“O zaman Kremldən desələr: “Hücumu dayandırın!”, deyərik ki, baş üstə...”
Oxunub: 4954
26 Aug 2020 | 14:05
“O zaman Kremldən desələr: “Hücumu dayandırın!”, deyərik ki, baş üstə...”
Son dövrdə Azərbaycan xalqının və dövlətinin Qarabağı azad etmək üçün getdikcə alovlanan mübarizə əzmini qırmaq, ölkə əhalisi arasında erməni, yaxud Rusiya xofu yaratmaqdan ötrü düşmən kəşfiyyatları və onlara ciddi dəstək verən yerli “KQB”-“QRU” -korrupsiya şəbəkəsinin agenturası müxtəlif tipli şayiələr, dezinformasiyalar yayır. Məsələn, “ermənilər Ermənistandan və ya Qarabağdan tunel qazıb, bizim filan mövqemizin yanından çıxdılar”, “ “neçə illərdir Gəncənin altına tunel qazıblar”,  “Azərbaycan ordusu dağ şəraitində döyüşə bilməz” və s. və i.a. 

Düşmən təblığatı, dezinformasiya-şayiə sisteminə zərbə vurmaq məqsədi ilə Moderator.az əməkdaşı  1-ci Qarabağ savaşının ilk illərində - nəinki Milli Ordumuzun, ümumiyyətlə, müstəqil dövlətçiliyimizin yenicə formalaşdığı mürəkkəb, ziddiyyətli və  həm də texniki, maddi təchizat sarıdan çox ağır  bir dövrdə Müdafiə Nazirliyində nazir və nazir müavini kimi rəhbər vəzifələrdə çalışmış istefada olan general-mayor Tacəddin Mehdiyevdən geniş müsahibə götürüb.


“Azərbaycan ordusunda elə radioelektron kəşfiyyat qurğuları var ki, 100 km-dək məsafədə düşmənin canlı qüvvə və texnikasını müəyyən edə bilir...”


- Bəs dağ mühitində hücuma keçən hərbi birləşmələr silah-sursat, texnika, o cümlədən ərzaqla necə təmin olunmalıdır? Müharibə uzandığı halda onları necə təchiz etməyi öncədən planlaşdırmaq lazımdır...  

Dağ relyefində hücum edən tərəf  manevr imkanlarının məhdudluğunu və rabitə sisteminin zəif işləməsini, bəzən də, ümumiyyətlə, işləməməsi ehtimalını da nəzərə almalıdır.  Odur ki, ən müasir, etibarlı rabitə sistemindən istifadə olunmalıdır. Çünki döyüşən hissələrin komandanlıq və biri-biri ilə əlaqəsinin düzgün qurulmasının ən əsas şərtlərindən  biri saat kimi işləyən rabitədir... 

Öncə də dediyimiz kimi, bütün bunları Baş Qərargah planlaşdırmalı və həyata keçirməlidir... Kəşfiyyat, rabitə və təchizat birbaşa Baş Qərargah rəisinin cavabdehliyindədir. Sadaladıımız bütün əməliyyatların hazırlanması hücuma keçən əsas birləşmələrlə yanaşı,  düşmən arxasına kəşfiyyat-diversiya qruplarının, reyd dəstələrinin və s. atılması – hamısı onun rəhbərliyi ilə həyata keçirilməlidir... 

Bu istiqamətdə saatlarla danışmaq olar. Ancaq əsas məqamları vurğulayıram ki, bizim silahdaşlarımız da dağ şəraitində müharibə aparmağın  çətinliyini və Qarabağda genişmiqyaslı hücim əməliyyatlarının nə dərəcədə ağır və məsuliyyətli iş olduğunu bir daha dərk etsinlər... 

