«Qərb seçki ilə bağıl yumşaq mövqe tutacaq»
Oxunub: 3619
04 Oct 2013 | 11:37
«Qərb seçki ilə bağıl yumşaq mövqe tutacaq»
Politoloq Rasim Ağayev «Bizim Yol» qəzetinə müsahibəsində seçkiqabağı situasiyanı dəyərləndirib. Politoloq iqtidarın, müstəqil namizədlərin və müxalifətin imkanlarını dəyərləndirib, gözləntilərini açıqlayıb, Qərbin hansı mövqedə dayanacağı ilə bağlı proqnozunu verib.Moderator.az Rasim Aağayevlə geniş müsahibəni  təqdim edir: 

- Rasim müəllim, 6 gün sonra keçiriləcək prezident seçkiləri öncəsi vəziyyəti necə qiymətləndirirsiniz?

- Seçkiöncəsi yaranmış situasiya məni nə təəccübləndirir, nə heyfsləndirir, nə də sevindirir. Amma bütün bunlara baxmayaraq Azərbaycanın durumuna nikbin yanaşıram. Səbəb də odur ki, hələ 20 il əvvəl indiki vəziyyəti proqnozlaşdırırdıq. O zaman demişdim ki, Qərb tipli demokratiyaya, xüsusən Amerika, hazır deyilik. Ona görə ki, ABŞ-nin özü indiki şəraiti yaratmaq üçün uzun yol keçib. Həm də amerikalılar azərbaycanlılardan fərqli olaraq hazır xalq olub. Təsəvvür edin ki, Avropanın qabaqcıl ölkələrinin mütəxəssisləri küsüb ABŞ-a getmişdi, ingilislər, irlandlar, almanlar, ispanlar və başqaları yeni tipli ölkə yaratdılar. Bu, başqa bir tarix və siyasi durumdur, Azərbaycan isə öz dövlətçiliyini hələ yeni yaradıb. Ümumiyyətlə, tam demokratik idarəetmənin praktiki təcrübəsi olmayıb, heç təsəvvürümüz də olmayıb. Bu baxımdan mən Azərbaycanın təkamül yoluyla getməsinin tərəfdarıydım, pis-yaxşı dövlət var idi. Onu uçurtmaq lazım deyildi, təmir edib işə başlamalıydıq, əsas məsələ dövlət bürokratiyasına toxunmamaq gərək idi. Çünki bu tipli ictimai sosial qrup ilk dəfə yetişirdi. 

- Məgər, sovetdən qalma dövlət bürokratiyası çürüyüb idarəetmə imkanlarını itirməmişdimi?

- Bürokratiya yox, aparıcı siyasi qüvvə olan partiya çürümüşdü. Düzdür, bürokratiyanın da çürümə elementləri ola bilər. Ancaq bunlar həll olunan məsələ olduğundan uçurmağa ehtiyac yox idi, təmir etməliydik. Necə ki, insanlar qocalanda orqanizmi funksiyasını itirir, o zaman başını kəsmirlər, müalicə edirlər. Bundan əlavə daha ciddi bir proses getdi ki, bu, 70-ci illərdən başlanan şəhərin öz görünüşünü itirməsiydi, 80-ci illərdə bu proses sürətləndi, 90-cı illərdə isə inqilabi xarakter aldı. Faktiki olaraq kənd şəhərə qalib gəldi. Bakı öz şüuru, siyasi təfəkkürüylə böyük meqapolisdən kəndin girovuna çevrildi. 

- Demək istəyirsiniz ki, məcburi köçkünlər və qaçqınlar paytaxtı mənəvi baxımdan işğal etdi?

- Ondan da əvvəl paytaxta axın güclənmişdi, həm də işsizlikdən passionar qüvvə şəhəri tərk edirdi. Nəticədə biz siyasi səhnədə kənd camaatının hökmranlıq sürdüyünün şahidi olduq. Hələ öz kənd mentalitetiylə meydan sulayırlar. Buna görə siyasi yarışda Qüdrət Həsənquliyevi, Hafiz Hacıyevi, Fərəc Quliyevi gördük. 

