“Həqiqəti deyən insan itkilərə hazır olmalıdır”
Oxunub: 4853
25 Nov 2015 | 20:57
“Həqiqəti deyən insan itkilərə hazır olmalıdır”
Moderator.az professor Qulu Məhərrəmlinin teleqraf.com saytına müsahibəsini təqdim edir:

”“ Qulu müəllim, sizi mütəxəssisi olduğunuz sahə haqqında sözünü vicdanla deyən bir insan kimi tanıyırıq. Ona görə ədəbiyyat haqqında fikirləriniz də bizim üçün maraqlıdır. Siz necə düşünürsünüz, ədəbiyyatın cəmiyyətdə missiyası, vəzifəsi, borcu nədən ibarət olmalıdır?  

”“ Ədəbiyyat xalqın yaradıcı gücünün ifadəsi, ruh aləmində baş verənlərin ağıl və fikir dünyasına ötürülməsidir. Anın əbədiyyətə çevrilməsi, həqiqətlə gözəlliyin birləşməsi olan ədəbiyyat, həm də duyğuların ifadəsi, xalqın maddiləşmiş yaddaşı, onun mənəvi həyatının diriliyidir.  Böyük Cavid demişkən, ədəbiyyat həm də millətin əhval-ruhiyyəsinin, ovqatının ifadəsidir. Klassik təsəvvürlərə görə, ədəbiyyatın missiyası insan yetişdirməkdir. Mövlanəyə, Dostoyevskiyə, Markesə baxanda mən buna inanıram. Bununla yanaşı, ədəbiyyatı çərçivəyə salmaq, ona konkret şərtlər qoymaq, hansısa ideologiyanın əsiri etmək doğru deyil. 

 ”“ Təbii, ədəbiyyatın qarşısında şərt qoymaq mümkün deyil, amma bunu hamı başa düşürmü? 

”“ Bütövlükdə ədəbiyyat insanı qaranlıqdan aydınlığa aparmalıdır, onun ümid, inam və təsəlli yeri olmalıdır. Bax, bu mənada kütlədən bir addım öndə gedən yazıçı müəyyən mənəvi məsuliyyət daşıyır.  

”“ 90-cı illərdən bu yana meydana yeni düşüncəli gənclər gəldi. Onların yazıları, fikirləri əvvəlkilərlə nəinki, uyğun gəlmirdi, hətta daban-dabana zidd idi. İndi yaşlı yazıçılarla cavanlar arasında dava bəzən o həddə çatır ki, onlar küçədə bir-birlərinə salam belə vermirlər, heç üz-üzə gəlmək də istəmirlər. Sizcə, bütün bu şeylərə nə səbəb olur? Bunların hamısı yalnız fərqli bədii-estetik dünya görüş məsələsidirmi?  

”“ Yaxşı ki, indi bir az səngimiş bu davranışların, qarşıdurmanın səbəbi yalnız bədii-estetik problemlər olsaydı, adam buna sevinərdi. Amma problemlər başqadır və bu nəsillərin mübahisəsindən daha çox qaydasız döyüşə oxşayır. Məncə, gənclərin bəzi ittihamları əsaslı olsa da bütövlükdə gərginliyin əsasında təmin olunmamış iddialar dayanır. Bəzi gənclərə elə gəlir ki, onların uğursuzluğunun səbəbi Səməd Vurğun, Rəsul Rza, Anar, yaxud Ramiz Rövşəndir.  

”“ Bəs əslində, necədir?  

