"Köçkünlərin yurd yerinə qaytarılması birinci Yuxarı Qarabağdan başlamalıdır ki..."
Müsahibə
Oxunub: 3136
14 Jan 2021 | 17:05
Yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə prezident İlham Əliyevin məcburi köçkünlərlə bağlı səsləndirdiyi fikirlər müzakirələrə səbəb olub. Prezident deyib ki, məcburi köçkünlər arasında öz torpaqlarına qayıtmaq istəyilə bağlı sorğular keçirilməlidir.

“Mən bu yaxınlarda Prezident Administrasiyasına göstəriş verdim ki, köçkünlər arasında sorğular keçirilməlidir, onların niyyəti öyrənilməlidir. Həm evlərlə təmin olunmuş köçkünlər, həm də bu günə qədər yataqxanalarda, yaxud da uşaq bağçalarında ağır vəziyyətdə yaşayan köçkünlər arasında sorğular keçirilməlidir ki, biz real vəziyyəti bilək. Özümüz özümüzü aldatmamalıyıq, real vəziyyəti bilməliyik. Xahiş edirəm köçkünlərdən, onlara sual veriləndə səmimi cavab versinlər - öz dədə-baba torpaqlarına getmək fikirləri var, yoxsa yox. Bizə bildirsinlər, biz də bilək və buna görə öz bərpa işlərimizi həyata keçirməliyik. Mən tam əminəm ki, keçmiş köçkünlərin mütləq əksəriyyəti böyük həvəslə öz doğma torpaqlarına qayıdacaq”.Prezidentin dediklərindən öncə bu suallar cəmiyyətin əksər hissəsinin beynində dolaşırdı. Köç necə, nə zaman, hansı qaydada olacaq? Təhlükəli olmayacaqmı? İnsanların evləri qoyub gəldikləri formada yenidən onlara təhvil veriləcək, yoxsa məcburi köçkün şəhərcikləri kimi standart şəhərciklər salınacaq?Qayıtmaq istəməyənlərin aqibəti necə olacaq? Suallar çoxdur.Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl mövzu ilə bağlı ASTNA-ya fikirlərini bölüşüb.

- İlham bəy, prezident yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə bildirdi ki, məcburi köçkünlər arasında sorğular keçirilməlidir. Onlara sual verilməlidir ki, öz dədə-baba torpaqlarına getmək fikirləri var, yoxsa yox. İlham bəy, sizcə, bu məsələ necə tənzimlənməlidir? Məcburi köçkünlərin qayıdışının könüllülük prinsipi ilə müəyyənləşməsi düzgün addımdırmı?

- Ola bilsin ki, belə sorğu aparmaq görüləcək işlərin planlaşdırılması, miqyası, vəsait ayrılması üçün vacibdir. Amma bu məsələni ictimailəşdirməyin zərərli tərəfləri var. Birincisi, işğal müddətində cəmiyyətdə “onsuz da qaçqınlar geri qayıtmayacaqlar” kimi ziyanlı fikir formalaşdıranlar vardı və həmin bölgənin insanlarına pis münasibət yaranırdı. Yaşlı köçkünlərin çoxu dünyasını dəyişib və onların övladlarının hamısı yeni həyata başlamağı bir çətinlik kimi görə bilər və yurd yerinə qayıtmaqdan imtina edə bilər. Amma inanmıram ki, bu, böyük faiz təşkil etsin. Ən əsası Yuxarı Qarabağın bundan sonra 51 yaşayış məntəqəsinə köçürüləcək azərbaycanlı köçkünlər arasında indidən etinasızlıq yarada bilər ki, bu da düşmənin əks təbliğatına səbəb ola bilər. Məhz buna görə köçkünlərin yurd yerinə qaytarılması birinci Yuxarı Qarabağdan başlamalıdır ki, digər azad edilmiş yerlərə qayıdışda könüllülük nəzərə alınsın. Qayıtmayan şəxs burada mənzil və digər əmlakla təmin edilibsə, o, azad olmuş yerlərdə vaxtilə olmuş mülkiyyətindən –yəni, faktiki torpaq sahəsindən məhrum edilməlidir. Burada Nazirlər Kabineti qayıdışı tənzimləyən əsasnamə hazırlamalı və ortaya çıxan suallara aydınlıq gətirilməlidir. Şəxsi qənaətim isə daha çox ilkin mərhələdə könüllülük prinsipinə deyil, inzibati metodlara əsaslansa strateji baxımdan dövlətçiliyə daha faydalı olar.

