"Azərbaycan yazıçısı, hətta müalicəyə gedəndə də qaçqınlar haqqında düşünür"
Müsahibə
Oxunub: 1369
09 Apr 2019 | 18:58
Xalq yazıçısı Elçin Ədəbiyyat qəzetinin “Sevdiyim əsər” layihəsində Ispan yazıçısı Migel de Servantesin “Lamançlı Don Kixot” romanından danışıb.

Moderator.az müsahibəni oxucularına təqdim edir:

  – Migel de Servantesin “Lamançlı Don Kixot” romanı hansı məziyyətlərinə və bədii keyfiyyətlərinə görə sizin sevdiyiniz əsərdir?

– Fərid, mən məziyyət, yaxud keyfiyyət ölçüləri ilə “Don Kixot” əsərinə yanaşmağı, onu qiymətləndirməyi doğru hesab eləmirəm. Çünki o, sənin dediyin həmin məziyyətlər və keyfiyyətlər meyarından çox-çox yuxarıda dayanır. Bu meyarlarla adi əsərləri qiymətləndirmək olar, mənim aləmimdəki “Don Kixot” isə həmin “adilikdən” yüksəkdə dayanan bir əsərdir.

– Sizcə, Don Kixot niyə məhz cəngavərlik romanları oxumaqdan ağlını itirir və döyüşçü olmaq qərarına gəlir?

– Yox, burda söhbət ağlını itirməkdən getmir. Sən hesab edə bilərsən ki, kimsə ağlını itirib, amma həmin adam üçün onun düşüncələri çox normal ola bilər. Yəni “Don Kixot” dəli və ya ağıllı, qüvvətli, yaxud zəif olmağın sərhədlərini müəyyən etməyən bir əsərdir, onun dahiyanəliyi də elə bundadır.

Bir dəfə iclasımız gecəyə qədər uzandı, iş qurtarandan sonra istədim bir az piyada gəzim, gəzə-gəzə də İncəsənət Muzeyinin yanında xətrini istədiyim görkəmli bir yazıçımızla rastlaşdım. Onunla yaxşı münasibətimiz var idi, hal-əhval tutandan sonra soruşdum ki, xeyli vaxtdır görünmürsən, haralardasan? Dedi ki, burda yox idim. Soruşdum ki, hara getmişdin? Cavab verdi ki, səndən həmişə müsbət dalğalar gəlir, ona görə də sənə deyə bilərəm. Tam səmimi və ciddi şəkildə barmağını göyə uzadıb dedi ki, Merkuridə idim. Eşitmişdim ki, o, bəzən qəribə şeylər danışır, ona görə də bir söz demədim, başqa məsələlərdən danışdıq və sağollaşıb ayrıldıq. Gecə bağa getdim, rəhmətlik İlyas Əfəndiyev bizdə idi, oturub ordan-burdan söhbət elədik, soruşdu ki, şəhərdə nə var, nə yox, kimləri görürsən? Dedim bayaq filan yazıçını gördüm. O saat soruşdu ki, necədi, deyirlər, bir az qəribə olub. Dedim ki, hə, bayaq mənə də deyirdi ki, Merkuriyə getmişdim. İlyas Əfəndiyev heç nə demədi, sonra da başqa söhbətə keçdik. Bir azdan yatmağa gedəndə, birdən dayanıb gülümsəyərək: “Bura bax, – dedi, – nə bilirsən, bəlkə, o, elə düz deyir?”. Bu söhbət ona görə yadıma düşdü ki, ağlı itirmək şərti bir məsələdir, xüsusən də bu ifadəni Don Kixota şamil eləmək, mənə görə düzgün deyil. Don Kixot ağlını itirmir, o, etiraz edir – həyata, yaşayışa, ümumiyyətlə, həyatın özünə, mənasına qarşı protest edir. Həyatın yaxşı və pis cəhətinə yox, ümumiyyətlə, həyatın özünə qarşı.

– Əsərin parodiya kimi qələmə alınması məsələsinə münasibətiniz necədir?