- Mən çıxışınızın əvvəlinə qayıdıram, niyə sevinmədiniz, təəccüblənmədiniz və heyflənmədiniz?

- Çünki mən indiki nəticəni gözlədiyimdən təəccüblənmirəm. Ona görə sevinirəm ki, Azərbaycan seçkilərində ilk dəfə olaraq siyasətdən uzaq adam ortalığa çıxdı. Milli Şura yarandı, bu, yeni siyasi alət idi, qurumun sədri də siyasətçi yox, dramaturq idi. Baş verənlər Azərbaycanın intilektual potensialının tükənmədiyini göstərir. Faktiki olaraq, ölkənin intilektual potensialı, daxildə və xaricdə olan da birləşə bilər. Həm də ölkənin özündə və xaricdə artıq sahibkarlar sinfi formalaşır, bununla bahəm xarici ölkələrdə təhsil alanlar yeni kadr bazası hesab edilməlidir. Onlar yeni tipli insanlardır. Sadaladıqlarım Azərbaycanın Türkiyə modelinə doğru getdiyini göstərir. Ötən əsrin 50-ci illərində Türkiyə Almaniyaya ölkəsindəki işsizlərin göndərilməsi haqqında müqavilə bağladı. Bunun nəticəsində Türkiyə özünə valyuta mənbəyi tapdı, həm də yeni intilektual siyasi qüvvə yarandı. Mən ona görə nikbinəm ki, siyasi arenaya yeni şəxslər çıxa bilər. Onlar ənənəvi qüvvələrdən fərqlənəcək, artıq obyektiv şərait belə tələb edir. Seçkiöncəsi durum göstərdi ki, artıq yeni ideyalar və şəxslər gərəkdir. Hazırki partiyalar buna hazır deyillər.

- Ənənəvi müxalifətin siyasətdən gedəcəyini hesab edirsiniz?

- Ənənəvi müxalifət özünü islahat etməlidir. Onlar hakimiyyətə irad tuturlar ki, 40 ildir hakimiyyətdəsiniz, özləri isə tərpənmək istəmirlər. Faktiki olaraq, bu adamlar gənclərin yolunu kəsiblər. 

- Ancaq Müsavat başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimli dəfələrlə son fikrinizə cavab olaraq deyiblər ki, onlar heç kəsin yolunu kəsməyiblər, gənclər buyurub gəlsinlər...

- Bunlar sözdür, mən siyasi praktikadan danışıram. Qanun-qayda var, uduzan siyasətçi istefa verir, istər hakimiyyətdə, istərsə də müxalifətdə olsun. Ənənəvi müxalifət dəfələrlə uduzub, müxtəlif səhvləri də olub. Əslində, mən Əli Kərimlini nəzərdə tutmuram, çünki o, cavandır, özü də böyük potensiala malikdir. Amma qalanlarının potensialı tükənib. 

- Amma onlar 20 ildə ədalətli seçki keçirilmədiyini və istefaya getmələri haqqında partiyaları qərar verməli olduğunu deyirlər...

- Sosial bazanın bu məsələyə aidiyyatı yoxdur, partiyalarının strukturları, üzvləri var, onlar da sədrin tabeçiliyindədir. Bilirsiniz, başqa məna axtarmayın, mən özü fikrimi deyirəm, həm də bu barədə yalnız mən düşünmürəm. Olduğum məclislərdə deyilir: bəli, hakimiyyətə iradları var, qane etmir, çünki ölkəni ağır duruma salıb, amma müxalifətdə də ümid görmürlər. Ədalətli seçkiyə gəldikdə, normal ölkədə və azad seçki keçirmək təcrübəsi olan dövlətdə dediyiniz seçki keçirilər. Tutalım, Araz Əlizadə, yaxud başqası İlham Əliyevə qalib gəlib oldular prezident, onlar hansı komanda və siyasi təcrübəylə ölkəni idarə edəcəklər? 1 aydır bu adamlar debatda hansı sözləri deyirlər, görürük də. Bir-birini söyürlər, biri o birinə “dişini yumursan” deyir, yaxud «yaltaq», hətta «eşşək» sözü işlədilir. Namizədlərin hansından eşitdiniz ki, vəziyyəti dəyişməyə qadir olduqlarını və hansı yolla korrupsiyanın qarşısını ala biləcəklər? 