”“ Anlamaq lazımdır ki, ədəbiyyat hüdudsuz bir ərazidir və burada heç kim bir-birinə mane olmur, yəni özündən əvvəlkilərdən daha yaxşı yazdığını sübut etmək üçün meydan genişdir. Bu mənada gənclər arasında özünü müəyyən dərəcədə təsdiq etmiş tək-tük istedadlı qələm sahibləri, maraqlı yazarlar var. Lakin bütövlükdə yeni nəslin problemi ondadır ki, bədii-estetik idealları bəlli olsa da yaradıcılıq baxımdan bunlar kanonlaşmayıb, yəni özlərinə çərçivə müəyyənləşdirə bilməyiblər. Hətta mənə elə gəlir ki, bəzi gənc yazarlar ədəbiyyatla şou arasında qalıblar. Bir də mən yeni nəsillər arasında ədəbiyyatın idealı sayılan sevgini görmürəm.  

”“ Sevgi? 

”“ Bilirsiniz, insanı dinə inam, elmə şübhə, ədəbiyyata və sənətə isə sevgi gətirir. Bu sevgi olmayanda daim qarşıdurma olur, kin, ədavət və nifrət meydan sulayır. 

”“ Oğulun atasının yolu ilə getməsi, atasının bütün fikir və düşüncələri ilə razılaşması, yeri oldu-olmadı atasını müdafiə eləməsi və onun yazı-pozularını hər yerdə təbliğ eləməsinə münasibətiniz necədir? Təbii, söhbət yaradıcı atalardan və yaradıcı oğullardan gedir. Sizcə, ata necə olmalıdır, oğul necə olmalıdır?  

”“ Konkret nəyə və kimə işarə etdiyinizi bilmirəm, amma görünən odur ki, həqiqi ədəbi irsin öyrənilib vicdanlı şəkildə təbliğ olunması üçün normal qurum və ya mexanizm yoxdur. Buna görə də oğulun öz atasını qorumasına və onun yaradıcılığını təbliğ etməsinə normal baxıram. Hansı layiqli oğul atasının irsinə biganə qalar ki? Amma oğulun öz atasının yaradıcılıq yolu ilə getməsi, onun tərz və üslubunu davam etdirməsi, yəni varislik mütləq deyildir. Bu mənada mən bir şair kimi Səməd Vurğun və Vaqif Səmədoğlu arasındakı kəskin fərqləri normal hesab edirəm. 

 ”“ Ədəbiyyatımızda məşhur 60-cılar nəsli var. Sizcə, bu nəsil süni şəkildə şişirdildi, yoxsa meydana çıxması təbii bir proses oldu?  

”“ Azərbaycan ədəbiyyatında 60-cılar nəsli ciddi ədəbi hadisə yaratdılar. Fikrimcə, bu nəslin meydana çıxmasında sovet ideologiyasından, kommunist ideallarından yayınma əsas rol oynadı. Bu nəslin süni şəkildə yarandığını da  iddia etmək doğru deyil. Əslində, proseslər 50-ci illərin ortalarında ”“ SovİKP-nin XX qurultayından sonra bütün siyasi ab-havanın mülayimləşməsindən sonra qızışmışdı. Məhz həmin dövrdə Azərbaycanda Mirzə İbrahimovun tarixi təşəbbüsü ilə ana dili uğrunda hərəkat başlanmışdı. Həm də o dövrdə milli özünüdərk, milli idealların gerçəkləşməsini hədəf götürmüş, ziyalı hərəkatı yaranırdı. Bütün bunlar ədəbiyyata yeni gəlmiş istedadlı qələm sahiblərinin düşüncə və dünyagörüşünə təsir etməyə bilməzdi.  Bax, bu dövrdə İsa Hüseynov, Sabir Əhmədov, Əkrəm Əylisli, Elçin, Anar kimi yazıçılar sovet ideologiyasına müqavimət göstərərək sovet hakimiyyətinin yaratdığı proletar ədəbiyyatının ağzını yeni istiqamətə döndərə bildilər. Yəni həmin dövrdən başlayaraq, Azərbaycan nəsri gerçək ədəbiyyatın havasına köklənməyə başladı.  

”“ Bizdə tez-tez Qarabağ mövzusunda bədii əsərlərə stimul vermək üçün müsabiqələr keçirilir və pul mükafatları da ayrılır. Bunun vətən, millət, ədəbiyyat üçün hansı əhəmiyyətləri var? İstərdim bu barədə danışasınız.  

