“Qafqazda Rusiyanın jandarmı rolunu oynasa belə, Moskva yenə Azərbaycanı sevməyəcək...”
Oxunub: 7025
12 Aug 2020 | 17:57
“Qafqazda Rusiyanın jandarmı rolunu oynasa belə, Moskva yenə Azərbaycanı sevməyəcək...”
Övladlarının təhsili ilə bağlı Türkiyəyə gedib-gələn tanınmış Qarabağ qazisi,  keçmiş Laçın alayının komandiri, milli azadlıq hərəkatının fəallarından olan Arif Paşa bu günlərdə qardaş ölkədən qayıdıb. İstefada olan polkovnik  Moderator.az-a müsahibəsində  Türkiyə-Azərbaycan  ordularının yenicə yekunlaşan birgə genişmiqyaslı təlimlərindən, ölkəmizdə qardaş dövlətin hərbi bazalarının yerləşdirilməsinin perspektivlərindən, bunun hər iki ölkə üçün xüsusi əhəmiyyət daşımasından danışıb. 




-Türkiyə-Azərbaycan birgə hərbi təlimlərinin keçirildiyi son günlərdə Rusiyapərəst qüvvələr əhali arasında belə bir təbliğat aparmağa başlayıblar ki, guya rəsmi Moskva rəsmi Bakıya vəd edib ki, Türkiyə ordusunun Azərbaycanda heç bir baza qurmadan gedəcəyi və Qarabağ məsələsinə müdaxilə etməyəcəyi  təqdirdə Kreml torpaqlarımızın azad edilməsi üçün Milli Ordumuzun keçirəcəyi hərbi əməliyyatlara qarışmayacaq... Yəni, təxminən bir ay müddətində Azərbaycana möhlət veriləcək ki, Qarabağı azad etsin... Rusiyadan belə bir addım gözləmək mümkündürmü?..

-Rusiya hörmətini özündə saxlasın... Rusiya heç vaxt Azərbaycanla, türk dünyasıyla, Türkiyə ilə etibarlı partnyor olmayıb. Yəni söhbət konkret xalqdan getmir. Rus xalqının kifayət qədər nəcib xüsusiyyətləri  var. Amma təəssüf ki, tarix də sübut edir ki, orta əsrlərdən bəri  bu xalqın başında duran hakimiyyətlər Azərbaycan, eləcə də Türkiyəyə qarşı düşmən mövqedə dayanıb. Bunu, ən azı, 1920-ci lin nümunəsində də görmüşük. Biz 37-ci ili, repressiyaları, sürgünləri keçmiş insanlarıq...  II Cahan savaşı zamanı indi Qərbi Azərbaycandan(Ermənistan)  Rusiyanın müdafiəsinə yollanmış Azərbaycan oğulları qələbə ilə geri döndükdə  el-obasının yox edildiyinin şahidi olub. Adam Sovet İttifaqı Qəhrəmanı adını alıb, amma qayıdıb ailəsini, qohum-əqərəbasını yerində tapmır – məlum olur ki, onlar Mil-Muğanın ilan mələyən çöllərinə deportasiya olunublar. Yəni faşizmlə müharibə aparıldığı bir zamanda belə, Kremldə rəhbərlik edənlər xalqımıza ogey münasibət bəsləyib, Qərbi Azərbaycandakı torpaqlarımızdakı soydaşlarımızı ermənilərin xeyrinə olaraq zorla ev-eşiyindən köçürüb...

Rusiya 2016-cı ilin Aprel savaşında da bir daha öz ikiüzlü mövqeyini nümayiş etdirdi.  Biz o zaman uğurlu əməliyyatlar keçirmişdik və  bir həftə içərisində xeyli ərazini düşməndən azad edə bilərdik. Bəs Rusiya nə etdi? Guya qarant durdu ki, biz geri çəkilək və müəyyən məsələlər həllini tapacaq. O zaman hətta Fransa da Azərbaycanın xeyrinə müəyyən jestlər etdi – ona görə ki, biz güc göstərmişdik... Rusiya isə Qarabağ probleminin rıçaqları əlində ola-ola boş vədlərdən savayı heç nə etmədi. Sadəcə, daha 4 il zamanımız boşuna getdi... Odur ki, Rusiyaya heç bir zaman inanmaq mümkün deyil... Rusiyaya  heç bir etimad yoxdur. Bu dövlət heç bir zaman Azərbaycanın mənafeyini müdafiə edən deyil. Hətta Azərbaycan nə qədər istəsə belə, özü cəhd etsə ki, Qafqazda Rusiyanın maraqlarını təmin edərək onun jandarmı rolunu oynasın, buna boyun olsa, belə yenə Rusiya Azərbaycanı sevməyəcək, onun haqqını müdafiə etməyəcək, onun işğal altındakı torpaqlarını - Qarabağı geri qaytarmayacaq...

Rusiya dövlətinin mövqeyi  bu günkü Rusiya mediasında da açıq-aydın özünü göstərir. Son Tovuz döyüşləri zamanı və sonra Rusiya telekanal və saytlarının Azərbaycanın haqlı mövqeyi ilə bağlı haqsız xəbərləri, reportajları da buna əyani sübutdur... Əgər kiçik bir hərbi qarşıdurmada Rusiya birmənalı olaraq Ermənistanın yanında mövqe tutursa, o halda genişmiyaslı hücum əməliyyatları həyata keçirəcəyi halda onun Azərbaycanın haqlı mövqeyini müdafiə edəcəyinə necə inanmaq olar? Moskva, sadəcə, bizi aldadıb başımızı qata bilər, hansısa kiçik bir ərazi ilə, bir neçə hektar yer ilə... Amma Rusiyanın bütövlükdə Azərbaycan-Ermənistan hərbi qarşıdurmasında guya Azərbaycanın mövqeyini müdafiə edəcəyi barədə söhbətlər mifdir, boş söhbətdir... Azərbaycanın yeganə dostu Türkiyədir, Azərbaycanın dostu Pakistandır. Azərbaycanın dostu özüdür, öz xalqıdır... Rusiya hökuməti isə yalnız bizə yeni “37”-lər, sürgünlər, deportasiyalar, işğallar gətirə bilər... Ona görə də birmənalı şəkildə Türkiyə ordusu Azərbaycanda qalmalıdır. Hələ daha irəli gedərək biz Türkiyə ilə konfederasiya yaratmalıyıq... Biz bunu nə vaxtdan deyirik. Eyni xalqıq, eyni millətik, eyni kökə, dinə, dilə malikik... Belə olan halda biz nədən ayrı olmalıyıq?.. İndi bəzi ağzıgöyçəklər guya Azərbaycanın müstəqilliyini istəyərək konfederasiyanın əleyhinə gedirlər... Onlara cavab verirəm ki, Azərbaycanın azadlığı, müstəqilliyi uğrunda meydanlarda, səngərlərdə biz vuruşmuşuq,  biz qan tökmüşük... Və bundan sonra da buna davam edəcəyik... Biz Türkiyə ilə bərabərhüquqlu qardaşlığın tərəfdarı olmuşuq. Və heç kəs də bizə kiçik qardaş kimi baxmır və baxmayacaq. Türkiyəlilər bizə, sadəcə, qardaş kimi baxırlar, biz də onlara qardaş kimi baxırıq... Mən Türkiyədə də həmişə deyirəm ki, biz “böyük qardaş”lıqdan bıkmışıq”, bizim bayraqlarımızın da səviyyəsi eyni olmalıdır, bizim münasibətlərimizin də səviyyəsi eyni olmalıdır... Odur ki, konfederasiyaya əks arqumentlər gətirənlər ya birbaşa türk düşmənidir, yaxud etnik separatizmin nümayəndəsidir, ya da erməni, yaxud şovinist rusdur... Kimsə  səmimi olaraq Azərbaycanı sevirsə, onun müstəqil dövlətçiliyinin gələcəyini düşünürsə, o, Türkiyə ordusunun ölkəmizdə qalmasına da, bu qardaş ölkə ilə konfederasiyada birləşməyimizə də “hə” deməlidir. Mən başqa çıxış yolu görmürəm... Başqa yolla getmək, sadəcə özümüzü aldatmaq və zamanımızı bir daha boşuna xərcləməkdir...
