“Azərbaycan iqtidarında Qubad İbadoğlu kimi savadlı iqtisadçı yoxdur”
Müsahibə
Oxunub: 5622
07 Nov 2014 | 11:27
“Azərbaycan iqtidarında Qubad İbadoğlu kimi savadlı iqtisadçı yoxdur”

“Dövlət qulluğuna çoxpilləli qəbul sistemi ləğv edilməlidir”

 

Sərdar Cəlaloğlu: “Quranla təsdiq olunmayan heç bir hərəkəti doğru hesab eləmək olmaz”

 

ADP sədri Sərdar Cəlaloğlu Moderator.az saytı və “Hürriyyət” qəzetinə müsahibəsində Azərbaycanda elmin mövcud vəziyyəti, elm adamlarına olan münasibət, ölkə elmini inkişaf etdirməyin yolları və s. ilə bağlı məsələləri şərh edib.

 

Əvvəli burda (moderator.az/?xeber=60239)


-Deməli, hesab edirsiniz ki, elmin inkişafı üçün bütövlükdə elmə, elm adamlarına baxış dəyişilməli, onların siyasi baxışları nəzərə alınmamalıdır?

 

-Şübhəsiz. Bu gün iqtidar düşərgəsində elə adamlar var ki, onlar məhz iqtidar təmsilçiləri olduqları üçün çox qısa bir zamanda ortaya heç bir ciddi elmi nailiyyət qoymadan ən yüksək elmi titullar alıblar. Bu baxımdan mən R.Mehdiyevin fikirləri ilə tamamilə razıyam. Onun qayğılarını bölüşdürürəm. Dəfələrlə olub ki, R.Mehdiyev özü təklikdə Azərbaycan tarixinin böyük şəxsiyyətlərinin müdafiəsinə qalxıb. O, bu şəxsiyyətləri elə Azərbaycanın öz alimlərindən müdafiə edib. Şah İsmayıl Xətai ilə bağlı mən bir məqalə yazmışdım. Iki Azərbaycan alimi Şah İsmayıl Xətainin kimliyi ilə bağlı ağızlarına gələni yazıblar. Azərbaycan tarixində Nadir şah haqqında bir dənə ciddi əsər yazan Azərbaycan alimi yoxdur. Halbuki, Azərbaycan və dünya tarixinin ən böyük şəxsiyyətlərindən biridir. Azərbaycan olaraq dünya tarixinə təqdim edə biləcəyi 3-4 şəxsiyyətimiz var, onlardan biri də Nadir şahdır. Amma hələ bugünə qədər Azərbaycan tarixçiləri Azərbaycan xalqına Nadir şahı tanıda bilməyib. Söhbət idarəetmədə yüksək keyfiyyətli kadrların azlığı problemindən getmir. Söhbət Azərbaycanın tarixinin, mədəniyyətinin öyrənilməsi sahəsindəki böyük qüsurlardan gedir. Necə ki, biz öz tariximizi düzgün öyrənməmişik, necə ki, biz vətəndaşlarda tarixi ruh aşılamamışıq, bizim gələcəyə yolumuz bağlı olaraq qalacaq. Bunu heç nə, ABŞ və Avropada təhsil alan insanları idarəetmənin bütün pillələrinə doldursalar belə dəyişə bilməz.

 

-Ramiz Mehdiyev kadr çatışmazlığındna şikayətlənsə də, xaricədə təhsil alan yüksək ixtisaslı kadrların böyük əksəriyyətinin işlə təmin edilməməsi hər kəsə bəllidir. Niyə bu kadrların bacarığındna istifadə edilmir?

 

-Təbii ki, xaricdə təhsil alan tələbələrin Azərbaycanda işlə təmin edilməməsi əsas problemlərdən biridir. Ildə Azərbaycan dövləti külli miqdarda vəsait ayıraraq xarici ölkələrdə azərbaycanlı tələbələr oxudur. Həmin gənclər dünyanın ən məşhur universitetlərində oxuyur. Bu gənclərin 20-30%-i ölkəyə qayıtmır. Birincisi, bu ənənəyə son qoymaq lazımdır. Əgər kimsə dövlətin vəsaiti ilə xaricdə oxuyubsa, bu insanların ölkəyə qayıtması məcburi olmalıdır. Çünki dövlət bu insanların oxuması üçün ona görə vəsait ayırıb ki, özünə kadr hazırlasın. Lakin bu insanların 30-40%-i ölkəyə qayıtmır. Azərbaycana qayıdanların isə 50-60%-i iş tapa bilmir. Amerika təhsilli tələbələrlə bağlı bir kitab çıxmışdı. Orada 300 nəfərə qədər azərbaycanlı var idi. Lakin onların içərisindən öz ixtisası üzrə işləyən yalnız 2-3 nəfər var idi. Qalanları ingilis dilindən tərcüməçi və s. işləyirdi. Əgər kadrları yetişdirmisinizsə, o zaman niyə bunları ixtisası üzrə yerləşdirmirsiniz? Azərbaycanda kadrların yerləşdirilməsi ilə bağlı ciddi problem mövcuddur.

