İsa Sadıqov Moderator.az-a danışdı
Oxunub: 8448
08 Mar 2014 | 10:42
İsa Sadıqov Moderator.az-a danışdı


Mühacirətdə olan polkovnik, Birinci Qarabağ savaşının cəfakeşlərindən olan İsa Sadıqov Moderator.az-ın Avropa bürosunun müxbirinə müsahibə verib. Qeyd edək ki, həmin müsahibə polkovnik haqqında dünən yayılmış məlumatdan-onun guya "Cövhər Dudadyev" batalyonunun qərargah rəisi təyin olunması xəbərindən 5 gün öncə alınıb.

-Cənab Polkovnik, söhbətimizə bəşəriyyətin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımıyla başlayaq.

 

-Xocalı faciəsi   tək fevralın 26-da anılmamalıdı. Mətbuatda bir dəfə yazmışdım. Amma yenə də elə ordan başlamaq istəyirəm.   
Bir dəfə azərbaycanlı uşaqlar üçün Azərbaycan məktəbinin açılışına dəvət olunmuşdum. Azərbaycandan göndərilən materialların arasında nə Xocalı faciəsi, nə də Qarabağ həqiqətlərini əks etdirən heç bir informasiyaya rast gəlmədim. Əvəzində bütün kitabların ilk səhifəsində Heydər Əliyevin şəkilləri vardı. Bu, bizim körpəliyimizin yadda qalan xatirələrini canlandırmaqdan başqa heç nəyə yaramırdı. Çünki o zamanlar da kitabların ilk səhifəsində partiya və xalqın dahi rəhbəri Vladimir Ulyanovun şəkli olardı. Hamı Leninin bizə təqdim olunan şəxsiyyətinə ilahi bir eşqlə pərəstiş edirdi. Lakin 80 ildən sonra onun əsl kimliyi ortaya çıxdı”¦
İldə bir dəfə, millətin guya xətri qalmasın havasıyla anılan Xocalı faciəsi hələ də Milli Məclis ”žsoyqırım“ qərarı verməyib. Bundan böyük xəyanət olarmı? 
Şübhəsiz ki, gün gələcək, tarixdə hər zaman olduğu kimi bizim ölkəmizin həqiqi qəhrəmanları, xalqımızın yaşadığı faciələr tədris kitablarının ana mövzusu olacaq. Onda bizim hamımız Xocalı faciəsinin başvermə səbəbləri barədə dolğun biliklər əldə edəcəyik. Bu gün əsas vəzifəmiz bax o gecikən, daha doğrusu məqsədli şəkildə ”žgecikdirilən“ ZAMANI bir an öncə qazanmaqdı. Dünyanın bir çox yerlərində ermənilər Xocalı faciəsi barədə materialları nümayiş etdirərək bunları ermənilərin faciəsi kimi təqdim edirlər. Biz isə neftdən gələn milyonlarla dünya çapında ”žheykəlqoyma“ birinciliyi qazanmaq uğrunda mübarizə aparırıq.

 

-Sizcə niyə mövcud hakimiyyət Xocalı soyqırımını rəsmi olaraq tanımaq istəmir?


-Xocalı hadisəsinin baş verdiyi ilkin dövrlərə, bu münaqişənin əvvəlinə qaytarmaq istəyirəm.
Almaniyada hərbi xidmətdən sonra mən Zaqafqaziya Hərbi Dairəsində, konkret olaraq, Gəncədə, o zaman Kirovabad adlandırılan şəhərdə xidmət etməli oldum.  Bu, 1984-cü il idi. Həmin il idi ki, Qazax, Ağstafa və Tovuz rayonlarına daxil olan 5 min hektar ərazi ermənilərə verildi. Bu rayonların əhalisinin sərt etirazına baxmayaraq, torpaqların ermənilərə verilməsi rəsmiləşdirildi. Nəticədə, ermənilərlə konflikt başlayanda biz o zamankı rəhbərlərin bu xəyanətkar əməllərinin əvəzini çox baha ödəməli olduq. Faktiki olaraq, münaqişə zonasının bütün strateji yüksəklikləri düşmənin əlində idi. Bu, həmin zamanlar idi ki, Heydər Əliyev Moskvada Siyasi Büronun üzvü idi”¦ Ermənilər Xocalı faciəsini Sumqayıt hadisələrinə cavab kimi də təqdim edirlər. Lakin ermənilərin Azərbaycan ərazilərini işğal etmələrinin Sumqayıt hadisələrindən çox-çox əvvəl başladığı faktdır. Ermənilər inadla, davamlı olaraq öz ərazilərini genişləndirmək üçün planlar qurublar və həm də yalnız Azərbaycanın deyil, Türkiyə və Gürcüstanın da torpaqlarına göz dikərək. Bizim rəhbərlərimizin cinayətkar sükutu və xəyanətləri onlara zaman-zaman bu planlarını həyata keçirməyə imkan verib.