– XV-XVI əsrlərdə İspaniyada cəngavərlik romanları yazmaq dəb idi. Həmin romanların çoxu aşağı səviyyəli idi. Bu günə gəlib çatmayıb, yəni tarixin sınağından çıxmayıblar. Tədqiqatçıların çoxu deyir ki, “Don Kixot” həmin əsərlərə parodiya kimi yazılıb, ancaq mənim aləmimdə bu roman parodiya deyil. Düzü, mən fikirləşirəm ki, Servantes heç özü də bilməyib ki, o, necə bir əsəri qələmə alıb, ona elə gəlib ki, sadəcə, romanlara parodiya yazıb.

– Sizin müsahibələrinizdən birində oxumuşdum ki, “Don Kixot”u başqa planetə “göndərmək istəyirsiniz…”.

– Bir dəfə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində mənimlə görüş keçirirdilər. Onda rəhmətlik Aslan Aslanov həmin universitetin rektoru idi. Orda mənə sual verdilər ki, siz başqa bir planetə getsəydiniz, yer üzündəki həyatı əks etdirən hansı əsəri özünüzlə aparardınız? Cavab verdim ki, “Don Kixot”u. Çünki həyat nədir, sevinc nədir, insan kimdir, yaşamağın mənası nədir, xoşbəxtlik nədir, bədbəxtlik nədir, xəyanət, sədaqət, məhəbbət və sair nədir? – “Don Kixot” bu suallara cavab verir: həyat mənasız bir şeydir. “Don Kixot” deyir ki, bu həyatda nə varsa, sevincindən tutmuş kədərinəcən hamısı nisbi şeylərdir, insanlar illüziyanın içərisində yaşayırlar və dünyada əbəs yerə məna axtarırlar, çünki həyatda heç bir məna yoxdur və olmayıb da. Yəni yaşayış bünövrədən mənasız bir şeydir. Ona görə də deyirəm ki, Servantes özü də bilməyib ki, nə yazıb, hansı bəşəri suallara cavab verib. Fikir ver, əsərdə insana aid nə varsa, hamısı saxtadır – sevgi, qəhrəmanlıq, sevinc, məğlubiyyət – hər şey.

– Elçin müəllim, sizcə, əsərdə Don Kixotun ən böyük məğlubiyyəti hansıdır?

– Don Kixotun ən böyük məğlubiyyəti ölüm ayağında yenidən özünə gəlməsi və adi bir insana çevrilməsidir. Bu fikir, əlbəttə, “mənim Don Kixotum”a aiddir. Mariana Svetayevanın məşhur məqaləsi vardı: “Mənim Puşkinim”. Həmin əsərdə Svetayeva hər kəsin tanıdığı Puşkindən fərqli bir Puşkindən danışır. Mənim də “Don Kixotum” kiminsə nəzərindəki “Don Kixot”a uyğun gəlməyə bilər, bu çox normaldır. Yeri gəlmişkən, Mixail Bulqakovun “Don Kixot” adlı dramı var. Bulqakov böyük yazıçıdır, söz yox, ancaq o da roman haqqındakı ümumi fikirdən kənara çıxa bilməyib, çoxları kimi parodiyalarla bağlı məşhur məsələdə ilişib qalıb. “Don Kixot” haqqında yazılan elə bir bədii əsərə rast gəlməmişəm ki, xoşuma gəlsin. Amma “Don Kixot” barədəki musiqi əsərlərini bəyənirəm, xüsusən Ştrausun “Don Kixot” haqqında simfonik poemasını, bir də Qara Qarayevin “Don Kixor qravürləri”ni. Qara Qarayev əvvəl o əsəri Qriqori Kozintsevin “Don Kixot” filmi üçün bəstələmişdi, sonra onu ayrıca işlədi.

– Maraqlıdır, niyə bədii ədəbiyyatda yox, musiqidə “Don Kixot”a müraciətlər sizi sənətkarlıq baxımından qane edir?

– Çünki Don Kixot aləminə konkret yanaşmaq mümkün və düzgün deyil. Mənə görə “Don Kixot”u məhz qeyri-konkretlik səciyyələndirir. Musiqi dinləyicinin improvizasiyası üçün imkan yaradır. Don Kixotun çoxlu şəkillərini çəkiblər, mən çox rəssamların bu mövzuda işləri ilə tanışam, amma onların – həmin rəsm əsərlərinin heç biri mənim aləmimdəki Don Kixot deyil, Çünki Don Kixotun qeyri-konkret obrazını tapmaq lazımdır, onun bir qəhrəman, personaj və insan kimi mahiyyətində qeyri-konkretlik var.

