"Mən İlham Əliyevə 4 yaza bilmirdim" -Prezidentin müəlliməsi
Müsahibə
Oxunub: 5372
05 Oct 2013 | 09:37

Ötən əsrin 70-ci illərində Bakıdakı 6 saylı orta məktəbdə hazırkı dövlət başçısı İlham Əliyevə dərs demiş Emma Kazımova “Media forum” saytına müsahibə verib.Moderator.az həmin müsahibəni təqdim edir:

- O vaxt İlham məktəbə gələndə direktor yəhudi əsilli xanım Lidiya Şernikova idi. İki il sonra onu başqa vəzifəyə göndərdilər. Sonra Sahibə Quliyevə direktor oldu. Məşhur rejissor Rza Təhmasibin qızı idi.

İlhamla bir sinfi bitirənlər də indi çox böyük mənsəb sahibidirlər. Prezident Administrasiyasında Fuad Cəfərov, general Emin Şəkinski, daha sonra Fərid Quliyev, Fərid Cəfərov onunla bir sinifdə oxuyurdu. O vaxt sinifdə güclü kontingent vardı. Uşaqlar bir-birinə baxıb daha səylə çalışırdılar, böyük rəqabət yaranırdı. İndi də uşaqlar yaxşıdır, xaricə təhsil almağa gedənlər günü-gündən artır. Amma əksər halda bu, valideyn hesabına olur. Əvvəlki uşaqlar isə belə deyildi.

Bizə qalsaydı, hər dəfə İlhama əla qiymətlər yazardıq. Çünki doğrudan əla oxuyurdu. Mən ona 4 yaza bilmirdim, oxuyurdu axı. Fizika müəllimi Nikolay Şişkin vardı. Deyirdi şagird kitabı öyrənib gəlməsin, mənim yanımda nasaz ütünü, zəngi açıb düzəltsin, qiymət verim. İlhama da 4 yazdı, dedi o, fizikanı 5-ə bilmir. Attestata da qiymət belə getdi. Ona görə də İlham qızıl medal ala bilmədi. O vaxt Heydər Əliyev bu məsələyə qarşı çıxmadı. Heydər Əliyev deyib ki, düzəliş lazım deyil, bu qiyməti alıb. İndi valideynlər tamam başqa cür hərəkət edir, müəllim tuturlar. Amma o vaxt valideynlər, o cümlədən İlham Əliyevin valideynləri ”“ Heydər Əliyev və Zərifə xanım deyirdi hamı necə, bizim uşaq da elə. Bütün mənada baxışları belə idi.

O vaxt cavan idim, məndən çəkinirdilər. İndi görəndə öpüb qucaqlayırlar. Deyirlər Emma müəllimə, biz sizi çox sevirdik, amma o qədər sərt idiniz ki, sizə sevgimizi etiraf edə bilmədik. Həqiqətən belə idi. Biologiya fənnindən dərs deyirdim. Məndən əla qiymət almaq uşaqlar üçün müşkül bir işə çevrilmişdi.

Bir dəfə İlhamdan dərsini soruşdum, xoşuma gəldi, 5 verdim. İki gün keçdi, təkrar soruşdum, gördüm dərsi danışa bilmir. Dedim, aha, sən arxayın olmusan ki, müəllimə keçən dəfə dərsi soruşub, bu dəfə mənimlə işi olmaz. Gedib atasına demişdi ki, mən bu gün biologiyadan yaxşı cavab verməmişəm. Atası göndərmişdi ki, get, müəlliməndən əvvəlcə üzr istə, sonra nə lazımdır soruş və əməl et. Heydər Əliyev ona demişdi ki, sən axı belə olmamalısan, bizim evdə nə qədər dərslik, ensiklopediya var, niyə bu vəsaitlərlə maraqlanmamısan? Bir də gördüm İlham gəlib ki, Emma Həsənovna, mənə tapşırıq verin, yerinə yetirim, sizdən üzr istəyirəm, o gün hazırlıqlı deyildim. Dedim, İlham, sən 5 alan şagirdsən, eybi yox, bir günə görə narahat olma.

- Hansı fənni daha yaxşı mənimsəyirdi?