- Amma bu məsələdə məcburi köçkünlərin rəyi nəzərə alınmazsa, bu məcburiyyət və bu vətəndaşın hüquqlarına zidd deyilmi?

- İşğal yerlərində bərpa-quruculuq işləri yekunlaşanda və normal yaşayış şərtləri mövcud olandan sonra məcburiyyət prinsipinə ehtiyac qalmayacaq. Bu gün xarabalıqları görən bəzi köçkünlər o yerlərdə yaşamağın ağırlığını fikirləşir və qayıtmaq istəmədiyini bildirir. Sabah Qarabağ bölgəsi sözün həqiqi mənasında yaşamaq üçün ən perspektivli yerlər olacaq, ora başqa bölgənin də adamları axışacaq. Yenə bildirirəm ki, heç kəsi zorla haradasa yaşamağa məcbur etmək olmaz, amma məsələnin prinsipial tərəflərini düşünüb dövlət elə qaydalar və stimullaşdırıcı planlar yarada bilər ki, heç bir məcburiyyətə də zərurət olmaz. Ümumiyyətlə, “qayıdırsan, ya qayıtmırsan?” təklifini ictimailəşdirməyi düzgün hesab etmirəm. İkincisi, köçkünlər özləri də bir az dərindən fikirləşsinlər ki, bölgənin insanları kompakt yaşadığı halda onların həyatı, məişəti maraqlı olacaq, hətta toplum olaraq gücü o zaman hiss ediləcək.

- İndi məcburi köçkünləri qayğılandıran bir məsələ var. Orada yaşayan ermənilərlə təhlükəsiz yaşamaq şərtləri. Yəni, illərdir bu iki millət bir-birinə düşmən kimi baxır. Düzdür, anlayırıq ki, həmin ermənilər bizim vətəndaşımızdır. Amma 30 ildən çox müharibə şəraitində olan iki millətin bir yerdə yaşaması insidentsiz ötüşməyəcək. Hazırda bunun nümunələrini görürük. Hadrutda, Tuğda. Hətta yayılan videolarda görürük ki, hazırda Xankəndidə yaşayan ermənilər Şuşada Azərbaycan əsgərlərinin varlığından narahatdır. Bu məsələ necə tənzimlənməlidir? Birgə yaşayış mümkün olacaqmı?

- Dəfələrlə demişəm, bir daha təkrar edirəm: bu problem bizim üçün deyil, ermənilər üçündür. Biz öz torpaqlarımızda yaşayacağıq, qoy, ermənilər fikirləşsinlər ki, azərbaycanlı ilə necə birgə yaşayacaqlar. Bu problem məhz miqrasiya etməyə böyük meyli ola erməniləri Qarabağdan tədricən köçməyə məcbur edəcək. Təhlükəsizlik məsələləri isə ilkin dövrlərdə həm Azərbaycan dövlət strukturları, həm də Rusiya sülhməramlıları tərəfindən həyata keçirilməlidir. Hər iki tərəfin təhlükəsizliyə cavabdeh dövlət strukturları qaydanı pozanları, təhlükə yaradanları qanunla cəzalandırmalıdır ki, bir daha baş verməsin. Amma bu gün bütün ermənilər bildirirlər ki, Azərbaycanın tərkibinə qatılsalar Rusiyaya və Ermənistana köçəcəklər. Biz də deyirik ki, gələcəkdə hətta status məsələsi belə müzakirə olunsa bu gün nəzarətimizdə olmayan ərazilər Azərbaycan Respublikasının yurisdiksiyasında olacaq. Bunun alternativi yoxdur. Ermənilər istəyərlər yaşayarlar, istəməzlər onları vaxtilə bura köçürən Rusiya dövlətinin ərazisinə üz tutacaqlar.

- İnsanları qayğılandıran daha bir məsələ var. Yəni, onlar düşünürlər ki, qarabağlı olduqları üçün bütün ömürləri boyu əziyyət çəkməli deyillər. Elə məcburi köçkün var ki, uzun illər vaqonlarda, çadırlarda yaşayıb. Və illərdir onlar öz övladları üçün şərait yaratmağa, ev qurmağa çalışıblar. İndi yenidən onları aparıb aid olduqları yerdə şəraitsiz yerdə yaşamağa məhkum etmək ədalətlidirmi? Adamların orada yəqin ki, çoxunun özlərinə görə normal yaşama şəraiti olan evləri, həyət-bacaları olub. İndi həmin evləri olduğu kimi bərpa etmək inandırıcı görünmür. Yenidən heç bir şəraiti olmayan bir yerə köçüb-köçməmək məsələsi necə həll olunmalıdır?

- Bu suala yuxarıda cavab verdim ki, bərpa-quruculuq işləri və normal yaşayış şərtləri olmadığı üçün belə düşünməyə əsas verir. Təbii ki, heç kəs xaraba qalmış yerlərə köçəsi deyil. Amma biləsiniz ki, bir xeyli köçkün də var ki, heç nə gözləmədən doğma yurda qayıdıb öz hesablarına qurub yaradacaqlarını birmənalı şəkildə bildirirlər. Köçkünə dövlət normal yaşayış şəraiti yaradır, onu burada verdiyi mənzil kimi yaşayış yeri ilə təmin edir, şəxsi ev, mülk tikənə normal vəsait ayırır, amma qaçqın Bakıda və ya başqa yerdə aldığı mənzili, torpaq sahəsini təhvil verməkdən imtina edib qayıtmırsa, dövlət həmin mülkiyyəti özəlləşdirməyi tələb etməlidir. Yəni, həm stimul yaradılmalı, həm də əks inzibati metodlardan da istifadə olunmalıdır. Məskunlaşma bitər, sonra kim planetin harasında yaşamaq istəyərsə ora köç edər. İndi dövlət də, köçkün də təbliğatını “hamı qayıtmalıdır” şüarı ilə aparmalıdır, “kim getmək istəyir” sorğusu ilə yox.

- Daha bir məsələ iş yerləri məsələsidir. Burada iş-güc qurmuş və həmin ərazilərə qayıtmaq istəməyən məcburi köçkünlərlə bağlı məsələ necə həll olunmalıdır?

