“Əkrəm Əylisli dahi sənətkardı, o hər zaman axına qarşı üzən insan olub”
Müsahibə
Oxunub: 5259
04 May 2014 | 00:28
“Əkrəm Əylisli dahi sənətkardı, o hər zaman axına qarşı üzən insan olub”

“Adətən bizdə bir şair, yazıçı yaxşı yaşayanda ona şər atırlar”

 

“Başım sevgini yaşamağa qarışdığından sevgi şeiri yazmağa vaxt qalmadı”


“Elçibəy həyatda yeganə adam idi ki, onu hətta düşmənləri də sevirdi”


“İnsanın əzabla savaşı onun günahla savaşından fövqəladə və möhtəşəm olmalıdır məncə. Günah Allahla insan arasında məsafənin ölçüsü olduğundan insanın çəkdiyi əzabla savaşı daha ağılabatan və təqdirəlayiqdir."


"Əzabdan qurtarmaq günaha batmaq qorxusunu aşıb-keçən bir anlayış və düşüncədir.”


...Belə düşünür  “ Salam dar ağacı” şeri ilə ədəbiyyatımıza öz möhürünü vuran Rüstəm Behrudi. Onun  Moderator.az-a müsahibəsini oxucularımıza təqdim edirik:

-Hər zaman ədəbi tədbirlərdən uzaq durduğunuz aydınca sezilir. Sizi nələr sıxır belə?

-Ədəbi mühitdən, tədbirlərdən hər zaman uzaq oluram. Bu, mənim təbiətimlə bağlıdır. Yaradıcılıq kollektiv işi deyil. Bilirsiniz, əslində düşünürəm ki, yaradıcı təşkilatlar kolxoza oxşayır. Şairlik tənhalığı, təkliyi sevir. Heç vaxt belə insanlarla oturub durmadım, belə toplantılara getmədim. Bir sözlə, belə yerlərdə özümü pis hiss edirəm, bunun üçün də öz tənhalığıma çəkilmişəm.

-Amma Yazıçılar Birliyinin üzvüsünüz. Eyni zamanda bu birliklə heç bir əlaqəniz də yoxdur.

-Təxminən 15 il bundan əvvəl idi. Bir müşavirədə iştirak edirdim. Heydər Əliyev də orda iştirak edirdi. Elə o zaman mən fikrimi bildirdim ki, Yazıçılar Birliyinə ehtiyac yoxdur. Düzü, orada çox adam mənim fikrimə etiraz etdi. Mənim bu ittifaqa ehtiyacım yoxdur, olmayıb da. Bayaq da qeyd etdim ki, yaradıcılıq tənhalığı sevir. Amma orası da var ki, bu birliyin heç ziyanı da yoxdur.

-Deyirsiniz Yazıçılar Birliyinin nə xeyri, nə də zərəri var. Bəs bu birlik yaradıcı insanlara nə verir?

-Vaxtilə bu quruma üzv olanlara dövlət tərəfindən maddi vəsaitlər ayrılırdı, maşın verilirdi. Bunun üçün də yazıçılar oranın üzvü olmağa can atırdılar. Indi niyə birliyə can atırlar, anlamıram. O vaxtki qayğı, diqqət axı indi yoxdur. Heç yeri gəldikdə yazıçılarımızı da müdafiə etmir. Əkrəm Əylislini “Daş yuxular” əsərini yazanda böyük tənqidlə qarşılandı. Yazıçılar Birliyi də onu müdafiə etmədi, onunla pis hərəkət etdi. Əkrəm Əylisli dahi sənətkardır. O hər zaman axına qarşı üzən insan olub. Ancaq bu dəfə çirkabın içində axına qarşı getdi. Düzdür, o bu əsərdə böyük səhvlərə yol verib, amma bu əsər idi. Bilirsiniz, bu qınaqlar da keçecək, Əkrəm də həyatdan köçəcək, amma onun əsərləri qalacaq. Sadəcə Yazıçılar Birliyi nəsillər arasındakı mübarizə predmetinə çevrilib. Cavan nəsillə yaşlı nəslin mübarizəsidir bu. Ancaq gənc yazıçılarımız anlamalıdır ki, yaşlı nəslin nümayəndələri olan Anarı, Əkrəm Əylislini və başqa dahi yazıçılarımızı ədəbiyyat səhifəsindən çıxaranda bir boşluq yaranır. Elə bir gənc yazıçı yoxdur ki, bu dahilərin yerin tutsun. Mən onların bu hərəkətlərin düzgün saymıram.

 -Dəb halını alıb, Yazıçılar Birliyinə qəbul olunmayan istedadlı qəbul olunmur.

-Məni bütün dünya tanıyıb, qəbul edib. Bu, mənim öz istedadim hesabına başa gəlib. Yazıçılar Birliyinin üzvü olmuşam, amma bu birlik mənim üçün heç nə etməyib, istəmirəm də. Həm də istedadı olan insan necə olur- olsun üzə çıxır, irəli gedir. Belə insana heç bir birlik lazım deyil.

-Dövlətimizin gənc yazarlara himayəsi yetərincədirmi?

-Xeyr, yetərincə deyil. Azərbaycanda çox gözəl ədəbi nəsil yetişir. Düzdür, bizim düşüncə tərzimizdə böyük fərq var. Mən daha çox adət-ənənələrimizə bağlı, mühafizəkar insanam. Xarici ölkələrdə, məsələn Hollandiyada, Danimarkada gənc yazarın bir hekayəsi çap olunursa dövlət həmin yazıçını himayəsinə alır. Mən çox istedadlı yazıçılar, şairlər tanıyıram ki, onlara dövlət qayğı göstərilmir. Bəlkə də bu dövlətə sərf edir.

-Bunda dövlətin marağı nə ola bilər ?

-Bayaq Yazıçılar Birliyindən danışdıq. Dövlət istəsə birlik vasitəsi ilə gənc şairlərin, yazıçıların kitablarını nəşr etdirər. Adətən orda işləyən, ora yaxın adamların yazılarını nəşr edirlər.  Bu da gənc nəsillə yaşlı nəsil arasında konfliktin yaranmasına səbəb olur, onları qıcıqlandırır. Tarixən belə olub. Istənilən demokratik dövlət mürtəcedir. Hətta Nitsşe “Zərdüşt” kitabında dövləti “atəş köpəyi” adlandırırdı. Ən demokratik dövlət belə zorakıdır. Yeni fikri, düşüncəni dövlət qəbul etmir, bəlkə də buna görə gənc yazıçılara, şairlərə dəstək olmur.

-Bu yaxınlarda jurnalistlərə ev verildi, amma elə gənc yazarlarımız var ki, kirayədə qalır.

-Mən özüm də uzun illər kirayədə, yataqxanada yaşadım. Amma inanın ki, hər pis günün bir yaxşı sabahı da olur, sonu gəlir.

-Gec olmur ki...?

-Şairin, yazıçının taleyi belədir. Adətən bizdə bir yazıçı, şair yaxşı yaşayanda ona şər atmağa başlayırlar. Mən normal yaşayıram. Bu bəzi gənc şairləri, yazıçıları narahat edir. Mən ədəbiyyata əzab-əziyyətlərlə gəldim. Gecə gözətçi işləyirdim, gündüz də kitabları maşınlara yükləyib, boşaldırdım. Mənim kitablarım yüksək tirajla çap olunur. Bütün dünyada tanınmışam. Indi mənim yaxşı yaşamağıma paxıllıq edənlər var.

-Aqşin Yenisey Sizin maddi durumunuz haqqında bəzi fikirlər söyləyib...

-O istedadlı oğlandır, amma mənə qarşı tərbiyəsizlik edib. Mən ömrümdə heç nə satmamışam, o da məndən alver etməyib. Sadəcə belə sözlərlə o içində olan paxıllıq hissini biruzə verir. Mən bu hərəkəti ona yaraşdırmıram, çünki istedadı olan insan paxıl olmamalıdır.

-Şairlər bir müddət nəzm yazdıqdan sonra tədricən nəsrə keçirlər. Sizdə nə vaxtsa belə tələbat yaranıb?

-Mən şair kimi doğulmuşam, həyatım boyu da belə olacam. Siz haqlısınız, indi istedadlı şairlər özlərini, yaradıcılıqlarını təkrarlamağa başlayanda nəsrə keçirlər. Mən bir şair kimi özümü heç vaxt təkrarlamadım. Nə vaxt bunu özümdə hiss etsəm o zaman şeir yazmağa son qoyaram. Mən də nəsrlə yazıram, amma bunlar fəlsəfi düşüncələrimdir. Əsasən məktub formasında yazdığım yazılar daha çox tələbatdan yaranır. Yəni fəlsəfi fikirlərimi şeirlə yazdıqda çox insanlar anlamaqda çətinlik çəkirlər.