Biz düşmənin arxada yerləşən qüvvələrini artilleriya ilə necə vuracağımızı da öncədən planlaşdırmalıyıq. Dağ mühitində  aviasiyadan istifadə də çox çətin məsələdir. Bu şəraitdə əsasən döyüş və nəqliyyat vertolyotlarından istifadə olunmalıdır. Bundan başqa kəşfiyyatın bir çox növləri var: canlı qüvvə ilə agentura kəşfiyyatı, artilleriya kəşfiyyatı, mühəndis kəşfiyyatı və s. Son dövrlərdə oraya kosmik və pilotsuz uçuş aparatları vasitəsilə kəşfiyyat da əlavə olunub.  Sovet dövründən bəri rus ordusunda ən önəmli kəşfiyyat sistemlərindən  biri  radio-elektron kəşfiyyatıdır. Bu kəşfiyyat vasitəsilə  dəqiqliyi ilə, metrəsinədək düşmənin obyektlərinin və xüsusən komanda-qərargah maşınlarının, komanda məntəqələrinin  və s. yerini öyrənib artilleriya və ya aviasiya qüvvələrinə ötürə bilir. İndi bu sistem daha da modernləşdirilib. Məsələn, son Tovuz döyüşləri zamanı  vətənpərvər generalımız Polad Həşimovun vurulmasına səbəb, zənnimcə, onun yerinin məhz radio-elektron kəşfiyyatı vasitəsilə müəyyənləşməsi olub.  Sonradan  həmin döyüşlər ərəfəsində Rusiyanın Ermənistana 7 təyyarə ilə 400 tonluq texnika göndərməsi haqda informasiyalar ortalığa çıxdı. Əslində bunlar 10-15 hərbi texnikadan ibarət olub. Həmin texnikaların hər birinin ağırlığı 35-40 tondur.  O texnikalar əsasən radioelektron kəşfiyyat və radiotexniki mübarizə   qurğularından ibarət olub. Həmin qurğular vasitəsilə düşmən bizim bütün rabitə sistemlərimizə qoşulub danışıqlarımızı dinləyə, eyni zamanda rabitəmizi sıradan çıxara da  bilər. Yəqin ki, bu texnikaları Ermənistanda elə rus mütəxəssislər özləri işlədir. Ermənilərin belə müasir texnikaları işlədə bilməsinə inanmıtram... 

Hazırda  ABŞ ordusunda daha çox tətbiq olunan “AVAKS” – aviasiya xəbərdarlıq və nəzarət sistemidir. Onun vasitəsilə düşmənin  havada, quruda və sudakı obyektlərini, o cümlədən artilleriya və hava hücumundan müdafiə(HHM) qurğularının dəqiq yeri müəyyən edilir. Məhz dəqiq kəşfiyyat məlumatlarına  malik olduqdan sonra aviasiya  zirehli texnika və piyada qoşunları hücuma keçməmişdən öncə düşmənin əsas strateji obyektlərini, xüsusən silah anbarları, artilleriya və HHM qurğularının dəqiq zərbələrlə sıradan çıxarmalıdır.  Azərbaycan ordusunda elə radioelektron kəşfiyyat qurğuları var ki, 100 km-dək məsafədə düşmənin canlı qüvvə və texnikasını müəyyən edə bilir...

Bir məsələni də qeyd etməliyəm ki, biz Murovdağ döyüşləri zamanı etdiyimiz səhvi bir daha təkrarlayıb ordumuzu, əsgərimizi payızın sonu və ya qış aylarında döyüşə aparmamalıyıq. Hücum üçün ən yaxşı vaxt yaz-yay vaxtıdır. Çünki payızda-qışda dağlardan günlərlə yağış-qar yağır, yollar palçıqdan, qardan-buzdan keçilməz olur... Odur ki, tələsməliyik, elə indiki vaxt da hücum əməliyyatları üçün çox gözəldir...

Bütün bu söylədiklərim hərbi nizamnaməyə uyğundur və Əfqanıstan döyüşləri təcrübəsinə əsaslanıb...