- İqbal Ağazadə və Cəmil Həsənli çıxışlarında bu barədə danışmırlarmı?

- Xeyr. Cəmil Həsənli tənqid edir və bildirir ki, problemləri aradan qaldıracaq, ancaq hansı üsulla və kimə arxalanaraq, bax, bunu bilmirəm. Ümumiyyətlə, namizədlər arasında ən intelektualı və şəxsiyyətlisi elə Cəmil Həsənlidir. 

- Bəlkə Siz hər iki namizədin platformasını oxumadığınızdan belə düşünürsünüz?  

- Olmazmı ki, debatlarda həmin platformanı açıb izah etsinlər. Söhbət Cəmil Həsənlidən getmir, tutalım, Araz Əlizadə qalib oldu, o, nə edəcək? Hanı onun komandası?

- O, sosial-demokrat ideyalarına əsasən islahat aparacağını bəyan edir?

- Sosial-demokrat ideyası Azərbaycanda ümumiyyətlə qəbul olunmur. Çünki bizdə şəhər əhli yoxdur, əksəriyyət kəndlilərdir.

- Araz Əlizadə kəndistandan danışır, aqrarlaşdıracağını deyir...

- Boş-boş söhbətdir, aqrar ölkə nə demək, mən onun korrupsiyanı necə sıradan çıxaracağını bilmək istəyirəm. Bunun belə komandası varmı, göstərsin də. Bilirsiniz, Milli Şura təsadüfü yaranmayıb, bunun obyektiv səbəbi var, bu da odur ki, səssiz şəkildə siyasi liderlər intilektualın, ziyalının namizəd olmasına razılaşdılar. Çünki təklikdə heç biri liderə çevrilə bilməzdilər, bununla da siyasi meydanda lidersizlik yaranırdı. Ona görə yeni adamın ortalığa çıxmasına razılaşdılar.

- Söhbətimizin yönünü dəyişək, Dağıstan prezidenti, RATİ-nin üzvü Abdullatipov Azərbaycandakı azsaylı xalqları YAP namizədinə səs verməyə çağırıb. Rusiya vətəndaşının bu addımı nə dərəcədə qanunauyğundur və daxili işlərimizə qarışmaq deyilmi?

- Bu müraciətdə yeni bir şey yoxdur. İsrail prezidenti bütün dünyanı bu cür yollarla idarə edir. Bizim torpaqlarımızı işğal edən ermənilər də hansısa ölkədə prezident seçkiləri olarsa, diasporlarıyla məsləhətləşmələr aparırlar. ABŞ-da gördük, erməni lobbisi bütün vasitələrdən istifadə edib Obamaya fikirlərini çatdırırlar. Abdullatipov çağırış edir, əgər o, müxalifətə müraciət edib hakimiyyəti devirməyə səsləsəydi, bu, artıq başqa məsələ. Onun RATİ üzvü olması da elə bir əsas yaratmır, yadınıza gəlirmi, vaxt vardı hakimiyyət bu qurumu ittiham hədəfinə alıb yeni müxalifət yaratmaqda ittiham edirdilər. Məncə, Abdullatipovun həmin çağırışı hakimiyyətlə yaranmış narazılığı aradan qaldırmaq üçündür. Onsuz da azsaylı xalqlar işlərini bilirlər, onların liderləri olmadığından bütün seçkilərdə iqtidara səs veriblər. 