 

-Ermənilər mənfur planlarını təkbaşına həyata keçirmirdilər axı”¦


-Bəli, keçmiş SSRI erməniləri məlum Qarabağ hadisələrindən 5 il əvvəldən silahlandırmağa başlamışdı.
 Stepanakertdə 1984-cü ildə yalnız bir hərbi hissənin dislokasiyası vardı, bu da kimya batalyonu idi. Amma hərbi hissədə şəxsi heyət yox idi. Konservasiya üçün orada dayanan bir neçə hərbi texnika vardı. 1958-ci ildə Gəncədə yerləşən 23-cü motoatıcı diviziyadan 366-cı məhdud tərkibli alay ayrılaraq Stepanakertdə yerləşdirildi. Hərbi hissənin bu yerdəyişməsinə 4-cü ordunun qərargah rəisi, general leytenant Aslanyan rəhbərlik edirdi. Tədricən bu alayın döyüş texnikası da zənginləşdirildi, ora tanklar, BMP-lər, artilleriya qurğuları verildi. Batalyonun ştatı da tam tərkibə qədər genişləndirildi. Guya məqsəd Əfqanıstana göndəriləcək mütəxəssisləri hazırlamaq idi. Səbəb kimi də göstərmişdilər ki, guya oranın yerli şəraiti mütəxəssisləri hazırlamaq üçün daha əlverişlidi. Hərçənd, bunun üçün ideal şərait Gəncədəki Seyfəli hərbi poliqonu idi. O vaxt da təəssüf ki, respublika rəhbərliyi bu prosesə nə müdaxilə, nə də heç bir etiraz etmədi. Beləliklə də münaqişənin başlandığı zamana qədər artıq ermənilərin nəzarətində tam təchiz edilmiş 366-cı alay vardı və bu hərbi hissə bütün konflikt boyu ermənilərin tərəfdə idi. Orada 160-dan artıq texnika - tanklar, BMP-lər, artilleriya qurğuları vardı. Köçəryanın guya onların əlində yalnız Azərbaycandan alınmış 9 tankın olduğu haqda fikirləri tamamilə yalandı.

 

-"Qarabağın ”žqara gündəliyi“nin ilk sətirləri Amerikada Raisa Qarbaçovun əliylə yazıldı" fikrinə münasibətiniz bilmək istəyirəm.

 

-Yadımdadı, belə söhbətlər yayılmışdı. Hələ bu münaqişə odlu qarşıdurmaya çevrilməmişdən əvvəl xəbərlər dolaşırdı ki, ermənilər Amerikada Qorbaçovla Dağlıq Qarabağ haqqında danışıblar. Hətta onun həyat yoldaşı Raisa Qorbaçovaya verilən hansısa çox bahalı hədiyyə haqqında da söhbətlər gedirdi.
Bir çox illər keçəndən sonra bu xəbərlərin həqiqətdən uzaq olmadığı özünü göstərməyə başladı. SSRI-nin siyasi rəhbərliyinin razılığı və köməkliyi sayəsində ermənilər Azərbaycan torpaqlarını ələ keçirmək üçün fəal əməliyyatlara başladılar. Bu vəziyyətdə faciənin qarşısını almaq mümkün deyildi.

 -Müstəqil Azərbaycanın ordu quruculuğundakı yanlışlıqlar sizcə səriştəsizlik, yoxsa xəyanət idi?

- 1986-cı ilin iyulunda mən Leninqradda hərbi akademiyaya daxil oldum. Lakin 80-ci illərin sonlarında hamıya məlum olan hadisələr başladı və mən 1991-ci ildə Tbilisiyə dönərək, baş zabit rütbəsilə xidmətə başladım. Bizim şöbə birbaşa Moskvaya tabe idi və biz Zaqafqaziya Hərbi Dairəsinə daxil olan bütün hərbi hissələrdə texnika və hərbi sursatın yerdəyişməsinə nəzarət edirdik. Buna görə də Hərbi Dairə ərazisində baş verənlərin hamısı haqqında məlumatımız olurdu. Belə bir faktı diqqətinizə çatdırım ki, 1991-ci ildə artıq silah-sursatın və hərbi texnikanın müəyyən edilmiş kvotaya uyğun olaraq, müttəfiq respublikaların yerində qurulmuş milli dövlətlərə verilməsi barədə qərar çıxarılmışdı. Amma tezliklə bəlli oldu ki, yerdə qalan artıq texnikanı və silah-sursatı bu ölkələrin ərazisindən çıxarmaq ağır xərclər hesabına başa gəlir və ya onları çıxararkən müqavimət yaranır. O zaman belə bir qərar çıxarıldı ki, hər bir dövlətin ərazisində olan bu hərbi vasitələr həmin dövlətlərə təslim edilsin. Mən də təhvil-təslim komissiyasının üzvü idim. Həmin vaxt milli dövlətlərin peşəkar kadrlarla bağlı problemləri vardı və üstəlik, Sovet ordusunun əksər ixtisaslı kadrları milli dövlətlərin yeni yaranmış ordularında qalıb xidmət etmək istəmirdilər.
Bu ərəfədə Azərbaycan hökuməti çox ciddi bir şansı əldən qaçıraraq, Azərbaycanda yerləşən 4-cü ordunun silah və hərbi texnikasına sahib olmaq iddiasını göstərmədi. Texnikanın bir hissəsi əldə edilsə də, onlardan istifadə edəcək mütəxəssislərin ölkədə qalması və milli kadrların hazırlanmasında o mütəxəssislərdən yararlanmaq işi təşkil edilmədi.
Ümumiyyətlə, Azərbaycanda milli ordunun yaradılmasına yerli hakimiyyət çox soyuq yanaşır, sanki kənardan hansısa göstəriş gözləyirdilər. Ermənistanda isə bunun əksinə, milli ordunun yaradılması işinə çox həssas və yüksək səviyyədə yanaşmağa başladılar.
Bu bir faktdır ki,Azərbaycan hökuməti ayağını sürüməklə məşğul olarkən, Ermənistan hələ 1991-ci ilin payızından başlayaraq hərbi hissələrin formalaşdırılması, ordu üçün kadr hazırlığı işini açıq-aşkar şəkildə aparırdı.
Onlar elə başa düşürdülər ki, qarşıya qoyduqları məqsədə çatmaq üçün yalnız Qarabağ ermənilərinin minimal imkanları kifayət etməyəcək və buna görə də Ermənistan ermənilərinin də səfərbərliyə alınması lazım gələcək. Ermənistan ərazisindəki bütün hərbi hissələr beləcə, yenidən təşkil edildi və 1991-ci ildə bu hərbi hissələr gözlənilən müharibəyə mümkün olan ən yaxın səviyyədə hazırlıq vəziyyətinə gətirildi.

 

-Qarabağ müharibəsində görünən tərəf Ermənistan olsa da, əsas gücün Rusiya olduğu o vaxt hamıya bəlli idi.

 

-Təbii ki. Erməni əsgərlərinə bütün təlimləri rus zabitləri keçirdi.Bu hazırlıq təkcə Ermənistan ərazisində getmirdi. Gürcüstan ərazisindəki 171 saylı diviziyanın təlim bazasına da erməni çağırışçılar hərbi xidmətə gətirilirdilər. Bu gəncləri rus zabitləri 4-6 aylıq təlim kurslarında hazırlayırdılar. Bu təlim kurslarını keçdikdən sonra şəxsi heyət artıq Ermənistan və ya Dağlıq Qarabağ ərazisindəki nizami ordunun tərkibinə qatılmaq üçün göndərilirdi.
Erməni gənclər Qarabağda vuruşmaq istəmirdi.
Diqqət yetirin, bu, 1992-ci il deyil, 1991-ci il - hələ Xocalı hadisəsi baş verməmişdən əvvəlki il idi. Yaxşı xatırlayıram, 1992-ci ilin əvvəllərində erməni gənclər başa düşəndə ki, onları Gürcüstanın təlim düşərgələrində Qarabağda döyüşmək üçün hazırlayırlar, artıq fərarilik tüğyan edirdi. Amma onları Ermənistan ərazisində tutub yenidən Gürcüstana gətirirdilər. Hərbi hissələrdə Ermənistandan olan nəzarətçilər təyin edilmişdi ki, fərariliyin qarşısını almaq mümkün olsun. Hazırlıq sürətlə və tam ciddiyyətlə gedirdi. Gənclərə silahların bütün növlərindən atəş açmaq, tank və artilleriya qurğularından istifadə etməyi öyrədirdilər.


-Bəs, həmin dövrdə Azərbaycanda nə baş verirdi?

 

- Heç nə. Kimsə etiraz edib deyə bilər ki, məsələn, Şıxovda batalyon vardı. Bəlkə də vardı, amma hərbi hissə və birləşmələr, mütəxəssislər yox idi. Biz bizi gözləyən o müdhiş hadisələrə, müharibəyə 80-ci illərdə Sovet ordusunun inşaat briqadalarında qulluq etmiş, silah-sursatdan anlayışları olmayan ”žkadrlarla“ gedirdik. Belə olan halda, Xocalı faciəsi kimi dəhşətli bir faciənin qarşısını almaq mümkün deyildi. Mən bunu azacıq da olsa, hərbi təcrübəsi olan biri kimi deyirəm.
Üstəlik hərəkətsizliyimizdən, astagəlliyimizdən məharətlə istifadə etdi düşmən.

-Bütün bunlar Xocalı faciəsinə gətirib çıxaran səbəblər idi. Indi isə konkret olaraq, Xocalı hadisəsinin ilə bağlı danışın lütfən.