- Bəs dağ relyefində müharibə aparmağın sovet-Rusiya taktikası ilə  Türkiyə və ümumiyyətlə, NATO taktikası arasında fərq varmı?  

-Dağ şəraitində döyüş sistemi, bütün dünyada,  demək olar ki, dediyimiz səpkidə aparılır. Türkiyədə də, Almaniyada da belədir. Yəni sovet-rus sistemindəki dağ döyüşləri ilə NATO sistemindəki döyüşlərin aparılması, taktikası arasında elə bir ciddi fərq yoxdur...

-Yəqin ki, maraqlanmısınız, Ermənistan hərbi birləşmələri Qarabağda, xüsusən sərt dağlıq şəraiti olan Kəlbəcər və Laçında  nə dərəcədə möhkəmlənib?..

-Belə düşünürəm ki,  düşmənin əsas qüvvələri Kəlbəcərə, Laçına gedən yolların sağ-sollarında dislokasiya olunub. Və onlar, çox güman ki, strateji yüksəkliklərdə də bir neçə, yaxud çoxzolaqlı müdafiə sistemi qurublar. Məsələn, bizim qüvvələr, deyək ki, Kəlbəcərin Ömərdağ aşırımında birinci zolaqda ermənilərin müdafiəsini yarsa, ikinci və üçüncü zolaqla da qarşılaşa bilərlər. Hansı yerlərdə canlı qüvvələri çatmır, həmin yerlərdə mina-partlayış maneələri qura bilərlər. Etiraf etmək lazımdır ki, ermənilərin öz general və yüksək rütbəli zabitləri arasında dağ şəraitində döyüşü bilən, hələ sovet dövründə bizlər kimi Hərbi Akademiyaları bitirmiş olanları var.  Onlar da hücum edən tərəfə qarşı müdafiə sistemini necə qurmaq lazım olduğunu yaxşı bilir.  Amma sözsüz ki, onları Rusiya hərbi mütəxəssisləri bütün sahələrdə güclü dəstək verir...
 
Ancaq onu da vurğulamaq lazımdır ki, ermənilər Qarabağda müdafiə olunan tərəf kimi üstünlüyə malik olsalar da, düşmənin bir əsas zəif cəhəti var. Ermənilərin Azərbaycanın işğal altındakı bütün ərazilərini əhatə edə biləcək müdafiə sistemi qurmaq üçün canlı qüvvələri çox azdır. Yəni Azərbaycan Silahlı Qüvvələri hücum zamanı  düşməni asanlıqla  sayca azı 3 dəfə üstələyə bilər. Bu da hücum zamanı qalib gəlməyin vacib şərtlərindən biridir. Və daha öncə dediyim kimi, kəşfiyyatımız düşmən arxasında dəqiq işləsə və aviasiya, artilleriya zərbələri ilə ermənilərin strateji məntəqə və obyektləri sıradan çıxarılsa, quru qoşunların və zirehli texnikanın irəliləyişi çox asanlaşar... 

Beləliklə, biz əmin olmalıyıq ki, ordumuzun indiki gücü ilə torpaqlarımız qısa müddətdə azad etmək imkanımız kifayət qədərdir. Birinci Qarabağ savaşında indiki güc, texnika bizdə olsaydı, bir qarış da torpaq itirməzdik. Biz adicə pulemyot, qumbaraatan sarıdan korluq çəkirdik...

Onu da vurğulayım ki,  dağ-dərə şəraitində hücum əməliyyatlarını aparmaq üçün qardaş Türkiyə ordusunun təcrübə və dəstəyindən mütləq yararlanmaq lazımdır...

-Tacəddin müəllim, düşmən güclərin agentura şəbəkəsinin erməni xofu yaratmaq üçün yaydığı şayiələrdən biri də odur ki, guya ermənilər Qarabağdakı təmas xəttindəki, eləcə də Ermənistanla sərhəddəki mövqelərindən yeraltı tunellər qazaraq bizim mövqelərin yanından çıxaraq ordumuz üçün təhlükələr yaradırlar... Guya Tovuz döyüşləri zamanı da bu “taktika”dan istifadə ediblər...

- Ermənilərin guya yeraltı tunel vuraraq haradansa çıxması barədə söz-söhbətlər əsassız və cəfəng dezinformasiyalardır...  Onların bu qədər texniki və maddi imkanı yoxdur ki,  bütün cəbhə xətti boyu belə tunellər qazsınlar...

-Guya neçə onillər ərzində - atəşkəs dövründə qazıblar...

-Bu da inandırıcı deyil,  hardasa, bir neçə yerdə belə tunelləri qazsalar belə, onların yeri ordumuz, kəşfiyyatımız tərəfindən müəyyən olunduqdan sonra aviasiya, yaxud raket zərbələri ilə onları asanlıqla məhv etmək olar... O halda Ermənistan ordusunun canlı qüvvələri də öz qazdıqları tunellərdəki uçqun altda qalıb ölə bilərlər...  Heç bu yayın istisində havasızlıqdan  o tunellərdə qalmaq da olmaz... İki saatdan sonra erməni əsgərlərinin meyiti çıxar oradan... 

Bu erməni, Rusiya xofunu ümumiyyətlə, aradan qaldırmaq lazımdır... Erməni xofu yaradanlara ar olsun...  Ermənilərin, Rusiyanın yaratdığı yalançı, qondarma xofları öz Milli Ordumuzun gözlənilməz genişmiqyaslı hücumu sayəsində düşmənin canına çökəcək gerçək xofla əvəzləmək gərəkdir...  Biz bütün ağıl və gücümüzü səfərbər edib ermənilərin başının üstünü qəfildən, gözlənilmədən kəsməliyik ki, onlar qaçmağa üz qoysun. Biz ildırımsürətli bir unikal əməliyyat hazırlayıb sonra sürətlə hücuma keçməliyik... Bu kiçik ərazini cəmi bir neçə həftəyə azad etməyi planlaşdırmalıyıq... Əgər biz 4-5 istiqamətdən gözlənilməz hücumlar təşkil etsək(onlardan bir neçəsi aldadıcı itstiqamət ola) ermənilər başlarını itirib qaçacaqlar... Necə ki, onlar vaxtilə bizə radiostansiya və səsgücləndiricilərlə deyirdilər ki, qaçın, indi biz onların radio-tezliklərini tutub “qaçın” əmri verməliyik... Və Moskva o zaman ayılmalıdır ki, artıq Azərbaycan ordusu Laçında, sonra da Kəlbəcərdə oturub... Bundan sonra  Kremldən desələr ki,  hücumu dayandırın. Deyərik ki, baş üstə, dayandırırıq(gülür)...

Daim xalqa onu belə bir düşüncəni ruhu təlqin etmək gərəkdir ki,  bizim əsgərlər erməni əsgərindən qat-qat cəsarətli və döyüşkəndirlər... 

Biz 1-ci Qarabağ savaşını siyasətçilərin ucbatından uduzmuşuq, siyasi hakimiyyət oyunlarının güdazına getmişik... Məsələn, 1992-ci ilin mayında Laçına sakinlərin kütləvi şəkildə bölgəni tərk etməsi üçün yük avtomobilləri kimlər tərəfindən göndərilirdi?.. 

Bu gün isə  ordumuzun gücü də, xalqımızın ruh yüksəkliyi də yetərli səviyyədədir... Əgər 100 mindən çox vətəndaşımız könüllü olaraq döyüşmək üçün ərizə ilə müraciət edirsə ki,  deməli, həmin insanlar düşmənlə savaşmağa hazırdır...

