Azərbaycanın dəb mərkəzi Avropanı necə heyran qoyub? - Fransız rəssamın Şuşada gördükləri...
Mədəniyyət
Oxunub: 1389
26 Aug 2024 | 11:20
Azərbaycanın dəb mərkəzi Avropanı necə heyran qoyub? - Fransız rəssamın Şuşada gördükləri...
“Mədəniyyətimizi gələcək nəsillərə ötürmək istəyiriksə, milli geyimlərimizdə kəsimlərimizə, parçanın keyfiyyətinə diqqət etməliyik. Əlbəttə, bu geyimlərinin tam eynisini yaratmaq mümkün deyil. Dünya inkişaf edir, baxışlar, zövqlər dəyişir. Buna görə ilk növbədə keyfiyyəti, gözəlliyi və görüntünü qorumalıyıq. Azərbaycan mədəniyyətin beşiyidir. Bir millətin tarixi onun geyimi, musiqisi, məişəti, adət-ənənəsi, bu torpağın bəxş etdiyi dünya şöhrətli şəxsiyyətləri ilə sıx bağlıdır”.
 
“Ənənədən gələcəyə” adlı layihə çərçivəsində “Bakı Milli Geyim Evi”nin rəhbəri, tanınmış modelyer Könül Vəlibəyli ilə milli geyimlərimizin dünəni və bu günü haqqında həmsöhbət olduq.
 
Moderator.az Publika.az-a istinadla müsahibəni təqdim edir:

 

- Könül xanım, gəlin, milli geyimlərimizin dünənindən bu günə qədər keçdiyi yola nəzər salaq. Nələr dəyişib?

- “Bakı Milli Geyim Evi” yaranan gündən “Ənənədən gələcəyə” ideyasını reallaşdırmağı qarşımıza əsas məqsəd kimi qoyduq. Yəni keçmişimizi gənc nəslə layiqincə təbliğ etmək əsas şüarımız oldu. Milli geyim dedikdə ilk olaraq göz önünə filmlərdəki obrazlarımız, rəqslərimizdəki, həmçinin muzeylərdə sərgilənən geyimlərimiz gəlir. 2006-cı ilə kimi milli geyimlər haqqında anlayışımız bura qədərini əhatə edirdi. Milli geyim axtaranda bizi adətən Kinostudiyaya göndərirdilər. Orada filmlərimizdən qalma köhnə kostyumlar və ya tarix muzeyində vitrinlərə çıxarılmayan tozlanmış vəziyyətdə tapdığımız geyimlər olardı.

Biz o vaxt “Tanınmış xanımlar milli geyimlərdə” adlı layihə hazırladıq. Təəssüf ki, milli geyim tikən dərzi tapa bilmədik. Modelyerlər isə bizə çox böyük məbləğ dedilər. Bu gün belə milli geyimlər o qiymətə tikilmir. Bundan sonra milli geyimlərimizi araşdırmağa başladım. Muzeylərə baş çəkdim, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru Nailə xanım muzeydəki milli geyimləri görməyə, onlara toxunmağa, ölçüb-biçməyə icazə verdi. Həmçinin Səbirə Dünyamalıyevanın Azərbaycan milli geyimləri kitabından yararlandıq, bölgələrimizin geyimlərindəki kəsimlərin hamısını o kitaba istinad etdik. İlk olaraq biz əlimizdə olan milli geyimlərin neçənci əsrə, hansı dövrə, bölgəyə məxsus olduğunu araşdırmağa başladıq. Bu araşdırmalar bizi 17-ci əsrə kimi aparıb çıxardı. Beləliklə, Qarabağ, Gəncə, İrəvan və Lənkəran xanlıqlarının, Borçalı sultanlığı və Zəngəzur bölgəsinin milli geyimlərini bir-bir araşdırmağa davam etdik.

 

 

- Yəni bu günə qədər o geyimlər haqqında sadəcə kitablarda məlumat verilmişdi?

