Türk kəşfiyyatına təslim olan PKK/YPG lideri sirləri açır -Heyrət doğruracaq açıqlamalar
Oxunub: 2979
05 Dec 2017 | 16:54
Türk kəşfiyyatına təslim olan PKK/YPG lideri sirləri açır  -Heyrət doğruracaq açıqlamalar
PKK terror təşkilatının Suriya qolu PYD-nin daxil olduğu SDG-nin mətbuat katibi Talal Silo Suriyadan Türkiyəyə qaçdıqdan sonra ABŞ-ın PYD-yə verdiyi hərbi yardım və İŞİD-ə qarşı mübarizə altında əldə olunan razılaşmalar haqda danışıb.

Moderator.az Avropa.info-ya istinadən xəbər verir ki, Silo bu barədə Anadolu Agentliyinin suallarına cavab verib.

- Amerikalılarla ilə ilk əlaqələriniz necə başladı?

- Mənimlə Suriya xaricində görüşmək istədilər. Vertolyota oxşayan aparatla gəldilər. Mindirib Ərbilə apardılar. Ərbil aeroportundakı ABŞ bazasında iki gün qaldım. İşlərin koordinasiyası və mətbuat işləri ilə bağlı danışdıq. SDG-yə dəstək verən medianı müəyyənləşdirdik. Hansılarına reportaj verə biləcəyimizi danışdıq.

- Amerikalı yüksək vəzifəli şəxslərlə birbaşa görüşdünüzmü?

- Görüşlər birbaşa baş tutdu. Mən də görüşlərdə iştirak etdim. ABŞ-ın İŞİD-lə mübarizə üzrə xüsusi nümayəndəsi Bret Makqurkla, ABŞ rəhbərliyində “Təbii qətiyyət” əməliyyatının birgə missiyasının komandanı Stiven Taunsendlə və CENTCOM komandanı Votel ilə görüşlərdə iştirak etdim. Bizdən iştirak edənləri Şahin Cilo (SDG-nin YPG-li komandiri) müəyyən edirdi. Çələbiyə bazasındakı bütün görüşlərdə iştirak edirdim. ABŞ Dövlət Departamenti ilə iclas keçirdik. Cilo ilə ABŞ hakimiyyəti arasında tam bir koordinasiya vardı.

-PYD/PKK-nı pərdələyən SDG-nin emblemindəki Suriya xəritəsinə Hatayı niyə daxil etdiniz?

- Cuilo bizə dedi ki, “Suriya dövləti Türkiyəyə bir vilayət qurban verərək quruldu. Amma biz ondan imtina etməyəcəyik.” Bu iclası Hasəkədə YPG-nin ictimaiyyətlə əlaqələr binasında keçirdik.

-SDG mətbuat katibi olaraq nə danışacağınıza necə qərar verirdiniz?

-Mən Cilonun təlimatı ilə mətbuat katibi vəzifəsinə gətirildim. Təyin olununca Bahoz Erdal məni Karaçoka yeməyə dəvət etdi. Hər şeyi danışdıq. Mənə bir silah hədiyyə etdi. SDG-də açıqlama vermə təlimatı Cilodan gəlirdi. Mətni mənə “WhatsApp” və “Viber” vasitəsilə göndərirdi. Redaktə edirdim. Bahoz Erdal işdən çıxanda Nurəddin Sofi gəldi. Bəyanatları o tənzimləyirdi. Başsağlığılarını belə icazə ilə dərc edərdim. Rəqqanın xilası ilə bağlı oxuduğum bəyanatı da Cilo verdi. Məncə bəyanatı o, yazmamışdı. Elə bir qabiliyyəti yoxdur.

- Amerikalıların tələbi ilə verilən mətbuata açıqlanan bəyanatlar oldumu?

- Türkiyədəki bir partlayışı qınamağımızı istədilər. Bir də SDG-nin PKK ilə əlaqəsi olmadığına dair açıqlama verməmizi istədilər. Bəyanatı cilo verdi. Cilodan bunun səbəbini soruşunca “ABŞ belə istədi. Beləliklə bizim (SDG) PKK ilə əlaqəmizin olmadığı göstəriləcək. Bizim rolumuz kağız üstündə idi.

- Qurama SDG ilə PKK-nın Qəndildəki liderləri arasındakı münasibət necə idi?

- Şahin Cilo SDG baş komandiri olmasına rəğmən söz sahibi deyildi. Təlimatlar Bahoz Erdaldan gəlirdi. Bahoz da Sabri Okdan əmr alırdı. Bu münasibətləri üzə çıxarmaq üçün mənə iki il lazım oldu. Asan olmadı. Məni xüsusilə ABŞ ilə müzakirələrdə özləri ilə götürməyə məcbur idilər. Silah təhvili zamanı belə iştirak etdim. Bu proses daxilində onların etibarını qazandım. Bütün özəl sirlərindən agaham. PKK region üçün verilən hərbi, mülki və iqtisadi qərarları həyata keçirir. Bütün qərarlar Kandildə verilir, Suriyada olanlar yerinə yetirirlər.

- PYD/PKK SDG adı altında ABŞ yardımlarını necə almağa başladı?

- SDG qurulduğu dövrdən bu tərəfə ABŞ-dan silah və sursat yardımı alır. Bunları YPG-yə paraşütlə atırdılar. SDG elan edildikdən sonra ABŞ-ın istəyi ilə kürd faktoru səsləndirilmədən fərqli adlar altında silah və sursat yardımı verildi. Mən də iki partiya silah aldım. Bizim aldığımız yüngül silahlar idi. Rus istehsalı idi. SDG qurulanda amerikalı nümayəndə heyəti gəldi. SDG hərbi şurası üzvlərinin barmaq izlərini və göz qişası izlərini götürdülər, fotolarını çəkdilər.

Amerikalılar ilk dəfə gələndə Hasəkə ilə Tel-Temr arasında İstirahət əl-Vəzir adlı kiçik bir bazada qaldılar. Orada kiçik vertolyot eniş zolağı düzəltdilər. Yaxınlıqda Dirbasiyə yolu üstündə Tel-Beyder adlı ikinci bazanı tikdilər. Bizə oradan silah verirdilər. Silahlar Simalka (Suriya-İraq sərhədi) keçid məntəqəsindən gəlirdi.

Son Çələbiyə bazası fəaliyyətə başladı. Bura əvvəllər fransızların sement fabriki idi. Ayn İsa ilə Karakozak körpüsü arasındakı Sırrinin yaxınlığında yerləşir. Böyük ABŞ hərbi bazası tikdilər. SDG-yə verilən bütün yardımın əsas anbarı bura idi. Çələbiyə bazası fəaliyyətə başlayınca yardımları artdı. Tramp hakimiyyətə gəldikdən sonra tam dəstək aldıq. Simalka sərhəd-keçid məntəqəsindən hərbi sursat daşıyan yüzlərlə hərbi maşın gördük. Hamısını Çələbiyəyə daşıyırdılar. Buradan SDG-yə gedir adı ilə YPG-yə verirdilər. Çələbiyə girişində adı Hemin olan bir YPG nümayəndəsi vardı. Koordinasiyanı o, təşkil edirdi. İstər silah, istər texnika olsun, o, təhvil alırdı. Bəzən bazaya gətirir, bəzən də eyni bölgədəki əsas anbara aparırdı. YPG-nin silahlarına görə məsuliyyət daşıyan komandir Safkana təhvil verirdi. O, da müəyyən edilmiş bölgələrə paylayırdı.

- ABŞ silah yardımı xaricində hansı dəstəkləri verirdi?

- Hərbi təlim keçir. Bu məqsədlə qurulmuş düşərgə var. Müalicə üçün sağlamlıq mərkəzləri var. Təcili tibbi yardım və sürətli cərrahi əməliyyatlarda istifadə edirlər. Amerikalı və fransız tibbi heyətləri var. Bundan əlavə fransızlar snayper (Kanas) təlimi verirdi.

-ABŞ yardımlarının dayandırılacağı barədə siqnal verildimi?

-ABŞ-ın son bəyanatlarına görə, bundan sonra silah verməyəcəklər. Amma kifayət qədər silah alıblar. Aldıqları pulun həddi-hüdudu yoxdur.

- PYD/PKK ABŞ-dan müstəqil fəaliyyət göstərə bilirmi?

- ABŞ-ın icazəsi olmadan heç bir hücum həyata keçirilməz. Çünki dəstəyi ABŞ verir. Xüsusilə də hava dəstəyini. Amerikalılarda İŞİD-i quru əməliyyatları olmadan məhv edə bilməzlər. Hər kəs bunu bilirdi.