Xalqımız və dövlətimiz bilsin ki, mən də və hazırda istefada olan həmkarlarım,  həmyaşıd olduğum hərbçilərimiz də heç vaxt Qarabağ uğrunda mübarizədən, müharibədən kənarda qalmaq fikrində deyilik. Dövlətimiz nə vaxt bizi dəvət etsə ki, öz biliyinizi, bacarığınızı göstərin, biz həmişə adi əsgər kimi də,  zabit kimi də, general kimi də döyüşməyə hazırıq... Bu, Vətən uğrunda, ərazi bütövlüyümzü urunda hamımızın borcudur... Bu  məğlubiyyət ləkəsini üzərimizdən atmalıyıq... 


Sultan Laçın

Oxşar xəbərlər
14:02, Bu gün
İlham Əliyev qazaxıstanlı həmkarına ZƏNG ETDİ
13:58, Bu gün
Prezidentlər Şuşada “Heydər Əliyev və Qarabağ” sərgisinə baxıblar
13:54, Bu gün
Samirə Mustafayeva AzTV-dən ayrıldı
13:50, Bu gün
“Pulumuzu Parisdə xərcləyib Moskvaya döndük...”  
13:48, Bu gün
Prezidentlərə Şuşanın Baş planı barədə məlumat verilib
13:45, Bu gün
Prezidentlər Şuşada gülləbaran edilmiş heykəllərə baxıblar
13:41, Bu gün
Aleksandr Lukaşenko Şuşaya traktor bağışlayıb
13:38, Bu gün
İntim videolar çəkən polkovniklə bağlı ŞOK AÇIQLAMA
13:35, Bu gün
"Nədən Ukrayna Silahlı Qüvvələri Xarkov şəhərinin atəşə tutulmasını dayandıra bilmir?" - ISW
13:30, Bu gün
Marketlərdəki bu yağlarla bağlı əhaliyə XƏBƏRDARLIQ
13:27, Bu gün
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərində
13:25, Bu gün
Türkiyənin 77 vilayətində ƏMƏLİYYAT: İki mindən çox şübhəli barəsində istintaq başlayıb - VİDEO
13:23, Bu gün
Bakıda tıxacda qalan sürücüdən qəribə addım - VİDEO
13:20, Bu gün
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
13:15, Bu gün
"Baku EduEXPO-2024" Beynəlxalq Təhsil sərgi-satış yarmarkası keçiriləcək
13:09, Bu gün
ADA Universitetində “İqlim-Su Zirvəsi” adlı beynəlxalq konfrans keçirilib - FOTO
13:06, Bu gün
Faciəvi şəkildə ölən Tofiq tələbə imiş
13:03, Bu gün
"Bayden Qəzzada müharibəni yalnız uzadır və HƏMAS-ı ümidləndirir" - Donald Tramp
12:58, Bu gün
Şimşək çaxacaq, dolu düşəcək, qar yağacaq - SABAHIN HAVASI
12:54, Bu gün
Taksilərdə minimal gediş haqqı 4.50 olacaq? - İyunun 1-dən...
12:51, Bu gün
Razi Əliyeva işində son şahidlər dindirildi
12:47, Bu gün
Bəzi bölgələrinə qar yağıb - FAKTİKİ HAVA 
12:43, Bu gün
Bakıda 15 yaşlı qızdan dəhşətli əməl - VİDEO
12:39, Bu gün
Azərbaycan XİN: “Fransa tərəfi üzr istəməlidir”
12:35, Bu gün
Şuşa-Laçın yolunda gözoxşayan təbiət mənzərələri - FOTO
12:30, Bu gün
Azərbaycandan olan 19 kursant Türkiyədə səkkiz aylıq kursu tamamlayıb - FOTO
12:25, Bu gün
İran zindanlarında məhbuslara böcəklərlə işgəncə verilir - FOTO
12:20, Bu gün
Qala qəsəbəsində gənc oğlan həmyerlisini bıçaqladı
12:16, Bu gün
Bakının mərkəzində qəribə yol qəzası - VİDEO
12:12, Bu gün
FHN Tovuzda maye qazdoldurma məntəqələrinin istismarını dayandırdı - FOTO/VİDEO
12:08, Bu gün
Azərbaycanda şirkət BÖYÜK MƏBLƏĞDƏ cərimələndi
12:04, Bu gün
“Real Madrid”in qələbəsi “Qarabağ”ın xeyrinə ola bilər
12:02, Bu gün
Azərbaycanda polis qəzada vəfat etdi - FOTO
11:58, Bu gün
ABŞ-nin 14 güləş mütəxəssisi Azərbaycanda səfərdədir - FOTO
11:54, Bu gün
Əli Əsədov Efiopiya baş nazirinin müavini ilə görüşdü
11:51, Bu gün
Şəkər xəstələrinin dərman təminatı niyə GECİKDİRİLİR? - Rəsmi AÇIQLAMA
11:48, Bu gün
“Prius”lar üçün son bir ay
11:44, Bu gün
Azərbaycan və Belarus prezidentləri Füzulinin Baş planı ilə tanış oldular
11:42, Bu gün
Azərbaycanda OLAY: pornoqrafik materialları yayan 5 nəfər...
11:40, Bu gün
Lerik polisi çətin relyef şəraitində əməliyyat keçirdi: Narkokuryerlər saxlandılar
11:38, Bu gün
“Yazırlar ki, əməliyyatdan sonra Maykl Ceksona oxşayırsan” – VİDEO
11:35, Bu gün
Ukrayna tərəfdə döyüşən rus taborları nələrsə planlaşdırırmı?- Azərbaycanlı hərbi ekspert
11:33, Bu gün
Sabah “Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanı keçiriləcək
11:29, Bu gün
Qarabağ Universitetinə əcnəbi tələbə qəbul ediləcək? - RƏSMİ AÇIQLAMA
11:25, Bu gün
Aleksandr Lukaşenko Füzuliyə getdi
11:22, Bu gün
Bakıda sakinlər kafelərdən narazıdırlar: “Söyür, qapılarımızdan tualet kimi istifadə edirlər” - VİDEO
11:19, Bu gün
Hibrid avtomobillərə ödənişli yolda hərəkət etməyə qadağa qoyulub? - RƏSMİ AÇIQLAMA/VİDEO
11:15, Bu gün
Siyasi partiyalarla dövlət orqanlarının əməkdaşlığının inkişaf etdirilməsi məsələləri müzakirə olunub
11:13, Bu gün
“Evi süpürməyə süpürgəm olmasa...” – VİDEO
11:11, Bu gün
Sənədsiz evlərlə bağlı ŞAD XƏBƏR - Bu tarixədək... - VİDEO
11:05, Bu gün
Əbdül Xalidə xanım fanatı tərəfindən “Porsche” bağışlandı - VİDEO
10:59, Bu gün
Bu şəxslərə birdəfəlik müavinət verilib
10:51, Bu gün
Xərçəngdən qoruyur, həzmi rahatladır, arıqladır... – ALÇANIN BİLMƏDİYİNİZ FAYDALARI
10:44, Bu gün
Bu rayonlarda insan alveri qurbanlarının sayı daha çoxdur -Gəncə, Sumqayıt... 
10:39, Bu gün
Tavuşun bu hissəsində nə qədər ərazi Azərbaycana verilir? - Ermənilər açıqladı
10:37, Bu gün
Qərbi Azərbaycana qayıdış Daşkənddə müzakirə olunacaq – Türk Dünyası Sammiti başlayır
10:33, Bu gün
Tofiq Yaqublunun cinayət işi üzrə istintaq yekunlaşdı
10:28, Bu gün
Uşaqlarını diləndirən 345 valideyn cəzalandırıldı
10:23, Bu gün
Azərbaycan vətəndaşlarının istismara məruz qaldığı ölkələr açıqlandı - SİYAHI
10:18, Bu gün
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikib?- ŞOK SƏBƏB
10:13, Bu gün
İrandakı səfirliyimizdə DƏYİŞİKLİK
10:10, Bu gün
Kəlbəcərin gözoxşayan təbiəti – Yeni video
10:04, Bu gün