-Şair ürəyi vulkana bənzəyir. Vulkan lava püskürdüyü kimi, şairin ürəyi dolanda içində olanları kağıza köçürməklə təsəlli tapır. Siz necə, ürəyinizdə olanları tam boşalda bilmisinizmi?

-Yaradıcı insanlar hər zaman Allahdan, yer üzündən, aydan, ulduzdan yazıblar. Mən insana insandan danışmaq, ona insanın nə olduğunu anlatmaq istəyirəm. Bundan sonra da buna çalışacam. Düşünürəm ki, ən gözəl, möhtəşəm əsərlərimi bundan sonra yazacam.

-Çox şeirləriniz qalmaqalla qarşılanır.

-Mənim əsas qalmaqlla qarşılanan şeirim “Hamını satıb, özü qalib gələn Bakı” oldu. Mən bu şeiri Bakı üçün darıxdığım bir vaxtda yazdım. O zaman Kubada- Havanada idim. Qorxmaz Əlili mənə irad bildirdi. Axı onun səviyyəsi nədir ki, o mənim şeirimi anlasın, dərk etsin. Mən onun fikirlərinə əhəmiyyət vermədim. Amma məni ağrıdan dostum Eldar Mansurovun ekrana çıxıb mənim əleyhimə danışması oldu. O cür istedadlı bir insan mənim şeirimi, fikirlərimi anlamadı. Mən həyatım boyu heç kimi təhqir etmərəm, qaldı ki, Bakı camaatı ola. Sonradan ədəbiyyatı bilən admlar dedilər ki, bu şeir Bakı haqqında gəlmiş getmiş ən gözəl şeirdir.

-“Hamıya qalib gələn, özünü satan Bakı” bu misralarla nə demək istəyirdiniz?

-Bakı əsrlər boyu onu məhv etməyə çalışanlara, düşmənlərinə qalib gəlib. Indi dayanıb, amma bugün onun bütün sərvətini əlindən alıblar. Bakının da sərvəti onun neftidir. Mən Paris haqqında da şeir yazdım. “nasistdir Parisdə fahişələr” o zaman parislilər gərək bu şeirə görə məni daş-qalaq edəydilər.

-Fransızlar bizdən daha çox hissiyatlıdır?

-Yox, belə deməzdim. Sadəcə mənim Bakı haqqında yazdığım şeirdən kimsə özünü görsətmək üçün istifadə etdi. Bakılıların etrazları mənə təsir etmədi, mən düşünürdüm ki, Bakı ağsaqqalları ilə görüşüm onlardan üzr istəyim.. Bir aktyor var Əbdül Mahmudbəyov. Çox əxlaqsız, səviyyəsiz bir insandır. O vaxt çıxıb mənim əleyhimə danışırdı. Onun mənim haqqımda danışmağı məni hiddətləndirdi. O kimdir ki, mənim haqqımda söz deyir. Bundan sonra mən əsəbləşdim, çıxıb efirdə Bakı camaatından üzr istədim ki, onun kimiləri mənim  haqqımda bir də danışmasın.

-Sevgi şeirləriniz azdır...

-Mən sevgini yaşadım, bu hissi yaşayan insan heç vaxt şeir yaza bilməz. Mənim başım sevgini yaşamağa qarışdı. Buna görə də sevgi şerlərim azdır.

-Şeirlərinizin çoxunu sevdiyiniz qız üçün yazmısınız. O qızla ailə qurdunuz?

-Yox, həmin qızla ailə qurmaq qismət olmadı. O qız kəndimizin ən gözəl qızı idi, mən də ən çirkin oğlanı. Qız onu sevdiyimi bilirdi, amma qəribə burasındadır ki, mən tanınandan sonra o məni sevməyə başladı. Mən də belə sevgini qəbul etmədim. Bizim dövrümüzdə sevgi ilə ailə qurmaq dəb deyildi. Ailə qurmaq üçün valideynlərin rəyi önəmli idi. Mən ikinci kəz ailə qurdum, Yağmur adlı bir qızım da var.Yağmurum  ikinci sinifdə oxuyur. Çox xoşbəxtəm.Indi rahat həyat tərzi keçirirəm. Yaradıcılığımla məşğulam.

-Torpağınıza, ananıza bağlı insansız.

-Elədir, mən anama, torpağıma çox bağlıyam. Valideynlərimiz bizim üçün çox əziyyət çəkiblər. Atam kənddə müəllim işləyib. Məktəbdə dərs deyəndən sonra evdə də qapı pəncərə düzəldirdi. Ailədə doqquz uşaq olmuşuq. O müəllim maaşı ilə hamımızı oxudub, ali təhsil verib. Bilirsən, mən 30 ildir Bakıda yaşayıram. Amma bura yenə də öyrəşmədim. Hər axşam elə bilirəm ki, yenə də Bakı- Noraşen qatarı ilə kəndə gedəcəm. Hətta  yoldaşım da deyir ki, Rüstəm kəndə getmək üçün heç kimin ağlına gəlməyən bəhanələr uydurur.

-Bu qədər darıxırsınız, niyə kənddə yaşamırsınız?

-Gedə bilmirəm, mənim burda ailəm var. Bacım-qardaşım hamısı burda yaşayır. Mən onlarsız qala bilmərəm. Hər gün onları, uşaqlarımı görməliyəm. Mən ümumiyyətlə sevdiyim, doğma insanları hər gün görmək istəyirəm. Tək qohumlardan söz getmir. İnsanlara tez ürəyimi qızdırıram, sonra da onların yalanı qəlbimi qırır. Buna görə də son zamanlar çalışıram ki, insanları yaxına buraxmıyım. Hər zaman bir sual keçir ürəyimdən-Bu dünyada qalıb unudulmaqmı gözəldir, yoxsa gedib unutmaq? Bu sualın cavabın özüm də tapa bilmirəm. Çünki hər ikisi dəhşətdir, ağrılıdır.

-Əbülfəz Elçıbəy sizin ən yaxın dostunuz olub. Darıxmırsınız onsuz...?

-Bəli, o mənim ən yaxın dostum, sirdaşım olub. Onun ölüm xəbərin eşidəndə mən bağda idim. Bir jurnalist onun ölüm xəbərin mənə dedi. Həmin an ağlımdan bir fikir keçdi. Mən bundan sonra darıxanda hara gedəcəm?

-Onun yerin tutan ikinci bir insan gördünüz həyatınızda?

-Yox, onun yerin heç kim doldura bilmədi. Həyatda ona bənzər insan yoxdur . O yeganə insan idi ki, onu düşmənləri belə sevirdi. Qəribə insan idi. Onun kimi insanlar çox nadir hallarda dünyaya gəlir. O təkcə “kişi” sözünü dilə gətirməklə yaşamadı, kişi kimi yaşamaqla özünü sübut etdi. Onun həyatda heç kimdən bir umacağı yox idi.

-O qısa müddətdə Azərbaycan prezidenti oldu. Hal-hazırda dövlətimizin prezidenti olsaydı, biz indi hansı Azərbaycanda yaşayırdıq?

-Mən siyasətçi deyiləm. Bilmirəm dövlətimiz bundan yaxşı, ya pis olardı. O ikinci dəfə prezident olmaq şansını itirmişdi. Belə şansı olsaydı da, xalq onu devirəcəydi. Çünki Əbülfəz bəy bütün ruhu ilə sufi bir insan , dərviş idi.

Mənim bir şeirim var:

Tanrı məni dərviş eylədi

Yol verib, yoldan əylədi.

Məni fağır dərviş edəydi

Bu yol ki, qandan keçəcək.

O dərviş idi, ancaq onun yolu qandan keçməli idi. Bayaq da dedim ki, Nitsşe deyib ki, dövlət zorakılıq aparatıdır. Öz yazdığı qanunları həyata keçirmək üçün zorakılıq etməli idi. Bəy onu bacarmazdı. Nə yaxşı da ki, bacarmadı. Tarixdə də o cür qaldı.

-Gənc yazarlardan kimlərin yazısını bəyənərək, sevə sevə oxuyursunuz?

-Indi istedadlı yazarlarımız çoxdur. Kəramət Böyükçölün bu yaxınlarda bir hekayəsin oxudum, çox xoşum gəldi. Aqşin Yenisey, Fərid Huseynin şerlərini bəyənirəm. Əjdər Ol Cəbiyevin “525 “qəzetində bir yazısı dərc olunmuşdu. Bu yazıdan sonra mən onun istedadını bir daha kəşf etdim. Anarı, Kamal Abdullanı hər zaman sevə-sevə oxuyuram.

                                  Günah və əzab

Bütövlüyün və mükəmməlliyin nə olduğunu içi paramparça olanlar bilir.

Içi paramparça...

Düz otuz ildən sonra qopub yerə döndüm mən.  Ancaq mən bu şəhərə günlərin bir günü geriyə dönmək üçün gəlmişdim.

