"O dövrdə atamı dönə-dönə NKVD-yə çağırıblar ki, Sovet Şuşasının da başı dumanlı olarmı..?"
Qarabağ
Oxunub: 3444
15 May 2021 | 09:08
“Mən təəsüratlarımı, həyəcanımı, sevincimi sözlə ifadə edə bilmirəm. Cənab prezidentimiz bizə böyük, misilsiz sevinc bəxş etdi. Bizim zəfər imzalı, müzəffər Ali Baş Komandanımız təkcə biz Qarabağlılara yox, ümumiyyətlə bütün azərbaycanlılara elə bir sevinc bəxş etdi ki, bunu sözlə demək çox çətindir. Birinci növbədə mən cənab prezidentimizə təşəkkür edirəm, var olsun! Mən həm prezidentə, həm də onun xanımına canlı-canlı Şuşada bir neçə dəqiqə də olsa öz təşəkkürlərimi, minnətdarlığımı bildirdim. 2 saat da ona təşəkkür etsəydim az idi. O, bizi başqa bir dünyaya apardı. Onun bizə rəhbərlik etdiyi bu 17 ildə hər sahədə olduğu kimi Azərbaycan xalqının gənclərində vətənpərvərlik hissi o qədər yüksək səviyyədə aşılandı ki. Bir vaxtlar analarının qucaqlarında, o torpaqlardan qundaqda çıxan gənclər qəhrəmancasına doğma vətənimizin torpaqları uğrunda vuruşdular, vətənimizi işğaldan azad etdilər. Bu zəfərdə ölkə başçısı ilə yanaşı birinci xanım Mehriban Əliyevanın da xidmətləri var. Mehriban xanım Əliyeva uzun illər Heydər Əliyev fondunun prezidenti olaraq Qarabağımızı, milli musiqi alətlərimizi, muğamımızı, milli-mənəvi dəyərlərimizi dünyada təbliğ edərək hər an, addım-addım öz əməlləri ilə bizi Qarabağımıza daha da yaxınlaşdırdı. Şəhidlərimizə, qəhrəman igidlərimizə Allahdan rəhmət diləyirəm.  Ruhları şad olsun! Onları böyüdüb boya-başa çatdıran valideynlərinin qarşısında mən baş əyirəm. Qazilərimizə can sağlığı arzu edirəm. Allah onları var etsin! Xalqımız var olsun! 44 günlük müharibə dövründə xalqımız bir yumruq kimi cənab prezidentin ətrafında birləşdi. İnanın, mənim sevincimin həddi-hüdudu yoxdur. Mən 44 günlük müharibədə nələr çəkdim, bunu bir Allah bilir. Demək olar ki, yatmadım. Elə bilirdim ki, mən də səngərdə, əsgərlərimizin yanındayam. Hər gün fikirləşirdim ki, igidlərimiz Şuşaya necə qalxacaqlar?! O sıldırım qayaları necə dəf edəcəklər?! Şükür Allahın bu günki gününə!”
Bunu Moderator.az-a açıqlamasında Xan Şuşinski Fondunun rəhbəri, görkəmli muğam ustadının qızı Bəyimxanım Verdiyeva-Cavanşir bildirib. O daha sonra əlavə edib.
 
“Şuşaya gedəcəyim günü çox səbirsizliklə gözləyirdim. Biz ora getmək üçün koronovirus testi verməli idik. Mən bilirdim ki, sağlamam! O qədər həyəcan keçirirdim ki, birdən testin nəticəsi pozitiv çıxar, mən Şuşaya gedə bilmərəm. “Şuşaya gedirik” kəlməsi bilirsiz mənim üçün nə idi?! Dünyanın 30-dan çox ölkəsində olmuşam, bu zaman keçirdiyim hissləri heç bir vaxt keçirməmişəm. O qədər həyəcanlı idim ki. Tək mən yox, bizlə gedən Azərbaycanımızın bütün ziyalıları, sənətkarlarımız, jurnalistlərimiz hamımız eyni vəziyyətdə idik. Şükürlər olsun Şuşamıza girdik! Şuşa həminki Şuşa idi. Özünün gözəl təbiəti, uca və vüqarlı dağları, yaşıl yamacları, əzəməti ilə önümüzdə dayanmışdı. Düşmən nə qədər bizim tarixi abidələrimizi dağıtsa da, talan etsə də Şuşanın əzəməti yerində idi. Bir zamanlar mənim ulu babam Pənahəli xan Cavanşir Şuşa şəhərini inşa etdirərkən məhz oranın relyefini, gözəl təbiətini nəzərə alaraq Qarabağın paytaxtı elan etmişdi. O qalanı tikdirərək dövrünün tanınmış ziyalılarını, alimlərini, musiqiçilərini, şairlərini, rəssamlarını, nəqqaşlarını hamısını o şəhərdə yerləşdirmişdi. Sonradan isə Şuşada yaşamaq istəyənlər çöl qalada məskunlaşmışdılar. Dahi sənətkarımız Rəşid Behbudov “Qalalıyam, qalalı” mahnısını ifa edərkən o “Şuşalıyam, Şuşalı” demək istəyirdi. Bir zamanlar Şuşanın adı Pənah xanın şərəfinə Pənahabad adlandırılmışdı. İlk realnı məktəb Şuşa şəhərində idi. Mənim atam Xan Şuşinski də həmin məktəbi bitirib. Atam kiril, fars, ərəb, latın əlifbasında sərbəst yazıb oxuyurdu. Şuşa həqiqətən də mədəniyyət mərkəzi olub. Şuşaya bir zamanlar kiçik Paris, Qafqazın konservatoriyası deyilirdi. Mən deyərdim ki, Şuşa Qafqazın yox, Şərqin konservatoriyasıdır. Elə buna görə də cənab prezidentimiz Şuşanı Azərbaycanın Mədəniyyət paytaxtı elan etdi. Mənim atam işğaldan öncə dünyasını dəyişmişdi. Şuşaya çatanda, avtobusdan düşərkən mənim gözüm Şuşa həsrəti ilə dünyasını dəyişən Süleyman Ələsgərovu, Vasif Adıgözəlovu axtarırdı. O ziyalı insanların içərisində mən onları görmək istəyirdim. Hər birinin ruhları şad olsun! Atalı-analı, uşaqlıq illərimi keçirdiyimiz evimizə getdim. Həyat yoldaşım, Xalq artisti Fikrət Verdiyev, kürəkənim Xalq artisti, pianoçu Murad Hüseynov da mənimlə bərabər getdilər. Siz təsəvvür edin ki, nə kimi hisslər keçirmişəm?! Hələ də özümə gələ bilmirəm! O pilləkənlərə yaxınlaşanda bütün keçirdiyim gözəl günlər hamısı gözümün önündən lent yazısı kimi keçdi. İnanın ayağım, dilim, nitqim tutuldu. Güclə özümü toparladım, Fikrət müəllim məni tutdu. Həyətimizdəki bulaq yox idi, nadir ağaclar çıxarılmışdı, həyətimiz gözümə balaca dəydi! Üzeyir bəy kimi dahinin evini dağıtmaq olarmı?! Mən ad tapmıram bunlara verim! Bunlar millət deyil, tayfadır, şeytandan əmələ gəlmiş tayfadırlar. Heç vaxt tarixi silə bilməzsən, təbiəti dağıda bilməzsən, sıldırım qayalara sənin gücün çata bilməz. Sən kimsən?! Evimizi dağıdıblar, düzdü, bünövrəsinə gücləri çatmayıb, amma içini məhv ediblər, darvazaya kimi söküb aparıblar. Əllərində əlac olsaydı Üzeyir bəyin də, bizim  evimizi də özülü qarışıq şumlayardılar. Çiçəklərin ləçəyindən, həyətimizin torpağından öpdüm, iylədim. İndi də danışanda çox həyəcanlanıram” deyə Xan Şuşinskinin qızı deyib.
Bəyimxanım xanım qeyd edib ki, atası Xan Şuşinski Zülfüqar bəy Hacıbəyovun evini satın alıb.
“Onu da qeyd etmək istəyirəm ki, mənim atam Xan Şuşinski Qarabağ xanı Pənahəli xan Cavanşirin oğlu Məhəmmədhəsən Ağa Cavanşirin kötücəsidir. O dövrdə babamın Şuşa ətrafında 3 kəndi olub. Korocaq, Xoca və Ballıca. Şuşa şəhərinin mərkəzində 3 böyük imarətləri olub. Sovet dönəmində o evlərin hamısı yandırılıb və dağıdılıb. Atam Şuşanı çox sevirdi. Şuşa haqda yazılan “Şuşanın dağları” adlı ilk mahnı atama məxsusdur. Sözləri də musiqisi də atama aiddir. Atam sətiraltı olaraq bizim müqəddəs bayrağımızı gələcək nəsillərə çatdırmağa çalışmışdı. Duman mavi rəngdə, qırmızı koftalı, yaşıl tumanlı deyə bildirilmişdi. O dövrdə atamı dönə-dönə NKVD-yə çağırıblar ki, Sovet Şuşasının da başı dumanlı olarmı?! Təbii ki, atam Şuşanı canından çox sevirdi. Atam 1928-ci ildə Xankəndində milli alətlərdən ibarət Qarabağ adlı ansambl yaratmışdı. Bu ansamblın üzvləri ilə Azərbaycanın bir çox yerlərində  konsert proqramları ilə çıxış edirdilər. Atam Qarabağı, Şuşanı çox sevirdi. Təvazökarlıqdan uzaq da olsa deyəcəyəm ki, Xan Şuşinski Qarabağın simvolu idi. 1960-cı ildə atam Üzeyir Hacıbəyovun qardaşı Zülfüqar Hacıbəyovun evini satın aldı. 60-cı ildən başlayaraq biz hər yay ora gedirdik. Bizim evimiz Üzeyir bəyin ev muzeyi ilə bitişik iki mərtəbəli bir ev idi. Hər il bu muzeyi bir çox əcnəbilər gəlib, ziyarət edərdilər. Bilən də ki, o biri evdə canlı korifey Xan Şuşinski yaşayır, gəlib atamla çəkil çəkdirib, avtoqraf alardılar. Biz may ayından gedərdik, bir də sentyabr ayında geri dönərdik. Şuşanın mərkəzində güllü bağ var idi. Hamı bilirdi ki, bağın girəcəyində skamyada Xanın öz yeri var idi. Əgər atam gəlib orada oturmurdusa, istəyir o bağda min nəfər adam ola, on nəfəri ayaqüstə qala, yer tapmaya oturmağa onların heç biri orada oturmazdılar ki, bura Xanın yeridir” deyə  sənətkarın qızı bildirib.
Oxşar xəbərlər
19 Oct 2024 | 23:47
Aeroport yolunda sürət həddi endirildi
19 Oct 2024 | 23:31
Əməkdar incəsənət xadimi Sürayə Ağayeva vəfat edib
19 Oct 2024 | 23:19
Netanyahu: İran məni və həyat yoldaşımı öldürməyə cəhd etməklə çox böyük səhvə yol verdi
19 Oct 2024 | 23:17
İsrail ordusu “Hizbullah”ın kəşfiyyat komanda mərkəzinə zərbə endirib
19 Oct 2024 | 23:10
Kuba ikinci dəfə zülmətə qərq oldu
19 Oct 2024 | 22:56
Böyük QALMAQAL! - Müqəddəs torpaq anlayışı varmı? - VİDEO
19 Oct 2024 | 22:55
"Qərb raketləri çox bahadır, qoy dronlar buraxsınlar" - Pentaqon rəhbəri
19 Oct 2024 | 22:40
Bəşəriyyəti iqlim dəyişikliyindən bu bitki SAĞ ÇIXARACAQ - FOTO
19 Oct 2024 | 22:30
Samir Abasovun qələbə şərhi: "Görüləcək işlər çoxdur"
19 Oct 2024 | 22:20
“Axsaq örədəklərin” Berlində görüşü
19 Oct 2024 | 22:15
İran İsrailin hücumuna hazırdır - Arakçı
19 Oct 2024 | 22:08
Partlayan binanın sakinlərinin aqibəti necə olacaq? - VİDEO
19 Oct 2024 | 22:00
Bu ölkədə 1100-ə yaxın məhbus vaxtından əvvəl AZAD EDİLƏCƏK
19 Oct 2024 | 21:53
Yeni Dehlidə Yamuna çayını toksik köpük örtüb
19 Oct 2024 | 21:50
Fransadan aqressiv və sərt addımlar: İnsanları ölkədən çıxarmaq istəyir - TƏHLİL
19 Oct 2024 | 21:43
Hamsterin dişlədiyi qadın uşaqlarının gözü önündə öldü
19 Oct 2024 | 21:39
2025-ci il İran və Türkiyənin Mədəniyyət ili elan edildi
19 Oct 2024 | 21:37
Ukrayna ilk “Mirage-2000” təyyarələrini 2025-ci ilin əvvəlində alacaq
19 Oct 2024 | 21:34
KİV: İsrail Sinvarın cəsədini girovlarla dəyişdirmə nəzərdən keçirir
19 Oct 2024 | 21:28
KXDR Ukrayna müharibəsinə 12 min hərbçi göndərəcək - Cənubi Koreya kəşfiyyatı
19 Oct 2024 | 21:27
"Mançester Yunayted" qələbə həsrətinə son qoydu
19 Oct 2024 | 21:25
Bu bədbəxtlər Azərbaycan dilindən niyə qorxur? - Qazipur
19 Oct 2024 | 21:20
Vergidən yayınan müğənnilərə XƏBƏRDARLIQ: “Cinayət məsuliyyətinə cəlb olunacaqlar”-FOTO
19 Oct 2024 | 21:17
“Ermənilərin toyunda “Uzundərə” rəqsini bəy və gəlin oynayır” - Növbəti oğurluq-VİDEO
19 Oct 2024 | 21:11
Şabranda kanalda qadın meyiti aşkarlanıb
19 Oct 2024 | 21:05
Zelenski Qərbə ULTİMATUM VERDİ - "Bir neçə həftə ərzində..."
19 Oct 2024 | 20:55
Dünya əhalisinin 1,1 milyardı yoxsulluq içində yaşayır
19 Oct 2024 | 20:50
Buş Putinin sözlərini ciddi qəbul etmədi, bu da nəticəsi...
19 Oct 2024 | 20:45
13 yaşlı oğlu üçün fahişə çağıran ata saxlandı
19 Oct 2024 | 20:38
Zəhərli köpüklə selfi çəkən hindlilər - FOTOLAR- VİDEO
19 Oct 2024 | 20:35
Türkiyə Prezidenti: İsrailin qarşısı alınmasa, bölgədə sülh olmayacaq
19 Oct 2024 | 20:25
ƏHALİNİN NƏZƏRİNƏ! - Azərbaycanda zəlzələ olacaq- Seysmoloq AÇIQLADI
19 Oct 2024 | 20:18
Türkiyə ilə bu məsələdə fərqli düşünürük - Şolts
19 Oct 2024 | 20:17
“Qələbə dünyanın bizə münasibətini dəyişdi”
19 Oct 2024 | 20:13
600-dən yuxarı bal toplayanların hərbi xidməti barədə yeni DETALLAR
19 Oct 2024 | 19:57
Xaçmazda çaydan kişi meyiti tapıldı
19 Oct 2024 | 19:53
Faktiki hava açıqlanıb - YENİLƏNİB
19 Oct 2024 | 19:53
İspaniyada İŞİD üzvləri həbs edildi
19 Oct 2024 | 19:47
Ərdoğan: "Hazırda Türkiyədə 3,5 milyona yaxın suriyalı qaçqın var"
19 Oct 2024 | 19:45
Dünya çempionu müharibədə ÖLDÜ - FOTO
19 Oct 2024 | 19:39
İsrail ordusu Beyruta zərbələr endirib
19 Oct 2024 | 19:20
Sumqayıtda silah-sursat tapılıb
19 Oct 2024 | 19:10
“İMZA” İctimai Birliyinə yeni üzvlər qəbul olundu - FOTO
19 Oct 2024 | 19:05
Bakı sülh sazişini Paşinyanla imzalamaq istəmir - Əmirbəyov
19 Oct 2024 | 19:00
Bəhreyndə keçiriləcək Gimnaziadaya güləşçilərimiz də qatılacaq
19 Oct 2024 | 18:55
Onlar üçün qapımızı açıq tutmuşuq - Ərdoğan
19 Oct 2024 | 18:50
Ac ayılar karvana hücum etdilər
19 Oct 2024 | 18:38
Sakitləşməyə kömək edən vasitələr - Psixoloq açıqladı
19 Oct 2024 | 18:30
Rusiya həmin hərbçilərdən BU MƏQSƏDLƏ istifadə edəcək - SENSASİON İDDİA
19 Oct 2024 | 18:23
Netanyahunun evinə PUA hücumu: İsrail hərəkətə keçdi
19 Oct 2024 | 18:18
Sığorta şirkətlərinin ikili oyunu: Görün nələr edirlər
19 Oct 2024 | 18:08
106 yaşlı qadının həyat sirri
19 Oct 2024 | 18:01
"Araz-Naxçıvan" "Şamaxı"nı məğlub etdi
19 Oct 2024 | 17:57
Bu həftə sonu bədbəxtliklərə görə hönkür-hönkür ağlayacaq 6 BÜRC
19 Oct 2024 | 17:56
Qüdrət Həsənquliyev seçicilərlə növbəti görüş keçirib - FOTO
19 Oct 2024 | 17:52
Yeni aldığınız paltarları geyinməzdən əvvəl yumalısınız - XƏBƏRDARLIQ
19 Oct 2024 | 17:47
“Tağı Əhmədovun məclislərinin başında Yaşar olub, dəstəyini görmüşük”- ÖZƏL
19 Oct 2024 | 17:47
Ölümündən əvvəl həkimlər Tağı Əhmədova görün nə deyib
19 Oct 2024 | 17:43
"28 May" metrostansiyasının yaxınlığındakı yolda CİDDİ DƏYİŞİKLİK - VİDEO
19 Oct 2024 | 17:38
İntihar edən hərbçimizin FOTOSU
19 Oct 2024 | 17:32
"Hizbullah" Netanyahunu hədəfə alıb, baş nazir və ailəsi evdə olmayıb...
19 Oct 2024 | 17:27
ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov tələbələrlə görüşdü - FOTOLAR
19 Oct 2024 | 17:25
“Yaxın Şərqdəki münaqişələrin gərginlik dalğaları ABŞ-dəki seçki prosesləri ilə bağlıdır...”
19 Oct 2024 | 17:22
Efirdə qalmaqal: “Gəlin heç kimin qulluqçusu deyil” - VİDEO
19 Oct 2024 | 17:17
Kosmosun ən qorxunc planeti: Cəhənnəm Yerə yaxın imiş
19 Oct 2024 | 17:12
Günay bacısının xeyir işindən yeni görüntülər paylaşdı - VİDEO
19 Oct 2024 | 17:09
Azərbaycan ciddi problem qarşısında...
19 Oct 2024 | 17:06
Kirayə mənzil bazarında qiymətlər necə dəyişəcək? - AÇIQLAMA
19 Oct 2024 | 17:00
Sahibsiz itlərin hücumuna məruz qalan Paşinyan qaçdı
19 Oct 2024 | 16:54
"Ayaks"la oyun "Qarabağ" üçün dönüş nöqtəsi olacaq" - Tuncay Şanlı
19 Oct 2024 | 16:48
Qazaxdakı təhlükə saçan körpü nə zaman təmir ediləcək? - FOTO
19 Oct 2024 | 16:42
Argentinada tutuquşuların işğalı: Sakinlər təşviş içində - VİDEO
19 Oct 2024 | 16:36
"Despot və təcavüzkar düşmənə müqavimətimiz sarsılmazdır" - Xamenei dünya müsəlmanlarına müraciət etdi
19 Oct 2024 | 16:30
“Qarabağ”ın oyunçusunun üçüncü övladı dünyaya gələcək - FOTO/VİDEO
19 Oct 2024 | 16:24
Gürcüstandan olan səyahətçilərin ikinci qrupu Qarabağda
19 Oct 2024 | 16:17
Əməkhaqqı və pensiyalar nə qədər artacaq? - Büdcədən bu qədər vəsait ayrıldı
19 Oct 2024 | 16:11
Azər Aydəmir hoteldə tanınmış psixoloq xanımla hamam xalatında TUTULDU - FOTO
19 Oct 2024 | 16:05
Ərdoğan Almaniya kanslerini qəbul etdi - FOTO
19 Oct 2024 | 16:00
Avroparlament: çirkli pulların dövr etdiyi, terrorçuların mənafeləri qorunan qurum - TƏHLİL
19 Oct 2024 | 15:54
"Bakılı oğlanlar" efirə qayıdır - VİDEO
19 Oct 2024 | 15:48
Azərbaycan elmi adına növbəti beynəlxalq UĞUR
19 Oct 2024 | 15:42
"NATO Kiyevə dəstəkdə ABŞ-ın rolunu azaltmağı planlaşdırır" - CNN
19 Oct 2024 | 15:37
Türkiyənin ən problemli şəhərləri AÇIQLANDI: ANTALYA, İZMİR...
19 Oct 2024 | 15:35
Dünyanın ən kiçik paltaryuyanı hazırlandı - VİDEO
19 Oct 2024 | 15:34
“Hökümə Qurbanova ilə Nəcibə Məlikova bu səhnəni oynamaqdan imtina etdilər”- KÜSÜLÜ məşhurlar-ARAŞDIRMA+ÖZƏL
19 Oct 2024 | 15:30
Pandemiya qaçılmazdır: Bəşəriyyəti təhdid edən infeksiyalar AÇIQLANDI
19 Oct 2024 | 15:25
COP29-a məxsus xüsusi avtomobillərin hərəkəti test edildi - YENİLƏNİB
19 Oct 2024 | 15:20
Türkiyədə meşə yanır, beş helikopter cəlb olundu - VİDEO
19 Oct 2024 | 15:15
BƏDBİN PROQNOZ: Bakı susuz qala bilər - Bütün ssenarilərə hazır olmalıyıq
19 Oct 2024 | 15:10
Çılpaq yatmağın gözlənilməz FAYDALARI
19 Oct 2024 | 15:05
Gəncədə "Təmiz hava" aylığı ilə əlaqədar tədbir keçirilib - FOTO
19 Oct 2024 | 15:01
Bu bürclər DAHA AZ yaşayır
19 Oct 2024 | 14:57
Nazilə Səfərli onlayn xına məclisi apardı - VİDEO
19 Oct 2024 | 14:56
“Hansısa təyyarədə Azərbaycan türkcəsində “Xoş gəldiniz” deyilməsinin İran rəhbərliyində müzakirəsi doğru deyil...”
19 Oct 2024 | 14:53
COP29 bitəndən sonra zolaqlar ləğv olunacaq? - RƏSMİ AŞIQLAMA
19 Oct 2024 | 14:49
Avstraliya çimərliklərində sirli kürələrin mənşəyi məlum olub
19 Oct 2024 | 14:46
Xalq artisti təcili əməliyyat olundu – FOTO
19 Oct 2024 | 14:42
Ölən müəllimənin həyat yoldaşından təsirli PAYLAŞIM - FOTO/VİDEO
19 Oct 2024 | 14:38
Xatirədən ailəsi ilə bağlı QADAĞA
19 Oct 2024 | 14:34
Putin G20 sammitinə qatılmayacaq - SƏBƏB
GÜNLÜK
19 Oct 2024 | 08:31
Bakının bu 4 yerindən ev almayın – Şəhər sakinlərinin nəzərinə
19 Oct 2024 | 15:34
“Hökümə Qurbanova ilə Nəcibə Məlikova bu səhnəni oynamaqdan imtina etdilər”- KÜSÜLÜ məşhurlar-ARAŞDIRMA+ÖZƏL
19 Oct 2024 | 08:39
"Bütün tanış qızlar mənim qarşımda lüt dolanır, sən də..." – Salyanda ŞOK HADİSƏ
19 Oct 2024 | 08:11
“Çiko”nun içindən görün nə çıxdı - FOTO
19 Oct 2024 | 09:38
Azərbaycanda ehtiyatda olan hərbçilər orduya ÇAĞIRILDI - MÜHÜM XƏBƏR!
19 Oct 2024 | 10:15
Sabiq merin həyat yoldaşının evində axtarış: PULLAR GÖRÜN HARDAN ÇIXDI - VİDEO
19 Oct 2024 | 07:31
Şimali Koreyadan gəlmiş əsgərlərə rus hərbi formaları geyindirilir...-VİDEO
19 Oct 2024 | 08:53
Ermənilərin yalnız 2 faizi Putinin cani dostuna inanır...-Daha çoxu Paşinyanı dəstəkləyir...
19 Oct 2024 | 10:35
Dövlətdən 80 manat alacaq şəxslərin NƏZƏRİNƏ! - Fəaliyyətə başladı
19 Oct 2024 | 12:49
“Atamın sənətinə hörməti var idi, artıq pul verdi” - Arif Quliyevin evini alan iş adamı kimdir?-ÖZƏL
HƏFTƏLİK
15 Oct 2024 | 14:36
“Kimdir bunlar, hansı əsaslarla şəhərə giriblər, nə işlə məşğul olurlar?”-ÖZƏL
17 Oct 2024 | 10:08
"35 övladım var" - 30 ildir yoxa çıxan tanınmış azərbaycanlı qadın müğənni + VİDEO
14 Oct 2024 | 17:41
Ramzan Kadırov Rusiya bayrağından imtina edən dünya çempionuna müraciət etdi
17 Oct 2024 | 23:18
"Girovları qaytarın, silahı yerə qoyun, öz həyatınızı xilas edin..."
17 Oct 2024 | 21:22
KİV: Sinvarla birlikdə HƏMAS-ın bir sıra hərbi liderləri də öldürülüb
17 Oct 2024 | 21:01
Ənvər Abbasov və “Komedixana”nın təhsil mesajları - Yazıq repetitorlar
17 Oct 2024 | 11:15
Ali Məhkəmənin bu qərarı HƏR ŞEYİ DƏYİŞƏCƏK 
18 Oct 2024 | 11:50
ABŞ bu səbəbdən Türkiyə vətəndaşlarına QADAĞA QOYDU- VİZA ALMAQ MÜMKÜNSÜZDÜR
18 Oct 2024 | 11:35
Microsoft Data Mərkəzlərini niyə dənizin altına köçürdü?- ŞOK SƏBƏB 
15 Oct 2024 | 23:35
“Mehriban Ələkbərzadə mənə dedi ki, cavan olsaydın...”-Aktyora teatrlarda niyə yer yoxdur?-ÖZƏL+ŞİKAYƏT
AYLIQ
19 Oct 2024 | 08:31
Bakının bu 4 yerindən ev almayın – Şəhər sakinlərinin nəzərinə
19 Oct 2024 | 15:34
“Hökümə Qurbanova ilə Nəcibə Məlikova bu səhnəni oynamaqdan imtina etdilər”- KÜSÜLÜ məşhurlar-ARAŞDIRMA+ÖZƏL
19 Oct 2024 | 08:39
"Bütün tanış qızlar mənim qarşımda lüt dolanır, sən də..." – Salyanda ŞOK HADİSƏ
19 Oct 2024 | 08:11
“Çiko”nun içindən görün nə çıxdı - FOTO
19 Oct 2024 | 09:38
Azərbaycanda ehtiyatda olan hərbçilər orduya ÇAĞIRILDI - MÜHÜM XƏBƏR!
19 Oct 2024 | 10:15
Sabiq merin həyat yoldaşının evində axtarış: PULLAR GÖRÜN HARDAN ÇIXDI - VİDEO
19 Oct 2024 | 07:31
Şimali Koreyadan gəlmiş əsgərlərə rus hərbi formaları geyindirilir...-VİDEO
19 Oct 2024 | 08:53
Ermənilərin yalnız 2 faizi Putinin cani dostuna inanır...-Daha çoxu Paşinyanı dəstəkləyir...
19 Oct 2024 | 10:35
Dövlətdən 80 manat alacaq şəxslərin NƏZƏRİNƏ! - Fəaliyyətə başladı
19 Oct 2024 | 12:49
“Atamın sənətinə hörməti var idi, artıq pul verdi” - Arif Quliyevin evini alan iş adamı kimdir?-ÖZƏL