“Azərbaycanda Türkiyə profilli məktəbləri sıradan çıxartmağa çalışırlar”
Müsahibə
Oxunub: 7149
14 Mar 2014 | 10:14
“Azərbaycanda Türkiyə profilli məktəbləri sıradan çıxartmağa çalışırlar”

“9-cu sinif səviyyəsində biliyi olmayanlar bu məktəbləri linç etmək istəyir”

 

“Türk məktəblərində dini təbliğatın aparılması haqqındakı ittihamlar əsassızdır”

 

Türkiyənin baş nazir Rəcəb Tayyib Ərdoğanla Fətullah Gülən arasındakı qarşıdurmanın açıq müstəviyə keçməsindən sonra bu ölkədə nurçulara məxsus xeyli sayda təhsil müəssisəsi, maarifçilik ocaqlarının bağlanması müşahidə edilməkdədir. Məhz Türkiyədəki hadisələr fonunda son vaxtlar Azərbaycanda da nurçu təhlükəsi gündəmə gəlib ki, bu da ölkədəki türk məktəblərinin taleyini sual altında qoyub. 

Azərbaycanda nurçu təhlükəsiz varmı? Bu barədə deyilənlər nə dərəcədə həqiqətə uyğundur? Əgər belə bir təhlükə varsa belə, buna görə hər zaman keyfiyyətli təhsili ilə diqqət çəkən türk məktəblərini bağlamaq yetərincə məntiqlidirmi?

Millət vəkili Fazil Mustafa bütün bu suallarla bağlı “Hürriyyət” qəzetinə müsahibə verib. Moderator.az həmin müsahibəni oxuculara təqdim edir.  

 

-          Fazil bəy, son vaxtlar Azərbaycanda hətta dövlət rəsmiləri səviyyəsində nurçuluq təhlükəsi ilə bağlı fikirlər səslənməkdədir. Necə hesab edirsiniz, həqiqətəndə ölkədə belə bir təhlükə varmı? Əgər yoxsa, o zaman belə bir kampaniyanın aparılması nəyə hesablanıb?

 

-          Azərbaycan üçün ən böyük təhlükə erməni təhlükəsidir. Sanki artıq işğaldakı torpaqlarımızı azad eləmişik, bu təhlükəni aradan qaldırmışıq, indi də kiçik təhlükələr axtarışındayıq. Ona qalsa, Azərbaycanda korrupsiya da, regionçuluq da təhlükədir. Lakin bu gün məhz nurçuluq məsələsi gündəmə gətirilib ki, bu də təsadüfi deyil. Bu gündəmin yaradılmasında əsas məqsəd Türkiyə profilli məktəblərin sıradan çıxarılmasıdır. Türkiyəyə düşmən olan qüvvələr bu məsələdə xüsusi canfəşanlıq edirlər. Bu məktəblərə qarşı yönələn əsas ittiham dini təbliğatın aparılması ilə bağlıdır. Bu ittihamın isə heç bir əsası yoxdur. Azərbaycanda Turan Yazqanın açdığı məktəblərdə dini təbliğat aparmırdılar. Onlar tamamilə dünyəvi məktəblər kimi qəbul olunurdu. Bu gün məktəbləri hədəf alan insanlar məktəblərin, təhsilin inkişafı yolunda bircə addım atıbmı? O məktəblər də, türk iş adamları da sıradan çıxarıldı. Indi yalnız türk məktəbləri qalıb ki, bu məktəbləri də ortadan qaldırmaq istəyirlər. Halbuki, bu məktəblər və onların əhəmiyyəti ilə bağlı ən müsbət fikirləri Əbülfəz Elçibəy, Heydər Əliyev, İlham Əliyev bildirib. Bu kursa qarşı gedən hakimiyyət daxilindəki bəzi qüvvələr bununla nə demək istəyirlər? Bu, münasibəti anlamaq mümkün deyil. Qafqaz Universitetinin rektoru adından bəzi məktublar yayılıb ki, o məktublara nəzər salan kimi dərhal bilinir ki, bunlar qondarma, saxta ittihamlardır. Azərbaycanda cəmi 2-3 dənə rüşvətsiz universitet var. Bunlardan biri Qafqaz universitetidir. Indi bu rüşvətsiz universitetləri bağlayıb onları da ümumi axının ixtiyarına buraxsaq, bunun axırı necə olacaq? Bundan nə əldə edəcəyik? Bu gün Azərbaycanın yüzlərlə savadlı gəncləri bu məktəblərdə təhsil alır. Bu cür nümunəvi təhsil müəssisələrini pisləmək, onları nüfuzdan salmaq kimin işinə yarayır?

 

-          Bu gün Azərbaycanda türk məktəbləri ilə yanaşı rusdilli, ingilisdilli məktəblər də mövcuddur. Sizcə eyni məntiqlə çıxış etsək, o zaman həmin məktəblər də təhlükə mənbəyi kimi qiymətləndirilməli deyilmi?

 

-          Şübhəsiz. Azərbaycanda türk məktəblərindən bahalı onlarla məktəb var ki, onların arasında ingilisdilli, ingilis təmayüllü məktəblər də az deyil. Bəs niyə bu məktəblər təhlükə kimi qiymətləndirilimir? Azərbaycanın yüzlərlə şair, bəstəkar, müəllim, həkim və s. insanın müəllimi yəhudi, gürcü, rus, erməni və  s. olub. Bu insanların təriqəti ilə bu vaxta qədər maraqlanan olubmu? Hamı keyfiyyətli təhsillə maraqlanıb. Bu gün də kimsə övladına piano öyrətmək niyyətində olanda bir yəhudi müəllimi tapıb onu övladına müəllim etmək istəyər. Halbuki, o yəhudinin də bir təriqəti var və bu məntiqlə yanaşsaq o zaman gərək bunu də təhlükə kimi dəyərləndirək. Belə ağılsız ittiham hələ bu vaxta qədər Azərbaycanda kimsəyə qarşı irəli sürülməyib. SOCAR dövlətin ən mötəbər bir qurumudur. SOCAR-ın nəzdində olan məktəblərə bu qədər böhtan atmaq, bu insanları Azərbaycanda təhlükə mənbəyi kimi göstərməyin heç bir əsası yoxdur. Xocalı soyqırımı ilə bağlı bütün tədbirlər dünyanın bir çox dövlətlərində - Amerikada, Türkiyədə və s. ölkələrdə bu məktəblərin aktiv iştirakı ilə yad edilir. Bu insanları Azərbaycandan küsdürmək nəyə lazımdır? Bu insanların haqqını bu qədər ucuza niyə xərcləyirsiniz? Mən nə təriqətçiliyi, nə də dini görüşləri qəbul etmirəm. Sadəcə, mən bir azərbaycanlı kimi vicdanım qarşısında təmiz qalmağı, vicdanımın söylədiklərini söyləməyi özümə borc bilirəm. Mən niyə hər zaman Nuru Paşadan danışıram? Çünki onun bizim üzərimizdə haqqı var. Bu haqqı pozmaq, onu inkar etmək olmaz. Nuru Paşa Azərbaycan torpağını bu dövlətin düşmənlərindən xilas edib. Lakin biz keyfiyyətsiz bir adama verdiyimiz dəyəri bu qəhrəman vermirik. Allah bunu götürərmi? Bu türk məktəbləri azərbaycanlı uşaqlarına təhsil verib. Hansı türk məktəbində hansı azərbaycanlı şagirdinə namaz qıldırıblar? İkincisi, məgər bir insana dinini öyrətmək, onunla bu barədə danışmaq yasaqdır? Uşaqlarımıza dinimizi öyrətməyək? Deməyək ki, Fatihə nədir, namaz qılmaq nədir və nə dərəcədə əhəmiyyətlidir? Bunu öyrətsək bundan nə ziyan görəcəyik ki? O məktəblərdə gəncləri içkiyə, siqaretə, digər pis vərdişlərə öyrətmirlər ki? Kimin nə şikayəti varsa buyursun Milli Təhlükəsizlik Nazirliyinə müraciət eləsin. Qoy konkret desinlər ki, filan məktəbdə filankəs təriqətçiliyi yayır. Gedirsinizsə konkret günahı olan şəxsin, bir nəfərin, iki nəfərin üzərinə gedin. Kimsə dövlətçilik əleyhinə iş aparırsa, bu barədə DİN-ə, prokurorluq orqanlarına müraciət edin. Yoxsa bütün insanları təriqətçi adı ilə psixoloji təzyiqə məruz qoyub ittiham etmək doğru deyil. Mən həmişə demişəm. Azərbaycanda nurçu yox, nursuz problemi mövcuddur. Bu ölkədə nursuz adam problemi var. Övladlarımız keyfiyyətli təhsil ala bilmirlər. Bunları bir kənara qoyub Azərbaycan uşaqlarınına normal təhsil verən 5-6 türk məktəbini bağlamaq niyyəti ilə kampaniya aparmaq nəyə lazımdır? Buna nə ad vermək olar? Türkiyədə nə baş verir-versin, bu, Türkiyə siyasətini maraqlandıran bir hadisədir. Bunun bizə nə aiddiyatı var?