Anlatmaq istədiyim ”“ yalnızlığın çılğınlığa dönüşü nəyi anladırsa, odur əslində. Döndüm, İblisin qırmancı kürəyimdə döndüm: Artıq sevdaların, tutquların, ölümün, Allahın və şeytanın qovduğu adamam mən.

Bütün ömrüm boyu alın yazısı ilə zarafat elədim mən.

Mən bu uzun illər boyu bilmək yox, hiss eləmək istədim hər şeyi

Bildiklərim hiss elədiklərimin tabutuymuş. Başsız yolçu kimi varacağım yolu aydınlaşdırmamış çıxıb getmişdim. Çıxıb gedəcəyim yer bir gün varacağım yermiş sən demə. Daşı düşmüş məzar kimiyəm...

Ruhum iblisin pəncəsindədir. Və mən onunla təkbaşınayam. Özümü öz içimdəki uçuruma atsam...

Döndüm.

...9 uşağın doğulub böyüdüyü bir evin qapısı bağlı, bağçası səssizliyə qoyulmuş heykəl kimi...

                                          Ordubadda daş idim

                                          Daşı dağa daşıdım,

                                           Dəli kimi yaşadım.

                                          Başımı qatıb Bakı

Otuz ildən sonra gerçəkliyin bu kədərli misraları boyuma biçilib mənim.

Mən bu hüznlü misraların adamıyam əslində,ondan başqa heç nə.

Adımın kölgəsi düşüb önümdəki kağızın üzərinə. Və mən o kölgəni adlayıb keçmək istəyirəm.

Nə yaxşı ki, heç kim Tanrının təkcə ona məxsus olduğunu deyə bilməz!

İnsanın əzabla savaşı onun günahla savaşından fövqəladə və möhtəşəm olmalıdır məncə. Günah Allahla insan arasında məsafənin ölçüsü olduğundan insanın çəkdiyi əzabla savaşı daha ağılabatan və təqdirəlayiqdir.

Əzabdan qurtarmaq, günaha batmaq qorxusunu aşıb-keçən bir anlayış və düşüncədir.

Göy qübbəsiz yer üzü nədirsə, insanın günahdan qurtarmaq istəyi də elə bir şeydir. Insan günahdan arınmaq üçün yox, əzabdan qurtarmaq üçün yaşayır. Bunub əksini iddia eləmək riyakarlıqdır əslində.

Günahdan təmizlənmək üçün yox, əzabdan qurtarmaq üçün yaşamaq...

Budu əsas məsələ!

Günah ”“ insanla Allah arasındakı məsafənin ölçüsü olduğundan yol boyumuza biçilib bizim.

O yol çəkdiyim əzaba dəyməz!

    

Söhbətləşdi Lalə Novruzlu

 

 

 


 

 

 

Oxşar xəbərlər
07:47, Bu gün
Xilasedicilər istilik mənbəyinə çatdılar - Əsər-əlamət yoxdur
07:33, Bu gün
“Telefonundan siqnal gəldi, ora gedirik” - Helikopterin yeri bilindi
07:26, Bu gün
İranın Qırmızı Aypara Cəmiyyəti: Prezident helikopterinin bütün sərnişinləri həlak olub
00:44, Bu gün
Türkiyə İrana hərbi helikopter və PUA göndərib
00:06, Bu gün
Bir reklamdan 20 milyon qazandı
00:01, Bu gün
Bakıda dava edən qonşuları ayıran qadın boğazından bıçaqlanıb
19 May 2024 | 23:37
Moskva Tehrana çağırış etdi
19 May 2024 | 23:35
"Sənət bazar deyil, özünə qiymət qoyasan"
19 May 2024 | 23:31
SEPAH komandanı: "Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib"
19 May 2024 | 23:28
İran Prezidenti İbrahim Rəisinin qəzaya uğradığı helikopterdən gələn zənglər araşdırılır
19 May 2024 | 23:24
"Bir milyona yaxın dinc əhali Rafahı tərk edib" - BMT-nin fələstinli qaçqınlar üzrə Agentliyi
19 May 2024 | 23:13
Rəisinin qəzaya uğradığı helikopter hansı modeldir? - FOTO
19 May 2024 | 23:09
Türkiyə 32 alpinisti axtarış və xilasetmə əməliyyatı üçün İrana göndərib
19 May 2024 | 22:50
Azərbaycanda istirahətə gedən ailə dəm qazından zəhərləndi: Ölən var - VİDEO
19 May 2024 | 22:43
İstanbul derbisinin qalibi "Fənərbağça" oldu
19 May 2024 | 22:32
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
19 May 2024 | 22:27
İbrahim Rəisi və nümayəndə heyətinin helikopter qəzası xəbəri bizi kədərləndirdi - Ərdoğan
19 May 2024 | 21:57
Aİ İran üçün "Copernicus" peyk görüntü xidmətini aktivləşdirib
19 May 2024 | 21:56
Ayətullah Xamenei İbrahim Rəisinin helikopterinin qəzaya uğramasından sonra açıqlama verib
19 May 2024 | 21:47
Qəzaya düşən helikopterdə Rəisi ilə birgə kimlər olub?
19 May 2024 | 21:34
İranda baş verən helikopter qəzası ilə bağlı baş verənləri üzüntü ilə izləyirik - Türkiyə XİN
19 May 2024 | 21:21
"Mançester Siti" çempion oldu, "Arsenal"ın 20 illik həsrətinə son qoyulmadı
19 May 2024 | 21:13
Muradın çayda boğulmasının TƏFƏRRÜATI: Batdığını görənlər qorxularından ailəsinə xəbər etməyibmiş - VİDEO
19 May 2024 | 20:54
Niger: ABŞ hərbçilərinin ölkədən çıxarılması proseduru razılaşdırılıb
19 May 2024 | 20:50
Rəisi bu gün İrəvana gedəcəkmiş, son anda…
19 May 2024 | 20:48
Göyçayda qəza: Xəsarət alanlar var
19 May 2024 | 20:39
HƏMAS-ın daha bir komandiri öldürüldü
19 May 2024 | 20:24
"Nüvə savaşında 72 saata 5 milyard insan həlak olacaq, yalnız iki ölkə salamat çıxacaq" - "Daily Star"
19 May 2024 | 20:12
İran vitse-prezidenti hadisə yerinə yollandı
19 May 2024 | 20:08
Azərbaycan İrana dost və qardaş xalq kimi bütün lazımi dəstəyi verməyə hazırdır - XİN
19 May 2024 | 20:01
Avropa İttifaqı Rəisinin qəzaya düşməsi ilə bağlı MƏLUMAT YAYDI
19 May 2024 | 19:58
İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib
19 May 2024 | 19:56
İbrahim Rəisinin helikopterinin qəzaya düşməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
19 May 2024 | 19:26
Rəisi və Abdullahian təhlükədədir - İranlı rəsmi
19 May 2024 | 19:20
Ayətullah Xamenei İran Təhlükəsizlik Şurasının təcili iclasını keçirir
19 May 2024 | 19:19
Sabahın havası meteohəssas insanlara necə təsir edəcək?
19 May 2024 | 19:10
Yevlaxda ər arvadını öldürüb, sonra özünü bıçaqlayıb
19 May 2024 | 19:08
Qəzaya uğrayan helikopterin axtarışları davam edir - VİDEO
19 May 2024 | 19:04
"Ukraynadan qalan yalnız Lvov olacaq" - Xodorkovski
19 May 2024 | 18:56
"Hər hansı bir ölkəni çökdürmək üçün çip alımını dayandırmaq yetərlidir"
19 May 2024 | 18:55
İbrahim Rəisi sağdırmı? – İrandan şok qərarlar...
19 May 2024 | 18:42
"Mehr" agentliyi İran Prezidentinin xəsarət almadığı ilə bağlı məlumatı silib - YENİLƏNİB
19 May 2024 | 18:33
Qəzzada 35,5 min insanın həyatını itirdiyini bildirib