-Müharibələr tarixindən bizə bu cür hadisələr, düşmənin bu cür vəhşilikləri haqda nələrsə bəllidir. Belə vəhşilikləri psixoloji üstünlüyü əldə etmək, düşməni mənəvi cəhətdən sındırmaq üçün törədirlər. Bu, çox vacib bir faktordur və bu faktor hansı tərəfdədirsə, həmin tərəfin qələbə qazanmaq, üstünlük əldə etmək imkanları daha artıq olur.
Doğrudur, müharibə edən hər bir tərəf özünə bu cür vəhşiliyi törətməyi rəva görməz, baxmayaraq ki, ermənilər bu cür hərəkətləri həmişə eləyiblər. Məsələn, 1915-18-ci illərdə Türkiyənin əli silah tutan bütün kişiləri müharibədə olanda ermənilər arxa cəbhədə bu vəhşilikləri törətmiş, qadınları və uşaqları diri-diri yandırmışdılar.
Bu münaqişənin lap başlanğıcında da onlar mənəvi-psixoloji üstünlük əldə etmək, azərbaycanlıların gözünü qorxutmaq üçün belə əzazil vəhşilikləri etmişdilər.
1991-ci ilin dekabrında Hərbi Dairənin Qərargahına 366-cı alayın rus zabitləri və onların ailə üzvlərindən məktub gəldi. Məktubda onlar şikayətlənirdilər ki, burada sutka boyu atışmalar gedir, millətlərarası savaş gerçəkləşməkdədir və belə bir şəraitdə onların burada qalması, xidməti davam etdirməsi mümkünsüzdür. Əgər ciddi tədbirlər görülməsə, onlar xidməti yerlərini buraxıb, öz vətənlərinə qayıtmalı olacaqlar.
Bu məktub Qərargahda müzakirəyə çıxarıldı, uzun sürən debatlardan sonra qərara alındı ki, ora bir komissiya göndərilsin. Komissiyaya sədrlik isə Hərbi Dairə komandirinin müavini, general-leytenant Ohanyana həvalə edildi. Bu komissiya 366-cı alayın yerləşdiyi ərazidə bir neçə həftə işlədi. Məhz bu komissiyanın fəaliyyətinin nəticəsi olaraq, Xocalıda həmin dəhşətli hadisələr baş verdi.

-Xocalıda qətliam törədənlərə külli miqdarda pul verildiyi də deyilirdi.

Bəli, məhz 366-cı alay erməni hərbi birləşmələri ilə birlikdə Xocalının dinc sakinlərini qanına qəltan elədi. Onlar cəzasız qalacaqlarına əmin olduqları və Azərbaycan rəhbərliyinin fəaliyyətsizliyi aşkar göründüyü üçün bu qəddar əməliyyatı həyata keçirdilər. Bu qanlı olaylara qərar verən ermənilər eyni zamanda, ona da əmin idilər ki, erməni lobbisi və diasporası onların bu vəhşiliklərini bütün dünyada fərqli şəkildə təqdim etməyi bacaracaq.
1992-ci ilin mart ayında 366-cı alayın hərbi qulluqçularını vertolyotla Gürcüstandakı Hərbi Təlim Mərkəzinə gətirdilər. Mən onların bir qrupu ilə görüşə bildim. Aralarında bir zamanlar eyni hərbi hissədə qulluq etdiyim adamlar da vardı. Mən hər şey haqqında soruşub çox şeyi aydınlaşdıra bildim. Məlum oldu ki, az qala, bütün BMP-lərin sürücüləri və mexanikləri Orta Asiya mənşəli adamlardır. Bəli, bu, belə idi. Mənim yaşadığım ağrıları təsvir etməyiniz mümkün deyil. Mən öz millətimi öldürən insanlarla söhbət edir, onlarla nəyi isə aydınlaşdırmağa çalışırdım. Ən dəhşətlisi isə onlar mənim millətimə ermənilərdən qat-qat yaxın olan insanlar idi”¦
Bu əməliyyata görə onlara çoxlu pullar verilmişdi. Zabit şərəfini, əsgər ləyaqətini itirən bu adamlar həmin pulları əşya çantalarına doldurub özlərilə hərləyirdilər. Bu hadisə məni sarsıtdı”¦

 

-Və milli mənsubiyyətini dərk edən biri olaraq sizə ehtiyacı olan millətin harayına yetməyə qərar verdiniz”¦

 

-Bəli, yaşadıqlarım, duyduqlarım dünyagörüşümü, millətimə, onun tarixinə, dəyərlərinə, mövcudluğuna duyduğum sevgi məni tamamilə başqa bir adama çevirdi. Tam qətiyyətlə öz millətimə xidmət etmək qərarı verdim və bir daha mənim millətimlə bu sayaq rəftar olunmasının qarşısını ala bilmək üçün Vətənə yollandım.
1992-ci ilin payızında mən artıq Qazaxdakı hərbi hissələrdən birinin komandiri idim. Hərdən burada erməni nümayəndə heyətlərilə görüş, danışıqlar keçirilirdi və mən də orada iştirak etməli olurdum. Bir dəfə Xocalıdan qaçqın düşmüş orta yaşlı bir adam mənim yanıma gəldi və öz ailə üzvləri haqqında nəsə öyrənməyi xahiş etdi. O, çox da yaşlı deyildi, amma saç-saqqalı tamamilə ağarmış və dərd belini bükmüşdü. Onun qızı və 3 nəvəsi orada yox olmuşdu. O, hətta ya Gürcüstan, ya da Rusiya üzərindən Ermənistana keçərək ailəsi haqqında bir şeylər öyrənməyə də cəhd etmişdi, amma heç nə alınmamışdı. Nəhayət, Qazaxdakı tanışının evində qalaraq, mənim ona bir xəbər verəcəyimi gözləməyə qərar vermişdi. Mən ona söz verdim ki, nəsə bir şey öyrənməyə çalışaram və növbəti görüşdə Ermənistan Daxili Işlər Nazirliyinin yüksək rütbəli bir zabitindən bu adamlar haqqında bir xəbər öyrənməsini xahiş etdim. Bir sonrakı görüşdə isə o, məni və Qazax polisinin rəisi Isaxan Aşurovu bir kənara çəkərək bildirdi ki, həmin uşaqlar və onların anası diri-diri yandırılanların siyahısında olub. Bu adama inanmamaq üçün əlimdə heç bir əsasım yox idi. Amma xəbər məni elə bir vəziyyətə saldı ki, mən görüşün sonunu gözləmədən oranı tərk etdim və hərbi hissəyə qayıtdım. Baxmayaraq ki, özümü ələ almalı idim, amma bacarmadım. Eyni zamanda, dərk etdim ki, bu xəbəri həmin ailənin başçısına çatdıra bilməyəcəyəm. Köməkçimə dedim ki, kişini birtəhər yola versin, görüşün baş tutmadığını desin və s. Amma adam israr eləyib ki, komandir gəlsin, onun gözlərinə baxım və gedim. Nəhayət, məcbur olub onu qəbul etdim. Kişi gözlərimə baxdı, kövrələrək dedi: “Komandir, səndən xahiş edirəm, mənə doğrusunu söylə, mənim balalarıma nə olub? Ən pis xəbərə də hazıram və söz verirəm ki, ən pis xəbəri də təmkinlə qarşılayacağam”. Mən özümü ələ alıb həqiqəti ona dedim. O, sanki şoka düşdü, amma özünü toparlayıb ayağa qalxdı və mənə sarıldı. Qəhər qarışıq pıçıltı ilə dedi: “Sizə qurban olum, komandir, elə eləyin ki, onlar bir daha heç kimin balasını yandıra bilməsinlər...”. 
Bu adamın surəti heç zaman gözlərimin önündən getmədi və bütün fəaliyyətim boyu öz xidməti borcumu namusla, şərəflə yerinə yetirməyə çalışdım. Adı Əli və ya Əbdül olan o Xocalı qaçqınının faciəsini öz faciəm olaraq yaşadım. Bu, çox dəhşətli faciə idi və onu yaşamamaq mümkün deyildi.

 

-Almaniyada səfərdə olan Nazim İbrahimova Xocalı faciəsi ilə bağlı silsilə tədbirlər keçirilməsi üçün müraciət edəndə ”žBu məsələ aktual deyil artıq“ cavabını verib. Dövlət məmurunun  milli faciəmizin ”žaktuallıq formatı“ sizə nə deyir?


-
Bu millət bu faciəni yaşayıb, amma toxtamağı da bacarıb. Bir onu bilirəm ki, Milləti fəlakətlərə soxub, onun bədbəxtliyi üzərində öz xanimanını yaratmaq  ləyaqətsizlikdi.  

 

 

 

Oxşar xəbərlər
12:58, Bu gün
Şimşək çaxacaq, dolu düşəcək, qar yağacaq - SABAHIN HAVASI
12:54, Bu gün
Taksilərdə minimal gediş haqqı 4.50 olacaq? - İyunun 1-dən...
12:51, Bu gün
Razi Əliyeva işində son şahidlər dindirildi
12:47, Bu gün
Bəzi bölgələrinə qar yağıb - FAKTİKİ HAVA 
12:43, Bu gün
Bakıda 15 yaşlı qızdan dəhşətli əməl - VİDEO
12:39, Bu gün
Azərbaycan XİN: “Fransa tərəfi üzr istəməlidir”
12:35, Bu gün
Şuşa-Laçın yolunda gözoxşayan təbiət mənzərələri - FOTO
12:30, Bu gün
Azərbaycandan olan 19 kursant Türkiyədə səkkiz aylıq kursu tamamlayıb - FOTO
12:25, Bu gün
İran zindanlarında məhbuslara böcəklərlə işgəncə verilir - FOTO
12:20, Bu gün
Qala qəsəbəsində gənc oğlan həmyerlisini bıçaqladı
12:16, Bu gün
Bakının mərkəzində qəribə yol qəzası - VİDEO
12:12, Bu gün
FHN Tovuzda maye qazdoldurma məntəqələrinin istismarını dayandırdı - FOTO/VİDEO
12:08, Bu gün
Azərbaycanda şirkət BÖYÜK MƏBLƏĞDƏ cərimələndi
12:04, Bu gün
“Real Madrid”in qələbəsi “Qarabağ”ın xeyrinə ola bilər
12:02, Bu gün
Azərbaycanda polis qəzada vəfat etdi - FOTO
11:58, Bu gün
ABŞ-nin 14 güləş mütəxəssisi Azərbaycanda səfərdədir - FOTO
11:54, Bu gün
Əli Əsədov Efiopiya baş nazirinin müavini ilə görüşdü
11:51, Bu gün
Şəkər xəstələrinin dərman təminatı niyə GECİKDİRİLİR? - Rəsmi AÇIQLAMA
11:48, Bu gün
“Prius”lar üçün son bir ay
11:44, Bu gün
Azərbaycan və Belarus prezidentləri Füzulinin Baş planı ilə tanış oldular
11:42, Bu gün
Azərbaycanda OLAY: pornoqrafik materialları yayan 5 nəfər...
11:40, Bu gün
Lerik polisi çətin relyef şəraitində əməliyyat keçirdi: Narkokuryerlər saxlandılar
11:38, Bu gün
“Yazırlar ki, əməliyyatdan sonra Maykl Ceksona oxşayırsan” – VİDEO
11:35, Bu gün
Ukrayna tərəfdə döyüşən rus taborları nələrsə planlaşdırırmı?- Azərbaycanlı hərbi ekspert
11:33, Bu gün
Sabah “Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanı keçiriləcək
11:29, Bu gün
Qarabağ Universitetinə əcnəbi tələbə qəbul ediləcək? - RƏSMİ AÇIQLAMA
11:25, Bu gün
Aleksandr Lukaşenko Füzuliyə getdi
11:22, Bu gün
Bakıda sakinlər kafelərdən narazıdırlar: “Söyür, qapılarımızdan tualet kimi istifadə edirlər” - VİDEO
11:19, Bu gün
Hibrid avtomobillərə ödənişli yolda hərəkət etməyə qadağa qoyulub? - RƏSMİ AÇIQLAMA/VİDEO
11:15, Bu gün
Siyasi partiyalarla dövlət orqanlarının əməkdaşlığının inkişaf etdirilməsi məsələləri müzakirə olunub
11:13, Bu gün
“Evi süpürməyə süpürgəm olmasa...” – VİDEO
11:11, Bu gün
Sənədsiz evlərlə bağlı ŞAD XƏBƏR - Bu tarixədək... - VİDEO
11:05, Bu gün
Əbdül Xalidə xanım fanatı tərəfindən “Porsche” bağışlandı - VİDEO
10:59, Bu gün
Bu şəxslərə birdəfəlik müavinət verilib
10:51, Bu gün
Xərçəngdən qoruyur, həzmi rahatladır, arıqladır... – ALÇANIN BİLMƏDİYİNİZ FAYDALARI
10:44, Bu gün
Bu rayonlarda insan alveri qurbanlarının sayı daha çoxdur -Gəncə, Sumqayıt... 
10:39, Bu gün
Tavuşun bu hissəsində nə qədər ərazi Azərbaycana verilir? - Ermənilər açıqladı
10:37, Bu gün
Qərbi Azərbaycana qayıdış Daşkənddə müzakirə olunacaq – Türk Dünyası Sammiti başlayır
10:33, Bu gün
Tofiq Yaqublunun cinayət işi üzrə istintaq yekunlaşdı
10:28, Bu gün
Uşaqlarını diləndirən 345 valideyn cəzalandırıldı
10:23, Bu gün
Azərbaycan vətəndaşlarının istismara məruz qaldığı ölkələr açıqlandı - SİYAHI
10:18, Bu gün
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikib?- ŞOK SƏBƏB
10:13, Bu gün
İrandakı səfirliyimizdə DƏYİŞİKLİK
10:10, Bu gün
Kəlbəcərin gözoxşayan təbiəti – Yeni video
10:04, Bu gün
Dünya üçün BÖYÜK TƏHLÜKƏ yaxınlaşır - XƏBƏRDARLIQ EDİLDİ
10:00, Bu gün
Qərb Universitetində “M.Ə.Rəsulzadə-140” tədbiri - Nəsiman Yaqublu ilə görüş - FOTO
09:59, Bu gün
Avro və lirə ucuzlaşdı - Məzənnə
09:51, Bu gün
Rusiyadan Ukraynaya şok İTTİHAM- Xarkovda korrupsiya qalmaqalı
09:46, Bu gün
Abşeronda avtobus QƏZASI- xəsarət alan var 
09:41, Bu gün
İranı sel vurub-Yollar iflic, parklar bağlı
09:35, Bu gün
Azərbaycanlı aktrisanın fotoları “Times Square” meydanında: "Bu da Məlahət Türkiyəyə gedib nə iş gördü deyənlərə gəlsin..." 
09:29, Bu gün
Stomatoloq idi: Hazırda 10 dəqiqəyə 1000 dollar qazanır - FOTO
09:22, Bu gün
Şoyqunu Putinlə Cinpinin görüşünə buraxmadılar - Qapıda gözləməli oldu
09:10, Bu gün
Bakıda bu binalar söküləcək, yerində isə... - FOTO
09:03, Bu gün
Mətanət İsgəndərli: “Qardaşımın ayağı bu gün amputasiya olunmalı idi, ürəyi partladı keçindi”-ÖZƏL
08:56, Bu gün
Albaniya Azərbaycanda səfirlik açacaq - Belinda Balluku
08:44, Bu gün
12 il gizlədilən HƏQİQƏT: yadplanetlilər siyasətçiyə nə ediblər? - ETİRAF ETDİ
08:36, Bu gün
Zelenski Tehranı düşmən hesab edir -Mudabber
08:29, Bu gün
SON DƏQİQƏ -  Ermənistan Təhlükəsizlik Şurasının katibi: "4 obyekt Azərbaycana keçir"
08:17, Bu gün
Si Cinpin Putinə deyib ki, Çin “Ukrayna böhranı” ilə bağlı sülh konfransını dəstəkləyir...
08:13, Bu gün
Hikmət Hacıyev ABŞ-də dövlət rəsmiləri ilə COP29-u və regional məsələləri müzakirə edib - YENİLƏNİB
08:00, Bu gün
Səhərlər mütləq bunları yeyin- İNANILMAZ FAYDALARI
07:44, Bu gün
Zaqatalada 6 otaqlı ev yanıb KÜL OLDU
07:35, Bu gün
Qriqoryan bu kəndin 25 hektar torpağının Ermənistan ərazisində qaldığını təsdiqlədi...
07:35, Bu gün
Dünyanın ən çox maaş alan idmançıları – SİYAHI
07:08, Bu gün
Şəkəri nə azaldır? - Qan şəkərini tənzimləyən 15 qida
06:33, Bu gün
Zelenski Xarkova getdi və şəhəri işğaldan qorumağın yolunu açıqladı... -FOTO
00:21, Bu gün
Uşaqlarınızı bu oyuncaqlardan uzaq tutun
00:19, Bu gün
Yeni Kaledoniya xalqının azadlıq mübarizəsi Makronun ambisiyalarına qarşı
16 May 2024 | 23:38
Zelenski: “Rusiyanı ədalətli sülhə məcbur etməliyik”
16 May 2024 | 23:36
Putin ərəblərə Fələstin probleminin ədalətli həllini vəd edib
16 May 2024 | 23:34
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
16 May 2024 | 23:01
Sahibə Qafarova Simonyanla təkbətək söhbətləşdi
16 May 2024 | 22:58
“Qarabağ”dan bazar dəyəri bir milyon avro olan qapıçısına YENİ TƏKLİF
16 May 2024 | 22:38
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
16 May 2024 | 22:33
"Kiyev Lavrovun fikirlərini məsxərəyə qoyub və burada gizlin məna tapıb..."
16 May 2024 | 22:33
Fransa XXI əsrin Yeni Kaledoniyası ilə XIX əsrin Əlcəzairi kimi davranır
16 May 2024 | 22:22
Polşanın sifariş verdiyi “Bayraktar”ların hamısı çatdırılıb
16 May 2024 | 22:21
“Hizbullah” İsrailə rekord sayda raket atdı
16 May 2024 | 22:19
İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB + FOTO
16 May 2024 | 21:48
"Xarici nüfuzun şəffaflığı haqqında" qanun Avropa İttifaqının əsas norma və dəyərlərinə ziddir..."
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
16 May 2024 | 21:16
“Haber Global”: “Yeni Kaledoniyada fövqəladə vəziyyət - Makron aranı qarışdırdı” + VİDEO
16 May 2024 | 21:04
Ərdoğan: “Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir”
16 May 2024 | 20:53
Perunun daxili işlər naziri istefa verib
16 May 2024 | 20:36
Prezident: “Belarus şirkətlərini azad olunmuş ərazilərin bərpası prosesinə fəal qoşulmağa dəvət edirik”
16 May 2024 | 20:35
Urmiya gölünün rəngi dəyişməyə başlayıb
16 May 2024 | 20:34
Ərdoğan İrakli Kobaxidze ilə görüşüb - FOTO
