Əməkdar artist türk biznes qadını obrazında - “Pis nəticə deyil”
Mədəniyyət
1689
28 Dec 2024 | 14:57

Əməkdar artist türk biznes qadını obrazında - “Pis nəticə deyil”

"2024-cü il yaradıcılıq baxımdan mənim üçün uğurlu oldu. Üç filmə çəkildim. Biri xarici, iki yerli film: “Evdə qalmış 2” və “Qapı”. İlin sonunda da “Altın Kelebek” mükafatlandırma mərasimində iştirak etdim. İlə üç film yaradıcı insan üçün pis nəticə deyil".
 
Moderator.az bildirir ki, bunu Teleqraf.com-a əməkdar artist Sənubər İsgəndərli deyib.
 
Aktrisanın sözlərinə görə, çəkildiyi yerli filmlərin ikisi də bu il tamaşaçıya təqdim olunub:
 
“Qazaxıstanda çəkildiyim “Canım Qazaxıstan” filmində türk biznes qadını obrazını canlandırıram. Eyni zamanda, o, bir anadır və qızı ilə fikir ayrılıqları var. Qızımı azərbaycanlı aktrisa Aydan Həsənova oynayıb.
 
Çəkilişlər Qazaxıstanda və Türkiyədə aparıldı. Film yanvar ayında tamaşaçıların ixtiyarına veriləcək. Təqdimata məni də dəvət edəcəklər”.
 
Qeyd edək ki, filmin rejissoru Damir Tastembekovdur.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər