“O qadın məni 20 il sonra bağışladı və sevdi” - Sərdar Cəlaloğlu ilə QEYRİ-RƏSMİ SÖHBƏT
Müsahibə
Oxunub: 2700
13 Jun 2024 | 15:05
“O qadın məni 20 il sonra bağışladı və sevdi” - Sərdar Cəlaloğlu ilə QEYRİ-RƏSMİ SÖHBƏT
Moderator.az Azərbaycan Demokrat Partiyasının sədri, siyasətçi Sərdar Cəlaloğlunun Lent.az-a müsahibəsini təqdim edir
 
 
- Sərdar bəy, sizinlə müsahibəyə hazırlaşarkən mənə dedilər çox davakar adamsınız və sizinlə yola getmək çətindir.
 
- İnsanlar hərdən mənim haqqımda o şəkildə fikirlər yayırlar. Əsla davakar deyiləm, heç uşaqlıqda da dava eləməmişəm.
 
- Uşaqlığınız internatda keçib. Halbuki 10 bacı-qardaş idiniz və digər uşaqlar ailənizin yanında böyümüşdülər. Buna səbəb nə idi?
 
- Mən uşaqlıq yaşamamışam. “Detdom uşağı” deyirdilər mənə, bir az da haqlıydılar. İnternata getməyimin isə kədərli tarixçəsi var. Bizim kənddə qonşuluğumuzda bir uşaq yaşayırdı. 5-6 yaşımız var idi onda. Möhkəm dostluq edirdik. O dərəcədə ki, gah mən onlarda yatıb qalırdım, gah o bizdə. Bizdə yemək hazırlananda onun da payını saxlayırdılar, onlarda bişəndə mənim. Əkiz kimi idik, ayrılmaz. Eyni gündə anadan olmuşduq. Mən nə qədər sakit idimsə, o, bir o qədər dəcəl idi. Bir gün küçədə oynayırdıq. Anası da küçədə oturub qonşu qadınlarla söhbət edirdi. Kənddə bir köhnə yük maşını var idi, gəlib yanımızdan keçəndə dostum qaçıb əlini onun təkərinə vurmaq istədi və maşının altına düşüb öldü. Bu hadisə onun anasını möhkəm sarsıtdı, qadın psixoloji sarsıntılar keçirdi. O gündən sonra mənə qarşı dəyişdi, kin, nifrət yaşadı, məni görəndə halı dəyişirdi. Hətta, ana-atama da demişdi ki, onu kənddən uzaq tutun, uşağınıza zərər verə bilərəm. 
Anamgil öncə məni uzaq bir kənddəki qohumun evinə göndərmək istədilər, sonra düşündülər ki, onlar da imkansızdır. Qərara gəldilər ki, məni kəndimizdən 70 km uzaqda yerləşən Ordubadda yeni açılmış internat məktəbinə qoysunlar. O gündən də mən anamdan-atamdan ayrı düşüb özüm-özümü idarə eləməyi öyrəndim. Bu xarakterimin  indiki kimi formalaşmasına da təsir elədi. Anam yazıq ağlayıb, özünü öldürürdü. 6 yaşında uşaq ana-atadan ayrı, uzaqda tək yaşayırdı, əlbəttə çətin idi. Anam ona görə dedi, uşaqlardan birini göndərək, tək qalmasın. Beləliklə qardaşım Qurban gəldi yanıma. Əslində döyən, incidən yox idi, internat uşaqları bir-birləri ilə çox mehriban olurlar.
 
- Həftə sonları evə gedib-gəlirdiniz?
 
-  Yox. O vaxt indiki imkanlar nə gəzirdi? İldə bir-iki dəfə gələ bilirdim. 8-ci sinfi orada bitirəndən sonra atam dedi ki, sən həkim olmaq istəyirsən. Qoyaq Bakıda kimya-fizika təmayüllü internata. Təhsilimi orada davam elətdirməli oldum, oranı da bitirib Tibb Universitetinə daxil oldum. 
 
 
- Birlikdə böyüdüyünüz uşaqlıq yoldaşları ilə dostluğunuz davam edir?
 
- Hamı ilə yox. Bir nəfərlə çox yaxınıq, ləzgi dostum Nizami, uşaqlıqdan birlikdə böyümüşük, ailəvi dostluq davam edir.
 
- Taleyinizdə bu qədər dərin iz buraxmış o qadınla sonralar heç görüşdünüz?
 
- Artıq işləyən vaxtlarımda bir iki dəfə qarşılaşdıq. Onu görəndə yolumu dəyişirdim, istəmirdim məni görüb halı xarab olsun. Bir dəfə xəstələndi, onu mən müalicə eləməli oldum, qayğı göstərdim. 29 yaşım var idi onda. Təxminən 25 il keçmişdi, o məni bağışladı və dedi ki, səni əvvəlki kimi sevməyə başlamışam. O da əzab çəkdi, mənim anam da, mən də... Anam başqa ana əzab çəkməsin deyə fədakarlıq etdi, öz balasından ayrıldı.
 
- Çox maraqlı peşə sahibi idiniz. Məhkəmə tibbi eksperti. Bu ixtisası  seçmənizə səbəb nə oldu?
 
-  Əslində seçmədim, bu işə təyinatım təsadüfi oldu. O vaxtlar bu işə təyinat almaq üçün 50-60 min manat verirdilər. Mən də kasıb, arxasız, dayaqsız oğlan idim. O vaxtlar tibbdə ən aşağı mərtəbə təcili yardım həkimləri sayılırdı, ən nüfuzlu iş də məhkəmə eksperti idi, o da bəlli sayda olurdu, müəyyən adamların övladları o ştata salınırdı. Təyinat verilən gün mən girdim içəri, xahiş elədim ki, məni öz rayonumuza təcili yardım həkimi kimi göndərsinlər, anamın atamın yanında qalmaq istəyirdim. Naxçıvana da bir nəfər üçün  məhkəmə tibbi eksperti ştatı ayrılmışdı. Rektorumuz Zəhra xanım Quliyeva dedi səni göndərək ora. Səhiyyə nazirinin müavini də bölgüdə iştirak edirdi, o dedi, filankəs müəllimin oğlu üçün hazırlanıb, rektorumuz əsəbiləşdi, dedi, buranın rəhbəri mənəm ya  kimdi? Ölkə üzrə bu sahədə işləyən cəmi 30 həkim var idi. Məni verdilər həmin ştata. Yatsam yuxuma girməzdi. Mən əslində kardioloq olmaq istəyirdim. Həkimlik istedadım var idi. Siyasətlə məşğul olan vaxtlarımda hansısa jurnalist müsahibə alanda deyirdim get filan yerini yoxlat.
 
- Qalıb indi o istedad?
 
- Daha yox.
 
 
- Patoloq anatom. Bu elə bir iş idi ki, kiminsə boğazını ipdən də ala bilərdi, ipə də asdıra bilərdi. 50 min rüşvətlə girilən işin yəqin qazancı da vardı...
 
- Mən bunu bilirdim, düşündüm ki, ya vicdanımla işləyib, bu işi dərindən öyrənməliyəm, ya da məni götürüb atacaqlar bayıra. Bu sənətin elmi tərəfi ilə məşğul olmağı qarşıma məqsəd qoydum. Meyit bərkiməsi deyilən bir anlayış var, ölüm baş verdikdən müəyyən müddət sonra meyit bərkiyir və onun artıq formasını dəyişmək olmur. Amma başının arxasından, uzunsov beynindən gülləylə vurulan meyit nə formadadırsa, elə o formada da bərkiyir, onu daha tərpətmək olmur. Buna kataleptik meyit bərkiməsi deyilir. Bunu heç bir nəzəriyyə ilə izah edə bilmirdilər. Bu sahə üzrə elmi referat hazırladım və  bundan ötrü bir başa Moskvaya Baş idarəyə getdim. Təyinatımın ilk ili idi, 26 yaşım vardı. Mənə orada kömək eləmək istədilər, lakin Naxçıvandan, işimdən buraxmadılar. Bir il sonra  SSRİ Müdafiə Nazirliyinin Baş laboratoriyasının rəhbəri, general-leytenant  Tamilinə müraciət etdim, heç kimin qəbuluna düşə bilmədiyi adam məni qəbul elədi. Üstəlik kabinetdən çıxıb məni qapıda mehribanlıqla qarşıladı. İstəyirdim əsgərliyi Moskvada keçirim, həm də elmi iş yazım. Alınmadı, yenə də işdən buraxılmadım, sonralar anam da “getmə” deyincə bu işlər yarımçıq qaldı. Amma Naxçıvanda bu sahə üzrə ad çıxarmış mütəxəssis idim. Regional ekpsert kimi məşhurlaşmışdım, hərbiçilərin də tibbi ekpertiza işlərini mənə göndərməyə başladılar, müqavilə əsasında onlarla da işləyirdim və yaxşı da qazancım olurdu. İldə 30-40 ağır cinayət baş verirdi, bunların tibbi eksperti mən idim. Siyasətə gələndən sonra mən o qədər böyük pullar qazanmadım.
 
- Bu işdə heç iyrəndiyiniz, ürpərdiyiniz olub?
 
-  Hər meyitin ekspertizasına elmi iş kimi baxırdım deyə elə duyğular yaşamırdım. İyrənmirdim. Siz bilirsinizmi, Tibb Universitetindən nə qədər gənc meyit yararkən qorxub qaçıb, peşəsini atıb. Orda formalinin içində saxlanmış meyitlər idi, amma məhkəmə tibb ekspertizasına gətirilən meyitlər əsasən dəhşətli formalarda olurdu. Dözülməz peşədir. Orda təkcə ölüm hadisəsi olmurdu. Zorlamalar, təcavüzlər, illər öncə öldürülmüş insanların cəsədləri və s.
 
- Qardaşınız Qurban Məmmədovla münasibətləriniz şəxsi zəmində pozulub, yoxsa siyasi baxışlarınıza görə?
 
- Bizim 8 ildir heç bir münasibətimiz yoxdur. Qurban bəyin elə bir xasiyyəti var ki, əvvəl hərəkəti eləyir, sözü sonra düşünür. Onun bir sözü var, gedək bu işin dalınca, nəticə necə olursa olsun. Mən isə deyirdim, nəticəni hesablayıb addım atmaq lazımdır. Fəaliyyət adamı idi, bu fəaliyyət də onun əleyhinə yönəlirdi.
 
- Digər bacı-qardaşlarınızla münasibətləriniz necədir?
 
-  5 bacımla münasibətlərim çox yaxşıdır. Biz qardaşların oxumasında bacılarımızın böyük əməyi olub, fəhlə işləyib bizim oxumağımıza  dəstək olublar. Qardaşlar isə... Biz bir araya gələndə yola gedə bilmirik, hamımızda siyasi partiyalar kimi liderlik arzusu var. Hərə öz fikirni irəli sürməyə çalışır, uyğunluq tapa bilmirik
 
- Necə ata, necə babasınız?
 
- Övladlarımın, nəvələrimin tərbiyəsi məsələsində çox sərtəm, bu gün də eləyəm. 3 oğlum bir qızım var. Uşaqlardan üçü xaricdə yaşayır, biri yanımda. Çox mehriban babayam.
 
-  Deyirlər yaxşı yemək bişirməyiniz də varmış.
 
- İnternatda böyümüş, tələbəlik keçirmiş adamam, əlbəttə bacarırdım. Mənim bişirdiyim kababın ləzzətindən doymaq olmur. Yeyən barmaqlarını yalayır. Dolma da bişirə bilərəm. Amma xanımım mənim mətbəxə girməyimə əsla razı deyil. Kişinin qadın işləri görməsini istəmir.
 
 
-  Xanımınızla sevib ailə qurmuşdunuz?
 
- Bir var sevib evlənirsən, bir də var evlənib sevirsən. Bizimki ikincisindən oldu. Ömür keçdikcə bu bağlılıq, hörmət daha da artdı. Yoldaşımı həddən artıq çox istəyirəm, mən də onun üçün Tanrı kimiyəm. Bir birimizi düzgün dəyərləndirir, qədrini bilirik. 
 
-  Sizcə, üzr istəmək həmişə böyüklükdür?
 
-  Elə yer var ki, sən günahkarsan, üzr istəyə bilərsən, amma elə bir vəziyyət yaranar ki, başqasının günahına görə üzr istəmək tələb olunur. Bu özünü alçatmaqdır.
 
- Heç qorxmusunuz? Və ya sualı belə verim, ölülərlə işləyən adam ölümdən qorxub?
 