– Sizcə, Don Kixot bütün etdikləri ilə nəyə nail olmaq istəyir?

– Don Kixot insanları mənasızlıqdan xilas etmək istəyir və arzusuna da çatmır. Və insanlar yenə də şərti sevinc və şərti kədərləri ilə yaşayıb, ölüb, çıxıb gedirlər.

– Bu yaxınlarda dövri mətbuatda sizin tərcümə və təqdimatınızda Frans Kafkanın “Don Kixot” barəsində “Sanço Pansa haqqında həqiqət” adlı miniatürünü oxudum. Miniatürdə vurğulananlara münasibətinizi bilmək istərdim…

– Həmin miniatürdə Kafka yazır ki, “Axşam və gecə saatları onu rıtsarlardan, quldurlardan bəhs edən romanlarla əyləndirərək, heç vaxt da bununla öyünməyən Sanço Pansa, gələcəkdə Don Kixot adlandıracağı bu əcinnəsini illər boyu o qədər özündən uzaqlaşdırdı ki, həmin Don Kixot bir-birinin ardınca divanə hərəkətləri törətməyə başladı və sevilib-seçilmiş bir hədəfi olmadığı üçün – həmin hədəf isə məhz Sanço Pansa olmalı idi – bu hərəkətlərlə heç kimə bir zərəri dəymədi. Azad bir insan olan Sanço Pansa, görünür, hansısa bir məsuliyyət hissinə görə Don Kixotun gəzib-dolaşmaqlarında onu maraqlı və xeyirli bir qəziyyə kimi son günlərinəcən müşayiət etdi”. Kafkanın fikrincə, Don Kixotu Sanço Pansa yaradıb. Sanço Pansa kimdir? O, qarınqulu, aciz, boş-boş şeylərdən həzz alan, adi şeylərdən kədərlənən ibtidai biridir. Bu cür bəsit birinin Don Kixotu yaratmasını iddia etmək çox təəccüb doğuran, ancaq, eyni zamanda maraqlı olan bir fikirdir.

– Norveç Kitab Klubu “Ədəbiyyat tarixinin 100 ən yaxşı əsəri”ni müəyyən etmək üçün sorğu keçirib. Sorğuda 50-dən artıq ölkəni təmsil edən 100-dən çox tanınmış yazar iştirak edib. O cümlədən Orxan Pamuk, Salman Rüşdi, Milan Kundera da rəylərini bildiriblər. Səslərin yarıdan çoxunu dahi ispan yazıçısı Migel de Servantesin “Don Kixot” əsəri toplayıb, birinci yeri qazanıb. İstərdim ayrı-ayrı zövqlərin eyni nöqtədə birləşməsinin səbəbindən danışasınız…

– Mən şübhə eləmirəm ki, o seçimi edənlərin hərəsinin özünün ayrıca bir “Don Kixot”u var. Onlardan biri bu əsəri yaxşı parodiya nümunəsi kimi, digəri hansısa başqa bir, sənin dediyin həmin məziyyətə, keyfiyyətə görə qiymətləndirib. Mənim üçün “Don Kixot” səmavi kitablardan sonra ən böyük əsərdir.

– Cəmiyyət cəngavərlərdən qurtulsun deyə (həm də) “Don Kixot” yarandı. Bəs Don Kixotlardan qurtulmaq üçün necə bir qəhrəman yaranmalıdı?

– Fərid, səninlə mənim Don Kixotlarımız bir-birindən fərqlidir. Mən Don Kixotluqdan xilas olmaq haqqında düşünmürəm və dünyanın da “Don Kixot” həqiqətindən qaçası yeri yoxdur.

– Don Kixot hərdən Sanço Pansaya deyir ki, çalış, çox fərman vermə, fərmanın çoxluğu dövlətin zəifliyindən irəli gəlir. Bu müdrik sözləri deyən Don Kixot çaxır tuluğunu div bilib deşir, qırmızı çaxır yerə dağıldıqca isə elə hesab edir ki, axan divin qanıdır. Yaxud karvansaranı qəsr sayıb özünü hidalqo – ispan zadəganı kimi aparır. Bu paradoksal nümunələrin sayını artırmaq da mümkündür. Əsərdə əvvəldən axıracan elə bil, müdrikliklə sadəlövhlüyün mübarizəsi gedir…

– Sadaladığın məqamlarda söhbət müdriklik və sadəlövhlükdən getmir, mənim fikrimcə, reallıq və irreallıqdan gedir. Don Kixotun iki adı və iki dünyası var – real və irreal. Sonda o, irreal dünyadan real dünyaya qayıdır və başa düşür ki, onun bütün zəhməti heç imiş. Və o bunu – dünyanın puç olmasını bizə öz taleyinin timsalında göstərir.

– Sizə görə, Don Kixotluq nədir: İçində olduğu cəmiyyəti tanımadan onu dəyişdirmək? Görmədiyi qadına vurulmaq? Arzuları hesabına özünü fəda etmək? Ona pislik edənlərə təmənnasız yaxşılıq etmək? Bəlkə, bunların hamısını özündə ehtiva edən bəşəri bir dəyər?

– Sualında sadaladıqlarının heç biri mənim üçün Don Kixotluq deyil. Xüsusən də sualının sonunda vurğuladığın “bəşəri dəyər”i Don Kixot qəbul etmir. Don Kixotluq dərində gizlədilmiş təhtəlşüur protestdir: insanın özünü aldatmasına, hisslərin saxtalığına, dəyərlərin mənasızlığına qarşı.

– Bütün məğlubiyyətlərə rəğmən nikbinliyi zərrəcə əskilməyən bu əsərin sonunda Don Kixot ölür. İstərdim, aqibətin labüdlüyündən və ölümün əsərdəki nikbinliyin sonuna nöqtə kimi qoyulmasından danışaq.

– Don Kixot ölmür, ölən Alonso Kexanodur. Əsər Alonso Kexanonun Don Kixota çevrilməsiylə başlayır və Don Kixotluqdan yenidən Alonso Kexanoya qayıdır. Don Kixot məğlub olur, ancaq ölmür, ölən Alonso Kexanodur.

– Xorxo Luis Borxesin “Don Kixot haqqında magiya” essesində belə bir sual var: nəyə görə Don Kixotun “Don Kixot”un oxucusu olması, Hamletin isə “Hamletin” tamaşaçısı olması bizi həyəcanlandırır? Görünür, mən səbəbini tapmışam: bu tip fikirlər belə bir qənaətə gəlməyimizə kömək edir ki, uydurma personajlar oxucu və ya tamaşaçı ola bilərlərsə, onlarla müqayisədə oxucu və ya tamaşaçı olan bizlər də, bəlkə, uydurmayıq”. Elçin müəllim, Borxesin Don Kixot haqqındakı bu fikrinə münasibətinizi bilmək istərdim…

– Borxesin “Magiyalar” silsiləsindən yazdığı o esse çox məşhurdur və “onun Don Kixotu” “mənim Don Kixotuma” nisbətən yaxındır. “Don Kixot”u “Hamlet”lə müqayisə etməsi təbiidir, çünki onların arasında yaxınlıq var.

– Bu əsərdə çoxlu səyahətlər təsvir edilir, ancaq müəllif romanı həbsxanada qələmə alıb…

– Bu, prinsipial məsələ deyil, həbsxanada belə, azadlıq haqqında ən gözəl əsəri yazmaq olar. 10-15 il əvvəl çox yorğun idim, məzuniyyətə çıxıb Kislovodska getdim ki, həm bir az dincəlim, həm də müalicə alım. Və birdən-birə başladım silsilə hekayələr yazmağa, özü də məcburi köçkünlərin həyatı haqqında. “Bayraqdar”ı, “Qarabağ şikəstəsi”ni yazdım. Onların sonunda yazdığım məkanı qeyd eləmişdim. O vaxt mətbuatda qaragüruh kampaniyası başladı ki, Elçinə baxın, özü Kislovodska gedib sanatoriyada dincələ bilir, ancaq qaçqınların həyatından yazır. Halbuki normal məntiq deyir ki, Azərbaycan yazıçısı, hətta müalicəyə gedəndə də qaçqınlar haqqında düşünür, onların həyatından yazır.