- Yaxın 6 gündə daxili və beynəlxalq ictimaiyyətdən nə gözləyirsiniz?

- Fövqəladə hadisələr istisna olmaqla çətin dəyişiklik olsun. Hər şey öz yoluyla gedəcək. Amma Cəmil Həsənli çox fəaldır, tədbirlərini yaxşı keçirdi. Mən sadəcə, onun ikinci debatda təxribata reaksiyasına cavab olaraq vaxtını itirməsinə heyfslənirəm. Beynəlxalq təşkilatlarda isə çaşqınlıq sezirəm, onların hamısı Vaşinqtonun təsiri altında olduğundan diqqət daha çox Amerikadakı maliyyə böhranına yönəlib. Elə ABŞ-nin da başı öz hayındadır. Ona görə tənqidi yanaşma yumşaq olacaq, bilirsiniz, Bakını çıxmaq şərtilə Azərbaycanda saxtakarlığın qarşısını almaq üçün hər qutunun yanına bir əsgər qoyulmalıdır. Amma bir çox ciddi qanun pozuntularının şahidi olacağıq. 
Oxşar xəbərlər
00:44, Bu gün
Türkiyə İrana hərbi helikopter və PUA göndərib
00:06, Bu gün
Bir reklamdan 20 milyon qazandı
00:01, Bu gün
Bakıda dava edən qonşuları ayıran qadın boğazından bıçaqlanıb
19 May 2024 | 23:37
Moskva Tehrana çağırış etdi
19 May 2024 | 23:35
"Sənət bazar deyil, özünə qiymət qoyasan"
19 May 2024 | 23:31
SEPAH komandanı: "Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib"
19 May 2024 | 23:28
İran Prezidenti İbrahim Rəisinin qəzaya uğradığı helikopterdən gələn zənglər araşdırılır
19 May 2024 | 23:24
"Bir milyona yaxın dinc əhali Rafahı tərk edib" - BMT-nin fələstinli qaçqınlar üzrə Agentliyi
19 May 2024 | 23:13
Rəisinin qəzaya uğradığı helikopter hansı modeldir? - FOTO
19 May 2024 | 23:09
Türkiyə 32 alpinisti axtarış və xilasetmə əməliyyatı üçün İrana göndərib
19 May 2024 | 22:50
Azərbaycanda istirahətə gedən ailə dəm qazından zəhərləndi: Ölən var - VİDEO
19 May 2024 | 22:43
İstanbul derbisinin qalibi "Fənərbağça" oldu
19 May 2024 | 22:32
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
19 May 2024 | 22:27
İbrahim Rəisi və nümayəndə heyətinin helikopter qəzası xəbəri bizi kədərləndirdi - Ərdoğan
19 May 2024 | 21:57
Aİ İran üçün "Copernicus" peyk görüntü xidmətini aktivləşdirib
19 May 2024 | 21:56
Ayətullah Xamenei İbrahim Rəisinin helikopterinin qəzaya uğramasından sonra açıqlama verib
19 May 2024 | 21:47
Qəzaya düşən helikopterdə Rəisi ilə birgə kimlər olub?
19 May 2024 | 21:34
İranda baş verən helikopter qəzası ilə bağlı baş verənləri üzüntü ilə izləyirik - Türkiyə XİN
19 May 2024 | 21:21
"Mançester Siti" çempion oldu, "Arsenal"ın 20 illik həsrətinə son qoyulmadı
19 May 2024 | 21:13
Muradın çayda boğulmasının TƏFƏRRÜATI: Batdığını görənlər qorxularından ailəsinə xəbər etməyibmiş - VİDEO
19 May 2024 | 20:54
Niger: ABŞ hərbçilərinin ölkədən çıxarılması proseduru razılaşdırılıb
19 May 2024 | 20:50
Rəisi bu gün İrəvana gedəcəkmiş, son anda…
19 May 2024 | 20:48
Göyçayda qəza: Xəsarət alanlar var
19 May 2024 | 20:39
HƏMAS-ın daha bir komandiri öldürüldü
19 May 2024 | 20:24
"Nüvə savaşında 72 saata 5 milyard insan həlak olacaq, yalnız iki ölkə salamat çıxacaq" - "Daily Star"