-  İndi yox. 15 il öncə ölümdən qorxmuşam. Onkoloji şiş tapıldığını, 2 ay ömrüm qaldığını demişdilər səhvən. Dostum baxdı, dedi bir həkimlə də məsləhətləşim. O məsləhətləşdiyi həkim də bilmirmiş biz dostuq, kağızlara baxıb dedi ki, səndə xərçəngin son mərhələsidir, ömrünün sonuna 2 ay qalıb. Çox qəribə olmuşdum heç nə ilə maraqlanmırdım, həyata küsmüşdüm, yatarkən stressdən o qədər tərləyirdim ki, yataq bədənimin formasında su olurdu Heç kimə də heç nə demirdim. Çox sonradan  öyrəndim ki, həmin həkim məndən çox pul ala bilmək üçün elə deyibmiş. 
 
- Allahdan qorxursunuz?
 
-  Allahdan çox qorxuram. Allahdan qorxan heç nədən qorxmaz, Allahdan qorxmayan hər şeydən qorxar. Qorxu insanın təməl duyğusudur, qorxmayan insan yoxdur. Dində Allahdan qorxu həm də ümid aşılayır. Allahdan qorxu səni ona yaxınlaşdırır, ondan qaçmırsan. İslamın fəlsəfəsini dərindən anlayanda onun gözəl din olduğunu başa düşürsən. Din haqqında yanlış təsəvvürün səbəbi onu dərindən bilməməkdir. Alman filosofu Şellinq deyir ki, səthi yanaşanda Allahın varlığını sübut edəcək bir dənə dəlil  tapa bilməzsən, amma dərin fəlsəfə ilə yanaşanda Allahın varlığını inkar edəcək bir dənə dəlil tapa bilməzsən.
 
İnsan maddiyyata nə qədər düşkün olursa mənəviyyatdan o qədər uzaq düşür. Höte deyir ki, mən öz əşyalarımdan azad olduğum qədər azadam. Biz öz əşyalarımızın əsiriyik.
 
- Heç əsir olmusunuz?
 
-  Yox. Maddiyyatla, pulla işim olmaz. Mən heç vaxt bazara gedib alış-veriş də etmirəm. Yoldaşım məşğul olur. Pula o qədər meylim yoxdur.
 
- Amma pul özü gəlib sizi tapır. 2-3 dəfə eviniz, ofisiniz dövlət planına düşüb və böyük miqdarda kompensasiya almısınız...
 
- Oğlum da deyir ki, ata, sən haradan qazanırsan. Bakıya gələndə inqilab dövründən qalma köhnə bir ev almışdım, hamı deyirdi nə gündədir bu ev. Plana düşəndə mənə 450 min dollar verdilər. O pula ev aldım, indi sürdüyüm maşını aldım, səyahətə sərf etdim və s.
 
- Əlavə  biznesiniz var? 
 
- Yoxdur. Yaradıcı adamam. Kitablar, elmi məqalələr yazıram. Gözütox olmasaydım indikindən qat-qat yaxşı yaşayardım. İndi mən daha çox dinclik arzulayıram. İnsanlar iki formada yaşlanırlar. Ya kamilləşirlər, ya da qəddarlaşırlar. Cəhənnəmə gedən özünə yoldaş axtarar da. Qocaldıqca paxıllaşırlar, gənclərə qarşı onlarda paxıllıq, qəddarlıq yaranır. O qədər məni tanıyıb kömək təklif edən, yeməyə dəvət edən iş adamları, bankirlər var ki... Heç kim deyə bilməz Sərdar bəylə oturduq yedik, hesabını mən verdim. Ümumiyyətlə, belə dəvətlər olanda qaçıram, ya da hesabı özüm ödəyirəm.
 
-  Həmin adamlar sizinlə ünsiyyətə niyə o qədər can atırlar?
 
- Yəqin düşünürlər ki, tanınmış adamdır, səhəri gün vəzifəyə qoyular və ya düşüncələrim maraqlı gəlmiş ola bilər.
 
-  Əvvəllər bol-bol kitab oxumusunuz. İndi də oxuyursunuz?
 
-  İndi gözlərim zəifləyib deyə əvvəlki qədər oxumağa hövsələm çatmır. İndi özüm kitablar yazıram. Bədii ədəbiyyat yox, elmi əsərlər oxuyuram.  Mopassan, Drayzer, Balzak, Dostoyevski, Hüqo, Jorj Sand sevdiyim yazıçılar idi. Ədəbiyyat səni insan edir.
 
-  Azərbaycan ədəbiyyatında ən sevdiyiniz yazıçı və ya əsər hansıdır?
 
-  İsmayıl Şıxlının “Dəli Kür” romanını Azərbaycan ədəbiyyatının şah əsəri hesab edirəm.
 
