Nardaranda ölümlə nəticələnən səs-küylü əməliyyatdan kim qazanacaq?
Gündəm
Oxunub: 3767
27 Nov 2015 | 15:41
Nardaranda ölümlə nəticələnən səs-küylü əməliyyatdan kim qazanacaq?
Nəsimi Məmmədli


Dünən Daxili İşlər Nazirliyi Nardaranda ölümlə nəticələnən əməliyyat keçirib. Əməliyyat nəticəsində dünyasını dəyişən vətəndaşlarımıza Allahdan rəhmət, ailələrinə səbr diləyirəm. Hadisənin təfərrüatları haqqında hələlik ətraflı bilgilərimiz olmasa da sosial şəbəkələrdə izlədiyimiz video süjetlərdən və müstəqil mediadan əldə edilən məlumatlar əsasında müəyyən qənaətlərimiz formalaşmaqdadır.

Öncə qeyd edim ki, Azərbaycanın dünyəvi və demokratik dövlət olması yolunda istənilən əngəlin qaldırılmasını zəruri hesab edir, dövlət müstəqilliyimizə, ərazi bütövlüyümüzə və sabitliyimizə yönələn bütün real təxribat cəhdlərini pisləyirəm. Həmçinin, dövlətçilik və sabitlik adı altında rəsmi orqanların günahsız vətəndaşlara, xüsusilə də müxalif düşüncəli insanlara qarşı həyata keçirdiyi repressiv siyasəti də təhlükəli hesab edir və ölkəmizə yaxşı heç nə vəd etmədiyi qənaətindəyəm. MTN-in bəzi generalları ətrafında baş verən cinayət hadisələrindən sonra hüquq mühafizə orqanlarına və onların keçirdiyi əməliyyatlara toplumun daha həssas yanaşdığı, hətta bəzi hallarda şübhə etməsi də anlaşılandır.

Rusiya tərəfdarları kimi İranın da dövlət siyasətini və ideologiyasını dəstəkləyənlərin milli maraqlarımıza zərbə vura biləcəyi qənaətindəyəm. Həmçinin, toplumun əksəriyyətinin könüllü qəbul etdiyi və uğrunda hər cür fədakarlığa hazır olduğu ideologiyanın hökumət tərəfindən tətbiq edilməməsi də ölkə vətəndaşlarının sosial-siyasi həmrəyliyinə ciddi əngəldir. Dövlət konyukturasının əsaslandığı süni ideoloji tezislər, tarixi kökü olmayan ideologiya toplumu səfərbər edə bilmədiyi üçün kənar təsirlərə meyllənmə halları bir reallıqdır. Bu isə bütövlükdə dövlət vətəndaş münasibətlərinin güvənli olmamasına gətirib çıxarıb. 

Əməliyyatla bağlı tərəflərin yanaşması birmənalı deyil. Rəsmi qurumlar bunu ictimai-siyasi sabitliyi pozmağı, təxribatlar, kütləvi iğtişaşlar, terrorçuluq aktları törətməyi planlaşdıran və din pərdəsi altında fəaliyyət göstərən silahlı cinayətkar dəstənin zərərsizləşdirilməsi məqsədilə keçirilən əməliyyat adlandırib. Nardaran sakinləri isə bunu polisin əliyalın, dinc və inanclı insanlara qarşı qanlı təxribatı adlandırır. Toplumun etimad göstərdiyi ictimai-siyasi fəal insanların və təşkilatların rəsmi mövqeləri hələlik açıqlanmasa da Bakının mərkəzində belə bir qanlı əməliyyatdan narahatlıq ifadə edilməkdədir.