- Bəli, demək olar ki, əlimizdə başqa material yox idi. Sadəcə hazır baxa biləcəyimiz bir neçə geyim növü var idi, hansı ki, onlar bu günə kimi gəlib çatıb. Bunlar ləbbadə, çəpkən, arxalıq və bir-iki aksesuar nümunəsidir. Xanımlarımız həmişə gözəl libaslar geyiniblər, bərli-bəzəkli, güllü-çiçəkli, gülməxməri, zərxaradan olan geyimlər qızlarımızın bəzəyi olub. Şuşaya səfər edən fransız rəssam ölkəsinə qayıtdıqdan sonra öz təəssüratlarında qeyd edir: “Qarabağın xanımları o qədər gözəl, incəbelli, zərif idi ki... Möhtəşəm gözəllikləri var idi”. Həqiqətən də Qarabağ kəsimləri, Şuşa geyimləri o qədər incə, gözoxşayan olub ki, hətta dəbin mərkəzi sayılan Avropa insanlarını belə heyran edib. Biz də “Bakı Milli Geyim Evi” olaraq bu kəsimləri olduğu kimi qoruyub saxladıq, yalnız orijinal parçalardan istifadə etdik.

 

 

- Bölgələrimizə məxsus geyimlərin əsas xüsusiyyətləri nələr idi?

- Hər bölgənin öz zənginliyi, gözəlliyi olub. İrəvan xanlığına nəzər salanda görürük ki, o bölgəyə aid geyimlərdə təbiət zənginliyi özünü göstərir. Qadınlarımızın azad ruhu əks olunur - at üstündə qadınlar, ətəklərinin dizdən aşağı olması və s. Bu, İrəvan, Zəngəzur, Naxçıvan, bir sözlə Qərbi Azərbaycana xas olan xüsusiyyətlərdir. Yallı geyimlərinə baxarkən orada İrəvan, Naxçıvan dəsti-xətti aydın hiss olunur. Dizaltı ətəklər, şalvarlar və rənglər... Bu xanlıqların geyim rənglərində əsasən qızılı, qəhvəyi çalarlar, tünd qırmızı, yaşıl rənglər üstünlük təşkil edib. Bu da əsasən oranın təbiəti ilə əlaqəlidir.

Qarabağ, Şuşa bölgəsinə gəlincə, orada əsasən açıq rənglər özünü daha qabarıq şəkildə büruzə verir. Geyimlərdə mavi, ağ, gümüşü rənglərə, gül rənglərinə üstünlük verilib. Milli geyimləri araşdırarkən əsasən açıq rənglərə rast gəldim. Kəsimlərinə gəlincə, Şuşa arxalığına baxanda qırçınlı ətəyi, qolu, qolun üzərində qısa bir bant diqqəti cəlb edir. Xurşidbanu Natəvanın şəklinə baxanda onun geyimində də qolundakı bantı görmək olar. Yaxa və qol kəsimləri digər bölgələrə nisbətən daha açıq və modern idi. Arxalıqları çox qısa olub. Bu da Avropa və Qərb modelindən irəli gəlib.

 

 

Şirvan, Bakı bölgəsini araşdırarkən qarşımıza yalnız 19-cu əsrə məxsus çadralı qadınların geyimləri çıxır. Şamaxıya doğru gedərkən uzun və sadə arxalıqlar, az qırçınlı ətəkləri müşahidə edirik. Bu, bəlkə də torpağın istiliyindən, hava şəraitindən asılı olub. Adətən geyimlər məxsus olduğu bölgənin iqlimi, orada yaşayan insanların maddi durumu ilə sıx bağlıdır. Qadınların əsas baş örtüklərindən biri hesab olunan kəlağayılar soğanı, xallı, kənarları incə haşiyəli, iri butalı olub.

Ümumiyyətlə, milli geyimlərimizi təqdim edərkən bir az da müasirlik əlavə etmək lazımdır. Xarıbülbül sevdamızdan sonra bizim bir neçə kolleksiyamızdakı geyimlərdə milli müasirlik vəhdət təşkil edir. İnsanları cəlb etmək, gənc nəslin diqqətini çəkmək lazımdır. Bununla belə, fərqi düzgün izah etmək də mütləqdir.

 

 

- Keçmişdən miras qalan mili geyimlərimizə gənclərin münasibəti necədir?

- Əvvəl bizə müraciət edəndə ən çox eşitdiyimiz fikirlər belə idi: “Bunlar köhnə, dəbdən düşmüş geyimlərdir. Necə uzun ətəyi var. Niyə bu qədər qat-qatdır? Mən bunu necə geyinim? Bu geyim məni kilolu göstərəcək”.

Milli geyim bəyənməyən xanımlara belə, onu sevdirib, geyindirə bildim. Gənclərimiz onu sevməyə başladı. Milli geyimlərdən eskiz çəkməyi bacarmayan dizaynerlərimiz beynəlxalq festivallarda qalib oldular.

 

 

- Deməli, bu işdə düzgün təbliğat çox önəmlidir.

- Gərək gördüyün işdən zövq alasan, sevərək edəsən. Müxtəlif sahədən olan ziyalılarımız, alimlərimiz, həkimlərimiz, xarici ölkələrdəki diplomatlarımız da milli geyim üçün bizə müraciət etməyə başladılar. Bu isə o deməkdir ki, çıxdığımız yol doğrudur, missiyamız uğurludur və əsası isə biz bu təbliğatı düzgün aparmışıq.

- Könül xanım, o zaman bu fikrimlə razılaşarsınız ki, milli geyimlərimizə müasir çalar qatmaq labüddür.

- Bəli, vacibdir. Birincisi, keçmişdəki kimi parçaları indi tapa bilmirik. Çünki özümüzdə parça istehsalı yoxdur. İkincisi, o vaxtlar bir xanımın geyimi bir ilə hazırlanırdı, geyimlərin üzərində qızılı saplarla naxışlar toxunurdu. Bu gün bunu etmək mümkün deyil. Biz bunu muncuqlarla, müxtəlif saplardan hazırladığımız bəzəklərlə əvəz edirik. Elə parça var ki, onu əldə etmək üçün 3 parçanın qarışığından istifadə edərək hər hansı bir naxışı yaradırıq. Bu gün bir-iki milli geyimi çıxmaq şərtilə yerdə qalan geyimlərin heç biri orijinal deyil. Qeyd etdiyim kimi, bunun da tutarlı səbəbləri var.

Kökü olan ağac güclü olur. Tarixi mədəniyyətimiz çox zəngindir, rəngarəngdir. Bölgələrimizin ayrı-ayrılıqda geyimləri, onların zərifliyi, bəzəyi – bir sözlə, milli geyimlərimizdə heç nə artıq deyil.

 

 

Milli geyimlərimizə maraq və tələbat kifayət qədər böyükdür. Bu məni çox sevindirir. Çünki indi yalnız “Bakı Milli Geyim Evi” yox, kifayət qədər işinin öhdəsindən gələn, milliliyimizi qoruyub saxlayaraq gözəl geyimlər ərsəyə gətirən bir çox geyim evlərimiz var. Bu ənənə gələcəkdə də belə uğurla davam etməlidir. Biz də bu istiqamətdə dəstək olmağa həmişə hazırıq. Bu gün “Bakı Milli Geyim Evi”nin kolleksiyaları demək olar ki, dünyanın dörd bir yanında müxtəlif dövlət tədbirlərində, kolleksiyalarda nümayiş etdirilir, böyük maraqla qarşılanır, alqışlanır. Bu, çox qürurvericidir, ölkəmizin, Azərbaycanımızın adıdır, dünənidir, bu günü və gələcəyidir.