19 May 2024 | 18:30
2023-cü ildə 30 500 şəkərli diabet xəstəsi qeydə alınıb
19 May 2024 | 18:05
Rəisinin helikopterinin qəzadan öncəki görüntüləri - VİDEO
19 May 2024 | 18:05
Britaniyanın müdafiə naziri Rusiya ilə mümkün müharibədən danışdı
19 May 2024 | 17:43
Nazirlik: VI siniflərdə keçirilən monitorinq uğurla başa çatdırılıb
19 May 2024 | 17:40
İran Prezidenti helikopterin sərt enişi nəticəsində xəsarət almayıb - KİV
19 May 2024 | 17:39
Yağıntılı hava ilə bağlı magistral yollarda görmə məsafəsi məhdudlaşacaq
19 May 2024 | 17:38
Slovakiyanın güllələnmiş baş nazirinin vəziyyəti necədir?
19 May 2024 | 17:32
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – Təfərrüat
19 May 2024 | 17:25
Latviya Parlamentinin sədri: Qarabağdakı quruculuq işlərinə şahidlik etmək çox sevindiricidir
19 May 2024 | 17:23
Türkiyəli nazir: İlin sonunadək neft hasilatı daxili bazarın tələbatının 10 faizini ödəyəcək
19 May 2024 | 17:20
Qocalar evində ölümləri "proqnozlaşdıran" ekstrasens pişik
19 May 2024 | 17:18
Köçəryan və Sərkisyandan Paşinyana qarşı həmlə: Petrosyan tərəfini açıqladı
19 May 2024 | 17:08
İran Prezidentini daşıyan helikopter sərt eniş edib, Rəisinin vəziyyəti məlum deyil
19 May 2024 | 17:07
Göyçayda 24 yaşlı oğlanı cərəyan vurub öldürüb
19 May 2024 | 17:05
Bakıda iki sərnişin avtobusu toqquşdu: 6 nəfər xəsarət aldı
19 May 2024 | 16:58
İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb
19 May 2024 | 16:55
Latviya parlamentinin sədri Şuşadadır
19 May 2024 | 16:52
Rusiyalılar mülki ukraynalıları qətlə yetirir, Xersonda insanların üzərinə drondan partlayıcı maddə atılıb
19 May 2024 | 16:44
Nuran Abdullayev: "Prezident İlham Əliyev nə zaman hansı gedişi edəcəyi bilinməyən ən güclü siyasi şahmat ustasıdır"
19 May 2024 | 16:40
"Hücumun birinci fazası: Volçanskın zəbt edilməsi rusiyalılara nə üçün lazımdır?" - ISW
19 May 2024 | 16:39
Ukrayna Rusiyanın daha bir gəmisini VURDU
19 May 2024 | 16:37
Çərçivə sazişi imzalanır, dəhliz bu statusla açılır - Tarix verildi
19 May 2024 | 16:36
Türkandan gözlənilməz hərəkət: Efirə telefonla buraxmadılar deyə GÖRÜN NƏ ETDİ - VİDEO
19 May 2024 | 16:34
Rusiya Xarkovdakı istirahət mərkəzini “İskander”lə vurub, ölənlərin sayı 5-ə çatıb - YENİLƏNİB
19 May 2024 | 16:20
Amerikalı qız başqa ölkəyə köçdü, adını dəyişdi: Maraqlı SƏBƏB
19 May 2024 | 16:18
Cəlilabadda 17 yaşlı yeniyetmə bıçaqlanıb
19 May 2024 | 16:14
Ağsu dolaylarında asfalt çöküb
19 May 2024 | 16:06
Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Günü qeyd edilir
19 May 2024 | 15:45
Bitlisdə avtobus dərəyə düşüb, yaralananlar var
19 May 2024 | 15:31
Maqnit qasırğaları zamanı edilən səhvlər SADALANDI
19 May 2024 | 15:28
Xətaidə yanğın: Avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
19 May 2024 | 15:27
Dunay çayında gəmilər toqquşub, ölənlər var
19 May 2024 | 15:04
Seyid İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
19 May 2024 | 15:03
Yeni Kaledoniyada gərgin vəziyyətlə əlaqədar məktəblərdə dərslər dayandırılıb
19 May 2024 | 15:02
Erməni barbarlığına tuş gələn Qubadlı məscidi
19 May 2024 | 15:01
Ukrayna Rusiyanın daha bir gəmisini məhv etdi
19 May 2024 | 14:45
“Ola bilsin ki, bəziləri bizim bu görüşlərimizi bəyənməsinlər”
19 May 2024 | 14:45
Çinin kənd təsərrüfatı naziri haqqında təhqiqat başlanıb
19 May 2024 | 14:43
Tabut açıldı: Qızı içəridəki kişini görüb DƏHŞƏTƏ gəldi
19 May 2024 | 14:42
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
19 May 2024 | 14:40
Müdafiə Nazirliyi şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimi keçirib
19 May 2024 | 14:25
Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon
19 May 2024 | 14:23