19 May 2024 | 20:12
İran vitse-prezidenti hadisə yerinə yollandı
19 May 2024 | 20:08
Azərbaycan İrana dost və qardaş xalq kimi bütün lazımi dəstəyi verməyə hazırdır - XİN
19 May 2024 | 20:01
Avropa İttifaqı Rəisinin qəzaya düşməsi ilə bağlı MƏLUMAT YAYDI
19 May 2024 | 19:58
İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib
19 May 2024 | 19:56
İbrahim Rəisinin helikopterinin qəzaya düşməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
19 May 2024 | 19:26
Rəisi və Abdullahian təhlükədədir - İranlı rəsmi
19 May 2024 | 19:20
Ayətullah Xamenei İran Təhlükəsizlik Şurasının təcili iclasını keçirir
19 May 2024 | 19:19
Sabahın havası meteohəssas insanlara necə təsir edəcək?
19 May 2024 | 19:10
Yevlaxda ər arvadını öldürüb, sonra özünü bıçaqlayıb
19 May 2024 | 19:08
Qəzaya uğrayan helikopterin axtarışları davam edir - VİDEO
19 May 2024 | 19:04
"Ukraynadan qalan yalnız Lvov olacaq" - Xodorkovski
19 May 2024 | 18:56
"Hər hansı bir ölkəni çökdürmək üçün çip alımını dayandırmaq yetərlidir"
19 May 2024 | 18:55
İbrahim Rəisi sağdırmı? – İrandan şok qərarlar...
19 May 2024 | 18:42
"Mehr" agentliyi İran Prezidentinin xəsarət almadığı ilə bağlı məlumatı silib - YENİLƏNİB
19 May 2024 | 18:33
Qəzzada 35,5 min insanın həyatını itirdiyini bildirib
19 May 2024 | 18:30
2023-cü ildə 30 500 şəkərli diabet xəstəsi qeydə alınıb
19 May 2024 | 18:05
Rəisinin helikopterinin qəzadan öncəki görüntüləri - VİDEO
19 May 2024 | 18:05
Britaniyanın müdafiə naziri Rusiya ilə mümkün müharibədən danışdı
19 May 2024 | 17:43
Nazirlik: VI siniflərdə keçirilən monitorinq uğurla başa çatdırılıb
19 May 2024 | 17:40
İran Prezidenti helikopterin sərt enişi nəticəsində xəsarət almayıb - KİV
19 May 2024 | 17:39
Yağıntılı hava ilə bağlı magistral yollarda görmə məsafəsi məhdudlaşacaq
19 May 2024 | 17:38
Slovakiyanın güllələnmiş baş nazirinin vəziyyəti necədir?
19 May 2024 | 17:32
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – Təfərrüat
19 May 2024 | 17:25
Latviya Parlamentinin sədri: Qarabağdakı quruculuq işlərinə şahidlik etmək çox sevindiricidir
19 May 2024 | 17:23
Türkiyəli nazir: İlin sonunadək neft hasilatı daxili bazarın tələbatının 10 faizini ödəyəcək
19 May 2024 | 17:20
Qocalar evində ölümləri "proqnozlaşdıran" ekstrasens pişik
19 May 2024 | 17:18
Köçəryan və Sərkisyandan Paşinyana qarşı həmlə: Petrosyan tərəfini açıqladı
19 May 2024 | 17:08
İran Prezidentini daşıyan helikopter sərt eniş edib, Rəisinin vəziyyəti məlum deyil
19 May 2024 | 17:07
Göyçayda 24 yaşlı oğlanı cərəyan vurub öldürüb
19 May 2024 | 17:05
Bakıda iki sərnişin avtobusu toqquşdu: 6 nəfər xəsarət aldı
19 May 2024 | 16:58
İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb
19 May 2024 | 16:55
Latviya parlamentinin sədri Şuşadadır
19 May 2024 | 16:52