Oxşar xəbərlər
14:55, Bu gün
Metro gücləndirilmiş iş rejimində çalışacaq
14:50, Bu gün
Əli Əsədov Minskdə Qələbə abidəsini ziyarət etdi - FOTO
14:44, Bu gün
DİN Penitensiar xidmətlə birgə əməliyyat keçirdi - FOTO
14:38, Bu gün
Litva Azərbaycana “öyüd-nəsihət" verə bilən axırıncı ölkələrdəndir - İcmadan ETİRAZ
14:32, Bu gün
KOBSKA və "Davamlı Gələcək Platforması"nın COP29-da birgə təşkil olunacaq pavilyonu ilə bağlı təqdimat mərasimi keçirilib - FOTO
14:26, Bu gün
“Anam evdə konflikt yaradan qaynananı oynayırdı, o da elə görüb, onu da elə etmişdilər” - FOTO
14:20, Bu gün
Cəbrayılda “Prestij-Kimya” MMC-nin zavodunun təməli qoyuldu
14:14, Bu gün
Cəbrayılda zavodun təməli qoyuldu
14:07, Bu gün
Küçədə qalmış qıza ev tutdu, onunla ailə kimi yaşadı, taksi sürücüsü ilə... –TƏFƏRRÜAT
14:00, Bu gün
Cəbrayılda Litvanın “Dominari” şirkətinin mebel klasterinin təməli qoyuldu
13:56, Bu gün
Prezident Cəbrayılda fabrikin təməlini qoydu
13:51, Bu gün
Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ: Güclü olacaq, oktyabrın 4-5-də...
13:46, Bu gün
“Atam dedi ki, ananızdan ayırsanız məni qəbirdə narahat edərsiz” - Qızı sənətkarın məzarını Qoçəhmədliyə köçürür? - ÖZƏL AÇIQLAMA
13:39, Bu gün
Moskva və Vaşinqton İsrailin Quterrişlə bağlı qərarına münasibət bildirdi
13:33, Bu gün
İrəvandan növbəti sülh şərləməsi - sərt reaksiya
13:27, Bu gün
İqlim dəyişikliyi və miqrasiya mövzusunda tədbir keçirilib - FOTOLAR
13:21, Bu gün
İlham Əliyev Cəbrayılda alkoqolsuz içki məhsulları istehsalı kompleksinin təməlini qoydu
13:15, Bu gün
Leysan yağacaq, şimşək çaxacaq - PROQNOZ
13:10, Bu gün
FHN Binədəki yanğınla bağlı məlumat yaydı - VİDEO
13:05, Bu gün
İlham Əliyev Cəbrayılda tam orta məktəbin binasının açılışında iştirak etdi
13:00, Bu gün
Şaiq Sultanov vəfat etdi
12:55, Bu gün
Azərbaycanlı müğənni Ronaldonun bağ evindən çıxarkən görüldü - FOTO
12:50, Bu gün
“Az miqdarda olsa da, spirtli içkinin hər zaman mənfi təsirləri var” - Fidan Ataxanlı
12:44, Bu gün
“O gecə Netanyahu Putinlə danışmağa cəhd etsə də, Rusiya lideri cavab verməyib...”
12:42, Bu gün
Süni intellektlə FALA BAXANLAR - Magiyaların ŞOK OYUNU
12:36, Bu gün
“O bura gəlsə venamı kəsib sizi zibilə salacam” - Müğənni ilə MÜSAHİBƏ
12:30, Bu gün
Azərbaycan XİN türk dövlətlərini təbrik etdi
12:25, Bu gün
Prezident və xanımı Cəbrayıla getdi
12:20, Bu gün
Azərbaycanda eyni vaxtda və eyni ərazidə iki yük maşını dəmir arakəsməyə çırpıldı - FOTO
12:15, Bu gün
İrandan Naxçıvana yol belə çəkilir: Zəngəzur dəhlizi isə... - Vitse-spiker detallı danışdı
12:10, Bu gün