- Biologiyaya həmişə ciddi hazırlaşırdı. Axı, anası Zərifə xanım həkim idi. O istəyirdi ki, İlham həkim olsun. Zərifə xanım məktəbə tez-tez gəlirdi, mənimlə görüşəndə tapşırırdı ki, Emma müəllimə, İlhamdan dərsi tez-tez soruşun, biz istəyirik o, həkim olsun. Mən də hər gün İlhamı qaldırırdım ayağa, dərsi danışırdı. Anası deyirdi mənə heç nə lazım deyil, oğlum həkim olacaq, ona laboratoriyada hər işi tapşırın, qoy öyrənsin.

Sonralar görünür, evdə qərar dəyişdi, yəqin atasının da təsiri oldu və İlham Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna getdi. Amma anası çox istəyirdi oğlu həkim olsun. Rəhmətlik Zərifə xanım həmişə məktəbə gəlirdi, valideyn iclaslarında iştirak edirdi. Oğlunu dərsdən aparmağa gələndə də dayanıb gözləyirdi. Onu dəfələrlə otağa dəvət edirdik, deyirdik gəlin əyləşin, ayaq üstə gözləməyin, amma heç vaxt otağa keçmirdi, deyirdi narahat olmayın, İlham çıxsın gedirik. İlham bir az gec gələndə də Zərifə xanımdan heç bir narazılıq eşitməzdik. Bütün bunlar isə, təbii ki, ailə mədəniyyətindən, böyük mənəviyyatdan, sadəlikdən qaynaqlanırdı.

Mənə deyirdilər, əlbəttə, atası o cür vəzifədədir, ona 5 yazmayıb da nə edəcəksiniz. Amma qətiyyən belə deyildi. Heydər Əliyev bir dəfə də olsun bununla bağlı hansısa müəllimə bir söz deməyib və ya kiminləsə xəbər göndərməyib. İlham məktəbi bitirəndə Heydər Əliyev buraxılış gecəsinə bütün ailə üzvləri ilə gəldi. Həmin gün uşaqlar sinifdə müzakirə edirdilər, bayramlarına kimlər qatılacaq. İlham da dedi, mənim atam gələcək. Hamı təəccübləndi, inanmadı, atanın o qədər işi var, vaxtı hardan? Digər tərəfdən də dedilər, nə olsun, övladı məktəbi bitirir, niyə gəlməsin ki. Və Heydər Əliyev gecəyə gəldi, daha yaxşı bayram əhval-ruhiyyəsi yarandı. Hamı dedi, afərin bu ataya, vaxt tapdı gəldi, hamımızı da təbrik etdi. Həmin gün o cür sakit uşaq nə qədər oynadı. İndi də xatırlayıram: bütün məktəb illərində özünü ciddi aparan, bir dəfə olsun bir qızın əlindən belə tutmayan şagird buraxılış günü necə də şən idi...

Atası gecəyə qədər qaldı. Elə bil hər gün məktəbdə olub, hər kəsi tanıyırmış kimi davranırdı. Məəttəl qaldıq ona, bizə elə gəldi ki, o elə aramızda olub, bizi öz iş yoldaşımız kimi tanıyır.

Bütün müəllimlərlə görüşdü. Hər birinə nəzakətlə, sevinə-sevinə minnətdarlığını bildirdi. Birdən sinif rəhbəri Azərbaycan dili müəlliməsini təqdim edəndə Heydər Əliyev ciddi görkəmlə dedi: “Məxmurə Axmedovna, mən sizdən narazıyam”. O da duruxdu: “Niyə?” soruşdu. Dedi siz mənim oğluma öz ana dilini yaxşı öyrətmədiniz. Müəllimə çox pis vəziyyətə düşdü. Çox keçmədi məktəbi tərk etdi, yaşlı idi. O vaxt Azərbaycan dili fakültativ dərs idi, kim istəyirdi dərsə girir, kim istəyirdi girmirdi. Amma indi rus bölməsində də Azərbaycan dilinə xüsusi önəm verilir, məcburi şəkildə yüksək səviyyədə tədris edilir.

Heydər Əliyev 2001-ci ildə yenidən bizim məktəbə gələndə elə ana dili tədrisi problemi gündəmə gətirilmişdi. Biz o mövzuya bir də qayıtdıq. Dedi, Emma xanım, yadınızdadır, İlham Azərbaycan dilini çox da yaxşı bilmirdi, indi görürsünüz necə danışır?

- Yəqin hamı bilirdi atası məsul vəzifədə işləyir, o, kimin oğludur...

- İndiki uşaqlar göz açandan atalarının işi, vəzifəsi, pulu, malikanəsi, avtomobili ilə fərəhlənirlər. O vaxt uşaqlar arasında belə söhbətlər getmirdi. İlham dərsə elə gəlib-gedirdi ki, heç kəsin diqqətini çəkmirdi. Sürücü onu məktəbin hasarı yanında düşürürdü, çıxıb gedirdi. Hərdən məktəbin həyətində müəllimləri görəndə uşağın vəziyyəti, dərsə hazırlığı ilə maraqlanırdı. Sürücüsü sıravi adam deyildi, tarix elmləri namizədi idi.

Onların hər işindən xəbərimiz olurdu. Heç vaxt o sinifdən hansısa pis hərəkət gözləməzdik. Amma bir dəfə dərsdən qaçmışdılar. Gedib Funikulyorda oturublar, o da işləməyib, heç yerə gedə bilməyiblər. Sonra uşaqları tapıb dərsə gətirdilər. Amma daha belə hallar olmadı. Bəzən İlham atasının ezamiyyətinə görə Moskvaya yollanırdı, onda da icazəli şəkildə gedirdi.

O vaxt uşaqların bəzisi məktəbin gizlin yerlərində siqaret çəkərdi. Amma İlhamı bir dəfə belə işlərin başında görən olmadı. Bir neçə il əvvəl prezidentlə yaxın ünsiyyətdə olan bir deputatla görüşəndə bu haqda söhbət açıldı. Dedim mən neçə ildə İlhamı papiros çəkən görmədim. Deputat dedi, o heç indi də siqaret çəkmir.

İlham uşaqlıqdan çox xeyirxah idi. Onu bir dəfə olsun kiməsə acıqlı, sərt davranan görmədik. Həmişə uşaqları nəzakətlə dindirirdi. Sinifdə bir oğlanın dili qüsurlu idi, ona həmişə qayğı ilə yanaşırdı, şəkil çəkdirəndə belə qoluna girirdi. Bir çox belə məqamın şahidi olmuşuq.

- Qızlara münasibəti necə idi?

- Yaxşı idi. Amma İlhamın qızlardan kiməsə xüsusi bir isti münasibəti yox idi. İndi gözəl həyat yoldaşı var ”“ Mehriban xanım. Məndən soruşurlar onları bir-birinə yaraşdırırsanmı? Deyirəm dünyada bir yaraşan cütlük varsa onlardır.

- İllər keçib, indi şagirdiniz ölkə rəhbəri, prezidentdir...

- Onunla fəxr edirəm. Mənə oğlum qədər doğmadır. Ona görə yox ki, indi prezidentdir. Mənim çox şagirdim yüksək mənsəb sahibidir. İlham illər uzunu mənə ailəsi, tərbiyəsi, mədəniyyəti, sadəliyi ilə doğmalaşıb. Onlar haqqında çox isti xatirələrim var.

İlham Əliyev prezident olandan sonra bizim məktəbə gəlmişdi. Çox həyəcanlı idim, özümü tamam itirmişdim. Bir neçə dəfə uzaqdan gördüm, hətta uşaqcasına həyəcandan çığırmaq istədim ki, qoy məni tez görsün. Uzun illərdən sonra məktəbdə görüşdük, yenə müəllimə kimi əllərindən tutdum. Hamı deyir, bir az hərəkətlərinə fikir ver, axı o daha uşaq deyil. Mənim üçün uşaqdır. Mən ona möhtərəm, ya cənab deyə müraciət edə bilmərəm. Məktəbdə 20 dəqiqə söhbət etdik, qucaqlaşdıq, ayrıldıq. Bu sevinci yaşamaq lazım idi axı, yaşadım.