16 May 2024 | 20:32
Aleksandr Lukaşenko: Qafqazda Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur
16 May 2024 | 20:31
Azərbaycan Prezidenti: Belarusun çox yaxşı şəhərsalma təcrübəsi var
16 May 2024 | 20:28
Aleksandr Lukaşenko: Belarusun və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var
16 May 2024 | 20:27
İlham Əliyev və Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB + FOTOLAR
16 May 2024 | 19:49
Slovakiya baş nazirinə sui-qəsd əvvəldən planlaşdırılıb: Atəş açan şəxs radikal qruplaşma üzvü olub?
16 May 2024 | 19:08
“Mançester Yunayted” azarkeşləri braziliyalı futbolçunu ələ salıblar - FOTO
16 May 2024 | 18:25
Bakıda axtarışda olan qadın saxlanıldı
16 May 2024 | 18:18
Prezident Heydər Əliyev Fondunun əməkdaşlarını TƏLTİF ETDİ
16 May 2024 | 18:11
Bəhreyndə Ərəb Ölkələri Liqasının sammiti öz işinə başlayıb
16 May 2024 | 18:05
Artur Ağacanov: “Erməni müxalifəti də sərhəd dirəklərini quraşdırmağa məcbur olacaq” - MÜSAHİBƏ
16 May 2024 | 18:00
Azərbaycan və Küveyt vəkilləri birgə əməkdaşlıq edəcək - FOTO
16 May 2024 | 17:55
Şadlıq evləri toy sahiblərini belə aldadır - ŞOK TƏFƏRRÜAT
GÜNLÜK
16 May 2024 | 16:27
Vətəndaşlara XƏBƏRDARLIQ - Bunu etsəniz, kartınızdakı pullar OĞURLANACAQ!
16 May 2024 | 14:31
Aynur Sabitova: “Vəzifəmdən öz arzumla ayrılmışam”
16 May 2024 | 14:07
Gül yığan oğlan sevgilisindən ayrıldı, dostu isə bunu fürsət bilib... – Gəncədə qanlı cinayət
16 May 2024 | 13:15
Mayın 26-da II və III qruplar üzrə qəbul imtahanları keçiriləcək
16 May 2024 | 15:15
Prezidentlərin geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
16 May 2024 | 13:10
"Yoldaşım xəyanət etsə də, hiss etdirmir"
16 May 2024 | 13:25
Bu gün mərhum Xalq artisti Arif Quliyevin doğum günüdür
16 May 2024 | 15:01
"Putin Ukraynada müharibəni davam edə biləcəyini düşünür, amma kökündən yanılır" - ISW
16 May 2024 | 14:40
İlham Əliyev və Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış etdi - YENİLƏNİB
16 May 2024 | 14:49
"Tramp bu yaxınlarda çox maraqlı bir siyasi gediş etdi, lakin...”
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
11 May 2024 | 11:10
“Müşahidələrimizə görə Azərbaycanda 8 bəbir var”-Kameralara düşən MARAQLI-FOTO+ÖZƏL
10 May 2024 | 19:12
Saleh Məmmədovun rəis təyin etdiyi şəxsə “stop” qoyulur – 5 milyonluq borcu var...
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
11 May 2024 | 16:07
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11 May 2024 | 20:25
Prezident İlham Əliyevin illər öncə etdiyini ABŞ indi edir: “Bu, vacib imiş!”
11 May 2024 | 20:25
Bakıda yeni salınmış məhlədə ağaclar məhv olur? - FOTO
AYLIQ
16 May 2024 | 16:27
Vətəndaşlara XƏBƏRDARLIQ - Bunu etsəniz, kartınızdakı pullar OĞURLANACAQ!
16 May 2024 | 14:31
Aynur Sabitova: “Vəzifəmdən öz arzumla ayrılmışam”
16 May 2024 | 14:07
Gül yığan oğlan sevgilisindən ayrıldı, dostu isə bunu fürsət bilib... – Gəncədə qanlı cinayət
16 May 2024 | 13:15
Mayın 26-da II və III qruplar üzrə qəbul imtahanları keçiriləcək
16 May 2024 | 15:15
Prezidentlərin geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
16 May 2024 | 13:10
"Yoldaşım xəyanət etsə də, hiss etdirmir"
16 May 2024 | 13:25
Bu gün mərhum Xalq artisti Arif Quliyevin doğum günüdür
16 May 2024 | 15:01
"Putin Ukraynada müharibəni davam edə biləcəyini düşünür, amma kökündən yanılır" - ISW
16 May 2024 | 14:40
İlham Əliyev və Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış etdi - YENİLƏNİB
16 May 2024 | 14:49
"Tramp bu yaxınlarda çox maraqlı bir siyasi gediş etdi, lakin...”