Bizi sosial şəbəkələrdən izləyin:
Azərbaycanın Xalq rəssamı, Bakı şəhərinin ilk baş rəssamı olmuş Tofiq Ağababayev 97 yaşında vəfat edib.
Tofiq Ağababayevlə bu gün saat 14:00-da Təzə Pir məscidində vida mərasimi keçiriləcək.
Moderator.az bildirir ki, vida mərasimindən sonra mərhum Yasamal qəbiristanlığında dəfn olunacaq.
Məlumata əsasən, o, bu gecə 97 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, o, 1992-ci ildə Azərbaycanın Əməkdar incəsənət xadimi, 2006-cı ildə Xalq rəssamı fəxri adları ilə təltif edilib. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Tofiq Ağababayevə 2008-ci ildə Prezidentin fərdi təqaüdü ayrılıb, 2023-cü ildə isə Xalq rəssamı “Şöhrət” ordeni ilə təltif edilib.