Səyavuş Aslanın oğlu: "Deyirdilər ki, anamla Hacıbaba Bağırov sevgili olub" - Müsahibə
Mədəniyyət
Oxunub: 286
15:52, Bu gün
Səyavuş Aslanın oğlu:
Bu gün görkəmli aktyor, Xalq artisti Səyavuş Aslanın doğum günüdür.
 
Moderator.az Kulis.az-a istinadən aktyorun oğlu Eldar Aslanla müsahibəni təqdim edir.
 
- Səyavuş bəylə bağlı ən unudulmaz xatirəniz hansıdır?
 
- Mənim üçün onunla bağlı ən böyük xatirə onun söz bazasıdır. Nəsə deyirdin, elə şey deyirdi ki, söhbət bağlanırdı. Həmişə fikirləşirdim ki, soruşum, soruşmayım? Çünki bilirdim ki, bir kəlmə ilə söhbəti bağlaya bilər.
 
- Necə ata idi?
 
- Məni də, qardaşımı da çox sevirdi. Hətta onu məndən də çox istəyirdi. Lap axırlarda bildim. Ömrünə iki il qalmış soruşdum ki, sənin ən əziz balan kimdir? Dedi ki, Çingiz. Çox ciddi adam idi. Bir insan nə qədər ciddi ola bilərdisə, o qədər. Evdə bir adam idi, səhnədə başqa adam. Səhnədən savayı hər yerdə ciddi idi. İki Səyavuş var idi. Bizə hər şey verib, nə almaq lazımdırsa, alıb. Heç vaxt korluq çəkməmişik. Elə şeylər alırdı ki, başqa uşaqlar həsəd aparırdı. Səkkizinci sinifdən maşın sürürdüm. Məktəbə maşınla gedib-gəlirdim.
 
 
- Evdə xüsusi qayda-qanunlar var idi?
 
- Məsələn, biz indiki uşaqlar kimi 12-yə, 1-ə qədər oyaq qalmırdıq. 10-da yerimizdə olmalı idik. Qohum-əqrəbaya gedib-gəlirdik, mütləq. Qonşularla gülərüz davranmalı idik. Mühafizəkar insan idi. Hər zaman söhbətlərdə sinəsini qabağa verərdi. Həmişə ailəsinin arxasında durardı. Məktəbdə problem yarananda gedib danışardı.
 
- Sirrinizi-sözünüzü daha çox ananızla bölüşürdünüz, yoxsa atanızla?
 
- İntim məsələləri həmişə anamla bölüşmüşəm. Atamdan çəkinirdim. O mövzularda onunla danışa bilməzdim.
 
- Necə tanış olublar?
 
- Quba Teatrında. İndiki sözlə desək, bir-birinə vurulmuşdular. Bir müddət görüşəndən sonra evləndilər. Çətin vaxtlarına düşmüşdü. Ondan-bundan pul-para alıb evləndilər. Anam sənətçi ailəsində doğulmuşdu. Atası böyük sənətkar Rza Əfqanlı olub. Evlənəndən sonra Musiqili Komediya Teatrında bir yerdə illərlə işlədilər.
 
 
- Deyilənə görə, ayrılmalarının səbəbi atanızın ananıza xəyanəti olub.
 
- Şou aləmində sənətkarlar barədə uydurma xəbərlər çox olub. Əslində, belə bir şey yox idi. Şayiələr gəzirdi. Hələ mənim haqqımda bilirsiniz nələr uydurublar? Eləcə də onlar haqqında. Anam çox qısqanc idi. Bu şeylərə inanırdı. O dedi-qodular yayıldıqca qəzəblənirdi.
 
Məsələn, Hacıbaba Bağırovla mən çox yaxın idim. Başqası eləməyəndə mən onun otağında oturub ərköyünlük eləyə bilirdim. Xətrimi çox istəyirdi. Məsələn, orda Hacıbaba Bağırov üçün də nələr-nələr danışırdılar. Deyirdilər ki, anamla Hacıbaba Bağırov sevgili olub.
 
Bu söhbətlər həm teatr daxilində var idi, həm də mediada yayılırdı. Ancaq, əsasən, el arasında yaranırdı söz-söhbətlər. Anam üçün balaca bir qığılcım bəs idi ki, hər yer od tutub yansın. Ona görə o belə şeylərə inanıb evdə söz-söhbət yaradırdı. Deyirlər ee, biri od olanda biri su olmalıdır, anam od idi, atam su. Atam həmişə onu söndürürdü. Çünki onu çox sevirdi. Onlara çox paxıllıq eləyən var idi. İndi elə ailələr çoxdur, o vaxt az idi deyə, gözə tez görünürdü. Onlar ulduz idilər.
 
- Evdə söz-söhbətlər olanda atanız razılaşırdı ananızla?
 
- Yox. Anamın səsi çıxanda hər yerdə yayılırdı. Mən durub, çıxıb gedirdim həyətə. Görürdüm, yenə gəlir. Atamın da səsi elə idi. O öskürəndə bina tərpənirdi. Mənim də səsim sinə səsidir. Ona görə də evdə onların səsi gələndə, elə bilirdilər, evdə qırğındı. Sadəcə, danışıq tərzləri elə idi. Ancaq təbii ki, həm də qırırdılar bir-birlərini. Bəzi adamlar var ee, sözü eşidib cavab vermirlər, atam elə adam deyildi. Amma su idi.
 
- Ümumiyyətlə, atanızın qadınlara münasibəti necə olub?
 
- Bütün kişilər kimi. Məsələn, Firəngiz Mütəllimova ilə, Kübra Əliyeva ilə yaxın dostluğu var idi. Maşına minib gedirdilər. Belə çıxır ki, kefə gedirdilər? Amma aralarında təmiz münasibət var idi. Onun həyatı çox rəngarəng idi. Bəlkə, başqaları ilə də adı hallanıb.
 
- Şayiə olduğundan əminsiniz? Bəlkə, doğrudan da var idi kiminləsə münasibəti?
 
- Soruşmuşdum ondan. Yalan-doğru, mənə dedi ki, başın xarabdı? Dəlisən? Mən heç elə şey eləyərəm? İkincisi, o qadından – Təranə Vəlizadədən də soruşmuşdular. O da demişdi ki, nə danışırsınız? Olubsa da, şahidi yoxdur.
 
 
- Məsələn, o desəydi ki, hə, mənim başqa münasibətim olub. Ona olan münasibətiniz dəyişərdi?
 
- Yenə də atamdı. Təbii ki, mən çox şeyi ürəyimə salardım. Onsuz da, onların ayrılığı mənim üçün travma oldu. Böyük stres yaşadım.
 
- Ancaq ondan əvvəl ananız Səyavuş bəy tərəfindən ruhi dispanserə salınır.
 
- Anamın əsəbləri yerində deyildi. Bu söz-söhbətlər onun psixologiyasina təsir eləmişdi. Atam da onu müalicə alsın deyə ora aparmışdı. Həkimlər gəlib dedi ki, problemi var, mütləq müalicə olunmalıdır. Ancaq bunu necə təqdim elədilər. Guya atam anamı aparıb dəlixanaya qoyub. Təxminən 3-5 gün qaldı orda.
 
- Bəs ayrıldıqlarını necə dedilər?
 
- Əsgərlikdə idim. Məktublar yazmağa başladılar. Atam o yandan yazırdı, anam da bu yandan. Atam yazırdı ki, ananla artıq belə yaşaya bilmirik. Bəlkə də bir stolda oturub yazırdılar. Rusiyada idim. Dalbadal yanıma gəlirdilər.
 
Gəlib gördüm, bir yerdə yaşayırlar. Evi iki yerə bölmüşdülər. Girişləri ayrı idi. Amma ev həmin ev idi. Gah anamın otağında yatırdım, gah atamın. Həmişəki həyatımız davam eləyirdi. Sadəcə, bunlar evi bölüb qapılarını bağladılar. Sonra da gedib rəsmi olaraq ayrılmışdılar.
 
 
- Sizə bu vəziyyət necə təsir elədi?
 
- Mən çox böyük stres keçirtdim. O stres mənə çox pistəsir elədi. İllərlə o əsəblə yaşadım. İstəmirdim ki, ailəmizdə belə hadisə olsun. Ağlıma da gəlməzdi ki, bizim ailəmizdə belə bir şey ola bilər.
 
Onlar isə əvvəlki həyatlarına davam elədilər. Bir-birlərini çağırırdılar, danışırdılar. Belə şey olar? Bəlkə, bu da bir şou idi. Elə yaşayırdınız da bir yerdə.
 