Dünya üçün BÖYÜK TƏHLÜKƏ yaxınlaşır - XƏBƏRDARLIQ EDİLDİ
10:00, Bu gün
Qərb Universitetində “M.Ə.Rəsulzadə-140” tədbiri - Nəsiman Yaqublu ilə görüş - FOTO
09:59, Bu gün
Avro və lirə ucuzlaşdı - Məzənnə
09:51, Bu gün
Rusiyadan Ukraynaya şok İTTİHAM- Xarkovda korrupsiya qalmaqalı
09:46, Bu gün
Abşeronda avtobus QƏZASI- xəsarət alan var 
09:41, Bu gün
İranı sel vurub-Yollar iflic, parklar bağlı
09:35, Bu gün
Azərbaycanlı aktrisanın fotoları “Times Square” meydanında: "Bu da Məlahət Türkiyəyə gedib nə iş gördü deyənlərə gəlsin..." 
09:29, Bu gün
Stomatoloq idi: Hazırda 10 dəqiqəyə 1000 dollar qazanır - FOTO
09:22, Bu gün
Şoyqunu Putinlə Cinpinin görüşünə buraxmadılar - Qapıda gözləməli oldu
09:10, Bu gün
Bakıda bu binalar söküləcək, yerində isə... - FOTO
09:03, Bu gün
Mətanət İsgəndərli: “Qardaşımın ayağı bu gün amputasiya olunmalı idi, ürəyi partladı keçindi”-ÖZƏL
08:56, Bu gün
Albaniya Azərbaycanda səfirlik açacaq - Belinda Balluku
08:44, Bu gün
12 il gizlədilən HƏQİQƏT: yadplanetlilər siyasətçiyə nə ediblər? - ETİRAF ETDİ
08:36, Bu gün
Zelenski Tehranı düşmən hesab edir -Mudabber
08:29, Bu gün
SON DƏQİQƏ -  Ermənistan Təhlükəsizlik Şurasının katibi: "4 obyekt Azərbaycana keçir"
08:17, Bu gün
Si Cinpin Putinə deyib ki, Çin “Ukrayna böhranı” ilə bağlı sülh konfransını dəstəkləyir...
08:13, Bu gün
Hikmət Hacıyev ABŞ-də dövlət rəsmiləri ilə COP29-u və regional məsələləri müzakirə edib - YENİLƏNİB
08:00, Bu gün
Səhərlər mütləq bunları yeyin- İNANILMAZ FAYDALARI
07:44, Bu gün
Zaqatalada 6 otaqlı ev yanıb KÜL OLDU
07:35, Bu gün
Qriqoryan bu kəndin 25 hektar torpağının Ermənistan ərazisində qaldığını təsdiqlədi...
07:35, Bu gün
Dünyanın ən çox maaş alan idmançıları – SİYAHI
07:08, Bu gün
Şəkəri nə azaldır? - Qan şəkərini tənzimləyən 15 qida
06:33, Bu gün
Zelenski Xarkova getdi və şəhəri işğaldan qorumağın yolunu açıqladı... -FOTO
00:21, Bu gün
Uşaqlarınızı bu oyuncaqlardan uzaq tutun
00:19, Bu gün
Yeni Kaledoniya xalqının azadlıq mübarizəsi Makronun ambisiyalarına qarşı
16 May 2024 | 23:38
Zelenski: “Rusiyanı ədalətli sülhə məcbur etməliyik”
16 May 2024 | 23:36
Putin ərəblərə Fələstin probleminin ədalətli həllini vəd edib
16 May 2024 | 23:34
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
16 May 2024 | 23:01
Sahibə Qafarova Simonyanla təkbətək söhbətləşdi
16 May 2024 | 22:58
“Qarabağ”dan bazar dəyəri bir milyon avro olan qapıçısına YENİ TƏKLİF
16 May 2024 | 22:38
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
16 May 2024 | 22:33
"Kiyev Lavrovun fikirlərini məsxərəyə qoyub və burada gizlin məna tapıb..."
16 May 2024 | 22:33
Fransa XXI əsrin Yeni Kaledoniyası ilə XIX əsrin Əlcəzairi kimi davranır
16 May 2024 | 22:22
Polşanın sifariş verdiyi “Bayraktar”ların hamısı çatdırılıb
16 May 2024 | 22:21
“Hizbullah” İsrailə rekord sayda raket atdı
16 May 2024 | 22:19
İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB + FOTO
16 May 2024 | 21:48
"Xarici nüfuzun şəffaflığı haqqında" qanun Avropa İttifaqının əsas norma və dəyərlərinə ziddir..."
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
GÜNLÜK
16 May 2024 | 16:27
Vətəndaşlara XƏBƏRDARLIQ - Bunu etsəniz, kartınızdakı pullar OĞURLANACAQ!
16 May 2024 | 14:31
Aynur Sabitova: “Vəzifəmdən öz arzumla ayrılmışam”
16 May 2024 | 15:15
Prezidentlərin geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
16 May 2024 | 15:01
"Putin Ukraynada müharibəni davam edə biləcəyini düşünür, amma kökündən yanılır" - ISW
16 May 2024 | 14:40
İlham Əliyev və Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış etdi - YENİLƏNİB
16 May 2024 | 14:49
"Tramp bu yaxınlarda çox maraqlı bir siyasi gediş etdi, lakin...”
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
16 May 2024 | 14:46
Azərbaycan-Belarus sənədləri imzalandı - YENİLƏNİB + FOTO
16 May 2024 | 14:37
“Parkda” tamaşasının premyerası olub - FOTOLAR
16 May 2024 | 14:56
Restoran sahibini öldürən qıza hökm oxundu - FOTO
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
11 May 2024 | 11:10
“Müşahidələrimizə görə Azərbaycanda 8 bəbir var”-Kameralara düşən MARAQLI-FOTO+ÖZƏL
10 May 2024 | 19:12
Saleh Məmmədovun rəis təyin etdiyi şəxsə “stop” qoyulur – 5 milyonluq borcu var...
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
11 May 2024 | 16:07
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11 May 2024 | 20:25
Prezident İlham Əliyevin illər öncə etdiyini ABŞ indi edir: “Bu, vacib imiş!”
11 May 2024 | 20:25
Bakıda yeni salınmış məhlədə ağaclar məhv olur? - FOTO
AYLIQ
16 May 2024 | 16:27
Vətəndaşlara XƏBƏRDARLIQ - Bunu etsəniz, kartınızdakı pullar OĞURLANACAQ!
16 May 2024 | 14:31
Aynur Sabitova: “Vəzifəmdən öz arzumla ayrılmışam”
16 May 2024 | 15:15
Prezidentlərin geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
16 May 2024 | 15:01
"Putin Ukraynada müharibəni davam edə biləcəyini düşünür, amma kökündən yanılır" - ISW
16 May 2024 | 14:40
İlham Əliyev və Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış etdi - YENİLƏNİB
16 May 2024 | 14:49
"Tramp bu yaxınlarda çox maraqlı bir siyasi gediş etdi, lakin...”
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
16 May 2024 | 14:46
Azərbaycan-Belarus sənədləri imzalandı - YENİLƏNİB + FOTO
16 May 2024 | 14:37
“Parkda” tamaşasının premyerası olub - FOTOLAR
16 May 2024 | 14:56
Restoran sahibini öldürən qıza hökm oxundu - FOTO