaq, həm də elə çovdarovların özünü  “zorən cinayətkar” olmaqdan çəkindirəcək.

Beləliklə də;

1.Konstitusiyamızın 55-ci maddəsinə (dövlətin idarə olunmasında iştirak etmək hüququ) əsasən, “Azərbaycan Respublikası vətəndaşlarının dövlətin idarə olunmasında iştirak etmək hüququ vardır. Bu hüququ onlar bilavasitə və ya nümayəndələri vasitəsi ilə həyata keçirə bilərlər.”
Konstitusiyanın 60-cı (hüquq və azadlıqların məhkəmə təminatı) maddəsinə əsasən, “hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər.”
Konstitusiyanın 61-ci (hüquqi yardım almaq hüququ) maddəsinə əsasən, “hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. Qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir. Hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır.”


 2. “Vətəndaşların müraciətləri haqqında”  30 sentyabr 2015-ci il tarixli qanunun 1.1-ci yarımmaddəsinə əsaəsn,  “Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır.
Həmin qanunun 3.0.2-ci yarımbəndinə əsaəsn, “müraciət dedikdə, müraciətə baxan subyektə və ya onun vəzifəli şəxsinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı (o cümlədən elektron) formada göndərilən (təqdim edilən) və ya şifahi formada edilən fərdi və ya kollektiv təklif, ərizə, şikayət” başa düşülür.
Qanunun 6.2-ci yarımmaddəsinə əsasən, “yazılı müraciətlər şəxsən və ya nümayəndə vasitəsilə təqdim edilir və ya poçt, telefaks, yaxud bu Qanunun 6.7-ci maddəsində göstərilən qaydada göndərilir.
Qanunun 6.6-cı yarımmaddəsinə əsaəsn, “yazılı müraciət nümayəndə vasitəsilə təqdim edildikdə müraciətə nümayəndənin səlahiyyətlərini təsdiqləyən sənədin surəti əlavə olunmalıdır.

3. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10.6-cı  yarımmaddəsinə əsasən, “məhkəmə baxışının qapalı keçirilməsində işdə iştirak edən şəxslər, onların nümayəndələri iştirak edir.”

14.4 “İşdə iştirak edən şəxslər, qanunla onların nümayəndəliyi zəruri olan hallar istisna edilməklə, özləri öz hüquq və mənafelərini müdafiə edə bilərlər. Onlar maraqlarının təmsil olunması və ya prosessual hüquqlarının həyata keçirilməsi üçün peşəkar hüquqi yardım almaq məqsədi ilə özlərinə sərbəst vəkil seçə bilər.
49.1 “Öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur.”
 61 (prosesin digər iştirakçıları)--işdə iştirak edən şəxslərdən başqa prosesdə ... nümayəndələr və vəkillər iştirak edə bilərlər.

 69 (nümayəndə vasitəsi ilə işin aparılması)-- Hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər... Hüquqi şəxslər məhkəmədə ...bu məqsədlərlə vəkil edilmiş nümayəndələri vasitəsi ilə təmsil olunurlar.

  70 (məhkəmədə nümayəndə ola bilən şəxslər)--bu Məcəllənin 71-ci maddəsində sadalanan şəxslər istisna olmaqla, məhkəmədə iş aparmaq üçün səlahiyyəti lazımi qaydada rəsmiləşdirilmiş hər hansı fəaliyyət qabiliyyətli şəxs nümayəndə ola bilər.

 73 (nümayəndənin səlahiyyətinin rəsmiləşdirilməsi)
--nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir.
-- Fiziki şəxslər tərəfindən verilmiş etibarnamələr notariat qaydasında, yaxud etibar edənin oxuduğu və ya işlədiyi hüquqi şəxsin rəhbərliyi, etibar edənin yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əhalinin sosial müdafiəsi müəssisəsi tərəfindən, etibar edənin müalicə olunduğu xəstəxana və ya digər stasionar müalicə-profilaktika müəssisəsi tərəfindən, etibarnamə hərbi qulluqçulara, hərbi hissənin işçilərinə və ya onların ailə üzvlərinə verilirsə, müvafiq hərbi hissənin komandiri tərəfindən təsdiq edilir.
-- Azadlıqdan məhrumetmə yerində olan şəxsin verdiyi etibarnamə müvafiq azadlıqdan məhrumetmə yerinin rəisi tərəfindən təsdiq edilir.
-- Hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir.
-- Vəkilin səlahiyyəti qanunla müəyyən olunmuş qaydada təsdiq edilir.
 
74 (nümayəndənin səlahiyyəti)
--nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir.
--iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir.  
 
75 (nümayəndənin səlahiyyətinə xitam verilməsi)--işdə iştirak edən şəxs istənilən vaxt etibarnaməni ləğv edə bilər; müvəkkil edilmiş istənilən vaxt etibarnamədən imtina etməklə etibarnaməyə xitam verə bilər.
-- qanunla müəyyən olunmuş qaydada nümayəndənin səlahiyyətinə xitam verildikdə, işdə iştirak edən şəxs dərhal bu barədə məhkəməyə məlumat verməli, yaxud çıxmış nümayəndəni başqası ilə əvəz etməlidir.
 
121 (nümayəndəyə və vəkilə göstərdiyi yardıma görə xərclərin ödənilməsi)--məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

122.3-- tərəflər barışıq sazişi bağladıqda məhkəmə xərcləri və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərclər tərəflərin razılığına uyğun olaraq bölüşdürülür.
 
201.1--maddi sübutlar məhkəmə tərəfindən müayinə edilir və işdə iştirak edən şəxslərə, nümayəndələrə, zəruri hallarda isə ekspertlər, mütəxəssislər və şahidlərə təqdim olunur.

202.2-- işdə iştirak edən şəxslər və nümayəndələr yerində müayinənin vaxtı və yeri haqqında xəbərdar edilirlər.

205.1--... Xahişi üzrə ekspert təyin etdirən şəxs və onun nümayəndəsi birinci olaraq, sonra isə işdə iştirak edən digər şəxslər və onların nümayəndələri suallar verirlər. Məhkəmənin təşəbbüsü ilə təyin olunmuş ekspertə birinci olaraq iddiaçı və onun nümayəndəsi suallar verir.

207.3--..mütəxəssisin cəlb olunması barədə vəsatət vermiş şəxs və onun nümayəndəsi  birinci olaraq, sonra isə işdə iştirak edən digər şəxslər və onların nümayəndələri suallar verirlər. Məhkəmənin təşəbbüsü ilə cəlb olunmuş mütəxəssisə birinci olaraq iddiaçı və onun nümayəndəsi suallar verirlər.