- Özünüz deyirdiniz onlara bunları?
 
- Bizim aramızda pərdə var idi. Amma anama deyirdim.Deyirdi ki, kiminlə, onunla? Heç vaxt! Atam da razılaşmırdı. Mən illərlə çalışdım ki, onları barışdırım.
 
 
- Ananızın vəfat xəbərini necə aldınız?
 
- Mən Dubaya getmişdim. Başa düşdüm ki, burda iş tapa bilməyəcəm. Onda xəstə idi. İki il mən baxdım ona. Xərçəng idi, ancaq məndən başqa heç kim bilmirdi. Gizlətdim hamıdan. İki il boyunca hər cür qulluq elədik. Nəsə, getdim Dubaya. Elə orda xəstələndim. Soyuqdəymə oldu. Yorğan-döşəkdə idim. Qəribə bir yuxu gördüm. Dedim ki, qayıdım evə. Dərhal bilet alıb Bakıya gəldim. Bir gecə yatdım. Səhər durduq, gördük ki, halı dəyişib. Təcili yardım çağırdıq. Atam da Çingizlə gəldi. Gördülər ki, təcili yardım gəlib, hər şey qaydasına düşüb, Çingiz qayıtdı ki, biz gedək. Atamla birgə getdilər qapıya. Nəsə, elə bil, hiss elədim. Qapının qabağına gəlib ağlamağa başladım. Ağlaya-ağlaya atama dedim ki, məni tək qoyma. O da razılaşdı. Mən də çox pis ağlayırdım. Hələ elə ağlamamışdım. Qayıtdım. Onlar da qayıtdılar. Gəlib yanında oturdum. Ərəbcə dualar oxudum. Buz kimi idi. Həkimlər dedi ki, heç nə eləyə bilmərik. Anam da üzümə baxıb gülümsündü. Bir dəqiqə sonra keçindi.
 
- Ananızın vəfatı atanıza necə təsir elədi?
 
- Atam soyuqqanlı adam idi. İçindəkilər çox bildirmirdi. Ancaq ağladı, çox ağladı. Son nəfəsinə kimi dedi ki, mən həyatda təkcə onu sevmişəm. Anamın vəfatı ikimizi də dəyişdi. Atam özünə çəkildi.
 
 
- Səhhəti nə vaxt pisləşməyə başladı?
 
- Rejissor Bəhram Osmanovla atamın arasında dava olub. Atama qarşı hikkəsi var idi. Birinci dəfə onda insult keçirdi. Hətta qardaşım gedib ona nəsə eləmək istəyirdi, qoymadım. İkinci dəfə bilmirəm nə vaxt insult keçirdi. Yəqin ki, qardaşıma görə. Çünki ta atam bezmişdi ondan. Məhv eləmişdi onu. Təkcə onu yox, bütün nəslimizi.
 
- Qardaşınızın bu vəziyyətə gəlməsində təkcə özü günahkar idi, yoxsa ailəvi münasibətlərin də payı var idi?
 
- Yox, yox. Bizim aramızda yeddi yaş fərq var. O, məndən böyük idi. Öz yolunu 30-40 yaşında yox, 14 yaşında seçmişdi. 14 yaşından artıq it-bat olur, başqa qruplara qoşulurdu. Xuliqanlıq eləyirdi, onun-bunun cibinə girirdi, nəşə çəkirdi. Mən isə, bir növ, “mama-papa” uşağı olmuşam. Onda ailə müqəddəsliyi, ailə qeyrəti yox idi.
 
- İki qardaş olaraq ailədə sizə münasibət eyni idi? Bəlkə, özünə qarşı bir sevgisizlik hiss eləyib?
 
- Ola bilər. Təbii ki, onlar məni qoruyurdular. İstəmirdilər ki, mən də o yolun yolçusu olum. Ancaq o demək deyil ki, məni ondan ayırıblar, daha çox seviblər. Ancaq mənim özümdə də elə şeylər yox idi.
 
- İlk dəfə nə vaxt həbs olundu?
 
- 14-15 yaşında artıq “malaletka”sı var idi. Ancaq narkotikə görə həbs olunmurdu. Fırıdaqçılıq, dələduzluq, nə desən var idi onda. Evdə nə var idi, oğurlayırdı. Hər gün nəsə oğurlamalı idi. Nəsə alıb qoyurdun evə, səhər dururdun ki, yoxdu. Dinc dayanmırdı.
 
- Evi atanızın vəfatından sonra satdı?
 
- Hə, bir il sonra. Atamın qırxı çıxmamışdı, qardaşım məni evdən qovdu. Mən Qazaxıstanda idim. Hətta nazir müavinindən xahiş etdik, dedi ki, Eldar, bizə də tapşırıblar, basdırmalıyıq. Reys də yox idi. Səhərsi gün gəldim. Qırxı çıxmamışdı, dedi ki, get, özünə ev-eşik tap.
 
 
- Nə əcəb atanız bilə-bilə evi onun adına keçirtmişdi?
 
- O vaxt mənim payım olan bir ev də var idi. 2006-cı ildə Sami Yusifi Azərbaycana gətirdim.Onu ilk dəfə Azərbaycana mən gətirmişəm.Evi banka qoymuşdum, atamın razılığı ilə. Biletlər satılmadı, ev də əldən çıxdı. Ancaq atam da, anam da deyirdi ki, bu evin yarısı Çingizindi, yarısı Eldarın. Ancaq onlar rəhmətə gedəndən sonra məni heç kim qeydiyyata salmadı. Mənim qeydiyyatım bu gün də Xətaidədir.
 
- Və sizi heç nə demədən evdən çıxartdı.
 
- Hə. Siz Çingizi tanımırsınız. Videolarda artistlik eləyir. Başqa adam idi. Lotu idi. Elə də danışırdı. Mən də çəkinirdim ondan. Həm də böyük qardaşım idi. Mən də istəmişəm ki, böyük qardaş kimi arxamda dursun, övladlarla görüşsün. Dedim ki, Çingiz, üç otaq səndə qalsın, bir otağı da mənə ver. Razılaşmadı.
 
- Bəs oranı satıb özü harada qaldı?
 
- Onu dili-ağzı yalan idi. Ağzından doğru söz çıxmazdı. Bir dənə düz sözünü eşitməmişəm. Çox sənətkarcasına yalan danışırdı. Onun sözünə görə evi satıb iki dənə ev aldı. O evləri kirayəyə verməyə başladı. Maşın aldı. Sonra başladı onları da satıb bir az da balacasını almağa. Belədə də uduzursan axı hər dəfə. Ondan sonra da qaldı çöllərdə. Mənə də gətirib otuz min verib dedi ki, al bunu, get, nə istəyirsən, elə. Sonradan hansısa verilişdə dedi ki, 250 minə satmışam. Mənə isə 100 min demişdi.
 
- Atanızın sağlığında da tez-tez efirə çıxırdı?
 
- Yox. Ondan qabaq mən çıxırdım. 2014-cü ildə satdı evi, 2019-cu ilə kimi yedi, sonra çıxdı efirə. Efirə gəlməmişdən qabaq mən də işimi itirib ölkəyə qayıtdım. Bakıda iş tapa bilmədim. Hələ də tapa bilməmişəm. Mən həmişə təhlükəsizlik xidmətlərində işləmək istəmişəm. Atam da gedib hər yerdən xahiş elədi, götürmədilər. Milli Məclisdə də işləmək istədim, alınmadı. Deyirdilər ki, qardaşın “türemşikdi”. Dedim ki, efirə çıxanda de ki, qardaşımın da işi yoxdu, əziyyət çəkir, gəlin bizə kömək eləyin. Gedib dedi ki, Eldar Moskvada yaşayır, iş adamıdı. Mən də burda oturub ona baxıram. Aparıcı deyir ki, nə əcəb bəs sənə baxmır. O da qayıtdı ki, nə bilim.
 
 
- Deyirsiniz ki, son altı ayda düzəlmişəm. Sənət adamları arasında evinizə gəlib-gedənlər, sizə yardım eləyənlər olub?
 
- Heç kim. Mən gedib qapıları döymüşəm, “yox” deyiblər. Kanalları gəzmişəm, razılaşmayıblar. Səyavuş bəyin sənət dostlarından heç kim qapımı açmayıb. Deməyiblər ki, gedək, soruşaq, görək nə yeyib-içir. Artıq onlardan heç nə ummuram, istəmirəm. Atamı həmişə qısqanıblar. Ulduz idi çünki.
 
- Hacıbaba Bağırovla da küsülü idi.
 
- Onlar ikisi də əsəbi adamlar olublar. Aralarında problemlər var idi. Ancaq çox açıb-ağartmırdılar.
 
- Hazırda beş dəqiqə söhbət etmək şansınız olsaydı, atanızla danışardınız, ananızla?
 
- İkisi ilə də. Ancaq oğlan uşaqları analarına daha yaxın olur. Anamı daha çox istəyərdim görüm, onunla söhbət eləyim. Burda olsaydı, tutulub qalardım. İstəyədim ki, o danışsın, mən qulaq asım. Çox, çox darıxıram onun üçün.
 
Oxşar xəbərlər
18:20, Bu gün
Fransanın yeni baş naziri Qarabağa qanunsuz səfər edib
18:13, Bu gün
80-dən çox insan şaurmadan zəhərləndi
18:05, Bu gün
Ukraynadakı Qazaxıstan vətəndaşlarına ölkəni tərk etmək tövsiyə olunub
18:04, Bu gün
Vidadi İsayev Bərdənin Türkmən kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
18:00, Bu gün
Bu çörək sizi sürətlə qocaldır
17:56, Bu gün
Azərbaycan cüdoçusu Avropa çempionu oldu
17:51, Bu gün
Paşinyanın bu səhvi Ermənistana baha oturacaq – Sələflərinin yoluna qayıdır?
17:45, Bu gün
Bu şəxslərə hər ay 150 manat veriləcək - QƏRAR
17:40, Bu gün
Əli Əsədov İnes Roşa ilə görüşdü
17:36, Bu gün
“Bakcell” və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti jurnalistlərlə görüşüb - FOTOLAR
17:34, Bu gün
İran-İsrail müharibəsində ərəb ölkələri kimin tərəfini tutacaq? - SENSASİYA
17:28, Bu gün
Bu deputatlara ev veriləcək
17:25, Bu gün
İtaliyanın Baş naziri İlham Əliyevi qarşıladı
17:22, Bu gün
Bu yolda xüsusi hərəkət zolağı təşkil edildi - FOTO
17:17, Bu gün
Avropa çempionatı: Cüdoçularımız finala yüksəldi
17:11, Bu gün
Baş prokuror Şərq İqtisadi Forumunda Qarabağdakı yenidənqurma işlərindən danışıb - FOTO
17:05, Bu gün
Azərbaycan gimnastları beynəlxalq turnirdə iştirak edəcək
16:58, Bu gün
Azərbaycanın dövlət qurumlarına kiberhücumlar 2 dəfədən çox azalıb
16:52, Bu gün
UEFA Millətlər Liqası: Azərbaycan - İsveç görüşü ilə bağlı idman ictimaiyyətinin proqnozları
16:46, Bu gün
Bakının bu küçəsində təmir işləri aparılır - VİDEO
16:40, Bu gün
İlham Əliyevin İtaliya Prezidenti ilə birgə işçi naharı oldu - YENİLƏNİB + FOTO
16:35, Bu gün
Bakı və Abşeronda küləyin sürəti güclənib - FAKTİKİ HAVA
16:28, Bu gün
Parkda qızla tanış olmaq istəyən, ona təpik vuran oğlana hökm oxundu
16:22, Bu gün
AFFA Premyer Liqanın bu klublarını cəzalandırdı
16:16, Bu gün
Nişanlılar evlilərdən daha çox “hərəkət” edir - Qalmaqallı açıqlama - VİDEO
16:10, Bu gün
Çimərliyi çirkləndirən qızı elə cəzalandırdılar ki... - VİDEO
16:03, Bu gün
Rəşad Nəbiyev Masallıda vətəndaşları qəbul etdi - FOTO
15:55, Bu gün
Azərbaycanla İtaliya arasında sənədlər imzalandı - YENİLƏNİB + FOTO
15:52, Bu gün
Səyavuş Aslanın oğlu: "Deyirdilər ki, anamla Hacıbaba Bağırov sevgili olub" - Müsahibə
15:49, Bu gün
Muxtar Babayev vətəndaşları qəbul etdi - FOTO
15:45, Bu gün
“Alovlana biləcək istənilən hərbi ocağın söndürülməsi çox çətin olacaq...”-Ciddi xəbərdarlıq
15:40, Bu gün
"Mercedes" ilə drift etmək istədi, qəza törətdi - VİDEO
15:34, Bu gün
Quli və Lənkəranskidən sonra lider o seçildi - FOTOlar
15:28, Bu gün
"Nar" ən yüksək bal toplayan abituriyentləri mükafatlandırdı - FOTOLAR
15:21, Bu gün
Bərdədə 31 yaşlı kişi kanalda batdı - VİDEO
15:15, Bu gün
Növbəti köç karvanı Şuşaya çatdı, açarlar təqdim edildi - YENİLƏNİB
15:06, Bu gün
Ağadadaşın "Medera" ilə məhkəməsindən yeni xəbər - Özü açıqladı
15:01, Bu gün
Küveyt Universitetində təqaüdlə təhsil alacaq 7 azərbaycanlı gəncdən 4-ü BDU məzunudur
14:58, Bu gün
Əcnəbi tələbə: “UNEC-in ikili diplom proqramı beynəlxalq səviyyədə təhsil almağım üçün mükəmməl fürsət oldu”
14:54, Bu gün
ƏDV-lərlə bağlı problem – Vətəndaşların pulu niyə qaytarılmır?
14:47, Bu gün
Mehindən polkovnik-leytenant anası ilə paylaşım
14:45, Bu gün
Yaşlı qadının 18 yaşında nişanlısı viral oldu - VİDEO
14:40, Bu gün
Kəmaləddin Heydərovdan Rza Xudiyevin yerinə TƏYİNAT - FOTO
14:34, Bu gün
Ürək xəstəliklərinin bilmədiyimiz gizli 9 əlaməti
14:27, Bu gün
İsmayıllıda vəzifəli şəxslərə qarşı əməliyyat keçirilib - DETALLAR
14:23, Bu gün
Azərbaycanda yeddi bağlanmış bankın əmlakları hərraca çıxarılır
14:17, Bu gün
Məhkəmə Bakıda 21 il əvvəl taksi sürücüsünü öldürən şəxslə bağlı qərar verib
14:13, Bu gün
Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanıldı - DİN
14:11, Bu gün
Tanınmış memar kibertalamaya məruz qaldı – 5 min manatı talanıb  
14:06, Bu gün
Yeni müharibə başlaya bilər: Əsas qorxu Zəngəzurun götürülməsidir
14:00, Bu gün
Zümrüd Bədəlova: "Yenidən ailə qurmaq istəmirəm" - FOTO
13:58, Bu gün
"İstisu" bu qiymətlə rəqabətə davam gətirəcəkmi?-EKSPERTDƏN AÇIQLAMA 
13:53, Bu gün
Sabahın havası: Külək əsəcək, yağış yağacaq
13:52, Bu gün
“Bu ölkədə dövlət nəinki vətəndaşların, hətta miqrantların da savadına, elminə, istedadına yüksək qiymət verir...”
13:47, Bu gün
BDU 2 komanda ilə “TEKNOFEST-2024”ün finalında təmsil olunur - FOTO
13:43, Bu gün
İlham Əliyev "Eni S.P.A" şirkətinin baş icraçı direktoru ilə görüşdü - YENİLƏNİB + FOTO
13:41, Bu gün
Niyam efirdə AĞLADI: "İşləməyə qoymurlar, bezmişəm" - VİDEO
13:36, Bu gün
"Azərpoçt"da 6 aydan çox qalan bağlamalar satılır? - RƏSMİ AÇIQLAMA
13:33, Bu gün
Məhkəmə saxlanılan bələdiyyə sədri barəsində QƏRAR VERDİ
13:32, Bu gün
Pənah Hüseyn partiya sədrliyindən istefa verməsi barədə danışdı - EKSKLÜZİV
13:30, Bu gün
Paris-2024: Paraüzgüçümüz Vəli İsrafilov finala yüksəldi - YENİLƏNİB
13:30, Bu gün
İlham Rəhimov Sankt Peterburq Dövlət Universitetinin Fəxri doktoru adına layiq görülüb
13:28, Bu gün
Kəlbəcər şəhərinə ilk köçürüləcək ailələrin sayı açıqlandı
13:25, Bu gün