”“ Təbii ki, Qarabağ problemi ilə bağlı bədii əsərlər yaratmağı stimullaşdırmaq yaxşı haldır, bu mövzuda bir çox əsərlərin meydana çıxması da təqdirəlayiqdir. Amma təcrübə göstərir ki, həvəsləndirmə ilə yaranan əsər sabun köpüyü kimi bir şeydir. O əsər ki, ürəkdən gəlmir, o mövzu ki, ruhun ehtiyacından doğmur, həmin əsər bədii siqlət etibarı ilə heç vaxt ədəbi hadisəyə çevrilə bilməz. Mən hərdən düşünürəm ki, nəyə görə xalqımızın böyük sarsıntılar yaşadığı bu 20-25 ildə bizdə Əyyub Abbasovun “Zəngəzur” romanı kimi fundamental bir əsər ortaya çıxmadı. Bəziləri bunu zaman amili ilə əlaqələndirir, amma məncə, problem yazıçı istedadı, duyum və yanaşma ilə bağlıdır.  

”“ İndi yazanların sayının çox olmasından gileylənirlər. Siz bu məsələyə necə baxırsınız? 

”“ Əlbəttə, müəyyən bir mərhələdə özünü dərk edənlərin, bədii təfəkkürü olanların və özündə müəyyən istedad görənlərin qələmə sarılması təbiidir. Amma bazarın keyfiyyətsiz əsərlərlə doldurulması, mənasız kitabların, xüsusən romanların çoxalması pisdir. Bu proses həqiqi ədəbiyyatın inkişafı ilə yanaşı getsə, buna dözmək olardı. Yəqin siz də O.Mandelştamın belə bir fikri ilə tanışsınız ki, əsl ədəbiyyat inkişaf etdikcə epiqon ədəbiyyat da çiçəklənir. Amma bizim fəlakətimiz ondadır ki, həvəskarlıq və epiqonçuluq ciddi ədəbiyyatdan önə keçib.

”“ Qulu müəllim, necə düşünürsünüz, məmurdan yazıçı olarmı? Yaxud yazıçıdan məmur olarmı? Bu fikir həmişə müzakirə olunur və elə sual kimi də qalır. 

”“ Əlbəttə, hər kəsin yazıçılıq iddiası ola bilər. Bizdə bədii yaradıcılıqla məşğul olan xeyli məmur var. Fəlakət vəzifədən sui-istifadə, bir də istedadsız məmurun yazıçılıqla məşğul olmasıdır. 

”“ Təbii...  

 Yəni məmurun yazması pis deyil, amma onun zəif əsərlərlə çıxış etməsi ziyanlıdır. Yazıçılığa saqqız çeynəmək, yaxud, dönər satmaq kimi baxmaq olmaz. Bədii əsər ruhun ehtiyacından, dövrün tələbindən irəli gəlmirsə, cəmiyyəti düşündürmürsə onu ortaya çıxarmağın heç bir mənası yoxdur. 

”“ Niyə yüz il bundan qabağın Mirzə Cəlili bu gün də aktualdır? Sizcə, Mirzə Cəlil çox böyükdür, yoxsa insanlarımız çox cahildir? 