1993-cü il oktyabrın 3-də keçirilmiş prezident seçkiləri Azərbaycanın gələcək müqəddəratını müəyyənləşdirdi
12:05, Bu gün
Talış kəndinə köçürülən sakinlərdən artıq 40 nəfərin məşğulluğu təmin olunub
12:00, Bu gün
Saçların tez yağlanmaması üçün nə etməliyik?
11:58, Bu gün
”Ən yaxşı tank bölüyü” adı uğrunda yarış keçirilib - VİDEO
11:53, Bu gün
Ədliyyə naziri Neftçalada vətəndaşları qəbul edəcək
11:50, Bu gün
Oktyabrda hansı tərəvəz və meyvələri yeməliyik?
11:48, Bu gün
İlham Əliyev iraqlı həmkarını təbrik etdi
11:45, Bu gün
Bu bürclər üçün böyük eşq dövrü gəlir - Macəralar yaxında...
11:43, Bu gün
Bu addım Yaxın Şərqə sülh gətirməyəcək - Zaxarova
11:38, Bu gün
İlham Əliyev Almaniya Prezidentinə məktub göndərib
11:30, Bu gün
Ermənistan “miatsum”dan imtina etdi - Nikol yeni plan qurur
11:26, Bu gün
Prezident koreyalı həmkarını təbrik etdi
11:18, Bu gün
Türk ölkələri vahid dövlətdə birləşsə: Görün dünyada hansı gücə sahib olar
11:10, Bu gün
Tramp İran-İsrail gərginliyini görün nə ilə müqayisə etdi
11:05, Bu gün
İsrail təyyarələri Beyrutdakı tibb mərkəzini vurdu
11:00, Bu gün
İsrail Suriyanın sursat anbarını bombaladı
10:57, Bu gün
"33 gün idi, haqqında yazmağa söz tapmırdım - indi öz sözünü tapdım, müəllim: “Söz haqqında söz...”
10:55, Bu gün
Azərbaycan nefti ucuzlaşdı
10:53, Bu gün
İran yüzlərlə insanı havada "əsir" saxladı - 12 saatdan sonra...
10:48, Bu gün
Şahdağa qar yağdı
10:43, Bu gün
Ali Məhkəməyə yeni hakimlər təyin edilir
10:35, Bu gün
Bakıda kişi telefonda çox danışan arvadını DÖYDÜ
10:30, Bu gün
Bunlar ürək sağlamlığı üçün ən pis qidalardır
10:00, Bu gün
Yevlaxda qadın dəm qazından boğularaq ölüb
09:53, Bu gün
İran uçuşları bərpa edib
09:46, Bu gün
Paşinyan Makronun qəbuluna gedir: Ona nəyin hesabatını verəcək, hansı təlimatlar alacaq?
09:39, Bu gün
UEFA Avropa Liqası: "Qarabağ" "Malmö"yə qarşı
09:29, Bu gün
Bayden razılıq verdi: İsrail İrana görə bu ölkələri də vuracaq
09:21, Bu gün
Arvadının başını kəsib, oğluna xəsarət yetirən şəxs şikayətini geri götürdü
09:14, Bu gün
Bəşəriyyət III Dünya müharibəsinin astanasında: yalnız bir ölkə onu dayandıra bilər
09:05, Bu gün
Unversitetdə "FSB" agenti olan müəllimə saxlanıldı...- FOTO
08:50, Bu gün
Paytaxtda qış mövsümünə hazırlıq prosesi necə aparılır?
08:41, Bu gün
Quranda da “Vəd edilmiş torpaqlar” var: mənası... - Xəritə
08:32, Bu gün
Neftin qiyməti 50 dollara düşəcək? - OPEC-dən iddialara CAVAB
08:26, Bu gün
Plutonun peykində görün nə aşkarlandı
08:19, Bu gün
Nəsrullahın kürəkəni də öldürüldü
08:10, Bu gün
İsrail ilk dəfə Livandakı döyüşlərdə itkilərinin olması barədə məlumat verib
08:09, Bu gün
İsrail İranın nüvə obyektlərini vuracaqmı?.. – "CNN" 
07:56, Bu gün
Çips kimi zərərli qidalara niyə həvəs yaranır? - SƏBƏB
07:45, Bu gün
Bu səhvlər ömrü qısaldır – Mütləq düzəldin
07:41, Bu gün
"Windows 11" üçün son illərin ən böyük yeniləməsi istifadəyə verilib
07:36, Bu gün
CİA Rusiyada agentlərin işə qəbulu proqramını genişləndirməyə başladı...-"REUTERS"
07:19, Bu gün
10-cu sinif şagirdi QƏTLƏ YETİRİLDİ - Hadisənin DETALLARI
07:17, Bu gün
İlin son Günəş tutulması baş verib
00:30, Bu gün
İlham Əliyev Suqovuşanın işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib
02 Oct 2024 | 23:08
“Bunu atamın sağlığında etmək lazım idi, indi istəmək ayıbdır, o deyirdi ki...”-FOTO+ÖZƏL
02 Oct 2024 | 23:07
"Yaxın Şərqdə müharibəni qızışdıran ABŞ və Avropa ölkələridir" - Əli Xamenei
02 Oct 2024 | 23:05
Yaponiyalı kişi 10 ildir dənizdə üzərək həyat yoldaşının axtarışındadır
02 Oct 2024 | 23:02
II Elizabetin ölümünün əsl səbəbi açıqlandı
02 Oct 2024 | 22:57
"Qadın kişinin əlinə baxmamalıdır"
02 Oct 2024 | 22:50
Niyə həddindən artıq yetişmiş banan yemək olmaz?
02 Oct 2024 | 22:43
Gürcüstanın gələcəyi ilə bağlı qərarı yalnız... - Mişel
02 Oct 2024 | 22:35
Əfsanəvi futbolçu ölən oğlunun sevgilisi ilə görüşür?
02 Oct 2024 | 22:29
SENSASİYA! Nəsrullahın ölümü Zəngəzur dəhlizini aça bilər?
02 Oct 2024 | 22:21
İran XİN-ə yeni mətbuat katibi təyin edildi
02 Oct 2024 | 22:18
Adi tüpürcək: Nə vaxt öləcəyimizi deyəcək
02 Oct 2024 | 22:15
Həkim geniş yayılmış mifi dağıtdı; "Soyuqdəyməyə kömək etmir"
02 Oct 2024 | 22:08
Qərb İranı çökdürmək üçün SSRİ planını işə salır - Markov
02 Oct 2024 | 22:00
İrəvanda mitinq keçirilir
02 Oct 2024 | 21:54
Yıxılıb qabırğasını sındırdı
02 Oct 2024 | 21:46
Zibilxanada 2 milyonluq lüks maşınlar tapıldı
02 Oct 2024 | 21:38
Neftin qiyməti 50 dollara düşə bilər
02 Oct 2024 | 21:30
Maştağada 2 nəfərdən 4 kiloqram narkotik vasitə aşkarlandı
02 Oct 2024 | 21:23
İran İsrailə məxsus hərbi bazaları vurdu - VİDEO
02 Oct 2024 | 21:15
Azərbaycanlı musiqiçi qəfil vəfat etdi - FOTO
02 Oct 2024 | 21:10
Ekspert süni intellekt vasitəsi ilə pul qazanmağın yollarından danışdı
02 Oct 2024 | 20:55
Tezliklə 5 BÜRC üçün elə bir zaman gələcək ki...
02 Oct 2024 | 20:48
"Yaxın Şərqdə müharibəni qızışdıran ABŞ və Avropa ölkələridir" - Əli Xamenei
02 Oct 2024 | 20:40
Uşaqlıq travmalarını necə sağaltmaq olar?
02 Oct 2024 | 20:33
İlin son Günəş tutulması baş verdi
GÜNLÜK
02 Oct 2024 | 22:00
İrəvanda mitinq keçirilir
02 Oct 2024 | 15:18
Professordan jurnalistlərə çağırış: “Bu vəhşiliyi ifşa edin!”