Rusiyalılar mülki ukraynalıları qətlə yetirir, Xersonda insanların üzərinə drondan partlayıcı maddə atılıb
19 May 2024 | 16:44
Nuran Abdullayev: "Prezident İlham Əliyev nə zaman hansı gedişi edəcəyi bilinməyən ən güclü siyasi şahmat ustasıdır"
19 May 2024 | 16:40
"Hücumun birinci fazası: Volçanskın zəbt edilməsi rusiyalılara nə üçün lazımdır?" - ISW
19 May 2024 | 16:39
Ukrayna Rusiyanın daha bir gəmisini VURDU
19 May 2024 | 16:37
Çərçivə sazişi imzalanır, dəhliz bu statusla açılır - Tarix verildi
19 May 2024 | 16:36
Türkandan gözlənilməz hərəkət: Efirə telefonla buraxmadılar deyə GÖRÜN NƏ ETDİ - VİDEO
19 May 2024 | 16:34
Rusiya Xarkovdakı istirahət mərkəzini “İskander”lə vurub, ölənlərin sayı 5-ə çatıb - YENİLƏNİB
19 May 2024 | 16:20
Amerikalı qız başqa ölkəyə köçdü, adını dəyişdi: Maraqlı SƏBƏB
19 May 2024 | 16:18
Cəlilabadda 17 yaşlı yeniyetmə bıçaqlanıb
19 May 2024 | 16:14
Ağsu dolaylarında asfalt çöküb
19 May 2024 | 16:06
Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Günü qeyd edilir
19 May 2024 | 15:45
Bitlisdə avtobus dərəyə düşüb, yaralananlar var
19 May 2024 | 15:31
Maqnit qasırğaları zamanı edilən səhvlər SADALANDI
19 May 2024 | 15:28
Xətaidə yanğın: Avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
19 May 2024 | 15:27
Dunay çayında gəmilər toqquşub, ölənlər var
19 May 2024 | 15:04
Seyid İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
19 May 2024 | 15:03
Yeni Kaledoniyada gərgin vəziyyətlə əlaqədar məktəblərdə dərslər dayandırılıb
19 May 2024 | 15:02
Erməni barbarlığına tuş gələn Qubadlı məscidi
19 May 2024 | 15:01
Ukrayna Rusiyanın daha bir gəmisini məhv etdi
19 May 2024 | 14:45
“Ola bilsin ki, bəziləri bizim bu görüşlərimizi bəyənməsinlər”
19 May 2024 | 14:45
Çinin kənd təsərrüfatı naziri haqqında təhqiqat başlanıb
19 May 2024 | 14:43
Tabut açıldı: Qızı içəridəki kişini görüb DƏHŞƏTƏ gəldi
19 May 2024 | 14:42
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
19 May 2024 | 14:40
Müdafiə Nazirliyi şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimi keçirib
19 May 2024 | 14:25
Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon
19 May 2024 | 14:23
Prezident: "Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir"
19 May 2024 | 14:22
"Ukrayna Rusiyadakı obyektlərə zərbələr endirmək üçün ABŞ-dan icazə istəyir" - "The Wall Street Journal"
19 May 2024 | 14:15
Anar Heybətova ağır itki - FOTO
19 May 2024 | 14:14
"Belarus post-sovet ölkələri arasında Azərbaycanın dördüncü ən böyük xarici ticarət partnyorudur"
19 May 2024 | 14:11
Vətəndaş kibercinayətkarların tələsinə belə düşdü - 25 min manat itirdi- ŞOK FAKTLAR
19 May 2024 | 14:11
"Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgəyə fayda verəcək"
19 May 2024 | 14:09
Prezident: "İki hidroqovşağın açılışı və istismara verilməsi tarixi hadisədir"
19 May 2024 | 14:08
Prezident: "İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir"