 

-Dövlət qulluğuna qəbulla bağlı da ciddi narazılıqlar var. Vətəndaşların əksəriyyəti iddia edir ki, testdən keçən kadrlar müsabiqənin “söhbət” adlanan ikinci mərhələsində məqsədli və əsassız olaraq “kəsilir”...

 

-Mən bu deyilənlərlə razılaşıram. Millət vəkili Zahid Oruc da bildirib ki, bir nəfər 7 dəfə testdən keçib, amma müsabiqənin söhbət hissəsindən keçməyib. Sual olunur, Azərbaycan hökumətinə bir məmurun şəxsi fikri lazımdır, yoxsa gənc kadrın təhsili lazımdır? Söhbət edən məmur sonda öz iradəsi əsasında qərar verir. Biz bilirik ki, bunların çoxu rüşvət əsasında reallaşır. Kimsə rüşvət vermirsə, onu tapşıran yoxdursa, alim də olsa onu işə götürməyəcəklər. Z.Oruc haqlı bir mövqe ortaya qoyub. Amma Oqtay Əsədov onun mikrofonunun səsini alır. Halbuki, bu, çox ciddi bir məsələdir. Qurban Məmmədov iki dəfə vəkillik imtahanında testdən keçdi, amma söhbətdən keçmədi. Azərbaycan vəkillərinin böyük əksəriyyəti bu problemlə üzləşib. Anlamıram, testdən keçən bir insan söhbətdən necə kəsilə bilər? Bu, incəsənət institutu deyil ki, deyəsən ki, hansısa qabiliyyət imtahanında özünü doğrultmadı. Ikipilləli bir sistem yaradıblar. Üzdə özlərini elə göstərirlər ki, guya Azərbaycanda kadrların yerləşdirilməsində heç bir konniktura yoxdur. İmtahan verən hər bir kəs lazımi balı toplayıb istədiyi işdə çalışa bilər. Müsabiqənin ikinci hissəsi isə Azərbaycan reallıqları baxımından ciddi şərt kimi irəli sürülüb. Yəni sən min bal toplasan da oradakı məmurun “xoşuna gəlməsən” işə qəbul olunmayasan.

Azərbaycan Vəkillər Kollegiyasından nə qədər savadlı vəkillər qovuldu. Sizə kadr lazımdırsa, bu insanları niyə qovursunuz? Məhkəmələrdən, prokurorluqdan, polis sistemindən azad edilən yüksək savadlı insanlar var ki, onlar sırf siyasi motivlərə görə işdən azad olunublar. Bu çox yanlış bir şeydir. Əgər R.Mehdiyev doğrudan da bu problemin həllinə nail olmaq istəyirsə, bilavasitə göstəriş verməlidir ki,  kadrlara siyasi kimliyi məsələsinə görə yanaşılmasın. Məmurlar da dövlət işində öz vəzifələrini yerinə yetirdikləri zaman vəzifə səlahiyyətlərindən siyasi məqsədlər naminə istifadə etməməlidirlər. Bu məsələ qanunla tənzimlənməlidir. Məsələn qanun olmaldır ki, sən necə ki, polis mundirindəsən, necə ki, hakimsən, vəkilsən siyasi mövqeədən çıxış etməli deyilsən. Elə ki, işdən çıxdın, gedib bir partiyanın üzvü ola bilər, siyasi mövqeyini ortaya qoya bilərsən. Məmurların siyasətdən kənarda saxlanılması vacibdir, amma siyasi mənsubiyyətinə görə məmurları işdən azad eləmək və ya işə qəbul etməmək yanlışdır. Bu problemin çoxlu aspektləri var. Mən özüm də dəfələrlə bu məsələlərlə bağlı öz narahatlığımı dilə gətirmişəm.

 

-Ölkədə elmin, təhsilin vəziyyətini necə xarakterizə edərdiniz?

 

-Azərbaycanda elm olduqca bərbad bir vəziyyətdədir. O yerdə ki, elm özü axsayır, orada təhsildən söhbət gedə bilməz. Kadrlar isə elmlə təhsilin vəhdətindən meydana çıxır. Azərbaycanda isə nə elm var, nə də təhsil, kadr necə meydana gələcək ki? Bu baxımdan hesab edirəm ki, R.Mehdiyev çox ciddi bir problem qaldırıb. Kadr məsələsi dövlətçilik məsələsidir. Bu, strateji məsələdir. Azərbaycan hərbi sənayeni inkişaf etdirməyə çalışır. Əgər kadr yoxdursa, bunu necə edəcək? Biz güclü ordu yaratmaq istəyirik. Əgər bizdə güclü hərbi kadrlar yoxdursa, biz belə bir ordu necə yarada bilərik? Azərbaycan iqtidarı bildirir ki, iqtisadiyyatımızda ciddi inkişaf var. Əgər sənin güclü iqtisadçıların yoxdursa, sən iqtisadi inkişafa necə nail olursan? Iqtisadi inkişafın əsas mənbələrindən biri elmdir. Bu gün Azərbaycan iqtidarında Qubad İbadoğlu kimi, o səviyyədə savadlı bir iqtisadçı yoxdur. Lakin dövlət onu işə götürmür. Əksinə, onu təqib və təzyiq edirlər. Şəxsən mən iqtidarda olsaydım, o zaman Q.İbadoğlu nə qədər kəskin müxalifətçi mövqeyindən çıxış etsəydi də, onun bilik və bacarığından istifadə edərdim. Bildiyiniz kimi, bu insanı Qırğızıstanda baş nazirin müşaviri vəzifəsinə təklif etdilər. Necə ola bilər ki, sənin yetişdirdiyin bir kadrı Qırğızıstanda işə dəvət edirlər, dünyanın bir çox ölkələrində onun fikirləri avtoritet götürülür, amma sən öz ölkəndə bu insana işləmək üçün yer tapılmır? Niyə Q.İbadoğlu nazir olmasın? Niyə Nazirlər Kabinetində işləməsin? Niyə prezidentin iqtisadi məsələlər üzər müşaviri olmasın? Axı bu insan bu vəzifələrin birində çalışsa öz bilik və savadını iqtidara verəcək də. Bu baxımdan hesab edirəm ki, Azərbaycanda kadr siyasəti dəyişilməlidir. Kadrların siyasi kimliyi onların dövlət vəzifələrinə gətirilməsinə mane olmamalıdır. Söhbət siyasi vəzifələrdən gedən zaman bu amil nəzərə alına bilər. Mən razıyam ki, nazirlər olmasın. Nazirlik, komitə sədrləri siyasi postlardır və bura ancaq YAP-a bağlı və hakimiyyətin siyasətini bölüşən insanlar təyinat alsın. Yoxsa hər hansı bir nazirlikdə hansısa sahəyə rəhbərlik məsələsini müxalifətçi bir kadra etibar etmək niyə olmasın ki? Bir şəxs öz ixtisası üzrə hansısa nazirlikdə hansısa sahə üzrə çalışarsa, o zaman həmin adamın ADP-çi və ya YAP-çı olamsının məsələyə nə dəxli var? Bu baxımdan siyasi postlarla məmurları ayırmaq lazımdır. Məmurların siyasi kimliyinə görə ayrı-seçkiliyi həyata keçirilməməlidir.

 

-Sizcə dövlət müxalifətdəki kadrların potensialından istifadə edə bilirmi?

 

-Faktiki olaraq Azərbaycanda ləyaqətli, ixtisaslı kadrların müxalifətçi qismi dövlətin idarəçiliyindən yanlış olaraq kənara atılıb. Bu da nəticə etibarilə R.Mehdiyevin dediyi kimi ciddi problem yaradır. Əgər kadr ehtiyatı istəyirsinizsə, o kadrların böyük bir qismi müxalifətdə var. Bunlardan istifadə edə bilərsiniz. Habelə, fəaliyyətini xaricdə davam etdirən insanlarımızın bir qismini də vətənə qaytarmaq mümkündür. Onlar Azərbaycan dövlətinin pulu ilə oxuyublar. Kadrların yerləşdirilməsində süni maneələr ləğv edilməlidir. Insanlar testdən keçməli və lazımi balı toplayarsa, işlə təmin edilməlidir. Deyə bilrəsiniz ki, ola bilər ki, adam mütəxəssis olsun, amma başdan xarab olsun. Bunu müəyyənləşdirmək üçün məntiqi-psixoloji testlər qoya bilərsiniz. Bunu sadəcə test müəyyən etməlidir. Siz hardan bilirsiniz ki, testdən keçən insanın psixoloji baxımdan yararlılığını müəyyən edən şəxsin özü ruhi baxımdan sağlam adamdır? O həkim-zaddır məgər? Bəlkə elə onun özü dəlidir? Bu baxımdan çoxpilləli qəbul prosesini ləğv etmək lazımır. Əgər Azərbaycan iqtidarı sağlam şəkildə dövlətin idarə edilməsində layiqli kadrların iştirakını arzulayırsa, o zaman tam məsuliyyəti ilə deyirəm ki, bu ölkədə Azərbaycanı ABŞ səviyyəsinə çıxarda biləcək, onu ABŞ səviyyəsində idarə edəcək kadrlar kifayət qədərdir. Bunlar xaricdə oxuyublar. Onların arasında Yaponiyada, ABŞ-da, İngiltərədə, Fransada, Çində təhsil alanlar var. Eyni zamanda Azərbaycan universitetlərinin özündə də qeyri-adi dərəcədə savadlı gənclər var. Onların özləri öz üzərlərində işləyirlər. Yəni universitetdə verilən təhsil nə qədər keyfiyyətsiz olursa olsun, bu insanlar öz iradə və səyləri hesabına özlərini inkişaf etdirirlər. Mən öz təcrübəmdən bunu bilirəm. Biz eyni qrupda oxuyurduq. Biz həkim olduq, amma yoldaşlarımızın çoxu adi resep yaza bilmədi. Universitetin özünün də keyfiyyətsiz olması oxumaq istəyən tələbə üçün əngəl deyil. Çalışqan tələbə bu universitetdə də oxuyacaqdır. Əgər başqa cür olsaydı, o zaman elm və təhsil baxımdan geri qalan ölkələrdən böyük alimlər çıxmazdı.

 

-Deməli ölkədə kadr qıtlığı yox, kadrların yerləşdirilməsi problemi mövcuddur?

 

-Şübhəsiz. Azərbaycanda kadrların yoxluğu problemi mövcud deyil. Azərbaycanda kadrların seçilib yerləşdirilməsi problemi mövcuddur. R.Mehdiyevə də bunu xatırlatmaq istəyirəm ki, Azərbaycanda kifayət qədər kadrlar var. Sadəcə bu kadrlara siyasi yanaşma olduğuna görə, ölkədə istedadlı kadların böyük çoxluğu kənarda qalır. Mən çox ləyaqətli adamlar tanıyıram ki, onlar elmlər namizədi, mütəxəssislərdir, hansı ki, onlar mağazalarda satıcı işləyirlər. Onlar kimlərinsə əlinin altında köməkçi işləyirlər. Çünki ailələrini dolandırmaq üçün başqa yolları yoxdur. Bir neçə dəfə məmur olmaq, ixtisasları üzrə işləməyə cəhd etsələr də, alınmayıb. Iqtisadçılar, nüvə fizikası sahəsində alimlər tanıyıram ki, onlar ölkəni tərk etməli olub. Onlar ölkədəki kadr siyasətinin çoxsaylı setlərindən keçə bilmədikləri üçün ya öz ixtisaslarından imtina ediblər, ya da ölkəni tərk ediblər. Maraqlıdır ki, onlar xaricə gedəndən sonra bu ölkələrdə çox böyük yerlər tutublar. Talasemmiyada müalicənin bir üsulu da ilik köçürmədir. Dünyada ən məşhur ilikköçürmə İtaliyada mövcuddur. Italiyadada bu işi bir azərbaycanlı görür. Hansı ki, Azərbaycanda bu işi görməyə çalışsa da ona imkan verməyiblər. Indi bu şəxs İtaliyada çalışır. Indi bir azərbaycanlının İtaliyada müalicəsi üçün Azərbaycan İtaliya dövlətinə külli miqdarda pul köçürür ki, o azərbaycanlı bu azərbaycanlını müalicə eləsin. O azərbaycanlı ona görə gedib İtaliyaya çıxıb ki, Azərbaycanda ona işləməyə imkan verməyiblər. Azərbaycan alimləri gedib Avropada, Amerikada yüksək səviyyədə işləyirlər. Azərbaycan isə İrandan, Türkiyədən mütəxəssis gətirib ,guya insanları müalicə elətdirir. Bu Azərbaycan iqtidarının elmi siyasiləşdirməsi ilə bağlıdır. Bu, kadr siyasətinin düzgün aparılmaması ilə bağlı yaranan problemlərdir.

 

-Ancaq mövcud reallıqlar fonunda belə bir görüntü meydana çıxır ki, sanki bu xalq yüksək peşəkarlığa və səviyyəyə malik kadrlar yetişdirmək iqtidarında deyil...

 

 

-Biz deyə bilmərik ki, Azərbaycan xalqı o qədər geri zəkalıdır ki, ona hər cür şərait yaradırsan, amma ondan kadr çıxmır. Əgər belə olsaydı o zaman 20 il dünyanın iki kosmik dövlətinin kosmik tədqiqatlar mərkəzinin başçısı necə azərbaycanlı ola bilərdi? Haılbuki, düz 20 il ABŞ və SSRİ-də bu vəzifələrin başında azərbaycanlı alimlər dayandı. ABŞ-da bu vəzifənin başında Lütfüzadə, SSRİ-də isə Kərimzadə dayanırdı. Bu onu göstərir ki, Azərbaycan xalqının kdar yetişdirmə potensialı ABŞ-dan da, ruslardan da çox-çox yüksəkdir.

 

-Azərbaycanda İslam dinin mövcud vəziyyəti ilə bağlı fikirləriniz nədən ibarətdir?

 

-Əgər Quranla mövcud İslamı müqayə etsəniz görərsiniz ki, onların arasında heç bir əlaqə yoxdur. Quran tamamilə başqa bir yol göstərir, cari İslam isə tamamilə başqa bir yolla gedir. Quranda, İslamda dəstələrə ayrılmaq, Quranın ayələri ilə bağlı mübahisə eləmək, bir-biri ilə vuruşmaq, bir-birini bəyənməmək və s. ən  ağır günah kimi Allah tərəfindən dəyərləndirilib. Allah dəfələrlə Quranda dəstələrə bölünməməyə, dini parçalamamağa çağırıb. Hətta bəzi alimlərin Qurandakı bəzi ayələri öz xeyirlərinə yozmasını çox böyük günah kimi qiymətləndirib və bildirib ki, qiyamət günü onlarla danışmayacayıq. Yəni onların əməli mühakimə belə edilməyəcək. Onlar birbaşa cəhənnəmə göndəriləcək. Deyilir ki,  başçılarını tərəfdarlarından ayırıb başçılarını cəzalandıracayıq. Islamda təriqətləşməyə getmək çox yanlış addım kimi qiymətləndirilib. Bu gün İŞİD-in hərəkəti də göstərir ki, ortalıqda təriqətlər arası bir münasişə var. 1630-cu ildə vəhabilər Kərbalaya hücum edib 60 min nəfər şiəni qırmışdı. Islam tarixində təriqətlər arasında o qədər böyük qanlı savaşlar olub ki, hec başqa dinlərlə döyüşdə bu qədər itki verilməyib. Bu gün də İŞİD İraqda və Suriya ərazisində milyona yaxın müsəlmanı qətlə yetirib. Bu, təriqətləşmənin nə qədər təhlükəli olduğunu göstərir. Qurani-Kərimdə də təriqətlərin olması qadağan edilir. Allah-təala deyir ki, doğru yol mənim əmrlərimin icrasıdır. Bu kitabın heç bir yerində hər hansısa bir təriqətin doğru olduğunu sübut edən hər hansı fikir tapa bilməzsiniz. Allahın əmrləri İslamın icrası ilə bağlıdır. Və  orada konkret olaraq göstərilib ki, nələri etmək lazımdır. Yerdə qalan məsələlər alimlər tərəfindən yanlış olaraq istiqamətləndirilir. Tutaq ki, hansısa bir ayəni götürüb ona yanlış şərh verir və sonra bu məna üzərində bir yol yaradırlar. Nəticədə Allahın yolu kənarda qalır, özləri öz yaratdıqları bu yolla gedirlər.

 

-Şəriətdə məhərəmliyin yeri və rolu hardadır? Məhərrəmliklə bağlı bir müsəlmanın sərgiləməli olduğu mövqe nədən ibarətdir?

 

Bəqərə surəsində deyilir ki, din yolunda ölənlər şəhiddir. Onlara ölü deməyin. İmam Hüseyn əgər din yolunda ölübsə, biz ona necə ölü deyib yas saxlaya bilərik? Bu ölü deyil axı, diridir. Qurani-Kərim bunu deyir. İkincisi, Allah-təala deyir ki, kimsə axirətə və cənnətə düşəcəyinə inanırsa, onda həmin kəsə deyin ki, ölməyə tələssin. Qurandakı ayələrin birində bu, yəhudilərlə bağlı səsləndirilir. Biz əminik ki, imamlar müqəddəsdir, safdır, onlar cənnət əhlidirlər. Onlar Allaha yaxınlaşdığı üçün biz niyə ağlamalıyıq ki? Əbir insan ölübsə, bu o deməkdir ki, o, Allaha yaxınlaşıb, ona doğru gedib. Peyğəmbərin də belə bir fikri var ki, ölənin ardınca ağlamayın, bu günahdır. Çünki o, Allahına tərəf gedir. Başqa bir ayə də var ki, orada peyğəmbərllərlə yanaşı vuruşan başqa müqəddəs insanların varlığından danışılır. Söhbət peyğəmbərdən sonra vuruşanlardan yox, onun özü ilə birlikdə vuruşanlardan gedir. İsa peyğəmbərin şagirdlərinin bir çoxu edam edilib. Musa peyğəmbərin özünün təbliğatçılarının çoxu onun öz dövründə edam olunub. Onların heç birinə matəm saxlamaq olmaz. İslamın əsas şərti nədir? Allahdan başqa Allah yoxdur, Məhəmməd peyğəmbər onun rəsuludur. Deməli, bundan belə çıxır ki, Allahdan sonra hörmətə layiq ikinci şəxs, yəni ən çox hörmətə layiq şəxs Məhəmməd peyğəmbər olmalıdır. Əgər ölənə ağlamaq lazımdırsa, o zaman biz niyə Məhəmməd peyğəmbərə ağlamırıq, amma imam Hüseynə ağlayırıq? Onda belə çıxır ki, biz ya imam Hüseyni Məhəmməd peyğəmbərdən də üstün tuturuq, ya da ortada digər bir anlaşılmazlıq var. Kimsə deyə bilər ki, imam Hüseyn faciəvi surətdə ölüb. Lakin bir çox din fədailəri, o cümlədən həzrəti Əli də kifayət qədər faciəvi surətdə ölüb. Quranda Allah tərəfindən əmr edilməmiş, amma İslama tətbiq edilən bütün adət və  ənənələri yanlış hesab edirəm. Bunu mən yox, Quran yanlış adlandırır.

 

-Ümumiyyətlə, imamlarla bağlı Quranı-Kərimdə hansısa ümumi və ya konkret müddəa mövcuddurmi?

 

-Quranda imamlara yas saxlayın, yaxud imamlar var və s. kimi məsələlər yoxdur. Biz bütün məsələlərdə Qurana istinad eləməliyik. Sünnilərin də dediklərinin böyük əksəriyyətinin Qurana aidiyyatı yoxdur. Şiələrin dediklərinin də əksəriyyətinin Qurana aiddiyyatı yoxdur.  Vəhabilərin, sələfilərin  dediklərinin də Qurana aiddiiyatı yoxdur. Bunlar sonradan Qurandan kənar ailəmlərin etiqad məsələsi ilə bağlı müəyyən etdiyi yollardır. Amma Allah-təala deyir ki, mənim doğru yolumu mənim əmrlərim müəyyən edir və bu əmrlər Quranda göstərilib. Quran doğru yolu səhv yoldan ayırır. Təriqətlər ona görə meydana gəlib ki, alimlər etiqad məsələsinə müxtəlif cür yanaşıb. Qurani-Kərimdə olmayan, Quranla təsdiq olunmayan heç bir hərəkəti doğru hesab eləmək olmaz. 40 gün yas saxlamaq, özünə əzab vermək, baş yarmaq, qan tökmək və s. nə Qurani-Kərimdə, nə də hədislərdə öz təsdiqini tapmayıb. Peyğəmbərin hədislərində deyilir ki, ölənlərin ardınca ağlamayın. Çünki siz ağlayarkən onların əzabı ağırlaşır, yəni daha da artır. Bu gün imam Hüseyn şəhid olduğu üçün kimsə ağlayırsa, peyəmbərin dediyindən belə çıxır ki, həmin şəxs ona əzab verir. Bu da məhərrəmliyin yas mərasimi kimi saxlanılmasının düz olmadığını göstərir. Din yolunda şəhid olan imam Hüseynə yas saxlamaq Qurana görə düz deyil. Onlar ölməyiblər, onlar diridirlər. Dirilərə isə yas saxlanılmır!

 

Seymur Əliyev

 

Oxşar xəbərlər
19:26, Bu gün
Rəisi və Abdullahian təhlükədədir - İranlı rəsmi
19:20, Bu gün
Ayətullah Xamenei İran Təhlükəsizlik Şurasının təcili iclasını keçirir
19:19, Bu gün
Sabahın havası meteohəssas insanlara necə təsir edəcək?
19:10, Bu gün
Yevlaxda ər arvadını öldürüb, sonra özünü bıçaqlayıb
19:08, Bu gün
Qəzaya uğrayan helikopterin axtarışları davam edir - VİDEO
19:04, Bu gün
"Ukraynadan qalan yalnız Lvov olacaq" - Xodorkovski
18:56, Bu gün
"Hər hansı bir ölkəni çökdürmək üçün çip alımını dayandırmaq yetərlidir"
18:55, Bu gün
İbrahim Rəisi sağdırmı? – İrandan şok qərarlar...
18:42, Bu gün
"Mehr" agentliyi İran Prezidentinin xəsarət almadığı ilə bağlı məlumatı silib - YENİLƏNİB
18:33, Bu gün
Qəzzada 35,5 min insanın həyatını itirdiyini bildirib
18:30, Bu gün
2023-cü ildə 30 500 şəkərli diabet xəstəsi qeydə alınıb
18:05, Bu gün
Rəisinin helikopterinin qəzadan öncəki görüntüləri - VİDEO
18:05, Bu gün
Britaniyanın müdafiə naziri Rusiya ilə mümkün müharibədən danışdı
17:43, Bu gün
Nazirlik: VI siniflərdə keçirilən monitorinq uğurla başa çatdırılıb
17:40, Bu gün
İran Prezidenti helikopterin sərt enişi nəticəsində xəsarət almayıb - KİV
17:39, Bu gün
Yağıntılı hava ilə bağlı magistral yollarda görmə məsafəsi məhdudlaşacaq
17:38, Bu gün
Slovakiyanın güllələnmiş baş nazirinin vəziyyəti necədir?
17:32, Bu gün
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – Təfərrüat
17:25, Bu gün
Latviya Parlamentinin sədri: Qarabağdakı quruculuq işlərinə şahidlik etmək çox sevindiricidir
17:23, Bu gün
Türkiyəli nazir: İlin sonunadək neft hasilatı daxili bazarın tələbatının 10 faizini ödəyəcək
17:20, Bu gün
Qocalar evində ölümləri "proqnozlaşdıran" ekstrasens pişik
17:18, Bu gün
Köçəryan və Sərkisyandan Paşinyana qarşı həmlə: Petrosyan tərəfini açıqladı
17:08, Bu gün
İran Prezidentini daşıyan helikopter sərt eniş edib, Rəisinin vəziyyəti məlum deyil
17:07, Bu gün
Göyçayda 24 yaşlı oğlanı cərəyan vurub öldürüb
17:05, Bu gün
Bakıda iki sərnişin avtobusu toqquşdu: 6 nəfər xəsarət aldı
16:58, Bu gün
İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb
16:55, Bu gün
Latviya parlamentinin sədri Şuşadadır
16:52, Bu gün
Rusiyalılar mülki ukraynalıları qətlə yetirir, Xersonda insanların üzərinə drondan partlayıcı maddə atılıb
16:44, Bu gün
Nuran Abdullayev: "Prezident İlham Əliyev nə zaman hansı gedişi edəcəyi bilinməyən ən güclü siyasi şahmat ustasıdır"
16:40, Bu gün
"Hücumun birinci fazası: Volçanskın zəbt edilməsi rusiyalılara nə üçün lazımdır?" - ISW
16:39, Bu gün
Ukrayna Rusiyanın daha bir gəmisini VURDU
16:37, Bu gün
Çərçivə sazişi imzalanır, dəhliz bu statusla açılır - Tarix verildi
16:36, Bu gün
Türkandan gözlənilməz hərəkət: Efirə telefonla buraxmadılar deyə GÖRÜN NƏ ETDİ - VİDEO
16:34, Bu gün
Rusiya Xarkovdakı istirahət mərkəzini “İskander”lə vurub, ölənlərin sayı 5-ə çatıb - YENİLƏNİB
16:20, Bu gün
Amerikalı qız başqa ölkəyə köçdü, adını dəyişdi: Maraqlı SƏBƏB
16:18, Bu gün
Cəlilabadda 17 yaşlı yeniyetmə bıçaqlanıb
16:14, Bu gün
Ağsu dolaylarında asfalt çöküb
16:06, Bu gün
Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Günü qeyd edilir
15:45, Bu gün
Bitlisdə avtobus dərəyə düşüb, yaralananlar var
15:31, Bu gün
Maqnit qasırğaları zamanı edilən səhvlər SADALANDI
15:28, Bu gün
Xətaidə yanğın: Avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
15:27, Bu gün
Dunay çayında gəmilər toqquşub, ölənlər var
15:04, Bu gün
Seyid İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
15:03, Bu gün
Yeni Kaledoniyada gərgin vəziyyətlə əlaqədar məktəblərdə dərslər dayandırılıb
15:02, Bu gün
Erməni barbarlığına tuş gələn Qubadlı məscidi
15:01, Bu gün
Ukrayna Rusiyanın daha bir gəmisini məhv etdi
14:45, Bu gün
“Ola bilsin ki, bəziləri bizim bu görüşlərimizi bəyənməsinlər”
14:45, Bu gün
Çinin kənd təsərrüfatı naziri haqqında təhqiqat başlanıb
14:43, Bu gün
Tabut açıldı: Qızı içəridəki kişini görüb DƏHŞƏTƏ gəldi
14:42, Bu gün
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
14:40, Bu gün
Müdafiə Nazirliyi şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimi keçirib
14:25, Bu gün
Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon
14:23, Bu gün
Prezident: "Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir"
14:22, Bu gün
"Ukrayna Rusiyadakı obyektlərə zərbələr endirmək üçün ABŞ-dan icazə istəyir" - "The Wall Street Journal"
14:15, Bu gün
Anar Heybətova ağır itki - FOTO
14:14, Bu gün
"Belarus post-sovet ölkələri arasında Azərbaycanın dördüncü ən böyük xarici ticarət partnyorudur"
14:11, Bu gün
Vətəndaş kibercinayətkarların tələsinə belə düşdü - 25 min manat itirdi- ŞOK FAKTLAR
14:11, Bu gün
"Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgəyə fayda verəcək"
14:09, Bu gün
Prezident: "İki hidroqovşağın açılışı və istismara verilməsi tarixi hadisədir"
14:08, Bu gün
Prezident: "İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir"
14:07, Bu gün
Tanınmış xanəndə məşhur aktyorun bacısı imiş - FOTO
14:07, Bu gün
Azərbaycan Prezidenti: "Bizim energetika sahəsində çox böyük planlarımız var"
13:44, Bu gün
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində azı 4 nəfər ölüb
13:42, Bu gün
Diş yetişdirmək üçün dünyada ilk dərman yaradıldı
13:27, Bu gün
Aralıq dənizində zəlzələ
13:23, Bu gün
İran səfiri: Missiyamın son günündə ən böyük sərhəd layihəsinin istifadəyə verilməsi ilə fəxr edirəm
13:21, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
13:20, Bu gün
Sumqayıtda mənzildən kişi meyiti tapıldı
13:19, Bu gün
Kim qalib gələcək: Tramp, yoxsa Bayden?
12:55, Bu gün
Sabah Azərbaycanın bu rayonlarında leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək
12:54, Bu gün
Rusiyada yük qatarı relsdən çıxdı - VİDEO
12:53, Bu gün
İran raketləri İsrailin 12 müdafiə xəttini yardı - General
12:53, Bu gün
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
12:48, Bu gün
Baqratın baş nazir olmaq şansı varmı?
12:38, Bu gün
"Barselona" transfersiz qala bilər
12:30, Bu gün
Rusiyanın “dərin dövləti” haqda sensasion iddia - ADLAR
12:21, Bu gün
Latviya parlamentinin sədri Füzulidə səfərdədir
12:20, Bu gün
“Qərbi Azərbaycana qayıdış” Türk Dünyası Sammiti Daşkənddə baş tutdu - Fotolar
12:16, Bu gün
Bu gün derbi var - “Qalatasaray” çempion ola bilər
12:11, Bu gün
“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - FOTOLAR
12:11, Bu gün
İstanbul boğazlarında gəmilərin hərəkəti dayandırıldı
12:00, Bu gün
İlham Əliyev sərhəddə İran prezidenti ilə görüşdü - YENİLƏNİB
11:47, Bu gün
"Rusiya-Azərbaycan" dəyirmi masası və ikitərəfli görüşlər keçirilib
11:45, Bu gün
Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır
11:43, Bu gün
Ajda Pekkandan Sezen Aksu ETİRAFI: “Necə inandıracağımı bilmirəm”
11:40, Bu gün
Kahramanmaraşda 3,6 bal gücündə zəlzələ baş verib
11:26, Bu gün
İndoneziyada vulkan püskürməsi: 7 şəhər boşaldılıb
11:25, Bu gün
Rusiyanın Belqorod vilayətində raket təhlükəsi elan edilib
11:23, Bu gün
Tovuzda 3 nəfər dəm qazından zəhərlənib, biri ölüb
11:21, Bu gün
DİN valideynlərə müraciət ETDİ
11:13, Bu gün
Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək... - VİDEO
11:10, Bu gün
Hondurasın Rusiyadakı səfiri qəflətən vəfat edib
11:09, Bu gün
Sumqayıtda F-1 əl qumbarası aşkarlanıb
10:52, Bu gün
Nə edək? - "Evrovision"a Bayram Nurlunu, Baboşu göndərək? - VİDEO
10:37, Bu gün
Türkiyədə güclü partlayış: Yaralananlar var
10:35, Bu gün
Azərbaycanın bəzi rayonlarında şimşək çaxıb, qar yağıb - FAKTİKİ HAVA
10:22, Bu gün
Bu bürclərin qızları ilə ailə qurmaq sizə baha başa gələ bilər
10:17, Bu gün
Qədir Aslanov: Azərbaycan ziyalısı, jurnalist, vəfalı ailə başçısı!
10:16, Bu gün
VI sinif şagirdləri üçün monitorinq keçirilir
10:15, Bu gün
"Keşiş hökumətlə qarşıdurmaya getsə, Paşinyan bu addımı atacaq"
GÜNLÜK
18 May 2024 | 20:10
Siyasi partiyalarla konstruktiv dialoq milli maraqların qorunmasına hesablanıb
18 May 2024 | 19:56
Putinlə Tokayev arasında kritik zəng
18 May 2024 | 20:33
5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla... 
18 May 2024 | 19:50
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
18 May 2024 | 20:27
İsrail "Hizbullah" döyüşçülərini daşıyan avtomobilə zərbə endirib - VİDEO
18 May 2024 | 20:56
Qəbizliyi aradan qaldıran qidalar
18 May 2024 | 20:23
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
18 May 2024 | 21:09
NATO-nun ən güclü 10 ordusu - Türkiyə neçəncidir?  
18 May 2024 | 20:50
32 ildən sonra Laçında ikinci toy - FOTO
18 May 2024 | 21:15
Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - FOTO
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
18 May 2024 | 16:29
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
AYLIQ
18 May 2024 | 20:10
Siyasi partiyalarla konstruktiv dialoq milli maraqların qorunmasına hesablanıb
18 May 2024 | 19:56
Putinlə Tokayev arasında kritik zəng
18 May 2024 | 20:33
5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla... 
18 May 2024 | 19:50
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
18 May 2024 | 20:27
İsrail "Hizbullah" döyüşçülərini daşıyan avtomobilə zərbə endirib - VİDEO
18 May 2024 | 20:56
Qəbizliyi aradan qaldıran qidalar
18 May 2024 | 20:23
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
18 May 2024 | 21:09
NATO-nun ən güclü 10 ordusu - Türkiyə neçəncidir?  
18 May 2024 | 20:50
32 ildən sonra Laçında ikinci toy - FOTO
18 May 2024 | 21:15
Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - FOTO