- PYD/PKK liderləri ilə amerikalılar arasında konflikt baş vermirmi?

- Heç bir ixtilaf yoxdur. Çünki hər iki tərəf bütün məsələlərdə razılaşıblar. ABŞ SDG-yə açıq və limitsiz hərbi yardım verdi. Birlikdə fəaliyyət göstərmələri ortaq mənfəət məsələsidir. SDG yaxud PKK-nın mənfəəti bu regionda hakimiyyət qurmaqdır. Qurdular da. ABŞ-sız bu həyata keçməzdi.

- ABŞ-ın Suriya ərazisində hərbi mövcudiyyəti hansı səviyyədədir?

- Danışıqlarda bizə deyilənə görə, hal-hazırda 2 min nəfər amerikalı hərbçi var. Təlimçilər, hərbi məsləhətçilər, hava əməliyyatlarının rabitəçisi kimi vəzifəli şəxslər var. Dəniz piyadalarının batareya bölükləri və xüsusi təyinatlıların personalı mövcuddur. Başqa ölkələrdən də hərbçilər var. İngiltərə, Fransa, Danimarka kimi. Amma çox azdırlar.

- ABŞ-ın İŞİD-lə mübarizə üzrə xüsusi nümayəndəsi Makqurkun Suriyada təsir qüvvəsi nə qədərdir?

- Ən əvvəldən çox böyük təsirə malikdir. Məsələn Çələbiyə bazasındakı iclasımızda Mənbicin xilas edilməsi müzakirə olundu. Bunu təklif edən o, idi. Türk tərəfini razı salmağımız üçün çoxu ərəblərdən formalaşdırılan təşkil olunana hərbi şura qurulmasının vacibliyini dedi. Beləliklə şəhəri xilas edənlərin Mənbicin öz sakinləri olması görüntüsü yardılması istənilirdi. Eyni təklif Rəqqada da gördük. Təklifləri verərkən “Türkləri razı salmağımız lazımdır” deyirdi. Onun üçün də oyundakı ünsürlərin ərəblərdən formalaşdırılası görüntüsü verməyimizin lazım olduğunu deyirdi. Mənbic Hərbi Şurası daxilində Mənbic Türkmənləri Birliyi yaradılmışdı. Halbuki daxilində heç kim yox idi. Mən belə mənə bağlı görünən qrupun adlarını uyduraraq yazdım. Bu iş Makqurkun tələbi ilə edilirdi.

Rəqqa əməliyyatında da sadəcə Ərəb Koalisiyasının iştirakı bəyan edilmişdi. Əslində Ərəb Koalisiyası deyilən bir şey yox idi. Şahin Cilo komandası altında SDG-nin apardığı siyasəti Makqurk idarə edirdi.

Mənbicin xilasından sonra SDG-nin şəhəri xilas etdiyini, YPG-nin şəhərin xaricinə çıxarıldığını, şəhərdə qalanların oranın yetirmələri olduğunu bildirən bir bəyanat verməyimizi istədi. Təbii ki, həqiqətlə əlaqəsi yox idi.

- PYD/PKK-nın Rəqqada İŞİD-lə razılaşaraq oradan çıxmalarına kömək etməsi böyük əks-səda verdi. Rəqqada nə baş verdi?

- Rəqqa danışıqları Ayn İsada SDG baş qərargahında keçirildi. İki gün davam etdi. İŞİD-lə əlaqə quran Əbu Məhəmməd, Cilo və müavini Kahraman görüşdülər. İŞİD-in Deyr-əz-Zor xaricində gedə biləsi yeri yox idi. ABŞ buna razı idi. Çünki SDG eyni anda Rəqqa və Deyr-əz-Zora qarşı hücuma keçmişdi. Deyr-əz-Zordakı adamları zəif idi. ABŞ isə rejim ordusu gəlmədən İraq sərhədinə çatması üçün SDG-nin Deyr-əz-Zor əməliyyatına başlamasını istəyirdi. Amerikalılara görə, rejim ordusu Deyr-əz-Zora 6 həftə ərzində çata bilərdi. Fəqət rejim ordusu gözləniləndən daha sürətli irəliləyincə, ABŞ SDG-nin İŞİD ilə danışıqlara başlamasını istədi. Beləliklə terrorçular Rəqqadan çıxıb Deyr-əz-Zordakı Bukemla gedəcək, rejimin irəliləyişinə mane olacaqdılar. 3500 nəfər terroçunun çıxışına icazə vermək məqsədilə danışıqlar aparıldı. 500-ə yaxın qadın və uşaq var idi.

ABŞ ilə Cilo bu terrorçuların Suriya rejim ordusundan əvvəl Deyr-əz-Zora çatmasını istəyirdi. Bu səbəblə Rəqqadan çıxanlar vurulmayacaqdı. Eyni gündə Cilo məndən mətbuatın qarşısına çıxıb bir teatr tamaşası göstərməyimi istədi.

Media heyəti olaraq “teatr”ı hazırladıq. Oyuna görə, rəqqalı ərəb aşirətlərinin iştirakı ilə 275 yerli İŞİD terrorçusu SDG-yə təslim olmuşdu.

Bunun əvzində şəhərdən 3500 mülki şəxs çıxarılacaqdı. Əslində heç kəsin təslim olmadığı bu teatrda 275 nəfərin mövcudluğunu göstərmək üçün Ayn İsa düşərgəsindən adamlar gətirib qoydular.

İkinci oyunu mətbuat üçün oynadılar. Jurnalistlərin Rəqqaya getməsinə qadağa qoydular. Jurnalistlərə dedilər ki, şəhərdən çıxmaq istəməyən əcnəbi İŞİD üzvləri ilə döyüşlər aparacaqlar.

Halbuki bir güllə belə atılmadı. Bu müddət ərzində şəhərdən çıxarılan İŞİD üzvləri gedəcəkləri yerə çatdılar. Bunun ardınca Rəqqanın alındığını elan etdik.

Sonradan öyrəndik ki, İŞİD-çilərin bir qismi rüşvət verərək, Deyr-əz-Zor xaricində başqa yerlərə gediblər. Bir çox “Fərat Qalxanı” əməliyyatında ələ keçirilən yerlərə gediblər.

- Rəqqaya daxil olanda nələr gördünüz?

- Rəqqada baş verənlər şəhərin xilası yox, məhv edilməsi idi. Rəqqanın xilasını elan etdiyimiz gün ora getdim. Təəssüf ki, şəhərə dəyən zərərin böyüklüyü qarşısında şok oldum. 95%-i yerlə-bir olmuşdu.

SDG-nin qurulma məqsədi xalq və torpaqlarımızı İŞİD terror və zülmündən xilas etmək idi. Ancaq qurtuluş deyilən şey mənim gördülərim idisə, belə bir qurtuluşa ehtiyac yox idi. Çünki bu dağıtmaq idi. Dağıdılma hər iki tərəfin əli ilə oldu. SDG dağıtdı, aBŞ şəhərin tamamilə dağıdılmasına səbəb oldu. Səbəbini hələ də bilmirəm. Sonra Rəqqa Mülki Məclisi beynəlxalq ictimaiyyətdən şəhərin bərpa olunması üçün dəstək istədi. Şəhərin bərpa olunması bəhanəsi ilə şəxsi mənfəət əldə edəcəkləri görünür.

- Rəqqa kimi başqa danışığa gedilmiş döyüşlər oldumu?

Rəqqa İŞİD-çiləri razılaşaraq təxliyə etdikləri ilk yer deyildi. Üçüncüsü idi. ABŞ və Cilo razılaşaraq etmişdilər. Mənbicin xilas edilməsinin elanından bir az əvvəl Mənbic Hərbi Məclisi bəyanat verdi. İki min İŞİD-çinin mülki şəxslərin əhatəsində şəhərdən çıxmasına icazə verildiyini bildirdi. SDG ABŞ və Mənbic Hərbi Şurası İŞİD-çilərin təhlükəsizliyini təmin edib Cəablusa doğru getmələrinə icazə verdilər. İlk razılaşma bu idi.

- PYD/PKK-nın İŞİD-lə digər razılaşması harada olmuşdu?

- Digəri Fərat çayı üzərindəki Tabkada oldu. Tabkanı Sevre yaşayış məntəqəsi ilə su bəndi ayırır. Tabka alındı və elan edildi. Amma Sevre qaldı. Neçə dəfə əməliyyat keçirilsə də uğursuz oldu. İŞİD-in şiddətli müqaviməti var idi. Danışıqlar aparmağa məcbur qaldılar. Rəqqada da danışıqları aparan Əbu Məhəmməd araya girdi. Kürəkəni Tabkada İŞİD əmiri idi. Ondan 500 terrorçunun Cilo və amerikalılar tərəfindən təhlükəsiz şəkildə çıxması üçün İŞİD-lə danışıqlar aparılması istənildi. İŞİD-çilərin tələbi silah və sursatla Rəqqaya getmək idi. Cilo bizim adımızdan amerikalılarla görüşdükdən sonra İŞİD-ə təhlükəsiz çıxış icazəsi verildi.

- Türkiyə ABŞ-a Rəqqanı birgə əməliyyatla almağı təklif etmişdi. ABŞ bu məsələni gündəmə gətirdimi?

- Amerikalıların o təklifi etdiyi iclasda mən də iştirak etmişdi. Makqurk və amerikalı senator Con Makkeyn də vardı. Makkeyn Türkiyənin Tel Abyaddan açılacaq 25 km-lik koridordan ərəb döyüşçülərlə bir yerdə öz qoşunlarını Rəqqaya aparmağı təklif etdi. Şahin Cilo bunu eşidincə Türkiyəyə və onlarla gələnlərə 25 sm-lik koridor belə açmayacaqlarını dedi. Makkeyn dediyi sözlə kifayətləndi. Sonra SDG-nin silah tələbi ilə bağlı danışdılar. Makkeyn dəstəyini təkrarladı. Yardım sözü verdi. Tək bir şeyə qarşı çıxacaqlarını, təyyarə vuran silah verməyəcəklərini dedi.

- Rəqqada PKK lideri Öcalan plakatının asılmasına ABŞ bəyanat yayaraq etiraz etdi. Tərəflər arasında nə baş verdi?

- Amerikalılar PYD/PKK ictimai fikirdə çətinə düşməsin deyə plakatlar və şüarlar məsələsində həmişə xəbərdarlıq edirdi. Kürd tərəfi xəbərdarlığa əməl etməzdi. Amerikalıların bizimlə görüşdüyü yerlərdə Öcalan plakatları olurdu. Hətta SDG-nin ilk qurultayında belə vardı. Bölgədəki bayraqların hamısı YPG, YPJ və bənzərləri idi. Yənid SDG bayraqları görə bilməzdiz. Amerikalılar kiminlə işlədiklərini yaxşı bilirlər.

- Terror liderləri verdikləri dəstək qarşılığında PKK/KCK yəni təşkilatın bünövrəsi üçün beynəlxlaq aləmdə açıq dəstək istəmədilərmi?

- Daha necə dəstək olacaq ki? PKK-nın silah və pul dəstəyinə ehtiyacı var. Silahlar SDG-yə, ondan da YPG-yə gedirdi. YPG-dən də PKK-ya çatırdı. Doyası ilə Şahin Cilonun gəlin PKK-ya silah verin deməsinə ehtiyac yoxdur. Zatən ən sonda YPG vasitəsilə PKK-ya çatır.

 
Oxşar xəbərlər
18 May 2024 | 23:57
Elmdə sıçrayış: dondurulmuş insan beyni həyata qaytarılıb
18 May 2024 | 23:53
Azərbaycan millisi Almaniya və İsrail yığmaları ilə qarşılaşacaq
18 May 2024 | 23:50
"Ukrayna Rusiyanın neft emalı gücünün 14 faizini sıradan çıxarıb" - "Bloomberg"
18 May 2024 | 23:47
Gecə yatmazdan öncə ananas yeyin, görün nə olacaq - Bu problemi aradan qaldırır
18 May 2024 | 23:35
Meyiti tapılan qadın görün kimdir
18 May 2024 | 23:33
Putin Şimali Koreyaya səfər edəcək
18 May 2024 | 23:31
Gürcüstan parlamenti Prezidentin mübahisəli qanunla bağlı vetosunu dəf edə biləcək
18 May 2024 | 23:29
Evinə sevgilisi ilə gedən əri ARVADI DÖYDÜRDÜ - FOTO
18 May 2024 | 23:16
Bakıda mənzildə meyit aşkarlanıb
18 May 2024 | 23:15
Bu teatrdan 1500 nəfər TƏXLİYƏ EDİLDİ - ŞOK SƏBƏB- VİDEO
18 May 2024 | 22:52
Yatmazdan əvvəl bunları edin
18 May 2024 | 22:48
“Akkuyu” AES-də ilk enerji blokunun işə başlayacağı tarix açıqlanıb
18 May 2024 | 22:48
Afrikadan gələn maraqlı görüntü müzakirə mövzusuna çevrildi: Heyvanlar hərəkətsiz qaldı
18 May 2024 | 22:41
Eduard Məmmədov 11-ci dəfə Dünya Kubokunu qazandı
18 May 2024 | 22:33
Zelenski Makronun "Olimpiya atəşkəsi"ni rədd edib: "Bu, düşmənin əlinə oynamaqdır"
18 May 2024 | 22:25
Qətlə yetirilən tələbənin cinayət işində müəmma daha da böyüyür - Ailəsi DANIŞDI / VİDEO
18 May 2024 | 22:16
Sərhəddəki ermənilərə vaxt verildi: iyunun 24-dək tərk edin!
18 May 2024 | 22:09
DƏHŞƏTLİ QƏTL: arvadını öldürdü, cəsədi ilə selfi çəkdi, özü isə...
18 May 2024 | 22:07
Sankt-Peterburq hərbi akademiyasında "qeyri-iradi" patlayış baş verib, yeddi nəfər xəstəxanalıq olub
18 May 2024 | 21:57
Bu bürclərdən ehtiyatlanın: Sirr saxlaya bilmirlər!
18 May 2024 | 21:56
“Fransa qalib gələcək, amma...”
18 May 2024 | 21:49
Aygün Kazımovanı bir də belə görün - FOTOLAR
18 May 2024 | 21:44
Yaxşı yatmaq üçün YOLLAR: Minnətdar olacağınız məsləhətlər
18 May 2024 | 21:37
Hər şey yaxşılığa doğru dəyişəcək: Yazın sonuna qədər 
18 May 2024 | 21:25
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib - FOTO
18 May 2024 | 21:21
Qərbin Qafqaz "agentura"sı çökdürülür: ABŞ "casus savaşı"nı uduzur, regiondan çıxarılır 
18 May 2024 | 21:15
Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - FOTO
18 May 2024 | 21:09
NATO-nun ən güclü 10 ordusu - Türkiyə neçəncidir?  
18 May 2024 | 21:07
Faiq Ələkbərlinin milli fəlsəfi fikir tarixinə aid yeni əsəri nəşr olunub
18 May 2024 | 20:56
Qəbizliyi aradan qaldıran qidalar
18 May 2024 | 20:50
32 ildən sonra Laçında ikinci toy - FOTO
18 May 2024 | 20:41
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
18 May 2024 | 20:40
Şəkidə yol qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
18 May 2024 | 20:33
5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla... 
18 May 2024 | 20:27
İsrail "Hizbullah" döyüşçülərini daşıyan avtomobilə zərbə endirib - VİDEO
18 May 2024 | 20:23
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
18 May 2024 | 20:10
Siyasi partiyalarla konstruktiv dialoq milli maraqların qorunmasına hesablanıb
18 May 2024 | 19:56
Putinlə Tokayev arasında kritik zəng
18 May 2024 | 19:50
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
18 May 2024 | 19:49
Lerikdə uçqun zamanı bağlı qalan yol qismən açılıb
18 May 2024 | 19:30
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
18 May 2024 | 19:29
Azərbaycan çempionatında möhtəşəm qol vuruldu
18 May 2024 | 19:16
Cəlilabadda canavarlar altı qoyunu parçalayıb, dördü xəsarət alıb
18 May 2024 | 19:12
Zurabişvili xarici agentlər haqqında qanuna veto qoyub
18 May 2024 | 19:08
"Rusiya ilə Qərb arasında hərbi qarşıdurmanın kəskin mərhələsi davam edir"
18 May 2024 | 19:07
Zəngilan məscidinin əsaslı təmirdən sonrakı görüntüləri - VİDEO
18 May 2024 | 18:30
Müdafiə Nazirliyinin idarə rəisi İŞDƏN ÇIXARILDI
18 May 2024 | 18:02
Qarabağ Universiteti ilə bağlı sualların cavablandırılması üçün bu nömrəyə ZƏNG EDİN
18 May 2024 | 17:57
Xalq artisti Roza Cəlilova yubileyi münasibətilə evində ziyarət olundu - FOTO
18 May 2024 | 17:53
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım etdi - FOTO
18 May 2024 | 17:49
Ağasəlim Mircavadov "Sumqayıt"ın Premyer Liqada ikincilik şansını daha yüksək qiymətləndirib
18 May 2024 | 17:43
"Ağ Evin keçirdiyi unikal əməliyyat nəticəsində amerikalı həkimlər Qəzzanı tərk edib" - CNN + FOTO
18 May 2024 | 17:37
Binədə qeyri-adi hadisə: Yola tökdükləri başlarına bəla oldu - VİDEO
18 May 2024 | 17:31
Alim Qasımovu dünyaya təqdim edən tarzən: O, ölümündən əvvəl tarına nə deyib? - FOTO
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 17:19
Fidan Qasımova və Nahidə Orucova nənə oldu-FOTO
18 May 2024 | 17:17
Qadın sürücüləri tənqid etdi: "Harda gəldi saxlayıb gedirlər"
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
18 May 2024 | 17:09
Boksçularımız beynəlxalq turniri 5 medalla başa vurublar - FOTO
18 May 2024 | 17:04
Moskvada Azərbaycan məhsullarının dequstasiyası keçirilib - FOTO
18 May 2024 | 17:01
“Ermənilərin məşhur bəstəkarı özü etiraf etmişdi ki, musiqi yazmağı Üzeyir Hacıbəylidən öyrənib”-FOTO+ÖZƏL
18 May 2024 | 16:59
Maşanlı kəndində 590 fərdi ev inşa ediləcək
18 May 2024 | 16:58
"Kiyevin müttəfiqləri Ukraynanı sülh danışıqlarına meyilləndirir" - "Europe 1" radiostansiyası
18 May 2024 | 16:56
Qarabağ Universitetinin bukleti hazırlanıb
18 May 2024 | 16:54
2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev inşa ediləcək
18 May 2024 | 16:52
"Azəriqaz"-ın baş direktoru bir qrup Birlik əməkdaşını mükafatlandırdı - FOTO
18 May 2024 | 16:50
Yüz manatlıqlarla bağlı əhaliyə XƏBƏRDARLIQ: "DİQQƏTLİ OLUN!"
18 May 2024 | 16:48
Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək
18 May 2024 | 16:45
Prezident və xanımı Zəngilan məscidinin açılışında - YENİLƏNİB
18 May 2024 | 16:42
2040-cı ilədək Mincivanda 630 fərdi ev və yaşayış binaları tikiləcək
18 May 2024 | 16:39
Peter Siyarto: Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı fəaliyyəti bərpa olunmalıdır
18 May 2024 | 16:35
“Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi - YENİLƏNİB
18 May 2024 | 16:32
Azərbaycanın yunan-Roma güləşi millisi U-15 Avropa çempionatında birinci olub
18 May 2024 | 16:29
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 16:22
Hacıqabulda 14 yaşlı oğlan bıçaqlanıb
18 May 2024 | 16:19
Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoydu - FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:12
İlham Əliyev Cəbrayılın Böyük Mərcanlı kəndinin təməlini qoydu - FOTO
18 May 2024 | 16:11
Azərbaycanlı şair vəfat edib
18 May 2024 | 16:08
Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoydu
18 May 2024 | 16:03
"Zəmanətli sanitar zonaya Polşa da düşəcək" - Medvedev
18 May 2024 | 15:58
Bəzi yerlərə leysan, dağlıq ərazilərdə qar yağıb, Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
18 May 2024 | 15:51
"IV siniflərin 98 faizi monitorinq imtahanında iştirak edib"
18 May 2024 | 15:49
“Söz azadlığından, demokratiyadan  danışıb sosial şəbəkələrin fəaliyyətini dayandırmaq əxlaqsızlıqdır”
18 May 2024 | 15:45
Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
18 May 2024 | 15:44
UNEC-in sədrliyi ilə Türk Universitetləri Birliyinin 7-ci Baş Assambleyası keçiriləcək
18 May 2024 | 15:43
“Real Madrid”in 60 milyon avroya transfer etdiyi futbolçu mövsüm sonunda klubsuz qala bilər
18 May 2024 | 15:36
Daşkənddə keçirilən Türk Dünyası Sammiti başa çatdı - FOTO
18 May 2024 | 15:33
Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu
18 May 2024 | 15:30
“NKVD” – komsomol qarşıdurması: Beriya bu mübarizədən də qalib çıxıb  
18 May 2024 | 15:25
ABŞ-nin nüfuzlu universitetlərinə qəbul qazanan məktəblinin daha bir uğuru
18 May 2024 | 15:20
Nohur gölündə suyun səviyyəsi aşağı endirilir - VİDEO
18 May 2024 | 15:18
Türkiyəli nazir Zəngəzur dəhlizinin açılacağı tarixi açıqladı
18 May 2024 | 15:16
Azərbaycanın üçqat dünya çempionu: Özümdən bu nəticəni gözləyirdim
18 May 2024 | 15:15
Qafqazda qurulan oyun
18 May 2024 | 15:10
Fransa-Azərbaycan gərginliyinin əsl səbəbi: Məsələ Ermənistan deyilmiş
18 May 2024 | 15:03
Bakıda 50 minə yaxın lV sinif şagirdi imtahan verdi
18 May 2024 | 14:58
Bakıda “kokain” və “ekstazi” satan şəxs tutuldu - VİDEO
18 May 2024 | 14:52
Hərbi Hava Qüvvələrinə yeni təyin olunan komandan KİMDİR? - DOSYE
GÜNLÜK
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
18 May 2024 | 07:40
Kommunistlər də keşiş Baqratın hərəkatını dəstəklədi...-SSRİ-nin bərpasını xəyal edirlər...
18 May 2024 | 09:00
Yasin Qarayev: “Ramiz Məlik deyirdi ki, milli teatr bir dənə olur, sizin teatra bu status verilə bilməz"
18 May 2024 | 07:20
Yaşıl kartofu yemək çox təhlükəlidir – Həkim
18 May 2024 | 08:00
Kardioloqdan XƏBƏRDARLIQ: Telefonda 30 dəqiqədən çox danışmaq...
18 May 2024 | 07:08
Tarixin ən məşhur qadın mafiyaları - Onlar hansı cinayətləri törədiblər?
18 May 2024 | 08:39
Hakimiyyətdə kimlərin övladları nə işlə məşğuldur?
18 May 2024 | 09:19
XƏBƏRDARLIQ - Mayın 22-dən 25-dək...
18 May 2024 | 06:42
"Ukrayna dronlarının zərbələri Rusiyanı yanacaqsız qoya bilər..."-Hərbi ekspert
18 May 2024 | 10:53
Roza Zərgərli: “Aftandil İsrafilov mənəvi atam idi, bir çox qadınların adına..."
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
12 May 2024 | 19:07
2 azyaşlı uşağı vuraraq hadisə yerindən qaçan ifaçı SÖYÜŞ SÖYDÜ
15 May 2024 | 22:56
Fitsoya sui-qəsdlə bağlı maraqlı FAKT - 2003-cü ildən sonra ilk dəfə... - VİDEO
17 May 2024 | 10:44
Bu rayonlarda insan alveri qurbanlarının sayı daha çoxdur -Gəncə, Sumqayıt... 
AYLIQ
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
18 May 2024 | 07:40
Kommunistlər də keşiş Baqratın hərəkatını dəstəklədi...-SSRİ-nin bərpasını xəyal edirlər...
18 May 2024 | 09:00
Yasin Qarayev: “Ramiz Məlik deyirdi ki, milli teatr bir dənə olur, sizin teatra bu status verilə bilməz"
18 May 2024 | 07:20
Yaşıl kartofu yemək çox təhlükəlidir – Həkim
18 May 2024 | 08:00
Kardioloqdan XƏBƏRDARLIQ: Telefonda 30 dəqiqədən çox danışmaq...
18 May 2024 | 07:08
Tarixin ən məşhur qadın mafiyaları - Onlar hansı cinayətləri törədiblər?
18 May 2024 | 08:39
Hakimiyyətdə kimlərin övladları nə işlə məşğuldur?
18 May 2024 | 09:19
XƏBƏRDARLIQ - Mayın 22-dən 25-dək...
18 May 2024 | 06:42
"Ukrayna dronlarının zərbələri Rusiyanı yanacaqsız qoya bilər..."-Hərbi ekspert
18 May 2024 | 10:53
Roza Zərgərli: “Aftandil İsrafilov mənəvi atam idi, bir çox qadınların adına..."