– “Bütün dünyada bu əsərdən dərin və qüvvətli əsər yoxdur, bu, hələlik insan fikrinin son və ən böyük sözüdür. Bu, insanın ifadə edə biləcəyi ən acı kinayədir… …insan dühasının yaratdığı bütün əsərlər içərisində ən böyük və ən kədərli kitabdır”. Bu fikirləri Dostoyevski “Don Kixot” əsəri barədə deyirdi…

– Dostoyevski “Don Kixot”u ona görə sevirdi ki, hər ikisi – həm Don Kixot, həm də Dostoyevski dünyada baş verənlərin tənqidlə düzələcəyinə inanmırdı. Onlar bu baxımdan eyni bədii-fəlsəfi yolun yolçularıdır. Servantes yox ha, Don Kixotla Dostoyevski.

– Rejissorlardan bəziləri “Don Kixot”da azadlıq məsələsini qabardır, digərləri insanın reallıq hissini itirməsi məsələsini. Siz bu əsərin ekran və səhnə həyatında hansı rakursun qabardılmasını vacib hesab edirsiniz?

– “Don Kixot” haqqında çəkilən filmlərin arasında və gördüyüm tamaşalarda “mənim Don Kixotum” olmayıb.

– Yazıçı olaraq Don Kixotun yaradıcılığınıza təsirini hiss etmisinizmi?

– Bunu konkret olaraq deyə bilmərəm ki, “Don Kixot”dan təsirlənib nəsə yazmışam, ancaq təhtəlşüurumda, yəqin ki, hansısa təsiri var. Xüsusən “Baş” romanımda və son hekayələrimdə “Don Kixot”la yaxınlıq hiss edirəm.

– Don Kixotun romantik məhəbbət etiraflarına Dulsineya alma zərbələri ilə cavab verir. Sizcə, müəllif niyə alma simvolundan istifadə edir?

– Bu çox maraqlı sualdır. Mən bu əsəri tez-tez vərəqləyirəm, amma 2-3 ildən bir yenidən oxuyuram. Sonuncu dəfə – 4-5 il əvvəl “Don Kixot”u yenidən oxuyanda fikrimdən keçdi ki, Həvva Adəmi alma ilə aldadıb. Servantes, bəlkə də, alma məsələsini düşünərək yazmayıb, təhtəlşüurun gücü ilə yazıb, istedadı, fəhmi onu həmin məqama aparıb çıxarıb.

– Servantes zamanında İspaniyada zadəganlar üç əsas təbəqəyə bölünürdülər. Yuxarı təbəqə – senyorlar, orta təbəqələr kabalyerolar və aşağı təbəqələr – hidalqolar. Sizcə, müəllif niyə qəhrəmanını hidalqolar arasından seçib?

– Ola bilər ki, türməyə düşməsi, qolunun kəsilməsi, hətta casusluq da etməsi bunda müəyyən rol oynayıb. Servantes macərapərəst bir adam olub və ona görə də əsas qəhrəmanı özünə bab sinifdən seçib.

– Sizcə, “Don Kixot” əsərinin meydana çıxması ilə, intibahın sevgi, qəhrəmanlıq ideyalarının süquta uğraması arasında əlaqə varmı?

– “Don Kixot” renessansa da yüksəkdən baxan bir əsərdir. Don Kixotun nəzərləri ilə renessansa baxanda, o da illüziyadan başqa bir şey deyil. İnsanın ən üst mərtəbəyə qalxması, yaxud ən gözəl dövrdə yaşaması hələ hər şey demək deyil. İnsan o aldanışların fövqündə dayana bilmir, ona görə də qədim zamanlardan insanın sevinci həmin sevinc, kədəri həmin kədərdir və bütün zamanlarda belə olub. Yəni nə dünən bu gündən yaxşı idi, nə sabah bu gündən yaxşı olacaq, nə də bu gün dünəndən və sabahdan gözəldir.

– Siz “Şekspir” pyesində yazırsınız ki, yalanla həqiqətin, dəliliklə ağlın qəti sərhədini çəkmək mümkün deyil, bunu müəyyən edən meyar, ölçü yoxdur. Bu əsərinizi Don Kixot ideyalarının davamı kimi başa düşmək olarmı?

– Mən “Şekspir”ə “Don Kixot”un davamı deməzdim. “Şekspir”ə “mənim Don Kixotum”un dünyagörüşünə uyğun ideyaların daşıyıcısı demək daha düzgün olar.