- Dövlət məhz əhalinin geri dönməsi üçün hər bir rayonun standart dövlət iş yerləri ilə yanaşı əlavə obyektlər, iş yerləri açmalı, özəl sektora geniş şərait yaratmalı, monopoliyaya imkan verməməli, xarici investisyanı cəlb etmək üçün sərfəli güzəştlər tətbiq etməlidir. Dünya biznesi planetdə sıfırdan başlayacaq yer, ərazi axtarışındadır. Əsas odur ki, hüquq dövlətlərində olduğu kimi xarici biznes özünü zəmanətli hesab etsin. Yerli əhali də kifayət dərəcədə bacarığa malikdir, ona şərait yaradılsa, hətta Ağdamı azad iqtisadi bölgə elan etsə sürətli inkişaf qaçılmazdır. Əlavə olaraq bəzi respublika əhəmiyyətli təşkilatları Qarabağa köçürməklə o yerləri canlandırmaq, paralel olaraq da iş yeri problemini həll etmək mümkündür. Qarabağı zamanında camaat özü qurub, indi də əsas güc elə yerli əhalinin üzərinə düşəcək. Yurd sevgisi olan yerdə hər şey yaxşı olacaq.
Oxşar xəbərlər
00:44, Bu gün
Türkiyə İrana hərbi helikopter və PUA göndərib
00:06, Bu gün
Bir reklamdan 20 milyon qazandı
00:01, Bu gün
Bakıda dava edən qonşuları ayıran qadın boğazından bıçaqlanıb
19 May 2024 | 23:37
Moskva Tehrana çağırış etdi
19 May 2024 | 23:35
"Sənət bazar deyil, özünə qiymət qoyasan"
19 May 2024 | 23:31
SEPAH komandanı: "Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib"
19 May 2024 | 23:28
İran Prezidenti İbrahim Rəisinin qəzaya uğradığı helikopterdən gələn zənglər araşdırılır
19 May 2024 | 23:24
"Bir milyona yaxın dinc əhali Rafahı tərk edib" - BMT-nin fələstinli qaçqınlar üzrə Agentliyi
19 May 2024 | 23:13
Rəisinin qəzaya uğradığı helikopter hansı modeldir? - FOTO
19 May 2024 | 23:09
Türkiyə 32 alpinisti axtarış və xilasetmə əməliyyatı üçün İrana göndərib
19 May 2024 | 22:50
Azərbaycanda istirahətə gedən ailə dəm qazından zəhərləndi: Ölən var - VİDEO
19 May 2024 | 22:43
İstanbul derbisinin qalibi "Fənərbağça" oldu
19 May 2024 | 22:32
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
19 May 2024 | 22:27
İbrahim Rəisi və nümayəndə heyətinin helikopter qəzası xəbəri bizi kədərləndirdi - Ərdoğan
19 May 2024 | 21:57
Aİ İran üçün "Copernicus" peyk görüntü xidmətini aktivləşdirib
19 May 2024 | 21:56
Ayətullah Xamenei İbrahim Rəisinin helikopterinin qəzaya uğramasından sonra açıqlama verib
19 May 2024 | 21:47
Qəzaya düşən helikopterdə Rəisi ilə birgə kimlər olub?
19 May 2024 | 21:34
İranda baş verən helikopter qəzası ilə bağlı baş verənləri üzüntü ilə izləyirik - Türkiyə XİN
19 May 2024 | 21:21
"Mançester Siti" çempion oldu, "Arsenal"ın 20 illik həsrətinə son qoyulmadı
19 May 2024 | 21:13
Muradın çayda boğulmasının TƏFƏRRÜATI: Batdığını görənlər qorxularından ailəsinə xəbər etməyibmiş - VİDEO
19 May 2024 | 20:54
Niger: ABŞ hərbçilərinin ölkədən çıxarılması proseduru razılaşdırılıb
19 May 2024 | 20:50
Rəisi bu gün İrəvana gedəcəkmiş, son anda…
19 May 2024 | 20:48
Göyçayda qəza: Xəsarət alanlar var
19 May 2024 | 20:39
HƏMAS-ın daha bir komandiri öldürüldü
19 May 2024 | 20:24
"Nüvə savaşında 72 saata 5 milyard insan həlak olacaq, yalnız iki ölkə salamat çıxacaq" - "Daily Star"
19 May 2024 | 20:12
İran vitse-prezidenti hadisə yerinə yollandı
19 May 2024 | 20:08
Azərbaycan İrana dost və qardaş xalq kimi bütün lazımi dəstəyi verməyə hazırdır - XİN
19 May 2024 | 20:01
Avropa İttifaqı Rəisinin qəzaya düşməsi ilə bağlı MƏLUMAT YAYDI
19 May 2024 | 19:58
İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib
19 May 2024 | 19:56
İbrahim Rəisinin helikopterinin qəzaya düşməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
19 May 2024 | 19:26
Rəisi və Abdullahian təhlükədədir - İranlı rəsmi
19 May 2024 | 19:20
Ayətullah Xamenei İran Təhlükəsizlik Şurasının təcili iclasını keçirir
19 May 2024 | 19:19
Sabahın havası meteohəssas insanlara necə təsir edəcək?
19 May 2024 | 19:10
Yevlaxda ər arvadını öldürüb, sonra özünü bıçaqlayıb
19 May 2024 | 19:08
Qəzaya uğrayan helikopterin axtarışları davam edir - VİDEO
19 May 2024 | 19:04
"Ukraynadan qalan yalnız Lvov olacaq" - Xodorkovski
19 May 2024 | 18:56
"Hər hansı bir ölkəni çökdürmək üçün çip alımını dayandırmaq yetərlidir"
19 May 2024 | 18:55
İbrahim Rəisi sağdırmı? – İrandan şok qərarlar...
19 May 2024 | 18:42
"Mehr" agentliyi İran Prezidentinin xəsarət almadığı ilə bağlı məlumatı silib - YENİLƏNİB
19 May 2024 | 18:33
Qəzzada 35,5 min insanın həyatını itirdiyini bildirib
19 May 2024 | 18:30
2023-cü ildə 30 500 şəkərli diabet xəstəsi qeydə alınıb
19 May 2024 | 18:05
Rəisinin helikopterinin qəzadan öncəki görüntüləri - VİDEO
19 May 2024 | 18:05
Britaniyanın müdafiə naziri Rusiya ilə mümkün müharibədən danışdı
19 May 2024 | 17:43
Nazirlik: VI siniflərdə keçirilən monitorinq uğurla başa çatdırılıb
19 May 2024 | 17:40
İran Prezidenti helikopterin sərt enişi nəticəsində xəsarət almayıb - KİV
19 May 2024 | 17:39
Yağıntılı hava ilə bağlı magistral yollarda görmə məsafəsi məhdudlaşacaq
19 May 2024 | 17:38
Slovakiyanın güllələnmiş baş nazirinin vəziyyəti necədir?
19 May 2024 | 17:32
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – Təfərrüat
19 May 2024 | 17:25
Latviya Parlamentinin sədri: Qarabağdakı quruculuq işlərinə şahidlik etmək çox sevindiricidir
19 May 2024 | 17:23
Türkiyəli nazir: İlin sonunadək neft hasilatı daxili bazarın tələbatının 10 faizini ödəyəcək
19 May 2024 | 17:20
Qocalar evində ölümləri "proqnozlaşdıran" ekstrasens pişik
19 May 2024 | 17:18
Köçəryan və Sərkisyandan Paşinyana qarşı həmlə: Petrosyan tərəfini açıqladı
19 May 2024 | 17:08
İran Prezidentini daşıyan helikopter sərt eniş edib, Rəisinin vəziyyəti məlum deyil
19 May 2024 | 17:07
Göyçayda 24 yaşlı oğlanı cərəyan vurub öldürüb
19 May 2024 | 17:05
Bakıda iki sərnişin avtobusu toqquşdu: 6 nəfər xəsarət aldı
19 May 2024 | 16:58
İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb
19 May 2024 | 16:55
Latviya parlamentinin sədri Şuşadadır
19 May 2024 | 16:52
Rusiyalılar mülki ukraynalıları qətlə yetirir, Xersonda insanların üzərinə drondan partlayıcı maddə atılıb
19 May 2024 | 16:44
Nuran Abdullayev: "Prezident İlham Əliyev nə zaman hansı gedişi edəcəyi bilinməyən ən güclü siyasi şahmat ustasıdır"
19 May 2024 | 16:40
"Hücumun birinci fazası: Volçanskın zəbt edilməsi rusiyalılara nə üçün lazımdır?" - ISW
19 May 2024 | 16:39
Ukrayna Rusiyanın daha bir gəmisini VURDU
19 May 2024 | 16:37
Çərçivə sazişi imzalanır, dəhliz bu statusla açılır - Tarix verildi
19 May 2024 | 16:36
Türkandan gözlənilməz hərəkət: Efirə telefonla buraxmadılar deyə GÖRÜN NƏ ETDİ - VİDEO
19 May 2024 | 16:34
Rusiya Xarkovdakı istirahət mərkəzini “İskander”lə vurub, ölənlərin sayı 5-ə çatıb - YENİLƏNİB
19 May 2024 | 16:20
Amerikalı qız başqa ölkəyə köçdü, adını dəyişdi: Maraqlı SƏBƏB
19 May 2024 | 16:18
Cəlilabadda 17 yaşlı yeniyetmə bıçaqlanıb
19 May 2024 | 16:14
Ağsu dolaylarında asfalt çöküb
19 May 2024 | 16:06
Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Günü qeyd edilir
19 May 2024 | 15:45
Bitlisdə avtobus dərəyə düşüb, yaralananlar var
19 May 2024 | 15:31
Maqnit qasırğaları zamanı edilən səhvlər SADALANDI
19 May 2024 | 15:28
Xətaidə yanğın: Avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
19 May 2024 | 15:27
Dunay çayında gəmilər toqquşub, ölənlər var
19 May 2024 | 15:04
Seyid İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
19 May 2024 | 15:03
Yeni Kaledoniyada gərgin vəziyyətlə əlaqədar məktəblərdə dərslər dayandırılıb
19 May 2024 | 15:02
Erməni barbarlığına tuş gələn Qubadlı məscidi
19 May 2024 | 15:01
Ukrayna Rusiyanın daha bir gəmisini məhv etdi
19 May 2024 | 14:45
“Ola bilsin ki, bəziləri bizim bu görüşlərimizi bəyənməsinlər”
19 May 2024 | 14:45
Çinin kənd təsərrüfatı naziri haqqında təhqiqat başlanıb
19 May 2024 | 14:43
Tabut açıldı: Qızı içəridəki kişini görüb DƏHŞƏTƏ gəldi
19 May 2024 | 14:42
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