”“ Mirzə Cəlil mənəvi tariximizin böyük sütunlarından biridir. Ötən əsrin əvvəllərində başlanmış Azərbaycan intibahının yaratdığı ədəbiyyatın çox böyük nümayəndəsidir, dahi yazıçıdır. Kim nə deyir-desin, bizim milli ədəbiyyatımızın mənəvi ərazisini Mirzə Cəlil cızıb. Onun yazıçı qüdrətinə şübhə etmək nadanlıqdır. Sualınızın ikinci hissəsi ilə bağlı heç bilmirəm necə deyim ki, sözüm adamların qəlbinə  dəyməsin. Bəli, təəssüf ki, bizim soydaşlarımızın əksəriyyəti cahil və nadandır. Mirzə Cəlildən ötən son yüz il, sanki mentalitetimizin tozunu belə silməyib, insanların təfəkkürü, düşüncə tərzi, sərvət seçimi, pul hərisliyi, demək olar ki, dəyişməyib. Yenə də bir tərəfdə miskinlik və məzlumluq dərinləşir, o biri tərəfdə isə nadanlıq və sərvət toplamaq yarışı gedir. Yenə də insanların əksəriyyətinin həyat idealı maddiyyatla bağlıdır. Çox təəssüf ki, elm, təhsil, mədəniyyət, geniş mənada, bizim düşüncəmizdə ciddi dəyişiklik edə bilməyib. Bunun bir səbəbi də insanların gerçək maariflənmədən, ədəbiyyatdan, kitabdan uzaq düşməsidir. 

 ”“ Tutalım, Almaniya kimi inkişaf etmiş bir cəmiyyət Mirzə Cəlildən və ya Sabirdən nə öyrənə bilər?  

”“ Dünyada o xalqlar tərəqqi edib layiqli mövqe tutur ki, onlar təkcə özlərinin deyil, başqalarının tarixindən də dərs almağı bacarırlar. Bu dərs isə daha çox bədii ədəbiyyat vasitəsilə mənimsənilir. Bu mənada Mirzə Cəlil də, Sabir də bir bəşəri güzgüdür. Təkcə Almaniya yox, Avropanın istənilən cəmiyyəti nadir obrazlar qalereyası yaratmış Mirzə Cəlildən və bu obrazların daxili aləmini göstərmiş Sabirdən çox şeylər öyrənə bilər. Ən azı insanlar bu obrazlara oxşamamaq üçün götür-qoy edib yollarını və düşüncə tərzlərini dəyişə bilərlər.  

”“ Qulu müəllim, məşhur bir söz var, deyir, həqiqət zamanında deyilməyəndə şərə çevrilir. Bir söz də var ki, həqiqət zamanında deyiləndə gözəldir. Hansı fikir sizin ruhunuza yaxındır?  

”“ Nə qədər fəlsəfi don geyindirilsə də cəmiyyət kontekstində həqiqət konkretdir və almaz kimi qaranlıqda da parıldayır. Yəni hamı həqiqəti görür, amma onu demək vicdan, ağıl, cəsarət və həm də itkilərə hazır olmağı tələb edir. Yəni həqiqəti söyləmək çətindir, çünki adamlar ehtiyatlanırlar. Yüz illərdir ki, söz azadlığı uğrunda ona görə mübarizə aparılır ki, vətəndaş yaşadığı cəmiyyətdə onu narahat edən problemləri dilə gətirsin, gördüyünü, istədiyini, düşündüyünü, yəni həqiqət hesab etdiyi şeyləri deyə bilsin.  Təkcə mən yox, ağlı üstündə olan hər kəs belə düşünür ki, həqiqət zamanında deyilməlidir, susmaq həqiqətən şərə xidmət edib onun əl-qolunu açır. Məncə, nə qədər çətin olsa da, inqilabçılıq etmədən, kimi isə qorxutmadan, təhqirə yol vermədən çalışmaq lazımdır ki, həqiqəti deyəsən. Horatsionun bu fikirləri mənim düşüncəmə və ruhuma çox yaxındır: incəliyinə qədər açmasan da olar, amma əsas məsələ odur ki, həqiqəti deyəsən. 

Oxşar xəbərlər
14:45, Bu gün
Çinin kənd təsərrüfatı naziri haqqında təhqiqat başlanıb
14:43, Bu gün
Tabut açıldı: Qızı içəridəki kişini görüb DƏHŞƏTƏ gəldi
14:42, Bu gün
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
14:40, Bu gün
Müdafiə Nazirliyi şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimi keçirib
14:25, Bu gün
Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon
14:23, Bu gün
Prezident: "Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir"
14:22, Bu gün
"Ukrayna Rusiyadakı obyektlərə zərbələr endirmək üçün ABŞ-dan icazə istəyir" - "The Wall Street Journal"
14:15, Bu gün
Anar Heybətova ağır itki - FOTO
14:14, Bu gün
"Belarus post-sovet ölkələri arasında Azərbaycanın dördüncü ən böyük xarici ticarət partnyorudur"
14:11, Bu gün
Vətəndaş kibercinayətkarların tələsinə belə düşdü - 25 min manat itirdi- ŞOK FAKTLAR
14:11, Bu gün
"Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgəyə fayda verəcək"
14:09, Bu gün
Prezident: "İki hidroqovşağın açılışı və istismara verilməsi tarixi hadisədir"
14:08, Bu gün
Prezident: "İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir"
14:07, Bu gün
Tanınmış xanəndə məşhur aktyorun bacısı imiş - FOTO
14:07, Bu gün
Azərbaycan Prezidenti: "Bizim energetika sahəsində çox böyük planlarımız var"
13:44, Bu gün
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində azı 4 nəfər ölüb
13:42, Bu gün
Diş yetişdirmək üçün dünyada ilk dərman yaradıldı
13:27, Bu gün
Aralıq dənizində zəlzələ
13:23, Bu gün
İran səfiri: Missiyamın son günündə ən böyük sərhəd layihəsinin istifadəyə verilməsi ilə fəxr edirəm
13:21, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
13:20, Bu gün
Sumqayıtda mənzildən kişi meyiti tapıldı
13:19, Bu gün
Kim qalib gələcək: Tramp, yoxsa Bayden?
12:55, Bu gün
Sabah Azərbaycanın bu rayonlarında leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək
12:54, Bu gün
Rusiyada yük qatarı relsdən çıxdı - VİDEO
12:53, Bu gün
İran raketləri İsrailin 12 müdafiə xəttini yardı - General
12:53, Bu gün
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
12:48, Bu gün
Baqratın baş nazir olmaq şansı varmı?
12:38, Bu gün
"Barselona" transfersiz qala bilər
12:30, Bu gün
Rusiyanın “dərin dövləti” haqda sensasion iddia - ADLAR
12:21, Bu gün
Latviya parlamentinin sədri Füzulidə səfərdədir
12:20, Bu gün
“Qərbi Azərbaycana qayıdış” Türk Dünyası Sammiti Daşkənddə baş tutdu - Fotolar
12:16, Bu gün
Bu gün derbi var - “Qalatasaray” çempion ola bilər
12:11, Bu gün
“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - FOTOLAR
12:11, Bu gün
İstanbul boğazlarında gəmilərin hərəkəti dayandırıldı
12:00, Bu gün
İlham Əliyev sərhəddə İran prezidenti ilə görüşdü - YENİLƏNİB
11:47, Bu gün
"Rusiya-Azərbaycan" dəyirmi masası və ikitərəfli görüşlər keçirilib
11:45, Bu gün
Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır
11:43, Bu gün
Ajda Pekkandan Sezen Aksu ETİRAFI: “Necə inandıracağımı bilmirəm”