  
Amma burada bəzi nüanslar da var. Rusiya özü dərk eləmir ki, onun tərkibində kifayət qədər böyük əraziyə və saya malik olan türk xalqları var. Və münasibətlər elə bir həddə gəlib çata bilər ki, həmin xalqlar özləri Rusiyanın içərisində hərəkata başlaya bilərlər... Çünki artıq son 20-30 il ərzində Rusiyada yaşayan soydaşlarımızdla yanaşı, digər türk-müsəlman xalqlarının nümayəndələri də həm Azərbaycanda- Qarabağda, həm Quzey Qafqazda – Dağıstanda, Çeçenistanda,  həm də Orta Asiyada türksoylu və müsəlman xalqlara qarşı münasibəti açıq-aydın gördü... 


-Artıq bir neçə ildir ki, övladlarınızın təhsili ilə bağlı Türkiyəyə gedib-gəlirsiniz. Orada Azərbaycanın Qarabağ dərdinə hansı münasibəti gördünüz?


-Mən qısa müddətdə şahidi oldum ki, Türkiyə əhalisi, hər bir türk  Qarabağ dərdi ilə yaşayır, bu dərdi elə öz dərdi sayır... Eləcə də Güney Azərbaycanda eyni münasibət var... Biz nə qədər Qarabağ dərdini çəkiriksə, onlar  da o qədər çəkirlər... Yəni Türkiyə də, quzeyli-güneyli Azərbaycan da bizim ümumi Vətənimizdir... Bir dəfə Türkiyədə Azərbaycandan gələn telefon zənginə cavab verərkən soruşdular ki, hardasan- cavab verdim ki, Vətənin bu başından o başına gəlmişəm...

Sultan Laçın

Oxşar xəbərlər
21:57, Bu gün
Aİ İran üçün "Copernicus" peyk görüntü xidmətini aktivləşdirib
21:56, Bu gün
Ayətullah Xamenei İbrahim Rəisinin helikopterinin qəzaya uğramasından sonra açıqlama verib
21:47, Bu gün
Qəzaya düşən helikopterdə Rəisi ilə birgə kimlər olub?
21:34, Bu gün
İranda baş verən helikopter qəzası ilə bağlı baş verənləri üzüntü ilə izləyirik - Türkiyə XİN
21:21, Bu gün
"Mançester Siti" çempion oldu, "Arsenal"ın 20 illik həsrətinə son qoyulmadı
21:13, Bu gün
Muradın çayda boğulmasının TƏFƏRRÜATI: Batdığını görənlər qorxularından ailəsinə xəbər etməyibmiş - VİDEO
20:54, Bu gün
Niger: ABŞ hərbçilərinin ölkədən çıxarılması proseduru razılaşdırılıb
20:50, Bu gün
Rəisi bu gün İrəvana gedəcəkmiş, son anda…
20:48, Bu gün
Göyçayda qəza: Xəsarət alanlar var
20:39, Bu gün
HƏMAS-ın daha bir komandiri öldürüldü
20:24, Bu gün
"Nüvə savaşında 72 saata 5 milyard insan həlak olacaq, yalnız iki ölkə salamat çıxacaq" - "Daily Star"
20:12, Bu gün
İran vitse-prezidenti hadisə yerinə yollandı
20:08, Bu gün
Azərbaycan İrana dost və qardaş xalq kimi bütün lazımi dəstəyi verməyə hazırdır - XİN
20:01, Bu gün
Avropa İttifaqı Rəisinin qəzaya düşməsi ilə bağlı MƏLUMAT YAYDI
19:58, Bu gün
İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib
19:56, Bu gün
İbrahim Rəisinin helikopterinin qəzaya düşməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
19:26, Bu gün
Rəisi və Abdullahian təhlükədədir - İranlı rəsmi
19:20, Bu gün
Ayətullah Xamenei İran Təhlükəsizlik Şurasının təcili iclasını keçirir
19:19, Bu gün
Sabahın havası meteohəssas insanlara necə təsir edəcək?