02 Oct 2024 | 16:38
Prezident general-mayoru rütbəsindən məhrum etdi
02 Oct 2024 | 18:42
Əli Nağıyevdən böyük ifşa: Məzarlıq qatilləri!
02 Oct 2024 | 15:36
İsrailin İranın hücumuna cavabının "ekstremal ssenariləri" - Qərb mətbuatı
02 Oct 2024 | 17:10
Müharibənin ilk günü şəhid olan Vətən Müharibəsi Qəhrəmanı...
02 Oct 2024 | 23:08
“Bunu atamın sağlığında etmək lazım idi, indi istəmək ayıbdır, o deyirdi ki...”-FOTO+ÖZƏL
02 Oct 2024 | 17:33
Azərbaycanda ürək-damar əməliyyatları neçəyə başa gəlir? - ŞOK QİYMƏTLƏR
02 Oct 2024 | 16:16
İsrail BMT baş katibini "persona-non-grata" elan etdi
02 Oct 2024 | 17:56
Ahıl yaşınadək aydın zəka və yaxşı hafizəni qoruyub saxlamağa kömək edəcək 5 NƏSNƏ
HƏFTƏLİK
26 Sep 2024 | 19:19
Məktəblərdə tədrisdən çıxarılmalı fənlər – Onları əvəz etməli çox vacib dərslər
29 Sep 2024 | 08:00
Bu yağın dünyanın hər yerində satışı QADAĞAN EDİLDİ 
30 Sep 2024 | 12:04
Pensiyalarda artım bu qədər olacaq: 600-650 manat... - Meyarlar AÇIQLANDI
30 Sep 2024 | 15:00
Azərbaycanda son günlər yayılan virus nədir? - İNFEKSİONİST AÇIQLADI
02 Oct 2024 | 00:59
“ “Unibank” məni aldatdı, krediti ödəməkdən imtina etmişəm, nə istəyirlər etsinlər” - ŞİKAYƏT
27 Sep 2024 | 10:52
Wi-Fi sürətini və gücünü artırmaq üçün 10 ÜSUL
29 Sep 2024 | 17:46
“ “Vur, komandir, vur”-videosu ilə məşhurlaşan İlkin: “Bu hadisədən sonra ordumuzda ruh yüksəkliyi yarandı”-VİDEO+FOTO+ÖZƏL
27 Sep 2024 | 16:21
Yaşar Nuri, Səyavuş Aslan və Amaliya Pənahovanın 34 il əvvəl çəkilən nadir GÖRÜNTÜLƏRİ
28 Sep 2024 | 10:42
Arıq və qısaboy çağırışçılar - Onlar bu hallarda əsgər aparılmır - Rəsmi AÇIQLAMA
28 Sep 2024 | 10:03
“Qənirə xanım qəfil dünyasını dəyişdi, mən o insanları bağışlayıram, əminəm ki, bacım da bağışlayıb”- ÖZƏL+MÜSAHİBƏ
AYLIQ
02 Oct 2024 | 22:00
İrəvanda mitinq keçirilir
02 Oct 2024 | 15:18
Professordan jurnalistlərə çağırış: “Bu vəhşiliyi ifşa edin!”
02 Oct 2024 | 16:38
Prezident general-mayoru rütbəsindən məhrum etdi
02 Oct 2024 | 18:42
Əli Nağıyevdən böyük ifşa: Məzarlıq qatilləri!
02 Oct 2024 | 15:36
İsrailin İranın hücumuna cavabının "ekstremal ssenariləri" - Qərb mətbuatı
02 Oct 2024 | 17:10
Müharibənin ilk günü şəhid olan Vətən Müharibəsi Qəhrəmanı...
02 Oct 2024 | 23:08
“Bunu atamın sağlığında etmək lazım idi, indi istəmək ayıbdır, o deyirdi ki...”-FOTO+ÖZƏL
02 Oct 2024 | 17:33
Azərbaycanda ürək-damar əməliyyatları neçəyə başa gəlir? - ŞOK QİYMƏTLƏR
02 Oct 2024 | 16:16
İsrail BMT baş katibini "persona-non-grata" elan etdi
02 Oct 2024 | 17:56
Ahıl yaşınadək aydın zəka və yaxşı hafizəni qoruyub saxlamağa kömək edəcək 5 NƏSNƏ