– İkibaşlılıq, qeyri-müəyyənlik daha çox postmodernist düşüncəyə məxsusdur, “Don Kixot” romanındakı ikibaşlılıq və qeyri-müəyyənlik onu postmodernist bir əsər saymağa əsas verirmi?

– Bütün “izm”lərin, mənim aləmimdə, məhdud dövrü yoxdur. Həmin “izm”lərin izini klassik ədəbiyyatda görmək olar. Bu mənada, postmodernizm, bəlkə də, özünü “Don Kixot”da daha çox ifadə edir, nəinki müasir postmodernist əsərlərdə.
Oxşar xəbərlər
20:01, Bu gün
Avropa İttifaqı Rəisinin qəzaya düşməsi ilə bağlı MƏLUMAT YAYDI
19:58, Bu gün
İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib
19:56, Bu gün
İbrahim Rəisinin helikopterinin qəzaya düşməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
19:53, Bu gün
Yevlaxda ailə münaqişəsi qanla bitdi: Arvadını öldürüb, özünə xəsarət yetirdi
19:26, Bu gün
Rəisi və Abdullahian təhlükədədir - İranlı rəsmi
19:20, Bu gün
Ayətullah Xamenei İran Təhlükəsizlik Şurasının təcili iclasını keçirir
19:19, Bu gün
Sabahın havası meteohəssas insanlara necə təsir edəcək?
19:10, Bu gün
Yevlaxda ər arvadını öldürüb, sonra özünü bıçaqlayıb
19:08, Bu gün
Qəzaya uğrayan helikopterin axtarışları davam edir - VİDEO
19:04, Bu gün
"Ukraynadan qalan yalnız Lvov olacaq" - Xodorkovski
18:56, Bu gün
"Hər hansı bir ölkəni çökdürmək üçün çip alımını dayandırmaq yetərlidir"
18:55, Bu gün
İbrahim Rəisi sağdırmı? – İrandan şok qərarlar...
18:42, Bu gün
"Mehr" agentliyi İran Prezidentinin xəsarət almadığı ilə bağlı məlumatı silib - YENİLƏNİB
18:33, Bu gün
Qəzzada 35,5 min insanın həyatını itirdiyini bildirib
18:30, Bu gün
2023-cü ildə 30 500 şəkərli diabet xəstəsi qeydə alınıb
18:05, Bu gün
Rəisinin helikopterinin qəzadan öncəki görüntüləri - VİDEO
18:05, Bu gün
Britaniyanın müdafiə naziri Rusiya ilə mümkün müharibədən danışdı
17:43, Bu gün
Nazirlik: VI siniflərdə keçirilən monitorinq uğurla başa çatdırılıb
17:40, Bu gün
İran Prezidenti helikopterin sərt enişi nəticəsində xəsarət almayıb - KİV
17:39, Bu gün
Yağıntılı hava ilə bağlı magistral yollarda görmə məsafəsi məhdudlaşacaq
17:38, Bu gün
Slovakiyanın güllələnmiş baş nazirinin vəziyyəti necədir?
17:32, Bu gün
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – Təfərrüat
17:25, Bu gün
Latviya Parlamentinin sədri: Qarabağdakı quruculuq işlərinə şahidlik etmək çox sevindiricidir
17:23, Bu gün
Türkiyəli nazir: İlin sonunadək neft hasilatı daxili bazarın tələbatının 10 faizini ödəyəcək
17:20, Bu gün
Qocalar evində ölümləri "proqnozlaşdıran" ekstrasens pişik
17:18, Bu gün
Köçəryan və Sərkisyandan Paşinyana qarşı həmlə: Petrosyan tərəfini açıqladı
17:08, Bu gün
İran Prezidentini daşıyan helikopter sərt eniş edib, Rəisinin vəziyyəti məlum deyil
17:07, Bu gün
Göyçayda 24 yaşlı oğlanı cərəyan vurub öldürüb
17:05, Bu gün
Bakıda iki sərnişin avtobusu toqquşdu: 6 nəfər xəsarət aldı
16:58, Bu gün
İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb
16:55, Bu gün
Latviya parlamentinin sədri Şuşadadır
16:52, Bu gün
Rusiyalılar mülki ukraynalıları qətlə yetirir, Xersonda insanların üzərinə drondan partlayıcı maddə atılıb
16:44, Bu gün
Nuran Abdullayev: "Prezident İlham Əliyev nə zaman hansı gedişi edəcəyi bilinməyən ən güclü siyasi şahmat ustasıdır"
16:40, Bu gün
"Hücumun birinci fazası: Volçanskın zəbt edilməsi rusiyalılara nə üçün lazımdır?" - ISW