 

-          Sizcə cəmiyyət baş verən bu hadisələr fonunda hansı mövqe sərgiləməlidir?

 

-          Məncə bu məsələdə hər bir vicdanlı azərbaycanlı öz sözünü deməlidir. Maraqlıdır ki, türk məktəblərində təhsil alan 9-cu sinif şagirdi səviyyəsində biliyi olmayan insanlar bu məktəbləri linç etməyə çalışır. Iddia edirlər ki, bu məktəblər faydasız və yararsızdır. Siz hələ orta təhsil alan 9-cu sinif şagirlərinə baxın, görün onların əldə etdiyi bilik qədər biliyiniz varmı? Problem məsələyə bu cür yanaşmaqdadır. Mən Azərbaycanda bununla bağlı hər hansı bir təhlükə görmürəm. Mən istəmirəm ki, Turan Yazqanın məktəblərindən sonra növbəti türk məktəbləri bağlansın. Mən istəmirəm ki, bu addımı ataq və sonra bunun vicdan əzabını çəkək.

 

-          Baş verənlərin Türkiyəyə düşmən olan qüvvələr tərəfindən gerçəkləşdirildiyini iddia edirsiniz? Bu qüvvələrin kimliyi haqqında nə deyə bilərsiniz?

 

-          Bu kampaniyada bir qisim Türkiyə düşməni olan qüvvələr iştirak edir. Qalan insanlar bilgisizlikdən bu mövqeyi sərgiləyir. Qalanları isə sadəcə öz eşitdiklərini söyləyir. Təəssüflər olsun ki, Azərbaycanda oxumaq yox, ddaha çox elmi eşitmək mövcuddur. Kimdənsə nəsə eşidirlər və bu, artıq ehkama çevrilir. Əgər kimsə bu məktəblərlə bağlı nəysə eşidibsə, o zaman həmin məktəblərə gedib eşitdiyini öz gözləri ilə dəqiqləşdirə bilər. Baxın görün o məktəblərdə dünyəvilikdən uzaq nə isə varmı? Azərbaycan dövlətçiliyinə qarşı tək bircə  məqam tapa bilərsinizmi? Onlar prezidenti hamıdan çox təbliğ edirlər. Bu məktəblərin rolunu, onların şagirdlərin qəlbində hansı təəssürat yaratdığını bilmək istəyirsinizsə, orada keçirilən məzun gecələrində iştirak edin. Azərbaycan məktəbini bitirənlər atestatını götürüb məktəbdən qaçmağı qənimət bilir. Türk məktəblərini bitirənlər isə bu məktəbləri ağlayaraq, bu məktəbdən ayrıldıqları üçün təəssüf hissi keçirərək tərk edir. Orada məzun təqdimatı ilə gənclərə şəxsiyyət qazandırırlar. Biz bu gün gənclərimizə şəxsiyyət qazandıran bu insanları linç edirik. Halbuki, onların dini inancının bu məsələyə heç bir aiddiyyatı yoxdur. Çünki burada söhbət təhsildən gedir. Əgər ortada hüquqa, dövlətə zidd nəysə varsa, gedin bunu araşdırın. Hamını qaralamaq, hər kəsi dövlətə düşmən insanlar kimi göstərmək sözün həqiqi mənasında biabırçılıqdır. Buna heç bir ad vermək olmaz.

 

-          Sizcə türk məktəblərinə qarşı təzyiq kampaniyası bundan sonra da davam edəcəkmi?  Ola bilərmi ki, ictimai rəy və ya digər bir amil bu kampaniyanın dayanmasına səbəb olsun?

 

 

Ardı var

 

Seymur Əliyev


Oxşar xəbərlər
23:37, Bu gün
Moskva Tehrana çağırış etdi
23:35, Bu gün
"Sənət bazar deyil, özünə qiymət qoyasan"
23:31, Bu gün
SEPAH komandanı: "Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib"
23:28, Bu gün
İran Prezidenti İbrahim Rəisinin qəzaya uğradığı helikopterdən gələn zənglər araşdırılır
23:24, Bu gün
"Bir milyona yaxın dinc əhali Rafahı tərk edib" - BMT-nin fələstinli qaçqınlar üzrə Agentliyi
23:13, Bu gün
Rəisinin qəzaya uğradığı helikopter hansı modeldir? - FOTO
23:09, Bu gün
Türkiyə 32 alpinisti axtarış və xilasetmə əməliyyatı üçün İrana göndərib
22:50, Bu gün
Azərbaycanda istirahətə gedən ailə dəm qazından zəhərləndi: Ölən var - VİDEO
22:43, Bu gün
İstanbul derbisinin qalibi "Fənərbağça" oldu
22:32, Bu gün
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
22:27, Bu gün
İbrahim Rəisi və nümayəndə heyətinin helikopter qəzası xəbəri bizi kədərləndirdi - Ərdoğan
21:57, Bu gün
Aİ İran üçün "Copernicus" peyk görüntü xidmətini aktivləşdirib
21:56, Bu gün
Ayətullah Xamenei İbrahim Rəisinin helikopterinin qəzaya uğramasından sonra açıqlama verib
21:47, Bu gün
Qəzaya düşən helikopterdə Rəisi ilə birgə kimlər olub?
21:34, Bu gün
İranda baş verən helikopter qəzası ilə bağlı baş verənləri üzüntü ilə izləyirik - Türkiyə XİN
21:21, Bu gün
"Mançester Siti" çempion oldu, "Arsenal"ın 20 illik həsrətinə son qoyulmadı
21:13, Bu gün
Muradın çayda boğulmasının TƏFƏRRÜATI: Batdığını görənlər qorxularından ailəsinə xəbər etməyibmiş - VİDEO
20:54, Bu gün
Niger: ABŞ hərbçilərinin ölkədən çıxarılması proseduru razılaşdırılıb
20:50, Bu gün
Rəisi bu gün İrəvana gedəcəkmiş, son anda…
20:48, Bu gün
Göyçayda qəza: Xəsarət alanlar var
20:39, Bu gün
HƏMAS-ın daha bir komandiri öldürüldü
20:24, Bu gün
"Nüvə savaşında 72 saata 5 milyard insan həlak olacaq, yalnız iki ölkə salamat çıxacaq" - "Daily Star"
20:12, Bu gün
İran vitse-prezidenti hadisə yerinə yollandı
20:08, Bu gün
Azərbaycan İrana dost və qardaş xalq kimi bütün lazımi dəstəyi verməyə hazırdır - XİN
20:01, Bu gün
Avropa İttifaqı Rəisinin qəzaya düşməsi ilə bağlı MƏLUMAT YAYDI
19:58, Bu gün
İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib
19:56, Bu gün
İbrahim Rəisinin helikopterinin qəzaya düşməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
19:26, Bu gün
Rəisi və Abdullahian təhlükədədir - İranlı rəsmi
19:20, Bu gün
Ayətullah Xamenei İran Təhlükəsizlik Şurasının təcili iclasını keçirir
19:19, Bu gün
Sabahın havası meteohəssas insanlara necə təsir edəcək?
19:10, Bu gün
Yevlaxda ər arvadını öldürüb, sonra özünü bıçaqlayıb
19:08, Bu gün
Qəzaya uğrayan helikopterin axtarışları davam edir - VİDEO
19:04, Bu gün
"Ukraynadan qalan yalnız Lvov olacaq" - Xodorkovski
18:56, Bu gün
"Hər hansı bir ölkəni çökdürmək üçün çip alımını dayandırmaq yetərlidir"
18:55, Bu gün
İbrahim Rəisi sağdırmı? – İrandan şok qərarlar...
18:42, Bu gün
"Mehr" agentliyi İran Prezidentinin xəsarət almadığı ilə bağlı məlumatı silib - YENİLƏNİB
18:33, Bu gün
Qəzzada 35,5 min insanın həyatını itirdiyini bildirib
18:30, Bu gün
2023-cü ildə 30 500 şəkərli diabet xəstəsi qeydə alınıb
18:05, Bu gün
Rəisinin helikopterinin qəzadan öncəki görüntüləri - VİDEO
18:05, Bu gün
Britaniyanın müdafiə naziri Rusiya ilə mümkün müharibədən danışdı
17:43, Bu gün
Nazirlik: VI siniflərdə keçirilən monitorinq uğurla başa çatdırılıb
17:40, Bu gün
İran Prezidenti helikopterin sərt enişi nəticəsində xəsarət almayıb - KİV
17:39, Bu gün
Yağıntılı hava ilə bağlı magistral yollarda görmə məsafəsi məhdudlaşacaq
17:38, Bu gün
Slovakiyanın güllələnmiş baş nazirinin vəziyyəti necədir?
17:32, Bu gün
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – Təfərrüat
17:25, Bu gün
Latviya Parlamentinin sədri: Qarabağdakı quruculuq işlərinə şahidlik etmək çox sevindiricidir
17:23, Bu gün
Türkiyəli nazir: İlin sonunadək neft hasilatı daxili bazarın tələbatının 10 faizini ödəyəcək
17:20, Bu gün
Qocalar evində ölümləri "proqnozlaşdıran" ekstrasens pişik
17:18, Bu gün
Köçəryan və Sərkisyandan Paşinyana qarşı həmlə: Petrosyan tərəfini açıqladı
17:08, Bu gün
İran Prezidentini daşıyan helikopter sərt eniş edib, Rəisinin vəziyyəti məlum deyil
17:07, Bu gün
Göyçayda 24 yaşlı oğlanı cərəyan vurub öldürüb
17:05, Bu gün
Bakıda iki sərnişin avtobusu toqquşdu: 6 nəfər xəsarət aldı
16:58, Bu gün
İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb
16:55, Bu gün
Latviya parlamentinin sədri Şuşadadır
16:52, Bu gün
Rusiyalılar mülki ukraynalıları qətlə yetirir, Xersonda insanların üzərinə drondan partlayıcı maddə atılıb
16:44, Bu gün
Nuran Abdullayev: "Prezident İlham Əliyev nə zaman hansı gedişi edəcəyi bilinməyən ən güclü siyasi şahmat ustasıdır"
16:40, Bu gün
"Hücumun birinci fazası: Volçanskın zəbt edilməsi rusiyalılara nə üçün lazımdır?" - ISW
16:39, Bu gün
Ukrayna Rusiyanın daha bir gəmisini VURDU
16:37, Bu gün
Çərçivə sazişi imzalanır, dəhliz bu statusla açılır - Tarix verildi
16:36, Bu gün
Türkandan gözlənilməz hərəkət: Efirə telefonla buraxmadılar deyə GÖRÜN NƏ ETDİ - VİDEO
16:34, Bu gün
Rusiya Xarkovdakı istirahət mərkəzini “İskander”lə vurub, ölənlərin sayı 5-ə çatıb - YENİLƏNİB
16:20, Bu gün
Amerikalı qız başqa ölkəyə köçdü, adını dəyişdi: Maraqlı SƏBƏB
16:18, Bu gün
Cəlilabadda 17 yaşlı yeniyetmə bıçaqlanıb
16:14, Bu gün
Ağsu dolaylarında asfalt çöküb
16:06, Bu gün
Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Günü qeyd edilir
15:45, Bu gün
Bitlisdə avtobus dərəyə düşüb, yaralananlar var
15:31, Bu gün
Maqnit qasırğaları zamanı edilən səhvlər SADALANDI
15:28, Bu gün
Xətaidə yanğın: Avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
15:27, Bu gün
Dunay çayında gəmilər toqquşub, ölənlər var
15:04, Bu gün
Seyid İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
15:03, Bu gün
Yeni Kaledoniyada gərgin vəziyyətlə əlaqədar məktəblərdə dərslər dayandırılıb
15:02, Bu gün
Erməni barbarlığına tuş gələn Qubadlı məscidi
15:01, Bu gün
Ukrayna Rusiyanın daha bir gəmisini məhv etdi
14:45, Bu gün
“Ola bilsin ki, bəziləri bizim bu görüşlərimizi bəyənməsinlər”
14:45, Bu gün
Çinin kənd təsərrüfatı naziri haqqında təhqiqat başlanıb
14:43, Bu gün
Tabut açıldı: Qızı içəridəki kişini görüb DƏHŞƏTƏ gəldi
14:42, Bu gün
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
14:40, Bu gün
Müdafiə Nazirliyi şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimi keçirib
14:25, Bu gün
Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon
14:23, Bu gün
Prezident: "Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir"
14:22, Bu gün
"Ukrayna Rusiyadakı obyektlərə zərbələr endirmək üçün ABŞ-dan icazə istəyir" - "The Wall Street Journal"
14:15, Bu gün
Anar Heybətova ağır itki - FOTO
14:14, Bu gün
"Belarus post-sovet ölkələri arasında Azərbaycanın dördüncü ən böyük xarici ticarət partnyorudur"
