“Mən olan yerdə Musa Qasımlı o camaatın nə səsini ala bilər, nə də deputat olardı”
6732
04 Feb 2016 | 10:30

“Mən olan yerdə Musa Qasımlı o camaatın nə səsini ala bilər, nə də deputat olardı”

Moderator.az VHP sədri, Xalq şairi Sabir Rüstəmxanlının müsahibəsinin ikinci hissəsini təqdim edir:

- Mən istəyirəm ki, Siz, həm 25-30 ildir sərasər ölkənin siyasi proseslərinin tam mərkəzində olan bir siyasi xadim, həm də bütün bu illərdə gecə-gündüz millətin taleyini düşünməli olan bir ziyalı kimi danışasınız. Siz 20 il parlamentdə təmsil olunmusunuz və elə bu illərin hamısında da hər kəs monopoliyaların varlığından və monopolistlərin kimliyindən xəbərdar idi. Eyni zamanda, hamı da bu monopoliyaların Azərbaycanı fəlakətə sürüklədiyinin fərqindəydi. Elə isə, niyə bunun qarşısı zamanında alınmadı və hələ də alına bilmir?

- Əziz qardaşım, biz nə qədər vəziyyəti yumşaldıb üstüörtülü şəkildə desək də, Azərbaycan istisadi və sosial fəlakətlə üz-üzədir, bəlkə də artıq fəlakətin içindəyik. Hər hansı bir ölkədə bu baş versəydi və bu vəziyyətin ortaya çıxdığı günün sabahı, özünə hörmət eləyən hökumət tərəddüd eləmədən istefa verərdi. Mən hesab edirəm ki, prezident həmin gün hökuməti bütövlüklə istefaya göndərməliydi. Ondan sonra yenə də istədiyi adamlarla işləsin, istədiyi şəxsləri hökumətdə işləməyə çağırsın, hətta yeni komandanın içində köhnə kadrlardan da kimlərsə ola bilər. Amma dünyada qəbul olunmuş bir qayda var, əgər bir yol, bir iqtisadi platforma dalalana dirənirsə, xeyir vermirsə, ondan tərəddüd eləmədən, cəsarətlə imtina eləmək lazımdır. Və bizdə də indi məlum olur ki, seçilmiş yol, qəbul edilmiş iqtisadi platforma doğru deyilmiş. Təbiidir ki, vəziyyət bu yerə gələndə həmin yolu seçən hokumət də, həmin iqtisadi platformanın müəllifi olan kimanda da yenisi ilə əvəz olinmalıdı...

- O indimi məlum oldu, yoxsa...?

- Yox, indi niyə, neçə ildir ki, biz bunu deyirdik, amma bizim dedilkərimizə əhəmiyyət verən var idimi? Yəni, Azərbaycanda təkcə iqtisadi monopoliya yoxdur ki, fikir, düşüncə monopoliyası da var. Və yaxud, fərqinə varılmadan söylənilən bütün fikirlərə, doğru-yanlış olmasına baxmadan, səsləndirilən fərqli düşüncələrə etinasızlıq mühiti var. İllərlə o Milli Məclisdə, özü də dəfələrlə bu sözləri demişik və hər dəfəsində də məclisin rəhbərliyi bizə irad tutub ki, siz burda yox yerdən problemlər yaradırsınız. Yaxşı, biz də yaratmadıq o problemləri, axırı nə oldu? İndi ortaya çıxır ki, əslində problemləri kim yaradırdı, acı gerçəkləri deyib, vəziyyətin düzəldilməsinə çalışan bizmi, yoxsa fərqli fikirlərə nəinki məhəl qoymayan, hətta onları süngü ilə qarşılayan rəhbərlikmi? 

- Məsələn, süngü ilə qarşılanmış fərqli fikirlərinizdən yadda qalanları varmı?
 
- Ã–tən illər ərzində çox olub belə şeylər. Məsələn, mən Məhəmməd Əmin Rəsulzadənin Gəncədəki heykəlinin başından çuvalın çıxarılmasını tələb edəndə və deyəndə ki, bu, dövlətimizə, tariximizə, elə Milli Məclisin özünə də hörmətsizlikdi, məclisin sədri bildirdi ki, sən hər dəfə burda bizim üçün əlavə problemlər yaradırsan. Halbuki məclisin sədri o sözü eşidən kimi deməliydi ki, bu nə deməkdir, bizim oturduğumuz məclisi yaradanlardan biri Rəsulzadədir və ona bu hörmətsizlik ola bilməz, siz narahat olmayın, məsələ elə bu gün həllini tapacaq. Əksinə, bu boyda məsələni görməzlikdən gəlib deyir ki, siz burda problem yaradırsınız. İndi nə oldu, çuvalı Rəsulzadənin başından çıxartdılarmı? Nəyə axı məsələ ortaya gələn kimi problemi həll eləmirsən ki? Nəticədə də o qədər insanlar narahat olur, kimlərsə etiraz eləyir, kimlərsə incidilir, kimlərsə tutulur və sair. Ortaya yalanlar düşür, media işə qarışır, ittihamlar, iradlar, cavablar, dialoqlar başlanır, cəmiyyətin müxtəlif təbəqələrinin təmsilçiləri üz-üzə gəlirlər, sağlam düşüncənin əzilməsi, çürüməsi və ya bilərəkdən çürüdülməsi prosesləri gedir, daha nələr, nələr. Bəs bunu özü nədir, dediyiniz misallardan biri deyilmi? Bu ölkənin məclisinin başında oturan bir adam, bu qədər ciddi məsələyə belə laqeydcəsinə və qeyri-ciddi yanaşırsa, demək eyni laqeydlik və qeyri - ciddi yanaşmalar dövlətin digər qurumlarında da, eləcə də istisadiyyatın özündə və iqtisadi münasibətlərdə də var.

- Sabir bəy, niyə bu li sizi deputat seçmədilər? O mənada  seçmədilər deyirəm ki, sizin Yardımlıdan deputat olmaq probleminizin  olmadığını, hətta ən qatı bədxahlarınız belə qəbul edirlər. Amma bu da hamıya bəllidir ki, bizdə deputat seçilmək xüsusi “dobro”yla baş tutur. Yəni əvvəllər sizə doğma rayonunuzdan seçilməyə mane olmurdular. Bəs bu dəfə niyə mane oldular ki?      

- Biz nələr baş verdiyinin hamısını bilirik. Bilə-bilə ki, ordan hər dəfə mən seçilmişəm, bu biri yandan da, mən qala-qala başqa bir millət vəkilini ora göndərillər. Bu artıq konkret mövqe nümayişi və əslində də, mənə olan münasibət idi. Mən də bu münasibəti görə-görə o camaatı çətin seçim qarşısında qoymaq istəmədim. Eyni zamanda da icra başçılarına problem yarana biləcəyindən dolayı, namizəd də olmadım. Başçılarin özləri də mənə müraciət eləmişdilər ki, biz səni gözləyirik, camaat da burda sənə səs verəcək. Onlar həm də bura qədər demişdilər ki, burdan namizəd sən olanda bizim işimiz də rahat olur və camaatla problem yaranmır. Son günlərdə, həmim rayondan olan başqa bir namizədi ora göndərməyə qərar verənlər belə düşünüblər ki, yəqin o rayonlarım adamları buna da səs verərlər. Halbuki mən ora getsəydim, o camatın yüzdə doxsanı mənə səs verəcəkdi. Buna mənim heç bir şübhəm yoxuydu və əminliklə deyirəm ki, hətta həmin namizədin öz qorimlarının bir hissəsi də mənə səs verəcəkdilər. Amma mən nə o camaatı, nə də mənə çox böyük sayğı ilə yanaşan rayon rəhbərliyini pis vəziyyətdə qoymaq istəmədim və onu da istəmədim ki, elə təəssürst yaransın ki, guya mən məclisə seçilməkdən ötrü o qədər canfəşanlıq eləyirəm. Əlavə söz-söhbətin yaranmasını istəmədim, zatən görünən dağa nə bələdçi ki, mən olan yerdə Musa Qasımlı o camaatın nə səsini ala bilər, nə də deputat olardı.

- Illərin bir düzəni var idi və millət vəkili həyatınız bir növ öz axarıyla davam edirdi. İndi necədi, yeni situasiyaya adaptasiya çətin deyili ki?

Davamı var...

Link kopyalandı!
Son xəbərlər