19 May 2024 | 14:40
Müdafiə Nazirliyi şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimi keçirib
19 May 2024 | 14:25
Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon
19 May 2024 | 14:23
Prezident: "Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir"
19 May 2024 | 14:22
"Ukrayna Rusiyadakı obyektlərə zərbələr endirmək üçün ABŞ-dan icazə istəyir" - "The Wall Street Journal"
19 May 2024 | 14:15
Anar Heybətova ağır itki - FOTO
19 May 2024 | 14:14
"Belarus post-sovet ölkələri arasında Azərbaycanın dördüncü ən böyük xarici ticarət partnyorudur"
19 May 2024 | 14:11
Vətəndaş kibercinayətkarların tələsinə belə düşdü - 25 min manat itirdi- ŞOK FAKTLAR
19 May 2024 | 14:11
"Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgəyə fayda verəcək"
19 May 2024 | 14:09
Prezident: "İki hidroqovşağın açılışı və istismara verilməsi tarixi hadisədir"
19 May 2024 | 14:08
Prezident: "İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir"
19 May 2024 | 14:07
Tanınmış xanəndə məşhur aktyorun bacısı imiş - FOTO
19 May 2024 | 14:07
Azərbaycan Prezidenti: "Bizim energetika sahəsində çox böyük planlarımız var"
19 May 2024 | 13:44
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində azı 4 nəfər ölüb
19 May 2024 | 13:42
Diş yetişdirmək üçün dünyada ilk dərman yaradıldı
19 May 2024 | 13:27
Aralıq dənizində zəlzələ
19 May 2024 | 13:23
İran səfiri: Missiyamın son günündə ən böyük sərhəd layihəsinin istifadəyə verilməsi ilə fəxr edirəm
19 May 2024 | 13:21
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
19 May 2024 | 13:20
Sumqayıtda mənzildən kişi meyiti tapıldı
19 May 2024 | 13:19
Kim qalib gələcək: Tramp, yoxsa Bayden?
19 May 2024 | 12:55
Sabah Azərbaycanın bu rayonlarında leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək
GÜNLÜK
19 May 2024 | 19:58
İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib
19 May 2024 | 08:22
Ukraynalı döyüşçü britaniyalını udub mütləq çempion oldu...-Rusiyalı isə isveçlidən ağır nokaund aldı...-FOTOLAR+VİDEO
19 May 2024 | 06:51
Misirdəki piramidaların sirri açıla bilər
19 May 2024 | 07:30
“Həftə sonları”-nın yaratdığı TƏHLÜKƏ
19 May 2024 | 06:49
İsrail Rəfahda 50-yə yaxın terrorçunu məhv edib
19 May 2024 | 07:44
Bağırsaq bakteriyaları insan qərarlarına təsir edirmiş
19 May 2024 | 07:15
“iPhone 16” istehsala hazırlaşır
19 May 2024 | 07:57
Son zəng yaxınlaşır: Paltar tikdirmək neçəyə başa gəlir? - VİDEO
19 May 2024 | 08:47
Almaniya Müdafiə Nazirliyi Ukraynaya dəstək üçün hökumətdən əlavə 3,8 milyard avro tələb edib
19 May 2024 | 08:26
Rafael Ağayev Ginnesin Rekordlar Kitabına düşdü
HƏFTƏLİK
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 23:57
Elmdə sıçrayış: dondurulmuş insan beyni həyata qaytarılıb
19 May 2024 | 19:58
İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
19 May 2024 | 08:22
Ukraynalı döyüşçü britaniyalını udub mütləq çempion oldu...-Rusiyalı isə isveçlidən ağır nokaund aldı...-FOTOLAR+VİDEO
18 May 2024 | 23:50
"Ukrayna Rusiyanın neft emalı gücünün 14 faizini sıradan çıxarıb" - "Bloomberg"
AYLIQ
19 May 2024 | 19:58
İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib
19 May 2024 | 08:22
Ukraynalı döyüşçü britaniyalını udub mütləq çempion oldu...-Rusiyalı isə isveçlidən ağır nokaund aldı...-FOTOLAR+VİDEO
19 May 2024 | 06:51
Misirdəki piramidaların sirri açıla bilər
19 May 2024 | 07:30
“Həftə sonları”-nın yaratdığı TƏHLÜKƏ
19 May 2024 | 06:49
İsrail Rəfahda 50-yə yaxın terrorçunu məhv edib
19 May 2024 | 07:44
Bağırsaq bakteriyaları insan qərarlarına təsir edirmiş
19 May 2024 | 07:15
“iPhone 16” istehsala hazırlaşır
19 May 2024 | 07:57
Son zəng yaxınlaşır: Paltar tikdirmək neçəyə başa gəlir? - VİDEO
19 May 2024 | 08:47
Almaniya Müdafiə Nazirliyi Ukraynaya dəstək üçün hökumətdən əlavə 3,8 milyard avro tələb edib
19 May 2024 | 08:26
Rafael Ağayev Ginnesin Rekordlar Kitabına düşdü