Bizim məktəbdən çox şagird çıxıb, onun kimisi olmayıb amma. Əlbəttə, oxuyanda heç kəs deyə bilməzdi ki, bu şagird mütləq prezident olacaq. Sadəcə savadlı, ağıllı, tərbiyəli idi, neçə xarici dil bilirdi, bundan danışırdıq. Biz onların ailəsinə həsəd aparırdıq. Bilirsiniz, çox nadir ailələrdə belə tərbiyə, sadəlik olur. Çox az uşağa bu cür ailədə böyümək nəsib olur. Yaxşı insan, yaxşı valideyn idilər.

- Şagirdiniz 10 ildir ölkəyə rəhbərlik edir, bəyənirsinizmi onun fəaliyyətini?

- O, hər şeyə çox diqqətlə yanaşır. Ölkədə bütün məktəblər ən müasir səviyyədə təmir edilir, avadanlıqla təmin olunur. İlham gəncdir, ətrafına da gəncləri toplayır. O, qarşısına qoyduğu məqsədə çatacaq. Bu gün gördüyü işlər böyükdür və bunlar davamlı olacaq. Düzdür, görüləsi iş də çoxdur, amma vaxt keçdikcə hər şey yoluna düşəcək. Kaş onun bu uğurunu ata-anası da görəydi.

- İndi kifayət qədər qayğı göstərilirmi sizə?

- Olduğum evi 4 il əvvəl mənə bağışlayıblar. Oğlumla bir yerdə Hüsü Hacıyev küçəsindəki evimdə yaşayırdım. Bir qədər darısqallıq yaranmışdı. Bir dəfə bir yerdə dedim ki, bir otaq olsaydı, ayrılardım. Az keçmədi mənə ev bağışlandı. Sonra mənə prezident təqaüdü kəsildi. Bundan da xəbərim olmayıb. Daha mənə nə lazımdır ki? Mən bir dəfə də olsun məktəbdən şəxsi mənafeyim üçün istifadə etməmişəm. Hər şey yoldaşımın hesabına olub. Həyat yoldaşım metro inşaatçısı idi. Bakıda əksər metro stansiyasını o tikib.

56 il o məktəbdə işlədim. Uzun və şərəfli müəllim ömrü yaşadım. Sonra təmirə dayandı, mən də təqaüdə çıxdım. Prezidentdən soruşdular ki, niyə öz məktəbinin təmir olunmasını bu qədər yubatdın? Dedi gərək əvvəlcə başqalarının məktəbini təmir etdirim, sonra öz məktəbimə keçim. O ailədən çox uşaqlar bizim məktəbdə oxuyub. Axırıncı illərdə İlhamın bibisi qızı Fəxriyyə Xələfovanın oğlunun sinif rəhbəri olmuşam 