11:40, Bu gün
Kahramanmaraşda 3,6 bal gücündə zəlzələ baş verib
11:26, Bu gün
İndoneziyada vulkan püskürməsi: 7 şəhər boşaldılıb
11:25, Bu gün
Rusiyanın Belqorod vilayətində raket təhlükəsi elan edilib
11:23, Bu gün
Tovuzda 3 nəfər dəm qazından zəhərlənib, biri ölüb
11:21, Bu gün
DİN valideynlərə müraciət ETDİ
11:13, Bu gün
Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək... - VİDEO
11:10, Bu gün
Hondurasın Rusiyadakı səfiri qəflətən vəfat edib
11:09, Bu gün
Sumqayıtda F-1 əl qumbarası aşkarlanıb
10:52, Bu gün
Nə edək? - "Evrovision"a Bayram Nurlunu, Baboşu göndərək? - VİDEO
10:37, Bu gün
Türkiyədə güclü partlayış: Yaralananlar var
10:35, Bu gün
Azərbaycanın bəzi rayonlarında şimşək çaxıb, qar yağıb - FAKTİKİ HAVA
10:22, Bu gün
Bu bürclərin qızları ilə ailə qurmaq sizə baha başa gələ bilər
10:16, Bu gün
VI sinif şagirdləri üçün monitorinq keçirilir
10:15, Bu gün
"Keşiş hökumətlə qarşıdurmaya getsə, Paşinyan bu addımı atacaq"
10:13, Bu gün
Çin kəşfiyyatı kosmosla bağlı casusluq faktı AŞKARLADI
10:07, Bu gün
Baqratdan ŞOK HƏDƏ: “Baha başa gələcək...”
10:05, Bu gün
“Bütün enerjisini işə həsr edənlərdə infarkt riski daha yüksəkdir”
10:02, Bu gün
Tağı Əhmədovun son halı - FOTO
09:50, Bu gün
10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA + VİDEO
09:48, Bu gün
Azərbaycan Basketbol Liqası: Final seriyasının ikinci oyunu keçiriləcək
09:43, Bu gün
Azərbaycan cüdoçuları dünya çempionatında mübarizəyə başlayır
09:37, Bu gün
Ziyafətdən sonra necə TEZ AYILMAQ OLAR? - Sadə və təsirli üsullar
09:34, Bu gün
Qəzzada ölən İsrail hərbçilərinin sayı 630-a çatıb
09:32, Bu gün
Qaradağda ağır qəza: İki nəfər yaralanıb
09:05, Bu gün
Gəncəçayda batan yeniyetmənin meyiti tapılıb
09:04, Bu gün
Səhər saatlarında şirin sıyıq yeməyin zərərləri
08:47, Bu gün
Almaniya Müdafiə Nazirliyi Ukraynaya dəstək üçün hökumətdən əlavə 3,8 milyard avro tələb edib
08:46, Bu gün
İngiltərədə 11 yaşdan kiçik futbolçulara topa başla vurmaq qadağan ediləcək
08:44, Bu gün
Silahlı qruplaşma Sudanda 8 mülki şəxsi öldürüb
08:35, Bu gün
Alimlər Günəş fırtınalarının insanlar üçün təhlükəli nəticələrini açıqlayıblar
08:29, Bu gün
Xalq şairi Rəsul Rzanın doğum günüdür
08:26, Bu gün
Rafael Ağayev Ginnesin Rekordlar Kitabına düşdü
08:24, Bu gün
Əfqanıstanda sel həyatı iflic etdi: Kütləvi ölüm, viran qalan şəhər - VİDEO
08:22, Bu gün
Rusiyada 40-dan çox bağ evi və yardımçı tikililər yanıb
08:22, Bu gün
Ukraynalı döyüşçü britaniyalını udub mütləq çempion oldu...-Rusiyalı isə isveçlidən ağır nokaund aldı...-FOTOLAR+VİDEO
07:57, Bu gün
Son zəng yaxınlaşır: Paltar tikdirmək neçəyə başa gəlir? - VİDEO
07:44, Bu gün
Bağırsaq bakteriyaları insan qərarlarına təsir edirmiş
07:30, Bu gün
“Həftə sonları”-nın yaratdığı TƏHLÜKƏ
07:15, Bu gün
“iPhone 16” istehsala hazırlaşır
06:51, Bu gün
Misirdəki piramidaların sirri açıla bilər
06:49, Bu gün
İsrail Rəfahda 50-yə yaxın terrorçunu məhv edib
18 May 2024 | 23:57
Elmdə sıçrayış: dondurulmuş insan beyni həyata qaytarılıb
18 May 2024 | 23:53
Azərbaycan millisi Almaniya və İsrail yığmaları ilə qarşılaşacaq
18 May 2024 | 23:50
"Ukrayna Rusiyanın neft emalı gücünün 14 faizini sıradan çıxarıb" - "Bloomberg"
18 May 2024 | 23:47
Gecə yatmazdan öncə ananas yeyin, görün nə olacaq - Bu problemi aradan qaldırır
18 May 2024 | 23:35
Meyiti tapılan qadın görün kimdir
18 May 2024 | 23:33
Putin Şimali Koreyaya səfər edəcək
18 May 2024 | 23:31
Gürcüstan parlamenti Prezidentin mübahisəli qanunla bağlı vetosunu dəf edə biləcək
18 May 2024 | 23:29
Evinə sevgilisi ilə gedən əri ARVADI DÖYDÜRDÜ - FOTO
18 May 2024 | 23:16
Bakıda mənzildə meyit aşkarlanıb
18 May 2024 | 23:15
Bu teatrdan 1500 nəfər TƏXLİYƏ EDİLDİ - ŞOK SƏBƏB- VİDEO
18 May 2024 | 22:52
Yatmazdan əvvəl bunları edin
18 May 2024 | 22:48
“Akkuyu” AES-də ilk enerji blokunun işə başlayacağı tarix açıqlanıb
18 May 2024 | 22:48
Afrikadan gələn maraqlı görüntü müzakirə mövzusuna çevrildi: Heyvanlar hərəkətsiz qaldı
18 May 2024 | 22:41
Eduard Məmmədov 11-ci dəfə Dünya Kubokunu qazandı
18 May 2024 | 22:33
Zelenski Makronun "Olimpiya atəşkəsi"ni rədd edib: "Bu, düşmənin əlinə oynamaqdır"
18 May 2024 | 22:25
Qətlə yetirilən tələbənin cinayət işində müəmma daha da böyüyür - Ailəsi DANIŞDI / VİDEO
18 May 2024 | 22:16
Sərhəddəki ermənilərə vaxt verildi: iyunun 24-dək tərk edin!
18 May 2024 | 22:09
DƏHŞƏTLİ QƏTL: arvadını öldürdü, cəsədi ilə selfi çəkdi, özü isə...
18 May 2024 | 22:07
Sankt-Peterburq hərbi akademiyasında "qeyri-iradi" patlayış baş verib, yeddi nəfər xəstəxanalıq olub
18 May 2024 | 21:57
Bu bürclərdən ehtiyatlanın: Sirr saxlaya bilmirlər!
18 May 2024 | 21:56
“Fransa qalib gələcək, amma...”
GÜNLÜK
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 16:29
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 16:35
“Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi - YENİLƏNİB
18 May 2024 | 15:10
Fransa-Azərbaycan gərginliyinin əsl səbəbi: Məsələ Ermənistan deyilmiş
18 May 2024 | 15:18
Türkiyəli nazir Zəngəzur dəhlizinin açılacağı tarixi açıqladı
18 May 2024 | 15:03
Bakıda 50 minə yaxın lV sinif şagirdi imtahan verdi
18 May 2024 | 15:15
Qafqazda qurulan oyun
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 14:17
Bakının ortasında “ermənikənd” necə qondarıldı?.. -Səbəb yenə Rusiya və neft...
AYLIQ
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 16:29
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 16:35
“Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi - YENİLƏNİB
18 May 2024 | 15:10
Fransa-Azərbaycan gərginliyinin əsl səbəbi: Məsələ Ermənistan deyilmiş
18 May 2024 | 15:18
Türkiyəli nazir Zəngəzur dəhlizinin açılacağı tarixi açıqladı
18 May 2024 | 15:03
Bakıda 50 minə yaxın lV sinif şagirdi imtahan verdi
18 May 2024 | 15:15
Qafqazda qurulan oyun