19 May 2024 | 14:07
Tanınmış xanəndə məşhur aktyorun bacısı imiş - FOTO
19 May 2024 | 14:07
Azərbaycan Prezidenti: "Bizim energetika sahəsində çox böyük planlarımız var"
19 May 2024 | 13:44
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində azı 4 nəfər ölüb
19 May 2024 | 13:42
Diş yetişdirmək üçün dünyada ilk dərman yaradıldı
19 May 2024 | 13:27
Aralıq dənizində zəlzələ
19 May 2024 | 13:23
İran səfiri: Missiyamın son günündə ən böyük sərhəd layihəsinin istifadəyə verilməsi ilə fəxr edirəm
19 May 2024 | 13:21
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
19 May 2024 | 13:20
Sumqayıtda mənzildən kişi meyiti tapıldı
19 May 2024 | 13:19
Kim qalib gələcək: Tramp, yoxsa Bayden?
19 May 2024 | 12:55
Sabah Azərbaycanın bu rayonlarında leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək
GÜNLÜK
19 May 2024 | 19:58
İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib
19 May 2024 | 08:22
Ukraynalı döyüşçü britaniyalını udub mütləq çempion oldu...-Rusiyalı isə isveçlidən ağır nokaund aldı...-FOTOLAR+VİDEO
19 May 2024 | 06:51
Misirdəki piramidaların sirri açıla bilər
19 May 2024 | 07:30
“Həftə sonları”-nın yaratdığı TƏHLÜKƏ
19 May 2024 | 06:49
İsrail Rəfahda 50-yə yaxın terrorçunu məhv edib
19 May 2024 | 07:44
Bağırsaq bakteriyaları insan qərarlarına təsir edirmiş
19 May 2024 | 07:15
“iPhone 16” istehsala hazırlaşır
19 May 2024 | 07:57
Son zəng yaxınlaşır: Paltar tikdirmək neçəyə başa gəlir? - VİDEO
19 May 2024 | 08:47
Almaniya Müdafiə Nazirliyi Ukraynaya dəstək üçün hökumətdən əlavə 3,8 milyard avro tələb edib
19 May 2024 | 08:26
Rafael Ağayev Ginnesin Rekordlar Kitabına düşdü
HƏFTƏLİK
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 23:57
Elmdə sıçrayış: dondurulmuş insan beyni həyata qaytarılıb
19 May 2024 | 19:58
İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
19 May 2024 | 08:22
Ukraynalı döyüşçü britaniyalını udub mütləq çempion oldu...-Rusiyalı isə isveçlidən ağır nokaund aldı...-FOTOLAR+VİDEO
19 May 2024 | 06:51
Misirdəki piramidaların sirri açıla bilər
AYLIQ
19 May 2024 | 19:58
İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib
19 May 2024 | 08:22
Ukraynalı döyüşçü britaniyalını udub mütləq çempion oldu...-Rusiyalı isə isveçlidən ağır nokaund aldı...-FOTOLAR+VİDEO
19 May 2024 | 06:51
Misirdəki piramidaların sirri açıla bilər
19 May 2024 | 07:30
“Həftə sonları”-nın yaratdığı TƏHLÜKƏ
19 May 2024 | 06:49
İsrail Rəfahda 50-yə yaxın terrorçunu məhv edib
19 May 2024 | 07:44
Bağırsaq bakteriyaları insan qərarlarına təsir edirmiş
19 May 2024 | 07:15
“iPhone 16” istehsala hazırlaşır
19 May 2024 | 07:57
Son zəng yaxınlaşır: Paltar tikdirmək neçəyə başa gəlir? - VİDEO
19 May 2024 | 08:47
Almaniya Müdafiə Nazirliyi Ukraynaya dəstək üçün hökumətdən əlavə 3,8 milyard avro tələb edib
19 May 2024 | 08:26
Rafael Ağayev Ginnesin Rekordlar Kitabına düşdü