16:39, Bu gün
Ukrayna Rusiyanın daha bir gəmisini VURDU
16:37, Bu gün
Çərçivə sazişi imzalanır, dəhliz bu statusla açılır - Tarix verildi
16:36, Bu gün
Türkandan gözlənilməz hərəkət: Efirə telefonla buraxmadılar deyə GÖRÜN NƏ ETDİ - VİDEO
16:34, Bu gün
Rusiya Xarkovdakı istirahət mərkəzini “İskander”lə vurub, ölənlərin sayı 5-ə çatıb - YENİLƏNİB
16:20, Bu gün
Amerikalı qız başqa ölkəyə köçdü, adını dəyişdi: Maraqlı SƏBƏB
16:18, Bu gün
Cəlilabadda 17 yaşlı yeniyetmə bıçaqlanıb
16:14, Bu gün
Ağsu dolaylarında asfalt çöküb
16:06, Bu gün
Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Günü qeyd edilir
15:45, Bu gün
Bitlisdə avtobus dərəyə düşüb, yaralananlar var
15:31, Bu gün
Maqnit qasırğaları zamanı edilən səhvlər SADALANDI
15:28, Bu gün
Xətaidə yanğın: Avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
15:27, Bu gün
Dunay çayında gəmilər toqquşub, ölənlər var
15:04, Bu gün
Seyid İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
15:03, Bu gün
Yeni Kaledoniyada gərgin vəziyyətlə əlaqədar məktəblərdə dərslər dayandırılıb
15:02, Bu gün
Erməni barbarlığına tuş gələn Qubadlı məscidi
15:01, Bu gün
Ukrayna Rusiyanın daha bir gəmisini məhv etdi
14:45, Bu gün
“Ola bilsin ki, bəziləri bizim bu görüşlərimizi bəyənməsinlər”
14:45, Bu gün
Çinin kənd təsərrüfatı naziri haqqında təhqiqat başlanıb
14:43, Bu gün
Tabut açıldı: Qızı içəridəki kişini görüb DƏHŞƏTƏ gəldi
14:42, Bu gün
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
14:40, Bu gün
Müdafiə Nazirliyi şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimi keçirib
14:25, Bu gün
Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon
14:23, Bu gün
Prezident: "Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir"
14:22, Bu gün
"Ukrayna Rusiyadakı obyektlərə zərbələr endirmək üçün ABŞ-dan icazə istəyir" - "The Wall Street Journal"
14:15, Bu gün
Anar Heybətova ağır itki - FOTO
14:14, Bu gün
"Belarus post-sovet ölkələri arasında Azərbaycanın dördüncü ən böyük xarici ticarət partnyorudur"
14:11, Bu gün
Vətəndaş kibercinayətkarların tələsinə belə düşdü - 25 min manat itirdi- ŞOK FAKTLAR
14:11, Bu gün
"Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgəyə fayda verəcək"
14:09, Bu gün
Prezident: "İki hidroqovşağın açılışı və istismara verilməsi tarixi hadisədir"
14:08, Bu gün
Prezident: "İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir"
14:07, Bu gün
Tanınmış xanəndə məşhur aktyorun bacısı imiş - FOTO
14:07, Bu gün
Azərbaycan Prezidenti: "Bizim energetika sahəsində çox böyük planlarımız var"
13:44, Bu gün
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində azı 4 nəfər ölüb
13:42, Bu gün
Diş yetişdirmək üçün dünyada ilk dərman yaradıldı
13:27, Bu gün
Aralıq dənizində zəlzələ
13:23, Bu gün
İran səfiri: Missiyamın son günündə ən böyük sərhəd layihəsinin istifadəyə verilməsi ilə fəxr edirəm
13:21, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
13:20, Bu gün
Sumqayıtda mənzildən kişi meyiti tapıldı
13:19, Bu gün
Kim qalib gələcək: Tramp, yoxsa Bayden?
12:55, Bu gün
Sabah Azərbaycanın bu rayonlarında leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək
12:54, Bu gün
Rusiyada yük qatarı relsdən çıxdı - VİDEO
12:53, Bu gün
İran raketləri İsrailin 12 müdafiə xəttini yardı - General
12:53, Bu gün
