"Biz xaosa doğru getməkdəyik..." -MÜSAHİBƏ
Oxunub: 2093
25 Nov 2015 | 12:58
Yeni media özü ilə bərabər çoxlu problemlər gətirib. Bəzi media qurumlarının və internet resurslarının yalan, əsası olmayan və şantaj xarakterli məlumatları cəmiyyətdə çaşqınlıq yaratmaqda davam edir. İnsanlar hansı xəbərin gerçək, hansının yalan olduğunu ayırd etməkdə çətinlik çəkirlər.

İP yığmaq xətrinə və bir sıra başqa məqsədlərlə fəaliyyət göstərən bu cür media orqanları cəmiyyətin gerçək informasiya ilə təminatında da problemlər yaradır. Artıq bu cür saytların və internet resursların fəaliyyəti ilə bağlı hüquqi addımlar atılması, monitorinqlərin keçirilməsi və s. məsələlər Dəyirmi masalarda, konfranslarda müzakirə mövzusuna çevrilib. 

Gerçəkdən “reket” jurnalistikası ilə necə mübarizə aparmaq olar? Medianın əsil üzünü yalandan, hədyandan, şantajdan təmizləmək üçün hansı tədbirlərin görülməsinə ehtiyac var?

Moderator.az “Kaspi” yə istinadən xəbər verir ki, «525-ci qəzet»in baş redaktoru Rəşad Məcid, məsələnin həllində ictimai qınaqğın da əsas oldğunu vurğulayıb. 

“Yalan informasiyalarla populyarlaşmaq ötəridir”

- Yeni nəsil jurnalistikasında yalan, şantaj xarakterli məlumatların yer almasından, reketçiliyin baş alıb getməsindən danışırıq. Maraqlıdır, bu cür maraqlara xidmət edən saytlar necə yaranır? 

- Hesab edirəm ki, bunun kökləri Azərbaycanda «KİV haqqında» qanunun həddən artıq loyallaşmasına gedib çıxır. Mətbuata yaradılmış bu şəraitdə və bəzi mətbuatdan uzaq, «jurnalistliyə” iddia edən adamlar istifadə edirlər. Onlar öz maraqları naminə insanları şantaj edirlər. Mətbuat Şurasında “reket” jurnalistikası ilə mübarizə komissiyası yaradılıb, sonra da məlum olub ki, həmin qəzetlərin bir çoxları hansısa strukturlardakı insanlarla əlaqəlidirlər.

Onlar hətta dövlət vəzifəsində olan adamları qazanc məqsədi ilə şantaj edirlər. Yeni media isə təkcə Azərbaycanda deyil, bütün dünyada təzədir. Qəzetlər tutaq ki, «KİV haqqında» qanunla qeydə alınırdısa, saytlar çoxu qeydiyyatsız fəaliyyət göstərirlər. Hərəsi bir domen alıb sayt açıb istədiklərini yazırlar. Sosial şəbəkələrdə də belə bir şərait var. İndi bu adamlar media adından istifadə edərək ifadə azadlığı, söz azadlığını qabardaraq əslində çirkin niyyətlərə xidmət edirlər. Beləliklə, onlar hansısa insanların ”“ pis niyyətli, qisas almaq, əleyhdarlarını, rəqiblərini vurmaq istəyən adamların əlində alətə çevriliblər. Bəzən də sadəcə insanları şantaj etməklə onlardan pul alırlar.

Burada da vəziyyət tənzimlənməlidir. Amma orası da var ki, bu, çox çətin prosesdir. Hələ bunların media olub-olmaması, fəaliyyətlərinin necə tənzimlənməsi ilə bağlı söhbətlər gedir. Hesab edirəm ki, internet mediasının fəaliyyətinin tənzimlənməsi Mətbuat Şurasının xətti ilə olacaq. Bütün mətbuat orqanları peşə davranış qaydalarına qol çəkərək Mətbuat Şurasında birləşib. İnternet medianın da tanınmış bir sıra nümunələri Mətbuat Şurasına üzv olublar.

Kimlər peşə prinsiplərini pozurlarsa, ictimai qınaq yolu ilə uzaqlaşdırılacaqlar. Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun dediyi kimi, onlar qanunauyğun olaraq cəzalandırılacaqlar. Hansı saytlar ciddi media kimi fəaliyyət göstərmək istəyirlərsə, Mətbuat Şurasının üzvlüyünü qəbul etməklə peşə etikası prinsipləri çərçivəsində yola davam edə bilərlər. 

