Sevda Ələkbərzadə: “Atamı şərləyib tutdurdular”
Oxunub: 2772
25 Nov 2014 | 22:38
Sevda Ələkbərzadə:  “Atamı şərləyib tutdurdular”
Kulis.az “Atamın xatirəsi” layihəsində yazıçı Çingiz Ələkbərzadə haqqında onun qızı, müğənni Sevda Ələkbərzadə ilə söhbəti təqdim edir.
 
 
 - Sevda xanım, yazıçı Çingiz Ələkbərzadənin ailəsində necə bir mühit var idi? Hələ babanız Əbülhəsən də yazıçı idi”¦
 
- “Baksovet”də evimiz var idi. Babamgillə eyni meydançada. Sonra atamın işi ilə əlaqədar İsmayıllıya köçdük. Babam da bizimlə idi. Sonra babam rəhmətə getdi. Nənəm əlbəttə, bizimlə qaldı”¦
 


Atam azadlığı sevən bir insan idi. Evdə oturduğunu heç görməmişdim. Hər zaman iş başında idi. Özümdən bilirəm ki, yaradıcı adamlar gecə işləməyi sevir. O da gecələr oyanıb səhərə kimi yazı makinası ilə işləyirdi. Səhərlər isə atamın ifasına oyanırdım; adətən adamı yuxudan kal oyadanda kefi pozulur, əsəbiləşir, amma mən gülümsəyirdim - atamın gözəl səsi var idi, həm də musiqini ədəbiyyatdan az sevmirdi.
 
Atamın dostları çox idi, deyib-gülən adam idi, amma ailədə çox ciddi idi. Onu sevirdik, həm də ondan çəkinirdik.
 
 - Atanızı yazıçı kimi ilk dəfə hansı əsərindən tanıdınız?
 
- Səhv etmirəmsə, “Vulkan” əsərindən... Hətta uşaq vaxtı bacımla o əsərdən kiçik səhnəciklər oynayırdıq. Mən rus məktəbində oxumuşam, o isə Azərbaycan dilində yazırdı. Həmişə narazı idi ki, niyə mən rus məktəbində oxuyuram”¦



 
- Çingiz Ələkbərzadə ədəbiyyatda ilk növbədə mövzu fərqliliyi ilə seçilib. Bəzən onun həbsini bu mövzulara bağlayırlar. Bu həbs necə oldu, nələr baş verdi?
 

- Atam realist yazıçıdır. Həmişə gördüklərini yazıb. O, həm də yeddi rayonun müxbiri idi və sırf jurnalist fəaliyyətinə görə həbsə düşdü. O zaman bircə televiziya ”“ Az TV var idi və mənim atam kimlərinsə xoşuna gəlməyən bir süjet hazırladı. Ona görə də tutdular. Sifariş yuxarıdan gəlmişdi, yalançı şahidlər də var idi. Düzdür, sonra bəraət qazandı, ondan üzr istədilər hətta, amma 2 il yarım həyatı getdi. Atam kimi bir adam üçün bu, böyük faciə idi. Həm də bu həbs elə bir vaxtda oldu ki”¦ Babam Əbülhəsən rəhmətə getmişdi, heç qırxı da çıxmamışdı”¦ Bilirsiniz, mənim babam nüfuzlu yazıçı idi, deyirdilər ki, nə qədər Əbülhəsən sağdı, Çingizə toxuna bilmərik. Elə babam ölən kimi, heç 40-ı da gözləmədən atamı tutdurdular. Guya atam rüşvət alıbmış ”“ 400 rubl. Cibinə salıb çıxardılar. Ad çəkmək istəmirəm, amma elə onda məlumatımız var idi . Bilirsiniz, sizdən bir şey soruşum, hamının üzünə gülən, hamıya yaltaqlanan, hamını sevən, hamı ilə gözəl münasibətdə olan adamın başına belə şey gələr? Mənim atam elə adamlardan deyildi”¦
 
Amma bütün hallarda ailəmiz üçün ağır oldu. 3 uşaqla anam qaldı tək”¦


 

- Atanız tutulanda neçə yaşınız var idi?
 
- İkinci sinifdə oxuyurdum. 1986-cı ildə tutmuşdular. 1988-də çıxdı. Hər şey dəqiqliyi ilə yadımdadır. Nənəm depressiya keçirirdi.
 

Atamla işləyən bir operator var idi, yaxın idilər, sonra onu da qorxutdular, o da üzünə durdu. Atam həbsdən çıxanda gəlib üzr istədi, diz üstə düşüb dedi ki, bağışla, məni qorxutdular, heç nə edə bilmədim”¦ Nə bilim, insanıq dəə”¦
 
 
- Həbsdə olanda getmişdiniz yanına?
 
- Gedirdim. Anam atama həmişə dəstək olub. Heç olmadı ki, atamı tək buraxsın.
 
 
- Həbsdən sonra atanız dəyişmişdi?
 
- Əslində çox dəyişmişdi. Şərə düşmək insanı çox qırır. Nahaq pis şeydir. Təbii ki, oradan çıxanda tam başqa bir adam idi. Bir az aqressivləşmişdi, bir az həyatdan küskün idi. İnsan başa düşür ki, bu dünyada ədalət yoxdur. Noolsun ki, bəraət verdilər, 2 il yarım həyatını geri qaytardılar? Yox.



- Deyirlər, “Dünyanın qopduğu yer”də ona şər atanların obrazını yaradıb?
 
- O roman babam Əbülhəsənin “Dünya qopur” əsərinin davamı kimi yazılıb. Atam həmişə gördüklərini yazıb. “Qumarbaz”da, “Vulkan”da, “Dünaynın qopduğu yer”də, “Zindan”da ”“ hamısında. Siz bayaq düz dediniz, onun mövzuları fərqli idi. Mən ədəbiyyatçı deyiləm, bu prizmadan danışa bilmərəm. Amma deyə bilərəm ki, atamın kitabı 30 min tirajla çıxırdı və bir neçə günə satılıb qurtarırdı”¦
 

”¦Belə baxanda hansı yazıçıların, hansı rəssamların gözəl həyatı olub ki? Hamısının əziyyət çəkdiyi anlar olub. Bu əziyyətlər sənətlə bağlıdır. Atam həbsə düşəndən sonra nə qədər kitab yazdı. Onsuz da hamımız bir vaxt dünyadan gedəcəyik, amma kitablar qalacaq. Atam 40-50 yaşına kimi çox gözəl həyat sürüb. Babam SSRİ Yazıçılar Birliyinin üzvü idi, yadımdadır, Moskvaya gedəndə bizi musiqi ilə qarşılayırdılar. Heyf ki, axırda belə oldu. Adamda illər getdikcə, yanğı olur ki, niyə onunla belə oldu? Niyə yaradıcı bir adam kiminsə vəzifəsinə görə həbsdə yatmalıdır? O vəzifə ki, onu tutan adam unudulur, amma sənətkar unudulmur...
 
Bacım da mən də, eyni sahə olmasa da yaradıcılıqla məşğuluq və onun sənətini davam etdiririk. Nə qədər ki mən yaşayıram, atam mənimlə yaşayır. Hər səhnəyə çıxdığımda atam mənimlədir. Mən belə fikirləşirəm.
 
...Atam şair deyil, yazıçıdır, amma “Türmə mənim ahımdır” kitabında çox gözəl şerləri var. Onu da deyim ki, “İntro” adlanan yeni albomum atamın sözlərinə bəstələdiyim musiqini salmışam. Mahnı “Salam, Allahım!” adlanır. İlk dəfədir ki, atamın şeririnə mahnı oxuyuram - Buna heç mahnı da demək olmaz, əsər deyim. Mahnıya adətən yüngül şeirlər gəlir, amma onlar fəlsəfi, ağır şerlərdir, musiqiyə çətin oturur”¦
  
- Həbsdən çıxandan sonra atanız nə işlə məşğul oldu?
 
- “Azərnəşr”də işləyirdi. Əvvəl Az TV-də işləmişdi, düzdü, ora qayıtdı. Amma orada əvvəlki kimi deyildi. Bizdə belə qayda var: adam bir az dara düşsə, heç kimi yanında tapmaq olmur. Bizim insan əlindən yer olmayan evimizə atam həbsə düşəndən sonra heç kim gəlmədi. Həbsdən çıxanda da ortada yox idilər. İllər keçdi, mən efirə çıxdım, yenə toplaşdılar evimizə. Amma mənim yadımda idi axı hamısı...
 
- Yazıçı dostları kim idi?
 
- Dostları o qədər çox idi, heç indi sadalayıb çatdıra bilmərəm, amma o həbsə düşəndən hamısı yox oldu. Bəlkə də kimsə gəlib, amma mən görməmişəm. Atam əl tutan adam idi, yaxşılıq edən idi, amma sonra insanlara inamı itdi. Məncə yaxşılıq itmir. Məsələn, atamın kiməsə etdiyi yaxşılığı başqa insanlar başqa yerlərdə bizə qaytarırlar yəni...
 
- Dustaq yoldaşları dostları var idi?
 
- “Limanda” mahnısını yazan bəstəkar Rəşid Nəsiboğlu ilə dostluq edib. Atam danışırdı ki, türmədə özünə taxtadan piano düzəldib çalırmış...
 
 


- Çingiz Ələkbərzadənin xəstəliyi nə idi, nədən vəfat etdi?
 
- Stressdən, əsəbdən səhhətində problem yarandı. Skleroz deyirdilər, amma mən son vaxtlar oxudum ki, bu Parkinson xəstəliyi imiş. Hər şeyi unudurdu. Amma kim olduğunu heç vaxt unutmadı.
 
Həbsdən çıxanda o xəstəlik onda başlamışdı. Əvvəlcə, biz başa düşmürdük, elə bilirdik stressdəndir. Amma illər sonra xəstəlik şiddətləndi, skleroza çevrildi. Onda biz anladıq ki, atam elə həbsxanadan o xəstəliklə çıxmışdı. Həkimə də aparmaq mümkün deyildi, imtina edirdi. 1999-cu ildə vəfat etdi.
 
Mən oxumuşam ki, bir çox yazıçılarda belə xəstəlik olub. Mənim babam da, babamın qardaşı da skleroz idi. Hətta qorxurdum ki, mən də elə olaram, amma deyəsən bu xəstəlik yalnız kişilərə keçir. İndi baş verən hər şeyi unudurdu amma illər əvvəlin hadisələri yadında idi.


 
- Son günlərini, vəfat etdiyi günləri necə xatırlayırsınız?
 
- Ona dərmanlar verirdilər ki, sinir sistemi sakit olsun. Üzündə qəribə nur əmələ gəlmişdi. Bir həftənin içində vəziyyəti pisləşdi. Mən çıxışdan gəlmişdim, gördüm təcili yardım çağırıblar... Bilirsiniz, atam dünyadan kişi kimi getdi. Biz onun ətrafında oturub qorxudan əsirdik. O isə bizə deyirdi ki, qorxmayın. Bir də dedi ki, gedirəm e... Gözləri aydınlandı, hiss elədim ki, yaddaşı qayıdıb. Üzündə bir damcı da qorxu yox idi...
 
 - Həbsxanadakı günlərindən nə danışırdı? İncitmək filan...
 
- Yox, onun orada çox böyük hörməti var imiş, “Şair” çağırırmışlar. Onun xətrini o qədər istəyirlərmiş ki... Deyəsən, Ağdamın prokuroru  restorana aparıb qonaq etmişdi onu. Məhbusa qarşı belə münasibət harada görünüb? Bilirsiniz, kişi hər yerdə kişidir. Həbsxanada da, azadlıqda da... Hər kəs bu situasiyaya düşə bilər. Əsas odur ki, sən o situasiyadan necə çıxacaqsan? Kişi kimi, yoxsa alçaq kimi? Mənim atam ilk növbədə kişi olub, mərd olub, heç kimi satmayıb, heç kimə pislik etməyib. Atamla fəxr edirəm.
 
- Çap olunmayan əlyazmaları qaldımı?
 
- Son illərdə bir kitab yazmaq istəyirdi: “Mən kiməm?” adında. O kitabdan bir iki səhifə yazdı, yarımçıq qaldı. Yəqin ki, avtobioqrafik bir kitab olacaqdı. Atamın yubileyi olanda Yazıçılar Birliyi ilə danışdıq ki, əsərləri latın qrafikası ilə çap olunsun. Danışdıq, amma heç mən də bu işin dalınca getmədim. Vaxt lazımdı, məşğul olmaq lazımdır. Öz-özünə heç nə olmur...
 
 
- Sizin oxumağınıza münasibəti necə idi?
 
- Oxumağımı bəyənirdi, amma səhnəyə çıxmağımı istəmirdi. Evdə bunun üstündə mübahisələrimiz olurdu. Hərəmiz bir tərəfdən yalvarırdıq. Axırda razılaşdı. Dedi ki, allah sənə səs verib, səndən onu ala bilmərəm, get oxu... O, başa düşürdü ki, mən səhnəyə özümü göstərməyə yox, musiqini bildiyim və sevdiyim üçün çıxmaq istəyirəm. Bir dəfə gördüm ki, o, oturub mənim oxuduğum “Dəli ceyran” mahnısına qulaq asa-asa ağlayır... O, görmədi ki, mən onu gördüm...
 
Vətənini sevən adam idi. Başqa yerə köçməkdən danışmaq belə istəmirdi. Tez-tez deyəsən Musa Yaqubdan bir misranı deyirdi: “Bəlkə də borcundan çıxmadım, Vətən”¦” Onun əsərinə film çəkmək istəmişdilər, azərbaycanlı yox, rus aktyorları çəkirlər deyə razılaşmamışdı. Halbuki oradan alacağımız qonorara ehtiyacımız var idi.

 
- Özünüz ədəbiyyatla nə qədər maraqlanırsınız?
 
- Çox maraqlıdır mənə ədəbiyyat. Uşaqlıqdan düşünürdüm ki, müğənni olmasaydım, ya yazıçı, ya da jurnalist olacaqdım. Hərdən belə xırda hekayələr, şerlər də yazıram. Əvvəllər əsər-filan daha çox oxuyurdum. Son vaxtlar vaxtım yoxdur elə də. Başım musiqiyə qarışıb...
 
Xorxe Lui Borxesi çox sevirəm, əsərlərində dərindir. Bir də, əlbəttə ki, Heminqueyi. Azərbaycan ədəbiyyatında sevdiyim şair Ramiz Rövşəndir. Ruhən mənə çox yaxındır. Bəlkə də cavan şairlərdən mənim xəbərim yoxdur. Elçin Səfərlini tanıyıram, oxuyuram. Ramiz Rövşəni atam da çox sevirdi.

Oxşar xəbərlər
19:10, Bu gün
Yevlaxda ər arvadını öldürüb, sonra özünü bıçaqlayıb
19:08, Bu gün
Qəzaya uğrayan helikopterin axtarışları davam edir - VİDEO
19:04, Bu gün
"Ukraynadan qalan yalnız Lvov olacaq" - Xodorkovski
18:56, Bu gün
"Hər hansı bir ölkəni çökdürmək üçün çip alımını dayandırmaq yetərlidir"
18:55, Bu gün
İbrahim Rəisi sağdırmı? – İrandan şok qərarlar...
18:42, Bu gün
"Mehr" agentliyi İran Prezidentinin xəsarət almadığı ilə bağlı məlumatı silib - YENİLƏNİB
18:33, Bu gün
Qəzzada 35,5 min insanın həyatını itirdiyini bildirib
18:30, Bu gün
2023-cü ildə 30 500 şəkərli diabet xəstəsi qeydə alınıb
18:05, Bu gün
Rəisinin helikopterinin qəzadan öncəki görüntüləri - VİDEO
18:05, Bu gün
Britaniyanın müdafiə naziri Rusiya ilə mümkün müharibədən danışdı
17:43, Bu gün
Nazirlik: VI siniflərdə keçirilən monitorinq uğurla başa çatdırılıb
17:40, Bu gün
İran Prezidenti helikopterin sərt enişi nəticəsində xəsarət almayıb - KİV
17:39, Bu gün
Yağıntılı hava ilə bağlı magistral yollarda görmə məsafəsi məhdudlaşacaq
17:38, Bu gün
Slovakiyanın güllələnmiş baş nazirinin vəziyyəti necədir?
17:32, Bu gün
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – Təfərrüat
17:25, Bu gün
Latviya Parlamentinin sədri: Qarabağdakı quruculuq işlərinə şahidlik etmək çox sevindiricidir
17:23, Bu gün
Türkiyəli nazir: İlin sonunadək neft hasilatı daxili bazarın tələbatının 10 faizini ödəyəcək
17:20, Bu gün
Qocalar evində ölümləri "proqnozlaşdıran" ekstrasens pişik
17:18, Bu gün
Köçəryan və Sərkisyandan Paşinyana qarşı həmlə: Petrosyan tərəfini açıqladı
17:08, Bu gün
İran Prezidentini daşıyan helikopter sərt eniş edib, Rəisinin vəziyyəti məlum deyil
17:07, Bu gün
Göyçayda 24 yaşlı oğlanı cərəyan vurub öldürüb
17:05, Bu gün
Bakıda iki sərnişin avtobusu toqquşdu: 6 nəfər xəsarət aldı
16:58, Bu gün
İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb
16:55, Bu gün
Latviya parlamentinin sədri Şuşadadır
16:52, Bu gün
Rusiyalılar mülki ukraynalıları qətlə yetirir, Xersonda insanların üzərinə drondan partlayıcı maddə atılıb
16:44, Bu gün
Nuran Abdullayev: "Prezident İlham Əliyev nə zaman hansı gedişi edəcəyi bilinməyən ən güclü siyasi şahmat ustasıdır"
16:40, Bu gün
"Hücumun birinci fazası: Volçanskın zəbt edilməsi rusiyalılara nə üçün lazımdır?" - ISW
16:39, Bu gün
Ukrayna Rusiyanın daha bir gəmisini VURDU
16:37, Bu gün
Çərçivə sazişi imzalanır, dəhliz bu statusla açılır - Tarix verildi
16:36, Bu gün
Türkandan gözlənilməz hərəkət: Efirə telefonla buraxmadılar deyə GÖRÜN NƏ ETDİ - VİDEO
16:34, Bu gün
Rusiya Xarkovdakı istirahət mərkəzini “İskander”lə vurub, ölənlərin sayı 5-ə çatıb - YENİLƏNİB
16:20, Bu gün
Amerikalı qız başqa ölkəyə köçdü, adını dəyişdi: Maraqlı SƏBƏB
16:18, Bu gün
Cəlilabadda 17 yaşlı yeniyetmə bıçaqlanıb
16:14, Bu gün
Ağsu dolaylarında asfalt çöküb
16:06, Bu gün
Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Günü qeyd edilir
15:45, Bu gün
Bitlisdə avtobus dərəyə düşüb, yaralananlar var
15:31, Bu gün
Maqnit qasırğaları zamanı edilən səhvlər SADALANDI
15:28, Bu gün
Xətaidə yanğın: Avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
15:27, Bu gün
Dunay çayında gəmilər toqquşub, ölənlər var
15:04, Bu gün
Seyid İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
15:03, Bu gün
Yeni Kaledoniyada gərgin vəziyyətlə əlaqədar məktəblərdə dərslər dayandırılıb
15:02, Bu gün
Erməni barbarlığına tuş gələn Qubadlı məscidi
15:01, Bu gün
Ukrayna Rusiyanın daha bir gəmisini məhv etdi
14:45, Bu gün
“Ola bilsin ki, bəziləri bizim bu görüşlərimizi bəyənməsinlər”
14:45, Bu gün
Çinin kənd təsərrüfatı naziri haqqında təhqiqat başlanıb
14:43, Bu gün
Tabut açıldı: Qızı içəridəki kişini görüb DƏHŞƏTƏ gəldi
14:42, Bu gün
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
14:40, Bu gün
Müdafiə Nazirliyi şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimi keçirib
14:25, Bu gün
Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon
14:23, Bu gün
Prezident: "Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir"
14:22, Bu gün
"Ukrayna Rusiyadakı obyektlərə zərbələr endirmək üçün ABŞ-dan icazə istəyir" - "The Wall Street Journal"
14:15, Bu gün
Anar Heybətova ağır itki - FOTO
14:14, Bu gün
"Belarus post-sovet ölkələri arasında Azərbaycanın dördüncü ən böyük xarici ticarət partnyorudur"
14:11, Bu gün
Vətəndaş kibercinayətkarların tələsinə belə düşdü - 25 min manat itirdi- ŞOK FAKTLAR
14:11, Bu gün
"Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgəyə fayda verəcək"
14:09, Bu gün
Prezident: "İki hidroqovşağın açılışı və istismara verilməsi tarixi hadisədir"
14:08, Bu gün
Prezident: "İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir"
14:07, Bu gün
Tanınmış xanəndə məşhur aktyorun bacısı imiş - FOTO
14:07, Bu gün
Azərbaycan Prezidenti: "Bizim energetika sahəsində çox böyük planlarımız var"
13:44, Bu gün
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində azı 4 nəfər ölüb
13:42, Bu gün
Diş yetişdirmək üçün dünyada ilk dərman yaradıldı
13:27, Bu gün
Aralıq dənizində zəlzələ
13:23, Bu gün
İran səfiri: Missiyamın son günündə ən böyük sərhəd layihəsinin istifadəyə verilməsi ilə fəxr edirəm
13:21, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
13:20, Bu gün
Sumqayıtda mənzildən kişi meyiti tapıldı
13:19, Bu gün
Kim qalib gələcək: Tramp, yoxsa Bayden?
12:55, Bu gün
Sabah Azərbaycanın bu rayonlarında leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək
12:54, Bu gün
Rusiyada yük qatarı relsdən çıxdı - VİDEO
12:53, Bu gün
İran raketləri İsrailin 12 müdafiə xəttini yardı - General
12:53, Bu gün
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
12:48, Bu gün
Baqratın baş nazir olmaq şansı varmı?
12:38, Bu gün
"Barselona" transfersiz qala bilər
12:30, Bu gün
Rusiyanın “dərin dövləti” haqda sensasion iddia - ADLAR
12:21, Bu gün
Latviya parlamentinin sədri Füzulidə səfərdədir
12:20, Bu gün
“Qərbi Azərbaycana qayıdış” Türk Dünyası Sammiti Daşkənddə baş tutdu - Fotolar
12:16, Bu gün
Bu gün derbi var - “Qalatasaray” çempion ola bilər
12:11, Bu gün
“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - FOTOLAR
12:11, Bu gün
İstanbul boğazlarında gəmilərin hərəkəti dayandırıldı
12:00, Bu gün
İlham Əliyev sərhəddə İran prezidenti ilə görüşdü - YENİLƏNİB
11:47, Bu gün
"Rusiya-Azərbaycan" dəyirmi masası və ikitərəfli görüşlər keçirilib
11:45, Bu gün
Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır
11:43, Bu gün
Ajda Pekkandan Sezen Aksu ETİRAFI: “Necə inandıracağımı bilmirəm”
11:40, Bu gün
Kahramanmaraşda 3,6 bal gücündə zəlzələ baş verib
11:26, Bu gün
İndoneziyada vulkan püskürməsi: 7 şəhər boşaldılıb
11:25, Bu gün
Rusiyanın Belqorod vilayətində raket təhlükəsi elan edilib
11:23, Bu gün
Tovuzda 3 nəfər dəm qazından zəhərlənib, biri ölüb
11:21, Bu gün
DİN valideynlərə müraciət ETDİ
11:13, Bu gün
Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək... - VİDEO
11:10, Bu gün
Hondurasın Rusiyadakı səfiri qəflətən vəfat edib
11:09, Bu gün
Sumqayıtda F-1 əl qumbarası aşkarlanıb
10:52, Bu gün
Nə edək? - "Evrovision"a Bayram Nurlunu, Baboşu göndərək? - VİDEO
10:37, Bu gün
Türkiyədə güclü partlayış: Yaralananlar var
10:35, Bu gün
Azərbaycanın bəzi rayonlarında şimşək çaxıb, qar yağıb - FAKTİKİ HAVA
10:22, Bu gün
Bu bürclərin qızları ilə ailə qurmaq sizə baha başa gələ bilər
10:17, Bu gün
Qədir Aslanov: Azərbaycan ziyalısı, jurnalist, vəfalı ailə başçısı!
10:16, Bu gün
VI sinif şagirdləri üçün monitorinq keçirilir
10:15, Bu gün
"Keşiş hökumətlə qarşıdurmaya getsə, Paşinyan bu addımı atacaq"
10:13, Bu gün
Çin kəşfiyyatı kosmosla bağlı casusluq faktı AŞKARLADI
10:07, Bu gün
Baqratdan ŞOK HƏDƏ: “Baha başa gələcək...”
10:05, Bu gün
“Bütün enerjisini işə həsr edənlərdə infarkt riski daha yüksəkdir”
GÜNLÜK
18 May 2024 | 20:10
Siyasi partiyalarla konstruktiv dialoq milli maraqların qorunmasına hesablanıb
18 May 2024 | 19:56
Putinlə Tokayev arasında kritik zəng
18 May 2024 | 20:33
5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla... 
18 May 2024 | 19:29
Azərbaycan çempionatında möhtəşəm qol vuruldu
18 May 2024 | 19:30
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
18 May 2024 | 19:49
Lerikdə uçqun zamanı bağlı qalan yol qismən açılıb
18 May 2024 | 19:16
Cəlilabadda canavarlar altı qoyunu parçalayıb, dördü xəsarət alıb
18 May 2024 | 19:50
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
18 May 2024 | 20:27
İsrail "Hizbullah" döyüşçülərini daşıyan avtomobilə zərbə endirib - VİDEO
18 May 2024 | 20:56
Qəbizliyi aradan qaldıran qidalar
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
18 May 2024 | 16:29
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
AYLIQ
18 May 2024 | 20:10
Siyasi partiyalarla konstruktiv dialoq milli maraqların qorunmasına hesablanıb
18 May 2024 | 19:56
Putinlə Tokayev arasında kritik zəng
18 May 2024 | 20:33
5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla... 
18 May 2024 | 19:29
Azərbaycan çempionatında möhtəşəm qol vuruldu
18 May 2024 | 19:30
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
18 May 2024 | 19:49
Lerikdə uçqun zamanı bağlı qalan yol qismən açılıb
18 May 2024 | 19:16
Cəlilabadda canavarlar altı qoyunu parçalayıb, dördü xəsarət alıb
18 May 2024 | 19:50
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
18 May 2024 | 20:27
İsrail "Hizbullah" döyüşçülərini daşıyan avtomobilə zərbə endirib - VİDEO
18 May 2024 | 20:56
Qəbizliyi aradan qaldıran qidalar