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
12:48, Bu gün
Baqratın baş nazir olmaq şansı varmı?
12:38, Bu gün
"Barselona" transfersiz qala bilər
12:30, Bu gün
Rusiyanın “dərin dövləti” haqda sensasion iddia - ADLAR
12:21, Bu gün
Latviya parlamentinin sədri Füzulidə səfərdədir
12:20, Bu gün
“Qərbi Azərbaycana qayıdış” Türk Dünyası Sammiti Daşkənddə baş tutdu - Fotolar
12:16, Bu gün
Bu gün derbi var - “Qalatasaray” çempion ola bilər
12:11, Bu gün
“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - FOTOLAR
12:11, Bu gün
İstanbul boğazlarında gəmilərin hərəkəti dayandırıldı
12:00, Bu gün
İlham Əliyev sərhəddə İran prezidenti ilə görüşdü - YENİLƏNİB
11:47, Bu gün
"Rusiya-Azərbaycan" dəyirmi masası və ikitərəfli görüşlər keçirilib
11:45, Bu gün
Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır
11:43, Bu gün
Ajda Pekkandan Sezen Aksu ETİRAFI: “Necə inandıracağımı bilmirəm”
11:40, Bu gün
Kahramanmaraşda 3,6 bal gücündə zəlzələ baş verib
11:26, Bu gün
İndoneziyada vulkan püskürməsi: 7 şəhər boşaldılıb
11:25, Bu gün
Rusiyanın Belqorod vilayətində raket təhlükəsi elan edilib
11:23, Bu gün
Tovuzda 3 nəfər dəm qazından zəhərlənib, biri ölüb
11:21, Bu gün
DİN valideynlərə müraciət ETDİ
11:13, Bu gün
Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək... - VİDEO
11:10, Bu gün
Hondurasın Rusiyadakı səfiri qəflətən vəfat edib
11:09, Bu gün
Sumqayıtda F-1 əl qumbarası aşkarlanıb
10:52, Bu gün
Nə edək? - "Evrovision"a Bayram Nurlunu, Baboşu göndərək? - VİDEO
10:37, Bu gün
Türkiyədə güclü partlayış: Yaralananlar var
10:35, Bu gün
Azərbaycanın bəzi rayonlarında şimşək çaxıb, qar yağıb - FAKTİKİ HAVA
GÜNLÜK
18 May 2024 | 20:10
Siyasi partiyalarla konstruktiv dialoq milli maraqların qorunmasına hesablanıb
18 May 2024 | 20:33
5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla... 
18 May 2024 | 20:27
İsrail "Hizbullah" döyüşçülərini daşıyan avtomobilə zərbə endirib - VİDEO
18 May 2024 | 20:56
Qəbizliyi aradan qaldıran qidalar
18 May 2024 | 20:23
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
18 May 2024 | 21:09
NATO-nun ən güclü 10 ordusu - Türkiyə neçəncidir?  
18 May 2024 | 20:50
32 ildən sonra Laçında ikinci toy - FOTO
18 May 2024 | 21:15
Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - FOTO
18 May 2024 | 20:41
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
18 May 2024 | 20:40
Şəkidə yol qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
18 May 2024 | 16:29
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
AYLIQ
18 May 2024 | 20:10
Siyasi partiyalarla konstruktiv dialoq milli maraqların qorunmasına hesablanıb
18 May 2024 | 20:33
5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla... 
18 May 2024 | 20:27
İsrail "Hizbullah" döyüşçülərini daşıyan avtomobilə zərbə endirib - VİDEO
18 May 2024 | 20:56
Qəbizliyi aradan qaldıran qidalar
18 May 2024 | 20:23
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
18 May 2024 | 21:09
NATO-nun ən güclü 10 ordusu - Türkiyə neçəncidir?  
18 May 2024 | 20:50
32 ildən sonra Laçında ikinci toy - FOTO
18 May 2024 | 21:15
Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - FOTO
18 May 2024 | 20:41
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
18 May 2024 | 20:40
Şəkidə yol qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB