"10 arvadım olub, heç birindən yarımamışam" - FOTOlar
Mədəniyyət
Oxunub: 2224
29 Aug 2024 | 16:57

Moderator.az Akademik Milli Dram Teatrının aktyoru, müxtəlif maraqlı obrazlarla tamaşaçı sevgisi qazanmış Cümşüd Zeynalovun lent.az-ın müsahibəsini oxuculara təqdim edir.

Qeyd: 1982-ci il oktyabrın 2-də Ağstafa rayonunun Həsənsu kəndində doğulub. 1994-1999 illərdə Hüseyn Arif adına musiqi məktəbində qarmon sinfində, 2003-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr və kino aktyorluğu fakültəsində  təhsil alıb.

2007-2008-ci illərdə Bakı Bələdiyyə teatrı, 2012-2014-cü illərdə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi tərkibində Vahid Satira Teatrında işləyib. 2012-ci ildən Azərbaycan Akademik Milli Dram Teatrında çalışır.

- Cümşüd bəy, bildiyimə görə, hazırda Rusiya istehsalı olan tarixi bir serialda çəkilirsiniz. Sizi bu ekran işinə kim dəvət edib?

- Şəklimi Aktyor Agentliyindən görüb, bəyənib seçiblər. Əslində bu serial barədə çox danışmağıma icazə verilmir. Bir onu deyə bilərəm ki, tarixi serialdır və mən türk qəssab rolunda oynayıram. Çəkilişlər Sankt-Peterburqda oldu, oktyabrda çəkilişlərin bir hissəsi Bakıda, İçəri Şəhərdə davam edəcək. 

- 20 ildən çoxdur səhnədəsiniz. Özünüzü şanslı aktyor hesab edirsiniz?

- Aktyorun əsas arzusu tanınmaq, tamaşaçı tərəfindən qəbul olunmaqdır. Tanınmaqla bağlı problemim olmayıb. Elə birinci kursda oxuyandan rollara çəkilirəm. Öncə onu deyim ki, mən İncəsənət Universitetindən qabaq iqtisadiyyat üzrə təhsil alırdım. Əsgər getdim, yarımçıq qaldı. Hərbi xidmətdən gələndən sonra fikrimi dəyişdim, yönəldim incəsənətə. Aktyor yox, rejissor olmaq istəyirdim. İncəsənət Universitetinə heç kimdən kömək almadan, elə öz başıma hazırlanmışdım. Xalq artisti Tariyel Qasımov anamın dayısıdır, getdim onun yanına hazırladığım nömrələri, etüdləri göstərdim, dedi bu hazırlıq aktyorluğa yarayacaq, rejissorluğa yox. İmtahanın vaxtına az qalmışdı, dedim eybi yox, aktyorluğa girim, sonra ixtisasımı dəyişərəm. Qəbul oldum. Elə birinci kursdan AzTV-də gedən "Məzəli əhvəlatlar" verilişində rollara dəvət edirdilər. Hər şənbə efirə gedirdi, bazar günü təkrar verilirdi. Bir telekanal var idi deyə, tez tanınırdı hamı. Universitetimizin yaxındakı Sabir texnikumunun qızları yaxınlaşıb avtoqraf alanda dedim bu nə yaxşı şeymiş, elə aktyor olacam. Xalq artisti Ağakişi Kazımov, Ənvər Vəliyevdən dərs aldım. Üstümdə əməkləri olub.

- Qızlar sizi yönəltdi aktyorluğa?

- Hə qızlara görə (gülür). Beləcə daha rejissorluğa getmədim. 

- Bu sənətə gəlməkdən peşman deyilsiniz?

- Yox. Hərənin bir alın yazısı, missiyası, qədəri-qisməti var. Bəlkə görünüşümə görə baş rollar almadım, həmişə ikinci dərəcəli, xarakterik obrazlarda oynamışam. Amma bu kiçik rollarla yadda qalmaq da hünərdir. Elə aktyor var, görünüşü, səsinə görə daim baş rollara dəvət alır, amma içi bomboş...

- Əvvəllər sənətinə heyran olub, yaxından tanıdıqdan sonra məyusluq keçirdiyiniz məşhurlar var? 

- Olub. Baxmışam ki, sənəti böyük, amma insanlığı axsayır. Amma onların hamısının sənətinə görə qüsurlarından keçmək olar deyə düşünmüşəm. Ümumiyyətlə, xətasız kim olur ki? Gərək iş yerindəki problemləri o qədər də ürəyinə salmayasan. Yoxsa işləmək olmaz.

- Sizin "İmtahan" serialındakı rolunuz unudulmazdır. Əlindən əl yaylığı düşməyən, fərsiz, ikiüzlü oğul və ər rolu. Amma filmdə arvadınız rolunu oynayan 2 xanımın ikisi də çox sönük oyunçuluq sərgiləyirdilər.

- Onların heç biri aktrisa deyildi. Filmlərə bəzən aktyor olmayan adamları dəvət edilə bilirlər.

- Aktyor olmayan tərəf müqabilləri ilə oyun çətin olmur?

- Çox çətin olur. Film və tamaşalarda ondan çox arvadım olub, heç birindən yarımamışam. Əsas odur həyatda arvad sarıdan bəxtim gətirib.

- Elə söz açılmışkən ailəniz barədə də bilmək istərdik. Xanımınız da incəsənət adamıdır?

- Yox, xanımın incəsənət adamı deyil. 3 balam var. Biri İqtisad, o biri Xəzər universitetində oxuyur, o biri hələ balacadır.

- Aktyorlara verilən qiymətdən razısınız?

-  Hər şey zamana və yerinə görə dəyişir. Bəzən özümüz özümüzə qiymət vermirik. Bir epizod yadıma düşdü, onu qeyd eləmək istəyirəm. "Əli və Nino" filmində Xacə rolunda çəkilmişdim. Bu filmdə montajdan sonra ən böyük rol məndədir (gülür). Azərbaycanlı aktyorları çəkmişdilər, amma sonradan kəsib-doğrayıblar. Çəkilib heç göstərilməyən aktyorlar da oldu. Filmin təqdimatı ilə bağlı mətbuat konfransı keçirildi, xaricdən gələn qonaqlara suallar verildi, bizə heç kim diqqət etmədi, bir kəlmə danışdırmadı. Bizim özümüzünkülərə dəyər verməməyimiz bir az incidici vəziyyətdir.

-  Bəs teatrda necə?

-  Yaşlı aktyorların təqaüdə göndərilməsi də məni qane edən vəziyyət  deyil. Onların hərəsi bir məktəb, bir təcrübədir.

-  Eşitdiyimə görə, "Azdrama" ən çox qalmaqallar olan teatrdır.

-  Deməzdim. Pərdə arxasında qalmaqal olmayan yer yoxdur axı. Bir ailədə qardaş-bacıların da arasında söz-söhbət olur. "Azdrama" böyük bir məktəbdir. 

-  Heç könlünüz qırılmayıb bu teatrda? Heç problem yaşamamısınız?

- Bir dəfə uşaq tamaşası olasıydı. Gəldim tamaşaya, girdim ki, otaqda kostyumum yoxdur. Heç demə tamaşa ləğv olunub, onun yerinə məşq salıblar, xəbərim olmayıb. Bu mənim səhvim idi. Məşqə çatdım, rejissorla eyni zamanda qapıya yanaşdıq, yol verdim, o keçdi, soruşdu, niyə gec gəlmisən? Dedim gecikməmişəm, teatrda idim. Məndən sonra iki aktyor gəldi, hərəsi 10-15 dəqiqə  gecikmişdilər. Rejissor əsəbiləşdi. Nə başınızı ağrıdım, onlara heç nə demədilər, mənə töhmət verdilər. Biri yaşlı idi, biri də rejissorun dostu, məni cavan görüb verdilər qabağa (gülür).
Bir də rəhmətlik, Xalq artisti Azər Paşa Nemətovdan incimişdim. Məni teatrdan küsdürmüşdü.

- Niyə?

- Azərpaşa Nemətovu mənim həyatımdan 7 ilimi alıb. Onun rəhbərik etdiyi dönəmdə teatrda 7 il heç bir rolda oynamadım, imkan vermədi. Çünki onun zövqündə olan aktyor ola bilmədim. Allah rəhmət eləsin, gözəl işlər yaradan rejissor idi. Amma belə bir haqsızlıq da eləmişdi. Həm də tək mənə qarşı yox. 

- Bildiyimə görə, 2 gənc rejissor bütün tamaşaların yükünü çəkirmiş, amma ad olaraq onun adı gedirmiş.

- İki gənc rejissorla gəlmişdi, onlardan biri indi Lənkəran Teatrında işləyir. Biri köçüb gedib xaricə. Teatra gəlib bir il sonra da Prezident mükafatı aldılar.

Belə olmur axı. 20 ilin aktyoruyam, mükafat nədir bilmirəm.  Amma yox, haqqını yeməyim, bir dəfə teatrın yubileyi ilə bağlı medal verilmişdi, mən ona taxta medal deyirəm. Elə bildim aktyorlara verilib, heç demə qapıçıdan tutmuş süpürgəçiyə qədər hamıya paylayıbmışlar. Rejissor öz komandasını yığanda, tanışlığa görə rol veriləndə problem başlayır. İndi şəxsi münasibətlər üstündə çox şey qurulub. Belə rejissorlar sənətə xəyanət edən adamlardırlar. "Mənim aktyorum" deyə bir şey olmamalıdır. Mən hələ istədiyim rolu oynamamışam.

- Fəxri ada da namizəd  verilməmisiniz?

- Yox. Nə vaxtsa verərlər də yəqin. Daha verməyə adam qalmayanda. Kriteriyalara layiq deyiləm də yəqin. Adam tanıyıram, kostyum, qalstuk  geyinib gəlir tədbirə, adı çəkiləndə də deyir, aaa, xəbərim yox idi. Necə yox idi? Hazırlanıb gəlmisən də. Cəfər Namiq Kamal kimi böyük aktyor 52 yaşında Əməkdar artist adını alıb. Mən də 10 il gözləyim. Əslində mənə bu saat fəxri addan çox mükafat lazımdır. Prezident mükafatı aktyorlara maddi dəstək kimi verilir. 3 övladım  var, ikisi tələbədir. Onları bir tərəfə çıxartmaq lazımdır, bu maddi vəsait tələb edir. Qarabağ müharibəsi zamanı həmkarlarımla o qədər ön cəbhəyə getmişəm. 130 kiloluq adamam, dizimi yerə qoyub baş əyirdim o cavan əsgərlərimizə. Allah şəhidlərimizə rəhmət eləsin. Əlimdən gələn hər cür yardımı mən də etdim. Amma qələbəmizdən sonra Qarabağda bu qədər tədbirlər olur, heç birinə dəvət almıram, bu məni incidir. Xarakterik aktyoram, istənilən rolu verə bilərlər. Nə qədər vətənpərvər adam olduğumu ətrafımdakı hər kəs bilir.

- Rollarınızdan sonra tamaşaçılardan hansısa emosional rəylər nifrət və ya sevgi görmüsünüz?

- "Bir qadın" serialında heç vaxt pulu olmayan avara rolunu oynayırdım. Daim pul istəyirdim bacımdan. O serialdan sonra başıma məzəli bir hadisə gəldi. Küçədə gedirdim. 60-65 yaşlı bir xanım qabağımı kəsdi, dedi, "sənə pul vermək istəyirəm". Soruşdum niyə? Dedi, sənin heç vaxt pulun olmur, ondan bundan pul istəyirsən, yazığım gəlir, kömək eləmək istəyirəm sənə. Başa saldım ki, bu sadəcə roldur, Allaha şükür öz başımı dolandıracaq qədər qazana bilirəm. Bir dəfə də bankda idim, bir oğlan yaxınlaşdı ki, sənin o rolunu görəndə elə bilirəm o mənəm. Sən o rolda sərxoş olub qəribə səs çıxarırsan, xoşuma gəlir. Başqa bir qadın da hündürdən dedi ki, "kül başına, gör sən nə gündəsən də. O rola bax, özünü düzəlt".

 - Son olaraq ürəyinizdən nə keçir, nə demək istəyərdiniz?

- Daha çox fayda verə bilərəm, bunu bilirəm. Qalan hər şey düzələr.