Qaz, su və işıq ucuzlaşacaq? - AÇIQLAMA
13:20, Bu gün
"SAXAL"-dan ölkə rəhbərliyinə xəbərdarlıq: Bunu etsək, girovlarımız öləcək
13:16, Bu gün
İnvestisiyalar yoxsa depozitlər?
13:15, Bu gün
Ağadadaş Ağayev "Medera"nı məhkəməyə verdi
13:10, Bu gün
Pənah Hüseyn istefa xəbərindən danışdı - "Bundan sonra..."
13:08, Bu gün
"Evliliyə qədər atamın, sonra isə ərimin himayəsində yaşamışam"
13:02, Bu gün
Agentlikdən “orden”-“medal” paylayan QHT-lərə XƏBƏRDARLIQ
12:57, Bu gün
“Məqsədimiz xalqa xidmət, amalımız güclü Azərbaycandır!”
12:48, Bu gün
Bölgədə təhlükəli oyunlar: Hədəf Türkiyədir
12:46, Bu gün
Baş nazirdən idxalı əlavə dəyər vergisindən azad edilən vasitələrlə bağlı QƏRAR
12:42, Bu gün
Polisin dünən əməliyyat keçirdiyi evdən GÖRÜNTÜLƏR
12:41, Bu gün
Körpələrin ölümündə 25 ilin rekordu - səbəb nədir?
12:37, Bu gün
Zərdabda 15 yaşlı qız əməliyyatdan sonra öldü
12:35, Bu gün
Dövlət Komitəsi Kəlbəcərə infotur təşkil edib - VİDEO
12:31, Bu gün
Məhkəmə İsmayıllıda saxlanılan bələdiyyə sədri ilə bağlı həbs qərarı verdi
12:27, Bu gün
Ələt-Astara yolunda avtomobillə hərəkət qismən məhdudlaşdırılacaq
12:18, Bu gün
Mourinyo Acun Ilıcalının toyunda təəccübləndirdi: Pulum yoxdur... - VİDEO
12:13, Bu gün
Ailəsinə bağlı bürclər - Yaxınları onlar üçün hər kəsdən üstündür
12:09, Bu gün
Azərbaycanda güclü zəlzələ - FHN məlumat yaydı
12:04, Bu gün
Ermənistan Azərbaycanla imzalanan əsasnaməni təsdiqlədi
12:03, Bu gün
Azərbaycanda meymunçiçəyi virusuna şübhəli hallar qeydə alınıb? - RƏSMİ
12:01, Bu gün
Kəlbəcərdə mövqelərimiz atəşə tutuldu
11:55, Bu gün
Naxçıvana yol belə açılacaq: Masada iki variant var
11:50, Bu gün
Metal tullantıların ixrac rüsumları artırıldı
11:03, Bu gün
Putin SSRİ-dən daha böyük bir layihə həyata keçirir?- DETALLAR 
10:59, Bu gün
Samuxda gənclərin davası QANLA BİTDİ
10:56, Bu gün
Rusiyada işləyən azərbaycanlılara PİS XƏBƏR - Ailələri ilə…
10:47, Bu gün
Əli Əsədovdan Səhiyyə Nazirliyi ilə bağlı yeni QƏRAR
10:45, Bu gün
Aeroportda polisə müqavimət göstərən taksi sürücüsü həbs edildi
10:35, Bu gün
İqtisadçı-ekspertdən İDDİA: "Hər 100 dollardan təxminən 50 dollarını İtaliyadan əldə edirik"
10:24, Bu gün
Səməd Vurğun 1930-cu illərdə həbsdə olub?...- BDU rektorunun istintaq işindən...
10:22, Bu gün
Aydın Əliyevin oğlu keçmiş arvadından aliment tələb edir? - Ədliyyə Nazirliyindən CAVAB
10:18, Bu gün
Füzulidəki Qoçəhmədli məscidinin bərpasına başlanılır
10:17, Bu gün
Dövlət Agentliyi qanunsuz əməllərlə məşğul olan QHT-lərə çağırış edib
10:15, Bu gün
Ermənilər kəndlərimizin adlarını necə dəyişirlər? - VİDEO
10:14, Bu gün
Kamran Əliyev: "Qarabağ separatçılarının istintaqı yekunlaşıb"
10:12, Bu gün
Putin Bakıda səhər yeməyində İlham Rəhimova nə deyib?
GÜNLÜK
08:55, Bu gün
Bakıda avtoritetə SİLAHLI HÜCUM: kimin qisasını alırdılar? - TƏFƏRRÜATLAR
04 Sep 2024 | 23:56
Əməliyyat zamanı saxlanılan şəxs POLKOVNİK İMİŞ
13:58, Bu gün
"İstisu" bu qiymətlə rəqabətə davam gətirəcəkmi?-EKSPERTDƏN AÇIQLAMA 
04 Sep 2024 | 19:33
Amerikada soyuducuların 98 faizində həmişə bu məhsul olur - Dünyada ən çox yeyilən 10 qida
04 Sep 2024 | 20:54
Gürcüstanda qalmaqal: baş nazir pezidentin qeyri-legitim olduğunu bəyan edib
04 Sep 2024 | 18:46
“Nikosayağı” qəzaya düşdüyü maşının nömrəsini satışa çıxardı - FOTO
04 Sep 2024 | 18:34
924-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi
04 Sep 2024 | 18:52
Reytinq cədvəli açıqlandı: Heydərov birincidir!
04 Sep 2024 | 18:40
“Müştəriləri birinci, işçiləri ikinci, səhmdarlarınızı üçüncü yerə qoyun” - “Alibaba”nın qurucusundan sitatlar
04 Sep 2024 | 19:18
4 günlük iş rejiminə keçildi: Bu, demoqrafik tənəzzülün qarşısını ala bilər
HƏFTƏLİK
30 Aug 2024 | 13:36
İran Zəngəzur dəhlizinin açılmasına razılıq verdi: Əsas şərt belədir - Detallar açıqlandı
30 Aug 2024 | 07:26
Şahramanyan Azərbaycandan gətirilmiş 356 avtomobil haqda hökumətə məlumat versə də…
01 Sep 2024 | 10:11
“Manatlıq”lar yığışdırıldı, yeni problemlər yarandı (VİDEO)
03 Sep 2024 | 10:20
İlk qadın xalq şairi Mirvarid Dilbazinin sadə bağından FOTOREPORTAJ-şəxsi əşyaları, retro avtomobili-ÖZƏL
31 Aug 2024 | 23:05
Sentyabrda şanslı olacaq BÜRCLƏR: Ay tutulması və...
31 Aug 2024 | 07:09
Fransızlar dilə gəldi: “Xalqına umac ova bilmir, bəşəriyyətə əriştə kəsir...”
01 Sep 2024 | 08:30
Rusların hesab etdiyimiz soy adları YƏHUDİLƏRİN İMİŞ -"Ov" -"Yev"
08:55, Bu gün
Bakıda avtoritetə SİLAHLI HÜCUM: kimin qisasını alırdılar? - TƏFƏRRÜATLAR
02 Sep 2024 | 21:34
Nüvədi təhvil verilir: Dəhliz məsafəsi 12 km azalır - Paşinyan etiraf etdi
31 Aug 2024 | 09:52
Güclü pul axını: Payızda varlanacaq üç BÜRCLƏR
AYLIQ
08:55, Bu gün
Bakıda avtoritetə SİLAHLI HÜCUM: kimin qisasını alırdılar? - TƏFƏRRÜATLAR
04 Sep 2024 | 23:56
Əməliyyat zamanı saxlanılan şəxs POLKOVNİK İMİŞ
13:58, Bu gün
"İstisu" bu qiymətlə rəqabətə davam gətirəcəkmi?-EKSPERTDƏN AÇIQLAMA 
04 Sep 2024 | 19:33
Amerikada soyuducuların 98 faizində həmişə bu məhsul olur - Dünyada ən çox yeyilən 10 qida
04 Sep 2024 | 20:54
Gürcüstanda qalmaqal: baş nazir pezidentin qeyri-legitim olduğunu bəyan edib
04 Sep 2024 | 18:46
“Nikosayağı” qəzaya düşdüyü maşının nömrəsini satışa çıxardı - FOTO
04 Sep 2024 | 18:34
924-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi
04 Sep 2024 | 18:52
Reytinq cədvəli açıqlandı: Heydərov birincidir!
04 Sep 2024 | 18:40
“Müştəriləri birinci, işçiləri ikinci, səhmdarlarınızı üçüncü yerə qoyun” - “Alibaba”nın qurucusundan sitatlar
04 Sep 2024 | 19:18
4 günlük iş rejiminə keçildi: Bu, demoqrafik tənəzzülün qarşısını ala bilər