- Bəzən olur ki, şantaj xarakterli, dəqiqləşdirilməmiş, yalan materiallar ictimai fikrə nüfuz edən saytlarda da yer alır. Bəs onların məqsədi nədir? Pul qazanmaqmı, sifarişləri yerinə yetirməkmi, yoxsa nə?


- Qabaqlar hər hansı bir jurnalistin və ya jurnalistliyə iddia edən bir adamın mətbuat orqanında çalışması üçün iki-üç il jurnalistikanın peşə prinsiplərini, yazmaq vərdişini öyrənməsi prosesi lazım idi. İndi elə bir vəziyyət yaranıb ki, ümumiyyətlə, bu prosesi keçməmiş, yetkinləşməmiş, formalaşmamış, peşə qayda və prinsiplərini mənimsəməmiş insanlar sayt açıb ona rəhbərlik etməyə başlayırlar. Lap ibtidaidən başlasaq, Azərbaycan dilinin qayda-qanunlarını pozdular. Ana dilimizdə normal cümlə yaza bilməyən adamlar saytlarda artıq jurnalistika nümunəsi kimi məlumatlar təqdim etməyə başladılar. Belə hallar bizim dilimizə zərər verir, burada tənzimlənmə getməlidir.

Sonrakı mərhələdə isə onlar jurnalist, mətbuat adına iddia edib diqqət cəlb etməyə çalışdılar. Çox zaman onlar populyar olmaq üçün özlərindən uydurulmuş xəbərlər və ya hansısa qeyri-adi fikirlər səsləndirməklə diqqəti cəlb etməyə cəhd göstərirlər. Mən həmişə demişəm ki, bu cür diqqət cəlb etmək və yalan informasiyalarla populyarlaşmaq ötəridir. Bu cür saytların yalançı informasiyaları insanların əsəbinə toxunaraq bir-iki dəfədən sonra artıq öz etibarlarını itirməyə başlayacaq və heç kəs onlara maraq göstərməyəcək. Təbii ki, burada ictimai qınaq da olmalıdır ki, bu tip adamlar jurnalistikadan uzaqlaşsınlar və bu, gələcəkdə o birilər üçün görk olsun. 

"Yeni media içərisində səviyyəliləri var"

- «Allah eləməsin, hər şey qəzetlərin yazdığı kimi olsun» deyə vaxtilə Napoleonun səsləndirdiyi bu fikirlər bugünkü medianın vəziyyəti ilə adekvat səslənmirmi?

- Əlbəttə, Napoleon indiki dövrdə yaşasaydı daha çox təəccüblənərdi. Onun bu proseslərə necə davam gətirə biləcəyi də sual altındadır. Tutaq ki, qəzetlər gündə bir dəfə nəşr olunurdusa, hansısa bir xəbərdən insan gündə bir dəfə sarsıla bilirdisə, bu gün hər anın içərisində qisas almaq istəyən, sifarişlər yerinə yetirən, yalan xəbərlər yazan insanların meydanında qalmışıq. Hər kəs istədiyi an öz qəzəbini mətbuat adı ilə püskürə bilər. Bu mənada Napoleonun da bu vəziyyətə davam gətirməsi çətin məsələdir. Bəzən insan saytlarda və sosial şəbəkələrdə hansısa hücumlar nəticəsində təzyiqə məruz qalır. Buna tab gətirmək çətin olduğundan bu cür hücumlara Napoleon da dözməzdi. 

- Elə isə «Yeni media» deyirkən biz bunu şantaj, reketçilik və hədyan kimi sözlərləmi xarakterizə etməliyik? Yoxsa qapı arasından işıq görünür?

- Yeni medianın səviyyəli nümunələri də var və biz buna şahidik. Mən APA, Lent.az, Modern.az, “Qafqazinfo” artıq ciddi medianın formasını dəyişmiş şəklidir. Bunları qəzetlərin elektron variantı da adlandırmaq olar. Hesab edirəm ki, onlar nümunədirlər və bu nümunədən bəhrələnmək lazımdır. Uzun illər formalaşmış qəzetçilik ənənələrinin internet mediaya transfer olan və orda davam etdirilən yaxşı tərəflərini öyrənmək lazımdır. Yalançı hay-küylə, şok informasiya ilə, şayiələrlə məşğul olmağın ömrü çox qısadır və sonu da yoxdur. 