19:10, Bu gün
Yevlaxda ər arvadını öldürüb, sonra özünü bıçaqlayıb
19:08, Bu gün
Qəzaya uğrayan helikopterin axtarışları davam edir - VİDEO
19:04, Bu gün
"Ukraynadan qalan yalnız Lvov olacaq" - Xodorkovski
18:56, Bu gün
"Hər hansı bir ölkəni çökdürmək üçün çip alımını dayandırmaq yetərlidir"
18:55, Bu gün
İbrahim Rəisi sağdırmı? – İrandan şok qərarlar...
18:42, Bu gün
"Mehr" agentliyi İran Prezidentinin xəsarət almadığı ilə bağlı məlumatı silib - YENİLƏNİB
18:33, Bu gün
Qəzzada 35,5 min insanın həyatını itirdiyini bildirib
18:30, Bu gün
2023-cü ildə 30 500 şəkərli diabet xəstəsi qeydə alınıb
18:05, Bu gün
Rəisinin helikopterinin qəzadan öncəki görüntüləri - VİDEO
18:05, Bu gün
Britaniyanın müdafiə naziri Rusiya ilə mümkün müharibədən danışdı
17:43, Bu gün
Nazirlik: VI siniflərdə keçirilən monitorinq uğurla başa çatdırılıb
17:40, Bu gün
İran Prezidenti helikopterin sərt enişi nəticəsində xəsarət almayıb - KİV
17:39, Bu gün
Yağıntılı hava ilə bağlı magistral yollarda görmə məsafəsi məhdudlaşacaq
17:38, Bu gün
Slovakiyanın güllələnmiş baş nazirinin vəziyyəti necədir?
17:32, Bu gün
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – Təfərrüat
17:25, Bu gün
Latviya Parlamentinin sədri: Qarabağdakı quruculuq işlərinə şahidlik etmək çox sevindiricidir
17:23, Bu gün
Türkiyəli nazir: İlin sonunadək neft hasilatı daxili bazarın tələbatının 10 faizini ödəyəcək
17:20, Bu gün
Qocalar evində ölümləri "proqnozlaşdıran" ekstrasens pişik
17:18, Bu gün
Köçəryan və Sərkisyandan Paşinyana qarşı həmlə: Petrosyan tərəfini açıqladı
17:08, Bu gün
İran Prezidentini daşıyan helikopter sərt eniş edib, Rəisinin vəziyyəti məlum deyil
17:07, Bu gün
Göyçayda 24 yaşlı oğlanı cərəyan vurub öldürüb
17:05, Bu gün
Bakıda iki sərnişin avtobusu toqquşdu: 6 nəfər xəsarət aldı
16:58, Bu gün
İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb
16:55, Bu gün
Latviya parlamentinin sədri Şuşadadır
16:52, Bu gün
Rusiyalılar mülki ukraynalıları qətlə yetirir, Xersonda insanların üzərinə drondan partlayıcı maddə atılıb
16:44, Bu gün
Nuran Abdullayev: "Prezident İlham Əliyev nə zaman hansı gedişi edəcəyi bilinməyən ən güclü siyasi şahmat ustasıdır"
16:40, Bu gün
"Hücumun birinci fazası: Volçanskın zəbt edilməsi rusiyalılara nə üçün lazımdır?" - ISW
16:39, Bu gün
Ukrayna Rusiyanın daha bir gəmisini VURDU
16:37, Bu gün
Çərçivə sazişi imzalanır, dəhliz bu statusla açılır - Tarix verildi
16:36, Bu gün
Türkandan gözlənilməz hərəkət: Efirə telefonla buraxmadılar deyə GÖRÜN NƏ ETDİ - VİDEO
16:34, Bu gün
Rusiya Xarkovdakı istirahət mərkəzini “İskander”lə vurub, ölənlərin sayı 5-ə çatıb - YENİLƏNİB
16:20, Bu gün
Amerikalı qız başqa ölkəyə köçdü, adını dəyişdi: Maraqlı SƏBƏB
16:18, Bu gün
Cəlilabadda 17 yaşlı yeniyetmə bıçaqlanıb
16:14, Bu gün
Ağsu dolaylarında asfalt çöküb
16:06, Bu gün
Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Günü qeyd edilir
15:45, Bu gün
Bitlisdə avtobus dərəyə düşüb, yaralananlar var
15:31, Bu gün
Maqnit qasırğaları zamanı edilən səhvlər SADALANDI
15:28, Bu gün
Xətaidə yanğın: Avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
15:27, Bu gün
Dunay çayında gəmilər toqquşub, ölənlər var
15:04, Bu gün
Seyid İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
15:03, Bu gün
Yeni Kaledoniyada gərgin vəziyyətlə əlaqədar məktəblərdə dərslər dayandırılıb
15:02, Bu gün
Erməni barbarlığına tuş gələn Qubadlı məscidi
15:01, Bu gün
Ukrayna Rusiyanın daha bir gəmisini məhv etdi
14:45, Bu gün
“Ola bilsin ki, bəziləri bizim bu görüşlərimizi bəyənməsinlər”
14:45, Bu gün
Çinin kənd təsərrüfatı naziri haqqında təhqiqat başlanıb
14:43, Bu gün
Tabut açıldı: Qızı içəridəki kişini görüb DƏHŞƏTƏ gəldi
14:42, Bu gün
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
14:40, Bu gün
Müdafiə Nazirliyi şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimi keçirib
14:25, Bu gün
Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon
14:23, Bu gün
Prezident: "Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir"
14:22, Bu gün
"Ukrayna Rusiyadakı obyektlərə zərbələr endirmək üçün ABŞ-dan icazə istəyir" - "The Wall Street Journal"
14:15, Bu gün
Anar Heybətova ağır itki - FOTO
14:14, Bu gün
"Belarus post-sovet ölkələri arasında Azərbaycanın dördüncü ən böyük xarici ticarət partnyorudur"
14:11, Bu gün
Vətəndaş kibercinayətkarların tələsinə belə düşdü - 25 min manat itirdi- ŞOK FAKTLAR
14:11, Bu gün
"Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgəyə fayda verəcək"
14:09, Bu gün
Prezident: "İki hidroqovşağın açılışı və istismara verilməsi tarixi hadisədir"
14:08, Bu gün
Prezident: "İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir"
14:07, Bu gün
Tanınmış xanəndə məşhur aktyorun bacısı imiş - FOTO
14:07, Bu gün
Azərbaycan Prezidenti: "Bizim energetika sahəsində çox böyük planlarımız var"
13:44, Bu gün
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində azı 4 nəfər ölüb
13:42, Bu gün
Diş yetişdirmək üçün dünyada ilk dərman yaradıldı
13:27, Bu gün
Aralıq dənizində zəlzələ
13:23, Bu gün
İran səfiri: Missiyamın son günündə ən böyük sərhəd layihəsinin istifadəyə verilməsi ilə fəxr edirəm
13:21, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
13:20, Bu gün
Sumqayıtda mənzildən kişi meyiti tapıldı
13:19, Bu gün
Kim qalib gələcək: Tramp, yoxsa Bayden?
12:55, Bu gün
Sabah Azərbaycanın bu rayonlarında leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək
12:54, Bu gün
Rusiyada yük qatarı relsdən çıxdı - VİDEO
12:53, Bu gün
İran raketləri İsrailin 12 müdafiə xəttini yardı - General
12:53, Bu gün
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
12:48, Bu gün
Baqratın baş nazir olmaq şansı varmı?