209.1. Bütün sübutlar tədqiq edildikdən sonra, sədrlik edən işdə iştirak edən şəxslərdən və onların nümayəndələrindən onların məhkəmə tədqiqatının materiallarını daha nə ilə tamamlamağı arzu etdiklərini soruşur. 
 
210.1-- məhkəmə çıxışları işdə iştirak edən şəxslərin, onların nümayəndələrinin və vəkillərinin nitqlərindən ibarətdir.

210.2--əvvəlcə iddiaçı və onun nümayəndəsi, sonra cavabdeh və onun nümayəndəsi çıxış edir. Artıq başlanmış prosesdə mübahisə predmetinə dair müstəqil tələblər irəli sürən üçüncü şəxs və onun nümayəndəsi tərəflərdən və onların nümayəndələrindən sonra çıxış edir. Mübahisə predmetinə dair müstəqil tələblər irəli sürməyən üçüncü şəxs və onun nümayəndəsi, tərəfində üçüncü şəxsin işdə iştirak etdiyi iddiaçıdan, yaxud cavabdehdən sonra çıxış edir. İşdə iştirak edən şəxslərin vəkilləri də həmin ardıcıllıqla çıxış edirlər.

211 (replikalar)--...son replika hüququ cavabdehə və onun nümayəndəsinə məxsusdur.

272.5--işdə iştirak edən şəxslər və nümayəndələr protokolun hər hansı hissəsinin elan edilməsinə, iş üçün əhəmiyyətli hesab etdikləri hallar barədə məlumatların protokolda qeyd edilməsinə dair vəsatətlər verə bilərlər.

273 (protokola dair qeydlər)--işdə iştirak edən şəxslər və nümayəndələr protokolla tanış olmağa haqlıdırlar və onun imzalandığı andan 3 gün ərzində onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər.
 
278.3--ərizə kreditor və ya onun nümayəndəsi tərəfindən imzalanır. Nümayəndə tərəfindən verilən ərizəyə onun səlahiyyətlərini təsdiq edən sənəd və kreditorun əsaslandığı sənədlər əlavə edilməlidir.

337.2--ərizəyə baxılmasında təşəbbüsü ilə iş başlanmış psixiatriya müəssisəsi nümayəndəsinin və həmin müəssisədə yerləşdirilməsi haqqında məsələ həll olunan şəxsin nümayəndəsinin iştirakı məcburidir.

361.2--apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa, nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə və ya digər sənəd əlavə edilməlidir.
367.3--etiraz və izahat işdə iştirak edən şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən imzalanmış etiraza və ya izahata onların işi aparmaq səlahiyyətini təsdiq edən etibarnamə əlavə edilir.
 
461 (nümayəndə təyin etmə hüququ)-- Tərəfin Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayış yeri, olduğu yeri, yaxud ofisi vardırsa və onun Azərbaycan Respublikasında yaşayan nümayəndəsi yoxdursa, o, Azərbaycan Respublikasında səlahiyyətli nümayəndə təyin edə bilər.

4.     Vergi Məcəlləsi

15.1. Vergi ödəyicisinin aşağıdakı hüquqları vardır:
15.1.5. vergi münasibətlərində bilavasitə və ya öz nümayəndəsi vasitəsi ilə iştirak etmək;
15.3. Vergi ödəyicisi vergi münasibətlərində bilavasitə və bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, öz qanuni və ya səlahiyyətli nümayəndəsi vasitəsi ilə iştirak edə bilər.


5.     Əmək Məcəlləsi

Maddə 15. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan
Qeyd: Bu Məcəllədə «əmək münasibətlərinin iştirakçıları» dedikdə, işəgötürənlər, işçilər, mülkiyyətçi, işəgötürənin tabeçiliyində olan vəzifəli şəxslər, əməyin mühafizəsi xidmətlərinin nümayəndələri, işçinin öz hüquqlarını müdafiə etmək üçün müvəkkil etdiyi nümayəndəsi, həmkarlar ittifaqlarının nümayəndələri və işəgötürənlərin nümayəndəli orqanlarının səlahiyyətli vəzifəli şəxsləri başa düşülməlidir.

6. AZƏRBAYCAN RESPUBLİKASININ İNZİBATİ XƏTALAR MƏCƏLLƏSİ

Maddə 374. Hüquqi şəxsin nümayəndəsi
374.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və ya zərər çəkmiş olan hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin müdafiəsi onların nümayəndələri tərəfindən həyata keçirilir.
374.2. Hüquqi şəxsin rəhbəri, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi şəxsin mənafelərinin təmsil edilməsi etibar edilmiş digər şəxslər hüquqi şəxslərin nümayəndələri hesab edilirlər. Hüquqi şəxsin nümayəndəsinin səlahiyyəti onun qulluq mövqeyini təsdiq edən sənədlərlə müəyyən edilir.
Hüquqi şəxs tərəfindən törədilmiş inzibati xətalar haqqında işlərə hüquqi şəxsin nümayəndəsinin və ya vəkilinin iştirakı ilə baxılır. ...
Maddə 375. Müdafiəçi və nümayəndə
375.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərmək üçün inzibati xəta haqqında iş üzrə icraata müdafiəçi, zərər çəkmiş şəxsə hüquqi yardım göstərmək üçün isə nümayəndə buraxılır.
375.2. Müdafiəçi sifəti ilə və nümayəndə kimi inzibati xəta haqqında iş üzrə icraatda vəkil və ya digər şəxslər iştirak edə bilərlər.
375.3. İnzibati xəta haqqında protokol tərtib edildiyi vaxtdan müdafiəçi və nümayəndə inzibati xətalar haqqında işlər üzrə icraatda iştirak etməyə buraxılırlar. ...
375.4. Müdafiəçinin və nümayəndənin aşağıdakı hüquqları vardır:
375.4.1. işin bütün materialları ilə tanış olmaq;
375.4.2. sübutlar təqdim etmək;
375.4.3. vəsatət və etirazlar vermək;
375.4.4. işin baxılmasında iştirak etmək;
375.4.5. inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qəbul edilmiş qərardan şikayət vermək.
375.5. Müdafiəçi və nümayəndə bu Məcəllə ilə müəyyən edilmiş digər hüquqlardan da istifadə edə bilərlər.
375.6. .. Nümayəndənin səlahiyyəti qanunvericiliklə müəyyən edilmiş qaydada verilən etibarnamə ilə təsdiq edilir. 