- Əgər bu gün sosial media KİV kimi çıxış edirsə və insanlar həm də əsası olmayan xəbərləri oradan əldə edib onlara inanırlarsa, bu, cəmiyyətin gerçək mediaya olan inamına da təsir etmirmi?

- Bir neçə il bundan əvvəl Bakıda «Hər kəs jurnalist ola bilərmi?» adlı bir konfrans keçirilirdi. «Exo» qəzetinin baş redaktoru Rauf Talışınski ilə mənim - uzun illər qəzetə rəhbərlik etmiş şəxslər kimi fikirlərimiz üst-üstə düşürdü. Biz o nəsil jurnalistikaya aid idik ki, «Hər kəs jurnalist ola bilməz» - deyə düşünürdük. Şəxsən mənim fikrimcə, jurnalist olmaq üçün çoxlu keyfiyyətlər lazımdır. O cümlədən də yazmaq qabiliyyəti, intuisiya önəmlidir. Məlumat, savad sonradan əldə oluna bilər, ancaq bir sıra keyfiyyətlər var ki, onlar genetik olmalıdır.

Bu baxımdan, mən hər kəsin jurnalist ola biləcəyinə inanmıram. Düzdür, hər adam yaza, hər hansı xəbəri çatdıra bilər. «Filan şair vəfat etdi», «Filankəs işdən çıxdı» kimi xəbərləri yazmağa xüsusi qabiliyyət tələb olunmur. Ancaq axı jurnalistikanın əsas sahələri bu deyil. Jurnalistika dəyərli araşdırmalar, ictimai həyata təsir edən analitik yazılar və s. sahəsidir. Ancaq indi sosial şəbəkələrdə ayrı-ayrı vətəndaşlar da öz fikirlərini bildirə bilirlər.

Elə bir vəziyyət yaranıb ki, hətta, psixi durumu yerində olmayan adamlar hansısa fikirlər səsləndirirlər. Bu fikirləri də ifadə azadlığı, söz azadlığı altında təqdim edirlər. Hesab edirəm ki, bu, düzgün deyil. Bu, yeni medianın ”“ yeni şəraitin yaratdığı anormal bir vəziyyətdir. Bu vəziyyət mütləq tənzimlənməlidir. Yoxsa bu bizdə və ümumiyyətlə, dünyada xaotik bir duruma aparıb çıxaracaq. Bir ingilis şairinin dediyi kimi: “Dünyanın axırı: nə su basması, nə alovla ”“ od püskürməsi ilə gələcək. Dünyanın axırı xaosla gələcək”. Biz xaos vəziyyətinə doğru getməkdəyik. Bu xaosun qarşısının alınması üçün mütləq həyəcan təbili olmalıdır ki, hansısa çıxış yolu tapılsın. 

- Sizcə vəziyyətin hüquqi müstəvidə tənzimlənməsi mümkündürmü?

- Biz bunları müzakirə edirik... İnternet media ilə bağlı «Mətbuat haqqında qanun»a da dəyişiklik olub. Həmçinin Respublika Prokurorluğuna təkzib tələb etmək barədə də səlahiyyətlər verilib. Yeni media hələ oturuşmayıb. Belə vəziyyətdə hansısa qanunların yazılması və bəndlərin əlavə olunması tam nəticə vermir.