14:11, Bu gün
Vətəndaş kibercinayətkarların tələsinə belə düşdü - 25 min manat itirdi- ŞOK FAKTLAR
14:11, Bu gün
"Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgəyə fayda verəcək"
14:09, Bu gün
Prezident: "İki hidroqovşağın açılışı və istismara verilməsi tarixi hadisədir"
14:08, Bu gün
Prezident: "İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir"
14:07, Bu gün
Tanınmış xanəndə məşhur aktyorun bacısı imiş - FOTO
14:07, Bu gün
Azərbaycan Prezidenti: "Bizim energetika sahəsində çox böyük planlarımız var"
13:44, Bu gün
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində azı 4 nəfər ölüb
13:42, Bu gün
Diş yetişdirmək üçün dünyada ilk dərman yaradıldı
13:27, Bu gün
Aralıq dənizində zəlzələ
13:23, Bu gün
İran səfiri: Missiyamın son günündə ən böyük sərhəd layihəsinin istifadəyə verilməsi ilə fəxr edirəm
13:21, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
13:20, Bu gün
Sumqayıtda mənzildən kişi meyiti tapıldı
13:19, Bu gün
Kim qalib gələcək: Tramp, yoxsa Bayden?
12:55, Bu gün
Sabah Azərbaycanın bu rayonlarında leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək
12:54, Bu gün
Rusiyada yük qatarı relsdən çıxdı - VİDEO
12:53, Bu gün
İran raketləri İsrailin 12 müdafiə xəttini yardı - General
12:53, Bu gün
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
GÜNLÜK
18 May 2024 | 23:57
Elmdə sıçrayış: dondurulmuş insan beyni həyata qaytarılıb
08:22, Bu gün
Ukraynalı döyüşçü britaniyalını udub mütləq çempion oldu...-Rusiyalı isə isveçlidən ağır nokaund aldı...-FOTOLAR+VİDEO
06:51, Bu gün
Misirdəki piramidaların sirri açıla bilər
06:49, Bu gün
İsrail Rəfahda 50-yə yaxın terrorçunu məhv edib
07:30, Bu gün
“Həftə sonları”-nın yaratdığı TƏHLÜKƏ
07:44, Bu gün
Bağırsaq bakteriyaları insan qərarlarına təsir edirmiş
07:15, Bu gün
“iPhone 16” istehsala hazırlaşır
07:57, Bu gün
Son zəng yaxınlaşır: Paltar tikdirmək neçəyə başa gəlir? - VİDEO
08:47, Bu gün
Almaniya Müdafiə Nazirliyi Ukraynaya dəstək üçün hökumətdən əlavə 3,8 milyard avro tələb edib
08:26, Bu gün
Rafael Ağayev Ginnesin Rekordlar Kitabına düşdü
HƏFTƏLİK
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 23:57
Elmdə sıçrayış: dondurulmuş insan beyni həyata qaytarılıb
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 23:50
"Ukrayna Rusiyanın neft emalı gücünün 14 faizini sıradan çıxarıb" - "Bloomberg"
18 May 2024 | 23:53
Azərbaycan millisi Almaniya və İsrail yığmaları ilə qarşılaşacaq
08:22, Bu gün
Ukraynalı döyüşçü britaniyalını udub mütləq çempion oldu...-Rusiyalı isə isveçlidən ağır nokaund aldı...-FOTOLAR+VİDEO
AYLIQ
18 May 2024 | 23:57
Elmdə sıçrayış: dondurulmuş insan beyni həyata qaytarılıb
08:22, Bu gün
Ukraynalı döyüşçü britaniyalını udub mütləq çempion oldu...-Rusiyalı isə isveçlidən ağır nokaund aldı...-FOTOLAR+VİDEO
06:51, Bu gün
Misirdəki piramidaların sirri açıla bilər
06:49, Bu gün
İsrail Rəfahda 50-yə yaxın terrorçunu məhv edib
07:30, Bu gün
“Həftə sonları”-nın yaratdığı TƏHLÜKƏ
07:44, Bu gün
Bağırsaq bakteriyaları insan qərarlarına təsir edirmiş
07:15, Bu gün
“iPhone 16” istehsala hazırlaşır
07:57, Bu gün
Son zəng yaxınlaşır: Paltar tikdirmək neçəyə başa gəlir? - VİDEO
08:47, Bu gün
Almaniya Müdafiə Nazirliyi Ukraynaya dəstək üçün hökumətdən əlavə 3,8 milyard avro tələb edib
08:26, Bu gün
Rafael Ağayev Ginnesin Rekordlar Kitabına düşdü