Tofiq Hacıyev: “Məni Yaşar Qarayev yoldan çıxartdı” -MÜSAHİBƏ
Oxunub: 4218
28 Sep 2015 | 20:34
Tofiq Hacıyev: “Məni Yaşar Qarayev yoldan çıxartdı”   -MÜSAHİBƏ
Moderator.az teleqraf.com-a istinadən akademik Tofiq Hacıyevlə müsahibəni təqdim edir.

 - Tofiq müəllim, Azərbaycan dil tarixinin fədakar tədqiqatçısısınız. Bu istiqamətdə elmi-tədqiqat işləri davam edirmi?  

- Bilirsən, Prezidentimizin dil haqqında dövlət proqramı ilə bağlı sərəncamı var. Dilçilik institutuna gələndən məqsədim institutun digər işləri ilə yanaşı proqramdakı məsələləri həyata keçirməkdir. Bu məsələlərdən biri də Azərbaycan dilinin dialekt və şivələrini müasir şəkildə işləməkdir. Bizə də dialektoloji tədqiqatları cəmləşdirmək, bir yerə yığmaq üçün atlas lazım idi. 

 - Yarandımı atlas?


 - Təbii, qarşımıza məqsəd qoyduq ki, “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası”nı yaradaq. Beləliklə, çox mükəmməl atlas yarandı. 

 - Axı 90-cı illərdə də Azərbaycan dilinin dialektoloji atlası vardı.

 - Düzdür, vaxtilə Azərbaycan dialektoloji atlası yaranmışdı. Amma Azərbaycan üçün yalnız 150 xəritə var idi. Biz isə təkcə Naxçıvan dialektinə aid 251 xəritə hazırlamışıq. 

 - Yəni  belə çıxır ki, atlas çoxlu incəliklərlə əhatə olunub?

 - Deyək ki, Naxçıvanda bir əşya var və bir qarabağlı onu görməyib. Biz atlasda həmin əşyanın şəklin də vermişik. Məsələn, qapını döymək üçün iki cür siqnal vasitəsindən istifadə olunur: tanqılbab və zəndilbab. Biri döyüləndə bilinir ki, kişidir və kişi qapını açmağa gedir, digəri döyüləndə isə aydın olur ki, qadındır və qapını qadın açır.  

- Yəni qadını qarşılamaq üçün qadın, kişinin qarşısına isə kişi çıxır...  

- Bəli, bu, Azərbaycanın əxlaq tarixidir. Belə bir məsələ də var. Yəqin bilirsən.  

- Necə? 

- Tarixən Azərbaycan xalqı, milləti iki türk tayfası əsasında müəyyənləşir: oğuzlar və qıpçaqlar. Mən Naxçıvan dialektinin oğuz, Qıpçaq tipli olduğunu göstərmişəm. Yəni bu Qıpçaq xüsusiyyətidir, bu Oğuz xüsusiyyətidir. 

- Bəs sonra bu tiplər, oğuz və qıpçaqlar təkamül keçdi? Yəni bir-birinə qaynayıb-qarışdımı? 

- Nəsildən-nəslə oğuz kişisi Qıpçaq qızı ilə, Qıpçaq kişisi oğuz qızı ilə evlənib. Və bu, davam edə-edə elə qarışıb ki, bir də görürsən, bir ailədə oğuz elementi də, Qıpçaq elementi də var.  


 - Yəqin atlasın elektron forması da var...

 - Təbii ki, var. Disk formasındadır. Kompüterdə oxumaq olar.  

- Bütün bu ağır, eyni zamanda qürurverici işləri görmək üçün böyük fədakarlıq tələb olunur. Bəs Tofiq müəllim bu enerjini nədən alır?  - Mənim 80 yaşım var. Amma bu iş o qədər həvəsli olub ki, camaat da yorulmur, çalışır. Elə bil Allah-Təala mənə enerji verdi. Mənim oğlumun bir hekayəsi var. Orada qəribə bir psixoloji məqam verilib. Müharibədən sonra dağın başında meşənin içində bir top olur. Onu 20-30 adam aşağı endirə bilmir. Ancaq müharibə dövründə iki adam o topu ora qaldırıb. Gör enerji necə ekstaza gəlir ki, onlar döyüşmək üçün topu ora qaldırıblar.  