12:38, Bu gün
"Barselona" transfersiz qala bilər
12:30, Bu gün
Rusiyanın “dərin dövləti” haqda sensasion iddia - ADLAR
12:21, Bu gün
Latviya parlamentinin sədri Füzulidə səfərdədir
12:20, Bu gün
“Qərbi Azərbaycana qayıdış” Türk Dünyası Sammiti Daşkənddə baş tutdu - Fotolar
12:16, Bu gün
Bu gün derbi var - “Qalatasaray” çempion ola bilər
12:11, Bu gün
“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - FOTOLAR
12:11, Bu gün
İstanbul boğazlarında gəmilərin hərəkəti dayandırıldı
12:00, Bu gün
İlham Əliyev sərhəddə İran prezidenti ilə görüşdü - YENİLƏNİB
11:47, Bu gün
"Rusiya-Azərbaycan" dəyirmi masası və ikitərəfli görüşlər keçirilib
11:45, Bu gün
Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır
GÜNLÜK
18 May 2024 | 22:07
Sankt-Peterburq hərbi akademiyasında "qeyri-iradi" patlayış baş verib, yeddi nəfər xəstəxanalıq olub
18 May 2024 | 22:16
Sərhəddəki ermənilərə vaxt verildi: iyunun 24-dək tərk edin!
18 May 2024 | 22:09
DƏHŞƏTLİ QƏTL: arvadını öldürdü, cəsədi ilə selfi çəkdi, özü isə...
18 May 2024 | 22:33
Zelenski Makronun "Olimpiya atəşkəsi"ni rədd edib: "Bu, düşmənin əlinə oynamaqdır"
18 May 2024 | 22:25
Qətlə yetirilən tələbənin cinayət işində müəmma daha da böyüyür - Ailəsi DANIŞDI / VİDEO
18 May 2024 | 22:48
“Akkuyu” AES-də ilk enerji blokunun işə başlayacağı tarix açıqlanıb
18 May 2024 | 22:41
Eduard Məmmədov 11-ci dəfə Dünya Kubokunu qazandı
18 May 2024 | 23:15
Bu teatrdan 1500 nəfər TƏXLİYƏ EDİLDİ - ŞOK SƏBƏB- VİDEO
18 May 2024 | 22:48
Afrikadan gələn maraqlı görüntü müzakirə mövzusuna çevrildi: Heyvanlar hərəkətsiz qaldı
18 May 2024 | 23:35
Meyiti tapılan qadın görün kimdir
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
18 May 2024 | 16:29
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
AYLIQ
18 May 2024 | 22:07
Sankt-Peterburq hərbi akademiyasında "qeyri-iradi" patlayış baş verib, yeddi nəfər xəstəxanalıq olub
18 May 2024 | 22:16
Sərhəddəki ermənilərə vaxt verildi: iyunun 24-dək tərk edin!
18 May 2024 | 22:09
DƏHŞƏTLİ QƏTL: arvadını öldürdü, cəsədi ilə selfi çəkdi, özü isə...
18 May 2024 | 22:33
Zelenski Makronun "Olimpiya atəşkəsi"ni rədd edib: "Bu, düşmənin əlinə oynamaqdır"
18 May 2024 | 22:25
Qətlə yetirilən tələbənin cinayət işində müəmma daha da böyüyür - Ailəsi DANIŞDI / VİDEO
18 May 2024 | 22:48
“Akkuyu” AES-də ilk enerji blokunun işə başlayacağı tarix açıqlanıb
18 May 2024 | 22:41
Eduard Məmmədov 11-ci dəfə Dünya Kubokunu qazandı
18 May 2024 | 23:15
Bu teatrdan 1500 nəfər TƏXLİYƏ EDİLDİ - ŞOK SƏBƏB- VİDEO
18 May 2024 | 22:48
Afrikadan gələn maraqlı görüntü müzakirə mövzusuna çevrildi: Heyvanlar hərəkətsiz qaldı
18 May 2024 | 23:35
Meyiti tapılan qadın görün kimdir