Mənim fikrimcə, ilk növbədə ictimai qınaq olmalıdır. Mətbuat Şurası, mətbuatın özünü tənzimləyən qurumu tez-tez ictimaiyyətə “hansı media qurumları qayda-qanunları pozub, hansı fikirlər yanlışdır və yaxud ziyanlıdır” deyə açıqlamalar verməlidir. Sonrakı mərhələdə bu prinsiplərə əməl etməyənlər hüququn nəzərdə tutduğu qaydada cəzalandırılmalıdır. 
Oxşar xəbərlər
06:51, Bu gün
Misirdəki piramidaların sirri açıla bilər
06:49, Bu gün
İsrail Rəfahda 50-yə yaxın terrorçunu məhv edib
18 May 2024 | 23:57
Elmdə sıçrayış: dondurulmuş insan beyni həyata qaytarılıb
18 May 2024 | 23:53
Azərbaycan millisi Almaniya və İsrail yığmaları ilə qarşılaşacaq
18 May 2024 | 23:50
"Ukrayna Rusiyanın neft emalı gücünün 14 faizini sıradan çıxarıb" - "Bloomberg"
18 May 2024 | 23:47
Gecə yatmazdan öncə ananas yeyin, görün nə olacaq - Bu problemi aradan qaldırır
18 May 2024 | 23:35
Meyiti tapılan qadın görün kimdir
18 May 2024 | 23:33
Putin Şimali Koreyaya səfər edəcək
18 May 2024 | 23:31
Gürcüstan parlamenti Prezidentin mübahisəli qanunla bağlı vetosunu dəf edə biləcək
18 May 2024 | 23:29
Evinə sevgilisi ilə gedən əri ARVADI DÖYDÜRDÜ - FOTO
18 May 2024 | 23:16
Bakıda mənzildə meyit aşkarlanıb
18 May 2024 | 23:15
Bu teatrdan 1500 nəfər TƏXLİYƏ EDİLDİ - ŞOK SƏBƏB- VİDEO
18 May 2024 | 22:52
Yatmazdan əvvəl bunları edin
18 May 2024 | 22:48
“Akkuyu” AES-də ilk enerji blokunun işə başlayacağı tarix açıqlanıb
18 May 2024 | 22:48
Afrikadan gələn maraqlı görüntü müzakirə mövzusuna çevrildi: Heyvanlar hərəkətsiz qaldı
18 May 2024 | 22:41
Eduard Məmmədov 11-ci dəfə Dünya Kubokunu qazandı
18 May 2024 | 22:33
Zelenski Makronun "Olimpiya atəşkəsi"ni rədd edib: "Bu, düşmənin əlinə oynamaqdır"
18 May 2024 | 22:25
Qətlə yetirilən tələbənin cinayət işində müəmma daha da böyüyür - Ailəsi DANIŞDI / VİDEO
18 May 2024 | 22:16
Sərhəddəki ermənilərə vaxt verildi: iyunun 24-dək tərk edin!
18 May 2024 | 22:09
DƏHŞƏTLİ QƏTL: arvadını öldürdü, cəsədi ilə selfi çəkdi, özü isə...
18 May 2024 | 22:07
Sankt-Peterburq hərbi akademiyasında "qeyri-iradi" patlayış baş verib, yeddi nəfər xəstəxanalıq olub
18 May 2024 | 21:57
Bu bürclərdən ehtiyatlanın: Sirr saxlaya bilmirlər!
18 May 2024 | 21:56
“Fransa qalib gələcək, amma...”
18 May 2024 | 21:49
Aygün Kazımovanı bir də belə görün - FOTOLAR
18 May 2024 | 21:44
Yaxşı yatmaq üçün YOLLAR: Minnətdar olacağınız məsləhətlər
18 May 2024 | 21:37
Hər şey yaxşılığa doğru dəyişəcək: Yazın sonuna qədər 
18 May 2024 | 21:25
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib - FOTO
18 May 2024 | 21:21
Qərbin Qafqaz "agentura"sı çökdürülür: ABŞ "casus savaşı"nı uduzur, regiondan çıxarılır 
18 May 2024 | 21:15
Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - FOTO
18 May 2024 | 21:09
NATO-nun ən güclü 10 ordusu - Türkiyə neçəncidir?  
18 May 2024 | 21:07
Faiq Ələkbərlinin milli fəlsəfi fikir tarixinə aid yeni əsəri nəşr olunub
18 May 2024 | 20:56
Qəbizliyi aradan qaldıran qidalar
18 May 2024 | 20:50
32 ildən sonra Laçında ikinci toy - FOTO
18 May 2024 | 20:41
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
18 May 2024 | 20:40
Şəkidə yol qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
18 May 2024 | 20:33
5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla... 
18 May 2024 | 20:27
İsrail "Hizbullah" döyüşçülərini daşıyan avtomobilə zərbə endirib - VİDEO
18 May 2024 | 20:23
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
18 May 2024 | 20:10
Siyasi partiyalarla konstruktiv dialoq milli maraqların qorunmasına hesablanıb
18 May 2024 | 19:56
Putinlə Tokayev arasında kritik zəng
18 May 2024 | 19:50
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
18 May 2024 | 19:49
Lerikdə uçqun zamanı bağlı qalan yol qismən açılıb
18 May 2024 | 19:30
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
18 May 2024 | 19:29
Azərbaycan çempionatında möhtəşəm qol vuruldu
18 May 2024 | 19:16
Cəlilabadda canavarlar altı qoyunu parçalayıb, dördü xəsarət alıb
18 May 2024 | 19:12
Zurabişvili xarici agentlər haqqında qanuna veto qoyub
18 May 2024 | 19:08
"Rusiya ilə Qərb arasında hərbi qarşıdurmanın kəskin mərhələsi davam edir"
18 May 2024 | 19:07
Zəngilan məscidinin əsaslı təmirdən sonrakı görüntüləri - VİDEO
18 May 2024 | 18:30
Müdafiə Nazirliyinin idarə rəisi İŞDƏN ÇIXARILDI
18 May 2024 | 18:02
Qarabağ Universiteti ilə bağlı sualların cavablandırılması üçün bu nömrəyə ZƏNG EDİN
18 May 2024 | 17:57
Xalq artisti Roza Cəlilova yubileyi münasibətilə evində ziyarət olundu - FOTO
18 May 2024 | 17:53
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım etdi - FOTO
18 May 2024 | 17:49
Ağasəlim Mircavadov "Sumqayıt"ın Premyer Liqada ikincilik şansını daha yüksək qiymətləndirib
18 May 2024 | 17:43
"Ağ Evin keçirdiyi unikal əməliyyat nəticəsində amerikalı həkimlər Qəzzanı tərk edib" - CNN + FOTO
18 May 2024 | 17:37
Binədə qeyri-adi hadisə: Yola tökdükləri başlarına bəla oldu - VİDEO
18 May 2024 | 17:31
Alim Qasımovu dünyaya təqdim edən tarzən: O, ölümündən əvvəl tarına nə deyib? - FOTO
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 17:19
Fidan Qasımova və Nahidə Orucova nənə oldu-FOTO
18 May 2024 | 17:17
Qadın sürücüləri tənqid etdi: "Harda gəldi saxlayıb gedirlər"
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
18 May 2024 | 17:09
Boksçularımız beynəlxalq turniri 5 medalla başa vurublar - FOTO
18 May 2024 | 17:04
Moskvada Azərbaycan məhsullarının dequstasiyası keçirilib - FOTO
18 May 2024 | 17:01
“Ermənilərin məşhur bəstəkarı özü etiraf etmişdi ki, musiqi yazmağı Üzeyir Hacıbəylidən öyrənib”-FOTO+ÖZƏL
18 May 2024 | 16:59
Maşanlı kəndində 590 fərdi ev inşa ediləcək
18 May 2024 | 16:58
"Kiyevin müttəfiqləri Ukraynanı sülh danışıqlarına meyilləndirir" - "Europe 1" radiostansiyası
18 May 2024 | 16:56
Qarabağ Universitetinin bukleti hazırlanıb
18 May 2024 | 16:54
2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev inşa ediləcək
18 May 2024 | 16:52
"Azəriqaz"-ın baş direktoru bir qrup Birlik əməkdaşını mükafatlandırdı - FOTO
18 May 2024 | 16:50
Yüz manatlıqlarla bağlı əhaliyə XƏBƏRDARLIQ: "DİQQƏTLİ OLUN!"
18 May 2024 | 16:48
Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək
18 May 2024 | 16:45
Prezident və xanımı Zəngilan məscidinin açılışında - YENİLƏNİB
18 May 2024 | 16:42
2040-cı ilədək Mincivanda 630 fərdi ev və yaşayış binaları tikiləcək
18 May 2024 | 16:39
Peter Siyarto: Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı fəaliyyəti bərpa olunmalıdır
18 May 2024 | 16:35
“Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi - YENİLƏNİB
18 May 2024 | 16:32
Azərbaycanın yunan-Roma güləşi millisi U-15 Avropa çempionatında birinci olub
18 May 2024 | 16:29
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 16:22
Hacıqabulda 14 yaşlı oğlan bıçaqlanıb
18 May 2024 | 16:19
Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoydu - FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:12
İlham Əliyev Cəbrayılın Böyük Mərcanlı kəndinin təməlini qoydu - FOTO
18 May 2024 | 16:11
Azərbaycanlı şair vəfat edib
18 May 2024 | 16:08
Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoydu
18 May 2024 | 16:03
"Zəmanətli sanitar zonaya Polşa da düşəcək" - Medvedev
18 May 2024 | 15:58
Bəzi yerlərə leysan, dağlıq ərazilərdə qar yağıb, Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
18 May 2024 | 15:51
"IV siniflərin 98 faizi monitorinq imtahanında iştirak edib"
18 May 2024 | 15:49
“Söz azadlığından, demokratiyadan  danışıb sosial şəbəkələrin fəaliyyətini dayandırmaq əxlaqsızlıqdır”
18 May 2024 | 15:45
Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
18 May 2024 | 15:44
UNEC-in sədrliyi ilə Türk Universitetləri Birliyinin 7-ci Baş Assambleyası keçiriləcək
18 May 2024 | 15:43
“Real Madrid”in 60 milyon avroya transfer etdiyi futbolçu mövsüm sonunda klubsuz qala bilər
18 May 2024 | 15:36
Daşkənddə keçirilən Türk Dünyası Sammiti başa çatdı - FOTO
18 May 2024 | 15:33
Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu
18 May 2024 | 15:30
“NKVD” – komsomol qarşıdurması: Beriya bu mübarizədən də qalib çıxıb  
18 May 2024 | 15:25
ABŞ-nin nüfuzlu universitetlərinə qəbul qazanan məktəblinin daha bir uğuru
18 May 2024 | 15:20
Nohur gölündə suyun səviyyəsi aşağı endirilir - VİDEO
18 May 2024 | 15:18
Türkiyəli nazir Zəngəzur dəhlizinin açılacağı tarixi açıqladı
18 May 2024 | 15:16
Azərbaycanın üçqat dünya çempionu: Özümdən bu nəticəni gözləyirdim
18 May 2024 | 15:15
Qafqazda qurulan oyun
18 May 2024 | 15:10
Fransa-Azərbaycan gərginliyinin əsl səbəbi: Məsələ Ermənistan deyilmiş
18 May 2024 | 15:03
Bakıda 50 minə yaxın lV sinif şagirdi imtahan verdi
GÜNLÜK
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
18 May 2024 | 07:40
Kommunistlər də keşiş Baqratın hərəkatını dəstəklədi...-SSRİ-nin bərpasını xəyal edirlər...
18 May 2024 | 09:00
Yasin Qarayev: “Ramiz Məlik deyirdi ki, milli teatr bir dənə olur, sizin teatra bu status verilə bilməz"
18 May 2024 | 07:20
Yaşıl kartofu yemək çox təhlükəlidir – Həkim
18 May 2024 | 08:00
Kardioloqdan XƏBƏRDARLIQ: Telefonda 30 dəqiqədən çox danışmaq...
18 May 2024 | 07:08
Tarixin ən məşhur qadın mafiyaları - Onlar hansı cinayətləri törədiblər?
18 May 2024 | 08:39
Hakimiyyətdə kimlərin övladları nə işlə məşğuldur?
18 May 2024 | 09:19
XƏBƏRDARLIQ - Mayın 22-dən 25-dək...
18 May 2024 | 11:05
Sabah leysan olacaq, qar yağacaq, çaylardan sel keçəcək - PROQNOZ
18 May 2024 | 10:53
Roza Zərgərli: “Aftandil İsrafilov mənəvi atam idi, bir çox qadınların adına..."
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
12 May 2024 | 19:07
2 azyaşlı uşağı vuraraq hadisə yerindən qaçan ifaçı SÖYÜŞ SÖYDÜ
15 May 2024 | 22:56
Fitsoya sui-qəsdlə bağlı maraqlı FAKT - 2003-cü ildən sonra ilk dəfə... - VİDEO
17 May 2024 | 10:44
Bu rayonlarda insan alveri qurbanlarının sayı daha çoxdur -Gəncə, Sumqayıt... 
AYLIQ
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
18 May 2024 | 07:40
Kommunistlər də keşiş Baqratın hərəkatını dəstəklədi...-SSRİ-nin bərpasını xəyal edirlər...
18 May 2024 | 09:00
Yasin Qarayev: “Ramiz Məlik deyirdi ki, milli teatr bir dənə olur, sizin teatra bu status verilə bilməz"
18 May 2024 | 07:20
Yaşıl kartofu yemək çox təhlükəlidir – Həkim
18 May 2024 | 08:00
Kardioloqdan XƏBƏRDARLIQ: Telefonda 30 dəqiqədən çox danışmaq...
18 May 2024 | 07:08
Tarixin ən məşhur qadın mafiyaları - Onlar hansı cinayətləri törədiblər?
18 May 2024 | 08:39
Hakimiyyətdə kimlərin övladları nə işlə məşğuldur?
18 May 2024 | 09:19
XƏBƏRDARLIQ - Mayın 22-dən 25-dək...
18 May 2024 | 11:05
Sabah leysan olacaq, qar yağacaq, çaylardan sel keçəcək - PROQNOZ
18 May 2024 | 10:53
Roza Zərgərli: “Aftandil İsrafilov mənəvi atam idi, bir çox qadınların adına..."