- Yəni bir işə ürəklə yanaşırsansa və sevdiyin işdirsə, bu, yaşa, yorğunluğa baxmır?


 - Şübhəsiz, yorulurmuşuq, amma sən demə, o vaxt yorğunluğu hiss eləməmişik. Çünki artıq burada tarixi iş görülürdü. Və bu atlas institutun tarixində, tərcümeyi-halında böyük iş kimi qalır.   


- Tofiq müəllim, sizin ədəbiyyat haqqında da fikirləriniz maraqlıdır. Yaxşı bir əsər sizi sevindirdiyi kimi, yəqin, narahat olduğunuz məqamlar da var. Bununla əlaqədar bir məsələyə diqqətinizi cəlb etmək istərdim. Bildiyimiz kimi bədii ədəbiyyat qüdrətli tərbiyə vasitəsi, ideoloji silahdır. Təəssüf ki, müasir dövrdə ədəbiyyata lazımi əhəmiyyət verilmir. Bədii ədəbiyyatın təbliği zəifdir, cəmiyyətdə nüfuzu aşağıdır...


  - Yaşar Qarayev deyir ki, bazar iqtisadiyyatı ədəbiyyatın, sənətin düşmənidir. Kitab satılmır. Kitab oxunmur. Cəmiyyətdə, təhsildə, radio və televiziyada, mətbuatda ədəbiyyatın təbliğinə, ədəbi görüşlərin keçirilməsinə ardıcıl, məqsədyönlü iş kimi baxılmalıdır. Mən mütaliədən uzaq qaldığım vaxtlarda auditoriyaya mühazirə oxuyanda görürdüm ki, danışığımda solğunluq var.  


- Konkret bir məsələyə diqqət çəkmək istəyirəm. 2007-ci ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bütün ixtisas qruplarından ədəbiyyat fənnini çıxartdı və yalnız III qrupda, həm də “4” balla saxladı. Necə düşünürsüz, bu, düzgün yanaşmadırmı? Yəni sizin dediyiniz təbliğə zidd deyil ki?


 - III qrup humanitar elmləri əhatə edir və bu elmlər içərisində ədəbiyyat əsas fənlərdən birini təşkil edir. Bu cür münasibət və qiymətləndirmə, təbii ki, gənclər arasında ədəbiyyatın əhəmiyyətinin azalmasına səbəb olur. TQDK-nın qəbul imtahanlarında riyaziyyata üstünlük verməsi yaxşı haldır. Bununla TQDK həyatımızı riyaziyyatlaşdırmağa, elmi-texniki, iqtisadi tərəqqiyə üstünlük verməyə çalışır. Bu, çox vacibdir. 

 - Məgər bu riyaziyyatlaşma ədəbiyyatsızlaşdırma hesabına olmalıdır?

 - Əlbəttə ki, bu cür olmaz. Deyək ki, Avropa texniki elmlərə üstünlük verməklə çox düzgün yol tutur. Amma nə olsun?! Ədəbiyyata əhəmiyyət verməməklə ciddi səhv edir. Hələ vaxtilə böyük Səməd Vurğun Avropada ictimai elmlərə o qədər də ciddi əhəmiyyət verilmədiyini qeyd etmişdi. Yəni bu riyaziyyatlaşma dünyada gedən prosesdir. Qaldı ki, Avropada ailə institutunun zəif olması, cinayətkarlıq, eybəcər əxlaqi hərəkətlər, məncə,  bütün bunlar mənəvi mədəniyyətin zəifliyindən irəli gəlir. Bizim xalqın mənəvi cəhətdən zəngin olmasında Nizamilərin, Aşıq Ələsgərlərin, Səməd Vurğunların əsərləri, həmçinin nağıl və dastanlarımızın mühüm rolu olub. Biz həm texniki fənlərə üstünlük verməliyik, həm də milli mentalitetimizə uyğun olaraq ədəbiyyatı diqqətdən kənar saxlamamalıyıq. 

 - Necə deyərlər, qoy, iqtisadiyyatı və mənəviyyatı qoşa qanad kimi inkişaf etdirməyi Avropa Azərbaycandan öyrənsin. Belə?  

- Elədir. Axı, insan pul qazanmaq məharəti ilə deyil, ilk növbədə, dərin elmi biliyi ilə, yaxşı insan olmağı ilə öyünməlidir. Atalarımız da yaxşı deyib: “Alim olmaq asandır, adam olmaq çətin”. Ədəbiyyat məhz adam olmaqda adamlara kömək edir. Bayaq deyirdin ki, ədəbiyyat ideoloji silahdır. Ədəbiyyat silahdır. Füzulini biz yazıq Məcnun hesab edirik. Sən təsəvvür edirsənmi? Bütün “Leyli və Məcnun”larda Nofəl ərəb sərkərdəsidir. Füzulidə isə o, türk sərkərdəsidir. Rum sərkərdəsidir. 

 - Niyə? 

- Sultan Səlim İraqı tutmuşdu. Türklüyü təbliğ edirdi. Ona görə də Nofəli türk vermişdilər. Yəni görürsən, ədəbiyyat öz sözün necə deyir?!  Mənim oxuduğum illərdə deyirdilər ki, sənin vətənin Sovetlər İttifaqıdır. Səməd Vurğun deyirdi ki, sənin vətənin Azərbaycandır və “Azərbaycan” şeirini yazırdı. İdeologiya budur. Fikri dolayı yolla deyirdi. “Bizim ellər Koroğlular, Çapayevlər yurdudur”. Çapayevi bura xatir üçün yazıb. Yəni Çapayevi deməsəydi, milli qəhrəmanlarımızı tərənnüm etmək müşkül olardı. Yaxud da “iclas getdi, sarı kürən qız yazdı, yazdı, yazdı”. Yəni çıxışların hamısı rusca gedirdi. “Amma qarabəniz, qaragöz qız əsnədi”. “Lenin” poemasını yazmasaydı, Rəsul Rza deyərdi ki, “Ağ rəng Şeyx Şamil qılıncının rəngi”? 


- Yəni, Lenindən və partiyadan yazmaq bir forma idi...

 - Şübhəsiz, Mirvarid Dilbazi deyirdi ki, Lenin və partiya haqqında yazmaq Bismillahdır. Bismillahdan sonra onu mühakimə eləmirdilər. Ona görə də bugünkü ədəbiyyat da onu görməlidir. Vətənpərvərliyi necə təbliğ edirdilər, vətəndaşlığı necə təbliğ edirdilər. Babəki, Koroğlunu necə təbliğ edirdilər. Məmməd Aslanın “Qərənfil” şeiri 1990-cı ilin Qanlı Yanvar günü üçün bilirsən nə idi?! Və ya Əhməd Cəmilin müharibə illərində yazdığı “Can nənə bir nağıl de”, Ramiz Rövşənin “Ölüm” şeiri və s.

 - Tofiq müəllim, Sizcə, şeir bu gün necə yazılmalıdır?

 - İndi vacib deyil ki, iki varaq yazasan. Yığcam iki bənd olmalıdır ki, şeir yadda qalsın. Hüseyn Alışanovun bayatıları var, hamısını əzbər bilirəm. Əvvəllər mən sinfə girirdim və imzasını vermədən Süleyman Rüstəm, Məmməd Rahim, Rəsul Rza - yaşlı nəslin şeirləri ilə Ramiz Rövşən, Vaqif Bəhmənli, yəni gənclərin də şeirlərini oxuyurdum. Sonra deyirdim ki, bu şeirlərin hansı güclü, hansı zəifdir? 

- Nə deyirdilər?

  - Hamısı deyirdi ki, cavan şairlərin şeirləri. Bilirsən, Universitetin filologiya fakültəsinin zövqü bu günün tələbidir. O kimi qəbul edirsə, deməli o cür, o üslubda yazmaq lazımdır. Bir dəfə tələbəlik illərimdə Natəvan klubunda şeir gecəsi idi. II və ya III kursda oxuyurdum. Şeir gecəsini Səməd Vurğun aparırdı. Bir nəfər təxminən belə şeir oxudu, vətənim gözəlsən, çiçəklisən, axar suların belə, filan... Qurtaranda hamı əl çaldı. Rəhmətlik Nazim Hikmət də orada idi. Dedi ki, oğul, vətən gözəl olduğu üçün vətən deyil, vətən olduğu üçün gözəldir. Yəni tikanlı, daşlı, kəsəkli olsa da, yenə vətəndir. Artıq bu gün şeir yazanda belə şeylərə fikir vermək lazımdır. 


 - Tofiq müəllim, sizin “Yazıçı dili və ideya-bədii təhlil” kitabınız var. Oxumuşam. Çox maraqlı kitabdır...  

- Bilirsən, yazıçıya deyə bilməzsən ki, sən belə yaz və ya elə yaz. Bir az ümumi götürsək, Əli Kərimdəki, Fikrət Qocadakı, Yusif Səmədoğludakı, Vaqif Səmədoğludakı, Məmməd İsmayıldakı söz demək, təşbeh işlətmək forması Səməd Vurğunda yoxdur.  


- Səməd Vurğunda necə idi ki? 


- Səməd Vurğun dilində elə bil qrammatika hakimdir. Cümlənin mübtədası, xəbəri, təyini bunların içindədir. Amma burada qrammatika vacib deyil. Qrammatikanı şerin özü yaradır. Şeirin özü qrammatik formaya düşür. Səməd Vurğun o biri üslublarda dram yaza bilməzdi. Şair, yazıçı öz dilini ana dilinin üstündə qurur. Görürsən, biz orta məktəb qrammatika kitablarında çalışmalar veririk, hamısı yazıçının dilindəndir. Heç bir elmi əsərdən misal gətirilmir. Çünki ana dili yazıçının dilidir. Məsuliyyəti onlar daşıyır. Dili qoruyub saxlayan da onlardır. Deyək ki, “qan yaddaşı” ifadəsi Sabir Rüstəmxanlıdan irəli gəlir. O ki qaldı, üslub haqqında danışsaq, deyərik ki, hər yazıçının, şairin öz üslubu olmalıdır və ya var.  

- Məsələn...  


- Əli Kərim tamam başqa cür yazırdı. Ramiz Rövşən də Əli Kərimdən başladı. Amma indi tamam başqa cür yazır. Onun ayrı söz demək üslubu var.  


- Bəs bu gün gedən ədəbi prosesi necə, izləyirsiz? 


 - “Ədəbiyyat qəzeti”ni izləyirəm. Orada çıxanların əksəriyyəti xoşuma gəlir. Birdən görürsən ki, hansısa şeir xoşuma gəldi. Götürüb bir səhifə yazı yazıram.   


- Tənqidimizdə vəziyyət necədir? 


- Tənqid var, amma nəsə ümumi götürəndə idarəçilik yoxdur, birləşmə yoxdur. Proses şəklinə sala bilmirik. Sovet dövründə ədəbi proses var idi. Yəni ədəbiyyat yaranır, tənqid də onu təhlil edirdi. İndi ədəbiyyat yaranır, tənqid yoxdur. Lakin bəzi yazıları görəndə fikirləşdim ki, tənqid var. Sadəcə hərəsi bir məqalə yazır itib-batır.  

- Tənqid var deyəndə kimləri nəzərdə tutursunuz?  


- Bu yaxınlarda bir nəfər Fikrət Sadıxdan yazı yazmışdı. O, çox xoşuma gəldi. Tənqidçilər arasında Əsəd Cahangir diqqətimi çəkir.

  - Maraqlıdır, özünüz heç şeir yazmısınız?

 - Cavanlıqda yazmışam. Dedim şair olacağam. Əslində, mən riyaziyyatı fənlərin hamısından yaxşı bilirdim. Elə bildim ki, filfaka gələndə adam şair olur (gülür).  

- Görəsən, şairlik sizdə niyə alınmadı?  - Hüseyn Alışanovla kirayədə qalırdıq. Görürdüm ki, o, şeiri elə yazır, elə bil Aşıq Ələsgər yazıb. Mən də əziyyətlə bütün gecəni səhərəcən əlləşirdim, zillətlə bir şeir yazırdım. Sonra gördüm məndən şeir yazan olmaz və ədəbiyyatı buraxıb dilçiliyə keçdim. Onun da tarixi var.

- Maraqlıdır... 


- Yaşar Qarayev məni yoldan çıxartdı (gülür). II kursun başlanğıcında rəhmətlik Səlim Cəfərov auditoriyaya girdi və dedi ki, sizi dilçilərə, ədəbiyyatçılara ayıracağam. Yaşar Qarayevlə arxada yanaşı oturmuşduq. Səlim müəllim Yaşar Qarayevdən başladı. Yaşar cavab verdi ki, müəllim, icazə verin fikirləşim. O oturanda mənə dedi ki, Tofiq, istəmirəm biz gələcəkdə konqruyent olaq. Sən ədəbiyyatla yanaşı dili də yaxşı bilirsən. Öz-özümə dedim bu nə deyir? Dil nədir? Konqruyent nədir? Ədəbiyyat nədir? Bircə onu qavraya bildim ki, Yaşar istəyir ki, birimiz dilçi, birimiz isə ədəbiyyatçı olaq. 

- Beləcə, buradan artıq yollar məlum oldu...

 - Universiteti qurtardıq. Fakültəyə iki aspirant girdi: biri Yaşar, biri mən. Yaşar ədəbiyyatı, mən dili seçdim. Və Akademiyaya Yaşar ədəbiyyat üzrə müxbir üzv, mən isə dil üzrə müxbir üzv oldum. 

- Sizcə, ədəbiyyatda qalsaydınız, necə olardı? 

- Nə bilmək olar. Bəlkə, daha yaxşı ola bilərdi. Yaşarın “feilinə” düşüb dilçiliyə gəldim (gülür). Amma mənim filologiyaya gəlməyim isə ümumiyyətlə o şeirlə bağlı oldu. Ramiz Rövşənin ifadəsi var: “Biz dünyaya gəlməzdik, analar aldatdı bizi”. 

İndi o şeir məni aldadıb filologiyaya gətirdi.   
Oxşar xəbərlər
17:49, Bu gün
İbrahim Rəisini aparan helikopterin qəza səbəbi bilindi, prezident avtomobillə Təbrizə yola düşdü
17:43, Bu gün
Nazirlik: VI siniflərdə keçirilən monitorinq uğurla başa çatdırılıb
17:40, Bu gün
İran Prezidenti helikopterin sərt enişi nəticəsində xəsarət almayıb - KİV
17:39, Bu gün
Yağıntılı hava ilə bağlı magistral yollarda görmə məsafəsi məhdudlaşacaq
17:38, Bu gün
Slovakiyanın güllələnmiş baş nazirinin vəziyyəti necədir?
17:32, Bu gün
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – Təfərrüat
17:25, Bu gün
Latviya Parlamentinin sədri: Qarabağdakı quruculuq işlərinə şahidlik etmək çox sevindiricidir
17:23, Bu gün
Türkiyəli nazir: İlin sonunadək neft hasilatı daxili bazarın tələbatının 10 faizini ödəyəcək
17:20, Bu gün
Qocalar evində ölümləri "proqnozlaşdıran" ekstrasens pişik
17:18, Bu gün
Köçəryan və Sərkisyandan Paşinyana qarşı həmlə: Petrosyan tərəfini açıqladı
17:08, Bu gün
İran Prezidentini daşıyan helikopter sərt eniş edib, Rəisinin vəziyyəti məlum deyil - YENİLƏNİB
17:07, Bu gün
Göyçayda 24 yaşlı oğlanı cərəyan vurub öldürüb
17:05, Bu gün
Bakıda iki sərnişin avtobusu toqquşdu: 6 nəfər xəsarət aldı
16:58, Bu gün
İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb
16:55, Bu gün
Latviya parlamentinin sədri Şuşadadır
16:52, Bu gün
Rusiyalılar mülki ukraynalıları qətlə yetirir, Xersonda insanların üzərinə drondan partlayıcı maddə atılıb
16:44, Bu gün
Nuran Abdullayev: "Prezident İlham Əliyev nə zaman hansı gedişi edəcəyi bilinməyən ən güclü siyasi şahmat ustasıdır"
16:40, Bu gün
"Hücumun birinci fazası: Volçanskın zəbt edilməsi rusiyalılara nə üçün lazımdır?" - ISW
16:39, Bu gün
Ukrayna Rusiyanın daha bir gəmisini VURDU
16:37, Bu gün
Çərçivə sazişi imzalanır, dəhliz bu statusla açılır - Tarix verildi
16:36, Bu gün
Türkandan gözlənilməz hərəkət: Efirə telefonla buraxmadılar deyə GÖRÜN NƏ ETDİ - VİDEO
16:34, Bu gün
Rusiya Xarkovdakı istirahət mərkəzini “İskander”lə vurub, ölənlərin sayı 5-ə çatıb - YENİLƏNİB
16:20, Bu gün
Amerikalı qız başqa ölkəyə köçdü, adını dəyişdi: Maraqlı SƏBƏB
16:18, Bu gün
Cəlilabadda 17 yaşlı yeniyetmə bıçaqlanıb
16:14, Bu gün
Ağsu dolaylarında asfalt çöküb
16:06, Bu gün
Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Günü qeyd edilir
15:45, Bu gün
Bitlisdə avtobus dərəyə düşüb, yaralananlar var
15:31, Bu gün
Maqnit qasırğaları zamanı edilən səhvlər SADALANDI
15:28, Bu gün
Xətaidə yanğın: Avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
15:27, Bu gün
Dunay çayında gəmilər toqquşub, ölənlər var
15:04, Bu gün
Seyid İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
15:03, Bu gün
Yeni Kaledoniyada gərgin vəziyyətlə əlaqədar məktəblərdə dərslər dayandırılıb
15:02, Bu gün
Erməni barbarlığına tuş gələn Qubadlı məscidi
15:01, Bu gün
Ukrayna Rusiyanın daha bir gəmisini məhv etdi
14:45, Bu gün
“Ola bilsin ki, bəziləri bizim bu görüşlərimizi bəyənməsinlər”
14:45, Bu gün
Çinin kənd təsərrüfatı naziri haqqında təhqiqat başlanıb
14:43, Bu gün
Tabut açıldı: Qızı içəridəki kişini görüb DƏHŞƏTƏ gəldi
14:42, Bu gün
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
14:40, Bu gün
Müdafiə Nazirliyi şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimi keçirib
14:25, Bu gün
Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon
14:23, Bu gün
Prezident: "Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir"
14:22, Bu gün
"Ukrayna Rusiyadakı obyektlərə zərbələr endirmək üçün ABŞ-dan icazə istəyir" - "The Wall Street Journal"
14:15, Bu gün
Anar Heybətova ağır itki - FOTO
14:14, Bu gün
"Belarus post-sovet ölkələri arasında Azərbaycanın dördüncü ən böyük xarici ticarət partnyorudur"
14:11, Bu gün
Vətəndaş kibercinayətkarların tələsinə belə düşdü - 25 min manat itirdi- ŞOK FAKTLAR
14:11, Bu gün
"Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgəyə fayda verəcək"
14:09, Bu gün
Prezident: "İki hidroqovşağın açılışı və istismara verilməsi tarixi hadisədir"
14:08, Bu gün
Prezident: "İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir"
14:07, Bu gün
Tanınmış xanəndə məşhur aktyorun bacısı imiş - FOTO
14:07, Bu gün
Azərbaycan Prezidenti: "Bizim energetika sahəsində çox böyük planlarımız var"
13:44, Bu gün
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində azı 4 nəfər ölüb
13:42, Bu gün
Diş yetişdirmək üçün dünyada ilk dərman yaradıldı
13:27, Bu gün
Aralıq dənizində zəlzələ
13:23, Bu gün
İran səfiri: Missiyamın son günündə ən böyük sərhəd layihəsinin istifadəyə verilməsi ilə fəxr edirəm
13:21, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
13:20, Bu gün
Sumqayıtda mənzildən kişi meyiti tapıldı
13:19, Bu gün
Kim qalib gələcək: Tramp, yoxsa Bayden?
12:55, Bu gün
Sabah Azərbaycanın bu rayonlarında leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək
12:54, Bu gün
Rusiyada yük qatarı relsdən çıxdı - VİDEO
12:53, Bu gün
İran raketləri İsrailin 12 müdafiə xəttini yardı - General
12:53, Bu gün
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
12:48, Bu gün
Baqratın baş nazir olmaq şansı varmı?
12:38, Bu gün
"Barselona" transfersiz qala bilər
12:30, Bu gün
Rusiyanın “dərin dövləti” haqda sensasion iddia - ADLAR
12:21, Bu gün
Latviya parlamentinin sədri Füzulidə səfərdədir
12:20, Bu gün
“Qərbi Azərbaycana qayıdış” Türk Dünyası Sammiti Daşkənddə baş tutdu - Fotolar
12:16, Bu gün
Bu gün derbi var - “Qalatasaray” çempion ola bilər
12:11, Bu gün
“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - FOTOLAR
12:11, Bu gün
İstanbul boğazlarında gəmilərin hərəkəti dayandırıldı
12:00, Bu gün
İlham Əliyev sərhəddə İran prezidenti ilə görüşdü - YENİLƏNİB
11:47, Bu gün
"Rusiya-Azərbaycan" dəyirmi masası və ikitərəfli görüşlər keçirilib
11:45, Bu gün
Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır
11:43, Bu gün
Ajda Pekkandan Sezen Aksu ETİRAFI: “Necə inandıracağımı bilmirəm”
11:40, Bu gün
Kahramanmaraşda 3,6 bal gücündə zəlzələ baş verib
11:26, Bu gün
İndoneziyada vulkan püskürməsi: 7 şəhər boşaldılıb
11:25, Bu gün
Rusiyanın Belqorod vilayətində raket təhlükəsi elan edilib
11:23, Bu gün
Tovuzda 3 nəfər dəm qazından zəhərlənib, biri ölüb
11:21, Bu gün
DİN valideynlərə müraciət ETDİ
11:13, Bu gün
Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək... - VİDEO
11:10, Bu gün
Hondurasın Rusiyadakı səfiri qəflətən vəfat edib
11:09, Bu gün
Sumqayıtda F-1 əl qumbarası aşkarlanıb
10:52, Bu gün
Nə edək? - "Evrovision"a Bayram Nurlunu, Baboşu göndərək? - VİDEO
10:37, Bu gün
Türkiyədə güclü partlayış: Yaralananlar var
10:35, Bu gün
Azərbaycanın bəzi rayonlarında şimşək çaxıb, qar yağıb - FAKTİKİ HAVA
10:22, Bu gün
Bu bürclərin qızları ilə ailə qurmaq sizə baha başa gələ bilər
10:17, Bu gün
Qədir Aslanov: Azərbaycan ziyalısı, jurnalist, vəfalı ailə başçısı!
10:16, Bu gün
VI sinif şagirdləri üçün monitorinq keçirilir
10:15, Bu gün
"Keşiş hökumətlə qarşıdurmaya getsə, Paşinyan bu addımı atacaq"
10:13, Bu gün
Çin kəşfiyyatı kosmosla bağlı casusluq faktı AŞKARLADI
10:07, Bu gün
Baqratdan ŞOK HƏDƏ: “Baha başa gələcək...”
10:05, Bu gün
“Bütün enerjisini işə həsr edənlərdə infarkt riski daha yüksəkdir”
10:02, Bu gün
Tağı Əhmədovun son halı - FOTO
09:50, Bu gün
10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA + VİDEO
09:48, Bu gün
Azərbaycan Basketbol Liqası: Final seriyasının ikinci oyunu keçiriləcək
09:43, Bu gün
Azərbaycan cüdoçuları dünya çempionatında mübarizəyə başlayır
09:37, Bu gün
Ziyafətdən sonra necə TEZ AYILMAQ OLAR? - Sadə və təsirli üsullar
09:34, Bu gün
Qəzzada ölən İsrail hərbçilərinin sayı 630-a çatıb
09:32, Bu gün
Qaradağda ağır qəza: İki nəfər yaralanıb
09:05, Bu gün
Gəncəçayda batan yeniyetmənin meyiti tapılıb
09:04, Bu gün
Səhər saatlarında şirin sıyıq yeməyin zərərləri
GÜNLÜK
18 May 2024 | 17:53
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım etdi - FOTO
18 May 2024 | 18:02
Qarabağ Universiteti ilə bağlı sualların cavablandırılması üçün bu nömrəyə ZƏNG EDİN
18 May 2024 | 20:10
Siyasi partiyalarla konstruktiv dialoq milli maraqların qorunmasına hesablanıb
18 May 2024 | 18:30
Müdafiə Nazirliyinin idarə rəisi İŞDƏN ÇIXARILDI
18 May 2024 | 19:07
Zəngilan məscidinin əsaslı təmirdən sonrakı görüntüləri - VİDEO
18 May 2024 | 19:56
Putinlə Tokayev arasında kritik zəng
18 May 2024 | 17:57
Xalq artisti Roza Cəlilova yubileyi münasibətilə evində ziyarət olundu - FOTO
18 May 2024 | 20:33
5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla... 
18 May 2024 | 19:29
Azərbaycan çempionatında möhtəşəm qol vuruldu
18 May 2024 | 19:30
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
18 May 2024 | 16:29
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
AYLIQ
18 May 2024 | 17:53
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım etdi - FOTO
18 May 2024 | 18:02
Qarabağ Universiteti ilə bağlı sualların cavablandırılması üçün bu nömrəyə ZƏNG EDİN
18 May 2024 | 20:10
Siyasi partiyalarla konstruktiv dialoq milli maraqların qorunmasına hesablanıb
18 May 2024 | 18:30
Müdafiə Nazirliyinin idarə rəisi İŞDƏN ÇIXARILDI
18 May 2024 | 19:07
Zəngilan məscidinin əsaslı təmirdən sonrakı görüntüləri - VİDEO
18 May 2024 | 19:56
Putinlə Tokayev arasında kritik zəng
18 May 2024 | 17:57
Xalq artisti Roza Cəlilova yubileyi münasibətilə evində ziyarət olundu - FOTO
18 May 2024 | 20:33
5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla... 
18 May 2024 | 19:29
Azərbaycan çempionatında möhtəşəm qol vuruldu
18 May 2024 | 19:30
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib