Azərbaycanlı gəncdən bir ilk- Dünyada analoqu olmayan “əllər muzeyi” yaradır- ÖZƏL+FOTOLAR
Mədəniyyət
577
10:47, Bu gün

Azərbaycanlı gəncdən bir ilk- Dünyada analoqu olmayan “əllər muzeyi” yaradır- ÖZƏL+FOTOLAR

“Əslində bəzi insanlar var ki, onların əllərini istəyirik qəlibdən çıxaraq, amma alınmır. O vaxt bəzi sənətkarlara dedik razı olmadılar. Bəhanə deməzdim, amma əvvəl-əvvəl biz bu layihəyə başlayanda yeni idi və pandemiya dövrünə təsadüf etdiyindən insanlar ehtiyyat edirdilər”
 
 
 
Bunu Moderator.az-a açıqlamasında “Danışan əllər” layihəsinin müəlliflərindən biri heykəltəraş Namiq Hüseynov deyib. O daha sonra əlavə edib:
“Zamanında çox istəyirdik ki, Xoşbəxt Yusifzadənin əllərini çıxaraq bu layihədə amma bir neçə dəfə cəhd etdim razı olmadı. Son dəfə də Akademik Akif Əlizadənin əllərini qəlibdən çıxaranda xahiş elədim Akif müəllimdən ki, bizə Xoşbəxt Yusifzadənin əllərinin formasını qəlibdən çıxarmaq üçün köməklik etsin. O da danışdı amma yenə razı olmadı. Çox təəsüf artıq Xoşbəxt müəllim həyatda yoxdur. Bir neçə dəfə Polad Bülbüloğlunun köməkçisinə və özünə bu layihə haqqında deyiblər amma onunla da görüşmək hələ ki, alınmayıb. Həmçinin də Zeynəb Xanlarova.. Bu layihəyə yeni başlayan zaman Maestro Rauf Abdullayevlə danışdım, o da imtina etdi” deyə layihənin rəhbəri bildirib.
 
 
Namiq Hüseynov deyir ki, ustad sənətkar Əlibaba Məmmədovla ölümündən 1 il öncə evində görüşüblər:
“Bir dəfə ustad sənətkarımız Əlibaba Məmmədovun evinə getmişdik. Gəlişimizin məqsədi sizin əllərinizin formasını çıxartmaqdır dedik. O da imtina etdi. Çox pərişan halda geri döndük. Sonra bir neçə ay sonra Xalq artisti Səkinə İsmayılova emalatxanada olanda bizdən soruşdu ki, Əlibaba müəllimin əllərinin forması niyə bu layihədə yoxdur? Biz də razı olmadığını dedik. Sağ olsun Səkinə xanım danışdı, razı saldı və gedib əllərinin formasını qəlibdən çıxardıq. Əlbəttə ki, arzularımız çoxdur. Bunları yerinə yetirməyə əlbəttə ki, vaxt lazımdır. Biz istərdik ki, televiziyanın korifey diktorlarının, Milli Qəhrəman, Vətən Müharibəsi Qəhrəmanlarının və Olimpiya və Paralimpiya çempionlarının əlillərinin formasını çıxaraq” deyə o bildirib.
 
 
 
Namiq Hüseynov ən böyük arzusunu da dilə gətirib:
“Bizim ən böyük arzumuz Cənab prezident İlham Əliyevin əllərinin formasını çıxarıb dünyanın ilk "Danışan Əllər" muzeyini yaratmaqdır. Bir də biz dünyanın ən güclü şahmatçılarının əllərinin formasını çıxartmışıq. Bu prosses ötən il Bakıda keçirilən Şahmat üzrə Dünya kubokunda reallaşdı. Əslində Amerikada var balaca bir əl muzeyi, yalnız Amerikada yaşayan insanların əlləridir və o da klinikanın foyesində sərgilənir, bizim muzeydə isə Azərbaycanla yanaşı bütün dünyanın ən tanınmış insanların əlləri nümayiş olunacaq. Ona görə də özəldir bizim yaradacağımız muzey. Bir neçə ay öncə biz dünyanın ən hündür insanı olan Sultan Kösen İlə danışdıq. 2 metr 52 sm boyu var və 29 sm əlləri var. Dünyanın ən böyük əllərini çıxarmaq üçün razılıq almışıq. Bu muzeydə dünyanın ən maraqlı və fərqli əlləri də yer alacaq. Dünyanın ən kiçik insanının əllərini də çıxarıb bir yerdə sərgiləyəcəyik. Dünyada belə bir muzey olmayacaq, inşallah biz onu yaradacağıq” deyə heykəltəraş deyib.
 
 
 
Link kopyalandı!
Son xəbərlər