Haqlı olaraq cavabı açıq qalan bəzi suallar səslənməkdədir. Doğrudanmı Nardaranda dövlət əlehinə xüsusi təhlükəli fəaliyyət var idi və onun dərhal zərərsizləşdirilməsi üçün silahlı əməliyyat qaçılmaz idi? Hüquq mühafizə orqanlarının sakit əməliyyat keçirmək imkanları həqiqətənmi tükənmişdi? İndiki məqamda dini zəmində bu gərginlik kimə və nə üçün lazım idi? Ölümlə nəticələnən səs-küylü əməliyyatdan kim qazanacaq? Bundan sonra hadisələr hansı istiqamətdə cərəyan edə bilər? Siyasi müxalifətin mövqeyi necə olmalıdır? Bu kimi suallara yaxın günlərdə aydınlıq gələcəyi istisna deyil.

Əksər vətəndaşlar kimi mənim də qeyd etmək istədiyim bir-iki vacib məqam var. Belə ki, həqiqətən də son dövrlər ölkədə dini təmayüllü şəxslərin fəal təşkilatlanması tendensiyası müşahidə edilməkdəydi. Bu qüvvələrin əsasən İran siyasi-ideoloji məkanına rəğbət bəsləməsi və bəzi hallarda hətta onlara açıq təəsübkeşliyi də gizlədilmirdi. Lakin, bütün bunlar heç də o anlama gələ bilməz ki, bu qüvvələr dövlət üçün qarşısı alınmaz təhlükə törətməyə başlamışdı. Hətta, ölkədə ən sadə insan da anlayır ki, Azərbaycan cəmiyyətində dini dövlət istiqamətində heç bir real baza mövcud deyil. Onun nə sosial-psixoloji, nə da siyasi dayaqları var. Yaşından və statusundan asılı olmayaraq xeyli tanınmış din xadiminin xüsusi xidmət orqanları ilə sıx əməkdaşlıq etdiyini və bu sahədə dövlət üçün hər hansı nəzarətdən kənar təhlükəli prosesin olduğunu istisna edirəm. Nardarandan bir neçə kilometr aralandıqda o mühitdən əsər-əlamət olmadığını da görürük. Hətta, bu Müsəlman Demokrat Hərəkatının nümayəndələri də açıq bildirirdilər ki, dünyəvi dövlətin alternativi yoxdur və onlar da bu çərçivədə demokratik siyasətə üstünlük verirlər. Dövlət quruluşunu dəyişməyə deyil, yalnız iqtidarın siyasətinə müxalifətdə olduqlarını bəyan edirdilər. Deməli, dövlət üçün təhlükə arqumentlərini geniş və savadlı auditoriyaya qəbul etdirmək çətin olacaq. Əlbətdə ki, hökumətin nəzarətində olan media resursları bir müddət bu təbliğata səfərbər ediləcək, lakin cəmiyyətin müstəqil kəsiminin bunu qəbul etməsi və bu təbliğata inanması inandırıcı deyil.

Hadisənin indiki beynəlxalq-regional şərtlərdə baş verməsi də diqqət çəkir. Türkiyə Rusiya münasibətlərində yaranmış hərbi-siyasi böhran cəmiyyətimizin qaynar müzakirəsində olduğu bir vaxtda məntiqlə hökumət ehtiyyatlı davranmalı və səs-küylü əməliyyatlara getməməliydi. Xüsusilə də bu əməliyyatlar dini zəmində heç olmamalıydı. Bakıda İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) Baş Konfransının XII sessiyasının açılışı olduğu zamanda əməliyyata qərar verilib. Həmçinin İlham Əliyev noyabrın 29-30-da Fransada BMT-nin iqlim dəyişikliyi üzrə Konvensiyası çərçivəsində keçirilən 21-ci konfransda iştirak etmək üçün səfərə çıxacaq. Dünya liderlərinin qatılacağı bu toplantını daha çox ciddi siyası tədbir kimi xarakterizə edirlər. Belə bir məqamda, iddia edildiyi kimi İranın dəstəklədiyi bir dini hərəkata qarşı qanlı əməliyyat riskli olmazdımı? Hökumətin bu arxayınlığı nə ilə bağlı ola bilər? Əgər xarici qüvvələrin təsirində olan istənilən proseslərə müdaxilə edilirsə, o zaman böyük qanlı toqquşmalara gətirib çıxardığını görürük. Doğrudanmı hökumət də Avropaya əli boş getmək istəmir və biz də islam terroru və ekstrizmi ilə təhdid altındayıq mesajını vermək istəyir?

Əməliyyatda polisin qeyri-peşəkarlığı açıq-aydın görünür. Əməliyyatın gedişi ilə bağlı heç bir çəkilş sübut təqdim edilməməsi də təəssüf doğurur. Ən çətin şərtlər altında, ən amansız terror təşkilatlarına qarşı keçirilən əməliyyatların video görüntülərini izlədiyimiz halda, qəsəbənin mərkəzində, heç bir müharibə bölgəsi olmayan yerdə bu çəkilişin olmaması haqlı suallar doğurur. Belə bir cinayət əməli barədə gerçəkdən əməliyyat məlumatları var idisə polis daha peşəkar davranmalı idi. Niyə DİN və Prokururluq bir neçə gün öncə hər hansı açıqlama yaymayıb ki, Tale Bağırzadə və tərəfdarları istintaqdan yayınır. Axı faktiki mövcud olan bir ictimai-siyasi hərəkatın rəhbərinə qarşı əməliyyat keçirilməsi adi cinayətkarı həbs etmək deyil. Siyasi statusu olan şəxsin əməlində qanunsuzluq aşkar edilmişdisə onu hüquq-mühafizə orqanlarına dəvət etmək və bunu ictimaiyyətə açıqlamaq lazım idi. Bir müddət öncə hər kəs bilir ki, T. Bağırzadəni Yasamal Polis İdarəsi rəsmi istintaqa dəvət edərkən o bu çağırışlardan yayınmayıb. Hətta, fiziki təyziqlərə məruz qalsa da onun açıqlamaları cəmiyyətdə çox müsbət rəy yaratmışdı. O bu təyziqləri, təxribatları anladığını və zora qarşı yalnız demokratik mübarizə aparacaqlarını bəyan etmişdi. Odur ki, onun istintaqdan yayınması və buna görə də ölümlə nəticələnən əməliyyat keçirilməsi iddiası inadırıcı deyil. Həm də istintaq orqanları öncədən belə bir açıqlama da verməmişdilər ki, onlar istintaqdan yayınır. Son illər bir dəfə də siqaret çəkməyən, haram işlərə bulaşmayan xeyli fəal insanları narkoman kimi, dələduz kimi həbs edən hüquq-mühafizə orqanların doğru dediyinə cəmiyyəti inandırmaq elə də asan deyil. Məhz bu kimi sualları analiz etdikcə, həbslərin və əməliyyatın daha çox hansısa mövsümi siyasi məqsədlərə xidmət etdiyi qənaəti yaranır.

Dövlət gücünü vətəndaşa qarşı ədalətsiz istifadə etməyə davam etdikcə, qarşısında özünə uyğun güc doğurmağa başlayacaq. Həm də vətəndaşlar öz dövlətinə deyil, başqa güclü qonşu dövlətlərə sığınmağa meyllənəcək. Bu isə milli təhlükəsizliyimizə vurulan ağır zərbə olacaq. Cəmiyyətin etimad göstərdiyi müxalifət və şəxslər hadisəyə real siyasi qiymət verməli, dövlətin və cəmiyyətin maraqları üzərində hər hansı manipulyasiyaya getməməlidir. Nardaran sakinləri də hüquqi müstəvidə prosesin aparılmasına dəstək verməlidir. İlkin olaraq, dini zəmində ölümlə nəticələnən bu əməliyyatın iqtidara lazım olduğu qənaəti daha çox görünür. Hələik xeyli suallara və məsələlərə toxunmaq istəmirəm. Bu məsələ ilə bağlı ətraflı bilgi aldıqdan sonra daha dərindən analiz etməyə çalışacağam.

Oxşar xəbərlər
16:14, Bu gün
Ağsu dolaylarında asfalt çöküb
16:06, Bu gün
Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Günü qeyd edilir
15:45, Bu gün
Bitlisdə avtobus dərəyə düşüb, yaralananlar var
15:31, Bu gün
Maqnit qasırğaları zamanı edilən səhvlər SADALANDI
15:28, Bu gün
Xətaidə yanğın: Avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
15:27, Bu gün
Dunay çayında gəmilər toqquşub, ölənlər var
15:04, Bu gün
Seyid İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
15:03, Bu gün
Yeni Kaledoniyada gərgin vəziyyətlə əlaqədar məktəblərdə dərslər dayandırılıb
15:02, Bu gün
Erməni barbarlığına tuş gələn Qubadlı məscidi
15:01, Bu gün
Ukrayna Rusiyanın daha bir gəmisini məhv etdi
14:45, Bu gün
“Ola bilsin ki, bəziləri bizim bu görüşlərimizi bəyənməsinlər”
14:45, Bu gün
Çinin kənd təsərrüfatı naziri haqqında təhqiqat başlanıb
14:43, Bu gün
Tabut açıldı: Qızı içəridəki kişini görüb DƏHŞƏTƏ gəldi
14:42, Bu gün
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
14:40, Bu gün
Müdafiə Nazirliyi şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimi keçirib
14:25, Bu gün
Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon
14:23, Bu gün
Prezident: "Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir"
14:22, Bu gün
"Ukrayna Rusiyadakı obyektlərə zərbələr endirmək üçün ABŞ-dan icazə istəyir" - "The Wall Street Journal"
14:15, Bu gün
Anar Heybətova ağır itki - FOTO
14:14, Bu gün
"Belarus post-sovet ölkələri arasında Azərbaycanın dördüncü ən böyük xarici ticarət partnyorudur"
14:11, Bu gün
Vətəndaş kibercinayətkarların tələsinə belə düşdü - 25 min manat itirdi- ŞOK FAKTLAR
14:11, Bu gün
"Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgəyə fayda verəcək"
14:09, Bu gün
Prezident: "İki hidroqovşağın açılışı və istismara verilməsi tarixi hadisədir"
14:08, Bu gün
Prezident: "İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir"
14:07, Bu gün
Tanınmış xanəndə məşhur aktyorun bacısı imiş - FOTO
14:07, Bu gün
Azərbaycan Prezidenti: "Bizim energetika sahəsində çox böyük planlarımız var"
13:44, Bu gün
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində azı 4 nəfər ölüb
13:42, Bu gün
Diş yetişdirmək üçün dünyada ilk dərman yaradıldı
13:27, Bu gün
Aralıq dənizində zəlzələ
13:23, Bu gün
İran səfiri: Missiyamın son günündə ən böyük sərhəd layihəsinin istifadəyə verilməsi ilə fəxr edirəm
13:21, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
13:20, Bu gün
Sumqayıtda mənzildən kişi meyiti tapıldı
13:19, Bu gün
Kim qalib gələcək: Tramp, yoxsa Bayden?
12:55, Bu gün
Sabah Azərbaycanın bu rayonlarında leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək
12:54, Bu gün
Rusiyada yük qatarı relsdən çıxdı - VİDEO
12:53, Bu gün
İran raketləri İsrailin 12 müdafiə xəttini yardı - General
12:53, Bu gün
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
12:48, Bu gün
Baqratın baş nazir olmaq şansı varmı?
12:38, Bu gün
"Barselona" transfersiz qala bilər
12:30, Bu gün
Rusiyanın “dərin dövləti” haqda sensasion iddia - ADLAR
12:21, Bu gün
Latviya parlamentinin sədri Füzulidə səfərdədir
12:20, Bu gün
“Qərbi Azərbaycana qayıdış” Türk Dünyası Sammiti Daşkənddə baş tutdu - Fotolar
12:16, Bu gün
Bu gün derbi var - “Qalatasaray” çempion ola bilər
12:11, Bu gün
“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - FOTOLAR
12:11, Bu gün
İstanbul boğazlarında gəmilərin hərəkəti dayandırıldı
12:00, Bu gün
İlham Əliyev sərhəddə İran prezidenti ilə görüşdü - YENİLƏNİB
11:47, Bu gün
"Rusiya-Azərbaycan" dəyirmi masası və ikitərəfli görüşlər keçirilib
11:45, Bu gün
Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır
11:43, Bu gün
Ajda Pekkandan Sezen Aksu ETİRAFI: “Necə inandıracağımı bilmirəm”
11:40, Bu gün
Kahramanmaraşda 3,6 bal gücündə zəlzələ baş verib
11:26, Bu gün
İndoneziyada vulkan püskürməsi: 7 şəhər boşaldılıb
11:25, Bu gün
Rusiyanın Belqorod vilayətində raket təhlükəsi elan edilib
11:23, Bu gün
Tovuzda 3 nəfər dəm qazından zəhərlənib, biri ölüb
11:21, Bu gün
DİN valideynlərə müraciət ETDİ
11:13, Bu gün
Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək... - VİDEO
11:10, Bu gün
Hondurasın Rusiyadakı səfiri qəflətən vəfat edib
11:09, Bu gün
Sumqayıtda F-1 əl qumbarası aşkarlanıb
10:52, Bu gün
Nə edək? - "Evrovision"a Bayram Nurlunu, Baboşu göndərək? - VİDEO
10:37, Bu gün
Türkiyədə güclü partlayış: Yaralananlar var
10:35, Bu gün
Azərbaycanın bəzi rayonlarında şimşək çaxıb, qar yağıb - FAKTİKİ HAVA
10:22, Bu gün
Bu bürclərin qızları ilə ailə qurmaq sizə baha başa gələ bilər
10:16, Bu gün
VI sinif şagirdləri üçün monitorinq keçirilir
10:15, Bu gün
"Keşiş hökumətlə qarşıdurmaya getsə, Paşinyan bu addımı atacaq"
10:13, Bu gün
Çin kəşfiyyatı kosmosla bağlı casusluq faktı AŞKARLADI
10:07, Bu gün
Baqratdan ŞOK HƏDƏ: “Baha başa gələcək...”
10:05, Bu gün
“Bütün enerjisini işə həsr edənlərdə infarkt riski daha yüksəkdir”
10:02, Bu gün
Tağı Əhmədovun son halı - FOTO
09:50, Bu gün
10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA + VİDEO
09:48, Bu gün
Azərbaycan Basketbol Liqası: Final seriyasının ikinci oyunu keçiriləcək
09:43, Bu gün
Azərbaycan cüdoçuları dünya çempionatında mübarizəyə başlayır
09:37, Bu gün
Ziyafətdən sonra necə TEZ AYILMAQ OLAR? - Sadə və təsirli üsullar
09:34, Bu gün
Qəzzada ölən İsrail hərbçilərinin sayı 630-a çatıb
09:32, Bu gün
Qaradağda ağır qəza: İki nəfər yaralanıb
09:05, Bu gün
Gəncəçayda batan yeniyetmənin meyiti tapılıb
09:04, Bu gün
Səhər saatlarında şirin sıyıq yeməyin zərərləri
08:47, Bu gün
Almaniya Müdafiə Nazirliyi Ukraynaya dəstək üçün hökumətdən əlavə 3,8 milyard avro tələb edib
08:46, Bu gün
İngiltərədə 11 yaşdan kiçik futbolçulara topa başla vurmaq qadağan ediləcək
08:44, Bu gün
Silahlı qruplaşma Sudanda 8 mülki şəxsi öldürüb
08:35, Bu gün
Alimlər Günəş fırtınalarının insanlar üçün təhlükəli nəticələrini açıqlayıblar
08:29, Bu gün
Xalq şairi Rəsul Rzanın doğum günüdür
08:26, Bu gün
Rafael Ağayev Ginnesin Rekordlar Kitabına düşdü
08:24, Bu gün
Əfqanıstanda sel həyatı iflic etdi: Kütləvi ölüm, viran qalan şəhər - VİDEO
08:22, Bu gün
Rusiyada 40-dan çox bağ evi və yardımçı tikililər yanıb
08:22, Bu gün
Ukraynalı döyüşçü britaniyalını udub mütləq çempion oldu...-Rusiyalı isə isveçlidən ağır nokaund aldı...-FOTOLAR+VİDEO
07:57, Bu gün
Son zəng yaxınlaşır: Paltar tikdirmək neçəyə başa gəlir? - VİDEO
07:44, Bu gün
Bağırsaq bakteriyaları insan qərarlarına təsir edirmiş
07:30, Bu gün
“Həftə sonları”-nın yaratdığı TƏHLÜKƏ
07:15, Bu gün
“iPhone 16” istehsala hazırlaşır
06:51, Bu gün
Misirdəki piramidaların sirri açıla bilər
06:49, Bu gün
İsrail Rəfahda 50-yə yaxın terrorçunu məhv edib
18 May 2024 | 23:57
Elmdə sıçrayış: dondurulmuş insan beyni həyata qaytarılıb
18 May 2024 | 23:53
Azərbaycan millisi Almaniya və İsrail yığmaları ilə qarşılaşacaq
18 May 2024 | 23:50
"Ukrayna Rusiyanın neft emalı gücünün 14 faizini sıradan çıxarıb" - "Bloomberg"
18 May 2024 | 23:47
Gecə yatmazdan öncə ananas yeyin, görün nə olacaq - Bu problemi aradan qaldırır
18 May 2024 | 23:35
Meyiti tapılan qadın görün kimdir
18 May 2024 | 23:33
Putin Şimali Koreyaya səfər edəcək
18 May 2024 | 23:31
Gürcüstan parlamenti Prezidentin mübahisəli qanunla bağlı vetosunu dəf edə biləcək
18 May 2024 | 23:29
Evinə sevgilisi ilə gedən əri ARVADI DÖYDÜRDÜ - FOTO
18 May 2024 | 23:16
Bakıda mənzildə meyit aşkarlanıb
18 May 2024 | 23:15
Bu teatrdan 1500 nəfər TƏXLİYƏ EDİLDİ - ŞOK SƏBƏB- VİDEO
GÜNLÜK
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 16:29
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 16:35
“Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi - YENİLƏNİB
18 May 2024 | 16:45
Prezident və xanımı Zəngilan məscidinin açılışında - YENİLƏNİB
18 May 2024 | 16:50
Yüz manatlıqlarla bağlı əhaliyə XƏBƏRDARLIQ: "DİQQƏTLİ OLUN!"
18 May 2024 | 17:01
“Ermənilərin məşhur bəstəkarı özü etiraf etmişdi ki, musiqi yazmağı Üzeyir Hacıbəylidən öyrənib”-FOTO+ÖZƏL
18 May 2024 | 17:31
Alim Qasımovu dünyaya təqdim edən tarzən: O, ölümündən əvvəl tarına nə deyib? - FOTO
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
18 May 2024 | 16:29
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
AYLIQ
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 16:29
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 16:35
“Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi - YENİLƏNİB
18 May 2024 | 16:45
Prezident və xanımı Zəngilan məscidinin açılışında - YENİLƏNİB
18 May 2024 | 16:50
Yüz manatlıqlarla bağlı əhaliyə XƏBƏRDARLIQ: "DİQQƏTLİ OLUN!"
18 May 2024 | 17:01
“Ermənilərin məşhur bəstəkarı özü etiraf etmişdi ki, musiqi yazmağı Üzeyir Hacıbəylidən öyrənib”-FOTO+ÖZƏL
18 May 2024 | 17:31
Alim Qasımovu dünyaya təqdim edən tarzən: O, ölümündən əvvəl tarına nə deyib? - FOTO