 

Oxşar xəbərlər
17:01, Bu gün
İcra Hakimiyyəti yarım milyonu görün nəyə xərcləyəcək - "Bir sıra işlər..."
16:56, Bu gün
Tələbənin maşınla öldürdüyü piyada vəzifəli şəxsin atası imiş
16:50, Bu gün
Bu şəxslərə 6000 manat birdəfəlik müavinət veriləcək
16:44, Bu gün
2024-cü ilin Nobel Sülh Mükafatına kimlər təqdim edilib?
16:38, Bu gün
Piyada səkisini zəbt edib PARKİNQ YARATDILAR - FOTOLAR
16:33, Bu gün
Cəbrayılda 29 şəxsin məşğulluğu təmin olunub
16:28, Bu gün
Ağadadaş Ağayev Azərbaycanı tərk edib? - VİDEO
16:22, Bu gün
Erməni əsgərə hədiyyə olunan "Ah İstanbul, İstanbul" kitabı İrəvana OD QOYDU - FOTO
16:16, Bu gün
Məktəblərdə yığılan pullar kimin cibinə axır?
16:10, Bu gün
Yeni Kaledoniyalı Siyasi Məhbuslara Dəstək Cəbhəsi Bakı Təşəbbüs Qrupuna təşəkkür edib - BƏYANAT
16:04, Bu gün
Əhməd Əhmədzadənin Nazirlər Kabinetindəki vəzifəsi dəyişdi
15:58, Bu gün
Şahin Bayramov: "Xankəndiyə ən böyük köç Qarabağ Universiteti tələbələrinin simasında reallaşıb" - FOTO
15:52, Bu gün
Azərbaycanlı aktrisa "Mükəmməl bəy" axtarır
15:46, Bu gün
Kəlbəcərdən Cəbrayıladək döyüşən Vətən Müharibəsi Qəhrəmanı
15:40, Bu gün
Repertuarı köhnələn İrəvan - sülh, KTMT şoularına baxan azalır - TƏHLİL + FOTO
15:34, Bu gün
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal qazandı
15:28, Bu gün
Bakı İqlim Fəaliyyəti Həftəsi çəçivəsində regional əməkdaşlığın rolundan danışılıb
15:22, Bu gün
Azərbaycan və Türkiyə ədliyyə nazirlikləri arasında Anlaşma Memorandumu imzalandı – FOTO
15:16, Bu gün
Balaəlinin muğam oxumasına xalq artistindən sərt reaksiya - VİDEO
15:10, Bu gün
Regional sülhə qarşı Qalstanyan PLANI – Üsyan, terror, hakimiyyət çevrilişi
15:04, Bu gün
ABŞ-ın sabiq prezidenti Cimmi Karterin 100 yaşı tamam oldu
14:58, Bu gün
Prezident: "Qələbəmiz göstərdi ki, ədalətsizliyə qarşı mübarizə aparmaq mümkündür"
14:54, Bu gün
Prezident və xanımı Cəbrayılda açılışda iştirak etdilər - YENİLƏNİB
14:48, Bu gün
Tağı Əhmədovu ağır vəziyyətdə Təzəpirə gətirdilər
14:44, Bu gün
Xəbər qeybə çəkilmiş dənizdən gəldi - Yerin tarixi yenidən yazılacaq
14:39, Bu gün
Davranış qaydalarını pozan müəllim işdən çıxarıldı, direktora töhmət verildi
14:34, Bu gün
“Qarabağ”ın qapısına 2 qol vuran futbolçu: “Fantastik qələbə qazandıq”
14:29, Bu gün
Ukraynada daha bir azərbaycanlı həlak oldu - FOTO/VİDEO
14:24, Bu gün
Azərbaycanlı sənətçi itkin düşdü
14:18, Bu gün
Əhaliyə at əti satanlar tutuldu - FOTO
14:12, Bu gün
Sentyabrda qlobal ərzaq qiymətləri kəskin artıb
14:06, Bu gün
Radiatorların təmizlənməsinin üç üsulu açıqlandı: Ekspertdən vacib tövsiyə - FOTO
14:00, Bu gün
Bu tarixdə geomaqnit qasırğası baş verəcək
13:54, Bu gün
Azərbaycan Prezidenti: "Ermənistan təhlükəli oyunlara qoşulub"
13:48, Bu gün
"Sülh müqaviləsi Ermənistanı xarici qüvvələrin diktəsindən çıxartmağın yeganə yoludur" – Günay Ağamalı
13:43, Bu gün
Cəbrayıl yeni dirçəliş yollarında
13:38, Bu gün
"Nədən İsrailə hava hücumlarını dəf etməkdə kömək göstərilir, amma Ukraynaya göstərilmir?" - Pentaqon
13:33, Bu gün
İlham Əliyev Amerikanın anti-Azərbaycan addımlarından DANIŞDI
13:28, Bu gün
"Bizə qarşı olan düşmənçilik siyasəti dayanmır" - Dövlət başçısı
13:24, Bu gün
"Fransa və onun kimi Qərb dövlətləri işğalı əbədi etmək üçün əllərindən gələni edirdilər"
13:19, Bu gün
İlham Əliyev: "Cəbrayıl əməliyyatı xüsusi əhəmiyyətə malik idi"
13:15, Bu gün
Sabah bölgələrdə yağış yağacaq, dolu düşəcək - PROQNOZ
13:05, Bu gün
Bakıda "iPhone 16"ya görə növbəyə durdular - Gecə mağazaya axışdı - FOTOLAR
12:59, Bu gün
Ən yaxşı gəlinlərin doğulduğu BÜRCLƏR
12:55, Bu gün
Hikmət Hacıyev Gəncə terroru ilə bağlı paylaşım etdi
12:51, Bu gün
Müğənnilər TƏSDİQLƏDİ: Bakıda toylar qadağan olunur
12:47, Bu gün
Gədəbəy sakini atdan yıxılaraq ölüb
12:43, Bu gün
Xalq artisti qolunu sındırdı - FOTO
12:39, Bu gün
Məleykə Əsədova tanınmaz dərəcədə dəyişildi: Xalq artistinə nə olub? - FOTOLAR
12:34, Bu gün
Boliviyanın keçmiş lideri ilə bağlı qalmaqal: İnsan alveri və 15 yaşlı qıza təcavüzdə ittiham olunur
12:29, Bu gün
Həsən Nəsrullahın dəfn mərasimi ciddi şəkildə məxfi saxlanılır
12:25, Bu gün
Bakıda qaydaları pozan su emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırıldı - FOTO
12:20, Bu gün
Sürücülərin DİQQƏTİNƏ: Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq
12:15, Bu gün
"Velosiped üçün yol yaratsaq da, onu sürən yoxdur" - Zahid Oruc
12:10, Bu gün
Bir qrup tələbənin işğaldan azad edilmiş ərazilərə səfəri təşkil edilib - FOTO/VİDEO
12:04, Bu gün
Azərbaycanda evlərin qapısı bağlanmayan, içki içilməyən və satılmayan kənd - VİDEO
12:00, Bu gün
Əzab-əziyyətlə qazanılan pul əslində hara xərclənəndə daha faydalı olur?- EKSPERT AÇIQLADI 
11:58, Bu gün
“Böyük Qayıdış Cocuq Mərcanlıdan başlayıb” - Kamaləddin Qafarov
11:56, Bu gün
32 il Moskvanın göstərişi ilə Azərbaycanda ən yüksək vəzifələrdə qəddarlıq etdi və sonunda...
11:51, Bu gün
Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində BDU-nun təşkilatçılığı ilə elmi konfrans keçirilir
11:47, Bu gün
Dünya Təhsil Forumunun direktoru: 70 % gənc iqlim dəyişikliyini izah edə bilmir
11:37, Bu gün
Azərbaycan millisinin baş məşqçisi: "Emin Mahmudov keyfiyyətli futbolçudur"
11:30, Bu gün
Vətən müharibəsində ilk böyük qalibiyyətin qazanıldığı gün - Gözünüz aydın, cəbrayıllılar!
11:23, Bu gün
Türkiyədə zəlzələ OLDU - Dağıntı və tələfat...
11:18, Bu gün
İlham Əliyev Cəbrayılda yaşayış kompleksinin açılışında
11:09, Bu gün
Serial sektorunda yeni mərhələ: “Əlvida xoşbəxtlik” və “Vətəndaş A” 
11:03, Bu gün
Nazir müavini: Azərbaycanda təhsil proqramlarında iqlim dəyişiklikləri bağlı mövzular əksini tapacaq
10:56, Bu gün
Bakıda arvadının başqası ilə intim yazışmasını görən kişi DƏHŞƏT SAÇDI
10:43, Bu gün
Ev təmizliyində edilən səhvlər - bilmədən çirkləndiririk
10:42, Bu gün
“ Bzejinski deyib ki, ABŞ İrana qarşı savaşa girsə, III Dünya müharibəsi başlaya bilər...” 
10:34, Bu gün
Yaşlı icra başçıları yola salınır: Yeni model belə olacaq
10:26, Bu gün
Pensiyalar bu yolla artacaq: Özəl fondlar üçün yeni meyarlar açıqlandı
10:18, Bu gün
Nazir müavini 500 manatlıq kitabı pulsuz apardı - Şahbaz Xuduoğlu
10:13, Bu gün
Cəbrayıl şəhərinin azad olunmasından 4 il ötür
10:09, Bu gün
Kreditlə müqayisədə lizinq faizləri niyə yüksəkdir? – (Video)
09:58, Bu gün
Azərbaycanda halal turizmə ehtiyac var?
09:50, Bu gün
Rubl bahalaşdı - MƏZƏNNƏ
09:42, Bu gün
İşdən çıxarılanlar üçün qorxulu "yuxu": 70-ci maddənin "ç" bəndi nədir?
09:35, Bu gün
4 Oktyabr - Ümumdünya Heyvanların Mühafizəsi Günüdür
09:33, Bu gün
Azərbaycanda futbolçu xəstəxanalıq OLDU - FOTO
09:26, Bu gün
Paytaxtda yaşayış binalarında su çənlərinin təmizlənməsinə nəzarət edilir? - VİDEO
09:19, Bu gün
“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik edilir: 30 ay...
09:12, Bu gün
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 4 il ötür
09:11, Bu gün
Hər şeyi görüblər: Ukrayna ordusu tərk etdiyi Uqledarda rusları tələyə belə salıb
09:05, Bu gün
Rusiyada eyni vaxtda iki neft anbarı od tutub yandı...-FOTO
08:45, Bu gün
“Kənddən gəlmiş müəllimi şəhərdə qiymətləndirmək ədalətli deyil...”-MİSİR MƏRDANOV+ÖZƏL
08:32, Bu gün
Tramp prezident seçkilərində qalib gələrsə, Ukraynanın taleyi necə olacaq?
08:23, Bu gün
Hər səhər bunu etsəniz, cavan qalacaqsınız
08:11, Bu gün
Sərnişin qatarı relsdən çıxdı
08:02, Bu gün
"İsrail İran üçün tələ hazırlayıb..." 
08:01, Bu gün
Sabah 7 500 abonent qazsız qalacaq
07:49, Bu gün
Uşaq evində böyüyən şəhidin onu atıb gedən anasına yazdığı məktub: "Sənin məndən heç xoşun gəlmədi"
07:23, Bu gün
İşğalçı orduda muzdla Ukraynaya qarşı döyüşən 14 uşaqlı yəhudi öldürüldü...-FOTO
03 Oct 2024 | 23:57
"Uqledarın işğalı Ukrayna üçün problem yaradır, rusiyalıların logistikasını yaxşılaşdırır" - "The New York Times"
03 Oct 2024 | 23:18
"Ayətüllah Xamenei daha heç kimə etibar etmir": Tehranda hazırda nələr baş verir?
03 Oct 2024 | 23:13
Son zamanlar çoxalan "online" "qumar" oyunlarının qarşısı necə alınmalıdır? - VİDEO
03 Oct 2024 | 23:05
"Putin getdikcə əbədi həyata mübtəla olur" - "The Atlantic"' nəşri
03 Oct 2024 | 23:00
Avropa Liqası: "Qarabağ" məğlub oldu - VİDEO - FOTOLAR
03 Oct 2024 | 22:50
Məşhur futbolçu həbs edildi: Görün mağazadan nə oğurlayıb
03 Oct 2024 | 22:43
ABŞ-da "Helen" qasırğası: ölənlərin sayı 200-ə çatdı
GÜNLÜK
03 Oct 2024 | 22:30
Həkim narın gözlənilməz faydalarından danışıb
03 Oct 2024 | 21:38
Xuraman Muradova: "Sürgün  talehli..." - VİDEO
03 Oct 2024 | 18:51
“O, namuslu adamların kütləvi şəkildə həbs edilməsi barədə sərəncam  verirdi...”
03 Oct 2024 | 17:55
Bakı metrosunda DƏHŞƏT: 55 yaşlı kişi özünü qatarın altına atdı - YENİLƏNİB
03 Oct 2024 | 18:31
Yeni dövr müharibəsinin əsgərləri: “Robot itlər”...
03 Oct 2024 | 19:28
Mağaradan tapılan qocanın yaşı eşidənləri şoka saldı- VİDEO
03 Oct 2024 | 17:44
Bu küçədə avtobus zolağında vaxt məhdudiyyəti tətbiq edildi
03 Oct 2024 | 20:14
Paşinyanla Makron Bakıya qarşı silah planını işə salır - DETALLAR
03 Oct 2024 | 18:00
Bakıda atadan azyaşlı qızına qarşı İYRƏNC CİNAYƏT
03 Oct 2024 | 18:04
Vətənpərvərlik, yoxsa militarizasiya: Kremldən 500 milyonluq “şüur əməliyyatı”
HƏFTƏLİK
29 Sep 2024 | 08:00
Bu yağın dünyanın hər yerində satışı QADAĞAN EDİLDİ 
30 Sep 2024 | 12:04
Pensiyalarda artım bu qədər olacaq: 600-650 manat... - Meyarlar AÇIQLANDI
30 Sep 2024 | 15:00
Azərbaycanda son günlər yayılan virus nədir? - İNFEKSİONİST AÇIQLADI
02 Oct 2024 | 00:59
“ “Unibank” məni aldatdı, krediti ödəməkdən imtina etmişəm, nə istəyirlər etsinlər” - ŞİKAYƏT
29 Sep 2024 | 17:46
“ “Vur, komandir, vur”-videosu ilə məşhurlaşan İlkin: “Bu hadisədən sonra ordumuzda ruh yüksəkliyi yarandı”-VİDEO+FOTO+ÖZƏL
28 Sep 2024 | 10:42
Arıq və qısaboy çağırışçılar - Onlar bu hallarda əsgər aparılmır - Rəsmi AÇIQLAMA
28 Sep 2024 | 10:03
“Qənirə xanım qəfil dünyasını dəyişdi, mən o insanları bağışlayıram, əminəm ki, bacım da bağışlayıb”- ÖZƏL+MÜSAHİBƏ
03 Oct 2024 | 08:41
Quranda da “Vəd edilmiş torpaqlar” var: mənası... - Xəritə
28 Sep 2024 | 23:00
İlham Əliyevlə Paşinyan bu tarixdə görüşə bilər
28 Sep 2024 | 21:38
Nəsrullahın öldürülməsi ədalətlidir - Bayden
AYLIQ
03 Oct 2024 | 22:30
Həkim narın gözlənilməz faydalarından danışıb
03 Oct 2024 | 21:38
Xuraman Muradova: "Sürgün  talehli..." - VİDEO
03 Oct 2024 | 18:51
“O, namuslu adamların kütləvi şəkildə həbs edilməsi barədə sərəncam  verirdi...”
03 Oct 2024 | 17:55
Bakı metrosunda DƏHŞƏT: 55 yaşlı kişi özünü qatarın altına atdı - YENİLƏNİB
03 Oct 2024 | 18:31
Yeni dövr müharibəsinin əsgərləri: “Robot itlər”...
03 Oct 2024 | 19:28
Mağaradan tapılan qocanın yaşı eşidənləri şoka saldı- VİDEO
03 Oct 2024 | 17:44
Bu küçədə avtobus zolağında vaxt məhdudiyyəti tətbiq edildi
03 Oct 2024 | 20:14
Paşinyanla Makron Bakıya qarşı silah planını işə salır - DETALLAR
03 Oct 2024 | 18:00
Bakıda atadan azyaşlı qızına qarşı İYRƏNC CİNAYƏT
03 Oct 2024 | 18:04
Vətənpərvərlik, yoxsa militarizasiya: Kremldən 500 milyonluq “şüur əməliyyatı”