 
Oxşar xəbərlər
14:04, Bu gün
"Donbas kimə və nəyə görə lazımdır?" - Dmitri Medvedev
14:00, Bu gün
Azərbaycanda tarixi seçki: AB və ABŞ istərdi ki… - Markov
13:53, Bu gün
Duz xərçəngin dərmanı ola bilər
13:45, Bu gün
Akif Nağı səs verdi
13:43, Bu gün
Hikmət Hacıyev: Nikol Paşinyan Minsk qrupunun ləğvi ilə bağlı təhriflərə yol verib
13:30, Bu gün
Dağınıq ev hansı ruhi xəstəliklərdən xəbər verir?
13:25, Bu gün
İnsanların dəfn mərasimində etdikləri böyük səhv-  BU HALDA ÖLÜMÜ ÖZÜNÜZLƏ GƏTİRƏ BİLƏRSİNİZ 
13:20, Bu gün
İndiyədək Mətbuat Şurasının “qaynar xətt”inə heç bir müraciət daxil olmayıb
13:12, Bu gün
Rusiya FHN: “Mi-8” helikopterinin qəzaya uğradığı yerdə 17 nəfərin meyiti tapılıb
13:06, Bu gün
Ukraynanın ən yaxşı qorunan xətti yarıldı: indi nə baş verəcək?
12:55, Bu gün
Divardan niyə xalça asırdıq?- Dekorasiya, səsqoruyucu, istilik...
12:49, Bu gün
İran prezidenti: "Söz verirəm ki, xalqa vəd etdiklərimi unutmayacağam"
12:45, Bu gün
Qüdrət Həsənquliyev səs verib
12:33, Bu gün
Avtomobil atəşə tutuldu - 3 nəfər həlak oldu- VİDEO
12:29, Bu gün
Şirniyyat yemə istəyindən necə XİLAS OLAQ?
12:11, Bu gün
Zahid Oruc: “Seçici fəallığının azlığını heç kim antidövlət arqumenti kimi istifadə etməsin” – VİDEO
11:59, Bu gün
"Kəpəz" yeni baş məşqçisini açıqlayıb
11:53, Bu gün
Gündə iki kartof yeməklə ÖMRÜNÜZÜ UZADIN 
11:47, Bu gün
Hər şeyin şəffaf şəkildə aparıldığının şahidi olduq - Beynəlxalq müşahidəçi
11:39, Bu gün
Qadın məhkumların saxlandığı müəssisədə səsvermə keçirilir
11:23, Bu gün
Bakıda parkinqlə bağlı yeni texniki vasitə - Sürücülər cərimələnir (VİDEO)
11:13, Bu gün
İlham Əliyev Özbəkistan Prezidentini təbrik edib
11:09, Bu gün
Ermənistanda Aİ missiyasına xitam verilməlidir: "Paşinyanın yalanları..." - Hikmət Hacıyev
10:53, Bu gün
Sizi qocaldan VƏRDİŞLƏR -qırışlar, çillər, piqment ləkələri...
10:46, Bu gün
Yumurta ilə heç vaxt yeməməyiniz lazım olan- 4 QİDA
10:36, Bu gün
Baş nazir: Seçkilərin ilk dəfə olaraq bütün Azərbaycan torpaqlarında keçirilməsi tarixi hadisədir
10:31, Bu gün
Baş nazir Əli Əsədov seçici hüququndan istifadə edib
10:27, Bu gün
Vəfa Nağıdan növbəti qanunsuz ƏMƏL: Seçki qutusuna müdaxilə etdi, vəkili yaraladı – FOTO / VİDEO
10:25, Bu gün
Kəlbəcərdə avtomobil aşıb, ölən var
10:21, Bu gün
“Google”dan kiberhücumlarla bağlı XƏBƏRDARLIQ: “Milyonlarla insan..."
10:11, Bu gün
“Manatlıq”lar yığışdırıldı, yeni problemlər yarandı (VİDEO)
10:01, Bu gün
Hikmət Hacıyev bu məntəqədə səs verdi - FOTO
09:55, Bu gün
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva səs veriblər
09:49, Bu gün
Paris-2024: Azərbaycan medal sıralamasında 24-cü pilləyə yüksəlib
09:42, Bu gün
Modern.az 15 yaşında...
09:35, Bu gün
Satılmır, amma ucuzlaşmır da - Mənzil bazarında nə baş verir?
09:29, Bu gün
Şuşada seçicilər səsvermədə fəal iştirak edirlər
09:25, Bu gün
Yeni tikilən binalarda daxili kreditin müddəti niyə azdır? – Açıqlama (Video)
09:20, Bu gün
Zabuxda seçicilər səsvermə hüququndan istifadə edirlər
09:10, Bu gün
Premyer Liqa: "Qarabağ" "Zirə"nin qonağı olacaq
09:02, Bu gün
Ömürlük azadlıqdan məhrum edilmiş şəxslər səsvermə hüququndan istifadə edirlər
08:53, Bu gün
Stalin SSRİ-də korrupsiyanı necə aradan qaldırdı?- FAKTLAR 
08:48, Bu gün
Azərbaycanda ƏN YÜKSƏK ödənişli ixtisaslar
08:41, Bu gün
Məzahir Pənahov: Heç kim seçicilərin hüquqlarına zidd hansısa addım ata bilməz
08:30, Bu gün
Rusların hesab etdiyimiz soy adları YƏHUDİLƏRİN İMİŞ -"Ov" -"Yev"
08:26, Bu gün
Naxçıvanda Milli Məclisə və MR Ali Məclisinə seçkilərdə səsvermə başlayıb
08:23, Bu gün
2500-ə yaxın məntəqədə exit-poll keçirilir
08:18, Bu gün
Məzahir Pənahov: Maksimum 20 gün ərzində...
08:09, Bu gün
Ombudsman səsvermə hüququndan istifadə edib
08:02, Bu gün
Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar səsvermə başlayıb
07:52, Bu gün
Sürücülər üçün payız MƏSLƏHƏTLƏRİ- Duman, yağış...
07:46, Bu gün
KİV: İsrail 2023-cü ilin oktyabrından bəri İordan çayının qərb sahilində 600-dən çox terrorçunu məhv edib
07:36, Bu gün
MSK: Parlament seçkilərinin başlaması ilə əlaqədar seçki məntəqələri hazır vəziyyətə gətirilir
07:19, Bu gün
Bakının bu ərazilərində yaşayanlara BƏD XƏBƏR - Sentyabrın 3-ü saat 06:00-dan...
07:06, Bu gün
Əhaliyə XƏBƏRDARLIQ: Evlər bu tarixdən kəskin bahalaşacaq - VİDEO
03:16, Bu gün
İsrail hərbçiləri Qəzza zolağında bir neçə girovun cəsədini aşkarlayıb
03:15, Bu gün
Kamçatkada itmiş Mi-8 helikopterinin axtarışlarına 40-dan çox xilasedici cəlb edilib
01:53, Bu gün
“Babam istəmirdi ki, onları bu sənətdə görsün, kim babamın mahnılarını oxuyursa...” - Mirzə Babayevin nəvəsindən AÇIQLAMALAR-ÖZƏL+FOTO
01:12, Bu gün
Ukrayna Rusiyanın BU ƏRAZİLƏRİNİ vurmaq istəyir - Siyahı ABŞ-a təqdim edildi
01:11, Bu gün
Lavrovdan SENSASİON AÇIQLAMA - "İran və İsrail arasında böyük müharibə..."
01:04, Bu gün
“Atam onunla qanuni, anamla isə qeyri-qanuni nikahda yaşayırdı” - Əliağa Vahid Leyla Bədirbəylini həqiqətənmi sevib, ona erotik şeirlər yazıb?-ÖZƏL+FOTO
00:02, Bu gün
Bu gün Azərbaycanda parlament seçkiləri keçiriləcək
31 Aug 2024 | 23:49
Amerikalı reper Fatman Skoop səhnədə huşunu itirərək dünyasını dəyişib
31 Aug 2024 | 23:15
Yol hərəkəti qaydalarının pozulması ilə bağlı cinayət və inzibati xəta işləri üzrə nələri bilməliyik?
31 Aug 2024 | 23:05
Sentyabrda şanslı olacaq BÜRCLƏR: Ay tutulması və...
31 Aug 2024 | 22:58
Sərhəddə miqrantlara atəş açacağıq - Polşa
31 Aug 2024 | 22:56
"Sea Breeze" yaxınlığında yol ÇÖKDÜ - Xeyli sayda zərər çəkənlər var
31 Aug 2024 | 22:50
Ət dondurulduqdan sonra faydalı xüsusiyyətlərini itirir?
31 Aug 2024 | 22:43
Nikoldan tarixi etiraf: Göyçə, Zəngəzur, Dərələyəz...
31 Aug 2024 | 22:35
Vəfa Nağı seçki məntəqəsində dava saldı: Sədr insult keçirdi
31 Aug 2024 | 22:26
Xoruz davaya səbəb oldu: 3 nəfər bıçaqlandı
31 Aug 2024 | 22:18
Naxçıvanın ən yaşlı seçicisinin kimliyi məlum olub - FOTO
31 Aug 2024 | 22:10
Messencerdə bu funksiya ÇÖKDÜ - "Telegram" rəsmiləri SUSURLAR
31 Aug 2024 | 22:02
Aygün Kazımova “Dalğafest”i bağladı
31 Aug 2024 | 21:54
Duz xərçəngin dərmanı ola bilər
31 Aug 2024 | 21:46
Azərbaycanda müəllim özünü internet xəttinin dirəyindən asdı
31 Aug 2024 | 21:40
İran prezidenti bu axşam ilk dəfə xalqa müraciət edəcək
31 Aug 2024 | 21:40
İki günlük körpənin xəstəxanada naməlum ölümü
31 Aug 2024 | 21:32
“Seyran” illər sonra! - İlk fotolar
31 Aug 2024 | 21:24
Durovun saxlanılması hücumun bir hissəsidir - Filippot
31 Aug 2024 | 21:16
Çin təkərləri üzərində Ermənistan hərbi avtomobili... - FOTO
31 Aug 2024 | 21:08
Düyüdə olan bakteriya kişinin cinsi orqanını "ZƏHƏRLƏDİ"
31 Aug 2024 | 21:04
Alimlərdən yeni İDDİA- Ayağımızın ölçüsü BUNUN GÖSTƏRİCİSİ İMİŞ 
31 Aug 2024 | 21:00
Şahzadə 3 gün toy etdi
31 Aug 2024 | 20:55
"Baharın on yeddi anı"-almanların REAKSİYASI 
31 Aug 2024 | 20:52
Zelenskinin “sülh planı” ilə bağlı sözlərindən sonra Lavrovdan SƏRT XƏBƏRDARLIQ 
31 Aug 2024 | 20:42
Qlükoza və xolesterin səviyyəsini aşağı salan məhsul
31 Aug 2024 | 20:34
Rusiyaya zərbə endirilməsini dəstəkləyirik, lakin...
31 Aug 2024 | 20:28
Milli, etnik və dini düşmənçiliyin salınmasına hesablanmış anti-Azərbaycan dəstə...- FOTO
31 Aug 2024 | 20:26
Paris-2024: paraüzgüçümüz gümüş medal qazandı
31 Aug 2024 | 20:18
700 bal toplayan, yoxsa olimpiya çempionu? - Elə cavab verdi ki...
31 Aug 2024 | 20:10
Zeytun yağı nə vaxt zərərlidir?
31 Aug 2024 | 20:02
“Qərbli həmkarlarımızın mükəmməl beyinləri var”
31 Aug 2024 | 19:54
"Neftçi" növbəti dəfə qalib gələ bilmədi
31 Aug 2024 | 19:48
“Azərbaycan Atabəyləri”ndə kim hansı obrazı canlandıracaq? - FOTOLAR
31 Aug 2024 | 19:40
Avtobusda qeyri-etik hərəkətlər edən şəxs həbs edildi - FOTO
31 Aug 2024 | 19:32
2 minlik noxud oğurlandı: saxlanılan var
31 Aug 2024 | 19:24
Rəsmi Bakı: Ermənistanın Azərbaycana qarşı gizli gündəmi mövcuddur
31 Aug 2024 | 19:16
"Mənim "evimin Allahı" həyat yoldaşımdır" - VİDEO
31 Aug 2024 | 19:08
Döymələrin bilmədiyiniz qaranlıq tərəfləri - ÖLÜMƏ SƏBƏB OLUR
GÜNLÜK
31 Aug 2024 | 15:45
Bir zarafata görə başı bəlalar çəkdi: 46 il yaşadı, əbədi olaraq yaddaşlarda qaldı - FOTO
31 Aug 2024 | 21:40
İran prezidenti bu axşam ilk dəfə xalqa müraciət edəcək
31 Aug 2024 | 16:21
Paris-2024: Əbülfəz Abuzərli təsəlli görüşlərində mübarizə aparacaq - YENİLƏNİB
31 Aug 2024 | 14:36
İrəvan Bakı ilə Naxçıvan arasında əlaqə üçün yolu açmağa hazırdır
31 Aug 2024 | 23:15
Yol hərəkəti qaydalarının pozulması ilə bağlı cinayət və inzibati xəta işləri üzrə nələri bilməliyik?
31 Aug 2024 | 20:18
700 bal toplayan, yoxsa olimpiya çempionu? - Elə cavab verdi ki...
31 Aug 2024 | 16:52
Əhaliyə XƏBƏRDARLIQ: Evlər kəskin bahalaşacaq - VİDEO
31 Aug 2024 | 15:36
Parisdə qızıl medal qazanan İmaməddin Xəlilov: "Qardaşlıq qalib gəldi" - VİDEO
31 Aug 2024 | 17:50
Bəhruz Səmədov niyə ermənilərə işlədi? - ARAŞDIRMA + VİDEO
31 Aug 2024 | 21:04
Alimlərdən yeni İDDİA- Ayağımızın ölçüsü BUNUN GÖSTƏRİCİSİ İMİŞ 
HƏFTƏLİK
30 Aug 2024 | 13:36
İran Zəngəzur dəhlizinin açılmasına razılıq verdi: Əsas şərt belədir - Detallar açıqlandı
29 Aug 2024 | 10:02
"Artsax günü” İsa bulağında restoran tikdirmiş Rubenin obyektində qeyd ediləcək...-FOTO
30 Aug 2024 | 07:26
Şahramanyan Azərbaycandan gətirilmiş 356 avtomobil haqda hökumətə məlumat versə də…
29 Aug 2024 | 16:45
“Kupça” problemi həll olunur – Bu ilin sonunda…
25 Aug 2024 | 15:34
Milli Qəhrəman İbad Hüseynov: “O, bütün parametrlərə görə birincidir”
29 Aug 2024 | 16:35
Həyət evində yaşayanların DİQQƏTİNƏ - Cərimələnə bilərsiniz
26 Aug 2024 | 10:32
Əməkdar artist İLLƏRİN SİRRİNİ AÇDI: “Rəşid Behbudov buna görə tələbələrinə mane olurdu, qadağalar qoymağa çalışırdı”
25 Aug 2024 | 16:53
Murad Dadaşov oğulları ilə görün hara getdi - VİDEO
31 Aug 2024 | 07:09
Fransızlar dilə gəldi: “Xalqına umac ova bilmir, bəşəriyyətə əriştə kəsir...”
28 Aug 2024 | 10:48
Azərbaycanda əsgərlik müddəti azaldılır? - Ali təhsillilər 6 ay...
AYLIQ
31 Aug 2024 | 15:45
Bir zarafata görə başı bəlalar çəkdi: 46 il yaşadı, əbədi olaraq yaddaşlarda qaldı - FOTO
31 Aug 2024 | 21:40
İran prezidenti bu axşam ilk dəfə xalqa müraciət edəcək
31 Aug 2024 | 16:21
Paris-2024: Əbülfəz Abuzərli təsəlli görüşlərində mübarizə aparacaq - YENİLƏNİB
31 Aug 2024 | 14:36
İrəvan Bakı ilə Naxçıvan arasında əlaqə üçün yolu açmağa hazırdır
31 Aug 2024 | 23:15
Yol hərəkəti qaydalarının pozulması ilə bağlı cinayət və inzibati xəta işləri üzrə nələri bilməliyik?
31 Aug 2024 | 20:18
700 bal toplayan, yoxsa olimpiya çempionu? - Elə cavab verdi ki...
31 Aug 2024 | 16:52
Əhaliyə XƏBƏRDARLIQ: Evlər kəskin bahalaşacaq - VİDEO
31 Aug 2024 | 15:36
Parisdə qızıl medal qazanan İmaməddin Xəlilov: "Qardaşlıq qalib gəldi" - VİDEO
31 Aug 2024 | 17:50
Bəhruz Səmədov niyə ermənilərə işlədi? - ARAŞDIRMA + VİDEO
31 Aug 2024 | 21:04
Alimlərdən yeni İDDİA- Ayağımızın ölçüsü BUNUN GÖSTƏRİCİSİ İMİŞ