Prezident: "Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir"
19 May 2024 | 14:22
"Ukrayna Rusiyadakı obyektlərə zərbələr endirmək üçün ABŞ-dan icazə istəyir" - "The Wall Street Journal"
19 May 2024 | 14:15
Anar Heybətova ağır itki - FOTO
19 May 2024 | 14:14
"Belarus post-sovet ölkələri arasında Azərbaycanın dördüncü ən böyük xarici ticarət partnyorudur"
19 May 2024 | 14:11
Vətəndaş kibercinayətkarların tələsinə belə düşdü - 25 min manat itirdi- ŞOK FAKTLAR
19 May 2024 | 14:11
"Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgəyə fayda verəcək"
19 May 2024 | 14:09
Prezident: "İki hidroqovşağın açılışı və istismara verilməsi tarixi hadisədir"
19 May 2024 | 14:08
Prezident: "İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir"
19 May 2024 | 14:07
Tanınmış xanəndə məşhur aktyorun bacısı imiş - FOTO
19 May 2024 | 14:07
Azərbaycan Prezidenti: "Bizim energetika sahəsində çox böyük planlarımız var"
19 May 2024 | 13:44
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində azı 4 nəfər ölüb
19 May 2024 | 13:42
Diş yetişdirmək üçün dünyada ilk dərman yaradıldı
19 May 2024 | 13:27
Aralıq dənizində zəlzələ
19 May 2024 | 13:23
İran səfiri: Missiyamın son günündə ən böyük sərhəd layihəsinin istifadəyə verilməsi ilə fəxr edirəm
19 May 2024 | 13:21
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
GÜNLÜK
19 May 2024 | 19:58
İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib
19 May 2024 | 08:22
Ukraynalı döyüşçü britaniyalını udub mütləq çempion oldu...-Rusiyalı isə isveçlidən ağır nokaund aldı...-FOTOLAR+VİDEO
19 May 2024 | 08:47
Almaniya Müdafiə Nazirliyi Ukraynaya dəstək üçün hökumətdən əlavə 3,8 milyard avro tələb edib
19 May 2024 | 08:26
Rafael Ağayev Ginnesin Rekordlar Kitabına düşdü
19 May 2024 | 08:24
Əfqanıstanda sel həyatı iflic etdi: Kütləvi ölüm, viran qalan şəhər - VİDEO
19 May 2024 | 08:29
Xalq şairi Rəsul Rzanın doğum günüdür
19 May 2024 | 08:44
Silahlı qruplaşma Sudanda 8 mülki şəxsi öldürüb
19 May 2024 | 08:35
Alimlər Günəş fırtınalarının insanlar üçün təhlükəli nəticələrini açıqlayıblar
19 May 2024 | 08:46
İngiltərədə 11 yaşdan kiçik futbolçulara topa başla vurmaq qadağan ediləcək
19 May 2024 | 08:22
Rusiyada 40-dan çox bağ evi və yardımçı tikililər yanıb
HƏFTƏLİK
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
19 May 2024 | 19:58
İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 23:57
Elmdə sıçrayış: dondurulmuş insan beyni həyata qaytarılıb
19 May 2024 | 08:22
Ukraynalı döyüşçü britaniyalını udub mütləq çempion oldu...-Rusiyalı isə isveçlidən ağır nokaund aldı...-FOTOLAR+VİDEO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
19 May 2024 | 07:30
“Həftə sonları”-nın yaratdığı TƏHLÜKƏ
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
AYLIQ
19 May 2024 | 19:58
İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib
19 May 2024 | 08:22
Ukraynalı döyüşçü britaniyalını udub mütləq çempion oldu...-Rusiyalı isə isveçlidən ağır nokaund aldı...-FOTOLAR+VİDEO
19 May 2024 | 08:47
Almaniya Müdafiə Nazirliyi Ukraynaya dəstək üçün hökumətdən əlavə 3,8 milyard avro tələb edib
19 May 2024 | 08:26
Rafael Ağayev Ginnesin Rekordlar Kitabına düşdü
19 May 2024 | 08:24
Əfqanıstanda sel həyatı iflic etdi: Kütləvi ölüm, viran qalan şəhər - VİDEO
19 May 2024 | 08:29
Xalq şairi Rəsul Rzanın doğum günüdür
19 May 2024 | 08:44
Silahlı qruplaşma Sudanda 8 mülki şəxsi öldürüb
19 May 2024 | 08:35
Alimlər Günəş fırtınalarının insanlar üçün təhlükəli nəticələrini açıqlayıblar
19 May 2024 | 08:46
İngiltərədə 11 yaşdan kiçik futbolçulara topa başla vurmaq qadağan ediləcək
19 May 2024 | 08:22
Rusiyada 40-dan çox bağ evi və yardımçı tikililər yanıb