378.0-- Şahid kimi sorğu-sual edilə bilməyən şəxslər aşağıdakılardır:
378.0.3. öz nümayəndə (qanuni nümayəndə) vəzifələrini icra etməsi ilə əlaqədar onalara məlum olmuş hallar haqqında fiziki şəxsin qanuni nümayəndəsi və ya hüquqi şəxsin nümayəndəsi.

430.1--barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər.


6. AZƏRBAYCAN RESPUBLİKASININ İNZİBATI PROSESSUAL MƏCƏLLƏSİ

17.4-- Qapalı məhkəmə iclasında tərəflər və digər proses iştirakçıları, onların nümayəndələri və vəkilləri, zərurət olduğu hallarda şahidlər, ekspertlər və tərcüməçilər iştirak edə bilərlər.
 
Maddə 31. Prosessual nümayəndəlik
 
31.1. İnzibati məhkəmə icraatında proses iştirakçılarının vəkillə və ya səlahiyyətli nümayəndə ilə təmsil olunmaq hüququ vardır.
31.2. Prosessual nümayəndə onun nümayəndəliyini təsdiq edən sənədi məhkəməyə təqdim etdiyi andan məhkəmə icraatı ilə bağlı bütün məhkəmə aktları və sənədləri bu Məcəllə ilə müəyyən olunmuş qaydada ona təqdim olunur və həmin nümayəndə təmsil etdiyi şəxsin adından bütün prosessual hərəkətləri həyata keçirə bilər.

Maddə 61. İş üzrə icraat materialları ilə tanış olmaq hüququ
 
61.1. Proses iştirakçıları bu Məcəllənin 60-cı maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, istənilən vaxt iş üzrə icraat materialları ilə, habelə həmin icraatla bağlı məhkəməyə təqdim olunmuş sənədlərlə tanış ola bilərlər.

7.  AZƏRBAYCAN RESPUBLİKASININ SEÇKİ MƏCƏLLƏSİ
1.1.21. seçki (referendum) hərəkətlərinin həyata keçirilməsində iştirak etmək hüququ olan şəxslər ”” müşahidəçilər, beynəlxalq (xarici) müşahidəçilər, vəkil edilmiş şəxslər, səlahiyyətli nümayəndələr, kütləvi informasiya vasitələrinin nümayəndələri;
40.10. Seçki komissiyalarında rəsmi daxil olmuş şikayətlərə baxıldıqda maraqlı tərəflərin nümayəndələrinin iclasda iştirak etmək hüququ vardır

59.3. İmza vərəqələri yoxlanılarkən müvafiq seçki komissiyasında namizədlər, onların səlahiyyətli nümayəndələri, siyasi partiyaların, siyasi partiyalar bloklarının səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.


8. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi

Maddə 7. Cinayət-prosessual qanunvericiliyin əsas anlayışları
7.0.18. cinayət prosesinin iştirakçıları ”” təhqiqatçı, müstəntiq, prokuror, habelə zərər çəkmiş şəxs, xüsusi ittihamçı, mülki iddiaçı, onların qanuni nümayəndələri və nümayəndələri, şübhəli və ya təqsirləndirilən şəxs, onların qanuni nümayəndələri, müdafiəçi, mülki cavabdeh, onun qanuni nümayəndəsi və ya nümayəndəsidir;

7.0.31. zərər çəkmiş şəxsin, mülki iddiaçının və ya mülki cavabdehin nümayəndəsi ”” cinayət prosesi zamanı zərər çəkmiş şəxsin, mülki iddiaçının, yaxud mülki cavabdehin qanuni mənafeyini təmsil etmək üçün notariat qaydasında təsdiq edilmiş etibarnaməsi olan vəkil, mülki iddiaçının və ya mülki cavabdehin nümayəndə qismində dəvət etdiyi digər şəxs və ya zərər çəkmiş şəxsin qohumudur;


19.2-- Cinayət prosesini həyata keçirən orqan, zərər çəkmiş şəxs (xüsusi ittihamçı), mülki iddiaçı , mülki cavabdeh və ya onların qanuni nümayəndələrinin cinayət, prosesi gedişində özlərinin bu Məcəllə ilə müəyyən edilmiş qaydada dəvət etdiyi nümayəndənin hüquqi yardımından istifadə etmək hüququnu gözləməlidir.

19.3-- Zərər çəkmiş şəxsin və ya şahidin dindirilməsi zamanı cinayət prosesini həyata keçirən orqanın həmin şəxslərin nümayəndə qismində dəvət etdikləri vəkilin onların yanında olmasını qadağan etməyə hüququ yoxdur.

87.6--  Zərər çəkmiş şəxs bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı hüquqları həyata keçirir:
87.6.21-- nümayəndəyə malik olmaq və onun səlahiyyətlərinə xitam vermək;

87.8-- Zərər çəkmiş şəxs şəxsən və ya nümayəndəsi vasitəsilə öz hüquqlarından istifadə edir və vəzifələrini yerinə yetirir.

89.4-- Mülki iddiaçı verdiyi iddianı müdafiə etmək məqsədi ilə bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı hüquqları həyata keçirir:

89.4.17-- nümayəndəyə malik olmaq və onun səlahiyyətlərinə xitam vermək;

89.7. Mülki iddiaçı şəxsən və ya nümayəndəsi vasitəsilə öz hüquqlarından istifadə edir və vəzifələrini yerinə yetirir.



93.4. Bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada mülki cavabdeh aşağıdakı hüquqları həyata keçirir:
93.4.19--nümayəndəyə malik olmaq və onun səlahiyyətlərinə xitam vermək;


93.7.Mülki cavabdeh şəxsən və ya nümayəndəsi vasitəsilə öz hüquqlarından istifadə edir və vəzifələrini yerinə yetirir.
                              
Hər birinizə tez-tez lazım ola biləcək aşağıdakı maddəyə xüsusi  diqqət verin. Şünki özümüzdən asılı olmayaraq hər an hansısa hadisənin, cinayətin şahidi ola bilərik. Yaxud da pul qoparılmaq məqsədilə çağrıla bilərik.  


95.6-- Şahid bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı hüquqları həyata keçirir:

95.6.11. istintaq və ya digər prosessual hərəkətlərin icrası zamanı həmin hərəkətlər başlananadək nümayəndəyə malik olmaq;


Maddə 102. Zərər çəkmiş şəxsin, mülki iddiaçının, mülki cavabdehin nümayəndələri
 
102.1. Cinayət prosesi zamanı zərər çəkmiş şəxsin, mülki iddiaçının, mülki cavabdehin qanuni mənafeyini təmsil edən şəxslər onların nümayəndələri hesab edilirlər.
102.2. Cinayət prosesində zərər çəkmiş şəxsin, mülki iddiaçının və ya mülki cavabdehin nümayəndəsi qismində müvafiq şəxs tərəfindən verilmiş və notariat qaydasında təsdiq edilmiş etibarnaməsi olan vəkillər və digər şəxslər iştirak edə bilərlər. ...
102.4. Zərər çəkmiş şəxsin, mülki iddiaçının və ya mülki cavabdehin bir neçə nümayəndəsi ola bilər. ...
102.5. Zərər çəkmiş şəxsin, mülki iddiaçının və ya mülki cavabdehin nümayəndəsi cinayət prosesi zamanı şəxsiyyətin ayrılmaz hüquqları istisna olmaqla, təmsil etdiyi şəxsin hüquqlarını həyata keçirir.

102.6. Zərər çəkmiş şəxsin, mülki iddiaçının və ya mülki cavabdehin nümayəndəsi bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı hüquqları həyata keçirir:
102.6.14. təmsil etdiyi şəxsin razılığı ilə onun üçün digər nümayəndə dəvət etmək və nümayəndəliyi digər şəxsə etibar etmək;

102.8. ... nümayəndə, ... aşağıdakıları etmək hüququna malikdir:
102.8.1. təmsil etdiyi şəxsə qarşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi barədə verilmiş şikayətdən imtina etmək;
102.8.2. şübhəli və ya təqsirləndirilən şəxslə barışmaq;
102.8.3. nümayəndəsi olduğu zərər çəkmiş şəxsin xüsusi ittihamçı qismində tanınmasını tələb etmək;
102.8.4. təmsil etdiyi şəxsin verdiyi mülki iddiadan imtina etmək;
102.8.5. təmsil etdiyi şəxsə qarşı irəli sürülmüş mülki iddianı qəbul etmək;
102.8.6. təmsil etdiyi şəxsə məhkəmənin qərarı ilə verilmiş əmlakı almaq.
102.9. ...nümayəndəsi..aşağıdakı vəzifələri yerinə yetirməlidir:
102.9.1. təmsil etdiyi şəxsin göstərişlərinə əməl etmək;
102.9.2. özünün nümayəndə səlahiyyətlərini təsdiq edən sənədləri cinayət prosesini həyata keçirən orqana təqdim etmək;
102.9.3. təmsil etdiyi şəxsin qanuni mənafeyinin müdafiəsi üçün cinayət prosesini həyata keçirən orqanın çağırışı ilə gəlmək;
102.9.4. cinayət prosesini həyata keçirən orqanın tələbi ilə müqayisəli tədqiqat aparmaq üçün onda olan əşyaları, sənədləri və nümunələri təqdim etmək;
102.9.5. təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmə iclasında sədrlik edənin göstərişlərinə tabe olmaq;
102.9.6. məhkəmə iclasında sədrlik edənin icazəsi olmadan fasilə elan edilənədək məhkəmənin iclas zalını tərk etməmək;
102.9.7. məhkəmə iclasında qaydaya riayət etmək;
102.9.8. şəxsi həyatın toxunulmazlığına, ailə, dövlət, peşə, kommersiya və qanunla qorunan digər sirlərə toxunan hallar barədə məlumatları yaymamaq;
102.9.9. bu Məcəllədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

103.1. Xüsusi ittihamçının nümayəndəsi cinayət təqibi üzrə icraat zamanı şəxsiyyətin ayrılmaz hüquqları istisna olmaqla, xüsusi ittihamçının hüquqlarını həyata keçirir.


103.5. Bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada xüsusi ittihamçının nümayəndəsi aşağıdakı hüquqlara malikdir:
103.5.1. cinayət təqibi üzrə materialların hazırlanmasını həyata keçirmək;
103.5.2. təmsil etdiyi şəxsin razılığı ilə cinayət prosesinin istənilən anında ittihamdan imtina etmək;
103.5.3. dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibini davam etdirmək;
103.5.4. birinci və apellyasiya instansiyası məhkəmələrinin iclaslarında təmsil etdiyi şəxsin əvəzinə giriş sözü, nitq və replika söyləmək, kassasiya məhkəməsində isə baxılan məsələ üzrə çıxış etmək;
103.5.5. bu Məcəllədə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.


                                 Aşağıdakı maddəyə xüsusi diqqət edin !!!
                                                 Şahidin nümayəndəsi.
105.1. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı zamanı şahidi cinayət prosesini həyata keçirən orqana müşayiət etmək üçün onun tərəfindən nümayəndə qismində dəvət edilmiş və bu hərəkətlərin aparılmasının başlanğıcında gəlmiş nümayəndə (vəkil və ya digər şəxs) səlahiyyətini təsdiq edən müvafiq sənədləri təqdim etdikdən sonra aşağıdakı hüquqlara malikdir:
105.1.1. təmsil etdiyi şəxsin hansı cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material üzrə çağırıldığını bilmək;
105.1.2. təmsil etdiyi şəxsin iştirakı ilə keçirilən istintaq və ya digər prosessual hərəkətlərdə iştirak etmək;
105.1.3. təmsil etdiyi şəxsin razılığı ilə onun dindirilməsində iştirak edən tərcüməçiyə etiraz etmək;
105.1.4. xahişlər etmək;
105.1.5. təmsil etdiyi şəxsə hüquqi məsələlər üzrə izahat vermək.

114.4. Müdafiəçi və ya nümayəndə qismində təyin edilmiş şəxsin səriştəsinə və ya vicdanlı olmasına şübhə və ya digər səbəblər olduqda, müdafiə olunan, yaxud təmsil etdiyi şəxsin vəsatəti əsasında müdafiəçi və ya nümayəndə cinayət prosesindən kənarlaşdırılmalıdır.
 
                                             Bunu bilirsinizmi?

119.1. Bu Məcəllədə nəzərdə tutulmuş kifayət qədər əsaslar olduqda hər bir şəxs özünün zərər çəkmiş şəxs, xüsusi ittihamçı, mülki iddiaçı, mülki cavabdeh, onların və ya şahidin qanuni nümayəndəsi, yaxud nümayəndəsi qismində tanınması barədə ərizə ilə cinayət prosesini həyata keçirən orqana müraciət etməyə haqlıdır.

119.2. Cinayət prosesini həyata keçirən orqan şəxsin zərər çəkmiş şəxs, xüsusi ittihamçı, mülki iddiaçı, mülki cavabdeh, onların və ya şahidin qanuni nümayəndəsi, yaxud nümayəndəsi qismində tanınması barədə ərizəsini aldığı andan 3 (üç) gündən gec olmayaraq ona baxmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməklə bu qərarın surətini ərizəçiyə göndərməlidir.


161.1. İstintaq təcridxanasının müdiriyyətinin aşağıdakı vəzifələri vardır:

161.1.5. həbs edilmiş şəxslərin müdafiəçisi, qanuni nümayəndəsi, yaxın qohumları ilə və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərlə görüşlərini təmin etmək;

181.4. Cinayət mühakimə icraatı zamanı mülki iddia fiziki və ya hüquqi şəxsin adından onun nümayəndəsi tərəfindən verilə bilər


220.3. Cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması üçün əhəmiyyət kəsb etdikdə, müstəntiq və ya təhqiqatçı şübhəli, təqsirləndirilən şəxsin, mülki iddiaçının, mülki cavabdehin və onların nümayəndələrinin, şahidlərin dindirilməsi, ekspertizanın keçirilməsi, digər istintaq hərəkətlərinin aparılması haqqında yazılı vəsatətlərinin təmin edilməsini əsassız rədd edə bilməz.

227.1. ... Şahidin dindirilməsində onun nümayəndəsi (vəkil və ya digər şəxs) iştirak etmək hüququna malikdir

229.3. Lal, kar, kor və ya digər ağır xəstəlikdən əzab çəkən şahidin dindirilməsində onun qanuni nümayəndəsi və nümayəndəsi iştirak edə bilər.

235.6. Bu Məcəllənin 228 və 229-cu maddələrində nəzərdə tutulmuş hallarda üzləşdirmənin aparılmasında müəllim, həkim, tərcüməçi və dindirilən şəxsin qanuni nümayəndəsi və  nümayəndəsi iştirak edə bilərlər.

244.5. İdarə, müəssisə, təşkilatlara, hərbi hissələrə məxsus olan binalarda axtarış və ya götürmə onların nümayəndəsinin iştirakı ilə aparılır.

244.6. Barəsində axtarış və ya götürmənin aparıldığı şəxslər, habelə hal şahidləri, mütəxəssislər, tərcüməçilər, nümayəndələr, müdafiəçilər müstəntiqin bütün hərəkətləri zamanı həmin yerdə olmaq, protokolda yazılmalı olan qeydlər vermək hüququna malikdirlər.


247.5. Axtarış və ya götürmə idarə, müəssisə, təşkilat və hərbi hissənin ərazisində aparıldıqda, protokolun surəti onların nümayəndələrinə verilir

 260.3. Zəruri hallarda ifadələrin yerində yoxlanılmasında müstəntiqin dəvəti ilə, həmçinin tərcüməçi, mütəxəssis, ifadəsi yoxlanılan cinayət prosesi iştirakçısının qanuni nümayəndəsi və ya nümayəndəsi, habelə müəllim, həkim və digər şəxslər iştirak edirlər.

284.1... müstəntiq aşağıdakı hərəkətləri həyata keçirir:
284.1.1. ibtidai istintaqın qurtarması barədə təqsirləndirilən şəxsə, onun müdafiəçisinə, zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə məlumat verir;
284.1.2. cinayət prosesi iştirakçılarının cinayət işinin materialları ilə tanış olma yerini və vaxtını müəyyən edir.

284.2. Müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə, həmin şəxslərin xahişi olduqda, təqsirləndirilən şəxsə və müdafiəçiyə isə onların xahişindən asılı olmayaraq imkan yaradır.

292.2. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror təqsirləndirilən şəxsə və onun qanuni nümayəndəsinə, habelə zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə, onların qanuni nümayəndələrinə və nümayəndələrinə gələcəkdə vəsatət və şikayətlərini məhkəməyə göndərmək hüququnu izah etməklə cinayət işinin məhkəməyə göndərilməsi barədə onlara dərhal məlumat verməlidir.


300.4. Məhkəmənin hazırlıq iclasında qəbul edilmiş qərarların surətləri qəbul edildikdən sonra 3 (üç) gün müddətində aşağıdakı şəxslərə verilir (poçtla göndərilir):
300.4.1. bu Məcəllənin 300.1.1, 300.1.3 və 300.1.5-ci maddələrində nəzərdə tutulmuş qərarlar çıxarıldıqda””təqsirləndirilən şəxsə, müdafiəçiyə, dövlət ittihamçısına, zərər çəkmiş şəxsə (xüsusi ittihamçıya), mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə;
300.4.2. bu Məcəllənin 300.1.2 və 300.1.3-cü maddələrində nəzərdə tutulmuş qərar çıxarıldıqda””xüsusi ittihamçıya, barəsində şikayət verilmiş şəxsə və onların nümayəndələrinə.

325.2. Məhkəmə istintaqı zamanı sübutların tədqiq edilməsinin aşağıdakı ardıcıllığı təmin edilir:
325.2.1. ittiham tərəfinin təqdim etdiyi sübutlar ”” növbə ilə dövlət ittihamçısı, xüsusi ittihamçı və ya zərər çəkmiş şəxs, onun nümayəndəsi, mülki iddiaçı və onun nümayəndəsi tərəfindən;
325.2.2. müdafiə tərəfinin təqdim etdiyi sübutlar ”” növbə ilə təqsirləndirilən şəxs, onun müdafiəçisi və ya qanuni nümayəndəsi, mülki cavabdeh və onun nümayəndəsi tərəfindən;
325.2.3. məhkəmənin təşəbbüsü ilə tələb edilmiş sübutlar yuxarıda göstərilmiş ardıcıllıqla əvvəl ittiham tərəfinin, sonra isə müdafiə tərəfinin nümayəndələri tərəfindən.

340.1. Məhkəmə çıxışları dövlət ittihamçısı, zərər çəkmiş şəxs (xüsusi ittihamçı) və ya onun nümayəndəsi, mülki iddiaçı və ya onun nümayəndəsi, təqsirləndirilən şəxs (yalnız müdafiəçi işdə iştirak etmədiyi halda) və ya onun müdafiəçisi, mülki cavabdeh və ya onun nümayəndəsi tərəfindən növbə ilə söylənilən nitqlərdən ibarətdir.

358.1. Məhkəmənin yekun qərarı elan edildiyi vaxtdan 3 (üç) gündən gec olmayaraq aşağıdakı hərəkətlər yerinə yetirilməlidir:
358.1.1. məhkəmə hökmün surətini müvafiq olaraq məhkum edilmiş və ya bəraət verilmiş şəxsə, onun müdafiəçisinə, qanuni nümayəndəsinə, dövlət ittihamçısına, zərər çəkmiş şəxsə (xüsusi ittihamçıya) və onun nümayəndəsinə verməlidir;

383.1. Apellyasiya şikayəti vermək hüququna aşağıdakı şəxslər malikdir:
383.1.5. zərər çəkmiş şəxsin mənafelərinə aid hissədə””zərər çəkmiş şəxs (xüsusi ittihamçı) və onun nümayəndəsi;
383.1.6. mülki iddiaya dair hissədə””mülki iddiaçı, mülki cavabdeh, onların qanuni nümayəndələri və ya nümayəndələri.


390.7. Zərər çəkmiş şəxsin (xüsusi ittihamçının) apellyasiya instansiyası məhkəməsində iştirak edən nümayəndəsi öz apellyasiya şikayətini, habelə zərər çəkmiş şəxsin birinci instansiya məhkəməsində iştirak edən nümayəndəsinin apellyasiya şikayətini yalnız zərər çəkmiş şəxsin (xüsusi ittihamçının) və ya onun qanuni nümayəndəsinin razılığı ilə geri götürmək hüququna malikdir.

Maddə 409. Kassasiya şikayəti və ya kassasiya protesti vermək hüququ olan şəxslərKM3
 
409.1. Kassasiya şikayəti vermək hüququna aşağıdakı şəxslər malikdirlər:
409.1.2. zərər çəkmiş şəxs (xüsusi ittihamçı), onun qanuni nümayəndəsi və ya nümayəndəsi;
409.1.3. mülki iddiaçı, mülki cavabdeh, onların qanuni nümayəndələri və ya nümayəndələri.
409.4. Zərər çəkmiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi hökmdən yalnız zərər çəkmişə ziyan vurmuş şəxsə və hərəkətlərə aid hissədən şikayət vermək hüququna malikdirlər. 

 409.5. Mülki iddiaçı, mülki cavabdeh, onların qanuni nümayəndələri və ya nümayəndələri hökmdən mülki iddiaya aid hissədən və yalnız birinci instansiya məhkəməsinə verilmiş tələblərə uyğun olaraq şikayət vermək hüququna malikdirlər.


414.7. Kassasiya instansiyası məhkəməsində zərər çəkmiş şəxsin (xüsusi ittihamçının) nümayəndəsi yalnız zərər çəkmiş şəxsin (xüsusi ittihamçının) və onun qanuni nümayəndəsinin razılığı ilə öz kassasiya şikayətini, habelə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatda  apellyasiya instansiyası məhkəməsində iştirak etmiş zərər çəkmiş şəxsin (xüsusi ittihamçının) nümayəndəsinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. 

420.2. Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət apellyasiya instansiyası məhkəməsinə yeni məhkəmə baxışına göndərilərkən məhkumun vəziyyətini pisləşdirən qərar yalnız hökmün dövlət ittihamçısının kassasiya protesti və ya zərər çəkmiş şəxsin, yaxud onun nümayəndəsinin kassasiya şikayəti əsasında ləğv edildiyi halda qəbul edilə bilər.


422.3. Əlavə kassasiya qaydasında şikayət vermək hüququna zərər çəkmiş şəxs, mülki iddiaçı, mülki cavabdeh və ya onların nümayəndələri, ... malikdir:  

Əziz həmvətənim!
 Sizin qiymətli vaxtınızı, sizinçün, bəlkə də, əhəmiyyətsiz görsənən bu normaları oxumağa sərf etdirdiyimdən dolayı məni qınamayın.
A.Çovdarovun bizimlə yuxarıda qeyd etdiyim kimi davranmasının əsl səbəbi bu normalarda ifadə edilib. 
Bu qanunlara görə, hər bir vətəndaş elə ilk addımından, yəni istənilən dövlət orqanına dəvət edildiyi andan nümayəndəyə malik olmaq, vəkil tutmaq hüquqna malikdir. Çox təəssüflər ki bizim çoxumuz bizimçün həyati əhəmiyyət daşıyan bu hüquqlarımızdan istifadə etmir, həyatımızı, əsəblərimiz və mülkiyyətimizi təhlükəyə atırıq.
Hələ bu günədək elə bir fakt olmayıb ki, nümayəndənin, vəkilin yanında hansısa şəxs döyülsün, söyülsün, işgəncəyə məruz qalsın. Əgər olubsa, deməli, nümayəndə və ya vəkil yerində olmayıb, satılıb.
Çalışın sizə hüquqi xidmət göstərəcək nümayəndənizi vaxtında seçin, ona vaxtında etibarnamə verin ki, iş-işdən keçəndən sonra bunu vaxtında etmədiyinizə görə peşiman olmayasınız. 
Nümayəndənizin, vəkilinizin adını, ünvanını, telefon nömrəsini əzbər bilməlisiniz. Onun vizit kartı daim şəxsiyyət vəsiqənizin yanında olsun.
Bununla mən heç də demək istəmirəm ki, nümayəndəniz olsa, vəkil tutsanız, Sizin hüquqlarınız bir daha pozulmayacaq. Yox, mən o qədər də xəyalpərvər deyiləm. Ancaq əmin olun: çovdarovlar sizi şəxsi həbsxanalarına sala bilməyəcək, sizi vəhşicəsinə döyüb şikəst edə bilməyəcək, mülkiyyətinizi əlinizdən alıb sizi intihar etməyə məcbur edə bilməyəcək. Buna isə tam təminat verirəm.
Faktlar sübut edir ki, Akif Çovdarov deyilən qədər də “bezpredel” olmayıb. İfşa ediləcəyini hiss edən kimi qanuna tabe olub, qanunsuzluqdan geri çəkilib. Deməli, özümüzə qarşı qanunsuz hərəkətlərə rəvac verən, bir tərəfdən ölkədəki dərəbəyliyin tüğyan etməsi və dövlət intizamının olmamasıdırsa,  digər tərəfdən bizim öz hüquqlarımıza laqeyd münasibətimizdir.
Əks təqdirdə, aşağıdakı suallarla tez-tez qarşılaşmalı, onlara cavab axtarmalı olacağıq:

1. Vaxtilə  MTN-dən uzaqlaşdırılsalar da, Akif Çovdarovla  keçmişdə birlikdə işləyən, ona rəhbərlik edən başqaları necə, vaxtında öz vəzifələrini yerinə yetirmədiklərinə, prezidentə və ya səlahiyyətli şəxslərə bu qanunsuzluqlar barədə vaxtında  xəbər vermədiklərinə görə məsuliyyət daşımalıdırlarmı?
2. Onların kimliyi sizlərə məlumdurmu?
3. Bu adamların bu gün də müxtəlif önəmli vəzifələrdə çalışmaları dövlətimiz üçün  potensial təhlükə deyilmi?
4. Bu qədər geniş yayılmış şəbəkəyə qarşı Prezident təkbaşına mübarizə apara bilərmi?..”
5. İş adamı İbrahim İbrahimov, məhkəmələr qala-qala, niyə Akif Çovdarova, Eldar Mahmudova müraciət edirdi? O haradan bilirmiş ki, MTN-də reketçiliklə məşğul olan adamlar var?
6. Ən vacib suallardan biri də budur: “MTN işi”, doğrudanmı dövlətçilik naminə, qanunun aliliyi naminə aparılır?


Bu sualların cavabını isə növbəti yazılarımızda araşdırmağa çalışacağıq.
Oxşar xəbərlər
12:55, Bu gün
Sabah Azərbaycanın bu rayonlarında leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək
12:54, Bu gün
Rusiyada yük qatarı relsdən çıxdı - VİDEO
12:53, Bu gün
İran raketləri İsrailin 12 müdafiə xəttini yardı - General
12:53, Bu gün
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
12:48, Bu gün
Baqratın baş nazir olmaq şansı varmı?
12:38, Bu gün
"Barselona" transfersiz qala bilər
12:30, Bu gün
Rusiyanın “dərin dövləti” haqda sensasion iddia - ADLAR
12:21, Bu gün
Latviya parlamentinin sədri Füzulidə səfərdədir
12:20, Bu gün
“Qərbi Azərbaycana qayıdış” Türk Dünyası Sammiti Daşkənddə baş tutdu - Fotolar
12:16, Bu gün
Bu gün derbi var - “Qalatasaray” çempion ola bilər
12:11, Bu gün
“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - FOTOLAR
12:11, Bu gün
İstanbul boğazlarında gəmilərin hərəkəti dayandırıldı
12:00, Bu gün
İlham Əliyev sərhəddə İran prezidenti ilə görüşdü - YENİLƏNİB
11:47, Bu gün
"Rusiya-Azərbaycan" dəyirmi masası və ikitərəfli görüşlər keçirilib
11:45, Bu gün
Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır
11:43, Bu gün
Ajda Pekkandan Sezen Aksu ETİRAFI: “Necə inandıracağımı bilmirəm”
11:40, Bu gün
Kahramanmaraşda 3,6 bal gücündə zəlzələ baş verib
11:26, Bu gün
İndoneziyada vulkan püskürməsi: 7 şəhər boşaldılıb
11:25, Bu gün
Rusiyanın Belqorod vilayətində raket təhlükəsi elan edilib
11:23, Bu gün
Tovuzda 3 nəfər dəm qazından zəhərlənib, biri ölüb
11:21, Bu gün
DİN valideynlərə müraciət ETDİ
11:13, Bu gün
Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək... - VİDEO
11:10, Bu gün
Hondurasın Rusiyadakı səfiri qəflətən vəfat edib
11:09, Bu gün
Sumqayıtda F-1 əl qumbarası aşkarlanıb
10:52, Bu gün
Nə edək? - "Evrovision"a Bayram Nurlunu, Baboşu göndərək? - VİDEO
10:37, Bu gün
Türkiyədə güclü partlayış: Yaralananlar var
10:35, Bu gün
Azərbaycanın bəzi rayonlarında şimşək çaxıb, qar yağıb - FAKTİKİ HAVA
10:22, Bu gün
Bu bürclərin qızları ilə ailə qurmaq sizə baha başa gələ bilər
10:16, Bu gün
VI sinif şagirdləri üçün monitorinq keçirilir
10:15, Bu gün
"Keşiş hökumətlə qarşıdurmaya getsə, Paşinyan bu addımı atacaq"
10:13, Bu gün
Çin kəşfiyyatı kosmosla bağlı casusluq faktı AŞKARLADI
10:07, Bu gün
Baqratdan ŞOK HƏDƏ: “Baha başa gələcək...”
10:05, Bu gün
“Bütün enerjisini işə həsr edənlərdə infarkt riski daha yüksəkdir”
10:02, Bu gün
Tağı Əhmədovun son halı - FOTO
09:50, Bu gün
10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA + VİDEO
09:48, Bu gün
Azərbaycan Basketbol Liqası: Final seriyasının ikinci oyunu keçiriləcək
09:43, Bu gün
Azərbaycan cüdoçuları dünya çempionatında mübarizəyə başlayır
09:37, Bu gün
Ziyafətdən sonra necə TEZ AYILMAQ OLAR? - Sadə və təsirli üsullar
09:34, Bu gün
Qəzzada ölən İsrail hərbçilərinin sayı 630-a çatıb
09:32, Bu gün
Qaradağda ağır qəza: İki nəfər yaralanıb
09:05, Bu gün
Gəncəçayda batan yeniyetmənin meyiti tapılıb
09:04, Bu gün
Səhər saatlarında şirin sıyıq yeməyin zərərləri
08:47, Bu gün
Almaniya Müdafiə Nazirliyi Ukraynaya dəstək üçün hökumətdən əlavə 3,8 milyard avro tələb edib
08:46, Bu gün
İngiltərədə 11 yaşdan kiçik futbolçulara topa başla vurmaq qadağan ediləcək
08:44, Bu gün
Silahlı qruplaşma Sudanda 8 mülki şəxsi öldürüb
08:35, Bu gün
Alimlər Günəş fırtınalarının insanlar üçün təhlükəli nəticələrini açıqlayıblar
08:29, Bu gün
Xalq şairi Rəsul Rzanın doğum günüdür
08:26, Bu gün
Rafael Ağayev Ginnesin Rekordlar Kitabına düşdü
08:24, Bu gün
Əfqanıstanda sel həyatı iflic etdi: Kütləvi ölüm, viran qalan şəhər - VİDEO
08:22, Bu gün
Rusiyada 40-dan çox bağ evi və yardımçı tikililər yanıb
08:22, Bu gün
Ukraynalı döyüşçü britaniyalını udub mütləq çempion oldu...-Rusiyalı isə isveçlidən ağır nokaund aldı...-FOTOLAR+VİDEO
07:57, Bu gün
Son zəng yaxınlaşır: Paltar tikdirmək neçəyə başa gəlir? - VİDEO
07:44, Bu gün
Bağırsaq bakteriyaları insan qərarlarına təsir edirmiş
07:30, Bu gün
“Həftə sonları”-nın yaratdığı TƏHLÜKƏ
07:15, Bu gün
“iPhone 16” istehsala hazırlaşır
06:51, Bu gün
Misirdəki piramidaların sirri açıla bilər
06:49, Bu gün
İsrail Rəfahda 50-yə yaxın terrorçunu məhv edib
18 May 2024 | 23:57
Elmdə sıçrayış: dondurulmuş insan beyni həyata qaytarılıb
18 May 2024 | 23:53
Azərbaycan millisi Almaniya və İsrail yığmaları ilə qarşılaşacaq
18 May 2024 | 23:50
"Ukrayna Rusiyanın neft emalı gücünün 14 faizini sıradan çıxarıb" - "Bloomberg"
18 May 2024 | 23:47
Gecə yatmazdan öncə ananas yeyin, görün nə olacaq - Bu problemi aradan qaldırır
18 May 2024 | 23:35
Meyiti tapılan qadın görün kimdir
18 May 2024 | 23:33
Putin Şimali Koreyaya səfər edəcək
18 May 2024 | 23:31
Gürcüstan parlamenti Prezidentin mübahisəli qanunla bağlı vetosunu dəf edə biləcək
18 May 2024 | 23:29
Evinə sevgilisi ilə gedən əri ARVADI DÖYDÜRDÜ - FOTO
18 May 2024 | 23:16
Bakıda mənzildə meyit aşkarlanıb
18 May 2024 | 23:15
Bu teatrdan 1500 nəfər TƏXLİYƏ EDİLDİ - ŞOK SƏBƏB- VİDEO
18 May 2024 | 22:52
Yatmazdan əvvəl bunları edin
18 May 2024 | 22:48
“Akkuyu” AES-də ilk enerji blokunun işə başlayacağı tarix açıqlanıb
18 May 2024 | 22:48
Afrikadan gələn maraqlı görüntü müzakirə mövzusuna çevrildi: Heyvanlar hərəkətsiz qaldı
18 May 2024 | 22:41
Eduard Məmmədov 11-ci dəfə Dünya Kubokunu qazandı
18 May 2024 | 22:33
Zelenski Makronun "Olimpiya atəşkəsi"ni rədd edib: "Bu, düşmənin əlinə oynamaqdır"
18 May 2024 | 22:25
Qətlə yetirilən tələbənin cinayət işində müəmma daha da böyüyür - Ailəsi DANIŞDI / VİDEO
18 May 2024 | 22:16
Sərhəddəki ermənilərə vaxt verildi: iyunun 24-dək tərk edin!
18 May 2024 | 22:09
DƏHŞƏTLİ QƏTL: arvadını öldürdü, cəsədi ilə selfi çəkdi, özü isə...
18 May 2024 | 22:07
Sankt-Peterburq hərbi akademiyasında "qeyri-iradi" patlayış baş verib, yeddi nəfər xəstəxanalıq olub
18 May 2024 | 21:57
Bu bürclərdən ehtiyatlanın: Sirr saxlaya bilmirlər!
18 May 2024 | 21:56
“Fransa qalib gələcək, amma...”
18 May 2024 | 21:49
Aygün Kazımovanı bir də belə görün - FOTOLAR
18 May 2024 | 21:44
Yaxşı yatmaq üçün YOLLAR: Minnətdar olacağınız məsləhətlər
18 May 2024 | 21:37
Hər şey yaxşılığa doğru dəyişəcək: Yazın sonuna qədər 
18 May 2024 | 21:25
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib - FOTO
18 May 2024 | 21:21
Qərbin Qafqaz "agentura"sı çökdürülür: ABŞ "casus savaşı"nı uduzur, regiondan çıxarılır 
18 May 2024 | 21:15
Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - FOTO
18 May 2024 | 21:09
NATO-nun ən güclü 10 ordusu - Türkiyə neçəncidir?  
18 May 2024 | 21:07
Faiq Ələkbərlinin milli fəlsəfi fikir tarixinə aid yeni əsəri nəşr olunub
18 May 2024 | 20:56
Qəbizliyi aradan qaldıran qidalar
18 May 2024 | 20:50
32 ildən sonra Laçında ikinci toy - FOTO
18 May 2024 | 20:41
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
18 May 2024 | 20:40
Şəkidə yol qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
18 May 2024 | 20:33
5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla... 
18 May 2024 | 20:27
İsrail "Hizbullah" döyüşçülərini daşıyan avtomobilə zərbə endirib - VİDEO
18 May 2024 | 20:23
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
18 May 2024 | 20:10
Siyasi partiyalarla konstruktiv dialoq milli maraqların qorunmasına hesablanıb
18 May 2024 | 19:56
Putinlə Tokayev arasında kritik zəng
18 May 2024 | 19:50
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
18 May 2024 | 19:49
Lerikdə uçqun zamanı bağlı qalan yol qismən açılıb
18 May 2024 | 19:30
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
18 May 2024 | 19:29
Azərbaycan çempionatında möhtəşəm qol vuruldu
18 May 2024 | 19:16
Cəlilabadda canavarlar altı qoyunu parçalayıb, dördü xəsarət alıb
GÜNLÜK
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 14:17
Bakının ortasında “ermənikənd” necə qondarıldı?.. -Səbəb yenə Rusiya və neft...
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 13:26
Prezident Cəbrayılın Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoydu - FOTO
18 May 2024 | 13:43
"Qərb Rusiyanı strateji cəhətdən məğlub etmək mövqeyində dayanıb" - Putin
18 May 2024 | 13:24
DİN-dən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ
18 May 2024 | 13:27
Könülün qətlindən sonra nənəsi də öldü
18 May 2024 | 13:19
BDU-da Cəfər Cabbarlının 125 illik yubileyi münasibətilə sərgi-konfrans keçirilib
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 14:17
Bakının ortasında “ermənikənd” necə qondarıldı?.. -Səbəb yenə Rusiya və neft...
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
AYLIQ
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 14:17
Bakının ortasında “ermənikənd” necə qondarıldı?.. -Səbəb yenə Rusiya və neft...
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 13:26
Prezident Cəbrayılın Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoydu - FOTO
18 May 2024 | 13:43
"Qərb Rusiyanı strateji cəhətdən məğlub etmək mövqeyində dayanıb" - Putin
18 May 2024 | 13:24
DİN-dən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ
18 May 2024 | 13:27
Könülün qətlindən sonra nənəsi də öldü
18 May 2024 | 13:19
BDU-da Cəfər Cabbarlının 125 illik yubileyi münasibətilə sərgi-konfrans keçirilib