Oxşar xəbərlər
21:57, Bu gün
Aİ İran üçün "Copernicus" peyk görüntü xidmətini aktivləşdirib
21:56, Bu gün
Ayətullah Xamenei İbrahim Rəisinin helikopterinin qəzaya uğramasından sonra açıqlama verib
21:47, Bu gün
Qəzaya düşən helikopterdə Rəisi ilə birgə kimlər olub?
21:34, Bu gün
İranda baş verən helikopter qəzası ilə bağlı baş verənləri üzüntü ilə izləyirik - Türkiyə XİN
21:21, Bu gün
"Mançester Siti" çempion oldu, "Arsenal"ın 20 illik həsrətinə son qoyulmadı
21:13, Bu gün
Muradın çayda boğulmasının TƏFƏRRÜATI: Batdığını görənlər qorxularından ailəsinə xəbər etməyibmiş - VİDEO
20:54, Bu gün
Niger: ABŞ hərbçilərinin ölkədən çıxarılması proseduru razılaşdırılıb
20:50, Bu gün
Rəisi bu gün İrəvana gedəcəkmiş, son anda…
20:48, Bu gün
Göyçayda qəza: Xəsarət alanlar var
20:39, Bu gün
HƏMAS-ın daha bir komandiri öldürüldü
20:24, Bu gün
"Nüvə savaşında 72 saata 5 milyard insan həlak olacaq, yalnız iki ölkə salamat çıxacaq" - "Daily Star"
20:12, Bu gün
İran vitse-prezidenti hadisə yerinə yollandı
20:08, Bu gün
Azərbaycan İrana dost və qardaş xalq kimi bütün lazımi dəstəyi verməyə hazırdır - XİN
20:01, Bu gün
Avropa İttifaqı Rəisinin qəzaya düşməsi ilə bağlı MƏLUMAT YAYDI
19:58, Bu gün
İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib
19:56, Bu gün
İbrahim Rəisinin helikopterinin qəzaya düşməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
19:26, Bu gün
Rəisi və Abdullahian təhlükədədir - İranlı rəsmi
19:20, Bu gün
Ayətullah Xamenei İran Təhlükəsizlik Şurasının təcili iclasını keçirir
19:19, Bu gün
Sabahın havası meteohəssas insanlara necə təsir edəcək?
19:10, Bu gün
Yevlaxda ər arvadını öldürüb, sonra özünü bıçaqlayıb
19:08, Bu gün
Qəzaya uğrayan helikopterin axtarışları davam edir - VİDEO
19:04, Bu gün
"Ukraynadan qalan yalnız Lvov olacaq" - Xodorkovski
18:56, Bu gün
"Hər hansı bir ölkəni çökdürmək üçün çip alımını dayandırmaq yetərlidir"
18:55, Bu gün
İbrahim Rəisi sağdırmı? – İrandan şok qərarlar...
18:42, Bu gün
"Mehr" agentliyi İran Prezidentinin xəsarət almadığı ilə bağlı məlumatı silib - YENİLƏNİB
18:33, Bu gün
Qəzzada 35,5 min insanın həyatını itirdiyini bildirib
18:30, Bu gün
2023-cü ildə 30 500 şəkərli diabet xəstəsi qeydə alınıb
18:05, Bu gün
Rəisinin helikopterinin qəzadan öncəki görüntüləri - VİDEO
18:05, Bu gün
Britaniyanın müdafiə naziri Rusiya ilə mümkün müharibədən danışdı
17:43, Bu gün
Nazirlik: VI siniflərdə keçirilən monitorinq uğurla başa çatdırılıb
17:40, Bu gün
İran Prezidenti helikopterin sərt enişi nəticəsində xəsarət almayıb - KİV
17:39, Bu gün
Yağıntılı hava ilə bağlı magistral yollarda görmə məsafəsi məhdudlaşacaq
17:38, Bu gün
Slovakiyanın güllələnmiş baş nazirinin vəziyyəti necədir?
17:32, Bu gün
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – Təfərrüat
17:25, Bu gün
Latviya Parlamentinin sədri: Qarabağdakı quruculuq işlərinə şahidlik etmək çox sevindiricidir
17:23, Bu gün
Türkiyəli nazir: İlin sonunadək neft hasilatı daxili bazarın tələbatının 10 faizini ödəyəcək
17:20, Bu gün
Qocalar evində ölümləri "proqnozlaşdıran" ekstrasens pişik
17:18, Bu gün
Köçəryan və Sərkisyandan Paşinyana qarşı həmlə: Petrosyan tərəfini açıqladı
17:08, Bu gün
İran Prezidentini daşıyan helikopter sərt eniş edib, Rəisinin vəziyyəti məlum deyil
17:07, Bu gün
Göyçayda 24 yaşlı oğlanı cərəyan vurub öldürüb
17:05, Bu gün
Bakıda iki sərnişin avtobusu toqquşdu: 6 nəfər xəsarət aldı
16:58, Bu gün
İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb
16:55, Bu gün
Latviya parlamentinin sədri Şuşadadır
16:52, Bu gün
Rusiyalılar mülki ukraynalıları qətlə yetirir, Xersonda insanların üzərinə drondan partlayıcı maddə atılıb
16:44, Bu gün
Nuran Abdullayev: "Prezident İlham Əliyev nə zaman hansı gedişi edəcəyi bilinməyən ən güclü siyasi şahmat ustasıdır"
16:40, Bu gün
"Hücumun birinci fazası: Volçanskın zəbt edilməsi rusiyalılara nə üçün lazımdır?" - ISW
16:39, Bu gün
Ukrayna Rusiyanın daha bir gəmisini VURDU
16:37, Bu gün
Çərçivə sazişi imzalanır, dəhliz bu statusla açılır - Tarix verildi
16:36, Bu gün
Türkandan gözlənilməz hərəkət: Efirə telefonla buraxmadılar deyə GÖRÜN NƏ ETDİ - VİDEO
16:34, Bu gün
Rusiya Xarkovdakı istirahət mərkəzini “İskander”lə vurub, ölənlərin sayı 5-ə çatıb - YENİLƏNİB
16:20, Bu gün
Amerikalı qız başqa ölkəyə köçdü, adını dəyişdi: Maraqlı SƏBƏB
16:18, Bu gün
Cəlilabadda 17 yaşlı yeniyetmə bıçaqlanıb
16:14, Bu gün
Ağsu dolaylarında asfalt çöküb
16:06, Bu gün
Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Günü qeyd edilir
15:45, Bu gün
Bitlisdə avtobus dərəyə düşüb, yaralananlar var
15:31, Bu gün
Maqnit qasırğaları zamanı edilən səhvlər SADALANDI
15:28, Bu gün
Xətaidə yanğın: Avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
15:27, Bu gün
Dunay çayında gəmilər toqquşub, ölənlər var
15:04, Bu gün
Seyid İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
15:03, Bu gün
Yeni Kaledoniyada gərgin vəziyyətlə əlaqədar məktəblərdə dərslər dayandırılıb
15:02, Bu gün
Erməni barbarlığına tuş gələn Qubadlı məscidi
15:01, Bu gün
Ukrayna Rusiyanın daha bir gəmisini məhv etdi
14:45, Bu gün
“Ola bilsin ki, bəziləri bizim bu görüşlərimizi bəyənməsinlər”
14:45, Bu gün
Çinin kənd təsərrüfatı naziri haqqında təhqiqat başlanıb
14:43, Bu gün
Tabut açıldı: Qızı içəridəki kişini görüb DƏHŞƏTƏ gəldi
14:42, Bu gün
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
14:40, Bu gün
Müdafiə Nazirliyi şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimi keçirib
14:25, Bu gün
Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon
14:23, Bu gün
Prezident: "Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir"
14:22, Bu gün
"Ukrayna Rusiyadakı obyektlərə zərbələr endirmək üçün ABŞ-dan icazə istəyir" - "The Wall Street Journal"
14:15, Bu gün
Anar Heybətova ağır itki - FOTO
14:14, Bu gün
"Belarus post-sovet ölkələri arasında Azərbaycanın dördüncü ən böyük xarici ticarət partnyorudur"
14:11, Bu gün
Vətəndaş kibercinayətkarların tələsinə belə düşdü - 25 min manat itirdi- ŞOK FAKTLAR
14:11, Bu gün
"Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgəyə fayda verəcək"
14:09, Bu gün
Prezident: "İki hidroqovşağın açılışı və istismara verilməsi tarixi hadisədir"
14:08, Bu gün
Prezident: "İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir"
14:07, Bu gün
Tanınmış xanəndə məşhur aktyorun bacısı imiş - FOTO
14:07, Bu gün
Azərbaycan Prezidenti: "Bizim energetika sahəsində çox böyük planlarımız var"
13:44, Bu gün
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində azı 4 nəfər ölüb
13:42, Bu gün
Diş yetişdirmək üçün dünyada ilk dərman yaradıldı
13:27, Bu gün
Aralıq dənizində zəlzələ
13:23, Bu gün
İran səfiri: Missiyamın son günündə ən böyük sərhəd layihəsinin istifadəyə verilməsi ilə fəxr edirəm
13:21, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
13:20, Bu gün
Sumqayıtda mənzildən kişi meyiti tapıldı
13:19, Bu gün
Kim qalib gələcək: Tramp, yoxsa Bayden?
12:55, Bu gün
Sabah Azərbaycanın bu rayonlarında leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək
12:54, Bu gün
Rusiyada yük qatarı relsdən çıxdı - VİDEO
12:53, Bu gün
İran raketləri İsrailin 12 müdafiə xəttini yardı - General
12:53, Bu gün
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
12:48, Bu gün
Baqratın baş nazir olmaq şansı varmı?
12:38, Bu gün
"Barselona" transfersiz qala bilər
12:30, Bu gün
Rusiyanın “dərin dövləti” haqda sensasion iddia - ADLAR
12:21, Bu gün
Latviya parlamentinin sədri Füzulidə səfərdədir
12:20, Bu gün
“Qərbi Azərbaycana qayıdış” Türk Dünyası Sammiti Daşkənddə baş tutdu - Fotolar
12:16, Bu gün
Bu gün derbi var - “Qalatasaray” çempion ola bilər
12:11, Bu gün
“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - FOTOLAR
12:11, Bu gün
İstanbul boğazlarında gəmilərin hərəkəti dayandırıldı
12:00, Bu gün
İlham Əliyev sərhəddə İran prezidenti ilə görüşdü - YENİLƏNİB
11:47, Bu gün
"Rusiya-Azərbaycan" dəyirmi masası və ikitərəfli görüşlər keçirilib
11:45, Bu gün
Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır
GÜNLÜK
18 May 2024 | 22:33
Zelenski Makronun "Olimpiya atəşkəsi"ni rədd edib: "Bu, düşmənin əlinə oynamaqdır"
18 May 2024 | 22:25
Qətlə yetirilən tələbənin cinayət işində müəmma daha da böyüyür - Ailəsi DANIŞDI / VİDEO
18 May 2024 | 22:48
“Akkuyu” AES-də ilk enerji blokunun işə başlayacağı tarix açıqlanıb
18 May 2024 | 22:41
Eduard Məmmədov 11-ci dəfə Dünya Kubokunu qazandı
18 May 2024 | 23:15
Bu teatrdan 1500 nəfər TƏXLİYƏ EDİLDİ - ŞOK SƏBƏB- VİDEO
18 May 2024 | 22:48
Afrikadan gələn maraqlı görüntü müzakirə mövzusuna çevrildi: Heyvanlar hərəkətsiz qaldı
18 May 2024 | 23:35
Meyiti tapılan qadın görün kimdir
18 May 2024 | 22:52
Yatmazdan əvvəl bunları edin
18 May 2024 | 23:47
Gecə yatmazdan öncə ananas yeyin, görün nə olacaq - Bu problemi aradan qaldırır
18 May 2024 | 23:29
Evinə sevgilisi ilə gedən əri ARVADI DÖYDÜRDÜ - FOTO
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
18 May 2024 | 16:29
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
AYLIQ
18 May 2024 | 22:33
Zelenski Makronun "Olimpiya atəşkəsi"ni rədd edib: "Bu, düşmənin əlinə oynamaqdır"
18 May 2024 | 22:25
Qətlə yetirilən tələbənin cinayət işində müəmma daha da böyüyür - Ailəsi DANIŞDI / VİDEO
18 May 2024 | 22:48
“Akkuyu” AES-də ilk enerji blokunun işə başlayacağı tarix açıqlanıb
18 May 2024 | 22:41
Eduard Məmmədov 11-ci dəfə Dünya Kubokunu qazandı
18 May 2024 | 23:15
Bu teatrdan 1500 nəfər TƏXLİYƏ EDİLDİ - ŞOK SƏBƏB- VİDEO
18 May 2024 | 22:48
Afrikadan gələn maraqlı görüntü müzakirə mövzusuna çevrildi: Heyvanlar hərəkətsiz qaldı
18 May 2024 | 23:35
Meyiti tapılan qadın görün kimdir
18 May 2024 | 22:52
Yatmazdan əvvəl bunları edin
18 May 2024 | 23:47
Gecə yatmazdan öncə ananas yeyin, görün nə olacaq - Bu problemi aradan qaldırır
18 May 2024 | 23:29
Evinə sevgilisi ilə gedən əri ARVADI DÖYDÜRDÜ - FOTO